Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-59/2024 06.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər –Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyasının Lipetsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1999-cu il tarixdə Tovuz rayon Çatax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Tovuz rayonu, Çatax kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədilə qabaqcadan özünü ona “Baba" adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən istintaqa şəxsiyyəti məlum olmayan şəxs ilə “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə danışıb, sonuncu tərəfindən Siyəzən rayonu Gənclik qəsəbəsi ərazisində yerləşən “Balıq bazan” adlanan ərazidə narkotik vasitəni əldə etmək barədə qabaqcadan vəd verib razılaşmış, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək İran İslam Respublikası vətəndaşı narkotik vasitəni qoyduğu yerin xəritəsini göndərdikdən sonra xx.xx.2022- ci il tarixdə Siyəzən rayonu Gənclik qəsəbəsi ərazisində yerləşən “Balıq bazarı” adlanan əraziyə VAZ 2107 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrək 01 ədəd sintetik torbada olan narkotik vasitəni əldə edərkən Siyəzən RPŞ- nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 00 radələrində keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-nə gətirilmiş, RPŞ-nin Növbətçi hissəsində üzərilərinə keçirilən şəxsi axtarış və RPŞ-nin İnzibati binasının həyətində avtomobilə keçirlən baxış zamanı qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamış, saxlanılarkən yerə atdıqları 01 ədəd sintetik torbaya RPŞ-nin Növbətçi hissəsində baxış zamanı həmin sintetik torbadakı 1 ədəd qara rəngli sellofan bükülünün içərisində 3 ədəd qara rəngli, üzəri yapışqan lentlə bağlanmış vəziyyətdə olan bükülülərdə hər birinin ayrıayrılıqda çəkiləri 1010 qram, 1015 qram və 710 qram olmaqla ümumilikdə, 2735 qram narkotik vasitə olan qurudulmuş marixuana, digər 1 ədəd ağ rəngli, üzəri yapışqan lentlə bağlanmış vəziyyətdə olan bükülüdə 500 qram psixotrop maddə olan metamfetamin, digər 1 ədəd qara rəngli, üzəri yapışqan lentlə bağlanmış vəziyyətdə olan bükülüdə 558,6 qram narkotik vasitə herojn aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, xx.xx.2022-ci il tarixdə Siyəzən rayonu Gənclik qəsəbəsi ərazisində yerləşən “Balıq bazan” adlanan əraziyə sonuncuya məxsus VAZ 2107 markalı 01- BN-161 dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrək 01 ədəd sintetik torbada olan narkotik vasitəni əldə edərkən Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022- ci il tarixdə saat 00 radələrində keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-nə gətirilmiş, RPŞ-nin Növbətçi hissəsində üzərilərinə keçirilən şəxsi axtarış və RPŞ-nin İnzibati binasının həyətində avtomobilə keçirlən baxış zamanı qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamış, saxlanılarkən yerə atdıqları 01 ədəd sintetik torbaya RPŞ-nin Növbətçi hissəsində baxış zamanı həmin sintetik torbadakı 1 ədəd qara rəngli sellofan bükülünün içərisində 3 ədəd qara rəngli, üzəri yapışqan lentlə bağlanmış vəziyyətdə olan bükülülərdə hər birinin ayrı- ayrılıqda çəkiləri 1010 qram, 1015 qram və 710 qram olmaqla ümumilikdə, 2735 qram narkotik vasitə olan qurudulmuş marixuana, digər 1 ədəd ağ rəngli, üzəri yapışqan lentlə bağlanmış vəziyyətdə olan bükülüdə 500 qram psixotrop maddə olan metamfetamin, digər 1 ədəd qara rəngli, üzəri yapışqan lentlə bağlanmış vəziyyətdə olan bükülüdə 558,6 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, iki il olar ki, narkotik vasitələrdən istifadə etmişdir. Nicat onun narkotik vasitə istifadə etdiyini bilmiş, amma özü istifadə etməmişdir. İran vətəndaşına 50 manat pul göndərmiş, o da narkotik vasitə götürməsi üçün Sumqayıta gəlməsini bildirmişdir. Sumqayıta çatanda Siyəzənə gəlməsini demiş, o da Nicatdan onunla bir iş dalıyca Siyzənə gedə biləcəyini soruşmuş, Nicat da razılaşmışdır. Siyəzənə yaxınlaşanda iranlı narkotik vasitəni hara qoyduğunu xəritə vasitəsi ilə ona göndərmişdir. Qeyd olunan yerdə kiçik həcmli narkotik vasitə axtardığı üçün aşkar olunan torbanı gördükdə götürüb kənara qoymuşlar və elə bu vaxt polis əməkdaşları onlara yaxınlaşmışdır. Götürəcəyi narkotik vasitə 02 qram heroin, yarım qram metamfetamin olmalı idi. Nicat nə üçün Siyəzənə getdiklərini bilməmişdir. Axtarmaq üçün özü düşmüş, sonradan Nicat gələrək nə axtardığını soruşmuş, ele bu vaxt polislər gəlmişdir. ***-***-**-** mobil nömrəsi ona məxsus olmuşdur. Həmin mobil nömrədə narkotik vasitə istifadəçisi olması ilə bağlı yazışmalar olmuşdur. Narkotik vasitə aldığı iranlını tanımamışdır. İranlı özü ona bu işlə məşğul olduğunu yazmışdır. İranlıya 02 qram narkotik vasitə üçün 50 manat pul göndərmişdir. Polis əməkdaşları ona iranlıya telefon vasitəsi ilə səs göndərməsini demiş, o da göndərmiş, lakin mesaja cavab gəlməmişdir. Torbaya 2.750 qram marixuana, 500 qram heroin, 500 qram metamfetamin qoyulmuşdur. Səmimi olaraq şəxsi istifadəsi üçün 02 qram heroin əldə etmək məqsədilə getdiyini etiraf etdiyini, digər narkotik vasitələrin ona aidiyyatı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı onun vəkili olmamışdır, bir nəfəri gətirib göstərmişlər, Nicat da ona etiraz etmişdir. O, ibtidai istintaq materiallarında adı qeyd olunan vəkili tanımamışdır. Vəkil maşına baxış keçirilən zaman olmuşdur. İranlını bir gündür ki, tanımışdır, həmin iranlı ilə bir gün ərzində yazışmaları olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs olunanadək ünvan 1 ünvanda yaşamış, heç bir yerdə işləməmişdir. Təxminən 2 il olar narkotik vasitə heroin, marixuana və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Əvvəllər Xətai rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətində islah işləri cəzasına və Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Saxlanıldığı vaxtdan təxminən 3-4 ay əvvəl istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Əvəz adlı şəxs mesaj yazmış və ona narkotik vasitələr olduğunu demişdir. Əvəz ona nə vaxt istəsə narkotik vasitə göndərə biləcəyini və narkotik vasitəni əldə etdikdən sonra pulu ödəyə biləcəyini bildirmişdir. Aralarında olan qeyd etdiyi danışıqdan sonra Əvəzdən öz istifadəsi üçün xatırlamadığı tarixlərdə 2-3 dəfə 5 və 10 qram çəkilərdə narkotik vasitə olan heroin alıb çəkmişdir. Sonuncu dəfə saxlanıldığı vaxtdan təxminən 1 ay əvvəl Əvəzdən yenə öz istifadəsi üçün 30 qram qurudulmuş marixuana və hər konvalyutun içərisində 10 ədəd həb olmaqla 2 ədəd dərman konvalyutunda metadon həbləri almışdır. Əvəzdən aldığı narkotik vasitələri Bakı şəhərində Əvəzin ona telefon vasitəsilə göndərdiyi ünvandan götürmüşdür. O, adətən narkotik vasitəni götürdükdən sonra ödənişi Əvəzin göndərdiyi kart hesabına etmişdir. Lakin sonuncu dəfə Əvəzin pulunu göndərməmişdir. Əvəz ona dəfələrlə zəng vursa da, o, Əvəzə cavab verməmiş və onun nömrəsini blok etmişdir. xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nörməsi ilə istifadə etdiyi Whatsapp mobil tətbiqetməsinə tanımadığı, özünü “baba” adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxs +98-***-***-**-** saylı mobil nömrədən ona mesaj yazaraq, narkotik vasitələr olduğunu bildirmiş və lazım olarsa narkotik vasitələri özünün İrandan göndərə biləcəyini demişdir. Baba adlı şəxs ona narkotik vasitəni əldə etdikdən sonra, ödənişi kart vasitəsilə etməli olduğumu bildirmişdir. xx.xx.2022-ci il tarixdə həmin İran vətəndaşı ona Whatsapp mobil tətbiqetməsində mesaj göndərərək narkotik vasitə heroini olduğunu və Siyəzən rayonunda narkotik vasitə verə biləcəyini bildirmişdir. O, isə həmin şəxsə narkotik vasitə qoyacağı ünvanı desə, oradan narkotik vasitəni gedib götürə biləcəyini bildirmişdir. Aralarında olan razılığa görə həmin İran vətəndaşı ona 30 qram narkotik vasitə heroin göndərməli, o isə əvəzində 450 manat pulu kart hesabına göndərməli olmuşdur. O, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində dostu Nicatın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək boş vaxtının olub- olmadığını və onunla birlikdə getməsi barədə soruşmuşdur. Nicat ona boş vaxtının olduğunu və onunla birlikdə gedə biləcəyini demişdir. Bundan sonra o, Nicata 5 dəqiqəyə onun yaşadığı məhəllədə olacağını və bayıra çıxmasını demişdir. O, məhəlləyə çatdıqda Nicat artıq yaşadığı ünvanın qarşısında olmuşdur. Nicat onun gəldiyimi görüb avtomobilə əyləşmiş və onlar yola çıxmışlar. Yola çıxdıqdan sonra o, Nicata Siyəzən rayonuna getdiklərini bildirmişdir. Nicat ona heç bir problem olmadığını, birlikdə gedə biləcəyini demişdir. Yolda olarkən Nicat ondan nə üçün getdiklərini soruşmuş və o, Nicata cavabında “əmanət” götürməli olduğunu bildirmişdir. Nicat ondan nə əmanət götürəcəyini soruşmamışdır. Belə ki, Nicat özü onun narkotik əldə etmək üçün getdiyini hiss etmişdir. Yolda olarkən o, İran İslam Respublikası vətəndaşı ilə danışmışdır. Siyəzən rayonuna təxminən 20 km qalmış o, İran vətəndaşına Whatsapp mobil tətbiqetmesində Siyəzən rayonuna yaxınlaşdığımı bildirmişdir. İran vətəndaşı həmin vaxt ona narkotik vasitənin yerləşdiyi nöqtəni xəritə ilə göndərmişdir. Onlar həmin nöqtəyə getmişlər və o, avtomobili balıq bazarının yan tərəfində saxlamışdır. Avtomobili saxladıqdan sonra Nicat ona sükan arxasında olduğunu bildirərək, özünün gedib həmin əmanəti axtaracağını qeyd etmişdir. O isə Nicata özümün gedib axtaracağını demişdir. Lakin buna baxmayaraq o, avtomobildən düşərkən Nicat da, avtomobildən düşərək onunla birlikdə balıq bazarının yanında olan ayaqyolunun arxa hissəsindəki qamışlıq əraziyə getmişdir. Onlar birlikdə həmin ərazini axtarmağa başlamışlar. Bu zaman o, bir ağacın altına, Nicat isə digər bir ağacın altına baxmışdır. Onlar axtardıqları narkotik vasitənin kiçik qablaşdırmada olduğunu düşünmüşlər. Bu səbəbən orada olan ağ rəngli sintetik torbanın narkotik vasitə olmasını bilməmişlər. Həmin vaxt Nicat sintetik torbanı əlinə götürərək, kənara qoymuşdur. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. Həmin vaxt polis əməkdaşları onları tutmuş və o, polis əməkdaşları tərəfindən saxlanılarkən yerə yıxılaraq baş və diz nahiyələrindən xəsarət almışdır. Bundan sonra polis əməkdaşları onun və Nicatın narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını deyərək üzərilərinə şəxsə axtarış, idarə etdiyi avtomobilə və həmin ərazidə götürdükləri 01 ədəd sintetik torbaya baxış keçirilməsi üçün onu və Nicatı Siyəzən RPŞnin növbətçi hissəsinə gətirmişlər. Bu zaman polis əməkdaşları ona narkotik vasitəni götürməyi ilə bağlı İran İslam Respublikası vətəndaşına səsli mesaj göndərməsini bildirmiş və o, həmin vaxt bu barədə səsli mesaj göndərmişdir. Siyəzən RPŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildirdiş verilmiş və müdafiəçi X8 iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman polis əməkdaşları ondan qanunla qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşına üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Polis əməkdaşı üzərində şəxsi axtarış aparmış və həmin vaxt onun üzərindən qanunla qadağan olunmuş heç bir əşya və ya predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd Honor markalı mobil telefon və 01 ədəd qəbz 01 ədəd zərfə yerləşdirilməklə üzəri möhülənmiş, bütün digər iştirakçılar zərfin üzərində imza etsələr də, o, həmin zərfin üzərində imza etməkdən imtina etmişdir. Sonra Nicatın üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Nicata müdafiə hüquqları izah olunmaqla bu barədə yazılı bildiriş verilmişdir. Həmin vaxt Nicat müdafiəçidən imtina etməsi barədə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları ondan üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuşlar. Nicat üzərində qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilmiş və bu zaman Nicatın üzərindən qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Daha sonra onlar polis əməkdaşları tərəfindən saxlanılan zaman orada Nicatın götürüb kənara qoyduğu 01 ədəd ağ rəngli sintetik torbaya baxış keçirilməsinə başlanılmışdır. Bu zaman torbanın içərisində 01 ədəd qara rəngli sellofan bükülü müəyyən edilmişdir. Həmin bükülüyə baxış keçirilərkən içərisində 03 ədəd qara rəngli, üzəri yapışqan lentlə bağlanmış vəziyyətdə olan bükülülər aşkar edilmişdir. Həmin bükülülər ayrı-ayrılıqda açılmış və onların hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr müəyən olunmuşdur. Daha sonra 01 ədəd qara rəngli sellofan bükülüyə baxış davam etdirilmişdir. Bu zaman həmin bükülüdən 01 ədəd ağ rəngli, üzəri yapışqan lentlə bağlanmış vəziyyətdə olan bükülü aşkar edilmişdir. Həmin bükülüyə baxış keçirilərkən orada psixotrop maddə olan metamfetaminə bənər kütlə aşkar edilmişdir. Daha sonra 01 ədəd qara rəngli sellofan bükülüyə baxış keçirilməsi davam etdirilmiş və bu zaman oradan 1 ədəd qara rəngli, üzəri yapışqan lentlə bağlanmış vəziyyətdə olan bükülü aşkar edilmişdir. Həmin bükülüyə baxış keçirilən zaman oradan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin aşkar olunmuş narkotik vasitələrə bənzər kütlələr əvvəlki formasına qaytarılmış və üzəri möhürlənmişdir. Bütün iştirakçılar qablaşdırmanın üzərində imza etsələr də, o, imza etməkdən imtina etmişdir. Bundan sonra baxış yekunlaşdırılmışdır. Baxış yekunlaşdırıldıqdan dərhal sonra idarə etdiyi “VAZ” 2107 narkalı avtomobilə baxış keçirilmiş və baxış keçirilən zaman polis əməkdaşları ondan avtomobilində qanunla qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuşlar. O. polis əməkdaşına avtomobilimdə qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən avtomobillə baxış keçirilmiş və bu zaman oradan qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təzyiq olunmamışdır. O, ifadəsini özü sərbəst formada, heç bir təsir altında qalmadan vermişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur.O, baxış zamanı aqressiv olduğu üçün polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Lakin o, polis əməkdaşları tərəfindən döyülməmişdir. O, saxlanılarkən yerə yıxılan zaman diz nahiyəsindən və başından xəsarətlər almışdır. Bundan başqa o, DİN-in BİKl-dən daxil olmuş 01 ədəd Diskə baxış zamanı müəyyən olunmuş mesajlar ilə əlaqədar ifadə vermək istəməmişdir. İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 ifadəsində bildirdiklərini bir daha təsdiq edərək cinayət əməlini necə törətməsinin detallarını əyani surətdə göstərərək, xx.xx.2022-ci il tarixdə saat 00 radələrində özünün idarə etdiyi VAZ2107 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayandığı əraziyə gəldiyini bildirmiş və hadisə baş verən vaxt avtomobili saxladıqları yeri işarə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əvvəlcədən İranlı vətəndaşla danışdığını, həmin şəxsin ona Siyəzən rayonun getməli olduğunu, onun üçün 10-15 qram və ya bacardığı qədər çox narkotik vasitə qoyacağını bildirdiyini və həmin əraziyə getmək üçün konum-xəritə və fotoşəkillər atdığını bildirmişdir. O, həmin fotoşəkillərdə ilk əvvəl balıq bazarında olan tualetin, sonrakı şəkillərdə isə söyüd ağaclarının altının göründüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs2 ilk əvvəl həmin ağacı səhv saldığını, sonradan Nicatın ona axtardıqları ağacın digər ağac olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ilk əvvəl Nicatın narkotik vasitə götürməyə getdiklərini hiss etdiyini bildirsə də, sonrandan “onu öz aramızda danışırdıq axı ifadəyə yazmazdın” deyərək, Nicatın narkotik vasitə üçün getdiklərini hiss etmədiyini qeyd etmişdir. O, bir ağacın, Nicatın isə digər ağacın dibini axtardığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ilk öncə Nicatın avtomobildən düşmək istədiyini, lakin buna razı olmayaraq özünün avtomobildən düşdüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 həmin vaxt ona “sən sükan arxasındasan mən düşüm tez götürüm gəlim deyə bildirdiyini, lakin razılaşmayaraq özünün düşüb getdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 həmin torbanı ağacın yanında gördüyünü, həmin torbanın Nicat tərəfindən götürülərək 1-1,5 metr kənara atdığını bildirmişdir. Belə ki, o, sonuncu dəfə həmin torbanı gördükdə, torba əvvəl gördüyü yerdən kənarda olmuşdur. İfadələrinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 yolda olarkən Nicatın səsləri eşitdiyini və konumu gördüyünü bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən yerə yıxıldığını və xəsarət aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 15-20 qram narkotik üçün həmin əraziyə gəldiyini video çəkiliş zamanı əlavə etmişdir. (cild 1, iş vərəqə 121-126; 187-189) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özü narkotik vasitə istifadəçisi deyil. Elvinlə yaxşı münasibəti olmuş, Elvin ona zəng edərək onunla birgə Siyəzənə getməyi təklif etmiş, o da razılaşmışdır. Yola çıxanda Elvindən getmə səbəblərini soruşmuş, o da şəxsi əmanəti olduğunu, onu götürəcəyini demişdir. Saat 01 radələrində Elvin maşından düşərək nəsə axtarmağa başlamış, düşüb ondan nə axtardığını soruşmuş, o anda polislər gəlmişdir. Elvinin heroin və metamfetamin istifadə etdiyini bilməmiş, amma marixuanadan istifadə etdiyini bilmişdir. Bölmədə ona qarşı təzyiqlər olmuş, hətta köynəyi də cırılmışdır. Ona narkotik vasitədən xəbəri olduğunu deməsini bildirmişlər, o isə razı olmamışdır. Ona vəkil təyin olunmuş, o isə vəkildən imtina etmişdir. Çünki vəkilin yanında onu döymüşlər, vəkil müdaxilə etməmişdir. X23 müharibəsi iştirakçısı və qazidir. Cəbrayılın, Qubadlının, Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə vətən müharibəsi iştirakçısı medalları vardır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs olunanadək Tovuz rayon Çatax kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamış,fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, narkotik vasitələrdən istifadə etməmişdir. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Təqsirləndirilən şəxs2 ilə bir məhlədə böyümüşlər. Münasibətimiz həmişə yaxşı olmuş, aralarında heç bir mübahisə olmamışdır. Elvin xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsinə zəng edərək harada olduğunu soruşmuşdur. O, Elvinə evdə olduğunu bildirmişdir. Elvin ona 5 dəqiqəyə küçəyə çıxmağını bildirmişdir. O, məhəlləyə çıxmış və bu zaman Elvin hələ gəlməmişdir. Məhəllədə dayanarkən Elvin idarə etdiyi Vaz 2107 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmiş və o, avtomobilə əyləşmişdir. Avtomobil hərəkətə başladıqdan sonra Elvindən hara getdiklərini soruşmuşdur. Elvin həmin vaxt ona Siyəzən rayonuna getdiklərini bildirmişdir. O, Elvindən Siyəzənə nə üçün getdiyini soruşanda Elvin Siyəzən rayonundan “əmanət” götürməli olduğunu demişdir. O, Elvindən “əmanətin” nə olduğunu soruşduqda, Elvin dəqiq cavab verməyərək “əmanətdi də” cavabını vermişdir. O, Elvindən “əmanətdirsə məni niyə aparırsan" deyə soruşmuşdur. Bu zaman Elvin ona “uzun yoldur yoldaşlıq edərək gedibgələrik ” demişdir. Yolda olarkən Elvin kiminləsə səsli mesajlarla danışmışdır. Belə ki, Elvin kiməsə yolda olduğunu və gəldiyini bildirmişdir. Yolda olarkən Elvin Xızı rayonu ərazisində avtomobili saxlayaraq ayaqyoluna getmiş və geri qayıtdıqda daha bir səsli mesaja qulaq asmışdır. Həmin mesajda danışan şəxs Elvinə Siyəzənə 10 km qalmış mənə xəbər edərsən demişdir. Elvin isə həmin şəxsə səs göndərərək onunla razılaşmışdır. Bundan sonra onlar Siyəzən rayonu istiqamətində hərəkəti davam etdirmişlər. Siyəzən rayonuna girdikdən sonra, Elvinin mobil telefonuna yerləşmə nöqtəsi olan xəritə göndərilmişdir. Onlar, həmin xəritə ilə yola davam edərək Siyəzən rayonu “Balıq bazarı” adlanan əraziyə çatmışlar. Həmin əraziyə çatdıqdan sonra Elvin avtomobili bazarın yan hissəsində saxlamışdır. Elvin dərhal avtomobildən düşərək, ağaclar olan hissəyə ətərəf yaxınlaşmış və orada nə isə axtarmağa başlamışdır. O, 1-2 dəqiqə keçdikdən sonra Elvinin axtardığı şeyi tapa bilmədiyini görərək, avtomobil düşüb onun yanına getmişdir. Elvinin yanına getdikdən sonra nə axtardığını soruşmuşdur. Elvin ona balaca sellofan bağlama axtardığını bildirmişdir. Həmin vaxt o, Elvinin narkotik vasitə əldə etmək üçün oraya gəldiyini bilmişdir. Bundan sonra o, Elvin ilə birlikdə oranı axtarmışdır. Həmin ərazini axtaran zaman Elvin ona axtardıqları əşyanın balaca sellofan paket olduğunu bildirdiyindən o, həmin ərazidə olan sintetik torbanı əli ilə götürüb kənara sürüşdürmüşdür. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları onu və Elvini tutmuşlar. Bu zaman Elvin yerə yıxılmış, baş nahiyəsindən və diz nahiyəsindən xəsarət almışdır. Onun isə, polis əməkdaşları tərəfindən tutularkən köynəkim cırılmışdır. Bundan sonra polis əməkdaşları onun və Elvinin narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyərək üzərilərinə şəxsə axtarış, idarə etdiyikləri avtomobilə və həmin ərazidən götürdükləri 01 ədəd sintetik torbaya baxış keçirilməsi üçün onu və Elvini Siyəzən RPŞ-nin növbətçi hissəsinə gətirmişlər. İlk öncə Elvinin üzərində şəxsi axtarış keçirilmiş və bu zaman Honor markalı mobil telefon və 01 ədəd qəbz aşkar edilmişdir. Həmin mobil telefon ilə qəbzlər 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. O və digər iştirakçılar zərfin üzərinə imza etsələr də, Elvin həmin zərfin üzərinə imza etməmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Siyəzən RPŞ-də ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildirdiş verilmiş və müdafiəçi X8 iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt o, müdafiəçidən imtina etməyi barədə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları ondan üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuşlar. O, üzərində qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilmiş və bu zaman onun üzərindən qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Daha sonra onlar polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin ərazidə onun götürüb kənara qoyduğu 01 ədəd ağ rəngli sintetik torbaya baxış keçirilməsinə başlanılmışdır. Bu zaman torbanın içərisində 01 ədəd qara rəngli sellofan bükülü müəyyən edilmişdir. Həmin bükülüyə baxış keçirilərkən içərisində 03 ədəd qara rəngli, üzəri yapışqan lentlə bağlanmış vəziyyətdə olan bükülülər aşkar edilmişdir. Həmin bükülülər ayrı- ayrılıqda açılmış və onların hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr müəyən olunmuşdur. Daha sonra 01 ədəd qara rəngli sellofan bükülüyə baxış davam etdirilmişdir. Bu zaman həmin bükülüdən 01 ədəd ağ rəngli, üzəri yapışqan lentlə bağlanmış vəziyyətdə olan bükülü aşkar edilmişdir. Həmin bükülüyə baxış keçirilərkən orada psixotrop maddə olan metamfetaminə bənər kütlə aşkar edilmişdir. Daha sonra 01 ədəd qara rəngli sellofan bükülüyə baxış keçirilməsi davam etdirilmiş və bu zaman oradan 1 ədəd qara rəngli, üzəri yapışqan lentlə bağlanmış vəziyyətdə olan bükülü aşkar edilmişdir. Həmin bükülüyə baxış keçirilən zaman oradan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin aşkar olunmuş narkotik vasitələrə bənzər kütlələr əvvəlki formasına qaytarılmış və üzəri möhürlənmişdir. Həmin vaxt o və Elvin kisənin üzərinə imza etməkdən imtina etmişlər. Bundan sonra baxış yekunlaşdırılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olunmamışdır. O, ifadəsini özü sərbəst formada, heç bir təsir altında qalmadan vermişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və narkotik vasitələrdən ümumiyyətlə istifadə etməmişdir. O, RPŞ-nə daxil olduqdan sorna qeyd olunan narkotik vasitələr ilə razılaşmadıqda və həmin narkotik vasitələrin onun olmadığını dedikdə, ailə üzvlərinə məlumat verilməsini istədikdə polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Bundan başqa o, DİN-in BİKl-dən daxil olmuş 01 ədəd diskə baxış zamanı müəyyən edilmiş mesaj ilə əlaqədar olaraq uzun müddət küçdiyindən həmin mesajı, onu yazan şəxsi və hansı məzmunda yazılmasını xatırlamadığını bildirmişdir. İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 ifadəsində bildirdiklərini bir daha təsdiq edərək cinayət əməlini necə törətməsinin detallarını əyani surətdə göstərərək, xx.xx.2022-ci il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ2107 markalı avtomobil ilə hal-hazırda dayandığı əraziyə gəldiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 həmin əraziyə hansı məqsədlə gəldiyini bilmədiyini, həmin əraziyə elektron xəritədən- konumdan istifadə edərək gəldiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 avtomobili saxladıqları yeri göstərməklə Elvinin yaxınlıqda olan kolların yanına yaxınlaşdığını və kolların arasında nəsə axtardığını bildirmişdir. Tərəfimdən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 nə axtarması barədə sual verilmiş və o, cavabında Təqsirləndirilən şəxs2 ona “əmanət götürməyə gedirik” deyə bildirdiyini qeyd etmişdir. Bundan sonra Nicay Hüseynov özünün də, Elvinin arxasınca avtomobildən düşərək onun yanına getdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 avtomobildən düşməyinə səbəb olaraq Elvinin nə axtardığını öyrənmək olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs2 nə axtardığını soruşduqda sonuncunun ona, balaca paket axtardıqlarını, həmin vaxt axtarılan predmetin narkotik vasitə olması ilə bağlı ona düşüncə gəldiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 axtardıqları əşyanı götürərək, yollarına davam edəcəklərini, yolda olarkən ona hər şeyin məlum olacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və özünün narkotik vasitənin olduğu bağlamanı axtardıqları yerləri göstərərək, narkotik vasitə axtardıqları vaxt həmin torbanın fərqinə vardıqlarını, həmin ağ rəngli torbanı kənara çəkdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 həmin torbanı polis əməkdaşları Siyəzən RPŞ-nin NH-də baxış keçirilən torbaya daha əvvəldən heç bir baxış keçirilmədiyini bildirmişdir. ( cild 1, iş vərəqə 138-142; 190-192) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə sonuncunun idarə etdiyi VAZ2107 markalı avtomobil ilə İran İslam Respublikasının vətəndaşları vasitəsilə yol kənarına atılmış narkotik vasitəni götürüb Bakı şəhərinə daşıyaraq orada satışı ilə məşğul olmaları barədə 21 avqust 2022-ci il tarixdə əməliyyat aparatına məlumat daxil olmuşdur. Məlumat əsasında 21 avqust 2022-ci il tarixdə saat 00 radələrində Siyəzən rayonu ərazisində “balıq bazan" adlanan ərazini müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 VAZ2107 markalı avtomobil ilə həmin əraziyə gəldiklərini görmüşlər. İlk öncə Təqsirləndirilən şəxs2 avtomobildən düşərək otluq əraziyə yaxınlaşmış və həmin ərazini axtarmağa başlamışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs1 da avtomobildən düşərək həmin əraziyə yaxınlaşmış və onlar hər ikisi birlikdə həmin ərazini axtarmağa başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs1 yerdə olan bir ədəd ağ rəngli kisəni götürərək Təqsirləndirilən şəxs2 tərəf çevrilərək bu barədə bildirmişdir. Təqsirləndirilən şəxs1 ağ rəngli kisə əlində olmaqla Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobilə tərəf irəliləmək istəyərkən həmin şəxslərə yaxınlaşmışlar və onlara polis əməkdaşları olmaları barədə məlumat vermişlər. Bu zaman Təqsirləndirilən şəxs1 kisəni əlində yerə atmış və hər iki şəxs oradan uzaqlaşmağa çalışmışlar. Onlar həmin şəxsləri saxlamış və Təqsirləndirilən şəxs2 saxlanılarkən yerə yıxılaraq xəsarətlər almışdır. Təqsirləndirilən şəxs1 tərəfindən yerə atılmış bir ədəd ağ rəngli torba onlar tərfindən götürülmüş və hər iki şəxs Siyəzən RPŞ-nə gətirilmişdir. Siyəzən RPŞ-nin növbətçi hissəsində vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə onların üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs2 “Honor” markalı mobil telefon, Emanat ödəniş qəbzi, 1 ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefon və Emanat ödəniş qəbzi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Sonra onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılarkən Təqsirləndirilən şəxs1 yerə atdığı 1 ədəd ağ rəngli torbaya baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisində 1 ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükülüsü, həmin bükülü açıldığında içərisində 3 ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükülülərdə qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd yapışqan lentlə bağlanmış ağ rəngli sellofan bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin polis əməkdaşları Şahid4, Şahid3 və Şahid2 məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 avqust 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 tanışı Tovuz rayonu, Çatax kəndində qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi VAZ2107 markalı avtomobil ilə Siyəzən rayonuna gəlib İran İslam Respublikasının vətəndaşları vasitəsi ilə yol kənarına atılmış narkotik vasitələri götürüb Bakı şəhərinə daşıyaraq orada satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur.(İ cild, iş vərəqə 06) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış və götürmə haqqında” 21 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 “Honor” markalı mobil telefon, Emanat ödəniş qəbzi, 4 ədəd 1 manatlıq pul əskinası, 1 ədəd sarı rəngli alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş və şəxsi axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Sonra onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılarkən Təqsirləndirilən şəxs1 yerə atdığı 1 ədəd ağ rəngli torbaya baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisində 1 ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükülüsü, həmin bükülü açıldığında içərisində 3 ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükülülərdə marixuanaya bənzər kütlə, 1 ədəd yapışqan lentlə bağlanmış ağ rəngli sellofan bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 43-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntü 22 dəqiqə 42 saniyə davam edir, rəngli formatdadır. Çəkiliş müsəntiq Nabil Abdullayevin çıxışı ilə başlayır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunaraq, bununla bağlı müvafiq bildiriş təqdim olunur. Həmin bildiriş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmaqla götürülür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiə hüququ izah olunaraq şəxsi axtarış zamanı müdafiəçinin iştirakının təmin edilməsi təklif olunur. Təqsirləndirilən şəxs2 özünün müdafiəçisinin olmasını bildirsə də, müdafiəçisinin adı, soyadı və yerləşdiyi ünvan barədə hər hansı bir məlumat vermir. Təqsirləndirilən şəxs1 isə üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin onun hüquqlarını müdafiə etməsindən imtina edərək özünün öz hüquqlarını müdafiə edəcəyi barədə ərizə yazır. Bundan sonra şəxsi axtarışın keçirilməsinə başlanılır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində heç bir qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirir. Daha sonra müstəntiqin göstərişi əsasında Siyəzən RPŞ-nin NMQ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən onun üzərində şəxsi axtarış davam etdirilir və şəxsi axtarış zamanı üzərindən “Honor" markalı mobil telefon, Emanat ödəniş qəbzi, 4 ədəd 1 manatlıq pul əskinası, 1 ədəd sarı rəngli alışqan aşkar edilir və heç bir qanunla qadağan olunmuş əşya, predmet aşkar olunmur. Onun üzərindən aşkar edilmiş “Honor” markalı mobil telefon və Emanat ödəniş qəbzi müvafiq qaydada qablaşdırılaraq RPŞ-nin 96 nömrəli möhürü ilə möhürlənərək götürülür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində heç bir qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirir. Daha sonra müstəntiqin göstərişi əsasında Siyəzən RPŞ-nin NMQ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən onun üzərində şəxsi axtarış davam etdirilir və şəxsi axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmur. Daha sonra imayılov Elvin Habil oğlu və Təqsirləndirilən şəxs1 Siyəzən şəhəri Gənclik qəsəbəsində yerləşən Balıq bazarı adlanan ərazidən götürdükləri 1 ədəd ağ rəngli torbaya baxış keçirilir. Baxış zamanı torbanın içərisində 1 ədəd yapışqan lentlə yağışdırılmış qara sellofan bükülü, həmin bükülünün içərisində 3 ədəd qara rəngli yapışqan lentlə yapışdırılmış sellofan bükülülərdə marixuanaya bənzər kütlə, 1 ədəd ağ rəngli yapışqan lentlə yapışdırılmış sellofan bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 1 ədəd qara rəngli yapışqan lentlə yapışdırılmış sellofan büKümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur. Aşkar olunmuş narkotik vasitələr təkrar olaraq əvvəlki kimi qablaşdırılır və üzəri RPŞ-nin 96 nömrəli monürü ilə möhürlənərək götürülür. Bundan sonra şəxsi axtarış və baxış yekunlaşdırılır. Çəkiliş 22 dəqiqə 42 saniyədə başa çatır. ( cild 1, iş vərəqə 106-107) Şəxsi axtarış və götürmə haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4439 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün N96 dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitələr...yeddi- imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd torbanın içərisində 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 558,6 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 500 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. ( cild 1, iş vərəqə 71-76) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/923 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1...” yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı bir ədəd qara rəngli polietilen bağlamanın içərisində 03(üç) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda çəkiləri: 1010 qram; 1015 qram; 710 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. ( cild 1, iş vərəqə 77-81) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 187 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində başın alın nahiyəsinin sıyrılmış yarası və sırıntıları, hər iki diz nahiyəsinin sıyrıqları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, özü tərəfindən yetirilməyə xarakterik deyil, xaakterinə və yerləşməsinə görə boyu hündürlüyündən yıxılma zamanı yarana bilməsi inkar olunmur. Yaranma müddəti 21 avqust 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. ( cild 1, iş vərəqə 158-159) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 188 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı növ bədəni xəsarəti aşkar olunmamışdır. ( cild 1, iş vərəqə 160-161) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6917 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, müayinə zamanı İSMAYİLOV ELVİN HABİL oğlunda OPİOİDLƏRİN və psixoslimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( cild 2, iş vərəqə 47-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6712 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqləri 44-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş komisyon kmpleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji xx.xx.2022-ci il tarixli, 2416 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak proseslərini, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosionaliradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs2 ruhi xəstəliyin əlamətləri varmı? Əgər belə əlamətlər varsa onun cinayət əməlinin törədərkən anlaqlı olub-olmaması və öz hərəkətlərinə cavab verə bilmək iqtidarında olub-olmaması müəyyən edilsin.Cavab: Təqsirləndirilən şəxs2 hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyihi dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. 2-ci sual: Təqsirləndirilən şəxs2 hərəkətlərinin Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşüb-düşməməsi və hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarında olub-olmaması müəyyən edilsin. Cavab: Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21 ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinəə əsasən aşağıdakı nəticəyə gəlinir: X4 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsir edə və bu barədə məlumat verə bilər. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 2, iş vərəqə 40-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş komisyon kmpleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022ci İİ tarixli, 2358 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUMUR. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlaməti təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak proseslərini, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında,fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs1 ruhi xəstəliyin əlamətləri varmı? Əgər belə əiamətlər varsa onun cinayət əməlinin törədərkən anlaqlı olub-olmaması və öz hərəkətlərinə cavab verə bilmək iqtidarında olubolmaması müəyyən edilsin. Cavab: Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətəri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. 2-ci sual: Təqsirləndirilən şəxs1 hərəkətlərinin Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşüb-düşməməsi və hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarında olub-olmaması müəyyən edilsin. Cavab:Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinəə əsasən aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. Əqli-inıellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışlarını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. ( cild 2, iş vərəqə 36-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs2 məxsus “Honor” markalı mobil telefona baxış keçirilməsi prosesinin video görüntülərinin köçürüldüyü 01 (bir) ədəd Kompakt Diskə baxış zamanı müəyyən olunmuşdur ki, DVD diskin içərisində DSCN5803 “X19” formatlı video fayl vardır. Video fayla baxdıqda müəyyən olunduki, görüntü 09 dəqiqə 51 saniyə davam edir, rəngli formatdadır. Çəkiliş müsəntiq Nabil Abdullayevin çıxışı ilə başlayır. Baxış zamanı “Honor” markalı mobil telefonu zərfdən Çixardılaraq Təqsirləndirilən şəxs2 baxış keçirilməsi üçün kiliddən çıxartmasına görə təqdim edilir. Baxış zamanı Təqsirləndirilən şəxs2 sağ əlinin barmağı ilə mobil telefonu kiliddən açıb mobil telefonunda olan Whatsapp mobil tətbiqini açaraq +98-905-515- 94-24 saylı mobil telefon nömrəsi ilə olan mesajlarını təqdim edir. Həmin nömrə ilə olan yazışmalara baxış zamanı +98-***-***-**-** nömrədən daxil olmuş mesajlar həmin nömrənin sahibi tərəfindən silinsədə həmin nömrədən daxil olmuş “salam” mesajı fotoşəkillər və xəritə müəyən olunur. Ancaq Təqsirləndirilən şəxs2 tərəfindən göndərilən səsli mesajlar və şəkillər mobil telefonda qalmışdır. Təqsirləndirilən şəxs2 qeyd edilən nömrə ilə əlaqə saxladıqdan sonra Siyəzən rayonuna gəldiyini bildirir. Telefona baxış zamanı Təqsirləndirilən şəxs2 tərəfindən qeyd olunan nömrəyə göndərilən səs yazılarına qulaq asılır və həmin səs yazmalarda “qardaş kimiydi tanıya bilmədim basına dönərəm tanıyammadım'. " yazmısan lap yaxşı işdiyərik də, prostu mən biraz şikayət elədim, axır vaxtlar ünvanlar boş çıxır, nəbilim ünvana gedirik amanat götürürük xarab çıxır, bu qardaş da mənim məhlə adamımdır, tanıyırıq da yəni qonşuyuq, dedi mənim adamım var lazım olsa danışım, nə vaxt lazım olsa səni calaşdıraram, xəbər edərəm, yəni belə işdiyək da qardaşım nə deyirəm", qa”daşım söhbət bilirsən nətəridi, o qədər pulumu yiyiblər ki, mənim heç kimə etibarım yoxdur, başa düşüsən, allaha and olsun qorxuram, 5- 10 manat əlimizdə pul var oda dağıldı getdi, mən gedim amanatı götürüm onsuzda işdiyirəm da, mən o 5-10 dənə amanatla nə mən kişi olacam, nə də sən kasıblamayacaqsan, amanatı aparım satım pulunu verim, lazım olsa sənin nömrəni kim mənə verib o, mənim qapımı da tanıyır, lazım olsa görsədə də bilər, nə mən sənin pulunu yiyəsiyəm, bax mənim sənə axırıncı sözüm budur qardaşım, gör sərf edirsə işdiyək eləmirsə yenə də allah köməyin olsun, allah işini avand eləsin, heçnə demirəm", “mən bu dəqiqə sənə cavab verə bilmirəm bax camaatın əlindən”, “hara gedəcəm hardan götürəcəm amanatı, sən amanatı atdır, mən də 50 manat atım sənə indi, işini gör da kimdən şey eliyə bilərsən, bax bu dəqiqə istiyən çoxdur amanat da yoxdur əlimdə, obirisidə pulu atmışam dünən bu saat bu saat deyib məni aldadıb, amanatını qoydur işini gördür 5dənə 10 dənə lap artıq qoydur. Sonra denən mənim sənə bu qədər verəcəyim var, adım Elvindir, denənki Elvin sənin bu qədər verəcəyin var, bir günə sənin pulunu atacam kartına, hara desən üstünə nə qoysan, elə bilki nə borcum qalsa sənə bir günə hansı karta desən orada atacam pulunu” məzmunlu mesajlar olması müəyyən olunur. Daha sonra digər səsli mesajlara qulaq asılır və “deməli mənə heç olmasa 5 dənə göndər, şüşə də istiyən var ona görə”, atdıra bilirsənsə bir 10 dənə atdır kola, denən mənim sənə bu qədər borcum var vəssalam” məzmunlu mesajlar müəyyən edilir və daha sonra Təqsirləndirilən şəxs2 iran vətəndaşının ona "konum” xəritə göndərdiyini və narkotiki Siyəzən rayonunda həmin yerə qoymasını dediyini bildirir. Daha sonra telefonda olan qəbzin şəklini və şəxsi axtarış zamanı üzərindən götürülmüş və zərfə yerləşdirilmiş həmin qəbzin əslini göstərib 50 manat pulu iranlıya göndərdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs2 telefonda olan 4 ədəd fotoşəkili göstərib iranlının narkotiki Siyəzən rayonunda fotoşəkildə göstərilən yerə atdığını ona dediyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs2 iranlının ona mesaj atdığı yerin xəritəsini göstərərək həmin xəritə ilə iranlının Siyəzən rayonunda narkotiki qoyduğu yerə- yəni Siyəzən rayonunda Balıq bazarının yanına gedib çıxdığını, narkotiki tapdığını götürmək istəyən zaman polis əməkdaşlarının ona yaxınlaşıb tutduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs2 mobil telefonuna baxış keçirilməsi yekunlaşdırılır. Çəkiliş 11 dəqiqə 03 saniyədə başa çatır. ( cild 1, iş vərəqə 109-110) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 070-204- 04-06 saylı nar mobil nömrəsindən və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nar mobil telefon nömrəsindən 01 iyul 2022-ci il tarixdən 21 avqust 2022-ci iİ tarixədək edilmiş giriş və çıxış zənglərinin nömrələrini, həmin abonent nömrələrinin sahiblərinin adları, soyadları və ünvanları göstərilməklə siyahısının, göndərilən və daxil olan SMS-lərin məzmunlarının əldə edilməsi barədə məlumatların yaddaşına köçürüldüyü 01 (bir) ədəd Kompakt Diskə baxış keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş 01 ədəd diskə baxış zamanı orada nömrələr və təhlil adlı iki ədəd qovluq olması görünür. Nömrələr adlı birinci qovluğa daxil olduqda orada, orda 6 ədəd fayl olması müəyyən olunur. “**********06_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********06” adlı birinci fala baxış zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci İİ tarixdə saat 23:50 radələrində Siyəzən şəhəri ərazisində olması görünür. "**********06_SMS məzmun (qarşı abunə ilə)_**********06” adlı ikinci fayla baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan **********06 saylı mobil telefon nömrəsi ilə Bahadur Səlimovun adına qeydiyyatda olan **********82 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 01:23:02-də “QAQA AD GUNUMDU YARİM ТЕМА LAZİMDİ” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan **********06 saylı mobil telefon nömrəsi ilə X3 adına qeydiyyatda olan **********58 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 21:43:00-da “X28 X25 X33 X14 17manat X30 3seher X31 X21 X32 X20 X26 X29 X22” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan **********06 saylı mobil telefon nömrəsi ilə X5 adına qeydiyyatda olan **********32 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 07:52:06-da “Eli nevesen menem namiq qaqa 5 diy pati alinar. Qaqa” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan **********06 saylı mobil telefon nömrəsi ilə X6 adına qeydiyyatda olan **********83 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 18:03:18-də “25 temiz puldu bidene yari bidene 5 pati alinar tez gelim tez xeber ele” məzmunlu,Təqsirləndirilən şəxs2 istifadəsində olan **********06 saylı mobil telefon nömrəsi ilə Aidə Quliyevanın adına qeydiyyatda olan **********65 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 11:56;28-də “Qa qa 35 manat var, 5 manat bowdu qalim İsaatd yari kola 04 pati.” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan **********06 saylı mobil telefon nömrəsi ilə X7 adına qeydiyyatda olan **********52 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 14:02:13-də “Elvin 15.m var dunenen agridan olurrm halsizam imkan varsa gelim 15 lik verde” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan **********06 saylı mobil telefon nömrəsi ilə X6 adına qeydiyyatda olan **********83 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 07:41:49-da “35 MANAT TEMİZ PULDU 1DENE VERESEN GELİM GOTURUM” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan **********06 saylı mobil telefon nömrəsi ilə X2 adına qeydiyyatda olan **********45 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 15:08:47-də “X27 Duzelirse 1dene Putov Lazimdi” məzmunlu, Təqsirləndirilən şəxs2 istifadəsində olan **********06 saylı mobil telefon nömrəsi ilə X9 adına qeydiyyatda olan **********80 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 02:33:34-də “Qaqas nolar ki hec olmasa 2 ili 3 tusduluy bi sey verde bu qeder yolu gelmisem seher pulun nedi verecemde agriram pisdi halim" məzmunlu mesajlaşmaların olduğu görünür. “**********06_Zəng statistika (qarşı abunə ilə)_**********06” adlı üçüncü fayla baxış keçirildikdə orada iş üzrə əhəmiyyət kəsb edə biləcək hallara rast gəlinmir. “**********60_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********60” adlı dördüncü fayla baxış keçirildikdə orada Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 23:50 radələrində Siyəzən şəhəri ərazisində olması görünür. “**********60_SMS məzmun (qarşı abunə ilə)_**********60” adlı beşinci fayla baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan **********60 saylı mobil telefon nömrəsi ilə Aidə Quliyevanın adına qeydiyyatda olan **********65 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci İl tarixdə saat 02:15:10-da “Qa qa qadan alaram tapa bilsen hansnan olur olsun menede getre bilsen valah nece pisem ozum olum” məzmunlu mesajlaşmanın olması görünür. (cild 2, iş vərəqə 21-24) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd kağız paketə qablaşdırılaraq “Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat Obyekti № 68” ştampla ştamplanmış vəziyyətdə 558,5 qram qalıq çəkidə narkotik vasitə heroin və 499,9 qram qalıq çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd ağ rəngli sintetik torbaya qablaşdırılaraq “Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat Obyekti № 71” ştampla ştamplanmış vəziyyətdə 2734,7 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 01 ədəd “Honor” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ- nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində şəxsi axtarış və onların Siyəzən rayonu Balıq bazan adlanan ərazidə polis əməkdaşları tərəfindən saxlanılarkən yerə atdıqları 01 ədəd ağ rəngli kisəyə baxış keçirilməsi prosesinin video görüntülərinin köçürüldüyü 01 ədəd Kompakt Disk, Siyəzən RPŞ-nin İnzibati Binasının həyətində Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ2107 markalı avtomobilə baxış keçirilməsi prosesinin video görüntülərinin köçürüldüyü 01 ədəd Kompakt Disk, Təqsirləndirilən şəxs2 məxsus “Honor” markalı mobil telefona baxış keçirilməsi prosesinin video görüntülərinin köçürüldüyü 01 ədəd Kompakt Disk, Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması prosesinin video görüntülərinin köçürüldüyü 01 ədəd Kompakt Disk, Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması prosesinin video görüntülərinin köçürüldüyü 01 ədəd Kompakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, həmin ümumilikdə 05 ədəd Kompakt Disklərin saxlanılmaları üçün cinayət işinin materiallarına əlavə olunmuşdur.( cild 2, iş vərəqə 71-95) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs2 adına tərtib olunmuş tələbnamədən görünür ki, o, Bakı şəhər, Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-in 62-ci maddəsi ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 03 aya endirilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. ( cild 1, iş vərəqə 238) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş tələbnamədən görünür ki, o, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə 331.3, 332.2.1-ci maddələri ilə təqsirli bilinərək, 03 il 06 aya azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. (cild 2, iş vərəqə 248-249) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xətai rayon İcra Hakimiyyəti 66 saylı MKİS tərəfindən verilən xasiyyətnamədən görünür ki Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( cild 2, iş vərəqə 35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xətai rayon İcra Hakimiyyəti 66 saylı MKİS tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( cild 2, iş vərəqə 46) Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 aşkar olunan çəkidə narkotik vasitəni əldə etmək məqsədi ilə Siyəzən rayonuna getməmələri, narkotik vasitə əldə etməkdə satış məqsədlərinin olmaması və Təqsirləndirilən şəxs1 narkotik vasitəni əldə etmək məqsədi ilə Siyəzən rayonuna getməməsi, polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa aşkar olunan narkotik vasitənin və psixotrop maddənin külli miqdarda və müxtəlif növlərdə olması, onların istifadəsində olan mobil nömrələrdə narkotik vasitə satışını ehtiva edən sms yazışmaların mövcudluğu təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, psixotrop maddə metamfetmainin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 21 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 avqust 2022-ci il tarixdə Siyəzən rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmə müddətinin başlanğıcı 21 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 22-23, 111-112; 201-205) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 21 avqust 2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 21 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 avqust 2022-ci il tarixdə Siyəzən rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmə müddətinin başlanğıcı 21 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 37-38, 129; 206-210) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 21 avqust 2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Siyəzən RPŞ- nin maddi sübutları saxlama otağına təhvil verilmiş 558,5 qram qalıq çəkidə narkotik vasitə heroin, 499,9 qram qalıq çəkidə psixotrop maddə metamfetamin və 2734,7 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən ayr-ayrılıqda 85 (səksən beş) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə narkomaniyadan profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Siyəzən RPŞ- nin maddi sübutları saxlama otağına təhvil verilmiş 558,5 qram qalıq çəkidə narkotik vasitə heroin, 499,9 qram qalıq çəkidə psixotrop maddə metamfetamin və 2734,7 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən ayr-ayrılıqda 85 (səksən beş) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-59/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-59/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver