Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-59/2023 18.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış, bu fakt 25 oktyabr 2021- ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin X17 əməkdaşları tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri avtovağzalı ərazisində saxlanılıb, Xudat polis bölməsinə gətirilərək həmin gün ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin X17 inzibati binasında saat 19:45-20:10-dək olan vaxt ərzində Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın ön sol cibindəki 13 ədəd bükümdən hər birində ayrı ayrılıqda müvafiq olaraq təmiz çəkiləri 0.383 qram, 0.300 qram, 0.350 qram, 0.310 qram, 0.302 qram, 0.150 qram, 0.220 qram, 0.310 qram, 0.303 qram, 0.375 qram, 0.360 qram, 0.550 qram, 0.052 qram olmaqla ümumilikdə təmiz çəkisi 3.965 qram olan külli miqdarda narkotik vasitə heroin, həmin cibindəki 01 ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5.564 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə istifadə etmişdir. Hazırda isə istifadə etmir. Hadisə günü, yəni 25 oktyabr 2021-ci il tarixdə Xudat şəhərində avtovağzalın yanında olan yanacaqdoldurma məntəqəsinə getmişdi. Yolu səhv dönmə etdiyinə görə avtovağzalın yanında maşını saxlayanda təxminən saat 11 radələrində 2 nəfər polis əməkdaşları ona yaxınlaşmış, yolu səhv döndüyünə görə PB-ə getməli olduqlarını demişlər. O da onlarla birlikdə PB-ə getmişdir. Xudat PB-nin növbətçi hissəsinə üzərində olan 13 büküm heroini və bir kibrit qutusunu polislərə təqdim etmişdir. 6-7 saat sonra müdafiəçi gəlmiş və onun iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Videoçəkilişdə üzərindən çıxan narkotik vasitələri yenidən təqdim eləmişdir. Üzərindən aşkar edilən narkotik vasitələri saxlanmamışdan 10-15 gün əvvəl Nabrandan bükümlərə bölünmüş vəziyyətdə tapmışdır. Polislər onu saxlayan zaman ona təzyiq etməmişlər. O, narkotik vasitə satmamışdır. 055 *** ** ** və ***-***-**-** saylı telefon nömrələri ona məxsusdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ona ləqəb olaraq “Riko” deyirlər. O, Telmanı taksi sürücüsü kimi tanımışdır. Telmandan narkotik vasitə almamışdır.Onun öz ifadəsində nə yazıldığından xəbəri yoxdur. İfadədə yazılanlar yalandır. Müstəntiq nə deyibsə o da onu yazmışdır. İfadəni təzyiq altında vermişdir. O, smslərdə Telmanın maşınında qalan özünə məxsus olan narkotik vasitəni ondan tələb etmişdir. O, narkotik vasitəni onun maşınına minəndə maşında gizlətmiş, sonra zəng eləyib maşınında narkotik vasitə qaldığını, gətirməsini demişdir. Şahid4 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, narkotik vasitə olan kakosdan təxminən 2-3 ildir ki, istifadə etmiş, təxminən 5 il bundan əvvəl Xaçmaz rayonu, Xudat şəhərindən atası Marat Mirzəyevin şəxsiyyət vəsiqəsi ilə ***-***-**-** mobil telefon nömrəsini almış, həmin vaxtdan da qeyd etdiyi nömrəni özü işlətmiş, “Ceka” ləqəbli, Xudat şəhər sakini Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, Xudat şəhər sakini kimi tanımış, onun Xudat şəhərində taksi fəaliyyəti ilə məşğul olmaqla yanaşı narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmiş, +99***-***-**-** saylı mobil telefon nömrəni özünün istifadə etdiyini bildirmiş, Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx-xx-2021-ci il tarixdə saat 08:55:14-də “E ceka bu ne dimeydki indi men ewtdimki sen mene o tutyeni getiren gun ilham sene dyibki bir wari iki yere bolginen yari gulkaya yarida rikoya e hardasan dur gel gorm.mehleye mene negede vermisen ilhamada gorsedecem.vara baxm.hansi warim yarsdi 1 reys getdi kutardi yeke kiwisen aybdie meniboyda qzn var”, xx-xx-2021 -ci il tarixdə saat 15:56:25-də “sen kimsenki soxasan gelmsen oglynan menm wotma kayf tutmaqa meni İmkdan cxartdunda sen ogn ilham sene dyibki wari 2 yere bol yarsn crqa yarsnda” məzmunlu ismarıcları özünün yazdığım, həmin ismarıcları o, Təqsirləndirilən şəxs narkotik vasitə aldıqdan sonra Təqsirləndirilən şəxs yazmış, Təqsirləndirilən şəxs bir neçə dəfə sellofan bükümdə narkotik vasitə heroini 30 manat pul verməklə almış, Təqsirləndirilən şəxs sellofan bükümdə olan heroini 30 manata, kağız bükümdə olan heroini isə 10 manata satmış, onlar yəni, narkotik vasitə istifadə edən narkomanlar sellofan bükümdə olan heroinə “şarik”, “şar” demiş, kağız bükümdə olan heroinə isə “çet” demiş, Telmanın sellofan bükümdə satdığı heroin adətən təxminən 0,300 qram olmuş, kağız bükümdə satdığı heroin isə 0,300 qramdan daha az çəkidə olmuş, bununla yanaşı Telman satdığı heroinə tünd qəhvəyi rəngli olan narkotik vasitələrə aid olmayan maddələri çəkisinin çox olması üçün qarışdırmış, Xudat şəhərində, İstisu qəsəbəsində, Nabran qəsəbəsində Təqsirləndirilən şəxs 5 ildir ki, narkotik vasitələr satmış, yazdığı ismarıcda “tutye” yazan zaman da narkotik vasitə heroini nəzərdə tutmuş, İlham adlı şəxsin Xudat şəhərində işləyən taksi sürücüsü kimi tanımış, İlhama Təqsirləndirilən şəxs verməsi üçün pul vermiş, lakin İlham adlı şəxsin onun Təqsirləndirilən şəxs narkotik vasitə almağımda xəbəri olmamış, Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif vaxtlarda dəfələrlə zənglər edilməsi, eyni zamanda da Telmanın ona dəfələrlə zəng etməsi barədə, həmin telefon danışıqlarının da özünün Təqsirləndirilən şəxsla aparmış, Təqsirləndirilən şəxsla danışığı ancaq narkotik vasitə heroinin satışı ilə bağlı olmuş, o, Təqsirləndirilən şəxsla telefonda danışıb narkotik vasitə heroini harda ona satacağını, neçə büküm heroin satacağı barədə razılığa gəlmiş, sonra da yenə görüş yerini təyin etmək barədə zəng edib danışmış, görüşən zaman da Təqsirləndirilən şəxs ona narkotik vasitə heroin satmışdır. (Cild 1, iş vərəqləri 142-146) Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-in Yalama PB-in cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 25 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib, saxlamaqla, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat saat 18 radələrində Təqsirləndirilən şəxs Xudat şəhər ərazisində avtovağzalın yanında maşının yanında dayanıqlı vəziyyətdə olarkən saxlayıb Xudat PB-ə aparmışlar. X17 inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən 13 büküm heroin və bir kibrit qutusu marixuana aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-in Xudat PB-in sahə polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, 25 oktyabr 2021-ci il tarixdə Xudat şəhərində avtovağzalın yanında maşından kənarda dayanıqlı vəziyyətdə olan Təqsirləndirilən şəxs yaxınlaşmışlar. O, həmin vaxt PPX-da çalışırdı. Şahid1 və Şahid3lə birlikdə ona yaxınlaşmışlar, qışqırıb söyüş söyərək polisə müqavimət göstərdiyi üçün PB-ə getməli olduğunu bildirmişlər, PB-də olanda üzərində olan nakrotik vasitələri təqdim eləmişdir, üzərindən 13 büküm heroin və bir kibrit qutusu marixuana aşkar edilmişdir. Sorğu zamanı narkotik vasitələri tapdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-in Xudat PB-in sahə polis nəfəri, polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, 2021-ci il oktyabrın 25-də saat 15- 16 radələrində Xudat şəhərində avtovağzalın yanında olanda Təqsirləndirilən şəxs Şahid1 və Şahid2la birlikdə saxlayaraq Xudat PB-ə aparmışlar. PB-də üzərindən 13 büküm heroin və bir kibrit qutusu marixuana aşkar edilmişdir. Onların əməliyyat məlumatından xəbəri olmamışdır. Əməliyyat məlumatı Pənaha daxil olmuşdur. Şahid2 oğlunun və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri, məhkəmədə elan olunaraq tədqiq olunan ifadələrində onlar Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 151-156) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərmişdir ki, 2005-ci ildə o, X3 vilayətində qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində saxladığına görə həmin vilayətin məhkəməsi tərəfindən 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra da Xaçmaz rayonuna, yaşadığı Müzəffəroba kəndinə qayıtmış, təxminən 4-5 il olar ki, o, +99***-***-**-** saylı mobil telefon nömrəsini işlətmiş, həmin telefon nömrəsi onun bacısı Nərgiz Qulamovaya məxsus olsa da təxminən 4-5 ildir ki, həmin nömrəni o istifadə etmiş, Xudat şəhər sakini Təqsirləndirilən şəxs tanıdığını, Telmanı bir neçə dəfə Xudat şəhərində yaşayan Vüqar adlı tanışının yanında gördüyünü, Telmanın ləqəbinin “Ceka” olmasını, Vüqar əksər hallarda Telmana “Ceka” deyə müraciət etmiş, bir neçə dəfə o, Vüqargilə gedən zaman Vüqarın Xudat şəhərində yerləşən evində Telmanı görmüş, Vüqar adlı şəxsi Xudat şəhər sakini kimi 4-5 ildir ki, tanımış, beləki Vqann yaşadığı ev Xudat şəhərində yerləşmiş, Vüqar meyvə-tərəvəz alıbsatmaqla məşğul olmuş, Vüqarın Xudat şəhərində meyvə-tərəvəz dükanı olmuş, o, bir əksər hallarda Vüqardan meyvə-tərəvəz məhsullarını alıb Bakı şəhərinə və Sumqayıt şəhərinə idarə etdiyi “Ford Tranzit” markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobili ilə aparıb satmaqala gəlir əldə etmiş, Vüqarın atasının adının Fərhad olduğunu bilmiş, lakin digər məlumatlarını bilməmiş, Vüqar mobil telefon da işlətməmiş, əksər hallarda o, Vüqarla görüşmək istəyən zaman ya dükanına ya da evinə getmişdir,Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı mobil telefon nömrəsinə istifadəsində olan +99***- ***-**-** sayh mobil telefon nömrəsindən xx-xx-2021-ci il tarixdə saat 22:09:09-da “eleme telefonu gotur.ele eleme senin kakosvu sabah sobede qabaqva qoyum verdugun kakos qalib mende baci oqlum emelyatcidi bugn 1200manat pulmu alib qacmisan bariqa pulmu doq bugun elnur melnur hamvizin siyahisin verecem narkaman” məzmunlu ismarıc yazılması barədə bildirmişdir ki, həmin ismarıcı tanışı Vüqar Fərhad oğlu yazmış, o, ümumiyyətlə mobil telefonda ismarıc yaza bilməmiş, Vüqar telefon işlətmədiyi üçün o, hər dəfə Vüqarla görüşən zaman onun telefonunu alıb kimlərəsə zəng edib danışmış, nəsə yazmış, o Vüqarın kiminlə nə barədə danışmasını bilməmiş, Vüqarın narkotik vasitələrdən istifadə edib etmədiyini bilməmiş, 2021-ci ilin yay aylarında Vüqar kiməsə beh verib mal almaq üçün ondan 1200 manat pul borc almış, lakin sonardan Vüqar pulu verdiyi şəxslərin mal vermədiyini və pulu da qaytarmadqılarını ona bildirmiş, o, hər dəfə Vüqarın yanına gedib pulunu istəyən zaman Vüqar onun telefonunu alıb kənara çəkilib kimləsə danışmış və telefonla danışdığı şəxslərin pul borclu olan şəxslər olmasını yaxın müddətdə pulu verəcəklərini bildirmiş, istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nömrəsindən 99***-***-**-** saylı mobil telefon nörməsinə 2021-ci il ərzində xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və s. tarixlərdən zəng etmisi və eyni zamanda qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs da ona zəng etməsi barədə göstərmişdir ki, həmin zəngləri də Vüqar edib, o, zəng etməmiş, Vüqar həmin nömrə ilə danışmış, gələn zənglərdə də zəng edən şəxs Vüqarı soruşmuş, o, zəng edən şəxsə Vüqarın yanında olmadığını bildirmiş, anten məlumatlarından zənglərin Xaçmaz rayonunun təkcə Xudat şəhərindən deyil, başqa kəndlərinin ərazisindən də qeydə alınması haqqında göstərmişdir ki, həmin vaxt Vüqar onun yanında olub və Vüqar zəng edib, danışmış, o, Təqsirləndirilən şəxsla telefonda danışmamış, Vüqarın telefonda Telmanla nə barədə danışması ilə bağlı Vüqardan bir söz soruşmamış, Vüqarın Telmanla danışmasını da bilməmiş, çünki, Vüqar ona pul verdiyi şəxslə danışdığını demişdir. (Cild 1, iş vərəqləri 121-125) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan əvvəl narkotik vasitələrdən istifadə etmiş, lakin narkotik vasitələrdən istifadə etdiyinə görə heç vaxt məhkum olunmamış, özüm ali təhsilli olmuş, Bakı şəhərində ali təhsil aldıqdan sonra orada yaşamış, daha sonralar isə Xaçmaz şəhərində yerləşən “Azpetrol” YDM-də xəzinədar işlədiyi vaxtlarda Şollar kəndində yaşamış, həmin vaxtlara yəni, təxminən 5-6 il bundan əvvəl o, Xudat şəhər sakini kimi tanıdığı X8 ilə Bakı şəhərində “Şamaxinka” adlanan yerdə görüşmüş, Rövşəni o, 2006-2007-ci illərdə Xudat şəhər sakini kimi tanımış, Rövşən onun yaşadığı Şollar kəndinin yaxınlığında Xudat şəhər Vağzalının yaxınlığında yaşamış və öz avtomobili ilə Bakı şəhərinə sərnişin daşımaqla məşğul olmuş, o, Rövşənlə Bakı şəhərində görüşən zaman Rövşən ondan şəxsiyyət vəsiqəsini istəyib özünə mobil telefon nömrəsi alacağını bildirmiş, o da Rövşəni tanıdığından öz şəxsiyyət vəsiqəsini ona vermiş və Rövşən də orada olan mobil telefon satışı dükanlarından birinə gedib bir neçə dəqiqədən sonra qayıdıb gəlmiş, həmin vaxt ona 99470 *** ** ** saylı mobil telefon nörməsini aldığını bildirmiş, bundan sonra həmin nömrə Rəvşəndə qalmış və Rövşən həmin nömrəni işlətmiş, verilən suallara cavab olaraq “Ceka” ləqəbli, Xudat şəhər sakini Təqsirləndirilən şəxs tanımadığını bildirmiş, adına olan +99***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı mobil telefon nörməsinə xx-xx-2021-ci il tarixdə saat 15:28:37-də “Питак.неше.вер”, 17-06- 2021-ci il tarixdə saat 14:38:09-da “Дур ики тусту паты вур айдачагсан”, xx-xx-2021-ci il tarixdə, saat 19:51:54-də “Зег еледим готурмеди дерманын пулун нениймм”, 08-07- 2021-ci il tarixdə saat 07:03:09-da “Чека ломкадайм 30 манат вар” məzmunlu ismarıc yazılması barədə həmin nömrənin adına olmasını, lakin +99***-***-**-** saylı mobil telefon nömrəsinin tanışı X4 istifadəsində olmasını sonunu dəfə X9 ilə 3 il bundan əvvəl görüşdüyünü, Rövşəni Xudat şəhər sakini kimi tanıdığını Rövşənlə elə də yaxın yoldaşlığı olmadığını, buna görə də Rövşənin barəsində məlumatı olmadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 126-129) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X9 ifadəsində göstəmişdir ki, təxminən məktəb vaxtlarından Xaçmaz rayonu, Şollar kəndində yaşayan Şahid6 tanımış, o, narkotik vasitə olan qurdulmuş marixuanadan təxminən 4-5 ildir ki, istifadə etmiş, Tural yaşca ondan 4 yaş kiçik olmuş, Tural Bakı şəhərində ali təhsil almış, o isə həmin ərəfərlərdə Xaçmaz şəhərindən Bakı şəhərinə idarə etdiyi “Merecedes-Benz” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşımaqla məşğul olmuş, bundan başqa Xudat şəhərində, Nabran kəndində də avtomobililə taksi kimi işləmiş, təxminən 5-6 il bundan əvvəl Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə Turalla görşmüş və Turaldan şəxsiyyət vəsiqəsini ona verməsini və mobil telefon nömrəsi almasını xahiş etmiş, həmin vaxt Tural Öz şəxsiyyət vəsiqəsini ona vermiş və o, orada mobil telefon satışı dükanlarından birindən Turalın adına ***-***-**-** saylı mobil telefon nömrəsini almış, daha sonra isə həmin telefon nömrəsini işlətməyə başlamış, sonuncu dəfə Turalı təxminən 2-3 il bundan əvvəl görmüş, verilən suallara cavab olaraq göstərmişdir ki, “Ceka” ləqəbli, Xudat şəhər sakini Təqsirləndirilən şəxs Xudat şəhərində taksi fəliyyəti ilə məşğul olan şəxs kimi tanımış, X10 nömrəsi ilə “Lada Priora” marakah avtomobili idarə etməklə taksi kimi işləmiş, Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı mobil telefon nörməsinə istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nöməsindən həmin nömrəyə xx-xx- 2021-ci il tarixdə saat 15:28:37-də “Питак.неше.вер”, xx-xx-2021-ci il tarixdə saat 14:38:09-da “Дур ики тусту паты вур айдачагсан”, xx-xx-2021-ci il tarixdə, saat 19:51:54də “Зег еледим готурмеди дерманын пулун нениймм”, xx-xx-2021-ci il tarixdə saat 07:03:09-da “Чека ломкадайм 30 манат вар” məzmunlu ismarıc yazılması barədə həmin +99***-***-**-** saylı mobil telefon nömrəsinin özünün istifadəsində olmasını lakin qeyd edilən ismarıcları özünün yazmadığını bildirmiş, həmin ismarıcları istifadəsində olan mobil telefon nömrəsindən kimin yazması barədə bir neçə dəfə avtomobilində sərinişin kimi əyləşən şəxslərin ondan zəng etmək üçün mobil telefonu alıb kimlərəsə ismarıc yazmasını bildirmiş, həmin şəxslərin şəxsiyyəti və anket məlumatları barədə məlumatı olmadığını bildirmiş. Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı mobil telefon nörməsinə istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nömrəsindən 2021-ci ilin əsasən yay aylarında dəfələrlə zəng edib telefonda danışması eləcə də Təqsirləndirilən şəxs sizə zəng edib telefonda danışması barədə həmin ərəfələrdə Xudat şəhərində, Nabran qəsəbəsində, Müqtədir qəsbəsində “**-MU-***” dövlət nömrə nişanlı, “Mercedes Benz” markalı avtomobili ilə taksi faəliyyəti ilə məşğul olduğunu, eyni zamanda Bakı şəhərinə sərnişin daşımaqla məşğul olduğunu, müştəri barəsində də o, dəfələrlə Telmanın istifadəsində olan 99***-***-**-** mobil telefon nömrəsinə zəng etdiyini Təqsirləndirilən şəxs da onun nömrəsinə zəng etdiyini bildirmiş, Telmanla ancaq müştəri aparamaq barədə Talman da onunla müştəri tapmaq barədə telefonda danışıb, yazılan ismarıclardan isə xəbəri olmadığını bildirmiş, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə almadığını, Telman sonuncu dəfə Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarında gördüyünü, həmin vaxt 2021-ci ilin yay aylarından dəqiq tarixini xatırlamadığı günlərin birində Telman ona zəng edib ona Xudat şəhərindən Bakı şəhərinə gedən müştəri vermiş, həmin vaxt o, Telmanla görüşən zaman da bu barədə danışmış, daha sonra isə Telmanın ona verdiyi müştəriləri Bakı şəhərinə aparmış, lakin həmin şəxsiyyəti barədə məlumatı olmamışdır. (Cild 1, iş vərəqləri 130-134) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan X13 ifadəsində göstərmişdir ki, “Ceka” ləqəbli, Xudat şəhər sakini Təqsirləndirilən şəxs Xudat şəhər sakini kimi üzdən tanımış, Təqsirləndirilən şəxs Xudat şəhərində özünə məxsus qara rəngli “Lada Priora” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, +99***-***-**-** saylı mobil telefon nömrəsi onun adına olsa da nömrəni qızı Şahid4 işlətmiş, Təqsirləndirilən şəxs istifadəsində olan 99***-***-**-** saylı mobil telefon nörməsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə xx-xx-2021-ci il tarixdə saat 08:55:14-də “E ceka bu ne dimeydki indi men ewtdimki sen mene o tutyeni getiren gun ilham sene dyibki bir wari iki yere bolginen yari gulkaya yarida rikoya e hardasan dur gel gorm.mehleye mene negede vermisen ilhamada gorsedecem.vara baxm.hansi warim yarsdi 1 reys getdi kutardi yeke kiwisen aybdie meniboyda qzn var”, xx-xx-2021 -ci il tarixdə saat 15:56:25-də “sen kimsenki soxasan gelmsen qehbenin oglynan menm wotma kayf tutmaqa meni İmkdan cxartdunda sen ogn ilham sene dyibki wari 2 yere bol yarsn crqa yarsnda” məzmunlu ismarıc yazılması barədə göstərmişdir ki, onun adına olan +99***-***-**-** saylı mobil telefon nömrəsi qızı Şahid4 istifadəsində olmuş və həmin ismarıcları qızı Şahid4 yazmış, “Ceka” ləqəbli, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatının olmadığını bildirmişdir. (cild 1, iş vərəqləri 138-141) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış aparılması haqqında” 25 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol cibindən içərisində marixuanaya bənzər yaşıl rəngli bitki kütləsi olan bir ədəd kibrit qutusunu, içərisində qəhvəyi rəngli heroinə bənzər maddə olan on bir ədəd sellofan və iki ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. “Şəxsi axtarış aparılması haqqında” 25 oktyabr 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır.(Cild 1, iş vərəq 31) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizasının 26 oktyabr 2021-ci il tarixli, 6/4751-7/1102 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikasının DlN-in zərflər üçün N58 dairəvi möhür əksi, “ Təqsirləndirilən şəxs imza Nemət Xasayev imza” yazı və imzalar olan zərfdə 13 ədəd bükümdə, hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,383 qr, 0,300 qr, 0,350 qr, 0,310 qr, 0,302 qr, 0,150 qr, 0,220 qr, 0,310 qr, 0,303 qr, 0,375 qr və 0,360 qram, 0,550 qr və 0,052 qram olmaqla, ümumi çəkisi 3,965 qram olan qəhvəyi rəngli tozşəkilli maddə öz öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Həmin zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,564 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Heroin və marixuana fərqli növ narkotik vasitə olduğundan onlar arasında eynilik tədqiqatı aparılmır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqləri 37-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 06 noyabr 2021-ci il tarixli, 4360 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. (Cild 1, iş vərəqləri 117-118) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd «CD» formatlı diskə baxış keçirilməsi haqqında 08 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 13:49:26- da **********88 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********77 saylı mobil telefon nömrəsinə “bu nedı vermısen qaralıb qalıb yanmır ceka 5 de verem .... bawd1 patı ver gozduyurem burda seni gel verdiyin patınıda gosderecem sene” məzmunlu ismarıc yazılmış, xx.xx.2021-ci il tarixdə saat 22:09:09-da **********95 sayh mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********77 saylı mobil telefon nömrəsinə “.... eleme telefonu gotur.ele eleme senin kakosvu sabah sobede qabaqva qoyum verdugun kakos qalib mende baci oqlum emelyatcidi bugn 1200manat pulmu alib qacmisan bariqa pulmu doq bugun elnur melnur hamvizin siyahisin verecem narkaman” məzmunlu ismarıc yazılmış, xx.xx.2021-ci il tarixdə, saat 1 l:05:34-də **********83 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********77 saylı mobil telefon nömrəsinə “acda patıda var məndə” məzmunlu ismarıc yazılmış, 05 aprel 2021-ci il tarixdə, saat 08:55:14-də Təqsirləndirilən şəxs istifadəsində olan **********77 sayh mobil telefon nömrəsinə **********72 saylı mobil telefon nömrədən “E ceka bu ne dimeydki indi men ewtdimki sen mene o tutyeni getiren gun ilham sene dyibki bir wari iki yere bolginen yari gulkaya yarida rikoya e hardas an dur gel gorm.mehleye mene negede vermisen ilhamada gorsedecem.vara baxm.hansi warim yarsdi 1 reys getdi kutardi yeke kiwisen aybdie meniboyda qzn var” məzmunlu və xx-xx-2021-ci il tarixdə, saat 15:56:25-də “sen kimsenki soxasan menm vvotma kayf tutmaqa meni İmkdan cxartdunda sen ogn ilham sene dyibki wari 2 yere bol yarsn crqa yarsnda” məzmunlu ismarıc yazılmış, xx-xx-2021-ci il tarixdə, saat 13:49:26-da Təqsirləndirilən şəxs istifadəsində olan **********77 saylı mobil telefon nömrəsinə **********88 saylı mobil telefon nömrəsindən “bu nedı vermisen qaralıb qalıb yanmır ceka 5 de verem patı ver gozduyurem burda seni gel verdiyin patınıda gosderecem sene hemwerı oyun çıxarma bır wey ver o gunu söhbet eledık senen harda durum gelırsen seni gozduyurem, sora demekı hormetsızlık eledin ruslan нес bırwey cavab verme, Bir 20 qardaw verecey sene 10 pt verersen” məzmunlu ismarıc yazılmış, xx-xx-2021 -ci il tarixdə, saat 22:35:45-də **********77 saylı mobil telefon nömrənizə **********98 saylı mobil telefon nömrəsindən “ceka men sənə 30 versme mene təmiz maldan verirsen pulu verirəm he” məzmunlu, xxxx-2021-ci il tarixdə saat 13:37:29-da “ceka salam Neynisen Necsen dost' sene 30 verim vallah sen men heckim bilməsin verde təmiz maldan cana bir söz de cana” məzmunlu ismarıc yazılmış, xx.xx.2021-ci il tarixdə, saat 15:28:37-də Təqsirləndirilən şəxs istifadəsində olan **********77 saylı mobil telefon nömrəsinə **********77 saylı mobil telefon nömrəsindən “Питак.неше.вер” məzmunlu ismarıc yazılmış, baxış zamanı ismarıcların yazıldığı **********72 saylı mobil telefon nömrəsinin X11 adına olması, **********88 saylı mobil telefon nömrəsinin X1 adına olması, **********95 saylı mobil telefon nömrəsinin Nərgiz Qulamovanın adına olması, **********83 saylı mobil telefon nömrəsinin X6 adına olması, **********77 saylı mobil telefon nömrəsinin Şahid6 adına olması, **********98 saylı mobil telefon nömrəsinin X5 adına olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 96-101) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,835 qram heroin və 5,514 qram marixuana maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-in maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 170-184) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin məşğull olmaması bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatı onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlili əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin hesab edir ki, digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırki iş üzrə şahid olan Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi işin hallarına uyğun olan mötəbər sübut kimi qəbul edilməli, Şahid4 məhkəmədə Təqsirləndirilən şəxs mənafeyinə uyğun olaraq verdiyi ifadəsi isə təqsirləndirilən şəxsə köməklik məqsədi ilə verilən, onun məsuliyyətədən yayınmasına xidmət edən ifadə kimi qiymətləndirilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “A” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram, narkotik vasitə heroinin isə şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 3,965 qram narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 26 dəfə; 5,564 qram qurudulmuş marixuananın da şəxsi istehlak miqdarından artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 88- 89) Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altı vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 27 oktyabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkian tədbiri seçilmiş, daha sonra 04 mart 2022-ci il tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 24, 65-66, 216-217) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin tutulduğu 2 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin cinayət işində olan və yuxarıda təhlil edilən ekspert rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 3,835 qram heroin, 5,514 qram qurudulmuş marixuana məhv edilməlidir. 03 (üç) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88 manat 70 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 18 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 3,835 qram heroin və 5,514 qram marixuana məhv edilsin. 03 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Fəhmin
Məhkəmə qərarları › İş №1(124)-59/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-59/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver