Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-6/2024 20.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X14, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 32 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt ağır cinayətlər məhkəməsinin yerləşdiyi Sumqayıt məhkəmə kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı olmaqla cinayətdən xəbərsiz Şahid6 vasitəsi ilə 17 avqust 2020-ci il tarixdə tanış olduğu Qusar rayonu Yasab kənd sakini Şahid4 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yüksək vəzifələrdə işləyən tanışları olduğunu, onun oğlu Şahid5 öz tanışları vasitəsi ilə həmin Nazirliyin Qusar rayonu Cibir, Əniğ və Sudur kəndlərində yerləşən radio-televiziya yayımı şəbəkə ötürücü anten qüllələrinə quraşdırılacaq cihazlara nəzarət edən işçilərin rəhbəri kimi işə düzəltdirmək imkanına malik olmasını yalandan bildirib, bu məsələnin müsbət həlli üçün həmin nazirlikdə işləyən vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid4 aldatmaqla bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 18 avqust 2020-cı il tarixdə, saat təxminən 16 radələrində Şahid4 Qusar şəhəri, N.Nərimanov adına parkda Şahid5, Qusar rayonu Əniğ kənd sakinləri Şahid7 və Şahid8 yanında 2.000 (iki min) manat məbləğində nağd pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq edərək, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid4 təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid4 vasitəsi ilə 18 avqust 2020-ci il tarixdə tanış olduğu Qusar rayonu Əniğ kənd sakini Şahid7 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yüksək vəzifələrdə işləyən tanışları olduğunu, əvvəlcə onun oğlu Şahid8, sonra isə onun özünü tanışları vasitəsi ilə həmin Nazirliyin Qusar rayonu Əniğ kəndində yerləşən radio-televiziya yayımı şəbəkə ötürücü anten qülləsinə quraşdırılacaq yanğından mühafizə sisteminə nəzarətçi kimi işə düzəltdirmək imkanına malik olmasını yalandan bildirib, bu məsələnin müsbət həlli üçün həmin nazirlikdə işləyən vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını onu aldatmaqla bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 19 avqust 2020-cı il tarixdə, saat təxminən 09 radələrində Şahid7 Qusar şəhər avtovağzalının ərazisində Şahid8 yanında 1.000 (bir min) manat məbləğində nağd pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid7 məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq edərək, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin təkrarən rüşvət qismində verilməsinə onu təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid4 vasitəsi ilə 2020-ci ilin avqust ayının sonlarında tanış olduğu Qusar rayonu Cibir kənd sakini Şahid3 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yüksək vəzifələrdə işləyən tanışları olduğunu, onu öz tanışları vasitəsi ilə həmin Nazirliyin Qusar rayonu Cibir kəndində yerləşən radio-televiziya yayımı şəbəkə ötürücü anten qülləsinə quraşdırılacaq yanğından mühafizə sisteminə nəzarətçi kimi işə düzəltdirmək imkanına malik olmasını yalandan bildirib, bu məsələnin müsbət həlli üçün həmin nazirlikdə işləyən vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını onu aldatmaqla bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin avqust ayının sonlarında, saat təxminən 13 radələrində Şahid3 Şahid4 və onun ailə üzvlərinin yaşadıqları Qusar rayonu Yasab kəndində yerləşən fərdi yaşayış evində Şahid4 və onun oğlu Şahid5 yanında 1.000 (bir min) manat məbləğində nağd pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq edərək, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin təkrarən rüşvət qismində verilməsinə onu təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 15 avqust 2020-ci il tarixdə tanışı Xaçmaz rayonu Arzu kənd sakini Şahid6 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində şirkətin yaxın müddətdə keçirilmiş tenderin qalibi, özünün də bu işdə böyük əməyi olduğunu, sxem göstərək orada Azərbaycan Respublikası ərazisindəki bütün radioteleviziya yayımı şəbəkə ötürücü anten qüllələrinin əks olunduğunu, bu qüllələrə yanğından mühafizə sistemi quraşdırılacağını, bu cihazlara nəzarət etmək üçün işçilər axtarıldığını, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yüksək vəzifələrdə işləyən tanışları olduğunu, onu və arvadı X4 öz tanışları vasitəsi ilə həmin Nazirliyin Xaçmaz rayonu Yergüc kəndi və Yalama qəsəbəsi ərazilərində yerləşən radio-televiziya yayımı şəbəkə ötürücü anten qüllələrində nəzarətçi kimi işə düzəltdirmək imkanına malik olmasını yalandan bildirib, bu məsələnin müsbət həlli üçün həmin Nazirlikdə işləyən vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Zahilə Muradova və Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla bildirib, özü barəsində onda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla ondan 2020-ci ilin avqust ayının sonlarında, günorta saatlarından sonra Xaçmaz rayonu Arzu kəndində yerləşən evində 1.000 (bir min) manat, eyni niyyətlə 01 sentyabr 2020-ci il tarixdə, saat təxminən 15 radələrində isə Quba şəhəri, “ASAN Xidmət” Mərkəzinin yanında 1.000 (bir min) manat məbləğində nağd pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid6 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq edərək, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Zahilə Muradova və Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin təkrarən rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayının əvvəllərində Şahid4 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrdə işləyən tanışları olduğunu, öz tanışları vasitəsi ilə həmin Nazirlikdən ona kombayn ayırtmaq imkanına malik olmasını yalandan bildirib, bu məsələnin müsbət həlli üçün həmin Nazirlikdə işləyən yüksək vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını onu aldatmaqla bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla xx.xx.2020-ci il tarixdə, axşam saatlarında Şahid4 onun və ailə üzvlərinin yaşadıqları Qusar rayonu Yasab kəndində yerləşən fərdi yaşayış evində arvadı X5, oğlu Şahid5 və tanışı Şahid6 yanında 10.000 (on min) manat məbləğində nağd pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid4 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq edərək, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin təkrarən rüşvət qismində verilməsinə onu təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə 2020-ci ilin təxminən noyabr ayında tanış olduğu Qusar rayonu Cibir kənd sakini, şəhid anası Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinə Qusar rayonu Cibir kənd tam orta məktəbinə şəhid oğulları X3 adını verdirəcəyi imkanına malik olmasını yalandan bildirib, həmin adla Zərərçəkmiş şəxs1 2020-ci ilin dekabr ayının ortalarında, saat təxminən 19 radələrində kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 240C, blok 3, mərtəbə 4, mənzil 104 ünvanında yerləşən evdə 6.000 (altı min) manat, eyni niyyətlə təxminən 10-15 mart 2021-ci il tarixlər aralığında, saat təxminən 15 radələrində isə onların yaşadıqları Qusar rayonu Cibir kəndində yerləşən fərdi yaşayış evində sonuncunun qızı Şahid2 yanında 5.000 (beş min) manat məbləğində nağd pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 11.000 (on bir min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Şahid10 vasitəsi ilə 2020-ci ilin dekabr ayında tanış olduğu Yardımlı rayonu Peştəsər kənd sakini Zərərçəkmiş şəxs2 onun hərbi qulluqçu olan bacısı oğlu X9 barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaqı aparılmış cinayət işinə əvvəlcə xitam verdirəcəyi, daha sonra isə onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediləcəyi, ayağına elektron nəzarət vasitəsi bağlanılmaqla azadlığa buraxdıracağı imkanına malik olmasını yalandan bildirib, həmin adla Zərərçəkmiş şəxs2 2020-ci ilin dekabr ayının sonlarında, günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında yerləşən “Bravo” marketin qarşısındakı ərazidə Şahid10 məxsus “Mercedes Vito” markalı, ağ rəngli, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində sonuncunun iştirakı ilə 7.000 (yeddi min) manat məbləğində nağd pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs1 vasitəsi ilə 2021ci ilin fevral ayının əvvəllərində tanış olduğu Qusar rayonu Uqur kənd sakini Şahid9 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifələrdə işləyən tanışları olduğunu, onu öz tanışları vasitəsi ilə həmin Nazirliyin Qusar rayonu Uqur kəndi ərazisindəki meşəbəyiliyinə yeger kimi işə düzəltdirmək imkanına malik olmasını yalandan bildirib, bu məsələnin müsbət həlli üçün həmin Nazirlikdə işləyən yüksək vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını onu aldatmaqla bildirib, özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla sövdələşib, həmin adla 2021-ci ilin fevral ayının ortalarında Şahid9 qayınanası Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinin yaşadıqları Qusar rayonu Cibir kəndində yerləşən fərdi yaşayış evində sonuncu, qayınatası Şahid1 və bacanağı Şahid3 yanında 2.000 (iki min) manat məbləğində nağd pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid9 məxsus 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq edərək, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin təkrarən rüşvət qismində verilməsinə onu təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 1991-ci il tarixdə keçmiş X21 X17 İdarəsində və Baş Prokuror yanında X18 qrupunda müstəntiq vəzifəsində işləmişdir. Həmin vaxtlar müstəntiqlər Respublikanın müxtəlif bölgələrinə 20 günlük ezam olunaraq gedib-gəlmiş, onlardan biri də əslən Qusardan olan Tacəddin Mirzəyev olmuşdur. Onunla dostluq münasibətləri yaranmışdır. Daha sonra təsadüfən 2010-cu il ərəfəsində, uzun illər sonra Qubada olarkən Tacəddinlə rastlaşmış, Tacəddin vasitəsilə də Quba rayon Polis Şöbəsinin keçmiş rəis müavini Şahid6la tanış olmuşdur. Beləcə isti münasibətləri yaranmış, bir çox işdə Tahir köməklik göstərmişdir. Bir dəfə, təxminən 2020-ci ilin iyul ayında Tahirgildə qonaq olan zaman sonuncu ona Qusarın Yasab kəndindəki dostugilə qonaq getməyi təklif etmiş, qonaq kimi onu yaxşı qarşılamışlar. Onun ixtisasca hüquqşünas olduğunu bildikdə, torpaq problemlərinin olduğunu demiş, o da dost-tanış vasitəsilə bu problemin həllinə köməklik göstərə biləcəyini demişdir. Yaxın səlahiyyətli dostları vasitəsilə Qusar rayon İcra hakimiyyətinin başçısının qəbuluna getmişdir. Qəbulda ona problem barədə danışmağı təklif etdikdə problemi olan şəxsin özünün gəlib olanları danışacağını, bununla özünün bu məsələyə aidiyyatı olmadığını göstərmək istəmişdir. Həmin adam problemini bildirmiş, onun hektarla olan torpaq problemi həll edilmiş, bir gündə evinə telefon xətti çəkilmişdir. Həmin adam Şahid4 olmuşdur. Bir dəfə də Tahirlə Şahid4gildə olan zaman oraya üç nəfər kişi gəlmiş, Rafiq gələn şəxslə onu tanış edərək həmin şəxsin Qusar rayonu, qonşu Cibir kədindən olan Məməziyad olduğunu, sonuncunun şəhid atası olduğunu deyərək müəyyən problemlərinin həllində köməklik etməyini xahiş etmişdir. Bunda sonra onlara getmiş, Rübabə xanım i elə qarşılamış, ağlamışdır ki, özü də pis olmuşdur. Rübabə xanım ona onu bacısı kimi qəbul etməyi və köməklik göstərməyini xahiş etmişdir. Həmin vaxt onlar televiziyaya çıxmaq istəmiş, tanışları vasitəsilə “kanal 13”-ün nümayəndələri gəlib orada video çəkiliş aparmış, Rübabəgil də öz arzu-istəklərini bildirmişdirlər. Onun Rübabəgilin ailəsi ilə çox isti ailəvi münasibətləri yaranmışdır. Daha sonra onlar birlikdə biznes fəaliyyəti ilə məşğul olmağı təklif etmiş, özü də əvvəllər Balkanlarda və s. biznes fəaliyyəti ilə məşğul olmuşdur. Rübabəgilə Türkiyədə fabrik işlədən tanışları olduğunu, Qusarda onların adına müəssisə açıb birlikdə işlədə biləcəklərini demiş, bunun üçün ona 6.000 (altı min) manat pul vermişdilər. Dekabr-yanvar ayında Rübabə xanım ona zəng edərək qonaq qəbul edibetmədiyimi soruşmuş, Şamaxinka tərəfdə Rübabə xanımı qarşılamış, sonuncu ona qızları və nəvələri olmasına baxmayaraq bir subay oğlu şəhid olduğu üçün kişi nəsilləri kəsildiyindən əri bir neçə dəfə intihara cəhd edib. Ancaq əri haradansa öyrənib ki, müasir tibbin sayəsində yenidən o, bu yaşda oğlan övladı dünyaya gətirə bilər. Bunun ardınca ona Badamdarda “Caspian” klinikada analiz verdiyini dedi və birlikdə yoxlatmağı təklif etdi. Rübabə klinikaya keçmiş, təxminən bir-iki saat sonra sevinərək, analizlər müsbət çıxdığını, ana ola biləcəyini demişdir. Rübabə həmçinin ona həkimin bu iş üçün çox sayda pul vəsaitinin lazım olduğunu, tanışları vasitəsilə ona kömək etməyini xahiş etmişdir. X19 sədri Əflatunla yaxın dostu vasitəsilə ünsiyyət qurmuş, Əflatun onu Rübabə xanımla birlikdə qəbul edib “Sədərək” yarmarkasının direktoru Yusif Qədimbəyliyə zəng etmişdir. Yusif müəllim də çox həssaslıqla qarşılayıb nə lazımdırdsa köməklik edəcəyini demişdir. İlk olaraq Mərkəzi Klinikaya 9.000 (doqquz min) pul keçirildi. Hesab da açıq qaldı ki, nə qədər pul vəsaiti lazım olsa, yenə də pul köçürsünlər. Bu ərəfədə Rübabə xanım onlarda qalmış, onu kömək məqsədilə müxtəlif adamalarla görüşdürmüşdür. X10 Məhəmməd Əfəndiyevə “ARB” telekanalında olan tanışları vasitəsilə zəng etmiş, Rübabə xanımın 8.000 (səkkiz min) manatlıq əməliyyat onun üçün təmənnasız şəkildə həyata keçirilmişdir. Rübabənin əri Məməziyad kişi qarın yırtığından, “qastrit”-dən əziyyət çəkirdi. Onu da Vəli həkim əməliyyat elədi. 2021-ci ilin mart ayında Qusarda barəsində cinayət işi açılmasından xəbər tutmuş, həmin ərəfədə özünə qapandığından telefon zənglərinə cavab verməmişdir. 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi1la da tələbə vaxtından dost olduğundan 3.000 (üç min) manat pul vəsaitini Rasim vasitəsilə Rübabə xanıma göndərmişdir. Sonra da Müdafiəçi1la müqavilə bağlamışdır. Hər bir halda Rübabə xanım nəyi artıq desə də, haqsız desə də, haqlıdır. Çünki şəhid anasıdır. Rasim Rübabə xanıma aparıb 3.000 manatı verib gəlmişdir. Həmin vaxt təxminən 2022-ci ilin mart ayının 30-u olmuş, aprelin 9u Rasimə yenidən 5.000 (beş min) pul vermiş, həmin pulun 4.000 (dörd min) manatını Rübabə xanıma, 1.000 (br min) manatını da Nüsrət adlı kasıb bir adama verilmişdir. Rasim pulu verib, bu barədə də müstəntiqə məlumat vermişdir. Telefonu heç bir zaman qapalı olmayıb, mobil nömrəni dəyişməmişdir. İçərişəhərdə gəzdiyi yerdə polis əməkdaşları onu saxlayıb barəsində cinayət işi olduğunu, axtarışda olduğunu demişlər. Şahid4 gəldikdə, onun dediyi düzdür. Şahid4 kombayn almaq üçün ona pul vermiş, lakin alınmadığından o pullar da xərclənib getmişdir. Pulları qaytarmaq istəmiş, lakin əlacı olmamışdır. Şahid6 gəldikdə isə o vaxt bir nəfər demişdir ki, bəs yanğın təhlükəsizliyi üçün antenalar quraşdırır. Özləri ona belə bir şey olduğunu deyib siyahı vermişdirlər. O da Amada adında biri olmuş, sonradan onun öldüyünü eşitmiş, görməmişdir. O da belə bir şey olduğunu göstərmişdir. Ədalət Dostalıyevə gəldikdə, onun bacısı oğlunun “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi olmuşdur. O, keçmiş istintaqçı kimi bunun sevgi uğursuzluğu olduğunu düşünmüş, sonradan elə düz fikirləşdiyini öyrənmişdir. Xaçmazın “Yeni Həyat” kəndi olan tanışı vasitəsilə yas yerində adamın ölməsində Ədalətin bacısı oğlunun təqsiri olmadığının danışılmsını öyrənmişdir. Ədalət ona pul vermişdir ki, uşağın işində köməklik göstərsin. Bunun üçün Ədalaətdən 7.000 (yeddi min) pul almışdır. Bununla yanaşı heç kimə rüşvət vermədiyini, bu barədə heç kimə təklif etmədiyini, hətta nə iş görülməsində kömək etmişsə, geniş əlaqələri sayəsində təmənnasız etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq indiyə kimi barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Binəqədidə cinayət işi olduğunu, buna görə 01 il 11 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini, ondan əvvəl məhkumluğunun olmadığını bildirmişdir. Sumqayıtda CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan iş müddət keçdiyinə görə yox, sadəcə olaraq orada cinayət hadisəsi olmadığından xitam olunmuşdur. Barəsində Qəbələdə olmuş cinayət işində ziyan ödənilmişdir. Kəlbiyevanın yenidən ana olmasına köməklik etməkdə məqsədinin yalnız xeyirxahlıq olduğunu, Rübabəgildən şəhid oğlunun adının məktəbə verilməsinə görə pul almadığını, pulu Rübabəgildən Zərərçəkmiş şəxs1 hamilə qalması üçün deyil, birlikdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 suallarına cavab olaraq onları Qarabağda iş yoldaşı olan Şahid10 görə tanıdığını, Mübarizin ondan kömək istədiyini, əslində onları aldatmaq niyyətinin olmadığını bildirmişdir. Onun ya oğlu, ya da qardaşı oğlu barəsində “intihar həddinə çatdırma” ilə bağlı cinayət işi açılmış, ölən şəxs də Xaçmazın “Yeni Həyat” qəsəbəsindən olmuşdur. Oraya getmiş, bölmə rəisi ilə görüşmüş, tanışları vasitəsilə dəfndə əslində şəxsi heç kimin intihar həddinə çatdırmadığını, sevgi uğursuzluğuna görə özünü öldürdüyünü öyrənmişdir. Bu işlə bağlı köməklik üçün tanışları ilə, vəkillə əlaqə saxlamış, ancaq kiməsə rüşvət verməmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq ifadəsində sadaladığı məsələlərlə bağlı şəxslərin ona yaxınlaşdığını, Ədalətin işi ilə bağlı getdiyini, görüşdüyünü, öyrəndikləri əsasında əslində məsələnin necə olduğu barədə məlumat verdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də iş üzrə qiymətləndirilməklə mötəbər sübut kimi qəbul edir. Cinayət işi üzrə 22 noyabr 2021-ci il tarixli qərarla zərər çəkmiş şəxs kimi tanınaraq məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, bacısı oğlunun əsgərlikdə problemləri olmuşdur. Pandemiya dönəminə düşmüş, onun yanına gedə bilməmişdirlər. Qardaşı oğlunu yiyəsiz adam kimi yükləmişdirlər. İmkansızlıqdan, həm də pandemiyadan dolayı qardaşı oğlunun yanına gedə bilməmişdirlər. Bacısı oğlunun işi Gəncə məhkəməsinə gəlmiş, onun bu işdə təqsiri olmadığını sübuta yetirmək istəmişdirlər. X24 meydana çıxartmışdır. İlham onlardan 10.000 (on min) pul istəmişdir. İlham 10.000 verəcəkləri təqdirdə, bacısı oğlunu bu işdən qurtaracağını, ən pis halda sonuncunun ayağına qandal vuracaqlarını söyləmişdirlər. O, da İlhama 10.000 deyil, 8.000 (səkkiz min) tapa biləcəyini bildirmişdir. İlham da 8.000 manata onlarla razılaşmışdır. Pulu İlhama avtomobildə vermişdir. Avtomobildə olan zaman Mübariz demişdir ki, “pulu ver buna”. O, Mübarizə İlhamı tanımadığını bildirib pulu Mübarizə vermişdir. Heç vaxt da ifadələrində pulu İlhama verdiyini qeyd etməmişdir. Pulu sayıb Mübarizə vermiş, sonuncu da onun yanında pul vəsaitini sayıb İlhama vermişdir. Mübariz pulu İlhama onun yanında vermişdir, İlham avtomobildən düşərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs bu işlə bağlı ifadəsində bildirdiyi kimi heç yerə də getməmişdir. O, özü adam yığıb getmişdir. İlham hazırda onun dediklərini, öyrəndiklərini söyləyir, heç kimin də yanına getməmişdir. Hətta bir dəfə harasa getmək üçün İlham ondan 2.000 (iki min) pul istəmiş, o da İlhama konkret olaraq razılaşdıqlarını, əlavə pul verməyə imkanın olmadığını söyləmişdir. Heç İlhamın ondan yenidən pul istəməyindən Mübarizin xəbəri olmamışdır. Özü də İlhama Mübarizsiz pul verməyəcəyini demişdir. İlham ondan 2.000 istədikdən sonra o, Mübarizlə əlaqə saxlayaraq İlhamın 2.000 manat pul istəməsi barədə ona məlumat vermişdir. Mübariz də ona İlhamla əlaqələrini kəsdiyini, pul verməməyini bildirmişdir. Bir dəfə İlham yenə zəng edərək şahidlərin qapısına gedib onlara pul verilməli olduğunu, bu səbəbdən də ona dərhal pul və avtomobil verməyini tapşırmışdır. Həmin vaxt o, Yardımlıda, İlham da Bakıda olmuşdur. O, da ona Yardımlıda olduğunu, nə səbəbə, hansı şəkildə pul verməli olduğunu söyləyib İlhama pul verməkdən imtina etmişdir. Beləcə, işin üstü açılmışdır ki, əslində İlham onların işi ilə bağlı harasa getməmişdir. Həmin uşaq tutulmuş və məlum olmuşdur ki, bu işlə bağlı Təqsirləndirilən şəxs kiminsə yanına gedib bir kəlmə söz belə deməmişdir. Zərərçəkmiş şəxs2 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, İlhama 8.000 pul vermişdir. 1.000 manat bir dəfə İlhama verməsi üçün Mübarizə göndərmiş, 7.000 də sonra vermişdir. İlhamla Mübariz vasitəsilə tanış olmuşdur. Mübarizlə İlham dost, cəbhə yoldaşı olmuşdurlar. İlhama Mübarizə görə inanmışdır. İlham ona demişdir ki, hüquqşünas olub. Tanışları vardır. Tanışları vasitəsilə işi həll etməli idi. Hətta məhkəmə iclasları gedən zaman gəlib İlhama demişdir ki, dövlət ittihamçısı onların əleyhinə gedir, bəs sən necə tapşırmısan. İlham ona demişdir ki, guya Respublika Prokuroru ilə danışıb, arxayın şəkildə gedib oturun, narahat olmayın. Bacısı oğlu azdlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o tutulduqdan sonra bilmişdirlər ki, İlham heç kəslə heç nə danışmamışdır. Bacısı oğlu cəza aldıqdan sonra İlham qaçmışdır. Əvvəllər Təqsirləndirilən şəxs bir-iki dəfə telefon zənglərinə cavab vermişdir. Daha sonra ümumiyyətlə zənglərə cavab verməmişdir. Zəngə cavab verəndə Təqsirləndirilən şəxs pulu geri qaytaracağını demişdir. İlhamı tapa bilməyəndən sonra Mübarizlə dəfələrlə əlaqə saxlamışdır. Mübariz də İlhamı tapacağını söyləmişdir. Əslində şikayəti də Mübariz etmişdir. Ona dəymiş ziyandan heç nə ödənilməmişdir. Pulunu istəyir. Zərərçəkmiş şəxs2 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, məhz İlhama pul verməmişdir. İlhamın yanında pulu Mübarizə verəndə 7.000-i də əlində gətirmişdir. Avtomobildə olan zaman Mübariz pul vəsaitini İlhama verməyini tapşırmışdır. O, pulu yəni 7.000-i Mübarizə vermişdir. Mübariz də gözünün qabağında pulu sayıb İlhama vermiş, heç cibinə belə qoymamışdır. İlham da avtomobildən düşərək çıxıb getmişdir. 1.000 manatı 7.000 manatdan əvvəl, İlhamın yol xərcləri üçün Mübarizə vermişdir. İlham işlə bağlı Gəncə, Xaçmaz, Qusara və s. haraya gedəcəkdisə, bunun üçün 1.000 manat almışdır. Sonra da 7.000 vermişdir. İlham ona demişdir ki, Respublika Prokurorluğunda və s. tanışları vardır, yüksək vəzifəli şəxslərlə oturub-durur. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin suallarına cavab olaraq bildirmişdir ki, İlham Nüşabə xanımı gözü ilə görməmişdir. İlham azadlıqda olanda da iki il ərzində onun pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 7.000 (yeddi min) manat pul vəsaiti almışdır. Cinayət işi üzrə 23 may 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs kimi tanınaraq məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs heç əvvəldən tanımamışdırlar. Oğlu şəhid olandan sonra kəndlərindəki məktəbə oğlunun adının verilməsini istəmişdirlər. Kürəkəni Radik gəlib demişdir ki, İlham adlı tanışı var, onu onların evinə gətirə bilər. Onlar da razılaşmışdırlar. Radik də Təqsirləndirilən şəxs Rafiq vasitəsilə tanımışdır. Bundan sonra əri avtomobiliylə Yasaba Rafiqgilə getmiş və İlhamı onlara gətirmişdir. İlham onlara gələrək oturmuş, yeyibiçmişdir. İlham birinci dəfə məktəbə oğlunun adının verilməsi məsələsini həll etməyə razılaşmamışdır. Sonra yenə gəlmişdir. Yenidən gələn zaman kişilər öz arasında söhbət etmişdirlər. İlham ərinə yol xərci kimi 1.000 (bir min) manat gətirməsini demişdir. İlham deməmişdir ki, bu işi bacarmaz, əlində gəlməz. Dedi ki, “bacara bilsəm, baxaram”. Bundan sonra əri İlhama 1.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu alıb getmişdir. Bu proseslər oğlu şəhid olduqdan təxminən altı ay sonra baş verən proseslər idi, heç bir il keçməmişdir. İlham gedəndən təxminən bir həftə sonra yenidən gələrək 6.000 (altı min) manat pul lazım olduğunu demişdir. Həmin vaxt əri də evdə yox idi, Xaçmaza getmişdir. Həmin ərəfələrdə o özü də Bakıya gəlməli olmuş, İlham heç bilməmişdir ki, o, özü ilə 6.000 manat götürmüş ya yox. İlhamla birlikdə sonuncunun Xırdalandakı evinə getmişdirlər. Bu yolda İlhamın cibindən də bir qəpik pul çıxmamışdır. İlhama evində çıxarıb 6.000 manat pul vəsaiti vermişdir. Pulu verəndən sonra çıxıb gəlmişdir. Kəndə qayıtdıqdan sonra İlham evinə gəlmiş, 5.000 (beş min) manat pul vermişdir. İlham ona demişdir ki, Alikin borcunu qaytarıb. Bu 11.000 (on bir min) manat pul onun şəhid övladının puludur. Gəlib onu ələ salıb getmişdir. Onu aldatmışdır. Təqsirləndirilən şəxs onlarda yaxşıca yeyib-içib özü üçün gəzmişdir. İlhamla şəxsi qərəzliyi yoxdur. İlhamdan ona görə şikayət etmişdir ki, iki ayın tamamında İlhama zəng etmiş, ancaq o, telefon zənglərinə cavab verməmişdir. Aldatmaq fikri olmayan insan zəng edib məsələnin həllinə gücünün çatmadığını, əlinin aşağı olduğunu bildirərdi. Zəng edəndə ən azından cavab versəydi, yaxşı olardımı? Məsələ də bu yerə kimi gəlib çatmazdı. İlham hələ Rafiqi də, Rafiqin oğlunu da, Qubadakı Tahiri də aldadıb. Bununla yanaşı, kürəkəni Amid də çox kasıbdır. İlham iş deyəndə Amid sevindi. İlhamın gözü qarşısında 2.000 (iki min) manat pulu çıxarıb Amidə vermişdir ki, İlhama versin. Amid pulu gözünün qarşısında İlhama vermişdir. Onun 3.000 (üç min) manatını bir dəfə İlhamın vəkili Rasim gətirib vermişdir. Təxminən bir həftəon gün keçdi, Rasim yenidən zəng etdi və Qusarda 4.000 (dörd min) manat pul vəsaitini ona geri qaytardı. İlhamın azadlıqda olmasının və ya tutulmasının onun üçün heç bir fərqi yoxdur. 4.000 manat onun pulu, 2.000 manat da Amidin pulu olmaqla, ümumilikdə 6.000 manat pul vəsaiti İlham tərəfindən qaytarılmayıb və qalan 6.000 manata da o cavabdehdir. 6.000 manat pulu qaytarmırsa, İlhama ən ağır cəzanın verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, əri İlhamla kəndin içərisindəki məktəbə şəhid oğlunun adının verilməsi məsələsini danışmışdır. Təqsirləndirilən şəxs məktəbə oğlunun adının verilməsinə köməklik edəcəyini söyləmişdir. İlham əvvəl məktəbə oğlunun adı verilməsi məsələsinə “baxacağını” deyərək 1.000 (bir min) manat pulu alıb getmişdir. Sonra Təqsirləndirilən şəxs demişdir ki, məktəbə oğlunun adını verdirməyi bacaracaqdır. İlham yüksək vəzifədə işləyən insanların adlarını çəkərək tanışları olduğunu, tanışları vasitəsilə bu məsələni həll edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onlar ilk dəfə məktəbə oğlunun adının verilməsini dedikdə, İlham onlara etiraz etməmişdir. Üçüncü dəfə gəldikdə isə, məsələni həll edə biləcəyini deyərək yalan vədlər vermiş və getmişdir. Onun ayaqlarında tromb olmuşdur. Məhəmməd həkim sağ olsun, o, əməliyyatı onun üçün tam təmənnasız etmişdir. Əri də əməliyyat olunmuşdur. İlhamın cibindən bir qəpik çıxmamışdır. Əflatunun yanına gedəndə özü də yaxşı bilir ki, ona heç bir köməklik olmamışdır. İlham burada yalandan onların adını çəkmişdir. Guya klinikaya gedəndə Mircavadın adını çəkir. Mircavad heç onu saymamış, İlhamı təhqir etmişdir. Adını çəkdiyi insanlar heç İlhamı saymır, onu nalayiq ifadələrlə təhqir edirlər. Təqsirləndirilən şəxs çox adama kələk gəlib. Sədərək bazarının direktoru xəstəliyi üçün ona pul ayırmamışdır. Mircavadla Sədərəyə getmişdirlər. İlham özü də gəlmişdir, ancaq bayırda dayanmış, onun xəbəri olmamışdır. Ona Mircavad kömək edib, pul da ona verilməyib, klinikanın hesabına köçürülmüşdür. Mircavadı İlham vasitəsilə tanımışdır. Ərinin müalicəsində də İlham əri ilə birlikdə getmişdir. İlk dəfə 6.000 manatı alanda İlham sadəcə olaraq yüksək vəzifəli tanışlarının olduğunu bildirmiş, konkret olaraq kiminsə adını çəkməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qaynatasıgil vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs qaynatasıgil gəlmişdir. İlham ona 2.000 manat pul verəcəyi təqdirdə onu ekologiyada işə düzəldəyini bildirmişdir. O, da pulu qaynatasından götürmüşdür. Elə oradaca Təqsirləndirilən şəxs 2.000 manat pul vermişdir. 11.000 manat pul vəsaitindən də xəbəri vardır. Belə ki, Təqsirləndirilən şəxs kənddəki məktəbə ad vermək adı ilə pul almışdır. Oa Zərərçəkmiş şəxs Şahid9 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, ona dəymiş 2.000 manat maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmamışdır. Zərərçəkmiş şəxs Şahid9 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, İlham ondan 2.000 manat pul vəsaiti almışdır. 2.000 manatı ondan işə düzəltmək adı ilə almışdır. Qeyd etdiyi pul vəsaitini İlham özünə almışdır. Təqsirləndirilən şəxs 2.000 manatı ondan qaynatasının evində almışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, onu işə düzəldəcək, əvəzində ona 2.000 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ondan stansiyada işə düzəltmək üçün pul almışdır. Təqsirləndirilən şəxslə Yasab kəndində tanış olmuş, pulu da orada vermişdir. İlhama 1.000 (bir min) manat pul vermişdir. Zərərçəkmiş şəxs Şahid3 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 1.000 manat pulu qaytarılmamışdır. Hazırda İlhamdan şikayətçidir, pulunun qaytarılmasını tələb edir. Zərərçəkmiş şəxs Şahid3 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, pul vəsaiti özünün olmuşdur. Pulu şəxsən İlhama vermişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Qubalı müəllim vasitəsilə İlham onlara gəlib, tanış olmuşdur. Elə oldu ki, İlhamla birlikdə kombayn almaq qərarına gəlmişdirlər. 10.000 manat pul götürmüşdür. Təqsirləndirilən şəxs pulu götürüb getmişdir. Ona dəymiş ziyandan hər hansı məbləğdə pul vəsaiti geri qaytarılmamışdır. Daha doğrusu, 10.000 manatdan 800 (səkkiz yüz) manatı geri qaytarılmışdır. Pul vəsaiti özünün olmuşdur. Oğlu ilə bağlı da sonuncunu işə düzəltmək adı ilə 2.000 (iki min) manat pul almışdır. 10.000 manatı kombayn almaq adı ilə, 2.000 manatı da işə düzəltmək adı ilə almışdır. Zərərçəkmiş şəxs Şahid4 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü vəkil kimi təqdim etmişdir. İlham demişdir ki, kombaynı ikisi birlikdə alıb işlədəcək. Pulu Təqsirləndirilən şəxs birdəfəlik vermişdir. Pul vəsaitini Təqsirləndirilən şəxs öz evində vermişdir. Pulu verən zaman yanında arvadı və oğlu olmuşdur. Həmçinin Tahir də orda olmuşdur. Kombaynı iki aya alacaqdı. İlhamın kombaynı kimdən və haradan alacağı ilə bağlı heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs Şahid4 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, 10.000 manatdan ancaq 800 manatı ona geri qaytarılıb. Kombaynı əkin-biçin işləri ilə məşğul olmaq üçün alacaqdı. Birlikdə taxıl əkib, əkin-biçinlə məşğul olacaqdılar. Ortaq biznes fəaliyyəti üçün İlhamın nə qədər pul qoyduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2004-cü ildən tanımış, aralarında çox yaxın münasibət olmuşdur. Təqsirləndirilən şəxs evinə gedib-gələn adamdır. Bu illər ərzində Təqsirləndirilən şəxs ona çox sayda təmənnasız köməkliklər göstərmişdir. Elə axırıncı dəfə etmiş olduğu köməkliyi misal çəkə bilər ki, 2020-ci il tarixdə onun xəbəri olmadan oğlu əsgərlikdə olan zaman Təqsirləndirilən şəxs oğlunun yanına gedərək ona baş çəkib, lazımi köməkliyi göstərmişdi. Ona dəymiş ziyanı da Təqsirləndirilən şəxs qardaşı tam şəkildə ödəmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Şahid6 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, pulu şirinlik kimi İlhama vermişdir. İbtidai istintaq zamanı ifadəni sərbəst şəkildə özü vermişdir. İlhamdan polis orqanına şikayət etməmişdir. Təqsirləndirilən şəxslə bağlı harasa şikayət etməmişdir. İlhamla bağlı prokurorluğa şikayət etmişdir. Təqsirləndirilən şəxs onu və arvadını Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Yüksək Antenlərlə bağlı qurumda işə düzəltmək üçün 2.000 (iki min) manat pul vermişdir. Pulu şirinlik kimi versə də, tez qaytarması üçün şikayət etmişdir. Təqsirləndirilən şəxs iki aya onların iş məsələsini düzəltməli idi. Pulu Təqsirləndirilən şəxs iki il qabaq təxminən iyun-iyul ayında vermişdir. Prokurorluğa şikayət etməmişdən qabaq İlhamla danışıb pulu almağa cəhd etmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, iş alınmır, ancaq pulunu qaytaracaqdır. Rafiq Qusar sakinidir. Rafiq onun yanında Təqsirləndirilən şəxs pul vəsaiti vermişdir. Rafiq ona görə İlhama pul verib ki, Rafiq traktor almalı idi və birlikdə biznes fəaliyyəti ilə məşğul olmalı idilər. Bununla yanaşı, İlham Rafiqə torpaq sahəsi ilə bağlı problemin həllində kömkəlik edib, evinə telefon xətti çəkib. Təqsirləndirilən şəxs traktor satmırdı, sadəcə olaraq traktor alınmasına köməklik göstərəcəkdi. İlhamın traktor alıb-almamasından xəbəri yoxdur. Prokurorluğa şikayət edənə kimi onun ziyanın ödənilməmişdir. Zərərçəkmiş şəxs Şahid6 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, dəymiş ziyan tam həcmdə qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Şahid6 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, bir gün Şahid4 ona zəng edib ondan ailədə işləməyən olub-olmadığını soruşmuşdur. O, da Rafiqə demişdir ki, oğlu müəllim işləyir, özü də ikinci qrup əlildir. Rafiq ona iş olduğunu deyərək işləyib-işləmək istəmədiyini soruşmuşdur. O, da ikinci qrup əlil olduğu üçün işləyə bilməyəcəyini bildirmişdir. Bu zaman Rafiq ona işin ağır iş olmadığını söyləmişdir. Zəngləşdikdən sonra Rafiqgilə getmişdir. İş də telestansiyada yanğınsöndürən işi idi. Bundan sonra Rafiq ona demişdir ki, işdə ştat açılması üçün pul lazım olacaq. Nə qədər lazım olduğu ilə maraqlandıqda, 1.000 (bir min) manat pul lazım olduğunu qeyd etmişdir. Bundan sonra onlar axşamüstü Nərimanov parkına gəlmiş və orada İlhamla görüşmüşdürlər. İş barədə orada İlhamla danışmışdır. İlham ona işi başa salmışdır. İşi İlham özü həll etməyəcək, həmin işdəki tanışı vasitəsilə onun işə düzəlməyinə köməklik edəcəkdir. İlham da ştatın açılması üçün 1.000 manat pul lazım olduğunu, əgər iş düzəlməsə, pulunu qaytaracağını vurğulamışdır. İlham ona işinin iki aya düzəlməli olduğunu demişdir. Ancaq iş məsələsi iki ay ərzində həll olunmamışdır. Pulu da İlhama səhəri günü avtovağzalda vermişdir. Belə ki, avtovağzala oğlu ilə birlikdə gələrək İlhama 1.000 manat pul vermişdir. Həmin vaxt da onun özündə heç pul olmamış, pulu başqasından alıb İlhama vermişdir. Pulu verdikdən sonra işi ilə maraqlanmaq üçün İlhamla əlaqə saxlayan zaman İlham işinin alınmadığını, pulumu qaytaracağını bildirmişdir. Bu söhbət sonra şikayətə kimi uzandı. Şikayət verdikdən sonra pulu olduğu kimi ona qaytarmışdır. Notariusda ziyanın ödənilməsi, barışığın olması ilə bağlı sənəd yazdıqdan sonra həmin barışıq sənədini aparıb prokurorluq orqanına vermişdir. Zərərçəkmiş şəxs Şahid7 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, İlham onu işə düzəltmədiyi üçün prokurorluq orqanına şikayət etmişdir. Şikayətdən təxminən bir ay-ay yarım sonra pulu ona qaytarıldı. 1.000 manat pul vermişdir, 1.000 manatı da qaytarılmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan heç bir şikayət və tələbim yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İlhamı onunla kürəkəni Yasabda tanış etmişdir. Kürəkəni ona X1, müxtəlif problemlərin həllinə köməklik göstərdiyini bildirmişdir. Oraya gedib İlhamla söhbət etmişdir. Həmin gün yox, onun sabahısı ikinci günü Təqsirləndirilən şəxs onlara gəlmişdir. Pulu Təqsirləndirilən şəxs kənddəki məktəbə oğlunun adının verilməsi üçün vermişdirlər. Pulu arvadı vermişdir. Arvadı Zərərçəkmiş şəxs1 5.000 və 6.000 manat olmaqla, ümumilikdə 11.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs qeyd etdiyi məsələnin həlli üçün vermişdir. Həmin pul da oğlu şəhid olduğu üçün dövlət tərəfindən verilmiş sığorta pulu idi. Həmin 11.000 manat pul vəsaitindən 7.000 manat onlara qaytarılmışdır. 4.000 manat pul vəsaiti isə hələ də qaytarılmamışdır. Bununla yanaşı, kürəkəni də Təqsirləndirilən şəxs pul vermişdir. Belə ki, Təqsirləndirilən şəxs kürəkənindən sonuncunu işə düzəltmək adı ilə 2.000 manat pul almışdır. Arvadı pul vəsaitini İlhama onun yanında verməmişdir. Ancaq kürəkəni Amid 2.000 manatı İlhama verəndə o, da sözügedən şəxslərin yanında olmuşdur. Təqsirləndirilən şəxs kürəkəni Radik vasitəsilə tanımışdır. Radik İlhamı ona tanışı Rafiqin bir çox problemini həll edən, bacarıqlı şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs Rafiq üçün konkret olaraq nə iş düzəltdiyini bilməmişdir. İbtidai istintaq zamanı müstəntiqə vermiş olduğu ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, bir gün fermer, Yasab kənd sakini Rafiq dayı atasına zəng edib kəndin yaxınlığındakı televiziya stansiyasında iş vakansiyasının açılacağını, imkan varsa, görüşmək lazım olduğunu bildirdi. Onlar da Yasab kəndinə Rafiqin yanına getmiş, Rafiq orada stansiyada iş ştatının açılması üçün 1.000 manat pul lazım olduğunu demişdir. Hətta Rafiq öz oğlunu da bu şəkildə işə düzəltdirəcəyini, sadəcə olaraq onun oğlunun ayrı bir kənddə işləyəcəyini demişdir. Oradan Nərimanov parkına gəlmiş, Nərimanov parkında İlham müəllimlə görüşmüşlər. Sabahı günün səhəri atası ilə birlikdə Təqsirləndirilən şəxs 1.000 manat pul vermiş, Təqsirləndirilən şəxs işin iki aya düzələcəyini demişdir. İş iki aya düzəlməmişdir. Həmin 1.000 manatı da borc almışlar. Atası İlham müəllimlə əlaqə saxladıqda, sonuncu az müddətdə pulu qaytaracağını vəd etmiş, lakin pulu qaytarmamışdır. Ona görə də İlhamdan şikayət etməli olmuşlar, İlhamdan şikayət etdikdən təxminən bir ay-ay yarım sonra İlhamın vəkili pulu gətirib qaytarmışdır. Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 1991-ci il tarixdən tanımış, 1991-ci ildən birlikdə işləmişdirlər. “Tərtər işi” ilə bağlı bir qohumu tutulmuşdur. Qohumunun tanışları da köməkliklə bağlı ona müraciət etmişdirlər. O, da bununla bağlı İlhama məlumat vermişdir. İlham da ona demişdir ki, heç bir problem yoxdur, məsələni həll edə bilər. Beləcə İlhamla həmin şəxsləri calaşdırmışdır. Qohumu onun iştirakı ilə İlhama 7.000 manat pul vermişdir. Həmin qohumunun adı Ədalətdir, Ədalət Dostalıyev. Ədalət pulu ona vermiş, o, da pulu İlhama vermişdir. Pul da Ədalətin pulu olmuşdur. Ona görə zərər çəkmiş şəxs kimi tanınmaq istəmişdir ki, Ədalət pulunu ondan almışdır. Pulu Ədalət ona vermiş, o da pulu İlhama vermişdir. Bu səbəbdən də Ədalət pulunu ondan tələb etmişdir. Ədalət pulunu aldı. Ədalət pulunu verməyəcəyi təqdirdə evini yandıracağını demişdir. Ədalətə 7.000 manat pul vermişdir. Heç olmasa, İlham cəzasını çəkib qurtardıqdan sonra pulunu hissə-hissə qaytarsın. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona demişdir ki, onu stansiyada işə düzəldəcəkdir. Ancaq işə düzəltməmişdir. Pulu götürüb çıxıb getmişdir. İlhamı 03 il idi ki, vəzifəli şəxs kimi tanımışdır. İlhamın konkret olaraq nə vəzifədə işlədiyi yadında deyildir. Təqsirləndirilən şəxs 2.000 (iki min) manat pul vermişdir. Pulu Təqsirləndirilən şəxs yaşadığı evdə vermişdir. Pulu verən zaman yanında atası olmuşdur. İlham onu üç ay ərzində işə düzəltdirəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyandan hər hansı məbləğdə pul vəsaitini qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. İlhama vermiş olduğu pul vəsaitini atasından götürüb İlhama vermişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs1, Şahid9, Şahid4, Şahid5, Şahid3, Şahid7, Şahid6, X8 İlham Mayıl oğlu barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdirlər. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 3247 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, CD-də Təqsirləndirilən şəxs istifadəsində olmuş “051 660-24-48” saylı mobil nömrənin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrə vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. CD-də əks olunan fayllara daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş “051 660-24-48” saylı mobil telefon nömrəsinin mütəmadi olaraq müxtəlif tarixlərdə Qusar, Xaçmaz, Quba rayonları ərazisində olan antenlər vasitəsilə şəbəkəyə qoşulması, eləcə də onun həmin mobil telefon nömrəsi ilə Şahid9 istifadəsində olan “050 416-40-30”, Şahid3 istifadəsində olan “070 699-02-00”, Şahid4 istifadəsində olan “070 508-07-32”, Zərərçəkmiş şəxs1 istifadəsində olan “051 656-12-38”, “077 303-38-22”, Şahid6 istifadəsində olan “050 523-80-03”, Şahid5 istifadəsində olan “070 588-47-46” saylı mobil telefon nömrələri aralarında müxtəlif tarixlərdə danışıqlar aparılması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, BKC/LGL-3462/22 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, CD-də Təqsirləndirilən şəxs istifadəsində olmuş “055 757-52-90” saylı mobil nömrənin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrə vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. Həmin fayllara daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş “055 757-52-90” saylı mobil telefon nömrəsindən mütəmadi olaraq müxtəlif tarixlərdə Qusar, Xaçmaz, Quba rayonları ərazisində olan antenlər vasitəsilə şəbəkəyə qoşulması, eləcə də onun həmin mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan “077 303-38-22”, Şahid6 istifadəsində olan “050 523-80-03” saylı mobil telefon nömrələri aralarında müxtəlif tarixlərdə danışıqlar aparılması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, AZF/LGL-5255/22 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, CD-də Təqsirləndirilən şəxs istifadəsində olmuş “070 220-12-41” saylı mobil nömrənin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən giriş-çıxış zənglərinin siyahısı, anket məlumatları, həmin nömrə vasitəsi ilə qeyd olunan müddətdə daxil olmuş və göndərilmiş SMS-lərin məzmunu ilə bağlı məlumatlar əks olunmuşdur. CD-də əks olunan fayllara daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş “070 220-12-41” saylı mobil telefon nömrəsindən mütəmadi olaraq müxtəlif tarixlərdə Qusar, Xaçmaz, Quba rayonları ərazisində olan antenlər vasitəsilə şəbəkəyə qoşulması, eləcə də onun həmin mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan “077 303-38-22” və “051 656-12-38”, Şahid1 istifadəsində olan “070 917-08-15”, Şahid9 istifadəsində olan “050 416-40-30”, Şahid7 istifadəsində olan “070 568-01-08”, Şahid3 istifadəsində olan “070 699-02-00”, Şahid4 istifadəsində olan “070 508-07-32”, Şahid5 istifadəsində olan “070 588-47-46” saylı mobil telefon nömrələri aralarında müxtəlif tarixlərdə danışıqlar aparılması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs uşaqları X6 xx.xx.2010-cu il təvəllüdlü olmaqla azyaşlı, X7 xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işinin istintaqı aparılaraq xx.xx.2020-ci il tarixdə CPM-nin 39.1.3-cü maddəsinə əsasən icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs Qəbələ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 73-1.2-maddəsinə əsasən onun barəsində cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş və o Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş və o Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Şahid9 dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş və o Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Əlimətov X2 İlham Mail oğlundan şikayətçidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Şahid4 Təqsirləndirilən şəxs şikayətçidir, ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Şahid6 dəymiş ziyan tam həcmdə ödənilmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Şahid7 dəymiş ziyan tam həcmdə ödənilmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Appelyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli qərardadında təsbit edilmiş hüquqi yanaşmaya görə, psevdo vasitəçiyə rüşvət şəkilndə pul və sair nemətlər verilməsi halında” rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur və yalançı vasitəçinin əməli korrupsiya cinayətinin obyektinə zərər vurmur, yəni belə vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, əmlak münasibətlərinə zərər vurmağa yönəlir və əməli dələduzluq cinayəti ilə tam əhatə olunur. Bu baxımdan yalançı vasitəçinin əməli yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulu aldatma yolu ilə əldə etmiş, onun zərər çəkmişin xeyrinə hər hansı hərəkət etmək, ona kömək etmək niyyəti olmamış, rüşvət vermədə yalançı vasitəçilik etməklə əməlləri korrupsiya cinayətinin obyektinə-dövlət qulluğunun mənafeyinə deyil, yalnız əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O, cümlədən, hakim qanunu və vicdanı rəhbər tutraq sübutların məcmusuna hərtərəfli, tam və obyektik baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 2015-ci il 11 iyul tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun Qərarına dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Bu xarakterli işlər üzrə məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsi məhkəmədə təkzib edilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə dələduzluq cinayətini törədərkən müxtəlif dövlət orqanlarında nüfuzlu tanışlarının olduğunu, müəyyən məbləğdə pul müqabilində onların köməyi və vasitəçiliyindən istifadə etmək adı ilə zərər çəkmiş şəxslərin xeyrinə onların maraqlarına xidmət edən hərəkətlər edəcəyi vədi ilə əmlaklarını ələ keçirmiş, niyyəti əvvəlcədən zərər çəkmiş şəxsləri aldadaraq onların əmlaklarını ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsi, bir yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs dələduzluq cinayəti nəticəsində vurduğu maddi ziyanı Zərərçəkmiş şəxs1 7.000 manat olmaqla qismən, Şahid6 və Şahid7 isə tam həcmdə ödənmsi Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi xüsusatı üzrə bildirir ki, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Həmçinin DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənməmiş yeni cinayət törətmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 04 mart 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə tutulmuş, “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 mart 2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 04 mart 2022-ci il tarixdən 05 mart 2022-ci il tarixədək olan müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Hazırki iş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdən 05 mart 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 12 aprel 2022-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-6/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-6/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver