Məhkəmə qərarları › İş №1(124)-6/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-6/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-6/2023 19.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxsin nümayəndəsi- Zərərçəkmiş şəxs5 nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə1 Zərərçəkmiş şəxsin nümayəndəsi- Zərərçəkmiş şəxs2 nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 Fərhad oğlunun Müdafiəçilər– Təqsirləndirilən şəxs1 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Laçın rayonu, Cicimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Cicimli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxxxxx 1986-cı ildə Laçın rayonu, Cicimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Laçın rayonu, Cicimli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tamah niyyəti ilə, yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncuya 200.000 (iki yüz min) ABŞ dolları miqdarında şərikli sərmayə qoymaqla Türkiyə Respublikasından ucuz qiymətə qapı-pəncərə aksessuarları alıb Azərbaycan Respublikasına gətirib satmaqla böyük gəlir əldə edəcəklərini vəd edərək aldadıb, Zərərçəkmiş şəxs1 məxsus və "xxxx" MMC-nİn inşa etdiyi, Bakı şəhəri Xətai rayonu İ.Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə, 17 mərtəbəli binanın A blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.21 kvadrat metr olan 140.000 (yüz qırx min) manat dəyərində mənzili birgə iş görmək üçün satmağa inandıraraq, daha sonra tanışı Zərərçəkmiş şəxs5 ilə həmin mənzili 110.000 (yüz on min) manata satmaq barədə razılığa gəlib qeyd olunan məbləği Zərərçəkmiş şəxs5 01 aprel 2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən sonuncunun icarə qaydasında işlətdiyi anbarda alaraq 02 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 həmin mənzili Zərərçəkmiş şəxs5 180.000 (yüz səksən min) manata satması və pulu həmin gün axşam saatlarında ona verəcəyini bildirib Zərərçəkmiş şəxs1 mənzildən imtina etməsi barədə "xxxx" MMC-nin rəhbərliyi adına ərizə yazmağa təhrik etmiş, Zərərçəkmiş şəxs1 həmin mənzildən imtina ərizəsi yazdıqdan, Zərərçəkmiş şəxs5 isə qeyd olunan mənzili "xxxx" MMC- dən alması barədə müqavilə bağladıqdan sonra mənzilin satışına görə Zərərçəkmiş şəxs5 almış olduğu məbləği müxtəlif bəhanələrlə Zərərçəkmiş şəxs1 verməkdən imtina edərək pulu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda-140.000 (yüz qırx min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tamah niyyəti ilə, yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncuya 200.000 (iki yüz min) ABŞ dolları miqdarında şərikli sərmayə qoymaqla birgə iş görərək Türkiyə Respublikasından ucuz qiymətə qapı-pəncərə aksessuarları alıb Azərbaycan Respublikasına gətirib satmaqla böyük gəlir əldə edəcəklərini vəd edərək aldadıb, Zərərçəkmiş şəxs1 məxsus 110.000 (yüz on min) manat dəyərində, dövlət qeydiyyat nişanı olmayan, 2016-cı il buraxılışlı, mühərrikinin iş həcmi 2987 olan “Mersedes Benz S350” markalı avtomaşını birgə iş görmək üçün satmağa inandıraraq, 09 aprel 2021ci il tarixdə həmin avtomaşına 110.000 (yüz on min) manata alıcı tapdığını, həmin müştərinin işi olması ilə əlaqədar özünün avtomaşını ona çatdıracağını bildirib həmin gün axşam saatlarında Sumqayıt şəhəri Sahil küçəsində yerləşən “Yaxta” restoranında Zərərçəkmiş şəxs1la görüşüb avtomaşını sonuncudan alaraq ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda-110.000(yüz on min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi İlə, tamah niyyəti ilə, tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək sonuncuya şərikli sərmayə qoymaqla Bakı şəhəri Binəqdi rayonu ərazisində yerləşən zavodlardan birinin rəhbərliyi ilə razılığa gəlib həmin zavoddan sərfəli qiymətə dəmir tor profili alıb rayonlarda satmaqla böyük gəlir əldə edəcəklərini vəd edərək aldadıb, bu məqsədlə 14 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 Abşeron rayonu Məhəmmədi kəndinin ərazisində özünə məxsus tikinti materialları sexinin qarşısında 70.000 (yetmiş min) manat alaraq ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs5 külli miqdarda-70.000 (yetmiş min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində, tamah niyyəti ilə, tanışı Zərərçəkmiş şəxs4 mülkiyyətində olan “X25” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs2 satacağı ilə bağlı yalan vədlər verib inandıraraq, etibarından sui-istifadə edib aldatmaqla, bu məqsədlə sonuncunun xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində 20.000 (iyirmi min) ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 34.000 manat) pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda- 34.000(otuz dörd min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 02 may 2021-ci il tarixdə, Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat kontorunun qarşısında özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində, tamah niyyəti ilə, tanışı Zərərçəkmiş şəxs4 mülkiyyətində olan “X25” markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncudan 28.000 ABŞ dolalrına alacağını vəd edərək etibarından sui-istifadə etməklə aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs4 avtomaşına görə Təqsirləndirilən şəxs2 adına baş etibarnamə almış, Təqsirləndirilən şəxs2 isə avtomaşını daha sonra 03 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 borcu əvəzinə verərək onun adına sənədləşdirməklə ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda- 44.000 (qırx dörd min ) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə, tamah niyyəti ilə, yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs3 etibarından sui- istifadə edərək sonuncuya şərikli sərmayə qoymaqla birgə plastik qapı-pəncərə alveri ilə məşğul olmaqla böyük gəlir əldə edəcəklərini vəd edərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon 7\25 saylı evin qarşısında 25.000(iyurmi beş min) manat, 12 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri “Lyudviq” adına parkın qarşısında 25.000(iyirmi beş min) manat, 28 aprel 2021-cİ il tarixdə Sumqayıt şəhəri “Lyudviq” adma parkın qarşısında 70.000(yetmiş min) manat, 08 may 2021-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşəm “Bazar Store” mağazasının qarşısında 40.000 manat pulu vahid niyyətlə alaraq ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs3 külli miqdarda-160.000(yüz altmış min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 26 aprel 2021-ci il tarixdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 İlə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində, tamah niyyəti ilə, tanışı Zərərçəkmiş şəxs4 mülkiyyətində olan “X25” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs2 satacağı ilə bağlı yalan vədlər verib inandıraraq, etibarından sui-istifadə edib aldatmaqla, bu məqsədlə sonuncunun xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində 20.000 ABŞ dolları(həmin dövrün məzənnəsi ilə 34.000 manat) pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda-34.000(otuz dörd min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 02 may 2021-ci il tarixdə, Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat kontorunun qarşısında özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində, tamah niyyəti ilə, tasnışı Zərərçəkmiş şəxs4 mülkiyyətində olan “X25” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncudan 28.000 ABŞ dollarına alacağını vəd edərək etibarından sui-istifadə etməklə aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs4 avtomaşına görə öz adına baş etibarnamə alıb, daha sonra 03 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 Nəzəralı oğluna borcu əvəzinə verərək adına sənədləşdirməklə ələ keçirərək Zərərçəkmiş şəxs4 44.000 (qırx dörd min ) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Səbuhi avto salon işlətmişdir. Onu ordan tanımışdır. Plastik qapı-pəncərə satışı ilə məşğul olmuşdur. Qapıpəncərə sexi Məhəmmədi kəndində, bələdiyyənin yanında yerləşmişdir. Sex ona məxsus olmuşdur. 2016-cı ildən bu işlə məşğul olmuşdur. Rəsmiq eydiyyatdan keçməmişdir. Zərərçəkmiş şəxs5 40 ildir ki tanımışdır. Səyavuşla düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs1 2 ildir tanımışdır. Birlikdə biznes qurmaq barədə söhbətləri olmamışdır. Məhərrəmə Türkiyədən ucuz qapı-pəncərə gətirmək barədə söz verməmişdir. Məhərrəmlə şərikli biznes qurmaq barədə razılığı olmamışdır. Məhərrəmdən 140 min manat pul almamışdır. O, Məhərrəmin evinin Səyavuşa satılmasında vasitəçi olmuşdur. Evin pulunu o, almamışdır. Məhərrəmin maşının satılıb pulunun biznesə yatırmaq barədə razılığları olmamışdır. Məhərrəmdən 110 min manat pul almamışdır. Səyavuşdan 70 min manat pul almamışdır. Zauru tanımışdır. Nazimin maşınının satılmasında vasitəçi olmuşdur. Zərərçəkmiş şəxs2 tanımışdır. Xəqaniyə vəd verməmişdir. Nazimlə düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs3 2018-ci ildən tanımışdır. Səbuhi ilə münasibəti yaxşı olmuşdur. Səbuhiyə şərikli biznes barədə vəd verməmişdir. Səbuhidən 160 min manat pul almamışdır. Səbuhi onun tutulmağından sui-istifadə etmişdir. Pullar veriləndə ondan qəbz alınmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Ona təzyiq edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etsə də Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında Abşeron RPİ-nin İŞ-də başlanmış ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 178.2.4 maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 1 ildir ki, tanımış və onla aralarında normal münasibətlər olmuşdur. Xəqani ilə söhbərt edərkən o, özünə “Toyota-Prado” markalı avtomaşın almaq istədiyini, lakin pulunun bir hissəsinin çatmadığını, əgər avtomaşın satan tanışı olsa pulun yarısını verib qalan hissəsini isə bir neçə dəfəyə verəcəyini bildirmiş,Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 153.000 manat borcu olduğundan və Zaurun onu həmin pula görə sıxışdırması ilə əlaqədar özünə məxsus “X30” markalı 40.000 manata satmaq istəyən dostu Zərərçəkmiş şəxs4 avtomaşınını Xəqaniyə satıb ondan alacağı pulun yarısını Nazimə, yarısını isə Zaura vermək qərarına gəlmiş, buna görə də 26 aprel 2021-ci il tarixdə istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsindən Xaqaninin istifadə etdiyi ***-***- **-** nömrəli telefona zəng vurub dostuna təcili pul lazım olduğundan 2013-cü il buraxılışlı olan “X30” markalı avtomaşını 20.000 ABŞ dollarına satmaq istədiyini dedikdə Xəqani ona “Toyota-Prado” markalı avtomaşın lazım olduğunu bildirmiş, o isə Xəqaniyə sahibinin həmin avtomaşını dəyərindən çox ucuz qiymətə satdığını, belə şansın ələ düşməyəcəyini bildirmişdir. Xəqani onunla razılamış, lakin avtomaşının şəkillərini “Vathsap” vasitəsi ilə ona göndərməsini xahiş etmiş, təcili olaraq avtomaşının şəkillərini çəkərək Xaqaninin telefonuna göndərmiş və Xəqani avtomaşını bəyəndiyini bildirmişdir. Belə olan halda Xəqaniyə təcili pulu hazırlamağı tapşıraraq axşam gəlib götürəcəyini bildirmiş və həmin axşam saat 20 radələrində Zərərçəkmiş şəxs2la Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində görüşərək ondan 20.000 ABŞ dollarını alaraq səhəri gün adına olan etibarnamə və avtomaşını ona verəcəyii bildirmişdir. 27 aprel 2021-ci il tarixdə səhər Nazimlə görüşərək notariat kontoruna gedib ondan Xəqaninin adına baş etibarnamə almış və şəklini çəkərək onun mobil telefonuna göndərərək avtomobili bir neçə saatdan sonra ona çatdıracağını bildirmişdir. Baş etibarnaməni aldıqdan sonra Nazimə 10.000 manat pul verərək qalan 30.000 manatı yaxın vaxtlarda verəcəyini bildirib avtomaşını ondan götürmüş, Təqsirləndirilən şəxs2 da borcuna görə onu sıxışdırdığından Xəqani tez-tez ona zəng vuraraq avtomaşını nə vaxt gətirəcəyini soruşduqda ona müxtəlif bəhanələr gətirmişdir. 30 aprel 2021-ci il tarixdə Zaurla Sumqayıt şəhərində görüşərək Xaqanidən almış olduğu 20.000 ABŞ dollarından 20.000 manatını və həmçinin Nazimdən almış olduğu “X30” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili Zaura vermiş, qalan 4000 manatı isə Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs5 vermişdir. Bundan sonra Xəqaniyə qarşı dələduzluq etdiyinə görə bir müddət telefonu söndürüb ondan gizlənmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Akifi çoxdan tanımışdır. 2006-cı ildən birlikdə işlər görmüşdürlər. Keçən il aprel ayında rayonda olan zaman Akif zəng edib demişdir ki, 20 ton plastik qapı-pəncərə tullantısı var və 20 min manat pul lazımdır olmuşdur. O zəng etmiş, pulu Akifə vermişdirlər. Daha sonra Akif pulu qaytarmışdır. Bir neçə dəfə Akiflə belə iş görmüşdürlər. X31 markalı maşını olmuşdur. Akifin maşını isə X20muşdur. O, Akifə maşınını satmaq istədiyini bildirmişdir. Akif iki gün sonra maşını üçün 32 min manata müştəri tapdığını bildirmişdir. Maşın qayınatasının adına olmuş, qayınatası etibarnamə vermiş, maşını evakuator vasitəsi ilə Daşqın adlı şəxsə göndərmişdirlər. Akif demişdir ki maşının pulunu növbəti həftə verəcək. 1 həftə sonra Akif ona demişdir ki, pulu düzəldə bilməmişdir. Öz maşınını ona təklif etmişdir. Akif maşının üstündə 10 min manat pul vermişdir. May ayını əvvəli Akiflə Sumqayıtda görüşmüş, Akif pul verməli imiş, həmin vaxt zəng gəlmişdir ki, Akifin Galenvagen markalı maşını yanır. Onlar maşını söndürməyə getmişdirlər. Akif pulun maşında olduğunu demişdir. Sona məlum olmuşdur ki pul maşında olmamışdır. O Akifə demişdir ki oan verdiyi X25 markalı maşına etibarnamə versin. Akif ona etibarnamə vermişdir. O , Maşını borc aldığı şəxsə vermişdir. Həmin maşını Xəqani müəllimə satmışdırlar. Onu Abşeron rayonu ərazisində saxlamışdırlar. Xəqani müəllimə dəyiş ziyanı ödəmişdir. Ona 20 min dollar vermişdir. Nazimi maşın yanan gün görmüşdür. X25 markalı maşının kimin mülkiyyətində olmasını bilməmişdir. Xəqanini tanımamış və ondan 34 min manat pul almamışdır. Etibarnaməni ona Akif vermişdir. Etibaredənin Nazim olduğunu sonradan bilmişdir. 44 min manat pul ona çatmamışdır. Akif ona maşını verəndən sonra, əlavə 10 min manat pul vermişdir. Akiflə əlbir olmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4 maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 15 ildir ki, tanıyır, onunla aralarında dostluq münasibəti olmuş və dəfələrlə birgə işlər görüb pul qazanmışlar. 2021-ci ilin aprel ayına kimi Akiflə aralarında hər hansı bir pul problemi olmamış, bir-birilərinə vermiş olduqları borcları vaxtıvaxtında qaytarmışlar. Lakin 2021-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs1 zəng edərək satlıq 20 ton plastik qalığının olduğunu, alıb-sataraq gəlir əldə edəcəklərini deyərək 26.000 manat pul lazım olduğunu bildirdikdə həmin pulu ona vermiş, Akif bir neçə gündən sonra həmin plastik qalıqları satdığını bildirərək Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən "041" pubun qarşısında onunla görüşərək 28000 manat pul verərək 2000 manat xeyrinin olduğunu bildirmişdir. Bir neçə gün sonra Akif ona yenə eyni işin olduğunu və 64.000 manat pul lazım olduğunu dedikdə xalası oğlu Səyavuşla əlaqə saxlayıb ondan həmin məbləğdə borc pul istəmiş və Səyavuşdan 64000 manat pulu alaraq Akifə vermiş, Akif bir neçə gün sonra yenidən onunla Abşeron rayonu, Saray qəsəbəsində görüşərək 66000 manat pul verərək yenə də 2000 manat xeyri olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, Metallurq küçəsində xalası oğlu Siyavuş Dadaşovun icarəyə götürdüyü anbarda olduğu zaman Akif ona zəng edərək yeni bir iş olduğunu demiş, ona hazırda olduğu yeri dedikdən sonra Akif həmin ünvana gəlmiş, Siyavuşun iştirakı ilə Akiflə söhbət edərkən Akif ünvan 3lduğunu, bunun üçün də 116000 manat pul tələb edildiyini, həmin işi görəcəkləri halda 22000 manat xeyir olacağını, həmin məbləğin bir neçə yerə bölünəcəyini demiş, sonra da əlində olan siyahını göstərərək binaya lazım olacaq tikinti ləvazimatlarının adının qeyd edildiyini bildirmiş və kalkulyatorda hesablamışdır. Akiflə razılaşaraq Səyavuşdan ona qeyd olunan məbləğdə pul verməsini xahiş etmiş, Səyavuş özünün o qədər pul verə bilməyəcəyini, lakin tanışından ala biləcəyini bildirib həmin Bakı şəhərində yaşayan adını bilmədiyi tanışma zəng vurub ona aprel ayının sonuna kimi 116.000 manat pul lazım olduğunu bildirmiş, həmin şəxs Səyavuşa razılıq verdikdə qaynatası X3 zəng edərək xalası oğlu Siyavuş Dadaşovun Bakı şəhərində yaşayan tanışından 116.000 manat pulu götürüb qayıtmasını xahiş etmişdir. Həmin gün axşam saatlarında Səyavuşun iştirakı ilə Akif ilə Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən kafedə olduqları zaman Əkbər Mustafayev 116.000 manat pulu gətirib ona verdikdə həmin məbləği Akifə vermişdir. Akif pulu götürüb aprel ayının 28-i onun əldə etdiyi gəliri verəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində Səyavuşla birlikdə Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən kafedə olduqları zaman Akif ona zəng vuraraq yenə də yaxşı iş olduğunu bildirmiş və onların olduğu ünvana gələrək 36 ton qalıq plastik olduğunu deyərək həmin plastiki satmaq üçün ala biləcəklərini, bunun üçün pul lazım olduğunu bildirmiş, yenə Akifə inanaraq onunla razılaşmış və əvvəlki qaydada Səyavuşdan 40.000 manat borc pul istəmiş, Səyavuş həmin pulu ona verdikdə həmin gün axşam saatlarında 40000 manat pulu elə Səyavuşun iştirakı ilə Akifə vermişdir. Akif yenə də ayın sonuna qədər gəliri verəcəyini bildirmişdir. Həmin gün kafedə söhbət zamanı idarə etdiyim "Jeep" markalı **- RY-*** dövlət qeydiyyat nişanlı avtomaşını satmaq istədiyini bildirərək avtomaşının şəklini ona göndərdikdə Akif də həmin şəkili kiməsə göndərmiş, sonra da tanışının həmin avtomaşını 32000 manata istədiyini dedikdə onunla razılaşmış və "Jeep" markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomaşını Sumqayıt şəhəri, 3-cü mkr ərazisində yerləşən 4 saylı notariat kontorunda X7 adına keçirmişdir. Aralarında olan razılaşmaya görə növbəti həftənin çərşənbə günü X13 ona avtomaşının pulu olan 32000 manat pulu verməli idi. Lakin Akif həmin avtomaşını satsa da ona pulu verməyib avtomaşının satışından əldə olan gəliri də ümumi işlərinə qoyduğunu bildirərək bir neçə günə pulları hissə-hissə qaytaracağını bildirmişdir. 2021-ci ilin aprel ayının sonlarına yaxın Səyavuş ay ərzində ona borc kimi vermiş olduğu pulları geri tələb etməyə başlamış, çünki o da həmin pulların bir hissəsini yaxın tanışlarından alıb ona vermişdir. O da öz növbəsində Akifdən qeyd olunan pulları tələb edərkən Akif pulları ümumi işə qoyduğunu və artıq xeyir əldə etdikdən sonra yavaş-yavaş əsas puldan da qaytaracağını bildirmiş, Səyavuş isə Akifin onu iş görmək adı İlə aldadaraq 70.000 manat pulunu ələ keçirdiyini və heç bir iş görmədiyini başa düşdükdən sonra ona Akifin yalançı olduğunu, pulları harasa öz şəxsi məqsədləri üçün sərf etdiyini bildirmiş, bu səbəbdən də Akifdən konkret olaraq Səyavuşdan alıb ona verdiyi pulları geri qaytarmasını israrla tələb etdikdə Akif dostu Xəqani adlı şəxsin özünə almaq üçün maşın axtardığını, həmçinin başqa bir tanışı Nazim adlı şəxsin isə özünə məxsus “X30” markalı avtomaşını satmaq istədiyini, avtomaşını Xəqaniyə satmaq adı ilə həm Xəqaninin pulunu, həm də Nazimin avtomaşınını ələ keçirib ona olan borclarını qaytara biləcəyini bildirdikdə çarəsiz qalıb razılaşmış və 26 aprel 2021-ci il tarixdə Akif elə onun yanındaca Xəqani adlı şəxsin mobil telefonuna zəng vurub yaxın tanışının münasib qiymətə 2013-cü İl buraxıhşlı, əla vəziyyətdə olan “X30” markalı avtomaşını əlimyandı ilə satmaq istədiyini, həmin avtomaşının real bazar qiymətinin 24.000-25.000 ABŞ dolları həddində olduğunu, lakin tanışma təcili pul lazım olduğundan həmin avtomaşını 20.000 ABŞ dollarına əldə edə biləcəyini bildirib avtomaşını Xəqaniyə təklif etmiş və avtomaşının şəkillərini vhatsap vasitəsi ilə Xəqaninin mobil telefonuna göndərmiş, Xəqani hal-hazırda o qədər pulunun olmadığını, əyər pul taparsa onunla əlaqə saxlayacağını bildirmişdir. Həmin müddətdə Akif Nazimlə əlaqə saxlayıb avtomaşına müştəri tapdığını bildirib son qiymətini soruşduqda Nazim avtomaşını 28.000 ABŞ dollarından aşağı qiymətə satmayacağını bildirmiş, Akif Xəqaniyə avtomaşının qiymətini 20.000 ABŞ dollarına deməsinə baxmayaraq Nazimi razı salmaq üçün müştərinin avtomaşını 28.000 ABŞ dollarına almağa razı olduğunu bildirmiş, bundan sonra Akif bir neçə dəfə Xəqani ilə əlaqə saxlayaraq onu avtomaşını almağa razı salmış və həmin gün axşam saatlarında Xəqani 20.000 ABŞ dollarını hazır etdiyini bildirdikdə Akiflə birlikdə Abşeron rayonu Mehdiabad qəsəbəsinə getmişlər. O, avtomaşında gözləmiş, Akif isə Xəqaninin işlədiyi bölməyə getmiş və bir qədər sonra 20.000 ABŞ dolları ilə geri qayıtmışdır. Birlikdə Sumqayıt şəhərinə qayıtdıqda Akif avtomaşını Nazimdən ələ keçirmək üçün 10.000 manatını ona verəcəyini, həmçinin Səyavuşu aldadaraq 70.000 manat pulunu ələ keçirməsi ilə əlaqədar Səyavuşu sakitləşdirmək məqsədi ilə 4000 manatı ona verəcəyini bildirib yerdə qalan 20.000 manatını ona vermiş, həmin günün sabahısı isə Nazimə 10.000 manat verib qalan pulu hissə-hissə may ayının 4-dək ona verəcəyini bildirib Xəqaninin adına baş etibarnamə alıb foto şəklini Xəqaniyə göndərmiş, həmçinin avtomaşını Nazimdən almışdır. Ancaq aralarında olan razılaşmaya görə Xəqani Nazimdən almış olduğu “X30” markalı, 99-CD- 888 nömrə nişanlı avtomaşını ona olan borcunun əvəzinə verməli idi və Akif avtomaşını Nazimdən götürən kimi ona zəng vuraraq görüşüb, həmin avtomaşını ona təhvil verib borcundan 40.000 manat çıxıldığını, bir neçə günə adına etibarnamə də verəcəyini bildirdikdə onunla razılaşmışdır. Əsas məqsədim isə bu idi ki, Səyavuş ona borc verdiyi ümumilikdə təxminən 200.000 manat pulu bir neçə gün idi ki, ondan tələb etdiyindən həmin avtomaşını Səyavuşa 40.000 manat borcunun əvəzinə versin. Lakin avtomaşının onun adına olmaması problem olduğundan və Səyavuş avtomaşının başqasına məxsus olmasını başa düşüb ondan almaqdan imtina edəcəyindən avtomaşını sürməyib yaşadığı evin qarşısında saxlayaraq Akifdən həmin avtomaşına görə ona baş etibarnamə verməsini xahiş etmişdir. 02 may 2021-ci il tarixdə günortadan sonra Akif Nazimə zəng vurub həmn avtomaşına başqa müştəri tapdığını və bu səbəbdən də yeni etibarnamə lazım olduğunu bildirib onu Sumqayıt şəhəri notariat kontorunun qarşısına dəvət etmiş, daha sonra o və Akif də həmin notariusun qarşısına getmiş və orada Akif Nazim ilə görüşdükdə özü avtomaşında olmuş və söhbət zamanı Akif Nazimə nə dedisə Nazim onun adına avtomaşına görə baş etibarnamə vermişıdir. Həmin günün sabahısı Səyavuşla görüşərək ona borcundan 40.000 manatın əvəzinə “X30” markalı, **-CD-*** nömrə nişanlı avtomaşını vermək istədiyini bildirdikdə Səyavuş avtomaşının sahibinin kim olduğunu soruşmuş, ona avtomaşının hal-hazırda özünə məxsus olduğunu və Akifin ona olan borcunun əvəzinə verdiyini bildirmiş, Səyavuş onunla görüşərək avtomaşına baxıb maşını götürərək borcundan 40.000 manat silməyə razılaşmış və qalan pulları nə vaxt verəcəyini soruşduqda ondan xahiş edirək bir qədər vaxt istəmiş və evini sataraq ona olan borcunu tam verəcəyini bildirmişdir. Daha sonra Səyavuş onula avtomaşına alqı-satqı edərək öz adına keçirmiş və avtosalona sataraq pulunu nəğdləşdirir. Bir neçə gündən sonra isə Nazim avtomaşınının ələ keçirildiyini başa düşüb Akiflə görüşüb ondan pulunu tələb edərkən Akif onunla görüşməkdən imtina etmişdir. 2021-ci ilin may ayının sonlarında Akif Xəqaninin şikayət ərizəsi əsasında Abşeron RPİ-də barəsində başlanılan cinayət işi ilə əlaqədar həbs olunmuş və Akifin Xəqaniyə məxsus 20.000 ABŞ dolları pulun ələ keçirilməsi faktında onun adını çəkərsə tutulacağını başa düşüb iyun ayının ortalarında Xəqani ilə görüşüb Akifin onun dostu olduğunu bildirərək ona dəymiş olan ziyanı özü ödəmək istədiyini bildirib Xəqaniyə həmin məbləğdə pulu vermiş, Xəqani isə əvəzində Abşeron RPİ-nə ərizə ilə müraciət edərək Akifin ona dəymiş olan maddi ziyanı ödədiyini bildirmişdir. (cild 1, iş vərəqə 88-92, 234-239 cild 2, iş vərəqə 8-11, 215-220, 237-240) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, fərdi bizneslə məşğuldur. Təqsirləndirilən şəxs1 təxminən 2020-ci ilin sonlarından tanımış, belə ki, həmin vaxtlar ümumi tanışları Azər vasitəsi ilə tanış olmuş və Azər Akifi normal bir iş adamı kimi təqdim etmiş, həmçinin Akifin özünün də Abşeron rayonu Məhəmmədi kəndi ərazisində plastik pəncərələrin aksessuarlarını satışı mağazası olmuş və Akif özü də söhbətlərində böyük bizneslə məşğul olduğunu bildirmişdir. Azərlə birlikdə Akiflə dəfələrlə oturub yeyib-içmiş və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. Təxminən 2021-ci ilin mart ayının sonlarında Akiflə oturub söhbət edərkən o, özünün topdan satış mağazasında satdığı qapı-pəncərə aksessuarlarını Azərbaycan ərazisindən nisbətən yuxarı qiymətə alaraq daha sonra üstünə pul qoyub satdığını, əyər həmin aksessuarları özü Türkiyə Respublikasına gedib birinci əldən alsa və Azərbaycana gətirsə daha çox xeyir əldə edə biləcəklərini, lakin bunun üçün əldə xeyli pul vəsaitinin olmasının vacib olduğunu bildirərək ona bu işi birlikdə görməyi təklif etmiş, Akifin ciddi iş adamı olduğuna inandığından razılıq vermiş və bunun üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. Akif ona Türkiyə Respublikasından 3 Tır mal gətirmək üçün təxminən 200.000 ABŞ dolları pul lazım olduğunu, mah Azərbaycana gətirdikdən sonra topdan satdıqda hər tır avtomaşınından 7.000 ABŞ dolları pul qazanacaqlarını və beləliklə də ümumilikdə bir səfərə 20.000 ABŞ dolları pul qazana biləcəklərini bildirmiş, Akifə inanaraq özündə nəğd pulumun olmadığını, lakin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "xxxx" MMC-nin tikdiyi binada 140.21 kvadrat metr ölçüdə 3 otaqlı evinin olduğunu, həmin evi sata bilsə ümumi işə pul qoya biləcəyini bildirmişdir. Akif ona həmin mənzili neçəyə satmaq istədiyini soruşduqda evi 182.000 manata sata biləcəyini bildirmiş, bundan iki gün sonra Akif ona zəng vuraraq yaxın tanışı Səyavuş adlı şəxsi həmin evi deyilən qiymətə almağa razı saldığını, Səyavuşun həmin mənzilə baxmaq istədiyini bildirb ondan mənzilin qiyməti ilə əlaqədar Səyavuşla hər hansı bir söhbət aparmamağı, özü onu razı salacağını xahiş etmiş və 01 aprel 2021-ci il tarixdə elə mənzlin yerləşdiyi binanın qarşısında Akif və onun yanında olan ilk dəfə gördüyü, özünü Səyavuş kimi təqdim edən şəxslə görüşmüşdür. Səyavuş mənzilə baxdıqdan sonra mənzili bəyəndiyini, Akiflə qiymət barədə danışıb ona bir söz deyəcəyini bildirmiş, həmin gün axşam Akif ona zəng vuraraq mənzili 180.000 manata almaq barədə Səyavuşu razı saldığını bildirib bir gün sonra görüşməyi təklif etmişdir. Həmin günün sabahısı, yəni 02 aprel 2021-ci il tarixdə o, Akif, Səyavuş və Səyavuşun yanında olan sonradan adının Zaur olduğunu öyrəndiyi şəxs ona məxsus mənzilin yerləşdiyi binanın qarşısında görüşmüş, bundan sonra Akifi kənara çəkib pulunun hazır olub-olmadığını soruşduqda Akif ona evin sənədləşməsi başa çatdıqdan sonra həmin gün axşam 180.000 manat pulu verəcəyini bildirmişdir. Akifə inanmış, bundan sonra "xxxx" MMC-nin rəhbəri Şahid6 yanına gedib mənzilini Səyavuş adh şəxsə satmaq istədiyini bildirmiş, Şahid6 ondan mənzildən imtina ərizəsi aldıqdan sonra Zərərçəkmiş şəxs5 ilə həmin mənzilə görə müqavilə bağlamışr və bundan sonra onlar ayrılmışlar. Həmin günün axşamı Akiflə görüşüb ondan mənzilin pulunu istədikdə o, Səyavuşun təcili olaraq xaricə getdiyini, bir neçə gündən sonra qayıdıb pulu verəcəyini bildirmiş, Akifə həddən artıq inandığından ona heç bir etiraz etməmişdir. Bundan bir neçə gündən sonra Akif ona 30.000 manat verərək Səyavuşun bank hesabı ilə evin pulundan göndərdiyini, qalan hissəsini də qayıtdıqdan sonra verəcəyini bildirdiyindən ona tam inanmışdır. Akif 30.000 manatı verərkən ondan şərikli işi tam pul olmadan necə görəcəklərini soruşduqda Akif ona başqa bir mənbədən pul tapıb işə qoymağı, sonra xalası oğlanları onun pulunu verdikdən sonra həmin pulu qaytarmağı təklif etmiş, Akifə 110.500 manata aldığı, tranzit nömrəli, 2016-cü il buraxılışlı, 2987 mühərrik iş həcminə malik “Mersedes Benz S350” markalı avtobilinİn olduğunu dedikdə Akif sevinərək həmin avtomaşına müştəri tapacağını bildirmişdir. 09 aprel 2021-ci il tarixdə Akif ona zəng vuraraq Sumqayıt şəhəri ərazisində yerləşən “Yaxta” restoranında olduğunu, avtomaşına müştər tapdığını bildirib avtomaşını da götürüb həmin restorana gəlməsini təklif etmiş, təklikdə həmin restorana getmiş, orada Akif tək olmuş və birlikdə yeyib- içdikdən sonra Akif ona avtomaşına tapmış olduğu müştərinin işi olduğundan özünün gələ bilmədiyini, bu səbəbdən maşını alıb həmin şəxsə təhvil verərək pulu alacağını bildirmiş, avtomaşını Akifə vermiş və sabahısı avtomaşının tranzit nömrəsi adına olan Bəxtiyar Musayev adlı şəxsdən Akiflə görüşüb avtomaşını notarius vasitəsi ilə Akifin avtomaşını satdığı şəxsin adına sənədləşdirməsini xahiş etmişdir. Lakin həmin vaxtdan sonra da Akif avtomaşının pulunu müxtəlif bəhanələr gətirərək verməkdən boyun qaçırmış, artıq Akifin onu aldatdığını başa düşməyə başlamış və ondan mənzilə görə qalan 150.000 manatı, avtomaşına görə isə verməli olduğu 110.500 manatı tələb etməyə başlamış və əks halda ondan polisə şikayət edəcəyini bildirmişdir. Akif isə ona yalvararaq başqa adamlara borclu qaldığından onu aldatmaq məcburiyyətində qaldığını, onu aldadıb borcu əvəzinə mənzili satdığını, həmçinin avtomaşını da dəyər- dəyməzinə satıb borclarını verdiyini etiraf edərək polisə şikayət etməməyi xahiş etmiş və hissə-hissə avtomaşının pulundan 65.000 manatını ödəmişdir. Lakin bundan sonra onunla görüşməkdən imtina etmiş və telefonlarına cavab verməmişdiri. Daha sonra Akifin başqa şəxsləri də aldadaraq külli miqdarda pullarını ələ keçirməsini və barəsində Abşeron RPİ-nin İŞ-də cinayət işi başlanılaraq həbs olunduğunu öyrənmiş, bundan sonra mənzilini almış Səyavuşla görüşüb Akifin həmin mənzilə görə cəmi 30.000 manat pul verdiyini bildirdikdə Səyavuş qəzəblənərək Akifin həmin mənzilin dəyərini ona 110.000 manat kimi bildirdiyini, hələ mənzil onun adına sənədləşdirilməzdən əvvəl Akifə 110.000 manat pulu nəğd şəkildə ödədiyini, pulu Akifə ödməyinin səbəbinin isə Akifin onu öz şəriki kimi təqdim edib qeyd olunan pula birgə iş görəcəkləri barədə bildirdiyini, bu səbəbdən də Akifə inanıb pulu ona verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək, ona 196.000 manat məbləğində ziyan dəydini, həmin zərərdən 108.000 manat məbləğdə ona pul ödənildiyini, qalan məbləğin isə ödənilmədiyini, buna baxmayaraq şikayətçi olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanımış və aralarında dostluq münasibətləri yaranmışdır. Təxminən 2021-ci ilin aprel ayının ortalarında Şahid3 və Təqsirləndirilən şəxs1la birlikdə yemək yeyərkən söhbət zamanı özünə münasib qiymətə “Jeep” markalı avtomaşın axtardığını bildirmiş, 26 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 onun istifadəsində olan mobil telefona zəng vuraraq münasib qiymətə “X30” markalı, 2013-cü il buraxılışlı, tünd asfalt rəngli avtomaşın olduğunu, həmin avtomaşının 20.000 ABŞ dollarına təcli olaraq satıldığını, real qiymətinin 24.000-25.000 ABŞ dolları olduğunu bildirmiş, Akifə hal-hazırda həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Həmin gün Akif dəfələrlə ona zəng vuraraq qeyd olunan avtomaşını almaq üçün onu yola gətirməyə çalışmış, nəhayət qardaşı Ramilə zəng vuraraq ondan 20.000 ABŞ dolları borc pul istəmişdir. Daha sonra Akiflə telefon vasitəsi ilə əlaqə saxlayıb məsələni sabah həll edəcəyini bildirdikdə Akif ona təkidlə avtomaşını satan adamın 10.000 ABŞ dolları borcu olduğunu, bu axşam ona mütləq pul lazım olduğunu bildirib məsələni həmin gün həll etməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində Akiflə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində görüşüb 20.000 ABŞ dollarını ona vermişdir. Akif pulu götürüb sabahı günü adına baş etibarnamə alıb avtomaşınla birlikdə ona verəcəyini bildirmiş, sabahı günü, yəni xx.xx.2021-ci il tarixdə Akif vhatsap vasitəsi ilə avtomaşına görə onun adına yazılmış baş etibarnamənin şəklini ona göndərmişdir.Akifə zəng vurub avtomaşını ona nə vaxt təqdim edəcəyini soruşduqda 1-2 saat ərzində işlərini yekunlaşdırıb maşını gətirib ona təhvil verəcəyini bildirmişdir. Həmin gün saat 15 radələrində Akif ona zəng vuraraq avtomaşını başqa qiymətə istəyən olduğunu, avtomaşını satıb ona daha yaxşı maşın alacağını bildirdikdə ona narazılığını bildirərək təcili olaraq avtomaşını gətirib ona təhvil verilməsini tələb etmiş, Akif razılaşaraq 1-2 saat ərzində maşını gətirəcəyini bildirmişdir. Lakin bundan bir qədər sonra Akif yenidən ona zəng vuraraq avtomaşını başqa adama satıb 1000 ABŞ dolları beh götürdüyünü, pulun qalan hissəsini həftənin şənbə günü ona qaytaracağını bildirmiş, .ənbə günü isə maşını alan şəxslərin pulu tam düzəldə bilmədiklərini, bazar günü avtomaşının tam pulunu Mehdiabad qəsəbəsinə gətirib ona qaytaracağını bildirmişdir.Bazar günü Akifə məxsus mobil telefona zənmg vurduqda ona zəng çatmamış, saat 12 radələrində isə Akif ona zəng vuraraq başına iş gəldiyini, özünə məxsus “Gallenvagen” markalı avtomaşının qismən yandığını bildirmişdir. Dərhal iş yoldaşı Cahidlə birlikdə Sumqayıt şəhərinə getmiş, orada Akiflə bir neçə nəfər şəxsin dayandığını, həmçinin Akifin ona satmış olduğu “X32” markalı avtomaşının da orada durduğunu görmüş, Akifə avtomaşının açarlarını və sənədlərini ona verməsini təklif etdikdə Akif maşını ona verə bilməyəcəyini, axşam saat 17 radələrində pulunu gətirib qaytaracağını bildirmişdir. Lakin Akif dediyi vaxtda da onun pulunu qaytarmamış, bundan sonra isə müxtəlif bəhanələr gətirərək onunla görüşməkdən imtina etmiş, daha sonra öyrənmişdir ki, Akif ona məxsus 20.000 ABŞ dollarını xırdalayaraq öz borclarını ödəmişdir. Təqsirləndirilən şəxs1 onun şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə həbs olunduğundan sonra 21 iyun 2021-ci il tarixdə ona Təqsirləndirilən şəxs2 mrüacİət edərək Akifin dostu olduğunu, onunla uzun müddətdir ki, birgə iş gördüyünü və hal-hazırda dostunun cəzasının yüngülləşdirilməsi üçün ona vurmuş olduğu ziyanı ödəmək istədiyini bildirdikdə buna etiraz etmədiyini və Təqsirləndirilən şəxs2 ona 20.000 ABŞ dollarını nəğd şəkildə ödədiyini, bu səbəbdən də Abşeron RPİ-nə ərizə ilə müraciət edərək Akif tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi barədə bildirdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək, ona 34.000 manat Təqsirləndirilən şəxs2 tərəfindən ödənildiyini və ondan şikayətçi olmadığını, Təqsirləndirilən şəxs1 tərəfindən ziyanın ödənilmədiyinə görə ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2021-ci ilin aprel ayının ortalarında pula ehtiyacı olduğundan özünə məxsus “X30” markalı, **-CD-*** nömrə nişanlı avtomaşını satmaq qərarına gəlmiş və bu barədə yaxın münasibətlərdə olduğu Təqsirləndirilən şəxs1 danışdıqda o, avtomaşını özü atasına hədiyyə alacağını bildirərək başqasına satmamasını xahiş etmiş, Akiflə qiymət barədə sövdələşərkən ona avtomaşını 28.000 ABŞ dollarına satmaq barədə razılığa gəlmiş, 27 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən notariat kontorunun qarşısında Akif ona 10.000 manat pul çəyini, pulun qalan hissəsini may ayının 6-dək ödəyəcəyini bildirmiş və Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinə əsasən avtomaşına Xəqani adlı şəxsin adına baş etibarmnamə almışdır. Həmin günü axşam saatlarında onunla Sumqayıt şəhəri “Cavid” ticarət mərkəzinin yaxınlığında görüşüb 10.000 manat pulu ona vermişdir. Lakin 02 may 2021-ci il taridə, saat 16 radələrinsdə Akif ona məxsus mobil telefona zəng vuraraq avtomaşına başqa bir müştəri tapdığını və həmin müştəriyə təcili olaraq etibarnamə vermək lazım olduğunu bildirib təcili görüşməyi təklif etmiş, Həmin gün saat 17 radələrində Akiflə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən notariat kontorunun qarşısında görüşdükdə Akifin yanında ilk dəfə gördüyü Təqsirləndirilən şəxs2 adlı şəxs də olmuş və Akif Zauru öz əmisi oğlu kimi təqdim edərək həmin avtomaşını Zaura satacağını və o, etibarnamə verdikdən 1 saat sonra Zaurun ona 15.000 ABŞ dolları verəcəyini, qalan pulu isə 04-06 may 2021-ci il tarixdə ona veriləcəyini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 Akifin dediklərini təsdiq edərək pulu özü verəcəyini qeyd etmişdir. Onlara inanmış və notariat kontoruna girib avtomaşına Zaurun adına baş etibarnamə vermiş, bundan sonra Akif və Zaur getmiş, axşamüstü Akifə zəng vurduqda Akif ona “rayona gedirəm, gəlib sənin pulunu verəcəm” demiş, həmin gün gecə saatlarında Akiflə yenidən əlaqə saxladıqda Akif səhər pulu çatdıracağını bildirmişdir. Bundan sonra Akif onu aldatmaqda davam etmiş və o, 04 may 2021-ci il tarixdə Akif və Zaurun onu aldatdıqlarından şübhələnib dərhal notariusa gedərək xx.xx.2021-ci il tarixdə Xəqaninin adma, 02 may 2021-ci il tarixdə isə Zaurun adma vermiş olduğu etibarnaməni ləğv etdirmiş, lakin sonra başa düşmüşdür ki, gecikmiş, belə ki, Akif onu iki gün aldadaraq vaxt qazanmış və həmin müddətdə, yəni 03 may 2021-ci il tarixdə avtomaşını qohumu Zərərçəkmiş şəxs5 adına keçirərək maşına yeni texniki pasport almış, ona məxsus **-CD- *** saylı nömrəni isə bronlamışdır. Akif barədə olan cinayət işi üzrə dindirilməsi üçün Abşerona çağırılarkən Zaur onunla görüşərək Akifin artıq tutulduğunu, əgər onun adını ifadəsində göstərərsə hər bir halda ona ziyanın qaytarılmayacağını, əgər onun adını göstərməyəcəyi halda isə tezliklə ona dəymiş ziyanı qaytarcağını bildirmiş, bu səbəbdən də Abşeron RPİ-nin İŞ-nə vermiş olduğu ifadəsində Zaurun adının əvəzinə tanmadığı şəxs kimi göstərmişdir. Zaur Akifin də onun barəsində şikayət etməməsi üçün zərərçəkmiş Xəqaniyə vurmuş olduğu 20.000 ABŞ dollarını özü Xəqaniyə ödəmişdir. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə notarial qaydada daxil olmuş ərizədən görünür ki, 34.000 manat məbləğdə dəymiş ziyandan 15000 manat məbləğdə zərər Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 şikayətçi olmadığını, Təqsirləndirilən şəxs1 isə şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2019-cu ildən tanıyır, belə ki, həmin vaxt onun Sumqayıt şəhəri ərazisində avtosalonu olmuş və Akif ilk dəfə onun salonuna satlıq avtomaşın qoyub satdıqdan sonra aralarında biznes əlaqələri yaranmışdır. Bundan sonra Akifin təklifi ilə hərəyə müəyyən məbləğ pul qoyub şərikə plastik qapı-pəncərə alverinə başlamış və əldə etdikləri xeyiri də yarı bölmüşlər. Akifi normal biznes adamı kimi tanımış və onunla dostluq münasibətləri yaranmışdı. Təxminən 2021-ci ilin əvvəllərinə kimi Akiflə onun arasında pulla əlaqədar heç bir problem yaranmamış, lakin təxminən 2021-ci ilin aprel ayının əvvəllərində Akif ona dəmir alqı-satqısı işinə keçmək fikrində olduğunu, bunun üçün xeyli pul lazım olduğunu, işi özü görəcəyini, ona çatacaq xeyiri isə işə qoyduğu pul müqabilində verəcəyini bildirdikdə Akifə inanaraq bu İş üçün nə qədər pul lazım olduğunu soruşmuş, Akif ilkin olaraq ondan 25.000 manat pul isətəyərək bir o qədər də özü pul qoyacağını və ümumilikdə 50.000 manat pulla işə başlayacağım bildirmişdir. Akifə inanaraq xx.xx.2021-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən evinin qarşısında 25.000 manat pul ona vermiş, Akif bu işin bir qədər uzun sürən iş olduğunu, gələn xeyiri də həmin dəmir işinə qoyacağını bildirdiyindən və ona tam olaraq inandığından Akifdən işin gedişatı ilə maraqlanmamış, 12 aprel 2021-ci il tarixdə Akif ondən bu iş üçün daha 25.000 manat, 28 aprel 2021-ci il tarixdə isə daha 70.000 manat pul alaraq ümumi dəmir biznesi üçün almış olduğu pulun həcmi 120.000 manata çatmışdır. Sonuncu dəfə 2021-ci ilin may ayının 8-də Akif ona zəng vuraraq küllü miqdar həcmdə sərfəli qiymətə dəmir almalı olduğunu, əvvəlki almış olduğu pullarla bərabər əlavə yatırım etmələrinin zəruriliyini bildirib ondan daha 40.000 manat pul istəmiş, Akifə inandığından artıq özündə pul qalmadığına görə yaxın tanışlarımdan borc-xərc edib əlavə olaraq 40.000 manat pulu da Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Bazar Store” mağazasının qarşısında Akiflə görüşüb həmin məbləği də ona vermiş və Akifin ondan almış olduğu pulun məbləği 160.000 manata çatmışdır. Akifin İş qurub ona da həmin işdən dividentlərini verəcəyini gözləyərkən təxminən may ayının ortalarında Akifin ümumiyyətlə dəmir işi ilə məşğul olmadığını, xeyli camaata borcu olduğunu öyrəndikdə təcili olaraq Akiflə görüşüb məsələnin nə yerdə olduğunu soruşanda o, başqa şəxslərə xeyli borcu olması və həmin borcları qaytarmaq məcburiyyətində qalması səbəbindən onu aldadaraq dəmir alqı-satqısı ilə məşğul olmaq adı ilə 160.000 manatını ələ keçirdiyini, lakin may axırının sonuna kimi pulunu qaytaracağına söz vermişdir. Lakin Akif deyilən vaxtda da onun pulunu qaytarmayıb görüşməkdən imtina etmiş, təxminən 2021-ci ilin iyul ayının əvvəllərində Akifin etmiş olduğu dələduzluq əməllərinə görə Abşeron RPİ-də başlanılan cinayət işi üzrə həbs olunduğunu eşidib özü də Akif barəsində şikayət ərizəsi yazmaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək, ona 160.000 manat məbləğində ziyan dəydiyini, buna baxmayaraq təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs5 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 xalası oğlu Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımış, belə ki, Zaur ona Akifi sözü bütöv bir iş adamı kimi təqdim etmiş və aralarında xeyli müddətdir şərikli biznes əlaqələrinin olduğunu bildirmişdir. Akif və Zaurun hansısa tikinti materiallarının və aksessuarlarm alqı-satqısı ilə əlaqədar şəriklli qoyulacaq pul məsələlərini müzakirə etməsinin bir neçə dəfə özü də şahidi olmuş, hətta Zaur ondan bir neçə dəfə Akiflə birgə işlər görmək üçün borc pul da istəmiş, o da tanışlarından pulu bir neçə günə qaytaracağı adı ilə götürüb Zaura vermiş, Zaur da Akiflə birgə iş görüb bir neçə gün sonra həmin məbləği yenidən ona geri qaytarmışdır. Hələ tanışlıqlarının ilk vaxtlarında, yəni təxminən 2021-ci ilin aprel ayının əvəllərində Zaurun iştirakı ilə Akiflə söhbət edərkən o, yaxın dostu olan Məhərrəm adlı şəxsin özünə məxsus və Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən yeni tikili binada olan 140 kvadrat metr sahəsi olan mənzili çox münasib qiymətə satdığını bildirib ona həmin mənzili almağı təklif edəndə Akifə həmin mənzilə baxmaq istədiyimi bildirmiş və 01 aprel 2021-ci il tarixdə Akiflə birlikdə Bakı şəhərinə gedib qeyd olunan binanın qarşısında ilk dəfə gördüyü Məhərrəm adlı şəxslə tanış olmuş və Akif Məhərrəmi ona təqdim edərkən mənzilin ona məxsus olmasını bildirmişdir. Daha sonra mənzilə baxdıqda mənzil onun xoşuna gəlmiş və Məhərrəmdən mənzilin neçəyə satıldığını soruşduqda Akif Məhərrəmə qiymət deməyə imkan verməyib özü bildirəcəyini demişdir. Məhərrəmə sabahı gün cavab verəcəyini bildirmiş və ondan ayrılıb Akifdən mənzili neçəyə satdığını soruşanda Akif Məhərrəmə təcili pul lazım olduğundan mənzili 110.000 manata satdığını bildirmişdir. Qiymətin sərfəli olduğunu görüb həmin gün axşamüstü Akiflə Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən icarə qaydasında işlətdiyi anbarda görüşüb ona 110.000 manat pulu vermiş və həmin günün sabahısı Məhərrəmlə görüşdükdə Akif Məhərrəmə aldığı qiyməti deməyib axşam pulu ona verəcəyini bildirib ona mənzildən imtina ərizəsi yazmağı təklif etmişdir. Məhərrəm MTK-ya mənzildən imtina ərizəsi yazdı, daha sonra isə özü həmin MTK ilə evi onlardan almağı barədə müqavilə bağlamışdır. 2021-ci ilin may ayının ortalarında isə təcili pula ehtiyacı olduğundan həmçinin mənzilə verdiyi puldan daha çox-yəni 116.000 manat pul təklif olunduğundan həmin mənzili İsmayıl adlı şəxsə qeyd olunan qiymətə satmışdır. xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, Metalluq küçəsində Zaurla icarəyə götürdüyü anbarda olduğu zaman Təqsirləndirilən şəxs1 Zaura zəng edərək yeni bir iş olduğunu demiş, Zaur da ona hazırda olduğu yeri dedikdən sonra Akif həmin ünvana gəlmiş, və o, ünvan 3lduğunu, bunun üçün də 116.000 manat pul tələb edildiyini, həmin işi görəcəkləri halda 22.000 manat xeyr olacağını, həmin məbləğin bir neçə yerə bölünəcəyini deyərək əlində olan siyahını göstərərək binaya lazım olacaq tikinti ləvazimatlarının adının qeyd edildiyini bildirməklə kalkulyatorda hesablamış, həmin gün də yük maşınlarının yüklü şəkildə gözlədiyini, pulun çatmalı olduğunu, əks halda işin başqasına veriləcəyini demişdir. O, Akifə hal-hazırda iş görməyə vaxtı olmadığını bildirsə də Zaur Akiflə razılaşmış və ondan 116.000 manat borc pul istəmiş, Bakı şəhərində yaşayan tanışına zəng vurub ondan 116.000 manat pul istədikdə həmin tanışı 116.000 manat pulu ona verməyə razılıq vermiş, bu səbəbdən Zaur qaynatası X3 zəng edərək Bakı şəhərində yaşayan tanışından 116.000 manat pul götürüb qayıtmasını pşırmışdır. Həmin gün axşam saatlarında Zaur və Akiflə Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən kafedə olduqları zaman Əkbər Mustafayev 116.000 manat pulu gətirib Zaura vermiş, Zaur da həmin məbləği Təqsirləndirilən şəxs1 vermişdir. Zaur isə aprel ayının 28-i ona əldə etdiyi gəliri verəcəyini bildirmişdir. 2021-ci ilin aprel ayının 14-də Zaur Gəncə şəhərində olarkən Akif ona zəng vurub Zaurdan xəbərsiz onunla görüşmək istədiyini bildirmiş, həmin gün Akiflə Sumqayıt şəhərində görüşmüş və Akif ona Bakı şəhəri Binəqədi rayonu ərazisində sərfəli iş olduğunu bildirib orada olan zavodlardan birinə getməyi təklif etmiş, Akifə inanıb birlikdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən setka profili hazırlayan hal-hazırda adını və yerini unutduğu zavoda getmişlər. Orada Akif onu zavodun çöl tərəfində saxlayıb özü içəri girmiş və təxminən 1 saatdan sonra onun yanma gələrək həmin zavodun rəhbərliyi ilə setka profilini ucuz qiymətə götürüb rayonlarda satmaq barədə razılığa gəldiyini, bu iş üçün 70.000 manat pul lazım olduğunu bildirmişdin. Akifə inanaraq elə həmin gün Abşeron rayonu Məhəmmədi qəsəbəsi ərazisində onunla görüşərək 70.000 manat pulu ona vermiş, lakin bundan xeyli sonra ona Akifin zavod rəhbərliyi ilə hər hansı bir setka profilini alqısatqısı ilə əlaqədar razılaşmadığım, onun sadəcə olaraq zavodun ərazisinə girib-çıxmış və bu adla onu aldadıb 70.000 manat pulunu ələ keçirmişdir. Bunu öyrəndikdə Akifə müraciət edib onu aldatdığını bildirərək verdiyi pulu geri tələb edəndə Akif şəxsi işin üçün ona pul lazım olduğunu etiraf edib tezliklə pulu qaytaracağını qeyd etmiş və hiss-hissə ona 13.750 manat pul qaytarmışdır. Ümumilikdə Zaur ondan Akiflə iş görmək üçün aldığı 200.000 manatdan artıq pulu hal-hazıra kimi qaytarmamış, qeyd olunan məbləği Zaura borc kimi verdiyindən Zaurdan da geri istəmişdir. Zaurdan borc aldığı pulları geri istəyərkən o, 2021ci ilin may ayının 3-də müraciət edərək Akifdən ona olan borcunun əvəzinə “X30” markalı, **-CD-*** nömrə nişanlı avtomaşın aldığını, həmin avtomaşını ona olan borcdan 40.000 manatı silmək üçün ona verə biləcəyini bildirdikdə Zaurdan həmin avtomaşına hüququnun olub-olmamasını soruşmuş və Zaur ona avtomaşının sahibi Zərərçəkmiş şəxs4 onun adma vermiş olduğu xx.xx.2021-ci il tarixli etibarnaməni göstərmiş, həmin etibarnaməyə baxdıqdan sonra Zaura inanmış və avtomaşın əvəzinə onun olan borcundan 40.000 manat silməyə razılıq vermişdir. Elə həmin gün Zaur avtomaşını nömrə nişanı ilə birlikdə onun adına keçirmişdir. Bundan xeyli sonra, yəni 2021-ci ilin may ayının ortalarında Zərərçəkmiş şəxs4 ona müraciət edərək Zaur və Akifin əlbir olaraq ona məxsus avtomaşını ələ keçirdiklərini bildirdikdə vəziyyətin nə yerdə olduğunu anlamış, lakin həmin vaxt artıq avtomaşın satıldığından Nazimə bu işdən xəbəri olmadığını, Zaurun həmin avtomaşını ona olan borcu əvəzinə verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs5 nümayəndəsi vəkil Nümayəndə1 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizəni təqdim edərək, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı tam şəkildə ödədiyini, onunla barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da anoloji ifadələr verərək Zərərçəkmiş şəxs3 göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da anoloji ifadə verərək zərərçəkmiş şəxs X4 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, özünə məxsus və Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “PUB-41” adlı kafeni işlədərkən 2021-ci ilin fevral ayininin sonlarından Təqsirləndirilən şəxs1 tanımış, belə ki, o, həmin vaxtlar kafeyə dostları ilə gəlib-getmiş və aralarında münasibət yaranmışdır. Bundan əvvəl isə, yəni 2020-ci ilin yay aylarında Şahid4 ilə tanış olmuş, o özünü restoranları idarə edə bilən güclü inzibatçı kimi təqdim etmiş və onun obyektinə də baxdıqdan sonra həmin obyektdə güclü iş yarada biləcəyini bildirmişdir. 2021-ci ilin fevral ayının 21-də kafenin 2-ci mərtəbəsinin açılışını etmiş, bundan da bir neçə gün sonra Akif ilk dəfə onun obyektinə gəlmişdir. Təxminən 2021-ci ilin mart ayının ortalarında Akiflə söhbət edərkən o, nəyə görə kafenin birinci mərtəbəsinin işləmədiyini soruşduqda ona 1-ci mərtəbəni təmir edib işlək vəziyyətə salmaq üçün ən azı 150.000 manat pul lazım olduğunu, onun isə həmin məbləğdə pulunun olmadığını bildirdikdə o, “Pul problem deyil, mən nə qədər istəsən sənə pul verəcəm, kafeni şərikli işlədəcəyik” demiş, kafenin təmirinə pul qoyacağı təqdirdə ona təmiz gəlirin 30 faizinə onu şərik edə biləcəyimi bildirdikdə Akif razılaşmış və ona sabahı gündən birinci mərtəbənin təmirinə başlamağı təklif etmişdir. Akifə inanıb sabahı gün təxminin 30.000 manata yaxın tikinti materialları alıb təmirə başlamış, lakin bir neçə gün sonra Akifdən xəbər çıxmadığını görüb ona zəng vuraraq bu təmirə ona görə başladığını, lakin ona kömək etmədiyini bildirmiş, Akif həmin günün axşamı ona 10.000 manat pul vermişdir. Lakin bundan sonra Akif ona pul verməkdən imtina etmiş, bu məsələdən xəbərdar olan Sona ona müraciət edərək “Sən Akifi şəriklikdən çıxar, o sənə pul verən deyil, mənim “Patron” tumları şirkətinin müdiri ilə ailəvi dostluğum var, ondan nə qədər istəsən pul alıb təmiri yekunlaşdıracağıq və səninlə şərik işlədəcəm” demişdir. Sonaya inanmış, lakin yenə Akifə bu işi birlikdə görməyi təklif etmişdir. Akif isə ona hal-hazırda problemlərinin olduğunu, obyektə pul xərcləyə bilməyəcəyini, təmirə görə ona verdiyi 10.000 manatı isə nə vaxt işlərini qurtararsa onda verə biləcəyini, bu məsələdə heç bir problemin olmadığını bildirmiş, bu səbəbdən Sonaya birgə iş görməklə əlaqədar razılığını vermiş və Sona da ona hissə-hissə təmirə görə 10.000 manata yaxın pul vermişdir. Təmir işləri getdiyi zaman Akif barəsində başlanılan cinayət işi üzrə Abşeron RPİ-də həbs olundu. Bundan sonra Akifin qohumları kafeyə gələrək Sonadan Akifin onun üçün xərcləmiş olduğu pulları geri tələb etməyə başladıqda oa sən demə Akifin kimlərdənsə aldığı pulları Sona üçün bahalı hədiyyələrə xərcləməsi və bu məbləğin 50.000 manatdan yuxarı olması məlum olmuşdur. X16 arasında hansısa yaxın münasibətlərin olduğunu bilməmiş, bu barədə Sonadan soruşduqda Sona Akiflə münasibətlərinin olduğunu və Akifin ona 50.000 manatdan çox pul verdiyini etiraf edərək Akifin bu pullara ona hədiyyələr aldığını qeyd etmiş, bu səbəbdən də Sona ilə iş birliklərinin başa çatmasını onun özünə bildirmişdir. Bundan sonra Sona kafedən ayrılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, fərdi qaydada ev alqı-satqısı ilə məşğul olur, belə ki, təmirsiz evləri alıb təmir etdikdən sonra bir qədər artıq qiymətə satır. Təxminən 2021-ci ilin aprel ayının ortalarında makler kimi tanıdığı Elçin adlı ona müraciət edərək Xətai rayonu İ.Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə 17 mərtəbəli, 3 bloklu yaşayış binasının A blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.21 kvadrat metr olan təmirsiz mənzilin ucuz qiymətə-128.000 manata satıldığını, əyər istəsə sahibi ilə görüşüb ala biləcəyini bildirdikdə həmin qiymətin baha olduğunu, o qədər pulunun olmadığını bildirmiş, bundan bir qədər sonra Elçin ona zəng vuraraq sahibinin mənzili 120.000 manata satmağa razı olduğunu dedikdə həmin mənzilə görə cəmi 116.000 manat pul verə biləcəyimi bildirmişdir. Bundan bir qədər sonra Elçin ona zəng vuraraq mənzil sahibinin razı olduğunu bildirdikdə 19 aprel 2021-ci il tarixdə, təxminən günorta saatlarında həmin binanın satış mərkəzinin qarşısında ilk dəfə gördüyü, özünü Zərərçəkmiş şəxs5 kimi təqdim edən şəxslə görüşmüş, Səyavuş ona mənzilin sahibi olduğunu və pula ehtiyacı olduğundan mənzili satmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs5 116.000 manat pul vermiş, həmçinin makler Elçinə də zəhmət haqqı kimi 1000 manat vermişdir. Bundan sonra Səyavuş adlı şəxs binanı tikmiş "xxxx" MMC-nin adına mənzildən imtina ərizəsi yazaraq getmiş, özü isə "xxxx" MMC-nin direktoru ilə mənzilin ona kvadrat metrəsi 1000 manatdan, cəmi 140.000 manata satılması barədə 011\21 saylı müqavilə bağlamış, lakin MMC-nə hər hansı bir məbləğdə pul ödəməmişdir. Artıq mənzilin ona məxsus olması bildirildiyindən həmin mənzilin təmir işlərinə başlamış, ümumilikdə iki ay ərzində mənzilin təmirinə 48.000 manat xərc çəkmiş və mənzil hazır olduqdan sonra tanıdığı maklerlərə satış üçün elan vermişdir. Təxminən avqust ayının ortalarında maklerlərdən hansısa ona müraciət edərək mənzilə müştəri tapdığını bildirmiş və o, X8 və onun əri ilə görüşüb mənzilin onlara 178.000 manata satmaq barədə razılığa gəlmişlər və 23 avqust 2021-ci il tarixdə Səkinə və əri onun pulunu verdikdən sonra həmin tarixdə mənzildən imtina etməyi barədə "xxxx" MMC-nə ərizə yazmış və həmin tarixdə də Səkinə Rzayeva ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin fevral ayından tanımış, belə ki, həmin vaxtlar o, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “PUB-41” restoranında Telman adlı şəxslə birlikdə işləmiş və Akiflə də həmin Telman vasitəsi ilə tanış olmuşdur. Akiflə Telman razılaşmışdılar ki, Telman özünə məxsus “PUB-41” restoranını Akiflə şərikə işlədəcək və Akif restoranın 1-ci mərtəbəsini təmir etdirmək üçün ümumilikdə Telmana 150.000 manat pul verəcək. Telman da razılaşıb böyük təmirə başlamış və həmin təmir prosesində 26.000 manat pulu Akif onun vasitəsi ilə Telmana təmir üçün vermiş və Telman da artıqlaması ilə həmin pulu restoranın təmirinə xərcləmişdir. Bundan başqa Askif onun iştirakı ilə Telmanın özünə əlavə olaraq təmir üçün 10.000 manat nəğd pul vermiş, hansı ki, Telman da həmin pulu Akifin yanında təmir üçün taxtaların alınması üçün İlham adlı ustaya vermişdir. Akif onun Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “PUB-41” restoranını işlətdiyi dövrdə demək olar ki, hər gün həmin restorana gəlib ortalama 1000 manat hesab verir, bundan başqa ofisiantlara, restoranın personalına əlavə pullar verir və bu gündəlik 1500 manat pulu aşırdı. Onun hər gün yeyib-içdiyi və hesablarını verdiyi şəxs isə əsasən Təqsirləndirilən şəxs2 və yanında olan bir neçə nəfər şəxs olmuş, hansı ki, onlar Akifi içirdib ona qeyd olunan məbləğdə hesablar verdirirdilər, sonradan məlum oldu ki, guya Akif Zaura 200.000 manatdan artıq pul borcludur. Lakin 2021-ci ilin may ayında Akifin problemləri yarandıqda o və Zaur restoranda söhbət edərkən Akif Zaura deyirdi ki, “Mən bir əməliyyat üçün səndən 20.000 manat almışam, 30.000 manat qaytarmışam, digər əməliyyat üçün səndən 40.000 manat pul alıb 60.000 manat qaytarmışam və s. Bəs sən niyə görə bu pulları mənim borcuma daxil edirsən?” Zaur isə cavabında “Sənin mənə qaytardığın pullar yalnız alış-verişə görə mənə verdiyin faiz və xeyirin pullarıdır, sənə borc kimi verdiyim pulların kötüyü yerində qalır” demişdir. (cild 1, iş vərəqə 123-126) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid6 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərdi ki, 2015-2016-cı illərdən Bakı şəhərində yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır, belə ki, həmin dövrdə "xxxx" MMC-nin təsisçisi ilə aralarında əmək müqaviləsi bağlanmışdır. Həmin şirkətin adı 2019-cu ilin yanvar ayınadək "xxxx" adlanmış, direktoru olduğu MMC Bakı şəhəri Xətai rayonu İ.Zülfuqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942A saylı məhəllədə 17 mərtəbəli, 3 bloklu yaşayış binasının inşasına 2012-ci ildə başlanmış və binaların tikilişi 2020-ci ildə başa çatmışdır. Həmin binalardan A blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.21 kvadrat metr olan mənzili 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 kvadratı 700 manatdan hesablanmaqla cəmi 98.147( doxsan səkkiz min yüz qırx səkkiz) manat pul köçürməklə almış və MMC-nin direktoru kimi onunla Zərərçəkmiş şəxs1 arasında 11 sentyabr 2018-ci il tarixdə 31\18 saylı müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nə ərizə ilə müraciət edərək A blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.21 kvadrat metr olan mənzilin "xxxx" MMC- nin adına keçməsinə etiraz etmədiyini bildirərək mənzili özü ilə birlikdə MMC-nin ofisinə gətirmiş olduğu Zərərçəkmiş şəxs5 Novruzəli oğluna satmağa razı olduğunu bildirdikdə elə həmin gün 010\21 saylı müqavilə tərtib olunaraq qeyd olunan mənzilin kvadrat metrəsi 1000 manatdan Zərərçəkmiş şəxs5 Novruzəli oğluna satılması təsdiqlənmişdir. Mənzilin pulu Zərərçəkmiş şəxs1 tərəfindən ödənildiyindən Zərərçəkmiş şəxs5 onlarla müqavilə bağladığı zaman MMC-nin hesabına hər hansı bir məbləğdə pul vəsaiti köçürməmiş, evin kvadrat metrəsinin qiyməti İsə qeyd olunan dövrdə artıq binadakı mənzillərin kvadrat metrəsnin 1000 manata qalxması ilə əlaqədar 1000 manat qeyd olunmaqla mənzilin ümumi məbləği 140.210 manat göstərilmişdir. 19 aprel 2021-ci İl tarixdə isə Zərərçəkmiş şəxs5 Novruzsalı oğlu ofisə müraciət edərək həmin mənzili Şahid7 satdığını bildirərək özünün mənzildən imtina etməsi barədə ərizə ilə müraciət etmiş və yenə əvvəlki qaydada və şərtlərlə Şahid7 ilə 011\21 saylı müqavilə bağlanılmışdır. Şahid7 mənzili aldıqdan sonra təmir elətdirmiş və 2021-ci ilin avqust ayında eyni qaydada ərizə ilə müraciət edərək həmin mənzili X1 bildirmiş və bu dəfə də həmin şəxslə qeyd olunan mənzilin direktoru olduğu MMC-nin adından satılması barədə müqavilə bağlanmışdır. Hal-hazıra kimi A blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.21 kvadrat metr olan mənzil X5 mülkiyyətindədir. (cild 1, iş vərəqə 143-146) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərəçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9\7976 saylı rəyindən görünür ki, 2021-ci ilin aprel ayına olan orta bazar qiymətlərinə əsasən nəzəri qaydada 2016-cı il buraxılışh, mühərrikinin işçi həcmi 2987 olan “Mersedes-Benz S350” markalı avtomobil 110.000 manat, 2013-cü il buraxılışlı, mühərrikinin işçi həcmi 3600 olan “X25” markalı avtomobil 44.000 manat dəyərində qiymətləndirilir. (cild 2. i/v 39-41) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən xx.xx.2021-ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. (cild 1, iş vərəqə 128-129). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən xx.xx.2021-ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəriməni tam ödəmişdir, hal-hazırda məhkumluğu yoxdur. (cild 2, iş vərəqə 249-250). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Laçın rayon İHB-nın Cicimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həmyaşıdları arasında müsbət hərəkətləri ilə seçilmişdir. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. ( cild 3, iş vərəqə 65) Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2009-cü il təvəllüdlü X14, 2011-ci il təvəllüdlü X15 və 2014-cü il təvəllüdlü X11 vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İHBnın Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. ( cild 3, iş vərəqə 60) Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2007-cil təvəllüdlü X17, vardır. ( cild 3, iş vərəqə 62) Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X9 etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə qarşı dələduzluq etməmələri barədə məhkəmədə söylədiklərini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 və X9 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, başa çatmış cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində vurulmuş ziyandan Zərərçəkmiş şəxs3 ziyanı tam ödəməsini, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 isə ziyanı qismən ödəməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 şikayətlərinin olmamasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində vurulmuş ziyandan zərərçəkmiş şəxs Xəqani Bəhrəmova ziyanı tam ödəməsini, Zərərçəkmiş şəxs4 isə ziyanı qismən ödəməsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 31 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 14 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2021-ci il tarixli “şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi” qərarına əsasən saxlandığı müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 05 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 noyabr 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 4 (dörd) müddət, azadlığın məhdudlaşdırılması cəzasının 8 (səkkiz) gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 00:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, 50 (yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 25 (otuz altı) manat və Təqsirləndirilən şəxs2 25 (otuz altı) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7( yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 31 may 2021-il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlandığı 4 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının 8 gün müddətinə bərabər tutulmaqla, həmin müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 il 5 ay 22 gün (iki il beş ay iyirmi iki gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 00:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 25 (otuz altı) manat və Təqsirləndirilən şəxs2 25 (otuz altı) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs1 isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar