Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-593/2024 19.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 25 noyabr 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 66.5-ci maddələri ilə 02 il 09 doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı tətbiq edilməklə cəzası 6 ay azaldılmaqla üzərində 02 il 03 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 yeddi ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29,120.2.2, 29, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən “Şəfran” kafesində Abşeron rayonu, Novxanı kəndində yaşayan 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə birgə oturub spirtli içki - 0,7 litr araq qəbul edərək müştəri kimi hesabı ödəyib qalıq pulu qəbul etdikdən sonra kafenin sanitar qovşağına gedib geri qayıdanda kafedə olan Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun guya qalıq pulunu onun əvəzinə götürdüyünü bildirib, heç bir əsas olmadan sonuncu ilə qəbul etdiyi spirtli içkinin təsiri altında mübahisə yaratdıqda Zərərçəkmiş şəxs onun etdiyi hücumun qarşılığında ona müqavimət göstərməsindən əsəbləşib, təşəbbüskarı olduğu mübahisənin gedişində cibindən çıxardığı istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə etməklə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edərək ictimai yerdə - kafedə oturan şəxslərin istirahətlərinə mane olub, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etdikdən sonra sakitləşdirilib, həmin kafedən çıxarılandan təxminən 10 dəqiqə sonra geri qayıdaraq kafenin qarşısında Zərərçəkmiş şəxs guya pulunu götürməsini əsas olmadan yenidən bəhanə edərək bununla bağlı mübahisə edib sonuncunu yaratdığı mübahisənin gedişində cüzi səbəbə görə öldürmək qərarına gəlib Zərərçəkmiş şəxs xüsusi ağrılar yetirdiyini dərk etməklə yuxarıda qeyd olunan əlindəki bıçaqdan istifadə edərək onun həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən, yəni qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən qalxan, enən və köndələn çəmbər bağırsağı yaralayan 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları kimi həm ümumilikdə və həm də ayrı- ayırlıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər, həmçinin döş qəfəsinin döş boşluğuna nüfuz etməyən 2 (iki) ədəd, qarın nahiyəsinin qarın boşluğuna nüfuz etməyən 2(iki) ədəd, sağ bazu nahiyəsinin 1 (bir) ədəd, sol bazu nahiyəsinin 1 (bir) ədəd, sol said nahiyəsinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları kimi həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid çoxsaylı, yəni 11 xəsarət yetirmiş, Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərməsi və sonuncuya vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi ilə həyatı xilas edilməsi səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəlmiş hərəkətini başa çatdıra bilməməklə sonuncunu xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək özünü müdafiə məqsədi ilə hadisəni törətdiyini qeyd etməklə ifadəsində göstərmişdir ki, 18 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxslə kafedə yeyibiçdikdən sonra hesabı ödəmiş, ofisiant qız pulun qalığını qaytarmış, o da qalıq pulu stolun üstünə qoyub, daha sonra sanitar qovşağa getmişdir. Qayıdanda qalıq pulun stolun üstündə olmadığını görmüş və ofisint qızdan pulun harada olduğunu soruşmuşdur. Bu zaman digər stollarda əyləşən tanımadığı şəxslər ona qızla pul söhbəti etməməsini demiş və pulunu qaytaracaqlarını söyləmişlər. O da, həmin şəxslərə onların puluna ehtiyacı olmadığını, öz pulunu istədiyini bildirmişdir. Bu zaman həmin şəxslərdən biri ona yaxınlaşaraq, mübahisə etməyə başlamış, digər şəxs isə, onun başına “powerbank” vasitəsilə vurmuş və o da, yıxılmışdır. Daha sonra, İbrahim mübahisənin kəskinləşməməsi üçün araya girmiş və onu kafedən çölə çıxarmışlar. Kafedə nə söhbət olduğunu bilməmiş, bir müddət sonra, onu “powerbank”la vuran şəxs əlində bıçaqla kafedən çıxıb, onun arxasınca gəlmiş və bıçaqla ona xəsarət yetirmişdir. O da, bıçağı həmin şəxsin əlindən almış və şəxs qaçmağa başlamışdır. Həmin vaxt İbrahim yenə də araya girməyə çalışmış, o da, İbrahimin onu vuran şəxs olduğunu zənn edib, özünü müdafiə məqsədilə İbrahimə bıçaqla xəsarət yetirmişdir. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə vaxtı başından “powerbank” la vurulduğu və həmçinin, içkili olduğu üçün özündə olmamış və İbrahimi üzdən tanımamışdır. Həmin vaxt İbrahim onu buraxmadığı üçün və özünü müdafiə məqsədilə ona 14 ədəd bıçaq zərbəsi yetirmiş, İbrahimin onu nə üçün buraxmadığını bilməmişdir. İbrahimin onunla mübahisə edən şəxsləri tanıyıb-tanımadığını bilməmişdir. Həmin gün kafedə İbrahimlə bir stolda oturub yeyib-içmişlər, nə qədər spirtli içki qəbul etdiklərini xatırlamır. İbtidai istintaq zamanı ifadə verəndə ona heç kim təzyiq, təsir göstərməmiş, ifadə verərkən hər şeyi düzgün danışmışdır. Kafedə onun başına vurulan “powerbank”ın ölçüsünü xatırlamır. Tanımadığı şəxs bıçağı əvvəlcə onun bud nahiyəsinə vurmuş, o da, bıçağı həmin şəxsin əlindən almışdır. İbrahimin ona bıçaqla xəsarət yetirib-yetirmədiyini xatırlamır. Hadisə günündən əvvəl, İbrahimlə bir dəfə də görüşmüşdür. Tanımadığı şəxsin əlində “powerbank” olduğunu şahidlərin dediklərindən öyrənmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 18 dekabr 2023-cü il tarixdə saat 19 radələrində Novxanı kəndində yerləşən “Şəfran” kafesində getmişdir. Saat təxminən 20 radələrində bir neçə gün əvvəldən tanıdığı Novxanı kəndində yaşayan Zərərçəkmiş şəxs kafeyə daxil olmuşdur. Həmin zaman bir bokal pivə içmişdir. İbrahimi gördükdə sonuncuya bir masada oturmağı təklif etmişdir, İbrahim də bu təklifi qəbul etmişdir. İbrahimlə birlikdə 0,7 litr araq içmişlər. Təxminən 1-2 saat yemək yeyib, spirtli içki qəbul etmişlər. Saat 23 radələrində hesabı istəmişdir. Hesab təxminən 12 manat etmiş və 20 manat pul vermişdir. Ofisant qız onun qalıq pulunu gətirmişdir. Həmin pulu masanın üzərində qoyaraq sanitar qovşağa getmişdir. Qayıdıb gələndə təxminən 7-8 manat olan qalıq pulunu masanın üzərində görməmişdir. Bundan sonra İbrahimdən pulun harda olduğunu soruşduqda sonuncu ona pulun harda olduğunu bilmədiyini demişdir. Pulun ofisant qız tərəfindən götürüldüyünü dedikdə İbrahim qızın pulu götürmədiyini və həmin pulu öz cibindən verəcəyini demişdir. İbrahimə öz pulunu istədiyini demişdir. O, bildirmişdir ki, həmin vaxt kafedə başqa adamlar da olmuşdur və İbrahim həmin adamların yanında olmuşdur. Bu söhbət əsnasında İbrahimlə arasında sözlü mübahisə olsa da o və İbrahim bir-birilərini təhqir etməmişlər. Elə bu zaman kafedə olan tanımadığı şəxs poverbankla sağ gicgah nahiyəsindən vurmuş və bunun təsirindən kafedə yerə yıxılmışdır. Bu zaman Novxanı kəndində yaşayan yaşlı bir kişi qolundan tutaraq onu qaldırmış və mübahisənin daha da kəskinləşməməsi üçün onu kafedən çıxarmışdır. Zərbənin təsirindən çətinliklə yerimişdir. Təxminən 100 metrə yaxın məsafə qət etdikdən sonra İbrahim arxasınca gəlmiş və bıçaqla onun sağ bud nahiyəsindən xəsarət yetirmişdir. Bundan sonra İbrahimə tərəf dönmüş və sonuncunun əlindən bıçağı almışdır. Bu zaman İbrahim onu yerə yıxmış və onun başından tutaraq boynunu burmağa çalışmışdır. Özünü müdafiə etmək üçün sağ əlində olan bıçaqla üstündə olan İbrahimə xəsarətlər yetirmişdir. İbrahimə neçə xəsarət yetirdiyini xatırlamamışdır. Amma tam özünü müdafiə etmək üçün İbrahimə xəsarət yetirmişdir. İbrahim zərbələrin təsirindən qalxmış və qaçaraq uzaqlaşmışdır. Əlindəki bıçağı hadisə yerində ataraq uzaqlaşmışdır. 19 dekabr 2023-cü il tarixdə X14 gedərək təslim olmuşdur. Bundan sonra isə onu Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmışlar və ona orada tibbi yardım göstərmişlər (cild 01, iş vər. 184-186). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub tədqiq olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxs göstərmişdir ki, o, həmin məzmunda ifadə verməmiş, ona qızla pul söhbəti etməməsini, onun pulunu qaytaracaqlarını İbrahim deyil, yan masadakı tanımadığı şəxslər demişdir. Onlar yeyibiçdikdən sonra, o sanitar qovşağına getmiş, həmin vaxt İbrahim də başqa yerə getmiş, stolda olmamışdır. İbrahimə bıçaqla xəsarət yetirdikdikdən sonra, çıxıb getmiş və növbəti gün X14 gedib təslim olmuşdur. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edək göstərmişdir ki, o, Novxanıda işləyir və orada yaşayır. Həmin gün axşam işdən çıxdıqdan sonra, kafeyə getmiş, Təqsirləndirilən şəxs kafedə olduğunu görmüş və Təqsirləndirilən şəxs onu oturduğu stola dəvət etmişdir. Bundan əvvəl, o bir dəfə də Eminlə görüşmüşdür. Onlar kafedə yeyib-içmiş, həmin vaxt kafedə başqa adamlar da olmuşdur. Yeyib-içdikdən sonra Emin hesabı ödəmiş, sanitar qovşağa getmiş, o da çölə çıxmışdır. Qayıdanda Eminin yan masadakı tanımadığı şəxslərlə mübahisə etdiyini görmüş, əvvəlcə onlara yaxınlaşmamış, daha sonra mübahisənin kəskinləşdiyini, Eminin başına “powerbank”la vurulduğunu görüb araya girmiş və onları ayırmağa çalışmışdır. Daha sonra, kafeninin çölündə mübahisə davam etmiş, Emin və tanımadığı şəxslər birbirini itələmiş, o, yenə də araya girməyə çalışmış və bu zaman Emin onu tanımadığı üçün, onunla əlbəyaxa dava etmiş, onu söymüşdür. Eminin ona necə və nə qədər bıçaq zərbəsi yetirdiyini xatırlamır. Təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur, ona dəymiş maddi ziyan ödənilmişdir. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onlar yeyib-içdikdən sonra, Emin sanitar qovşağa getmiş, o da telefonla danışmaq üçün çölə çıxmış, qayıdanda Eminin tanımadığı şəxslə sözlü mübahisə etdiyini görmüş, əvvəlcə öz stollarında oturmuş və onlara yaxın getməmiş, daha sonra səs-küyün artdığını və Emin başına qara rəngli “powerbank”la vurulduğunu görüb araya girmişdir. Eminin bıçaqlandığını sonradan öyrənmiş, həmin vaxt görməmişdir. Həmin vaxt hamı içkili olduğu üçün, qarışıqlıq olmuş və Eminin niyə ona bıçaqla xəsarət yetirdiyini bilməmiş və Emin ona qarşı söyüş söymüşdür. Kafedə Emin pulunun harada olduğunu soruşanda, əvvəlcə o, Eminin pulunu qaytarmağı təklif etmişdir. O, Eminə bıçaqla xəsarət yetirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, ifadə verərkən heç kim ona təzyiq, təsir göstərməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 18 dekabr 2023-cü il tartixdə Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsində “Şəfran” kafesində saat 21 radələrində şam yeməyinə getmişdir. Kafedə Emin adlı şəxsin tək oturub masada spirtli içki (pivə) içməsini görmüşdür. Emin onu özünün masasına oturmağı təklif etmiş və təklifdən sonra Eminin masasına əyləşmişdir. Sonradan Eminlə birlikdə oturub yemək yeyərək 0,7 litr spirtli içki (araq) qəbul etmişlər. Bir az sonra adlarını bilmədiyi üzdən tanıdığı üç nəfər Novxanı kənd sakinləri həmin kafenin içərisinə gələrək başqa masada oturmuş və öz aralarında deyib gülmüşlər. Emin yeyib-içdikdən sonra sonuncu ofisiantdan özü əlavə sifariş verdiyi hesabı istəmişdir. Ofisiant Eminə hesabın 13 manat 50 qəpik olmasını bildirmişdir. Emin ofisianta 20 manat ödəyərək qalıq pulunu gətirməyini tələb etmişdir. Ofisiant masanın üzərinə 6 manat 50 qəpik pul qoymuşdur. Emin 6 manat 50 qəpiyi masanın üzərindən götürərək cibinə qoymuş və sanitar qovşağına getmişdir. Emin sanitar qovşağından qayıtdıqdan sonra qalıq pulunun oğurlanmasını bildirərək orada səs-küy salmışdır. Emini sakitləşdirməyə çalışmış və 6 manat 50 qəpik pulu özü Eminə qaytaracağını bildirmişdir. Həmçinin Emin problem yaratmasın deyə cibindən 10 manat çıxarıb sonuncuya vermişdir. Lakin Emin onun verdiyi pulu götürməyərək yenidən hay-küy salaraq, ümumi söyüşlər söyməyə davam etmişdir. Bundan başqa Emin orada digər masada oturmuş şəxslərdən pulunu götürməkdə ittiham edərək həmin şəxslərdən pulu qaytarmağı tələb etmişdir. Emindən sakitləşməyini xahiş etmiş və sonuncuya 10 manat pulu çıxarıb təqdim etmişdir. Lakin Emin onun pulunu götürməyərək orada mübahisə yaratmış və söyüşlər söyərək pulunu götürən şəxsləri təhqir etmişdir. Eminin həmin vaxt cibindən çıxardığı, açılıb-bağlanan qara rəngli bıçaq da olmuşdur. Emini sakitləşdirmək məqsədi ilə sonuncunun sinəsindən divara tərəf əli ilə itələmişdir. Bu zaman Eminin əlindən bıçağı alıb kafedə olan stolun üstünə atmışdır. Emin həmin yerdən bıçağı götürüb qatlayıb cibinə qoymuşdur. Emin bundan sonra yenidən kafedə əyləşib spirtli içki içməyə davam etmişdir və yenə də kafedə olan adamlarla sözlü mübahisə yaratmışdır. Ortalığın daha da qızışacağından ehtiyat edərək kafedə olan kabinetlərin birinə keçmişdir. Təxminən 20-25 dəqiqə sonra kabinetdən çölə çıxanda kafenin ümumi zalında Eminlə digər şəxslər arasında mübahisənin davam etdiyini görmüşdür. Bir müddət sonra Eminin atası İlqar adlı şəxs gələrək sonuncunu aparmışdır. Bundan sonra kafedə sakitçilik olmuşdur. Təxminən 10 dəqiqə sonra Emin yenidən geri qayıtmışdır. Həmin vaxt yenə də kafenin ümumi zalında olmuşdur. Emin yenə də kafenin sahibinə “mənim pulumu qaytarın” demişdir. Kafenin sahibi isə puldan xəbərinin olmadığını demişdir. Bundan sonra Emin ona yaxınlaşmış və onunla yenidən mübahisə yaratmışdır. Emini sakitləşdirmək üçün sonuncuya cibində olan 10 manatı uzadaraq yalandan “hesab artıq gəlmişdi, pulu mən götürmüşəm” demişdir. Emin ona “Sən məndən yaşda kiçiksən s.x yerinə” demişdir. Həmçinin Emin ona “mənim pulumu götürənin varyoxunu s.kim” demişdir. Bu zaman o və Emin kafenin qapısının içəri tərəfində olmuşlar. Emin söyüş söydüyünə görə əli ilə sonuncunu itələmişdir. Emin onun yaxasından tutanda sonuncuya müqavimət göstərmiş və Emin kafenin qapısının çöl tərəfinə yıxılmışdır. Bu zaman orda olan yaşlı kişilər o və Emini ayırmaq üçün sonuncunu tutmuşlar. Eminin atası da sonuncunun arxasınca gəldiyindən Emini tutub kafedən uzaqlaşdırmışlar. Kafedən təxminən 10 metr aralı olanda Emin ona “Sabah Novxanıda sənin nəslivi tutub s.kəcəm” demişdir. Bundan sonra Eminin yanına qaçmış və sonuncunun sifətinin sol tərəfindən yumruqla vurmuşdur. Elə bu vaxt Emin gödəkçəsinin sağ qolunda gizlətdiyi və onun yuxarıda qeyd etdiyi bıçağı açıq vəziyyətdə çıxarmış və onun ilkin olaraq qarnından iki ədəd xəsarət yetirmişdir. Bu zərbədən sonra arxaya getdikdə yenidən Emin bıçaqla vurmuş və bu zərbə onun sağ çiyninə dəymişdir. Bundan sonra Eminin boynundan tutub sonuncunu yerə yıxmış və özü də Eminin üstünə çıxmışdır. Bu zaman Emin altdan yenidən bıçaq zərbələri yetirmişdir. Bu zərbələr qarnından, sağ çiyinindən və sol qolundan dəymişdir. Emin ona xəsarət yetirən zaman bir neçə dəfə “səni öldürəcəm” demişdir. Sonuncu bıçaq zərbəsini isə Emin döş qəfəsinin sol tərəfindən yetirmişdir. Bu zaman özünü itirmiş və huşu yavaş-yavaş getməyə başlamışdır. Orda olan şəxslər Emini tutmuşlar və ona başqa xəsarətlər yetirməsinin qarşısını almışlar. Bundan sonra ayağa qalxaraq yolun digər tərəfinə keçmişdir. Emin özünü tutanların əlindən yenidən qaçaraq yolu keçib onun olduğu tərəfə söyüş söyə-söyə gəlmişdir. Bu zaman da Emin əlində bıçaq ona tərəf gələrək yenə də “səni öldürəcəm” demişdir. Yolu keçdikdən sonra Emin orada olan gölməçəyə yıxılmışdır. Bu zaman ətrafda olan şəxslər "polis, polis” deyə qışqırdıqlarından Emin qaçaraq oradan uzaqlaşmış və kəndin içinə doğru hərəkət etmişdir. Emin qalxan zaman sonuncunun əlini buduna tutduğunu və axsaya-axsaya qaçdığını görmüşdür. Onu orada olan şəxslərdən biri Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Ona orada tibbi yardım göstərilmiş və bir dəfə əməliyyat olunmuşdur. 3-4 gün xəstəxanada olduqdan sonra evə buraxmışlar. (cild 01, iş vər. 148-152). Məhkəmə istintaqı zamanı dindirilən Şahid1 ifadəsində göstərmişdir ki,xx.xx.2023cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi ilə özünə məxsus VAZ 2103 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı ünvana doğru hərəkətdə olan zaman “Şəfran” kafesindən 150 metr məsafədə yolun kənarında bir nəfər şəxsin avtomobilinin qarşısında yıxılmasını görmüşdür. Avtomobili saxlayıb həmin şəxsə yaxınlaşdıqda həmin şəxsin bədəninin müxtəlif nahiyələrindən qan axmasını və yaralı olmasını görmüşdür. Həmin şəxsi avtomobilin salon hissəsinə arxa oturacağına uzadaraq Abşeron rayon Mərkəzi Xəstəxanasına aparmış və yolda gedərkən polisə bu barədə məlumat vermişdir. Sonradan həmin şəxsin Novxanı kənd sakini Zərərçəkmiş şəxs Vüqr oğlunun olmasını öyrənmişdir. İbrahimi Abşeron rayon Mərkəzi Xəstəxanasına aparıb oraya yerləşdirmişdir. İfadəsinin davamında Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət almasından məlumatının olmadığını, hadisəyə şahidlik etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 təqsirləndirilən şəxsin onun yaxın qohumu-oğlu olması səbəbindən ifadə verməkdən imtina etmiş, qeyd olunan səbəbdən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Şahid həmin ifadəsində göstərmişdir ki, Emin onun oğludur. 18 dekabr 2023-cü il tarixdə saat 22 radələrində tanımadığı adam zəng edərək Eminin kafedə olan şəxslərlə mübahisə yaratdığını və kafenin yerini demişdir. Evdən çıxıb həmin kafeyə getmişdir. Təxminən 20-30 dəqiqə piyada yol getdikdən sonra kafenin yaxınlığına çatmışdır. Orada Eminin bir nəfər yaşlı kişi ilə ona doğru gəldiyini görmüşdür. Bu zaman bir nəfər cavan oğlan Eminə yaxınlaşmış və sonuncu ilə mübahisə etməyə başlamışdır. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilmişdir. Yaxınlaşmış və Emini tutmağa çalışmış və həmin oğlana getməsini demişdir. Lakin oğlan getməmişdir. Emini yerə yıxmış, elə bu zaman həmin oğlan Eminin üstünə yıxılmışdır. Emin və həmin oğlanı yenə də aralamağa çalışsa da bacarmamışdır. Bir müddət sonra həmin oğlan Eminin üzərindən qalxmışdır. Bundan sonra Emin də qalxaraq Novxanıda evlərinə tərəf getmişdir. Lakin sonra Emini görməmişdir. Həmin oğlan da kafe ilə üzbəüz olan avtoyumaya girmişdir. Daha sonra Eminin bir gün sonra polisə gedərək təslim olduğunu öyrənmişdir. Eminlə mübahisə edən oğlanın Abşeron rayonu, Novxanı kəndinə yaşayan 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs olduğunu bilmişdir. İfadəsinin davamında Eminin İbrahimə xəsarət yetirdiyini hava qaranlıq olduğu üçün görmədiyini, daha sonra Eminin İbrahimə bıçaqla xəsarət yetirdiyini bildiyini qeyd etmişdir. (cild 01, iş vər. 159-163). Cinayət işinin materialarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 01:15-də Abşeron Rayon Polis İdarəsinin Saray Polis X4 Abşeron Rayon Mərkəzi Xəstəxanasından tibb bacısı Novruzova məlumat verərək xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs “qarın boşluğu sağ qolu, sol qolun deşilmiş kəsilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olduğunu bildirmişdir (cild 01, iş vər. 04). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Novxanı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən məkandır. Hadisə yerinə aid müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 06-09). Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, disk açılan zaman içərisində bir video görüntünün olduğu məlum olunur, həmin videoya baxan zaman videonun 1 dəqiqə 6 saniyə müddətində olduğu müəyyən edildi. Videoda hava qaranlıqdır. Videonun 18-ci saniyəsində 7 nəfər şəxsin videoya düşdüyü müşahidə edilir. 7 nəfərdən ikisi mübahisə edir və digər şəxslər onları aralamaq istəyirlər. Videonun 39-cu saniyəsində həmin iki nəfər şəxsin mübahisə edərək dalaşması daha aydın kadrlara düşməyə başlamışdır. 43-cü saniyədə açıq sarı rəngli gödəkçə geyinmiş şəxsin qara rəngli födəkçə geyinmiş şəxsə sağ əli ilə xəsarətlər yetirdiyi müşahidə edildi. Ağ rəngli gödəkçə geyinmiş şəxsin cinayət işi üzrə Təqsirləndirilən şəxs, qara rəngli gödəkçə geyinmiş şəxsin isə cinayət işi üzrə Zərərçəkmiş şəxs olması müəyyən edildi. Videonun 44-cü saniyəsində Təqsirləndirilən şəxs sağ əlində parıltılı bir əşya (bıçaq) olduğu görünür. Təqsirləndirilən şəxs sağ əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirir. 49-cu saniyədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müqavimət göstərir və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göstərdiyi müqavimətin nəticəsində yerə yıxılır. Təqsirləndirilən şəxs sağ əli ilə yenidən Zərərçəkmiş şəxs xəsarət yetirmək istəsə də ətrafda olan şəxslər onu tuturlar. Yenidən isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə süpürləşir və ətrafda olan şəxslər yenidən onları ayırmağa çalışırlar. Video burada bitir (cild 01, iş vər. 80-81). Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli 2782 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən qalxan, enən və köndələn çəmbər bağırsağı yaralayan 3 (üç) ədəd, döş qəfəsinin qöş boşluğuna nüfuz etməyən 2 (iki) ədəd, qarın nahiyəsinin qarın boşluğuna nüfuz etməyən 2 (iki) ədəd sağ bazu nahiyəsinin 1 (bir) ədəd sol bazu nahiyəsinin 1 (bir) ədəd və sol said nahiyələrinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları iti, deşici, kəsici alətin (alətlərin) və ya əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən qalxan, enən və köndələn çəmbər bağırsağı yaralayan 3 (üç) ədəd deşilmiş kəsilmiş yaraları dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya; döş qəfəsinin qöş boşluğuna nüfuz etməyən 2 (iki) ədəd, qarın nahiyəsinin qarın boşluğuna nüfuz etməyən 2 (iki) ədəd, sağ bazu nahiyəsinin 1 (bir) ədəd, sol bazu nahiyəsinin 1 (bir) ədəd və sol said nahiyələrinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları isə dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (cild 01, iş vər. 93-114). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 108/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu qərarın təsviri hissəsində ABO sistemi üzrə A(ll) göstərilmişdir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus alt tumanı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrfə A(ll) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 01, iş vər. 223-228). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 78/2024-MTKŞ saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tumanın sol yan hissəsində 02 (İki) ədəd deşilmişkəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici kəsici alət (alətlərin) tiyəsinin təsirindən əmələ gələ bilərdilər (cild 01, iş vər. 219-222). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 01,04.2024-cü il tarixli, 833 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlinin törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehityac yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir (cild 01, iş vər. 229-233). Cinayət işinin materiallarında olan “Sübutları qiymətləndirilmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 228-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə cinayət təqibindən imtina edilmişdir (cild 01, iş vər. 252-262). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qəsdən adam öldürmə xuliqanlıq niyyəti ilə törədildikdə şəxsin əməli CM-in 120.2.2-ci maddəsi ilə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə isə şəxsin əməli CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Həmçinin sözügedən qərarda göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. CM-in 29-cu maddəsində göstərimişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli Qərarında eyni zamanda göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Eləcə də, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, hadisəyə dair video görüntü, istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş, həmçinin qeyd edilən xuliqanlıq hərəkətlərini etdikdən sonra Zərərçəkmiş şəxs məhz xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə onun söylədikləri cinayət işinin materiallarında olan sübutlar vasitəsi ilə təkzib olunduğundan, məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, bu formada ifadə verməkdə onun məqsədi CM-nin daha ağır məsuliyyət nəzərdə tutan maddəsi ilə məhkum olunmaqdan yayınmağa hesablanmış müdafiə taktikasıdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 01, iş vər. 239). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 01, iş vər. 238). Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra şəxsən könüllü surətdə Abşeron Rayon Polis İdarəsinin X14 gedərək təslim olmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı əldə edilərək iş materiallarına əlavə edilmiş Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsindən verilən xx.xx.2024-cü il tarixli, 59- 3/2-8300/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonra xx.xx.2023-cü il tarixdə saat 07:00-da könüllü olaraq Abşeron Rayon Polis İdarəsi X14 gəlmiş, “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”nda 2057 nömrə ilə qeydiyyata alındıqdan sonra həmin tarixdə saat 09:00-da Abşeron Polis İdarəsinin İstintaq şöbəsinə təhvil verilmişdir. Həmin məktuba “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabı”ndan müvafiq çıxarış da əlavə edilmişdir. Eyni zamanda, məhkəmə istintaqı zamanı sözügedən tarixdə Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsində məsul növbətçi olan polis mayoru X6 əlavə şahid qismində dindirilmiş və həmin şahid də ifadəsində göstərmişdir ki, o, Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsində məsul növbətçi vəzifəsində çalışır. Hadisədən bir gün sonra növbədə olarkən bir nəfər şəxs növbətçi hissəyə yaxınlaşaraq özünü təqdim etmiş və adının Təqsirləndirilən şəxs olduğunu qeyd edərək Abşeron rayonu Novxanı qəsəbəsində bir nəfər şəxsə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra müvafiq rəsmiləşdirmə aparılmış, şəxsiyyəti dəqiqləşdirilmiş, istintaq şöbəsinə məlumat verilməklə şəxs həmin şöbəyə təhvil verilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonrakı hərəkətlərini araşdıraraq belə qənaətə gəlir ki, onun cinayət törətdikdən sonra könüllü olaraq polis əməkdaşlarına xəbər verib özünü hüquq mühafizə orqanlarına təhvil verməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olub-olmamasını tam, hərətərəfli və obyektiv yoxlamalıdırlar. Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına görə cinayət təqibini həyata keçirən orqanda cinayət hadisəsinin baş verməsi, hətta hadisəni törədənin şəxsiyyəti barədə digər mənbələrdən məlumatın olması təqsirkarın yuxarıda qeyd olunan orqanlara könüllü gəlməsi və törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barəsində düzgün məlumat verməsi halında bunun Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə mane olmur. Cinayət törətmiş şəxsin müvafiq orqana gəlməsi və əməlini etiraf etməsi onun azad iradə ifadəsi olduğu halda, sözügedən cəzanı yüngülləşdirən hal barədə məsələnin həlli üçün onun hansı motivlərlə bu cür davranması əhəmiyyət kəsb etmir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət hadisəsi törətdikdən sonrakı hərəkətləri araşdırıldıqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verəndən dərhal sonra hadisə yerindən ayrılsa da, hüquq mühafizə orqanlarından gizlənməmiş, səhərisi gün könüllü şəkildə heç bir təsir altında qalmadan özünü polis əməkdaşlarına təslim etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonrakı hərəkətləri könüllü gəlmə kimi qəbul edilməli və bu hal cəzanı yüngülləşdirən hal kimi hökmdə öz əksini tapmalıdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində bir azyaşlının uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq hüquq mühafizə orqanlarına gəlib təqsirini boynuna almasını CM-nin 59.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 66.5-ci maddələri ilə 02 il 09 doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı tətqbi edilməklə cəzası 6 ay azaldılmaqla üzərində 02 il 03 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 07 yeddi ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmişdir (cild 01, iş vər. 159-160). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən xüsusilə ağır cinayət əməli (CM-in 29,120.2.2, 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli) törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, habelə cinayətlərin məcmusu qaydasında həmin cəzaların qismən toplanılmaqla şəxsə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası buna münasibətdə aşağıdakıları qeyd edir. Əvvəla Təqsirləndirilən şəxs törətdiyi qəsdən adam öldürməyə cəhd cinayətinə münasibətdə qeyd olunmalıdır ki, CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin, CM-n 63.4-cü maddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddəsinin sanksiyasında 14 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsə hazırki halda, yəni cinayət etməyə cəhdə görə (CM-in 120-ci maddəsinə münasibətdə) ömürlük azadlıqdan məhrum etmə cəzası təyin oluna bilməz. Eyni zamanda, şəxsə təqsirli bilindiyi sözügedən maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin dörddə üçündən çox olan cəza da təyin oluna bilməz. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs CM-in 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə yalnız 14 ildən 15 ilədək olan müddət arasında cəza təyin oluna bilər. Həmçinin, o hal da qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd edilən CM-in 59.1.10-cu və 59.1.12-ci maddələrində göstərilən yüngülləşdirici hallar olsa da, onun əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi olduğundan, ona CM-in 120.2.2 və 120.2.4-cü maddəsinə münasibətdə CM-in 60-cı maddəsinin tətbiqi üçün əsas mövcud deyildir. Belə ki, CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində isə yuxarıda da qeyd olunduğu kimi, cinayətlərin residivi mövcuddur və belə olan halda, ona münasibətdə CM-i 60.1-ci maddəsinin tətbiqi qeyri-mümkündür. CM-in 65.2-ci maddəsində isə göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddə üzrə cəza təyin edilərkən mütləq cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alınmalıdır. Şəxsin əvvəllər də qəsdən cinayət əməli törətməyə görə məhkum olunmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 29) Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 76-78) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-in 29,120.2.2, 29,120.2.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-593/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-593/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver