Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-596/2024 19.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan «Aydın» adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında sonuncunun qoyduğu külli miqdarda narkotik vasitə heroini və xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini hər bir kiloqrama görə pul müqabilində götürüb deyəcəyi yerlərə qoymaqla satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 09 dekabr 2023-cü il tarixdə Aydın adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu ərazisində qoydurduğu 942,786 qram çəkidə xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 479,286 qram çəkidə külli miqdarda narkotik vasitə heroini götürüb qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi ərazisində yerləşən yaşadığı mənzilə daşıyıb, həmin psixotrop maddədən və narkotik vasitədən 02 ədəd bükümdə ayrıayrılıqda 5,667 qram, 18,741 qram olmaqla ümumi 24,308 qram çəkidə metamfetamini və 03 ədəd bükümdə ayrı-ayrılıqda 1,170 qram, 8,428 qram, 7,910 qram olmaqla ümumi 17,508 qram çəkidə narkotik vasitə heroini ayırıb üzərində, bir ədəd plastik qabda 455 qram çəkidə və üç ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda 5,365 qram, 0,410 qram, 1,003 qram olmaqla ümumi 7,910 qram olan narkotik vasitə heroini və 01 ədəd şəffaf polietilen torbada 890 qram çəkidə və 08 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda 0,708 qram, 0,066 qram, 1,496 qram, 1,126 qram, 4,908 qram, 5,044 qram, 10,180 qram, 4,850 qram ümumi 28,378 qram çəkidə psixotrop maddə metamfetamini isə yaşadığı qeyd edilən mənzildə taxta konstruksiyalı stolun üstündə saxlamış, 19 dekabr 2023-cü il tarixdə saat 03:30 radələrində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi ərazisində yerləşən “Sənəm” marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin inzibati binasına gətirilib, həmin gün saat 04:35-dən 04:49-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən həmin 02 ədəd bükümdə ümumi, 24,408 qram çəkidə psixotrop maddə metamfetamin və 03 ədəd bükümdə ümumi 17,508 qram çəkidə narkotik vasitə heroin, həmin tarixdə saat 05:20-dən 05:33-dək polis əməkdaşları tərəfindən yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi ərazisində yerləşən mənzilə keçirilmiş baxış zamanı qonaq otağındakı taxta konstruksiyalı stolun üzərindən isə 01 ədəd sellofan torbada və 08 ədəd bükümdə ümumi 918,378 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd plastik qabda və 03 ədəd bükümdə ümumi 461,778 qram çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.4-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkotik istifadəçisi deyildir. O, Kapital Bankın işçisi olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 7 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi ərazisində yerləşən “Sənəm” marketdən çıxıb yaşadığı binanın blokuna daxil olarkən polis əməkdaşları onu saxlamış və Abşeron Rayon Polis İdarəsinə aparmışdır. Polis idarəsində ona imza çəkdirmişlər və SMS yazışmalarının hamısı polis idarəsində olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etmir və həmin gün üzərində narkotik vasitə olmamışdır. Onu saxlayan polis əməkdaşlarından heç birini tanımamış, heç biri ilə düşmənçiliyi olmamışdır. Onun telefonunda “Aydın” adlı İran İslam Respublikası vətəndaşının mobil telefon nömrəsi olmamışdır. Polis əməkdaşlarının tapşırığı ilə təzyiq altında bir nəfər şəxsə səsli SMS göndərmiş və həmin şəxs də ona SMS göndərmişdir. Bu hadisələr saxlandığı gün axşam saat 11-12 radələrində olmuşdur. Polis əməkdaşlarından biri onun kəndçisi olmuş və səhv etmirsə əvvəl baş vermiş hansısa ədavətə görə onu saxlamışdır. O, AAAF park yaşayış kompleksində ailəsi ilə birgə yaşamış, həmin ünvanda isə təxmini 3 ay müddətdə qalmışdır. Daha əvvəl isə Masallıda yaşamışdır. Abşeronda yaşadığı müddətdə “Qoç ət” restoranında kassir kimi fəaliyyət göstərmiş, daha əvvəl isə Kapital Bankda işləmişdir. Yanındakı uşağı buraxmaları üçün məcburiyyət qarşısında polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Polis əməkdaşları onunla bərabər iki nəfəri saxlamışlar və həmin şəxsləri buraxmaq üçün ona sənədlərə qol çəkdirmişlər. Onunla bərabər saxlanılan şəxs Mehrab Cəbiyev olmuşdur. Həmin şəxs onun sinif yoldaşı olmuş və yetim uşaq olmuşdur. Həmin şəxs hazırda Bakı şəhəri, Nizami rayonunda yaşayır. Polis əməkdaşları ona fiziki təsir və təzyiq göstərmişlər, lakin onun üzərində xəsarət izləri olmamışdır. Çəkilişdən əvvəl müdafiəçiyə həqiqəti danışmışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakim ondan heç bir şey soruşmamış, o da məhkəmədə polis əməkdaşlarının narkotik vasitələri onun boynuna qoyduqlarını bildirməmişdir. Təzyiq altında olduğu üçün hakimə həqiqəti danışa bilməmişdir. İstintaq təcridxanasına qəbul olunarkən üzərində xəsarət izləri olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən “Xəngəlove” restoranında ofisiant işləyir. Təxminən bir ay əvvəl İnstagram sosial şəbəkəsində özünü ona “Aydın” adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuşdur. Aydın ilk əvvəl ondan narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuşdur. O, istifadə etmədiyini dedikdə Aydın ona narkotik vasitə satmaqda köməklik etmək barədə təklif etmişdir. Belə ki, o Aydının göndərdiyi hər bir kiloqram narkotik vasitəni satmağı müqabilində ona 700 manat pul verməli olmuşdur. Bundan sonra Aydınla istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Whatsapp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Əvvəlcə Aydın ona təxminən 01 kiloqram narkotik vasitə göndərmişdir. Sonuncunun narkotik vasitəni haradan və necə əldə etdiyini bilməmiş, həmin narkotik vasitəni satdıqdan sonra təxminən 10 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Aydın ona yenə də bir kiloqram narkotik vasitə heroin və bir kiloqram psixotrop maddə metamfetamin vermişdir. Həmin narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, Suraxanı rayonu ərazisində deyilən yerdən götürüb Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yaşadığı birotaqlı mənzilə gətirmiş, həmin narkotik vasitə və psixotrop maddələrin bir hissəsini Aydının sifarişi ilə deyilən yerlərə çatdırmışdır. Belə ki, narkotik vasitə aludəçiləri Aydınla əlaqə yaratdıqdan sonra Aydın ona narkotik vasitənin çəkisini demişdir. Narkotik vasitələrin pulunu Aydın əldə edir, daha sonra ona nə qədər qoymalı olduğunu bildirmişdir. O, özü istədiyi yerdə narkotik vasitələri gizlətdikdən sonra həmin yerin lokasiyasını Aydına göndərmişdir. Aydın da həmin lokasiyanı narkomanlara yollamışdır. Beləliklə də “müştərilər”in heç biri onu görməmişdir. 19 dekabr 2023-cü il tarixdə saat 03 radələrində Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən “Sənəm” marketin yaxınlığında yaşadığı mənzilə gedərkən iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib özlərini ona təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Abşeron RPİ-nin inzibati binasına dəvət etmişlər. Abşeron RPİ-nin binasında xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı 03 ədəd qara rəngli sellofan bükümdə saxladığı narkotik vasitələri və psixotrop maddələri, sağ yan cibindən isə yaşadığı evin açarını və üzərində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olan “Xiaomi” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Daha sonra həmin üç ədəd qara rəngli sellofan bükümlər açıldıqda birinin içərisindən 02 büküm metamfetamin, digərindən 01 büküm heroin və 01 büküm metamfetamin, üçüncüsündən isə narkotik vasitə heroin aşkar edilmişdir. Daha sonra yaşadığı mənzildə də təxminən 01 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Sonra birlikdə Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yaşadığım mənzilə getmişlər. Həmin mənzil bir otaqdan ibarət olmuş, mənzilə daxil olduqda kiçik ölçülü stolun üstündə açıq vəziyyətdə qoyulmuş bir ədəd plastmas qabda olan narkotik vasitə heroini, bir ədəd sellofan torbada psixotrop maddə metamfetamini, habelə 08 ədəd bükümdə psixotrop maddə metamfetamini və 03 ədəd bükümdə narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitələr, psixotrop maddələr və onların çəkisini müəyyən etmək üçün istifadə etdiyi elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Göstərmişdir ki, özü heç vaxt narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmiş, həmin narkotik vasitələri və psixotrop madddələri iki ayrı torbada əldə etmiş, sonradan deyilən ünvanlara çatdırmaq məqsədi ilə elektron tərəzi vasitəsi ilə çəkisini müəyyən edərək bükümlərə ayırmışdır (cild 01, iş vər. 70-72). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona ünvanalan suallara cavab olaraq təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, gəzdirməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Abşeron Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmaqla şəxs 18 dekabr 2023-cü il tarixdə saat 04:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış massivində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə müdafiəçinin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, şifahi sorğu sual zamanı şəxs kirayə yaşadığı evində də narkotik vasitə və psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Bu səbəbdən də birlikdə Təqsirləndirilən şəxs kirayə yaşadığı Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yaşadığı mənzilə gedilmişdir. Həmin mənzildən də narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, daxil olan əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, təxirəsalınmaz qaydada əməliyyat tədbiri keçirilmişdir. Şəxs saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmiş, ona qarşı heç bir zor tətbiq edilməmiş, habelə şəxs təsir və ya təzyiqə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1998-ci il təvəllüdlü, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində yerləşən “Sənəm” marketin qarşısındakı bina evində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində yerləşən “Sənəm” marketin qarşısındakı bina evində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində yerləşən “Sənəm” marketin qarşısındakı bina evində yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:30 radələrində yaşadığı binanın yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə və 03 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 01, iş vər. 31-32). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində yerləşən mənzilə baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 35). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı qonaq otağındakı taxta konstruksiyalı stolun üzərindən isə 01 ədəd sellofan torbada və 08 ədəd bükümdə psixotrop maddə metamfetaminə, 01 ədəd plastik qabda və 03 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, şəxsi axtarışı və baxış əks etdirən video görüntülər CD diksə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 37-38). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/6476 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Azərbaycan Respublikası DİN zərflər üçün №56» və «Mircələl Əkbərli.imza» yazısı və imzalar olan zərfdəki 3 ədəd qara rəngli poletilen bükümlərdən, birincinin içərisində 2 ədəd büküm olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 5,667 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə mentamfetamindir və təmiz çəkisi 1,170 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, ikincinin içərisində 2 ədəd büküm olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 18.741 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə mentamfetamindir və təmiz çəkisi 8,428 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üçüncüdə 1 ədəd bükümdə təmiz çəkisi 7,910 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs(imza)...» yazı və imzalar olan qara rəngli poletilen bağlamadakı 1 ədəd plastik qabdakı, qara rəngli poletilen bükümdə təmiz çəkisi 455 qram və 3 ədəd şəffaf poletilen bükümdə təmiz çəkisi 6,778 qram (ayrıayrılıqda təmiz çəkiləri 5365 qram, 0,410 qram, 1,003 qram) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd şəffaf poletilen torbada təmiz çəkisi 890 qram və 8 ədəd şəffaf poletilen bükümdə ümumi təmiz çəkisi 28,378 qram (ayrı-ayrılıqda təmiz çəkiləri 0,708 qram, 0,066 qram, 1,496 qram, 1,126 qram, 4,908 qram, 5,044 qram, 10,180 qram. 4,850 qram) kustar üsulla hazırlanmış psixotrop maddə mentamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır, iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlərlə eyni kimyavi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş götürülmüş heroinin ümumi təmiz çəkisi 479,286 qram təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və kimyavi komponent tərkibinə görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş götürülmüş metamfentaminin ümumi təmiz çəkisi 942,786 qram təşkil edir və həmin metamfetaminlər xarici əlamətlərinə və kimyavi komponent tərkibinə görə eynidirlə (cild 01, iş vər. 43-47). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli 1065 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 108-109). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək götürülmüş bir ədəd Xiaomi markalı mobil telefona baxış keçirilmiş, mobil telefona baxış zamanı xüsusi koddan açılmış və telefonun yaddaş qurğusunda olan WhatsApp hissəsinin olduğu müəyyən edilmişdir. Mobil telefonun WhatsApp hissəsini açdıqda yaddaş hissədə «Aydın» adı ilə yaddaşa salınmış mobil nömrənin olduğu və Təqsirləndirilən şəxs istifadəsində olduğu qeyd olunan mobil nömrə ilə həmin «Aydın» adı ilə yaddaşa salınmış mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə yazışma olduğu və fotoşəkil göndərildiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:49-da qeydə alınmış 00:19 saniyəlik səs yazısında «qardaş bax 10 dənə patı setdən çıxıb, 20 patı, 30 torpaq, ümumi 50 dənə atıbsan setdən çıxıb, bunlar tututmaya qardaşım, ünvanlarda problem olmaya, 10 dənəni tapa bilmir, ona bir yazı verdə, bax səs atdım» qeyd edilmişdir. Həmin səs yazısına xx.xx.2023-cü il tarixdə saat 01:50-də Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş səs yazısında «interten işləmir, setdə problem var», «gedim evə səni rahat yığacam» göstərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 02:01-də Təqsirləndirilən şəxs WhatsApp nömrəsinə bir ədəd fotoşəkil göndərilmiş və həmin fotoşəkildə təsvir olunan bina və onun qarşısında olan hasarla ərazidə oxla çəkilmiş işarə vardır. xx.xx.2023-cü il tarixdə saat 02:01-də Təqsirləndirilən şəxs WhatsApp nömrəsinə göndərilmiş səsyazısında «qardaş bunun bağlamasını dedə, bağlamanın rəngi nə mənədi başıva dolanım» göstərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 02:02-də Təqsirləndirilən şəxs tərəfindən göndərlimiş səs yazısında «qardaş qara kulokdadı», səsyazısında «ağacın altında sol tərəfindən qara paketin içində» yazılmışdır. xx.xx.2023-cü il tarixdə saat 02:53-də Təqsirləndirilən şəxs WhatsApp nömrəsinə göndərilmiş səsyazısında «qardaş necəsən, yaxşısan, qardaşı yığda qardaş sənə görə nigarandı, yoldaşsız, qardaşsız, qohumsuz, adamın problem idə olar, qardaş sənə görə nigaran qalıb orda, qardaşı yığ kef əhval elə» göstərilmişdir (cild 01, iş vər. 124-125). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin əldə edildiyi mənbənin müəyyən edilməsi üçün isə hazırki cinayət işindən CM-in 234.4-1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır (cild 01, iş vər. 127-138). İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1998-ci il təvəllüdlü, Masallı rayonu, Ərkivan kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində yerləşən “Sənəm” marketin qarşısındakı bina evində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə və 03 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, daha sonra ərizəsi əsasında yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı isə mənzilin qonaq otağındakı taxta konstruksiyalı stolun üzərindən isə 01 ədəd sellofan torbada və 08 ədəd bükümdə psixotrop maddə metamfetaminə, 01 ədəd plastik qabda və 03 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Götürülmüş maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, o cümlədən yaşadığı mənzilə baxış keçirilərək narkotik vasitə və psixotrop maddə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. CM-in 234.4-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə həmin əməl cinayət sayılır və təqsirli bilinən şəxs səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da olan psixotrop maddə sayılan metamfetaminin xüsusilə külli miqdarı 400 qram qəbul olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən və evindən aşkar olunan narkotik vasitənin və psixotrop maddənin ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə məhkəməyə bildirməmiş, əksinə məhkəmədə özünü təqsirli bildiyini, bir iran vətəndaşına aldandığını qeyd etmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Eyni zamanda, məhkəmə kollegiyası o halı da qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaqın yekunlaşması ərəfəsində iş materialları ilə tanış olarkən bir daha ona elan olunan ittihamı bilmiş, tanış olma protokoluna heç bir qeyd verməmiş, heç bir vəsatət və etirazının olmadığını bildirmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis idarəsində onun telefonuna SMS-lərin göndərildiyini bildirsə də, məhkəmə istintaqı zamanı şəxsə məxsus olan və maddi sübut qismində tanınan “Xiaomi” markalı mobil telefon tədqiq edilmiş, şəxsin mobil telefonunda olan “Galereya” bölməsində mövcud fayllara baxış keçirilmiş və orada xeyli sayda narkotik vasitəyə aid foto şəkillər aşkar edilmişdir. Həmin foto şəkillərin əksəriyyəti isə vaxt etibarı ilə şəxs saxlanılmamışdan öncəki tarixə və ya tarixlərə aid olan, o cümlədən ona göndərilən foto şəkillər olmuşdur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin (narkotik vasitənin və psixotrop maddənin əldə olunması, üzərində və evində saxlaması ilə bağlı) işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 102-103). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə aşkar olunan narkotik vasitənin və psixotrop maddənin çəkisini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə xüsusilə ağır cinayət əməli törətdiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 29, 81-83). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan ümumi çəkisi 478,786 qram narkotik vasitə heroin, ümumi çəkisi 920,736 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalı, o cümlədən “Xiaomi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılı ilə yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və və Abşeron Rayon Polis İdarəsində saxlanılan ümumi çəkisi 478,786 qram narkotik vasitə heroin, ümumi çəkisi 920,736 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın, o cümlədən “Xiaomi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılı ilə yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-596/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-596/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver