Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-59/2022 26.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X3 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08 oktyabr 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-6 ünvanında qeydiyyatda olmaqla ünvan 2 evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, telefon vasitəsilə tanış olduğu istintaqa məlum olmayan «Malik» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun satış məqsədi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla İran İslam Respublikasından keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik edərək qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin qoyulduğu Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Sentralni” adlanan ərazidən götürməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsinə qoymaqla şəklini çəkib «Malik» adlı şəxsə göndərməklə həmin narkotik vasitənin 100 qram hissəsini özünə qazanc götürməsi ilə bağlı qabaqcadan razılığa gəlmiş, bu məqsədlə 06 yanvar 2021cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “Sentralni” adlanan məhəllədə yerləşən “Araz” marketin yanındakı zibil qurularının yaxınlığındakı əraziyə idarə etdiyi **-ZS-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Daewoo” markalı avtomobillə gedib elektrik dirəyinin dibində paketdə qoyulmuş 1 ədəd bükümdə, 3,451 qram təmiz çəkidə, 06 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 455 qram, 505 qram, 505 qram, 515 qram, 510 qram, 515 qram, ümumi təmiz çəkisi 3.005,00 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi 1 ədəd bükümdə, 3,451 qram təmiz çəkidə olan hissəsini qazanc götürərək əynində olan qırmızı və göy rəngli idman geyiminin sağ yan cibində qanunsuz saxlayaraq daşımış, qalan hissəsini isə öz növbəsində birgə satışını təmin etmək üçün şəklini çəkib “Malik” adlı şəxsə göndərməsi məqsədi ilə avtomaşının qabaq oturacağının altına və sürətlər qutusunun yanındakı saxlanc yerinə qanunsuz satış məqsədi ilə yerləşdirərək saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 06 yanvar 2021-cı il tarixdə saat 22:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yerləşən nömrəsiz evin qarşısında idarə etdiyi “Daewoo” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq, avtomobillə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qırmızı və göy rəngli idman geyiminin sağ yan cibində qanunsuz saxlayaraq satış məqsədi ilə əldə edib daşıdığı 1 ədəd bükümdə, 3,451 qram təmiz çəkidə, külli miqdarda narkotik vasitə olan heroini və avtomobilin salonunda daşıdığı xarici əlamətlərinə, kimyəvi komponent tərkiblərinə görə eyni olan 06 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 455 qram, 505 qram, 505 qram, 515 qram, 510 qram, 515 qram, ümumi təmiz çəkisi 3.005,00 qram külli miqdarda, narkotik vasitə olan heroini və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzini aşkar edərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, onun üzərində az miqdarda narkotik vasitə olmuşdur. 06 yanvar 2021-ci il tarixdə axşam saatlarında Araz marketin yanından öz istifadəsi üçün narkotik vasitə götürüb Sulutəpə dairəsinə yaxınlaşan zaman tutulmuşdur. Saxladıqdan sonra onu Badamdara Baş Narkotiklərlə Mümarizə İdarəsinə aparmışlar. Orada üstündə olan narkotikin 3 kq. olduğunu demişlər. Sonra isə Abşerona qaytarmışlar. Lakin tutulan zaman üzərində 90 qram kakos, yəni heroin olmuşdur. Daha sonra, verilən suallara cavab olaraq o, qeyd etmişdir ki, İran vətəndaşı ilə “Whatsapp” sosial şəbəkəsilə əlaqə yaratmış, nakorik vasitənin şəklini çəkib ona atmış, o, isə qeyd edilən yerdən bir bükümdə 90 qram çəkidə heroin götürmüşdür. Həmin İranlının qardaşı ilə bir cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuş və bu qaydada narkotik vasitəyə görə İranlıya 1000 manat pul vermişdir. Narkotiki öz istifadəsi üçün almışdır. İranlının narkotik vasitəni gömrük nəzarətindən hansı şəkildə keçirməsindən məlumatım olmamışdır. İttiham aktında qeyd edildiyi kimi 2021-ci ilin yanvar ayının 6-da axşam saat 22 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində saxlanılmamışdır. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, Malik adlı İran vətəndaşını uzun müddət tanısa da, sonuncu onun narkotik vasitələr qəbul etdiyini bildiyi üçün ona 06 yanvar 2021-ci il tarixdə zəng etmiş və narkotik vasitə heroini bir yerdən digər yerə qoymasını xahiş etmiş, əvəzində isə görəcəyi işin müqabilində həmin narkotik vasitənin üzərindən bir neçə qramını özü qəbul etməyi üçün götürməyi bildirmişdir. Göstərmişdir ki, təxminən 10 il əvvəl İran İslam Respublikasının Ərdəbil şəhərində olarkən orada Malik adlı şəxslə tanış olmuş, Malik onunla arabir müxtəlif nömrələrlə onunla əlaqə saxlayaraq danışmış və hal əhval tutmuş, söhbət əsnasında isə onun narkotik vasitə qəbul etdiyini bilmiş, 06 yanvar 2021-ci il tarixdə Malik ona zəng edib Binəqədi rayonu ərazisindəki “Sentralni” adlanan məhəllədə yerləşən “Araz” marketin yanındakı zibil qutularının yaxınlığındakı elektrik dirəyinin dibində narkotik vasitə heroin olduğunu deyib, həmin narkotik vasitəni oradan götürüb, başqa yerə qoyub şəklini mobil telefonla çəkib ona göndərməyi və bu işin müqabilndə həmin narkotik vasitədən birneçə qramını özünə istifadəsi üçün götürməyi söyləmişdir. O da həmin narkotik vasitəni sonuncunun dediyi yerdən götürmək üçün təxminən 1 il əvvəl taksi fəaliyyəti ilə məşğul olduğu vaxtdan tanıdığı və dostluq etdiyi Məraimgilə gedib ondan öz maşınını 1 saat müddətində şəxsi işimi həll etmək üçün ona verməsini xahiş etmiş, sonuncu da onunla razılaşmış və **-ZS-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Daewo” markalı avtomobilini ona vermişdir. O da həmin avtomobilə minib Malikin ona dediyi yerə gedib oradan sellofan torbada olan narkotik vasitəni götürmüş, həmin sellofan torbadakı bükümlərdən birini özü üçün götürüb cibinə qoymuş, qalanını da sellofan torbada maşının qabaq oturacağının altına və sürətlər qutusunun yanındakı saxlanc yerinə yerləşdirib Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsinə gedib həmin narkotik vasitələri qoymaq üçün münasib yer axtarmağa başlamışdır. Saat təxminən 22:30 radələri olmuş, bu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu avtomobil ilə birlikdə Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçimin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya vardırsa, təqdim etməyi xahiş edilmiş, belə olduqda o, əynində olan qırmızı və göy rəngli idman geyiminin yan ciblərindən 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd “Vertu” markalı mobil telefonunu, 1 ədəd “Samsung” markalı mobil telefonu, 30 manat pulunu, əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən avtomobil açarını, 1 ədəd sellofan bükümü sağ yan cibindən isə içərisində alışqanı və 9 ədəd siqaret olan 1 ədəd siqaret qutusunu təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də heç bir əşya və ya predmet aşkar edilməmiş, ona məxsus mobil telefonlar və şəxsiyyət vəsiqəsi ona izah edilməklə götürülsə də, 30 manat pulu və avtomobilin açarı onun özünə qaytarılmış, bundan sonra həmin sellofan bükümə baxış keçirimiş, baxış zamanı içərisində qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmiş, həmin büküm elektron tərəzi ilə çəkildikdən sonra içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan sonra o, saxlanılan zaman yanında dayandığı **-ZS-*** nömrəli avtomobilin dostu Məraimə məxsus olduğunu, həmin avtomobili 1 saat müddətində idarə etmək üçün ondan aldığını, həmçinin həmin avtomobilin də salonunda narkotik vasitə olduğunu, Məraimin onun avtomobili ilə narkotik götürmək üçün getməsindən heç bir məlumatı olmadığını, avtomobildəki narkotik vasitələrin onun özünə məxsus olduğunu və həmin narkotik vasitələri təqdim edə biləcəyini, eləcə də avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Buna dair razılıq ərizəsi verdikdən sonra onun də iştirakı ilə avtomobilə baxış keçirilmiş, həmin vaxtı polislər ona avtomobildə saxladığı narkotik vasitələri təqdim etməyi söyləmişlər. O, avtomobilin qapısını açııb, avtomobilin salonundakı qabaq sol tərəfdəki oturacağın altından 1 ədəd sellofan torbanı, sürətlər qutusunun yanındakı saxlanc yerindən isə 2 sellofan bükümü və 1 ədəd elektron tərəzini təqdim edərək avtomobildə başqa heç bir şey olmadığını bildirmiş, təqdim etdiyi sellofan torbaya və 2 ədəd sellofan bükümə baxış keçirilmiş, sellofan torbada əlavə olaraq 4 ədəd sellofan büküm aşkar edilmiş, ümumi sayı 6 ədəd olan sellofan bağlamalara baxış keçirilmiş və onların hər birinin içərisində narkotik maddə olan heroin olması müəyyən edildikdən sonra hər biri elektron tərəzi iləçəkildi və avtomobildən aşkar edilmiş elektron tərəzi ilə birlikdə ağ sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Həmin sellofan torbanın üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, bundan sonra avtomobilə baxış keçirilsə də qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Bir daha göstərmişdir ki, bu işi ilk dəfədir ki, görmüş, əvvəllər bu kimi işlər görməmiş və nə Malikə məxsus və nə dəki, başqa şəxsə məxsus narkotik vasitələri daşımamış və bunun müqabilində hər hansı formada qazanc əldə etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin yanvar ayının 6-da Təqsirləndirilən şəxs barəsində daxil olan məlumat əsasında Abşeron rayonu ərazisində əməliyyat-axtarış tədbiri həyata keçirmişdir. Yaradılan əməliyyat qrupunda Şahid1 və özü olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yanında saxlanılaraq baxış keçirilməsi üçün Abşeron RPİ-ə aparılmışdır. Polis idarəsində müdafiəçinin iştirakı ilə şəxsin üzərində axtarış aparılmış bu zaman 5 qram çəkidə narkotik vasitə heroin aşkar olunmuşdur. Daha sonra, təqsirləndirilən şəxs özü avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilən zaman 3 kq. çəkidə 6 büküm narkotik vasitə olan heroin aşkar edilmişdir. Sual edildikdə sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşının göstərişi əsasında narkotik vasitəni deyilən ünvanlara apardığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 Dövlət ittihamçısıla oxşar məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs təxminən bir il əvvəldən müştəri kimi tanışmış, belə ki, Təqsirləndirilən şəxs bir neçə dəfə onun avtomobilinə müştəri kimi əyləşdikdən sonra aralarında normal münasibət yaranmış, dəfələrlə Kənanın bacısını və uşaqlarını onun iştirakı ilə Masazır kəndindəki evindən Sumqayıt şəhərinə aparımışdır. 06 yanvar 2021-ci il tarixdə saat təxminən 17-19 radələrində o, kirayə yaşadığı Abşeron Gənclər şəhərciyində yerləşən evinin qarşısında olarkən Kənan ona zəng vurmuş və Sumqayıt şəhərinə bacısıgilə getmək istədiyini bildirmiş, onun həmin vaxtı şəxsi işi olduğu üçün Kənana onu apara bilməyəcəyini demiş, belə olduqda sonuncu ondan bir saat müddətinə Sumqayıt şəhərinə gedib qayıtmaq şərti ilə **-ZS-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Daewoo” markalı avtomobilini istəmiş, o, da etiraf etməmişdir. Bundan sonra avtomobil açarını təkərin üstünə qoyub bu barədə Kənana zəng edərək bildirmiş, özü isə şəxsi işi olduğu üçün çıxıb getmişdir. Təxminən iki saat sonra geri qayıtdıqda özünə məxsus **-ZS-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Daewoo” markalı avtomobilini yerində görməyib narahat olaraq Kənana zəng vurmuş, həmin vaxtı kənan telefona cavab verməmiş, bir qədər sonra yenidən Kənana zəng vurduqda telefona cavab verən şəxs ona özünü Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmiş və Kənanın da tutulduğunu deyərək avtomobilin Polis İdarəsinin həyətində saxlanıldığını demişdir. Ertəsi günü o, Polis İdarəsinə gedib avtomobilini oradan göturərkən məlum olmuşdur ki, tanışı Kənan onun avtomobilində qanunsuz olaraq narkotik vasitə daşıyarkən polis əməkdaşları tərəfindən tutulmuşdur. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və onların dövriyyəsi ilə məşğul olmasındın xəbərsiz olmuş, bu barədə hər hansı məlumatı olmamışdır. (Cild 1, iş vərəqləri 103-104) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 06 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 06 yanvar 2021-cı il tarixdə saat 22:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Əzimov X5 rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yerləşən nömrəsiz evin qarşısında, idarə etdiyi “Daewoo” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanalaraq, həmin avtomobillə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Abşeron rayon polis idarəsinin inzibati binasına gətirib, üzərinə keçirilən şəxsi axtarış zamanı, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi əldə edib, üstündə saxlayaraq daşıdığı 1 ədəd bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin bənzər kütlə, 1 ədəd “Vertu” və 1 ədəd “Samsung” markalı telefonlar aşkar olunaraq götürülmüşdür. Həmin kütlə qablaşdırma ilə birlikdə çəkildikdə çəkisinin 5,5 qram olması müəyyən edilmiş və bu kütlə qablaşdırılaraq götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs narkotik vasitəni Malik kimi tanıdığı İran vətəndaşından aldığını, eyni zamanda maşınında da narkotik olduğunu bildirmişdir. (Cild 1, iş vərəqləri 30-32) Bundan başqa, cinayət işinin materiallarında olan avtomaşına baxış keçirilməsinə dair 07 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Əzimov X5 rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yerləşən nömrəsiz evin qarşısında saxladığı, idarə etdiyi “Daewoo” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı Abşeron rayon polis idarəsinin inzibati binasına gətirib baxış keçirilərkən avtomobilin salonunda qabaq oturacağın altından 6 ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlərə baxıldıqda onlarda heroinə bənzər kütlələrin olması müəyyən edilmişdir. Qablaşdırma ilə birlikdə bükümlərin təxmini çəkimləri aşağıdakı qaydada olmuşdur: 1-ci büküm 508 qr., 2-ci büküm 509 qr., 3-cü büküm 505 qr., 4-cü büküm 457 qr., 5-ci büküm 506 qr. Və 6-cı büküm 514 qr. Daha sonra, həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 35-36) Şəxsi axtarış və avtomobilə baxış keçirilməsinə dair istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 2 (iki) ədəd DVD formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə tərəflərin iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və idarə etdiyi avtomaşına baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2021-ci il tarixli 6/68nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «….Təqsirləndirilən şəxs idarə etdiyi avtomoildən aşkar edilmiş…..» sözləri olan kağız yapışdırılmış bağlamadakı 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 455 qr, 505 qr, 505 qr, 515 qr, 510 qr, 515 qr, ümumi təmiz çəkisi 3005,00 qram olan tünd-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların miqdarını müəyyən etmək mümkün olmadı. Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…..» sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 3,451 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 6 ədəd bükümdəki tünd qəhvəyi rəngli heroinlər xarici əlamətərinə və kimyəvi komponentlərinə görə eynidirlər. Bir ədəd bükümdəki təmiz çəkisi 3,451 qram olan açıq qəhvəyi rəngli heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə 6 ədəd bükümdəki heroinlərdən fərqlidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir. (Cild 1, iş vərəqləri 49-55) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji ekspertizasının 05 avqust 2021-ci il tarixli, 2684 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 184- 185) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin üzərindən və idarə etdiyi avtomaşında aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,401 qram və 3004,88 qram olan narkotik vasitə heroin, 1 ədəd üzərində ***-***-**-** saylı GSM mobil nömrə olan “Vertu” markalı mobil telefon, 1 ədəd üzərində ***-***-**-** və ***- ***-**-** saylı GSM mobil nömrələr olan “Samsung” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, həmçinin 2 ədəd DVD və 2 ədəd CD formatlı olmaqla 04 ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 184-194) Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 06 yanvar 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqi 87) Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işindən, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitənin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqi 196-197) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səhv, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri isə düzgün tövsif edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini bilavasitə törətməmiş, yəni cinayətin icraçısı olmamışdır. Təqsirləndirilən şəxs cinayətdə iştirakı külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etməkdən ibarət olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs icraçı sayılır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən, həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Göründüyü kimi qanunvericilik razılaşmanının qabaqcadan olması və olmaması ilə yanaşı cinayətin bir qrup şəxs və qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini həmçinin onunla fərqləndirir ki, birinci halda iki və daha çox icraçının birgə iştirakı, ikinci halda isə iki və daha çox şəxsin birgə iştirakı nəzərdə tutulur. Başqa sözlə, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi tövsif edilməsi üçün bir icraçı və bir digər iştirakçının olması kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarının 5-ci bəndində də qeyd olunmuşdur ki, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndinə əsasən qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə, Təqsirləndirilən şəxs onda ittihamda qeyd olunan həcmdə deyil daha az həcmdə narkotik vasitənin olması və qaçaqmalçılıqda köməkçilik etməməsi və bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Əzimov X5 rayon Məhkəməsinin 28.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 11.04.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmiş və cəzası 2 il 2 ay azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. 13.09.2018-ci il tarixdə o, cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqləri 88-90) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən məhkumluğun ödənildiyini nəzərə alaraq və Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbini rəhbər tutaraq Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkumluğu olmayan şəxs qismində tanıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs oğlu 06 yanvar 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon məhkəməsinin 08 yanvar 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, ibtidai istintaq mərhələsində eyni məhkəmənin müvafiq qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətləri uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 78-81, 116-118, 154-157) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,401 qram və 3004,88 qram olan narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd “Vertu” markalı, 01 (bir) ədəd “Samsung” markalı mobil telefonlar üzərində olan nömrələr ilə birlikdə Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılmalı, 01 (bir) elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalı, 02 ədəd DVD formatlı və 02 ədəd CD formatlı olmaqla cəmi 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 10 (on) il 06 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan: 3,401 qram və 3004,88 qram olan narkotik vasitə heroin məhv edilsin, 01 (bir) ədəd “Vertu” markalı, 01 (bir) ədəd “Samsung” markalı mobil telefonlar üzərində olan nömrələr ilə birlikdə Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılsın, 01 (bir) elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın, 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-59/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-59/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver