Məhkəmə qərarları › İş №1(124)-60/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-60/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-60/2022 19.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur (sədrlik edən), Əliyev Fikrət Hüseyn oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1999-cu ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Məmmədbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanında müvəqqəti məskunlaşmış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxil edilmiş psixotrop maddə metamfetaminin qəbulu nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə, 22 may 2021-ci il tarixdə günorta saatlarında həmin psixotrop maddədən şəxsən istifadə etmək üçün Abşeron rayonu Müşfiqabad qəsəbəsində X2 25 manata satış məqsədi olmadan 01 ədəd şəffaf rəngli sellofan bükümdə, onun içərisində isə 03 ədəd şəffaf rəngli sellofan bükümlərdə olmaqla, ümumi təmiz çəkiləri 3,071 qram olan külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxlamış və həmin gün saat saat 20:45-də Sumqayıt şəhər Avtovağzalının yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən, onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibində 01 ədəd şəffaf rəngli sellofan bükümdə, onun içərisində isə 03 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,009 qram, 1,151 qram və 0,911 qram olmaqla ümumi təmiz çəkiləri 3,071 qram olan, külli miqdarda, kimyəvi tərkib komponentlərinə görə bir-biri ilə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs üzünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, onun psixotrop maddəni satış məqsədi ilə əldə etmək məqsədi olmamış, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır. Belə ki, 22 may 2021-ci ildə saat 15 radələrində “20 Yanvar” metrostansiyası yaxınlarında olmuş, oradan əvvəldən tanıdığı Fərid Mehdiyevin maşınına minib birlikdə Müşfiqabad qəsəbəsinə getmişlər. Yolda ondan üzərində “şüşə” (psixotrop maddə metamfetamin) olub-olmamasını soruşmuş, Fərid isə onda “şüşənin” olmasını və aldığı qiyməti verə biləcəyini demişdir. Bu qaydada Fərid Mehdiyevdən öz istifadəsi üçün 01 bükümdə 01 qram psixotrop maddə almış və elə həmin vaxt Müşfiqabad qəsəbəsində 4 nəfər polis əməkdaşı onu və Fəridi tutaraq qollarına qandal vurmuş və Sumqayıt şəhər polis idarəsinə aparmışlar. Daha sonra, saat 22 radələrində polis əməkdaşları onu Avtovoğzalın yanına gətirmişlər, orada anasına zəng etdirmişlər ki, anten qeydiyyatı ordan düşsün. Anasına tutulmasını demiş və polis əməkdaşları telefonunu alaraq söndürmüşlər. Sonra, ona narahat olmamasını deyib çəkiliş aparmışlar və sənədlərə imza etdirmişlər. Üzərində 25 manata Mehdiyev Fəriddən aldığı 1 qram çəkidə olan 1 büküm psixotrop maddə metamfetamin olmuşdur. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, tutulan zaman təxminən 1 ay müddətdə psixotrop maddədən istifadə etməyə başlamış və 01 qram metamfetamini Fərid Mehdiyevdən almışdır ki, bir neçə gün istifadə etsin, qalanı isə polisdə artırılmış və ona təzyiq etmişlər ki, çəkiliş apararkən artıq çəkidə olmasına etiraz etməsin. Onda cəmi bir büküm bir qram metamfetamin olmuş, o, heç vaxt narkotik satışı ilə məşğul olmamış, narkoman olduğu üçün bir neçə günlük istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, onunla bir yerdə psixotrop maddə metamfetmindən istifadə etmişlər. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün 22 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxslə “20 yanvar” metrostansiyasının yanında görüşmüş və Kamilə öz maşını ilə onu evə aparmağı təklif etmişdir. Saat 13 radələrində Müşfiqabad qəsəbəsində olarkən polis əməkdaşları tərəfindən tutularaq Sumqayıt şəhər polis idarəsinə aparılmışlar. Onun və Kamilin ayrı=ayrılıqda üzərində axtarış aparılmışdır. O, 25 manata Təqsirləndirilən şəxs 3 bükümdə psixotrop maddə mütamfetamin satmamış, birlikdə tutularkən Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və ya narkotik vasitə olmamış, yalnız onun özündə 01 bükümdə 01 qram psixotrop maddə metamfetamin olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 22 may 2021-ci il tarixdə Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlanması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhər Avtovağzalının yaxınlığında saxlayaraq Sumqayıt ŞPİ-ə dəvət edilmiş və videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində psixatrop maddə metamfetamin olan büküm aşkar edilmişdir. Həmin metamfetamini kimdən və harada əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs onu Abşeron rayonu Müşfiqabad qəsəbəsində Fərid adlı şəxsdən əldə etdiyini göstərmişdir. İfadəsində Təqsirləndirilən şəxs yaşadığı evdədə külli miqdarda narkotik vasitə saxlaması barədə əməliyyat məlumatının olmasını deyən Şahid1, əməliyyat tədbirinin davamı olaraq həmin məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs evində axtarış aparılmaqla bu məlumatın yoxlanılmamasının səbəblərini izah edib bununla bağlı məhkəmənin sualına cavab verə bilməyərək, yalnız Təqsirləndirilən şəxs evində axtarış aparılmadığını vurğulamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti Şahid2 göstərmişdir ki, o, yalnız videoçəkiliş aparmış və Fərid Əliyevə bağlı hər hansı bir əməliyyat məlumatından onun xəbəri olmamışdır. Videoçəkiliş xidməti otaqda polis idarəsində aparılmış, çəkiliş zamanı Təqsirləndirilən şəxs onda olan psixotrop maddəni Müşfiqabad qəsəbəsindən öz istifadəsi üçün aldığını bildirmiş, onun psixotrop maddəni satmaq məqsədilə aldığını deməsini eşitməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” 22 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:45-də Sumqayıt şəhər Avtovoğzalının yaxınlığında saxlanılaraq Sumqayıt şəhər polis idarəsinə gətirilmiş, onun üzərində şəxsi axtarış həmin gün saat 21:40-dan 22-05-dək aparılmış və Təqsirləndirilən şəxs onun barəsində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli büküm təqdim etmişdir. Həmin bükümün içərisində 3 ədəd ayrı-ayrı şəffaf rəngli sellofan bükümlərdə olan ağ rəngli kristal şəkilli maddə aşkar olunmuşdur. Bu haqda Təqsirləndirilən şəxs soruşulduqda o, aşkar olunan maddənin “patı” olduğunu, onu şəxsi istifadəsi üçün günorta saatlarında Müşfiqabad ərazisində 25 manata Fərid adlı şəxsdən aldığını demişdir. Bükümlər qablaşdırma ilə elektron tərəzidə çəkildikdə onların ümumi çəkisinin 3,25 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış video çəkilişlə aparılmış və video görüntülərin əks olunduğu “DVD” formatlı disk protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 22-23) “Şəxsi axtarış keçirilməsi barədə” 22 may 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatlar, həmin istintaq hərəkətinin qeydə alındığı video görüntülərin əks olunduğu diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə tərəflərin iştirakı ilə baxış keçirilərkən öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 89-90) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 may 2021-ci il tarixli, 6/2030 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124» dairəvi möhür əksi olan «Vət. Təqsirləndirilən şəxs üzərindən ..» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,009 qram, 1,151 qram, 0,911 qram ümumi təmiz çəkisi 3,071 qram olan ağ rəngli kristallik fomada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə olan- metamfetamindir. (Cild 1, iş vərəqlər 42- 66) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji yoxlamaya dair 29 iyul 2021-ci il tarixli, 2540 №li rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin onun 3-cü dərəcəli əlil olması ilə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 117-118) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 13 avqust 2021-ci il tarixli, 2514 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilən zaman və hadisədən əvvəl hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs oğlunda nevrasteniya formasında psixi pozuntu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan nevrasteniya ilk dəfə 2017-ci ildə müəyyən edilmiş və sonrakı müayinələr zamanı təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərinin görülməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən nevrasteniya törətdiyi əməl dövründə onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəktinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini tam dərk etmək və həmin hadisə zamanı öz hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. İş materiallarında olan 25 may 2021-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatdan sonra qalıq çəkisi 2,951 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Bundan əlavə, iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 02 sentyabr 2021-ci il tarixli qərara əsasən iş materiallarında olan 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 72, 127-132) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, X2 25 manata satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd şəffaf rəngli sellofan bükümdə, onun içərisində isə 03 ədəd şəffaf rəngli sellofan bükümlərdə olmaqla, ümumi təmiz çəkiləri 3,071 qram olan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İş materiallarından göründüyü kimi, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs Fərid Mehtiyevdən məhz şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı “Sübutların qiymətləndirilməsi haqqında” 02 sentyabr 2021-ci il tarixli qərarında, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir. (Cild 1, iş vərəqləri 127-132) İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitənin məhz Təqsirləndirilən şəxs tərəfindən çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Bununla da, istintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi vərərkən cinayət işi üzrə toplanmış sübutların Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilməsinə kifayət etməsi ilə bağlı öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi bütün izahat və ifadələrində, eləcə də iştirak etdiyi istintaq hərəkətlərində psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini göstərmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhz psixotrop maddə olan metamfetaminin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məhkəmə bu hala diqqət yetirməklə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə və ən əsası bir neçə növ narkotik vasitə və psixotrop maddə aşkar oluna bilərdi. Lakin təqsirləndirilən şəxsdə yalnız özünün istifadə etdiyi psixotrop maddə metamfetamin aşkar olunmuşdur. İstintaq orqanının istinad etdiyi ilkin təhqiqat materiallarında, istintaq hərəkətlərinin protokollarında, şahid ifadələrində, ekspert rəylərində, maddi sübutlar və digər sənədlərdə də təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut və dəlil yoxdur. Əksinə iş materiallarında olan istintaq orqanının özünün topladığı sübutların məcmusu təqsirləndirilən şəxsin əməlində satış məqsədinin olmadığından dəlalət edir. Belə ki, cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul olunmuş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 22 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində və evində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə məlumatların yoxlanılması üçün onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti yaranmışdır. (Cild 1, iş vərəqi 4) Halbuki, eyni şəxs tərəfindən yazılmış eyni tarixli raportun məzmunundan görünür ki, narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq polis idarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqi 3) Həmçinin 22 may 2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsi barədə” protokoldan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin yalnız qəbulu və üzərində gəzdirilməsi barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqləri 22-23) Bundan başqa, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 22 may 2021-ci il tarixli qərarda Təqsirləndirilən şəxs evində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması barədə məlumatın olması göstərilsədə, iş materiallarında olan sənədlərdən görünür ki, bu məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış aparılmamış, həmin ünvana baxış belə keçirilməmişdir. Bu hal, eləcə də qərarı qəbul edən əməliyyat müvəkkili Şahid1 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlaması barədə məlumat olduğu halda daha çox narkotik vasitə və psixotrop aşkar olunacağı ehtimalına görə həmin ünvanda isti izlərlə və təxirə salmadan axtarışın aparılmaması ilə bağlı məhkəmə tərəfindən verilən suala hər hansı bir formada cavab verə bilməməsi, qeyd edilən qərarın formal tərtib olunması və bu qərarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə göstərilən məlumatların həqiqi və mötəbər əməliyyat məlumatları olmamasının aşkar göstəricisidir. Cinayət içinin materiallarında olan təhqiqatçı tərəfindən tərtib olunmuş 22 may 2021-ci il tarixli “Şübhəli şəxsə müdafiəçinin siyahısının təqdim edilməsi barədə” və “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokolların, eləcə də eyni tarixli “Vəkil dəvət edilməsi haqqında” qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddənin qəbulu və üzərində gəzdirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutulmuş, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat və ya dəlil əməliyyat və təhqiqat orqanlarında olmamışdır. (Cild 1, iş vərəqləri 8,10, 15 ) Bundan başqa, təhqiqatçı tərəfindən qəbul olunmuş “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 23 may 2021-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs oğlu 3,071 qram çəkidə psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün üzərində daşıyıb gəzdirmiş, buna görə də, aparılmış ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı kifəyət qədər sübuta yetirilmişdir. Həmin qərarın nəticə hissəsində isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğundan material istintaq aidiyyəti üzrə göndərilməlidir. (Cild 1, iş vərəqi 30) Bununla belə, heç sübut və qanuni əsas olmadan, əsassız olaraq müstəntiqin 23 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, psixotrop maddə metamfetaminin istifadəçisi olan Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından artıq - külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Əksinə istintaq orqanı tərəfindən verilmiş ittihamdan da görünür ki, Təqsirləndirilən şəxs psioxotrop maddənin alıcısı və istifadəçisi qismində olmuş, psixotrop maddənin satışını isə X4 həyata keçirmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisinin az olması, ittihamda göstərilən həcmdə psixotrop maddənin onda olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi, ittihamda göstərilən yerdə və vaxtda deyil başqa yerdə və vaxtda tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bundan başqa, məhkəmə şahid X3 da ifadəsində göstərdiyi, yəni Təqsirləndirilən şəxs psixotrop maddə satmaması və psixotrop maddənin çəkisinin az olması ilə bağlı xüsusatlara tənqidi yanaşaraq hesab edir ki, digər cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunan Fərid Mehdiyev, bu yolla öz müdafiəsini həyata keçirməklə törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd göstərir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X9rşı, § 29). Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa Məhkəməsinin yanaşmasına görə, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmədən də vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 29 iyul 2021-ci il tarixli, 2540 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlildir. Məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən isə Təqsirləndirilən şəxs nevrasteniya formasında psixi pozuntu qeydə alınmışdır. (Cild 1, iş vərəqləri 113-115, 118) İş materiallarında olan yaşayış yeri üzrə arayışdan görünür ki, Əliyev X7 rayonunun Məmmədbəyli kəndində qeydiyyatda olmaqla hazırda müvəqqəti olaraq məcburi köçkün kimi Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. (Cild 1, iş vərəqi 125) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (Cild 1, iş vərəqi 125) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Eldar oğlunun 3-cü dərəcəli əlil olması, onda nevrasteniya formasında psixi pozuntunun olması, həmçinin Təqsirləndirilən şəxs gənc olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Eldar oğlu 22 may 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 24 may 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 65-66) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 may 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs Eldar oğlunda psixotrop maddə olan metamfetaminin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin onun 3-cü dərəcəli əlil olması ilə əlaqədar məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 2,951 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan: 2,951 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin, 01 (bir) ədəd “DVD-R” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar