Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-598/2024 15.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Aşağı Seyidlər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,043 qram çəkidə Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotk vasitələrin siyahısı»-na (Siyahı İ) daxil olan narkotik vasitə heroini 20 manat müqabilində əldə edib Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinə daşımış və saxlamış, xx.xx.2023-cü il tarixdə saat 21:20 radələrində Abşeron RPİ-nin X9 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən Səmidxan Əzizov adma 1 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq, Abşeron RPİ-nin X9 inzibati binasına gətirilib, orada həmin tarixdə saat 22:10-dan 22:40-dək üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda çəkisi 2,043 qram olan açıq qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Mərkəz” adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 1,037 qram çəkidə Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotk vasitələrin siyahısı»-na (Siyahı İ) daxil olan narkotik vasitə heroini 15 manat müqabilində əldə edib Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşımış və saxlamış, Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.F.Axundov küçəsində saxlanılaraq, Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına gətirilib, orada həmin tarixdə saat 20:30-dan 20:40-dək üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə çəkisi 1,037 qram çəkidə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, iki ildən çoxdur ki, narkotik vasitə istifadə edir. Onun yanına İki nəfər polis əməkdaşı yaxınlaşmış, özlərini təqdim etmiş və onu bölməyə aparmışlar. Onu Mehdiabadda və Güzdəkdə olarkən tutmuşlar və polislər yaxınlaşanda onun üzərində narkotik vasitə olmuşdur. İkinci dəfə üzərindən aşkar olunan qeyd olunan çəkidə narkotik vasitəni polis əməkdaşları onun boynuna qoymuşlar, onun üzərindən aşkar olunan çəkidə narkotik vasitə olmamışdır. Üzərində 02 qram narkotik vasitə olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə heroini alıb üzərində saxlamışdır ki, sonradan istifadə etsin. 23 oktyabr 2023-cü il tarixdə saat 21:20 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində piyada hərəkətdə olduğu zaman, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməyi tələb etmişlər. Özünü təqdim etdikdən sonra, ona narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Abşeron RPİnin X9 inzibati binasına dəvət etmişlar. O, dəvətə etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin X10 getmişdir. Bölmədə təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulması haqqında qərar elan olunmuş, hüquq və vəzifələri elan olunmuş, dövlət tərəfindən müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra ona polis əməkdaşları, onunla eyni cinsdən bir nəfər şəxsin və müdafiəçinin iştirakı ilə üzərimə şəxsi axtarış aparılacağını izah etmişlər. Daha sonra polis əməkdaşları, onunla eyni cinsdən olan bir nəfər şəxs və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış aparılmadan öncə üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və predmetin olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən, bir ədəd şəffaf sellofan bükümü çıxararaq, həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin şəffaf sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik tozşəkilli maddənin olduğu müəyyən edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış və üzərindən təqdim etdiyi maddədən başqa hər-hansı dövriyyəsi qadağan edilən əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş kütlə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Mərkəz» deyilən ünvanda tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata narkotik vasitə olan heroni alıb üzərində saxlamış ki, daha sonra istifadə etsin. xx.xx.2024-cü il tarixdə təxminən 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi yaşadığı M.F.Axundov küçəsində olduğu zaman, polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişlər. O, öz razılığı ilə polis əməkdaşları ilə birlikdə bölməyə getmiş və bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra, öz xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasında xidməti otaqların birində, qadın cinsli şəxsin və müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Üzərindən aşkar olunmuş bir ədəd gümüşü kağıza bükülmüş halda narkotok vasitə heroin adlanan maddə zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır.( cild 1, iş vərəqə 216-218) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olduğu zaman ona ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərlərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1 saylı tam orta məktəbin yaxınlığında saxlanılmış Abşeron RPİ-nin X9 əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini və birlikdə bölməyə getməli olduğunu bildirmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə bölməyə getmişdir. Yol boyu həmin şəxsin üzərində olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki kütləni hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyni soruşduqda, sonuncu həmin bükümdə olan heroini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Abşeron RPİ-nin Qobu PB-nin sahə polis nəfəri, polis kiçik serjantı Şahid3 məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir.( cild 1, iş vərəqə 178-179) Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərlərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.F.Axundov küçəsində saxlanılmış və ona Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini və birlikdə bölməyə getməli olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin büküm açılaraq və içərsində maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdəki kütləni hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyni soruşduqda, sonuncu həmin bükümdə olan heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Mərkəz» adlanan yerdə tanımadığı şəxsdən 15 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə polis nəfəri, polis kiçik serjantı Şahid2 məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. ( cild 1, 86-87) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 yanvar 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Zərdab rayonu, Aşağı Seyidlər kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində daşıması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Zərdab rayonu, Aşağı Seyidlər kəndində qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 95--96) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü kağıza bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuş, daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. (cild 1, iş vərəqə 30-32) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qızmm təqdim etdiyi bükümün içərsinə baxış keçirilmiş, təhqiqatçı tərəifndən həmin büküm açılmış və içərsində maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. (cild 1, iş vərəqə 123-124) Şəxsi axtarış və götürmə aparılması haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023- cü il tarixli, 3-16-16/2-6/5696 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 245» dairəvi möhür əksi «Təqsirləndirilən şəxs (imza)...» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,043 qram açıq qəvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan REspublikasmm Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir.(cild 1,iş vərəqə 128-132) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-ci il tarixli, 3_16_16/2-6/401 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün 236 nömrəli dairəvi möhür əksi Təqsirləndirilən şəxs aşkar edilmiş şübhəli şəxs ( ima) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz şəkisi 1.037 ”....” yazı və imzalar olan zərfdə 02 ədəd bükümdə təmiz çəkiləri 1,294 qram və 1,371 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasmm Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 35-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7032 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (cild 1, iş vərəqə:180-181) Cinayət işinin materiallarından olan və məhkəmədə tədqiq edilmiş “cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynidə olan boz rəngli şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş kustar üsulla hazırlanmış 1.037 qram heroindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 0.987 qram çəkidə narkotik vasitəolan heroin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir.(cild 1, iş vərəqə 80-81) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra çəkisi 1,993 qram təşkil edən heroin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir.(cild 1, iş vərəqə 167) Cinayət işinin materiallarından olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarışları əks etdirən 02 ədəd «CD» disklər iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 196-204) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 1, iş vərəqə 172) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zərdab Rayon İcra Hakimiyyəti başçısının Şəftəhal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan məlum deyil və onun barəsində heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 175) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X3 adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü digər azyaşlı qız uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs ikinci dəfə tutulan zamanı üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 23 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. ( cild 1, iş vərəqə 113) İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 oktyabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. ( cild 1, iş vərəqə 163-164) İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. ( cild 1, iş vərəqə 20) İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 yanvar 2024-cü il tarixdə 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 77-79) Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin başlanğıcı hökmün faktiki olaraq icra edildiyi gündən hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin belə qərara gəlir ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək, 20 yanvar 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək tutulduğu 05 (beş) ay, 27( iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalı və onun üzərində saxlanılan qəti cəzanın müddəti hesablanmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallara və cəzasını ağırlaşdıran halların olmamasına, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmədiyə görə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci tətbiq edilməsinə kifayət qədər əsas olduğundan, ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi onun uşaqları on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, cinayət qanununun həmin maddəsinə görə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu qərara gələrkən məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxsin hazırda azadlıqdan məhrum ediləcəyi halda 02 azyaşlı uşaqlarının gələcək həyatı və şəxsiyyət kimi formalaşmalarına ciddi şəkildə mənfi təsir göstərə bilər. Odur ki, təqsirləndirilən şəxsin cəzanı çəkməsi uşaqları on dörd yaşına çatanadək təxirə salınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində qüvvədə olan qətimkan tədbirini müzakirə edərək bununla bağlı belə qənaətə gəlir ki, seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal həbsdən azad edilməlidir. Bundan başqa, cinayət işinin materiallarında olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 1,993 və 0,987 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il (üç) 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdən 25 oktyabr 2023-cü il tarixədək, həmçinin 20 yanvar 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək tutularaq həbsdə saxlandığı 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 09 ( doqquz) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı hökmün faktiki olaraq icra edildiyi gündən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs uşaqları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü digər qızı on dörd yaşlarına çatanadək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qızının üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİnin maddi sübutların saxlanması otağında saxlanılan 1,993 və 0,987 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasia protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-598/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-598/2024
15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver