Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-592/2024 23.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Yevlax rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Yevlax rayonu Q.Əşrəfbəy küçəsi ev 10 mənzil 12-də qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli küçəsində kirayэdə yaşamış, barəsində həbs qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi, “Duz gölü” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd şəffaf sellofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına» daxil edilən 0,851 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Abşeron rayonunun Masazır qəsəbəsinə daşımış və saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında 03 noyabr 2023-cü il tarixdə saat 22:40 radələrində Abşeron RPİ-nin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron rayonu Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilib və həmin gün saat 23:20-dən 23:30-dək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə çəkisi 0,851 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsində tanış olduğu instintaqa məlum olmayan Məryəm adlı İran İslam Respublikasının vətəndaşına 01 yanvar 2024-cü il tarixdə 350 manat pul göndərdikdən sonra həmin Məryəm adlı şəxs istifadəsində olan mobil telefonla “Whatsapp” sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayıb ona Abşeron rayonu, Qobu qəsəbəsi “Qobu Park” yaşayış kompleksində yolun kənarında mişar daşının altında narkotik vasitə və psixotrop maddələrin qoyulduğunu bildirmiş, o da 02 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Məryəm adlı şəxsin dediyi yerə gəlib orada qoyulan 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına» daxil olan 8,520 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr siyahısına» daxil olan 4,630 qram çəkidə külli miqdarda metamfetamini götürüb qanunsuz əldə etmək istəyərkən, Abşeron rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanıldığına, Abşeron rayonu, Qobu qəsəbəsi, "Qobu Park” yaşayış kompleksində yolun kənarında mişar daşının altından sellofana bükülərək qoyulmuş bir ədəd bükümdə 8,520 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə 4,630 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldüyünə və o ifşa olunduğuna görə bilavasitə həmin cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək cinayət etməyə cəhd etmiş, saxlanılıb Abşeron RPİ- yə gətirilib, orada həmin gün saat 02:30-dan 03:25-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd daxilində psixotrop maddə metamfetamin izləri olan boru şəkilli şüşə predmet (müşdük) aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Post Patrul Xidmətinin əməkdaşları yolda onu saxlamış, üzərinə baxış keçirmiş və telefonunu maşında batareyaya taxmışlar və telefon açıldıqdan sonra 3 dəfə axtarmış, ancaq heç nə tapmamışlar. Daha sonra özləri telefonuna başqa bir nömrədən konum atmışlar, o, bir qram kakos arxasınca getmiş, ancaq onlar atdıqları yerdə 15 qram mal olmuşdur. O, bir istifadəçi kimi heç vaxt 10 qram narkotik vasitəni bir yerdə görməmişdir, onda həmişə 1-2 qram narkotik vasitə olmuşdur.1 qram narkotik vasitənin arxasınca gedəndə polis onu tutmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, taksi sürücüsü ilə gecə saat 1 radələrində getmişdir. İranlını əvvəl tanımamış, ondan narkotik vasitə almamışdır. İranlı şəxs qadın olmuş, nömrəsi telefonunda “Məryəm” adı ilə qeyd edilmişdir. O, ikinci dəfə narkotik vasitəni götürməyə gedəndə taksi sürücüsü onları birlikdə saxlamış, sürücünü əvvəllər tanımamışdir və sürücü narkotik vasitənin arxasınca getdiyini bilməmişdir. İranlı qadına 1 qram narkotik vasitə üçün pul verməmişdir, çünki “İnstagram”da da arada onunla yazışmışdır. İranlı ilə bir gün qabaq “Whatsap”da danışmışdır. Ona sənədlərə zor tətbiq edərək imza çəkdirmiş və demişlər ki, “imza çək, çıxaq gedək evimizə, bayramdır”. Polis əməkdaşları ona demişlər ki, boynuna almasa, evinə külli miqdarda narkotik vasitə qoyacaqlar. Türkiyədə oxuyan uşaqlarına pul lazım İranlıya 350 manat pul göndərmişdir, ona görə ki, olmuşdur, amma hələ maaş almamışdır, o İranlı qadın ona pul atmışdır, o da tutulmamışdan qabaq onun pulunu geri qaytarmışdır. CM-nin 234.1-ci maddəsi ilə verilən ittihamla razıdır, həmin hissədə göstərilənlərlə razıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, törətdiyi əmələ görə peşmandır. Rəsmi olaraq heç bir yerdə işləmir, bədənində ağrılar olduğundan narkotik və psixotrop maddələr qəbul edir. xx.xx.2023-cü il tarixdə axşam satlarında Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən “Duz Gölü” adlanan ərazidə gəzərkən yerdən bir ədəd sellofan bükülüdə narkotik vasitə olan heroin tapmış və həmin heroini qəbul etmək məqsədi ilə əynində olan qara rəngli idman şalvarının sag yan cibinə qoyaraq qəbul etmək üçün saxlamışdır. xx.xx.2023cü il tarixdə gecə saatlarında Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Ə.Vahid küçəsi ilə piyada hərəkətdə olarkən iki nəfər əməkdaşları yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, “sən üzərində qanunsuz olaraq narkotik vasitə əldə edib gəzdirməkdə şübhəlisən, ona görə də bizimlə birlikdə Abşeron RPİ-nə gəlməlisən” dediklərindən etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmişlər. İdarədə xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı və üzərində qanunla qadağan edilmiş nə varsa təqdim etməyi təklif etmişlər. O etiraz etməmiş, həmin vaxt əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini polislərə təqdim etmişdir. Polis əməkdaşları həmin kütlənin nə olduğunu və haradan əldə edildiyini soruşduqda onlara həmin kütlənin narkotik vasitə heroin olduğu və bir gün əvvəl Masazır qəsəbəsində duz gölünün yaxınlığında tapdığını bildirmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş və digər əşya aşkar edilməmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli heroin aşkar edilmişdir. Həmin bükülü zərfə qoyulub qablaşdırılmış və zərfin üzərini imzalamışlar. Sonradan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 01 radələrində “whatsapp” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Məryəm adlı şəxslə danışıb razılaşaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq məqsədi ilə “M 10” proqramı vasitəsi ilə Məryəm adlı şəxsə 350 manat pul göndərmişdir. Məryəm adlı şəxs ona “whatsapp” proqramı vasitəsi ilə məkan göndərmiş, həmin vaxtı Masazır qəsəbəsində olduğundan, yolüstü taksi saxlatdıraraq ilk öncə Abşeron Gənclər şəhərciyinə getmiş və orada göstərilən ünvanda heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edə bilməmişdir. Həmin vaxtı iki nəfər polis əməkdaşları hərəkətlərindən şübhələnərək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra niyə uzaqlaşmaq istədiyini və nə axtardığını soruşmuşlar. Polis əməkdaşlarına narkotik vasitə və psixotrop maddə almaq məqsədi ilə orada gizlədilmiş narkotik vasitəni axtardığını etiraf etmişdir. Sonradan mobil telefonuna Məryəm adlı şəxs təkrar məkan yeri göndərərək və Qobu qəsəbəsi ərazisində “Qobu Park” yolunun yaxınlığında ona çatacaq narkotik vasitə və psixotrop maddə gizlədildiyini bildirmişdir. Həmin məkanın telefonuna gəlməsini polis əməkdaşları gördüyündən məcbur olub Məryəmlə əvvəlcədən danışıb razılaşaraq Məryəmin hesabına 350 manat pul göndərməsini və həmin pulun məbləğində Məryəmin ona Qobu qəsəbəsi ərazisində narkotik vasitə və psixotrop maddə gizlətdiyini etiraf etmişdir. Yanında olan sonradan adını bildiyi Tural ilə birlikdə polis əməkdaşları tərəfindən Qobu qəsəbəsinə gətirilmiş, birlikdə həmin yerə polis əməkdaşları ilə yaxınlaşmış və məkanla həmin yeri tapmışlar. Həmin vaxt orada mişar daşının altında gizlədilmiş yerdə şəffaf rəngli sellofan bükülünü aşkar etmişlər, polis əməkdaşları həmin bükülünün içərisində nə olduğunu soruşduqda bükülünün içərisində heroin və metamfetamin olmasını etiraf etmişdir. Həmin vaxt polis əməkdaşları bükülü ilə birlikdə onu Abşeron RPİ-nə gətirmişlər. Polis əməkdaşları aşkar etdikləri həmin sellofan bükülünü və üzərində aşkar edilmiş iki ədəd telefonu əvvəlcə Abşeron RPİ-nin növbəçi hissəsinə, sonra isə təhqiqatçıya təqdim etmişlər.Təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, eyni zamanda hüquqlarını müdafıə edilməsi üçün müdafıəçi ilə təmin edilmiş və videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Qobu qəsəbəsində mişar daşının altına qoyulmuş şəffaf rəngli sellofan bükülü açılmış, həmin sellofan bükülünün içərisindən iki büküm kütlə aşkar edilmiş, həmin bükülünün birinin üzərində 5, digərinin üzərində 10 rəqəmi yazıldığı aşkar edilmişdir. Həmin bükülülər açılmış və bir bükülüdə heroin, digər bükülüdə isə metamfetamin olduğu müəyyən edilmişdir. Təhqiqatçı həmin kütlənin nə olduğunu və kimə məxsus olmasını soruşduqda, həmin bükülünün içərisindəki narkotik vasitə heroin, digər bükülüdə isə metamfetamin olduğu, həmin narkotik vasitə və psixotrop maddə özünə məxsus olduğunu və Məryəm adlı şəxsə 350 manat pul göndərməsini və Məryəmin Qobu qəsəbəsi ərazisində gizlətdiyi yer barədə telefonla məkan atdığını və gedib həmin yerdən polis əməkdaşları ilə birlikdə qeyd edilən vasaitləri götürmüşlər. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş və həmin vaxt əynində olan şalvarın sağ yan cibində narkotik vasitəni qəbul etmək üçün istifadə etdiyi turubkanı (müşdüyü), bir ədəd cib dəsmalı, bir qutu siqaret və 10 manat pul aşkar edilmişdir. Cibindən aşkar edilmiş “turbka”nın nə olduğunu və üzərində niyə saxlamasını soruşduqda, həmin “trubka” vasitəsi ilə narkotik vasitə qəbul etməsini demişdir. Üzərindən qanunla qadağan eilmiş digər əşya aşkar edilməmiş və cib dəsmalı, siqaret və 10 manat pul vəsaiti geri qaytarılmışdır. Təqdim edilmiş bir büküm heroin və bir büküm metamfetamin, iki ədəd telefon və bir ədəd trubka ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldıqdan sonra zərfi üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiqlənmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı təzyiqə məruz qalmamışdır. Narkotik vasitələrin sadəcə qəbulu ilə məşğul olsa da satışı ilə məşğul olmamışdır. (cild 1. i/238-241) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-də kiçik əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 03 noyabr tarixində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədər əməliyyat qrupu yaradılaraq Şahid2 da qurupa daxil edilmişdir. Əməliyyat yolu ilə Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır qəsəbəsində Əliağa Vahid küçəsində olduğunu müəyyən etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini ona təqdim etmişlər, eyni zamanda o da özünü təqdim etmişdir. Həmin vaxt ona narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu və birlikdə Abşeron RPİ-nin İŞ-nə gəlməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir və birlikdə Abşeron RPİ-nə gəlmişdir, onu təhqiqat şöbəsinə təqdim etmişlər və xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə müdafıəçi ilə təmin edilmişdir. Ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya olubolmaması, əgər varsa təqdim etməsi bildirilmişdir və həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd sellofana bükülmüş kütləni təqdim etmişdir. Həmin sellofan bükülü açıldıqda içərisində qəhvəyi rəngli kütlənin olduğu aşkar edilmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Həmin heroinə bənzər kütlə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və zərfin üzərini imzalamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmış və proses protokollaşdırılmışdır, Müstəqim bildirmişdir ki, narkotik vasitəni tapıb və istifadə edir. Narkotik vasitənin çəkisi və tərəzi olub-olmadığı yadında olmamışdır və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, polis serjantı Şahid3 ilə Abşeron rayonu Riad Ticarət Mərkəzinin yaxınlığında xidmətdə olarkən, bir nəfər şəxsin nə isə axtardığını və ondan biraz da aralıda digər bir şəxsin dayandığını görmüşlər. Həmin şəxs özünü şübhəli apararaq kənarda qalan digər şəxsin yanına getdiyindən həmin vaxt onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt şəxslərdən biri özünü Təqsirləndirilən şəxs kimi, digər şəxs isə özünü Şahid5 kimi təqdim etmişdir. Həmin vaxt Müstəqim tez-tez telefonu gizlətməyə çalışdığından, ondan nə axtardığını soruşduqda o həmin ərazidə narkotik vasitə axtardığını, lakin tapa bilmədiyini etiraf etmişdir. Həmin vaxt Müstəqimin telefonuna baxdıqda, telefonunda Qobu qəsəbəsi ərazisinin məkanı göndərildiyini görmüşlər. Müstəqimdən həmin məkanın ona niyə atıldığını soruşduqda o, həmin yerdə ona məxsus olan narkotik vasitə gizlədildiyi, gedib həmin narkotik vasitəni götürəcəyini və həmin narkotik vasitənin almaq üçün İran İslam Respublikasının vətəndaşı Məryəm adlı şəxsə 350 manat pul göndərdiyini demişdir. Həmin vaxt gecikəcəkləri halda həmin narkotik vasitəni oradan kimsə götürüb izləri itirə biləcəyini düşünüb, təcili tədbir görmək lazım olduğundan, onların hər ikisini xidməti avtomobilə otuzdurub Qobu qəsəbəsi ərazisinə məkan göndərilən yerə gələrək həmin yeri tapmışlar. Müstəqimlə həmin yerə yaxınlaşdıqda, həmin vaxt mişar daşının altından şəffaf rəngli sellofana bükülmüş kütlə aşkar edərək götürmüşlər. Həmin vaxt Müstəqimdən həmin bükülünün içərisində nə olduğunu soruşduqda o, həmin bükülünün içərisində bir büküm heroin və bir büküm də metamfetamin olmasını etiraf etdiyindən onların hər ikisini yenə xidməti avtomobilə otuzdurub Abşeron RPİ-nin növbətçi hissəsinə gətirib, raport tərtib etməklə onların hər ikisini Təhqiqat şöbəsinə təhvil vermişlər. O Müstəqimin təqdim etdiyi iki ədəd telefonu və daşın altında aşkar edilərək götürdükləri sellofan bükülünü təhqiqata təqdim etmişdir. Müstəqimə hüquq və vəzifələri izah edilməklə hüquqlarının qorunması üçün müdafıəçi ilə təmin edilmiş, sonrada iştirakları ilə həmin bükülü açıldıqda içərisindən iki ədəd sellofan bükümlərdə, birinin üzərinə 5, digərinin üzərinə 10 rəqəmləri yazılmış kütlə aşkar edilmişdir. Həmin bükülülər açıldıqda bir bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə, digər bükülünün içərisində isə ağ kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin bükülünün içərisində olan kütlənin nə olduğu və kimə məxsus olması Müstəqimdən soruşulduqda o, həmin bükülünün biri narkotik vasitə heroin, digər bükülünün içərisində olan psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu izah etmişdir. Sonra Müstəqimin üzərinə şəxsi axtarış davam etdirilmiş, həmin vaxt onun əynində olan şalvarın sağ yan cibində bir ədəd müşdük, siqaret, 10 manat pul və dəsmal aşkar edilmişdir. Müstəqimdən həmin müşdüyün nə olduğu soruşulduqda o həmin alətin “trubka” olduğunu və narkotik vasitə qəbul etmək üçün üzərində saxladığını dediyindən Siqaret, pul və dəsmal Müstəqimə qaytarılmışdır. Həmin müşdük (trubka) götürülərək zərfə qoyulub qablaşdırılmış, sorğu zamanı Müstəqim narkotik vasitələrdən asılılığinın olduğunu və həmin narkotik vasitəni özü qəbul etmək üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, taksi fəailiyyəti ilə məşğul olur. Yanvarın 1-i saat 24 radələrində əvvəlcədən tanımadığı, sonra adının Müstəqim olduğunu bildiyi şəxslə Masazır qəsəbəsi, Fizuli küçəsində rastlaşmışdır. Müstəqim adlı şəxs onu Xırdalan şəhəri, “Ər Riad” Ticarət Mərkəzinin yanna aparmağı xahiş etdiyindən, onu deyilən ünvana aparmış və Müstəqim ona gözləməsini xahiş etməklə düşüb harasa getmişdir. Müstəqimi bir müddət gözləmiş, lakin Müstəqim gəlmədiyindən, avtomobil nasaz olduğundan avtomobili vaz dairəsində saxlayıb yolun əks istiqamətinə keçmişdir. Müstəqimin yolun kənarında olduğunu görüb ona yaxınlaşan zaman iki nəfər polis əməkdaşı da ora yaxınlaşmışdır. Pols əməkdaşları şəxsiyyətlərini təsdiq edən sənəd istəmiş, lakın hər hansı bir sənəd olmamış, sonra üzərində qanunla qadağan olunmuş əşya olub olmaması soruşulmuşdur. Müstəqim adlı şəxs narkotik vasitə istifadə etmək üçün düzəltdiyi aləti göstərərək həmin alətlə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları onları xidməti avtomobilə əyləşdirmiş, həmin vaxt Müstəqimin telefonuna baxıldıqda, Müstəqimdən telefonundakı məkanı kim atıb deyə soruşduqda, o İran vətəndaşı Məryəmin atdığını, Qobu qəsəbəsində onun üçün narkotik gizlətdiyini bildirmişdir. Ondan sonra onları Qobu qəsəbəsinə gətirmiş və sonradan adını bildiyi Müstəqimi avtomobildən düşürtmüşlər və orada məkanla narkotik vasitənin gizlədildiyi yerdən narkotik vasitəni tapıb gətirmişlər. Polis əməkdaşları tərəfindən Abşeron RPİ-nə gətirilmiş, keçirilən axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, daşın altından aşkar edilmiş selofan bükülünün içərisində nə olduğunu bilmədiyini, Müstəqimin hardasa narkotik vasitə saxlamasından və kimdənsə narkotik vasitə almasından məlumatı olmamışdır.(cild 1. i/v 213-214) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Abşeron RPİ-nin CAŞ-də əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. cild l.i/v 177-178 Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür.(cild l.i/v 131-132) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kustar üsulla hazırlanmış narkotik vasitə heroini çıxararaq təqdim etmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin əynində olan qara rəngli şalvarın sag yan cibundən bir ədəd şəffaf sellofana bükülmüş kustar üsulla hazırlanmış narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Abşeron rayon Masazır qəsəbəsi ərazisində yerləşən “Duz “ gölünün yaxınlığında tapdığını və özü qəbul etmək üçün üzərində saxlayaraq Masazır qəsəbəsi ərazisində saxlamışdır. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 1. i/v 159-160, 181-182) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd telefon və axtarış zamanı qabaqcadan pulunu ödəmiş və Qobu qəsəbəsi ərazisində gizlətdiyi yerdən aşkar edilərək götürülmüş 1 ədəd sellofan bükümndə olan kütlə aşkar olunub. Həmin büklü açılıb içərisində iki ədəd sellofan büklülərin olması aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin bir bükümü heroin, digər büklünün Metamfetamin olduğu və həmin narkotik və psixotrop maddələri əldə etmək üçün Meryam adlı qadına 350 manat pul ödədiyindən həmin narkotik vasitə Qobu qəsəbəsi ərazisində gizlədilmiş və polis əməkdaşları ilə birlikdə həmin yerdən narkotik və psixotrop maddə aşkar edilərək götürmüşlər. Üzərində şəxsi axtarış davam etdirilir və əynində olan göy rəngli cins şalvarın sag yan cibindən çıxardığı 1 ədəd narkotik vasitə istifadə etmək üçün aləti təqdim edir və həmin alətlə narkotik vasitədən istifadə etdiyini bildirir. Həmin şəffaf rəngli sellofan büklü, iki ədəd telefon və bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə edilən trubka (Müşdük) zərfə qoyularaq qablaşdırılır və zərflər möhürlənir və imzalarla təsdiqləyir. cild 1. i/v 16-19 Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd telefon və axtarış zamanı qabaqcadan pulunu ödəmiş və Qobu qəsəbəsi ərazisində gizlətdiyi yerdən aşkar edilərək götürülmüş 1 ədəd sellofan bükümndə olan kütlə masanın üzərinə qoyulmuşdur. Həmin bükülü açılır içərisində iki ədəd sellofan bükülülərin olması aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin bir bükümü heroin, digər bükülünün Metamfetamin olduğu və həmin narkotik və psixotrop maddələri əldə etmək üçün Meryam adlı qadına 350 manat puyl ödədiyindən həmin narkotik vasitə Qobu qəsəbəsi ərazisində gizlədilmiş və polis əməkdaşları ilə birlikdə həmin yerdən narkotik və psixotrop maddə aşkar edilərək götürmüşlər. Üzərində şəxsi axtarış davam etdirilir və əynində olan göy rəngli cins şalvarın sag yan cibindən çıxardığı 1 ədəd narkotik vasitə istifadə etmək üçün aləti təqdim edir və həmin alətlə narkotik vasitədən istifadə etdiyini bildirir.Həmin şəffaf rəngli sellofan bükülü , iki ədəd telefon və bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə edilən trubka (Müşdük) zərfə qoyularaq qablaşdırılır və zərflər möhürlənir və imzalarla təsdiqlənir. Ondan sonra video görüntü dayandırılr. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 1. i/v 84- 87) Şəxsi axtarış və götürmə aparılması haqqında və diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 04 noyabr 2023-cü il tarixli, 6/5905 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət .Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazıları, soyadı və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,851 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vaitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir.(cild 1. i/v 139-143) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 03 yanvar 2024-cü il tarixli, 6/09 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “.Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə və...” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümündə 8,520 qaram qəhfəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 əddə sellofan kəsiyi bükümündə təmiz 4,630 qram olan aö rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış, pisxotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etiyi ...” yazı və imzalar olan zərfdə 1 ədəd içərisində izlər olan üç hissəsinə boruşəkilli predmet bərkidilmiş, şüşə predmetin daxilində psixotrop maddə metamfetamin izləri vardır. Metamfetamin iz şəkilində olduğu üçün onun çəkisini müəyyən etmək və təqdim edilmiş maddələrlə eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. (cild 1. i/v 48-53) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30.03. 2024-cü il tarixli, 2019 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1. i/v 216-214) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,851 qram tədqiqatdan sonra qalıq qalmış 0,801 qram narkotik vasitə heroin və Qobu qəsəbəsi ərazisində aşkar edilərək götürülmüş 8,520 qram tədqiqatdan sonra qalıq qalmış 8,470 qram narkotik vasitə heroin və təmiz çəkisi 4,630 qram tədqiqatdan sonra qalıq qalmış 4,600 qram psixotrop maddə metamfetamin, 01 ədəd “Redmi” markalı, 01 ədəd “Samsunq” markalı mobil telefonlar və şəxsi axtarış və götürmə zamanı qeydə alınmş video görüntülərin olduğu 02 ədəd DVD disklər iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (cild 1. i/v 191-193, 242-254) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti başçısının 3 saylı Mənzil-Təmir İstismar Sahəsindən verilmiş Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 210-212) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum olunmuş, xx.xx.2022-ci il tarixli Şəki Apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır və o, məhkum olunmuş şəxs hesab edilir.(cild 1. i/v 189-190, 195-204) Məhkəmə, Təqsirləndirilən şəxs birinci dəfə tutularkən üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, ikinci dəfə tutulan zaman 01 qram narkotik vasitənin arxasınca getməsi, polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin 01 qram miqdarda narkotik vasitə üçün 350 manat pul ödəməsini həqiqətəuyğun hesab etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, qəsdən törədilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməl başa çatmış, təsnifata görə az ağır cinayət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət başa çatmamış olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram,”metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halllar aşkar edilmədi. Cinayətin residivi və cinayətin təkrar törədilməsi Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş,( cild 1, iş vərəqə 5,13) Abşeron rayon məhkəməsinin 03 yanvar 2024cü il tarixli qərarı ilə barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 yanvar 2024-cü il tarixdən hesablanmışdır.(cild 1. i/v 88-92, 94-96) . Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 yanvar 2024-cü il il tarixdən hesablanmalıdır. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və 05 noyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir.(cild 1. i/v 149-150, 160-171) Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.1 və 29, 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə yeni hökmlə təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qərara gəlir ki, Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixdən 05 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalı və onun üzərində saxlanılan qəti cəzanın müddətinə hesablanmalıdır. Bundan başqa, cinayət işinin materiallarında olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,801 qram narkotik vasitə heroin və Qobu qəsəbəsi ərazisində aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalmış 8,470 qram narkotik vasitə heroin və tədqiqatdan sonra qalıq qalmış 4,600 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd “Redmi” markalı və 01 ədəd “Samsunq” markalı mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri 168 (yüz altmış səkkiz) manat X1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə, Azərbaycan Respublikası CM-nin 29,234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq həbsdə olduğu 03 noyabr 2023-cü il tarixdən 05 noyabr 2023-cü il tarixədək 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədiqatdan sonra qalıq qalmış 0,801 qram narkotik vasitə heron və Qobu qəsəbəsi ərazisində aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalmış 8,470 qram narkotik vasitə heroin və tədqiqatdan sonra qalıq qalmış 4,600 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd “Redmi” markalı və 01 ədəd “Samsunq” markalı mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 168 (yüz altmış səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-592/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-592/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver