Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-6/2022 29.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 xx xxx 1995-ci il tarixdə Ağsu rayonu, Padarqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Ağsu rayonu, Padarqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İbtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.2-ci maddəsi ilə belə bir ittiham irəli sürülmüşdür ki, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq 350,0 (üç yüz əlli) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, 01 yanvar 2021-ci il tarixdə saat 20 radələrində qeyd olunan narkotik vasitəni 50 (əlli) manat pul müqabilində Şamaxı rayonu Göylər kəndi yaxınlığında yerləşən əkin-torpaq sahəsində X3, 02 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X14 rayonu Göylər kəndi ərazisində tutularaq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 22:04 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əlində gəzdirdiyi üzərində “mister tum” yazısı olan ağ və sarı rəngli sellofanın içərisindən ümumi təmiz çəkisi 350,0 (üç yüz əlli) qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, 02 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, X19 küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında tutularaq rayon polis şöbəsinə gətirilməklə, 03 yanvar 2021-ci il tarixdə, saat 00:09 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi üzərində “spiçki balabanovskie” sözləri yazılan bir ədəd kibrit qutusunun içərisinə baxıldıqda satış məqsədi ilə əldə etdiyi ümumi təmiz çəkisi 6,412 (altı tam mində dörd yüz on iki) qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə həmin ittihamın əsassız olduğu müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verərək ona qarşı CM-nin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək məhkəmədə verdiyi ilkin ifadəsində göstərmişdir ki, o, 02 yanvar 2021-ci il tarixdə o, Etiram adlı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə alarkən sonuncunun yaşadığı Sabirabad rayonu Surra kəndində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman onun üzərində daimi istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Məhz telefonun anten məlumatları əsasında onun tutulduğu yeri müəyyən etmək mümkündür. Saxlanıldıqdan sonra baxış zamanı onun üzərindən bir kibrit qutusu marixuana aşkar edilmişdir. O, həmin marixuananı tutulduqdan bir müddət əvvəl tapmışdır. Tutulduqdan sonra ona CM-nin 234.1-ci maddəsi ilə ittiham olunacağı bildirilmiş və buna görə o, etirafedici ifadə vermişdir. Etiram adlı şəxsi bir traktor sürücüsü kimi tanımış heç bir münasibəti olmamışdır. Etiram ona şər ataraq narkotiki ondan aldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin ifadəsində Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə irəli sürülmüş ittihamda əksini tapmış hadisələri təkzib etmiş, o cümlədən 02 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, X19 küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında tutulamasını və satış məqsədi ilə qanunsuz olaraq 350,0 (üç yüz əlli) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımaqla 01 yanvar 2021-ci il tarixdə saat 20 radələrində 50 (əlli) manat pul müqabilində Şamaxı rayonu Göylər kəndi yaxınlığında yerləşən əkin-torpaq sahəsində X1 istisna etmişdir. Məhkəmə gedişatında Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, 02 yanvar 2021-ci il tarixdə o, tanışı olan Məhəmməd adlı şəxslə birlikdə Hacıqabul rayonu Kolanı kəndinə getmişlər. Həmin gün saat 16 radələrində Hacıqabul rayonu Kolanı kəndindən qayıdarkən, bir müddət əvvəl tanış olduğu adının Nurlan olduğunu bilsə də, barəsində adından başqa heç bir məlumata malik olmadığı və polis olmasından məlumatsız olduğu Şahid2 onunla əlaqə saxlayaraq ondan marixuna istəmiş və o, maraqlanıb məlumat verəcəyini demişdir. Bununla bağlı o, Sabirabad rayonu Surra kəndində yaşayan Etiram adlı tanışına zəng etmiş və sonuncu onda marixuana olduğunu demişdir. Bu zaman yenidən Şahid2 zəng etmiş və Şahid2 təklifi ilə onlar marixuana almağı qərara almışlar. Bundan sonra o, gəlib avtomobilini Şamaxı yolunda, yolun kənarında Sabirabad istiqamətində saxlamış və oraya gəlmiş Şahid2 ”VAZ-2106” markalı avtomobili ilə Etiramgilə yollanmışlar. Bu zaman Şahid2 avtomobili idarə etmiş, onunla Məhəmməd isə sərnişin kimi həmin avtomobildə getmişdir. Onlar birlikdə Etiramın yaşadığı Sabirabad rayonu Surra kəndinə gəlmiş, orada onunla Şahid2 avotmaşından enib Etiramgilə getmişlər. Onlar Etiramla görüşdükdə Etiram onlara nəşə vermiş və onlar birlikdə geri qayıtmışlar. Yolda Şahid2 ona bir siqaret nəşə vermişdir. Onlar qayıdarkən Şahid2 avtomobilini yolun kənarında dayanmış cip tipli avtomobilin yanında saxlamış və orada o, tanımadığı və həmin vaxt polis olmalarından məlumatsız olduğu 4 nəfər şəxs tərəfindən tutulmuşdur. Saxlanılarkən onun üzərinə baxış keçirilməmişdir. Həmin vaxt Məhəmməd avtomaşında qalmış, o isə cipə mindirilmişdir. Bu zaman onu saxlayanlar hətta ona yumruq atmışdır. Təxminən saat 20 radələrində o, polis idarəsinə gətirilmiş və orada ona hədə-qorxu gəlinmişdir. Ona Məhəmmədin də, polis idarəsinə gətirildiyi məlum olsa da, o, sonuncunu görə bilməmişdir. Polis şöbəsində heç bir sənədləşmə aparılmamış və ona vəkil təqdim olunmamışdır. Orada ona Etiramın onlara lazım olduğu bildirilmişdir. Polislərin təklifi ilə o üzərində olan əşyaları, o cümlədən Şahid2 verdiyi bir siqaret nəşəni və cibində olan telefonu ilə avtomobilinin pultunu təqdim etmişdir. Bu zaman onun istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Bundan sonra nömrəsinin hesabında pul olmadığı üçün Ruslan adlı polis əməkdaşı internet vasitəsi ilə onun mobil telefonuna 1 manat pul yükləyərək Etirama zəng etməyə məcbur etmişdir. Saat 21 radələrində onlar Etiramgil istiqamətində yola düşmüşlər. Yolboyu o Etirama zəng edərək narkotik istəmişdir. Onlar biri “VAZ-2106” markalı, digəri isə cip tipli olan iki avtomaşında Etiramın həyətə gedərək ondan iki qutu marixuana istəmişdir. Təxminən saat 22 radələrində Etiram evinin qarşısına çıxmış və dərhal polis əməkdaşları tərəfindən tutulmuşdur. O, gəldikləri “VAZ-2106” markalı, Etiram isə cip tipli avtomobil ilə Şamaxı şəhərinə gətirilmiş, orada onlar “Chevrolet” markalı polis maşınına mindirilib polis şöbəsinə aparılmışlar. Onlar saat təxminən 23 radələrində Şamaxı rayon Polis şöbəsinə çatmış və orada ona atasının da, polisə gəldiyi barədə məlumat verilmişlər. O, atası ilə görüşmüş, atası onun buraxılması üçün 10.000 pul istənildiyini demişdir. Bundan sonra o, otaqdan çıxarılaraq müstəntiqin otağına aparılmışdır. Orada ona onun yüngül maddə olan CM-nin 234.1-ci maddəsi ilə rəsmləşdirilərək buraxılacağı bildirilmiş, o da, savadsız olduğu üçün buna razılaşmşdır. Bu razılıqdan sonra Ruslan adlı polis əməkdaşı ona bir karopka nəşə vermiş və o, nəşəni sağ cibinə qoymuşdur. Az sonra vəkilin iştirakı ilə çəkiliş aparılmış və ona 48 saat sonra məhkəmədən buraxılacağı bildirilmişdir. Sonradan da, müstəntiq çəkiliş etmək üçün onu yolun kənarına aparmış və orada o, müstəntiqdən nə deməli olduğunu soruşmuş və müstəntiq nəşəni öz istifadəsi üçün aldığını deməli olduğunu bildirmişdir. O, da belə də demişdir. Hətta məhz polislərin təklifi ilə Sabirabadda yox, Şamaxıda “Azpetrol” yanacaqdoldurma məntəqəsində tutulduğunu demişdir. O, 48 saat sonra tutulmuş vəziyyətdə qalmış, sonra isə məhkəmədən buraxılmış, ancaq məhkəmədə Etirama 3 ay sanksiya verilmişdir. Bundan sonrakı müddətdə o, müstəntiqin bütün çağırışlarına vaxtlı vaxtında getmişdir. Müstəntiq sonuncu dəfə onu çağırdıqda bir nəfər şəxsin ondan nəşə aldığını dediyini bildirmiş və sonra isə ona bu şəxsin Etiram olduğu məlum olmuşdur. O, hesab edir ki, Etiramın ifşa edilməsində rolu olduğuna görə Etiram ona böhtan atır. Onun məhz 01 yanvar 2021-ci il tarixdə Etirama narkotik satdığı qeyd edilsə də, o, həmin tarixdə Etiramla danışmamış və görüşməmişdir. İstintaq zamanı onun aldadılaraq buraxılacağına dair yalan vəd verildiyinə görə o, yalandan etirafedici ifadələr vermişdir. Ona və atasına yalan vəd verənlərdən biri Ruslan adlı əməliyyatçı olmuşdur. O, saxlanıldıqdan sonra həmçinin həmkəndlisi olan Zaur Salmanova zəng edib tutulduğu barədə məlumat vermiş və onların evlərinə gedib maşınının ehtiyat açarını götürüb, gedib yolun kənarında qalmış avtomobilini də, götürüb polisə gəlməsini xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, məhz Zaur onun valideynlərinə onun tutulması barədə məlumat vermiş və onun atası ilə gedib yolun kənarından avtomaşını götürmüşlər. Məhkəmə iclasında Şamaxı rayon Polis Şöbəsinin X4 baş əməliyyat müvəkkili Şahid1 şahid qismində ifadə verərək göstərdi ki, 02 yanvar 2021-ci il tarixdə Ağsu rayonu Padarqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə ona məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və qrupun üzvü olaraq onunla Polis Şöbəsinin X4 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən əvvəldən tanımadığı Təqsirləndirilən şəxs Şamaxı şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında müəyyən edib Şamaxı RPŞ-nə dəvət etmişlər. Şamaxı RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçı Bəhlul Məliklinin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılaraq üzərində gəzdirdiyi 1 kibrit qutusunda olan narkotik vasitə aşkar edilib götürülmüşdür. Şəxsi axtarış videoçəkilişlə aparılmışdır. Hazırda o, Təqsirləndirilən şəxs saxlanılma saatını xatırlamır. Bununla belə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid1 əlavə olaraq məhkəmə iclasında dindirilərkən əvvəldən tanımadığı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinin balansına 02 yanvar 2021-ci il tarixdə saat 18:33-də, yəni ittihamda Təqsirləndirilən şəxs tutulduğu vaxt kimi ittihamda göstərilmiş 02 yanvar 2021-ci il saat 23 radələrindən bir-neçə saat əvvəl özünə məxsus bank kartından pul yükləməsinin səbəbini izah edə bilməmişdir. Məhkəməyədək icraat zamanı Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Şamaxı rayon Polis Şöbəsinin X4 baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı xüsusi rütbəsində çalışmışdır. Hazırda Şamaxı rayon Polis Şöbəsinin X4 baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində çalışır. Faktla bağlı qeyd etmişdir ki, 02 yanvar 2021-ci il tarixdə Ağsu rayonu Padarqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə ona məlumat daxil olmuş, o, da Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, həmin günü saat 23 radələrində o, rayon Polis Şöbəsinin X4 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında əməliyyat tədbirini həyata keçirərkən yolda Təqsirləndirilən şəxs şübhəli hərəkət etdiyini görüb ona yaxınlaşaraq əvvəlcə özlərini ona təqdim edib sonra onun üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər, o, da onlara heç bir müqavimət göstərmədən onlarla RPŞ-yə gəlmişdir. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçı Bəhlul Məliklinin xidməti otağında müdafiəçi Əlisa Abdullayev, NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi, üzərində “spiçki balabanovskie” sözləri yazılan bir ədəd kibrit qutusu aşkar olunaraq götürülmüş, həmin kibrit qutusu açıldıqda kibrit qutusunun içərisində saxladığı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilib götürülmüşdür. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni 2020-ci ilin noyabr ayının əvvəllərində Ağsu rayonu Padarqışlaq kəndi ərazisində yolun kənarından həmin kibrit qutusunun içərisində olduğu vəziyyətdə yerdən tapmış, narkotik vasitə olduğunu bilərək əynindəki gödəkçəsinin cibində saxlamışdır. Daha sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarş videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin narkotik vasitəni tapmış və şəxsi istifadəsi üçün öz üzərində, yəni əynindəki gödəkçəsinin cibində saxlamışdır. Həmçinin, ona da Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə üzərində saxlaması, onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verərək Şamaxı rayon Polis Şöbəsinin X4 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 göstərmişdir ki, 02 yanvar 2021-ci tarixində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs Şamaxı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılmaqla Şamaxı PRŞ-nə dəvət edilmişdir. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçısı Bəhlul Məliklinin xidməti otağında vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmaqla üzərindən bir ədəd içərisində qurudulmuş marixuanaya oxşar kütlə olan kibrit qutusu aşkar edilmişdir. Hazırda ibntidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəməyədək icraat zamanı Şahid2 Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verərək X10 göstərmişdir ki, Təqsirləndirilən şəxs tutulmazdan təxminən 1 il əvvəldən tanımışdır. O, Təqsirləndirilən şəxs zəng edərək ona narkotik vasitə satdığı demiş, o da, 50 manata sellofan torbada olan narkotiki Təqsirləndirilən şəxs almış və Şamaxı rayonu Göylər kəndində olarkən polislər onları saxlamışdır. Bununla bağlı CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və hazırda da, cəza çəkir. Saxlanılarkən onun üzərində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Hazırda o, məhkəməyədək icrasat zamanı verdiyi ifadəsini təsdiq edir. Özünün təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə X10 istintaqın ilk 3 ayı ərzində verdiyi ifadələrində ondan aşkar olunmuş narkotik vasitə olan 350,0 qram marixuananı tapdığını bilidrsə də, tutulduqdan 3 aydan artıq müddət keçdikdən sonra təqsirləndirilən şəxs qismində ibtidai istintaq orqanına verdiyi ifadəsində o, göstərmişdir ki, Ağsu rayonu ərazisində traktor sürücüsü kimi işləyərkən Təqsirləndirilən şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs 01 yanvar 2021-ci il tarixdə özünün istifadə etdiyi ***-***- **-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək görüşməyi təklif etmiş və onlar vədələşərək Şamaxı rayonu Göylər kəndində görüşmüş və orada Təqsirləndirilən şəxs ona narktik vasitə olan marixuana təklif etmişdir. O, həmin narkotiki 50 manata Təqsirləndirilən şəxs almışdır. Bu zaman həmin narkotik vasitəni Təqsirləndirilən şəxs ona sellofan çantada vermiş və 02 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Şamaxı rayonu Çöl Göylər kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitə həmin çantada aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(074)-65/2021 saylı hökmündən görünür ki, E.Ələkbərov həmin hökmlə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 1 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilərək E.Ələkbərov azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(105)-612/2021 saylı qərarından görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(074)-65/2021 saylı hökmü dəyişdirilərək E.Ələkbərovun cəzası 2 il 6 ay müddətinə azadlıqdan məhruemtmə cəzası ilə əvəz olunmuş, həbsdə və ev dustaqlığında olduğu müddət cəzadan çıxılmaqla və barəsində amnistiya tətbiq olunmaqla üzərində qəti olaraq 1 il 5 ay 5 gün müddətində azadlıqdan məhruemetmə cəzası saxlanmış və cəzasının əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Həmin hökmə əsasən X10 xx.xx.2021-ci il tarixdə saat 20 radələrində 50 manat pul qarşılığında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 20.30 radələrində Şamaxı rayonu Çöl Göylər kəndi ərazisində tutularaq rayon polis idarəsinə gətirilməklə, həmin gün saat 22:04 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış aparılan zaman əlində gəzdirdiyi, üzərində “mister tum” yazısı olan ağ və sarı rəngli politilen torbanın içərisindən ümumi təmiz çəkisi 350,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(konnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən görünür ki, E.Ələkbərov məhkəmə iclasında hazırki məhkəmə iclasında verdiyi ifadəyə uyğun, ancaq daha geniş ifadə vermişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Ağsu rayonu Padarqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs 2-3 ay olar ki, tanıyır. O, traktor sürücüsü olduğu üçün Ağsu rayonu ərazisində bir neçə kənddə sakinlərin torpaq sahəsində işləmiş və beləcə Nurlanla tanış olmuşdur. Nurlan onun narkotik vasitə olan marixuana istifadə etdiyini bildiyi üçün o, Nurlandan bir neçə dəfə narkotik vasitə olan marixuana almışdır. Belə ki, tutulmamışdan bir gün əvvəl, yəni 01 yanvar 2021-ci il tarixdə gündüz vaxtı o, Şamaxı rayonu Çöl Göylər kəndi ərazisində olarkən, traktorla iş görmüşdür. Həmin gün saat 20 radələrində işini yekunlaşdırmış, bu vaxtı Nurlan istifadə etdiyi ***-***-**-** saylı nömrəsindən onun istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmiş, o da razılaşmış və həmin vaxtı Göylər kəndində Nurlanla görüşmüşdür, Nurlan ona bildirmişdir ki, onda bir ədəd sellofan torbanın içərisində narkotik vasitə olan marixuana var, satmaq istəyir. O, da həmin marixuananı Nurlandan 50 manata almağı razılaşıb 50 manat pulu Nurlana vermişdir, Nurlan da ona bir ədəd sellofan torbada narkotik vasitə olan marixuananı vermişdir. O, da həmin narkotik vasitəni lazım olanda istifadə etmək məqsədilə saxlamışdır. Belə ki, 02 yanvar 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhərinə getmək üçün yaşadığı evdən çıxıb Şamaxı rayonuna doğru yola düşmüş, həmin vaxt içərisində qurudulmuş marixuana olan sellofan paketi də, özü ilə götürmüşdür. Həmin tarixdə saat 20:30 radələrində taksi ilə Şamaxı rayonu, Göylər kəndinə gəlib, taksidən düşərək Şamaxı şəhərinə getmək üçün yol kənarında dayanmış, bu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirmişlər. Həmin vaxt o, polis əməkdaşlarına üzərində heç bir narkotik vasitənin olmamasını bildirmiş, polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə və əlindəki sellofanın içərisinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən üzərində heç bir narkotik vasitə aşkar olunmasa da, əlində götürdüyü sellofanı açdıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. O, bundan əvvəl də narkotik vasitələrin istifadəsi ilə məşğul olmuş, lakin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X12 göstərdi ki, 02 fevral 2021-ci il tarixdə evdə olarkən yaxın münasibətdə olduğu qohumu və həmkəndlisi olan Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrindən birinə zəng edib özünün “VAZ-2106” markalı avtomaşınını yolun kənarında saxladığı yerdən götürməyi xahiş etmişdir. Bununla bağlı o, N.Niftliyevin atası ilə əlaqə saxlayıb ehtiyat açarları istəmiş, sonra isə sonuncu ilə birlikdə gedib avtomaşını yolun kənarından götürüb evlərinə gətirmişlər. Kəndə qayıtdıqdan sonra o, Təqsirləndirilən şəxs zəng etmiş və Təqsirləndirilən şəxs Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutulduğu bardə ona məlumat vermişdir. Həmin gün təxminən saat 21-22 radələrində o, Təqsirləndirilən şəxs valideynləri və yanlarında olan digər şəxslə birlikdə Şamaxı RPŞ-nə getmişlər. Orada onlar Təqsirləndirilən şəxs həmkəndliləri olan Məhəmmədlə birlikdə tutuduğunu öyrənmiş, lakin o, Məhəmmədi polis şöbəsində görməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-dən götürülməklə cinayət işinin materiallarına əlavə olunub, məhkəmə iclasında tədqiq edilmiş “İzahlı qaimə hesabatı”ndan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömərisndən Z.Salmanovun istifadəsində olmuş ***-***-**-** nömrəsinə 02 yanvar 2021-ci il tarixdə saat 20.01-də zəng edilmiş və 85 saniyə müddətində həmin nömrələr rabitə əlaqəsində olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verərək X11 ifadə verərək göstərdi ki, torpağını şumlatmış və traktor sürücüsün pulunu vermək üçün Təqsirləndirilən şəxslə birlikdə Ağsu rayonu Padarçöl kəndindən Hacıqabul rayonu Meyniman kəndinə kəndinə getmişlər. Təqsirləndirilən şəxs taksi sürücüsü olaraq 25 manata onun sifarişi ilə onu aparmışdır. Orada ödəniş etdikdən sonra Təqsirləndirilən şəxs işi yarandığı üçün qayıdıb Sabirabdad rayonu Surra kəndinə getmişlər. Yolda Təqsirləndirilən şəxs maşını saxlamış və onlar başqa göy rəngli “VAZ-2106” markalı avtomaşınla Surra kəndinə getmişlər. Bu avtomobili başqa bir şəxs idarə etmişdir. Surra kəndinə gəldikdə Nurlanla qeyd edilən “Vaz-2106” maşını sürən şəxs düşüb harayasa gedib, bir qədər sonra qayıtmışlar. Onların kimin evinə getdiklərini bilməmişdir. Sonra onlar avtomaşında gedərkən yolun kənarında dayanan maşın onları saxlatmışdır. Avtomaşında 2-3 nəfər mülki şəxs olmuş və bu şəxslər onları Şamaxı rayon Polis şöbəsinə aparmışlar. Bu zaman təxminən saat 17 radələri olmuşdur. Orada onun üzərinə baxış keçirilmiş, ancaq qeyri-qanuni heç bir şey aşkar edilməmişdir. Bununla belə onun telefonu alınmış və səhərə kimi orada saxlanılmışdır. Növbəti gün o, polis şöbəsindən buraxılmışdır. Cinayət işində olan Şamaxı RPŞ-nin X4 baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilməklə Şamaxı RPŞ-nin rəisi Əliyəddin Səfərov tərəfindən qəbul edilmiş 02 yanvar 2021-ci il tarixli “Əməliyyat tədbirini keçirilməsi haqqında” qərarda göstərilmişdir ki, Ağsu rayonu Padarqışlaq kənd sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və Təqsirləndirilən şəxs cinayət başında yaxalanması üçün təxirəsalınmadan əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işində olan, 03 yanvar 2021-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokolda göstərilmişdir ki, 03 yanvar 2021-ci il tarixdə saat 00:09-da videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi üstündə “spiçki balabanovskie” sözləri yazılan bir ədəd kibrit qutusunun içərisindən bükülmüş vəziyyətdə bir ədəd büküm aşkar edilmiş, həmin büküm açılarkən içərisində spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, həmin kütlə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. Cinayət işində olan prosessual sənədlərdən görünür ki, 02 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 04 yanvar 2021-ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə N.Niftliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə prokurorun təqdimatı təmin edilməmiş və o, dərhal azad edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 12 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.4.2-ci maddəsinə tövsif edilməklə ittiham elan edilməsi üçün o, 12 aprel 2021-ci il tarixdə tutulması təmin edilmiş və ona CM-in 234.4.2ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-bioloji ekspertiza” üzrə 03 yanvar 2021-ci il tarixli 7/07 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi – 6,412 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır”. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli 216 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işində olan "xxxx" MMC-nin məlumatı əsasında müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına hal-hazırda "xxxx" MMC-də qeydə alınmış nömrə - ***-***-**-** saylıdır. Məhkəmə iclasında "xxxx" MMC-dən Şamaxı rayon polis şöbəsinə xx.xx.2021-ci il tarixli 1250 saylı məktubla göndərilmiş məlumatlar təhlil edilərək müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə X6 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında digər günlərdə mütamadi zəngləşmə olsa da, məhz 01 yanvar 2021-ci il tarixdə heç bir əlaqə olmamışdır. Məhkəmə tərəfində verilmiş sorğulara cavab olaraq "xxxx" MMC-dən daxil olmuş 28 aprel 2022-ci il tarixli 7367 saylı məlumata əsasən müəyyən edilmişdir ki, ***-***-**-** nömrəsinə xx.xx.2021-ci il saat 18:33-də Azərbaycan Mərkəzi Bankı – Hökumət Ödəniş portalından "xxxx" ASC kartı vasitəsi ilə 1 manat məbləğində ödəniş (mədaxil qəbzi ********) həyata keçirilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq "xxxx" ASC-dən daxil olmuş 12 iyun 2022-ci il tarixli 157000/2-2949 saylı məktubdan görünür ki, ***-***-**-** nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 18:32-də Şahid1 tərəfindən 1 manat pul yüklənmişdir. Cinayət işində olan "xxxx" MMC-dən götürülmüş “İzahlı qaimə hesabatı” təhlil edilərək müəyyən olunmuşdur ki, 02 yanvar 2021-ci ildə saat 12:14-dən başlayaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə E.Ələkbərovun istifadəsində olmuş ***-***-**-** nömrəsi arasında çoxsaylı danışıqlar aparılmış, 18:32-dən sonrakı müddətdə isə bu danışıqlar ardıcıl halda davam etdirilmiş, saat 20.50-20.55-də, Təqsirləndirilən şəxslə E.Ələkbərovun istifadələrində olan həmin mobil telefonlarla qarşılıqlı əlaqələr saxlanılmış və bu zaman hər iki nömrə Sabirabad rayonu Surra kəndində istifadə edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs nömrəsinin istifadəsi dayandırılmış və yalnız 04 yanvar 2021-ci il tarixdə bərpa olunmuşdur. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfi təqsirləndirilən şəxsin müdafiəsi üçün bir sıra dəlillər gətirmiş və bu dəlillər məhkəmə tərəfindən araşdırılmışdır. İlk olaraq məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürlümüş ittihamda qeyd edildiyi kimi məhz 02 yanvar 20021-ci il tarixdə saat 23 radələrində Şamaxı şəhəri, S.Şirvani küçəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında saxlanaması hadisəsinin baş verib-verməməsini araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, belə bir hadisə baş verməmiş, yəni Təqsirləndirilən şəxs vaxtda tarixdə və qeyd edilən ünvanda deyil, bu vaxtdan xeyli əvvəl və başqa yerdə tutulmuş, itthamda qeyd edilən vaxtda isə artıq bir neçə saat ərizndə faktiki olaraq tutulmuş vəziyyətdə polis əməkdaşlarının sərəncamında olmuşdur. Belə ki, "xxxx" MMC-dən və "xxxx" ASC-dən götürülmüş yuxarıda qeyd edilən məlumatlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrəsindən E.Ələkbərovun istifadə etdiyi ***-***-**-** nömrəsi arasında 02 yanvar 2021-ci il tarixdə zənglər edilmiş, həmin gün saat 18:33-də əməliyyat müvəkkili Şahid1 tərəfindən özünün adına olan bank kartından Təqsirləndirilən şəxs həmin anda istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə 1 manat pul yüklənmiş və bundan sonra sonuncu ilə E.Ələkbərov arasında intensiv şəkildə zəngləşmənin baş vermiş, habelə məhz saat 20:01-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə Z.Salmanovun istifadəsində olmuş ***-***-**-** nömrəsinə zəng edərək sonuncu ilə danışmışdır. Həmin gün saat 20.50-20.55-də, Təqsirləndirilən şəxslə E.Ələkbərovun istifadələrində olan həmin mobil telefonlarla qarşılıqlı əlaqələr saxlanılmış və bu zaman hər iki nömrə Sabirabad rayonu Surra kəndində istifadə edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs nömrəsinin istifadəsi dayandırılmış və yalnız 04 yanvar 2021-ci il tarixdə bərpa olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhz bu məlumatlar Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərildiyi kimi 02 yanvar 2021ci il tarixdə saat 23 radələrində deyil bundan bir neçə saat əvvəl saxlanıldığına dair göstərdiyi xüsusatların inandırıcı olduğunu göstərir, eyni zamanda Təqsirləndirilən şəxs Z.Salmanova zəng edərək tutulması barədə məlumat verdiyini qeyd etməsi, sonuncunun isə bu xüsusatlı təsdiqləməsi, digər tərəfdən isə X7 da, onun və Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə davamlı Şamaxı rayon Polis Şöbəsinin X4 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 sərəncamında olduqlarını və bunun davamı olaraq buraxılmadan saat 17 radələrindən başlayaraq Şamaxı rayon Polis şöbəsinə aparılmalarını təsdiqləməsi Təqsirləndirilən şəxs göstərdiyi bu xüsusatın həqiqəti əks etdirdiyini göstərir. Məhkəmə hesab edir ki, 02 yanvar 2021-ci il tarixdə saat 18:33-də polis əməkdaşlarının sərəncamında olmuş şəxsin barəsində bundan sonra əməliyyat məlumatı almaqla təxirə salınmaz qaydada əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilməklə saat 23 radələrində keçirilmiş müstəqil əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması inandırıcı olmamaqla yanaşı, işin digər halları ilə də, tam istisna olunmuşdur. Məhkəmə bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, Təqsirləndirilən şəxslə birlikdə saxlanılmış X11 faktiki olaraq tutularaq 02 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Şamaxı RPŞ-yə gətirildiklərini bildirmiş, şahid X12 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək tutulması barədə məlumat verdiyini göstərmiş, "xxxx" MMC-dən götürlümüş “İzahlı qaimə hesabatı” əsasında isə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömərəsi ilə Z.Salmanovun istifadə etdiyi ***-***-**-** nömrəsi arasında 02 yanvar 2021-ci il tarixdə saat 20.01-də telefon əlaqəsi olduğu müəyyən edilmişdir ki, bunlar da, bir daha Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd edilmiş 02 yanvar 2021-ci il saat 23 radələrindən bir neçə saat əvvəl Şamaxı RPŞ əməkdaşları tərəfindən tutulmasına dəlalət edir, eyni zamanda Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd edilmiş həmin cinayətin baş vermədiyini təsdiq edir. Bununla yanaşı "xxxx" MMC-dən götürlümüş “İzahlı qaimə hesabatı” əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi daimi olaraq hər əvvəlki gün istifadə edilsə də, 02 yanvar 2021-ci il saat 20:55-də sonuncu dəfə istifadə edildikdən sonra istifadəsi dayanmış və yalnız 04 yanvar 2021-ci il tarixdə istifadəsi bərpa edilmişdir. Məhəmə kollegiyası Təqsirləndirilən şəxs həmin nömrəsi digər tarixlərdə intensiv şəkildə istifadə edilməsini nəzərə alaraq, hesab edir ki, məhz 02 yanvar 2021-ci il tarixdə saat 20:55-dən, 04 yanvar 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmaqla Şamaxı rayon Məhkəməsindən azad edilənədək həmin nömrədən istifadəsiz qalması məhkəmənin gəldiyi həmin nəticənin əsaslı olmasını bir daha təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə saat 23 radələrində məhz onun ifşa olunması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsi olaraq Şamaxı şəhəri, S.Şirvani keçəsində yerləşən “Azpetrol” yanacasq doldurma məntəqəsinin yaxınlığında saxlanması hadisəsinin baş vemədiyini göstərir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tutulma anını müəyyən edərkən nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. X18 Məhkəməsinin De Vilde, Ooms və Versip Belçikaya qarşı iş üzrə qəbul etdiyi 18 iyun 1971-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin könüllü gəlməsi belə heç bir əhəmiyyət daşımır. Azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması da, xüsusi əhəmiyyət daşımır. Əgər şəxs konkret yeri sərbəst surətdə tərk edə bilmirsə, bu kifayətdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfi təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin çəkisini də, mübahisələndirmiş, məhkəmə iclasında isə bu xüsusatın araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışa dair protokolda şəxsi axtarış hal şahidlərinin iştirakı ilə deyil, videoçəkiliş aparılmaqla həyata keçirldiyi göstərilmiş, protokola əlavə edilmiş CD diskdə olan videogörüntü tədqiq edilərkən isə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik kimi təqdim olunmuş marixuananın aşkar edildikdən sonra qanunvericiliyin tələblərinə uyğun şəkildə qablaşdırılmasının videoqeydiyyatı aparılmamıdır. Məhəmə kollegiyası hesab edir ki, bu hal, müdafiə tərəfinin həmin xüsusatla bağlı da, haqlı olduğunu göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Şamaxı şəhəri, S.Şirvani küçəsində saxlanması tam istisna edildiyinə görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmənin ilkin mərhəlsində bu epizodla bağlı verdiyi etirafedici ifadələr, onun şəxsi axtarışı və götürməyə dair protokolda qeyd edilənlərlə videogörüntüdə əks etdirilənlər, habelə məhkəməyədək icraat zamanı ifadəsinin yerində yoxlanılmasına dair protokolardada göstərilənlər və bu istintaq hərəkətləri zamanı qeydə alınmış foto-video görüntülər qanuni yolla əldə edilmiş mötəbər sübutlar kimi qəbul edilə və təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs həmin epizod üzrə təqsirli hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Çünki, təqsirləndirilən şəxsin həmin verdiyi həmin etirafedici ifadələrində özünə qarşı göstərdiyi xüsusatlar yuxarıda təhlil olunmuş sübularla tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bu qərara gələrkən məhkmə həmçinin nəzərə alır ki, cinayət işinin materiallarının tədqiqi əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ifşa olunması ilə bağlı Şamaxı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin RPŞ-nin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirninin keçirilməsi”nə dair 02 yanvar 2021-ci il tarxli qərarın qanuniliyinin və əsaslılığının məhkəmə nəzarəti qaydasında yoxlanılması təmin edilməmişdir ki, bu da, hazırki vəziyyətdə həmin əməliyyat tədbiri nəticəsində əldə edilmiş materialların Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasını sübut kimi qəbul olunmasını istisna edən hallardandır. Belə ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın “Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, 02 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, X19 küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında tutularaq rayon polis şöbəsinə gətirilməklə, 03 yanvar 2021-ci il tarixdə, saat 00:09 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi üzərində “SPİÇKİ BALABANOVSKİE” sözləri yazılan bir ədəd kibrit qutusunun içərisinə baxıldıqda satış məqsədi ilə əldə etdiyi ümumi təmiz çəkisi 6,412 (altı tam mində dörd yüz on iki) qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür” hissəsi əsassız hesab edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın digər hissəsini və bu hissə ilə bağlı müdafiə tərəfinin göstərdiyi dəlillər aradırılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bilmədən Etiram Ələkbərovun ifşa olunmasına dair həyata keçirilən əməliyyat axtarış tədbirinə cəlb edilməsi yuxarıda sadalanan sübutlarla təsdiq edilmişdir. Buna görə bir sıra halların müəyyən edilməsi məqsədi ilə Şamaxı rayon Məhkəməsindən E.Ələkbərovun məhkum edilməsinə dair ********** nömrəli cinayət işi tələb edilmişdir. Bu cinayət işində olan materiallar tədqiq edilərkən, müəyyən olunmuşdur ki, E.Ələkbərov 02 yanvar 2021-ci il tarixdə saat 20.30 radələrində tutulduğu andan ondan aşkar edilmiş 350 qram marixuananı tapdığını bildirsə də, bundan 3 aydan artıq müddət keçikdən sonra, yəni 11 mart 2021-ci il tarixdə əlavə ifadə verərək bu narkotiki Təqsirləndirilən şəxs 01yanvar 2021-ci il tarixdə 50 manata Şamaxı rayonu Çöl Çöylər kəndində aldığını bildirmişdir. Məhkəmə E.Əkbərovun istər özünün məhkum olunmasına dair cinayət işi üzrə, istərsə də, hazırki cinayət işi üzrə məhkəməyədək icraatlar zamanı və məhkəmə iclaslarında veridyi ifadələrində göstərdiyi xüsusatları və bu epizod üzrə digər sübutları məcmu halında təhlil etmişdir. İlk öncə məhkəmə qeyd edir ki, ittiham tərəfinin təqdim etdiyi sübutları tədqiq etdikdə müəyyən edilir ki, E.Ələkbərovla Təqsirləndirilən şəxs əməlləri arasında hər hansı bağlılıq olmasına dair cinayət işlərində məlumat olmadığı halda müstəntiq tərəfindən heç bir əsaslandırma aparılmadan 05 yanvar 2021-ci il tarixdə əlavə məhkəmə bioloji ekspertizasının təyin edilməsinə dair qərar qəbul olunmaqla E.Ələkbərovdan aşkar edilmiş 350 qram narkotik vasitə olan qurudulmuş marixuana ilə Təqsirləndirilən şəxs aşkar olunmuş kimi rəsmləşdirilmiş 6,412 qram qurudulmuş marixuananın eyni tərkibli olub-olmamasını araşdırmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2021-ci il tarixli 7/65 saylı rəyi ilə bu marixuanaların biribirindən fərqləndiyi müəyyən edilmişdir. Bununla belə, sözügedən ekspert rəyinin verilməsindən 1 aydan artıq müddət keçdikdən sonra E.Ələkbərovun ondan aşkar edilmiş narkotiki Təqsirləndirilən şəxs aldığını göstərmiş və bundan dərhal sonra, E.Ələkbərovun verdiyi məlumatı təsdiq edən əlavə sübut toplanmadan və cinayət işində bunu təsdiq edən başqa mötəbər sübut olmadığı halda E.Ələkbərovun əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə onun həbdən ev dustaqlığına buraxılmasının təmin edilmiş və bir tək E.Ələkbərovun verdiyi məlumatlar əsasında bundan sonra Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.1-ci maddəsində 234.4.2-ci maddəsinə tövsif edilmişdir. Bu zaman N.Niftəlieyvə və E.Ələkbərova qarşı irəli sürülmüş yeni ittihamlarda Təqsirləndirilən şəxs məhz 01 yanvar 2021-ci il tarixdə saat 20 radələrində 350 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 50 (əlli) manat pul müqabilində Şamaxı rayonu Göylər kəndi yaxınlığında yerləşən əkin-torpaq sahəsində X2 qeyd edilmişdir. Halbuki, E.Ələkbərov Təqsirləndirilən şəxs qarşı verdiyi bütün ifadələrində israrla 01 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrəsindən onun istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng edərək görüş təklif etdiyini və məhz bu telefon əlaqəsi nəticəsində baş tutmuş görüş zamanı Təqsirləndirilən şəxs ona bir ədəd sellofan torba marixuanan satmasını göstərmiş, "xxxx" MMC-dən götürülmüş yuxarıda qeyd edilən “İzahlı qaimə faktura” əsasında isə digər günlərdən fərqli olaraq 01 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsi ilə E.Ələkbərovun ***-***-**-** nömrələr arasında ümumiyyətlə əlaqə olmadığı müəyyənləşmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən E.Ələkbərovun tutulduqdan 3 aydan artıq müddət sonra məhz onun ifşa olunmasına dair əməliyyat axtarış tədbirində iştirak etməklə ziddiyətli mövqedə olan Təqsirləndirilən şəxs qarşı və özünün müdafiəsini təmin etməyə yönəlmiş ifadəsində göstərdiyi xüsusatları təsdiq edən digər sübut olmadığı halda əsas götürülməsi və yalnız bu ifadə əsasında Təqsirləndirilən şəxs ittihamını kəskin şəkildə ağırlaşdırmağa əsas olan mötəbər sübut kimi qəbul etməsi əsaslandırmamış, həmin narkotikin alqı-satqısının təşkilində mühüm yer alan telefon əlaqəsinin olmadığına hüquqi qiymət verilməmişdir. Əksinə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrə ilə E.Ələkbərovun istifadəsində olmuş ***-***-**-** nömrəsinə dair "xxxx" MMC-dən Şamaxı RPİ-yə 18 yanvar 2021-ci il tarixdə 1250 saylı məktubla daxil olan CD-diskə baxış keçirilməsinə dair 08 aprel 2021-ci il tarixli protokolda diskdə olan məlumatlar əsasında 01 yanvar 20021-ci il tarxdə həmin nömrələr arasında əlaqə olmadığının müəyyən olunması qeyd edilməmiş, diskdə olan məlumatların ziddinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin nömrələr arasında mütamadi olaraq qarşılıqlı zənglər olduğu göstərilməklə, faktiki olaraq 01 yanvar 2021-ci il tarixdə bu nömrələr arasında zəngləşmənin olmamasına dair məlumat qeydə alınmamışdır. Halbuki, məhkəmə iclasında bu disk tədqiq edilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə E.Ələkbərovun istifadəsində olmuş ***-***-**- ** nömrəsi arasında 01 yanvar 2021-ci il tarixdə əlaqə olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, E.Ələkbərovun tutulduqdan 3 aydan artıq sonra, məhz onun ifşa olunmasında və tutulmasında müstəsna rolu olmuş Təqsirləndirilən şəxs qarşı verdiyi ifadəsinin digər sübutlarla təsdiq olunmadığı, eyni zamanda zəruri xüsusat olan narkotik vasitənin alqı-satqısının təşkili ilə bağlı Təqsirləndirilən şəxslə E.Ələkbərov arasında telefon əlaqəsinin olmadığı müəyyən edildiyi halda bu ifadənin Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsası kimi qəbul olunması və yalnız bu ifadə əsasında Təqsirləndirilən şəxs məhkum olunması yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş itthamın “Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq 350,0 (üç yüz əlli) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, 01 yanvar 2021-ci il tarixdə saat 20 radələrində qeyd olunan narkotik vasitəni 50 (əlli) manat pul müqabilində Şamaxı rayonu Göylər kəndi yaxınlığında yerləşən əkin-torpaq sahəsində X3, 02 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X14 rayonu Göylər kəndi ərazisində tutularaq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 22:04 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əlində gəzdirdiyi üzərində “mister tum” yazısı olan ağ və sarı rəngli sellofanın içərisindən ümumi təmiz çəkisi 350,0 (üç yüz əlli) qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür” hissəsi də, sübuta yetməmişdir. Məhkmə bu qərara gələrkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə təqsirli olmaması qənaətinə gəlməyə kifayət etdiyi üçün məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirsiz hesab olunmaqla ona bəraət verilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş birinci epizod üzrə onun təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, ikinci epizod üzrə isə cinayət hadisəsi olmadığına görə həmin Məcəllənin 42.1.1-cü maddəsinə əsasən ona bəraət verilməlidir. Çünki, Azərbaycan Respublikası Ccinayət Prosessual Məcəlləsinin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham daxilində sübutları məcmu halında tədqiq edərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.2-ci maddəsi ilə təqsirsiz hesab edilməli və ona bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməklə o, dərhal azad olunmalı, iş üzrə maddi sübut olan Şamaxı RPŞ-də saxlanılan 1 ədəd zərfdə qablaşdırılaraq narkotik vasitə olan 6,392 qram çəkidə qurudulmuş marixuana narkotikin mənbəyi ilə bağlı hazırki cinayət işindən ayrılmış araşdırma materialına əlavə olunmalı, bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirsiz hesab edilsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin o, saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından dərhal azad olunsun. İş üzrə maddi sübut olan Şamaxı RPŞ-də saxlanılan 1 ədəd zərfdə qablaşdırılaraq narkotik vasitə olan 6,392 qram çəkidə qurudulmuş marixuana narkotikin mənbəyi ilə bağlı hazırki cinayət işindən ayrılmış araşdırma materialına əlavə olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə olan məhkəmə xərcləri ona aid edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: imza Rəşad Əliyev Hakim: imza Hafiz Əliyev Hakim: imza Fəhmin Hümbətov
Məhkəmə qərarları › İş №1(124)-6/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-6/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver