Məhkəmə qərarları › İş №1(124)-60/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-60/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-60/2025 26.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X18 və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Bakı şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X9 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə İmişli rayonu, Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işsiz, Laçın rayonu, Minkənd ərazi dairəsi, Minkənd kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 19 nömrəli Yol Tikinti İdarəsi “Asfaltzavod” ərazisində yerləşən nömrəsiz fərdi evdə qeydiyyatsız yaşayan, barəsində Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 235.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitəni ələ keçirmək məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə quldurluq (narkotik vasitəni talama əməlini) etmiş və quldurluqla əlaqədar qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 4 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Bağlar massivində yerləşən “Dörd qardaş” adlı şadlıq sarayının birinci mərtəbəsində fəaliyyət göstərən “DAYİ PUB” adlı kafedə tanışları Şahid1 və Şahid2 ilə əyləşib özləri ilə kafeyə gətirdikləri spirtli içkiləri birlikdə içərək sərxoş olduqdan sonra “nəşə” adlı (qurudulmuş marixuana) narkotik vasitəni qəbul etmək istədiyini bildirmiş, sərxoş olduğundan narkotik vasitə almağa piyada getmək istəmədiyindən onu aparması üçün tanışı Şahid3 zəng edərək sonuncuya oturduğu kafenin ünvanını izah edib gəlib onu avtomobili ilə aparmasını bildirmiş, Şahid3 həmin kafeyə gəldikdən sonra Şahid1 və Şahid2 ilə avtomobilə əyləşmiş, istifadəsində olan mobil nömrənin balansında vəsait olmadığından Şahid3 mobil telefonu ilə, əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı Zərərçəkmiş şəxs istifadəsində olan +99470 *** ** ** mobil nömrəsinə saat 17:59-da zəng etmiş, Zərərçəkmiş şəxslə telefon danışığı zamanı sadəcə özünü tanıtmaqla, sonuncunun yanına gələcəyini bildirmiş, yolu sürücü Şahid3 göstərməklə avtomobillə arxa yolla üzü Bakı istiqamətinə Bakı- Sumqayıt yoluna çıxdıqdan sonra, Sumqayıt şəhəri, BTZ bağları ərazisində Bakı-Quba magistral yolunun kənarında yerləşən “Günəş” adlı kafenin paralelində avtomobili saxlatmış, Zərərçəkmiş şəxs sürücü Şahid3 mobil telefonu ilə saat 18:22-də təkrarən zəng edərək gəlməsi barədə məlumat verib Zərərçəkmiş şəxs “Günəş” adlı kafenin yaxınlığında olduğunu dəqiqləşdirdikdən sonra, Şahid1 ilə birlikdə avtomobildən enərək magistral yolun digər tərəfinə keçib, həmin yolun kənarında əvvəllər tanımadığı Şahid5 ilə birlikdə dayanmış Zərərçəkmiş şəxs yaxınlaşmış, sonuncuya “Rüfət sənlə işim var” deyərək birlikdə kənara çəkilib Zərərçəkmiş şəxslə həmin ərazidəki yüksək gərginlikli hündür elektrik dirəyinin arxasındakı köməkçi yola daxil olduqdan sonra, almaq üçün üzərində pul vəsaitinin olmamasına baxmayaraq Zərərçəkmiş şəxs bir büküm “nəşə” adlı narkotik vasitə istəmiş, Zərərçəkmiş şəxs ondan narkotik vasitə üçün 10 manat pul istəməsindən, hazırda üzərində narkotik vasitənin olmadığını və pulu əvvəlcədən aldıqdan sonra gedib-gətirə biləcəyini bildirməsindən sonra, Zərərçəkmiş şəxs əvvəllər ona narkotik vasitələr satdığı üçün üzərində narkotik vasitənin olduğunu hesab edərək, Zərərçəkmiş şəxs onun pulu olmaması səbəbindən üzərində narkotik vasitə olmadığını deyərək narkotik vasitəni verməkdən imtina etdiyi üçün sonuncu ilə mübahisə yaradıb israrlı şəkildə narkotik vasitəni verməsini Zərərçəkmiş şəxs tələb etməklə, həmin an Zərərçəkmiş şəxs ondan uzaqlaşmaq istədiyini görüb sonuncunun çiynindən yapışaraq dartıb özünə tərəf çəkmiş, bu zaman Zərərçəkmiş şəxs qoxaraq onu inandırmaq üçün, dizlərini yerə qoyub üzərində narkotik vasitənin olmadığını ona bildirsə də, Zərərçəkmiş şəxs yaxasından tutub ayağa qaldırmış, əraziyə bələd olduğu və mübahisəni kənar şəxslərin olmadığı yerdə davam etdirmək üçün ilkin görüşdükləri yerdən köməkçi yolla təxminən 100-110 metr gedib magistral yoldan köməkçi yola keçmək üçün nəzərdə tutulmuş dəmir pilləkənlər olan yerə çatmış, bu zaman oradan keçən və ona mübahisə etməməsini məsləhət görən Şahid4 əsl niyyətini pərdələmək məqsədilə “Sənlik deyil, xala, bu camaatın uşaqlarını zəhərləyir” ifadəsini işlətməklə, özünü nümunəvi vətəndaş kimi qələmə verib, həmin qadının oradan uzaqlaşmasına nail olduqdan sonra Zərərçəkmiş şəxs yalan danışdığını, sonuncunun üzərində narkotik vasitə olduğu halda ona vermədiyindən narkotik vasitəni ələ keçirmək məqsədilə basqın edərək sağ əli ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla bir dəfə zərbə endirmiş, əlavə olaraq təxminən 150 metr irəliləyib magistral yola aparan fərdi evlərin arasındakı yola daxil olub, həmin aralıqda sağ əli ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla daha bir dəfə zərbə endirmiş, sonuncu zərbədən sonra qorxusundan qaçaraq yaxınlıqdakı qamışlıq ərazinin içərisinə girmiş Zərərçəkmiş şəxs arxasınca gedib qamışlığa girərək, Zərərçəkmiş şəxs tutaraq qamışlıqdan çıxarıb palçıqlı torpağın üzərinə çəkmiş, həmin zaman Şahid1 ona çıxıb getmələrini bildirməsinə baxmayaraq, üzbəüz ayaq üstə duruş vəziyyətində hər iki əli ilə Zərərçəkmiş şəxs gödəkçəsinin yaxasından yapışıb sağ ayağı ilə sonuncunun ayağına badalaq vursa da yıxılmağa qoymamış, bu zaman ondan döyülməsinin səbəbini soruşan Zərərçəkmiş şəxs bir daha sonuncunun üzərində narkotik vasitənin olduğunu, lakin onun pulu olmadığı üçün Zərərçəkmiş şəxs ona vermədiyini, ona yalan danışdığını bildirməsindən sonra üzbəüz ayaq üstündə duruş vəziyyətində hər iki əli ilə Zərərçəkmiş şəxs gödəkçəsinin yaxasından yapışmış halda olan zaman Zərərçəkmiş şəxs əynindəki gödəkçəsinin iç döş cibindən pul qabısını və mobil telefonunu çıxarıb ciblərində narkotik vasitəsinin olmadığını göstərərək onu inandırmağa çalışsa da, sağ əlini Zərərçəkmiş şəxs gödəkçəsinin yaxasından çəkərək sonuncunun əlindəki pul qabısını və mobil telefonunu bataqlıqdakı qamışlığa tullamış, təkrarən sağ ayağı ilə sonuncunun ayağına badalaq vuraraq Zərərçəkmiş şəxs yerə yıxmış, yıxılmış vəziyyətdə Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruq və təpiklə daha bir neçə güclü zərbə vurmaqla sonuncuya yetirilən anda həyat üçün təhlükəli olan və bu halda qısa zaman sonra ölümlə nəticələnən baş beyin maddəsinə və mədəciklərinə qansızma, baş beynin yumşaq qişasına qansızma, subdural hematoma, sağ alın-təpə nahiyyəsinin hematoması, sağ qaşüstü nahiyyənin, sağ üst göz qapağının yarası kimi dərəcəsinə görə ağır zərərvurmaya aid xəsarətləri, alt dodağın sağ yarısının qançırıyarası, sağ gözətrafı nahiyyənin qançırı, boynun ön səthinin və burnun sıyrığı kimi dəcərəsinə görə canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs hərəkət etmədiyini görüb, insanların mütəmadi istifadə etmədiyi həmin ərazidə tək qoyaraq öləcəyinə əmin olaraq çıxıb getməklə narkotik vasitəni ələ keçirmək məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə quldurluq (narkotik vasitəni talama əməlini) etmiş və quldurluqla əlaqədar Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.11 və 235.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, Uşaqlarla kafedə yeyib-içmişlər. Rüfətə zəng edərək gəldiyini bildirmişdir. Rüfət ona pul verməli imiş. Hadisə yerinə gəlmişdir. Rüfətin yanında bir nəfər şəxs olmuşdur. Həmin şəxs şəhid atası olmuşdur. Həmin şəxs bağban olaraq işləmişdir. Onun adını hazırda xatırlaya bilməmişdir. O, Rüfəti çağırmışdır. Rüfətə onunla işi olduğunu bildirmişdir. Rüfətlə dərdləşə-dərdləşə 150 metr yol gedərək hadisə yerinə gəlmişlər. Rüfətdən pulunu göndərməsini istəmişdir. Rüfət ona pulunun olmadığını bildirmişdir. O da Rüfətə “mənə deyirsən ki, gəl sənin pulunu verəcəm və gəlirəm pulunun olmadığını mənə deyirsən” demişdir. Orada ona bir yumruq zərbəsi vurmuşdur. İttiham aktında ona dörd və ya beş ədəd yumruq zərbələri vurması düzgün göstərilməmişdir. Çünki ona yumruq zərbəsi vurandan sonra onunla yarım saat dərdləşmişdir. Daha sonra köşk tərəfdən o, evinə gəlmişdir. Hadisə yerində onunla birlikdə Rüfət və Əsəd adlı şəxslər də olmuşdur. Rüfətin yanına Taqət adlı şəxsin avtomobili ilə getmişdir. Taqətin avtomobilində onunla birgə Taqət və Xətai adlı şəxs də olmuşdur. Əsədlə o, avtomobildən düşərək Rüfətin yanına getmişlər. Yemək yeyən zaman özü Taqətə onu aparması üçün zəng etmişdir. Restoranda Əsəd və Xətai ilə birlikdə yeyib-içmişdir. Taqətə zəng etmiş və hadisə yerinə getmişdir. Əsədlə birlikdə Rüfətlə görüşmüşdür. Rüfətin ona borcu olmuşdur. Onunla görüşməkdə məqsədi həm borcunu almaq, həm də ondan narkotik almaq olmuşdur. Rüfətin üzərində pul və narkotik vasitə olmadığına görə onunla mübahisə yaranmışdır. Ona bir dəfə yumruq zərbəsi vurmuşdur. Daha sonra bir dənə badalaq vermiş və onu yerə yıxmışdır. Ondan sonra isə bir dəfə təpik zərbəsi vurmuşdur. Bütün bunlardan sonra o, Rüfətlə 25 dəqiqə söhbət etmişdir. O zaman Rüfətdə heç bir halsızlıq və qanaxma olmamışdır. Onda yüngül çapıq əmələ gəlmişdir. Onun burnundan vurmuş və ondan yüngül qan axmışdır. Yan nahiyəsinə təpik zərbəsi vurmuşdur. Ona 370 manat borcu olmuşdur. Onu döyəndə Əsəd orada olmuşdur. Mübahisələri pul üstündə olmuşdur. Borcunu qaytarmamışdır. Rüfətə “borcumu niyə qaytarmırsan” demiş və nəticədə onun üstündə mübahisələri başlamışdır. Ona narkotik vasitə verməməsinə görə onu vurmamışdır. O, narkotik vasitəsini başqa bir şəxsdən də ala bilərmiş. Onlar söhbət edərək yol getmişlər. Mübahisə etdikləri yerdə onunla arasında olan mübahisələri bitmişdir. Ondan sonra Rüfətlə bir xeyli söhbət edib dərdləşmişlər. Həmin yer gediş-gəlişin olduğu bir yer olmuşdur. Onlar söhbət etdikləri zaman oraya kimsə gəlib-getməmişdir. Həmin yer qamışlıq tərəfdə olmuşdur. Orada bir nəfər marşrut gözləmişdir. O, sonradan həmin şəxsin şəhid atası olduğunu bilmişdir. Daha sonra avtomobilə minərək getmişdir. Həmin vaxtı səsləri yüksəkdən gəlmişdir. Ona “qışqırmayın buradan ailə və uşaq keçir, ayıbdır” demişdir. Bu sözü ona Əsəd demişdir. Həmin vaxtı iki xanım gəlib getmişdir. O zaman o, Rüfəti vurmamışdır. Əsəd qışqıraraq “mübahisə etməyin” demişdir. Mübahisənin əvvəlindən sonuna qədər Əsəd orada olmuşdur. O gedənə qədər Əsəd orada olmuşdur. Əsədlə birlikdə evə piyada qayıtmışlar. Rüfətin burnuna yumruq zərbəsi vurandan sonra Rüfət ondan belə bir şeyi nə üçün etdiyini soruşmuşdur. Bu hadisədən əvvəl o, Rüfəti heç bir zaman döyməmişdir. Rüfəti vurandan sonra o, özünü qamışlığa atmışdır. O zaman Rüfətə mənim pulumu nə vaxt verəcəksən demişdir. Daha sonra onunla dərdləşib oradan çıxıb getmişdir. Rüfətə birinci olaraq yumruq zərbəsi vurmuş və daha sonra ona badalaq vermişdir. O da bundan sonra yerə oturmuşdur. Onunla söhbət edəndən sonra Rüfət özünü qamışlığa atmışdır. O da onu tutaraq “hara qaçırsan” demişdir. Ona “onsuz da olan oldu, mən sənə nəsə edən deyiləm. Mənim pulumu nə vaxt verəcəksən” deyə soruşmuşdur. O, Rüfətin ölməsini kimdənsə eşitməmişdir. Daha sonra kafeyə gəlmişdir. Rüfətin qardaşı oğlu da kafedə olmuşdur. O zaman həmin şəxsin Rüfətin qardaşı oğlu olduğunu bilməmişdir. Hava yağışlı olduğuna görə əynindəki kurtkanı quruması üçün stolun başına atmışdır. Uşaqlar orada Rüfətin iki gündür evə gəlmədiyini, ailəsinin isə 102 xidmətinə məlumat verdiyini demişlər. Ondan sonra o, hadisə yerinə baxmış və orada kimsəni görməmişdir. Oradan da qayıdıb evə gəlmişdir. Belə bir hadisəni törətmiş olsaydı, onu ən azından xəstəxanaya aparacağını bildirmişdir. O gedəndə Rüfət tam ayıq vəziyyətdə olmuşdur. O, Rüfətə narkotik götürəcəyini onun yanına getdiyi an demişdir. Rüfət ona narkotik vasitəsinin olduğunu və gəlib götürə biləcəyini demişdir. Narkotik vasitəni ona vermək üçün əlavə pul istəmişdir. O da Rüfətə borcunu verəndə narkotik üçün olan pulu həmin puldan çıxmasını istəmişdir. O, Rüfətdən marixuana götürmək istəmişdir. Əvvəllər də ondan narkotik götürmüşdür. Rüfətin ona nəyə görə narkotik vermədiyini bilməmişdir. Rüfət ona “pulu ver, gedib narkotik vasitəni götürüm” demişdir. Rüfət ondan pul istədiyinə görə ona borc vermişdir. Rüfətin başqa kimlərə borclu olduğunu bilməmişdir. Meyitin yuyulmasında iştirak etməmişdir. Meyiti görmüşdür. Meyitin üzərində göyərtilər olmuşdur. Boğazında deşik olmuşdur. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona qarşı elan olunmuş Azərbaycan Respublikası CM-nin 120.2.11 və 235.4.3-cü maddələri ilə ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, o, son iki-üç aydır ki heç yerdə işləmir. Əvvəl Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “ABŞERON” yazısının yaxınlığında yerləşən nəqliyyat vasitələrinin təmiri sexində Sahəddin adlı ustanın yanında köməkçi işləmişdir. Təxminən həmin sexdə 5 ay işləmişdir. Hadisə ilə əlaqədar bildirir ki, xx.xx.2024-cü il tarixdə o, tanışları Xətai və Əsəd adlı şəxslərlə Ceyranbatanda yerləşən “Dörd Qardaş” adlı kafedə oturub, spirtli içki qəbul etmişdir. Üçü də spirtli içi qəbul edirmiş, hamısına 0.7 litr araq və 0.5 litr viskini içmişlər. Daha sonra o, həmin şəxslərə “nəşə” adlı narkotik vasitə qəbul etmək istədiyini bildirmişdir. O, istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “vhatsapp” mobil tətbiqetməsi vasitəsi ilə tanışı Şahid3 zəng etmişdir. Şahid3 işlədiyi təmir sexinə gəlib-getdiyi üçün münasibətləri yaranmışdır. O, Şahid3 zəng edib Sumqayıt-Bakı yolunun üstündə yerləşən “Günəş” kafesinə getmək istədiyini bildirmişdir. Şahid3 ona benzinin olmadığını demiş, avtomobilinə benzin tökəcəyini bildirdikdə razılaşaraq gələcəyini bildirmiş və o, Şahid3 kafenin yerini izah etmişdir. Şahid3 xx.xx.2024-cü il saat 17:50 radələrində onların yanına gəlmişdir. Şahid3 gəldikdən sonra onlar Şahid3 avtomobilinə əyləşmişlər. O, avtomobilə əyləşdikdən bir neçə dəqiqə sonra öz nömrəsində kontur olmadığından Şahid3 telefonu zəng etmək üçün götürmüşdür. O, Şahid3 telefonu ilə çoxdankı tanışı, əvvəllər bir neçə də narkotik vasitə aldığı Rüfətin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmişdir. Rüfətə zəng edib özünü təqdim etmiş, onun yanına gələcəyini demişdir. Rüfət də ona kafenin yanında olduğunu, gözlədiyini bildirmişdir. Taqət yanında olduğundan açıq nə istədiyini deməmiş, onsuz da Rüfət onun narkotika almağa getdiyini bilirmiş. O, Rüfətdən “nəşə”nin bir bükümünü 10 manata alırmış. Bir büküm “nəşə” bir dəfəyə istifadə edir. Şahid3 yolu yaxşı bilmədiyindən və ona yolu göstərmiş, onlar arxa yolla üzü Bakı istiqamətinə Bakı-Sumqayıt yoluna çıxmışlar. “Günəş” kafesinin paralelinə çatdıqda o, avtomobili saxlatmış və avtomobildən Əsəd adlı tanışı ilə birlikdə enmişdir. Onlar avtomobillə dayandıqda o, Rüfətin yanında bir yaşlı, saçının rəngi ağ olan şəxslə asfalt yolun kənarında gözlədiyini görmüşdür. İstintaq zamanı ona məlum olmuşdur ki, Rüfətin yanında durmuş yaşlı şəxs Şahid5dur. O və Əsəd adlı tanışı yolun digər tərəfinə keçmiş və yolun kənarı ilə irəliləyib Rüfətə yaxınlaşmışlar. Əsəd Şahid5 “Əmi bizi bağışla, Rüfətlə işimiz var” demiş, o da Rüfətə “Rüfət sənlə işim var” demişdir. Sonra o, Əsəd və Rüfət kənara çəkilmişlər, onlar dəmirçi sexinin qarşısındakı yüksək gərginlikli hündür elektrik dirəyinin arxasındakı torpaq yola daxil olmuşlar. O, Rüfətdən bir bükümdə “nəşə” adlı narkotik vasitəsini istəmiş, Rüfət də ona 10 manat verməsini və gedib narkotikanı gətirib gələcəyini ona bildirmişdir. O da Rüfətə birinci “nəşə” adlı narkotik vasitəsini verməsini tələb etmişdir. Rüfət də ona üstündə olmadığını, pulu aldıqdan sonra götürüb gələcəyini bildirmişdir. O da Rüfətə üstündə narkotika olmadığı halda onu niyə yanına çağırdığını demiş, bunla da aralarında sözlü mübahisə yaranmağa başlamışdır. Əlavə olaraq bildirir ki, həmin vaxtı onun üzərində pul yox imiş, o, özlüyündə nəzərdə tutmuşdur ki, narkotikanı Rüfətdən götürəndən sonra pulu sonra Rüfətə verəcəyini bildirəcək. Əvvəllər də Rüfətdən nisyə narkotik vasitə almışdır. Söhbət əsnasında o, Rüfətin çiynindən yapışıb dartıb özünə tərəf çəkmiş, çünki Rüfət ondan uzaqlaşmaq istəyirmiş, yəqin bunu Şahid5 da görmüşdür. Bu zaman Rüfət qorxusundan dizini yerə atıb “nəşə” adlı narkotik vasitəsinin olmadığını demiş, o da Rüfətin yaxasından tutub ayağa qaldırmış və irəliləmişlər. Ola bilər ki, Zərərçəkmiş şəxslə mübahisə edən zaman telefonuna zəng də gəlmiş və Rüfət danışmışdır. Çünki onlar mübahisə edə-edə torpaq yolla irəliləyirmişlər və bu minvalla Rüfətlə görüşdükləri yerdən torpaq yolla təxminən 100-110 metr aşağı düşmüşlər, həmin yerdə asfalt yoldan torpaq yola keçmək üçün balaca körpücük vardır. Həmin yerdə dayanıb mübahisə edirmişlər, bu zaman yanlarından orta boylu, kök, yaşlı xala da keçirmiş, həmin xala onlara mübahisə etməmələrini demiş, bu zaman Əsəd həmin xalaya “Sənlik deyil, xala, bu camaatın uşaqlarını zəhərləyir” ifadəsini işlətmiş, xala da yoluna davam edib onlardan uzaqlaşmış, o da mübahisə edərək torpaq yolla irəliləməyə davam etmişlər, əlavə olaraq təxminən 150 metr də getmişlər, oradan sağ tərəfə, yəni asfalt yola aparan fərdi evlərin arasındakı yola daxil olmuşlar, həmin aralıqda o, Zərərçəkmiş şəxs ona aldatdığı üçün sərxoş vəziyyətdə qəfil əsəbləşib sağ əli ilə Rüfətin üzünün burun nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Zərbənin təsirindən Rüfətin burunun üstündə bir balaca sıyrıq əmələ gəlmiş və burunu qanamış, zərbədən sonra Zərərçəkmiş şəxs iti şəkildə qaçaraq həmin ərazidəki qamışlığa tərəf qaçmış və həmin qamışlığın içərisinə tullanmışdır. O Rüfətin arxası ilə qaçıb qamışlığa tullanmış və Rüfəti tutaraq qamışlıqdan çıxarıb palçıqlı hissəyə çəkmişdir. Rüfət onu vurmasının səbəbini soruşmuş, o da Rüfətə “nəşə”si var deyib onu niyə aldatdığını və çağırdığını bildirmişdir. Hər ikisi üzbəüz ayaq üstündə imişlər, o, Rüfətin gödəkçəsinin yaxasından hər iki əli ilə yapışmış, sağ ayağı ilə onun yan hissəsinə bir dəfə təpik vurmuş, lakin əli ilə gödəkçəsindən tutub saxladığından Rüfəti yerə yıxılmağa qoymamış, sonra əlini çəkmişdir. Rüfət gödəkçəsinin iç döş cibindən pul qapısını və mobil telefonunu çıxardıb ona “nəşə” adlı narkotik vasitəsinin olmadığını göstərmişdir. O, Rüfətə inanmırmış, elə hesab edirmiş ki, Rüfət onun pulu olmadığı üçün ona yalan danışır, üstündə “nəşə” adlı narkotik vasitəsi olmasına baxmayaraq ona vermir. Mübahisələri zamanı Rüfət onun üstündə pul olmadığını bilmiş, o, Rüfətə demişdir, çünki Rüfət birinci pulu verməsini sonra “nəşə” adlı narkotik vasitəni verəcəyini deyirmiş. Bu zaman o, Rüfətin əlindəki pul qabısını və smartfon mobil telefonunu əlindən alıb qamışlığa tullamış, sonra Rüfətin yenə gödəkçəsinin yaxasından tutmuş və ikinci dəfə sağ ayağı ilə Rüfətin ayaqlarına zərbə vurub yerə yıxmış, Rüfət yerə yıxılan zaman gödəkçəsi əynindən tərs şəkildə çıxmışdır. Gödəkçə əlində qalmış və gödəkçəni yerə atmışdır. Rüfət yerdə oturacaqlı vəziyyətdə olanda sağ ayağı ilə yan nahiyəsinə daha bir zərbə vurmuşdur. Əsəd bütün bu baş verənlər zamanı onu sakitləşdirməyə çalışırmış və sonuncu zərbəsindən sonra Əsəd onu özünə tərəf çəkmişdir ki, gəl gedək. Rüfət yerdə palçığın içərisində yanı üstə oturacaqlı vəziyyətdə imiş. Həmin zaman Rüfətin üzünün burun nahiyəsində qan var imiş. Bundan sonra o, oradan ayrılmış və irəli gedərək yerüstü piyada keçidinin yanına çatmışlar. Orada onları Xətai adlı tanışı gözləyirmiş. O, “vhatsapp” mobil tətbiqetməsi vasitəsi ilə Xətaiyə zəng edərək onu yerüstü keçidin yanında gözləməsini demişdir. Onun yaşadığı ünvan həmin yerüstü keçiddən təxminən 300 metr aralıda yolun digər tərəfində yerləşən “Praqa” hotelinin arxasında yerləşdiyindən, piyada şəkildə evinə getmişdir. Əsəd və Xətai də o tərəflərdə yaşayırlar. Onlar öz evlərinə getmişlər. Səhəri gün o, Əsədlə birlikdə “Günəş” kafesinə çay içməyə getmişlər, orada deyəsən Rüfətin qardaşı oğlu da oturubmuş, orada olanda bilmişdir ki, Rüfət iki gündür ki evə getməmişdir. O, həmin söhbəti eşitdikdən sonra kafedən tək çıxmış, Əsəd kafedə qalmışdır. O, Rüfəti vurduğu yerə gedib baxmaq istəyirmiş ki, bəlkə orada qalıb. Gedib hadisə yerinə baxmaq istəməsi barədə Əsədə heç nə deməmişdir. O, asfalt yolun kənarında dayanıb hadisə yerinə qamışlığa uzaqdan baxmışdır, amma həmin yerdə meyit görməmişdir. Bundan sonra evinə getmişdir. xx.xx.2024-cü il tarixdə məhəllə camaatından Rüfətin meyitinin tapıldığını eşitmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, onlar Rüfətlə söhbət edərkən yanlarından yaşıl orta boylu xanım keçirmiş, onların mübahisə etdiklərini görüb onlara müahisə etməmələrini bildirmişdir. Bu zaman Əsəd həmin xalaya “Sənlik deyil, xala, bu camaatın uşaqlarını zəhərləyir” ifadəsini işlətmiş, xala da yoluna davam edib onlardan uzaqlaşmışdır. Hadisə 04 fevral 2024-cü il tarixdə, saat təxminən 18-19 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisində qamışlıqda baş vermişdir. Aralarında mübahisə təxminən 20 dəqiqə baş vermişdir. Zərərçəkmiş şəxslə aralarında əvvəllər hər hansı mübahisə və ədavət olmamışdır. O, Rüfətdən bir bükümdə “nəşə” adlı narkotik vasitəsini istəmiş, Rüfət də ona 10 manat verməsini və gedib narkotikanı gətirib gələcəyini bildirmişdir. O da Rüfətə birinci “nəşə” adlı narkotik vasitəsini verməsini tələb etmişdir. Rüfət də ona üstündə olmadığını, pulu aldıqdan sonra götürüb gələcəyini bildirmişdir. O da Rüfətə niyə yanına çağırdığını demiş, bununla da aralarında sözlü mübahisə yaranmağa başlamışdır. Rüfət onu aldatdığı üçün vurmuşdur. Zərərçəkmiş şəxs onu aldatdığı üçün sərxoş vəziyyətdə qəfil əsəbləşib sağ əli ilə Rüfətin üzünün burun nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Zərbənin təsirindən Rüfətin burnunun üstündə bir balaca sıyrıq əmələ gəlmiş və burnu qanamış, zərbədən sonra Zərərçəkmiş şəxs iti şəkildə qaçaraq həmin ərazidəki qamışlığa tərəf qaçmış və həmin qamışlığın içərisinə tullanmışdır. O, Rüfətin arxası ilə qaçıb qamışlığa tullanmış və Rüfəti tutaraq qamışlıqdan çıxarıb palçıqlı hissəyə çəkmişdir. Rüfət onu vurmasının səbəbini soruşmuş, o da Rüfətə “nəşə”si var deyib onu niyə aldatdığını və çağırdığını bildirmişdir. Hər ikisi üzbəüz ayaq üstündə imiş, o, Rüfətin gödəkçəsinin yaxasından hər iki əli ilə yapışmış, sağ ayağı ilə onun yan hissəsinə bir dəfə təpik vurmuş, lakin əli ilə gödəkçəsindən tutub saxladığından Rüfəti yerə yıxılmağa qoymamış, sonra əlini çəkmiş, Rüfət gödəkçəsinin iç döş cibindən pul qapısını və mobil telefonunu çıxardıb ona “nəşə” adlı narkotik vasitəsinin olmadığını göstərmişdir. O, Rüfətə inanmırmış, elə hesab edirmiş ki, Rüfət onun pulu olmadığı üçün ona yalan danışır, üstündə “nəşə” adlı narkotik vasitəsi olmasına baxmayaraq ona vermir. Mübahisəsi zamanı Rüfət onun üstündə pul olmadığını bilmiş, o, Rüfətə demişdir, çünki Rüfət birinci pulu verməsini sonra “nəşə” adlı narkotik vasitəni verəcəyini deyirmiş. Bundan zaman o, Rüfətin əlindəki pul qabısını və smartfon mobil telefonunu əlindən alıb qamışlığa tullamış, sonra Rüfətin yenə gödəkçəsinin yaxasından tutmuş və ikinci dəfə sağ ayağı ilə onun ayaqlarına zərbə vurub yerə yıxmış, Rüfət yerə yıxılan zaman gödəkçəsi əynindən tərs şəkildə çıxmışdır. Gödəkçə əlində qalmış və gödəkçəni yerə atmışdır. Rüfət yerdə oturacaqlı vəziyyətdə olanda sağ ayağı ilə yan nahiyəsinə daha bir zərbə vurmuşdur. Əsəd bütün bu baş verənlər zamanı onu sakitləşdirməyə çalışırmış və sonuncu zərbəsindən sonra Əsəd onu özünə tərəf çəkmişdir ki, gəl gedək. Rüfət yerdə palçığın içərisində yanı üstə oturacaqlı vəziyyətdə imiş. Zərərçəkmiş şəxs ona xəsarət yetirməmiş, o, hadisə zamanı xəsarət almamışdır. Onların yanında Əsəd adlı tanışı olmuşdur, kənar şəxsi görməmişdir. Hadisə zamanı spirtli içkinin təsirindən sərxoş olmuşdur. Ayda bir dəfə “nəşə” adlı narkotik vasitədən istifadə edir. Narkotik vasitələrin istifadəsi ilə əlaqədar müalicə almır, dispanserdə qeydiyyatda deyildir. Hadisəni törədərkən Zərərçəkmiş şəxs əynində qəhvəyi rəngli gödəkçə, göy rəngli şalvar, dama-dama köyək olmuşdur. Hadisə yerində çəkilmiş meyit şəkili ilə tanış olmuş, Rüfətin əynindəki paltarlar həmin paltarlardır. Rüfət özündə narkotik vasitənin olmadığına onu inandırmaq üçün pul qabısını gödəkçəsinin içəri döş cibindən çıxarıb ona göstərmişdir. O da pul qabısını onun əlindən alıb qamışlığa tullamışdır. Pul qabısını tulladığı zaman içərisindəki şeylər də yəqin ətrafa səpələnmiş, lakin hava qaranlıq olduğu üçün o, görməmişdir. Fotoşəkilllərlə tanış olmuş, meyitin olduğu yer onların dalaşdığı yerdir. O, 6 nömrəsi ilə işarələnmiş qanabənzər ləkənin görüntüsü olan foto şəkillə tanış olmuş, həmin yerdən keçmişlər, Rüfət həmin aralıqdan qaçaraq keçmiş, özünü bir az irəlidəki qamışlığa tullamışdır. Hava qaranlıq olduğu üçün o, qana bənzər ləkənin necə yaranması barədə bir söz deyə bilmir. Həmin şəkillərə baxdığı zaman yadına düşür ki, papaq olan yerdə o, Rüfətin gödəkçəsinin yaxasından hər iki əli ilə yapışmış, sağ ayağı ilə ona təpik vurmuş, lakin əli ilə gödəkçəsindən tutub saxladığından Rüfəti yerə yıxılmağa qoymamış, sonra əlini çəkmiş, Rüfət gödəkçəsinin iç döş cibindən pul qapısını çıxardıb mənə “nəşə” adlı narkotikasının olmadığını demiş, bundan sonra o, Rüfətin əlindəki pul qabısını alıb qamışlığa tullamış, sonra Rüfətin yenə gödəkçəsinin yaxasında tutmuş və ikinci dəfə sağ ayağı ilə onun ayaqlarına zərbə vurub yerə yıxmış, Rüfət yerə yıxılan zaman gödəkçəsi əynindən tərs şəkildə çıxmışdır. Gödəkçə əlində qalmış və gödəkçəni yerə atmışdır. Rüfət yerdə oturacaqlı vəziyyətdə olanda sağ ayağı ilə daha bir zərbə vurmuşdur. O, Rüfətə qayıdıb demişdir ki, ““nəşə”ni ver, çıxıb gedim”. Rüfət ona demişdir ki, “Habil, yoxdu, pulu ver, gedim götürüm gəlim”. O, da demişdir ki, “bəs məni oradan bura nəyə gətizdirmisən?” Bunun üstündə mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs narkotik vasitəni verməkdən imtina eləmiş, ona demişdir ki, “məndə yoxdu, pulu ver gedim götürüm gəlim.” Onun üzərində pulu yox imiş. O, Rüfətə pulunu sonradan verəcəyini demiş, Rüfət də ona üzərində olmadığını, gedib götürüb gələcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onun pulunun olmadığını bilirmiş. Zərərçəkmiş şəxs sadəcə olaraq demişdir ki, “adam yola salıram.” O da demişdir ki, “sonra yola salarsan, gəl gedək məni yola sal, mən çıxıb gedim, məni o boyda yoldan gətizdirmisən.” Qamışlıq ərazi istiqamətdə getməkdə məqsədi elə-belə, eşeşiyə görə, mübahisələrini camaat eşitməsin deyə. Zərərçəkmiş şəxs ona qarşı təhqiredici ifadə işlətməmişdir. Rüfətin onu aldatmasının üstündə mübahisə edirmiş. Zərərçəkmiş şəxslə mübahisəni uzatmasnın səbəbi onu aldatdığına görə olmuş, o, Rüfətin üzərində narkotik vasitənin olduğunu düşünürmüş. Onun pulu olmadığına görə ona vermir. O, Zərərçəkmiş şəxs ciblərini heç vaxt yoxlamamışdır. Mübahisə gedən vaxtı, o, Rüfətə mübahisə zamanı qəfil vurmuşdur. Yumruqla zərbə endirdikdən sonra Zərərçəkmiş şəxs burunun üzərində cızıq əmələ gəlmiş, yüngül qan axmışdır. O, Rüfətin yaxasından tutduğu zaman Rüfət əl atıb cibindən “kaşlokunu” çıxartmışdır. O da elə “kaşlokuna” baxmadan tullamış, qamışlığa sarı düşmüşdür. “Kaşlokunu” və telefonunu çıxarıbmış. Tullayan zaman bir əli ilə Rüfətin yaxasından tutubmuş. Sonra Rüfətə ikinci “padnoşkanı” vermişdir. Rüfət yanı üstə yerə oturmuşdur. Belə vəziyyətdə yan hissəsinə təpiklə də vurmuşdur. Zərərçəkmiş şəxs zərbələr endirərkən Rüfət əli ilə sadəcə olaraq itələmiş, onu özündən uzaqlaşdırmağa çalışırmış. Onun boyu 1 metr 87 santimetrdir. Mərhum Rüfətin boyunu bilmir, ondan balaca boydur. Rüfət ona demişdir ki, “Habil məni niyə vurdun”, o da demişdir ki, “məni niyə aldatdın.” Onun üstündə bir dəfə Rüfətin yanına təpiklə vurmuşdur. Zərbə vuran anda Rüfət oturaq halda əli ilə özünü qorumaq istəmiş, o da Rüfəti təpiklə vurmuşdur. O, Rüfətə “padnoşka” vuranda gödəkçəsi əlimdə qalmış, yerə tullamışdır. Gödəkçə tərs formada Rüfətin əynindən çıxmışdır. Hadisə günü Zərərçəkmiş şəxs başında papaq var imiş. Zərərçəkmiş şəxs özündə narkotikanın olmadığını göstərmək niyyəti ilə “kaşlokunu” göstərirmiş. Ona görə Rüfətə inanmırmış ki, Rüfət o işlə məşğul imiş. İnanmırmış. Çünki ona deyirmiş ki, “gəl.” Gəlmiş. Ona deyir ki “yoxdu, gedirəm” zad. Bunun üstündən mübahisə düşmüşdür. Təpiyim Rüfətin yan hissəsinə dəymişdir. Şahid1 heçnə etməmişdir. Əsəd deyirmiş ki, “gəl çıxaq gedək”. Əsəd sadəcə olaraq onu aralayırmış, onu tutub aralamağa çalışırmış. Zərərçəkmiş şəxs ona narkotik vasitəni verməkdən imtina etdiyi və onu narkotik vasitənin olmaması barədə aldatdığı üçün o, əsəbi olduğundan mübahisəni sonlandırmamışdır. O, Rüfətlə üzbəüz dayanmışdır, “kaşlokunu” və telefonunu almış baxmadan qamışlıqdakı bataqlığa tullamışdır. Hara düşdüyünə baxmamışdır, ola bilər kartlar tullayərkən səpələnmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il saat 17 radələrində Ceyranbatanda yerləşən “Dörd Qardaş” adlı şadlıq sarayının birinci mərtəbəsində yerləşən “DAYİ PUB” adlı kafe oturmuşdur. Onlar kafedə araq, viski və pivə içmişlər, yeyib-içən zaman o, “nəşə” adlı narkotik vasitəni çəkmək istədiyini bildirmiş, narkotik vasitəni almaq üçün içkili olduğundan piyada getmək istəmədiyindən o, tanışı sürücü işləyən Şahid3 zəng etmişdir. O, xx.xx.2024-cü il saat 17:06-da Şahid3 zəng edən zaman onlar “DAYİ PUB” adlı kafedə imişlər. xx.xx.2024-cü il saat 17:59-da və 18:22-də Şahid3 əl telefonu ilə Zərərçəkmiş şəxslə telefon danışığını o, aparmışdır. Onlar Şahid3 avtomobilinə əyləşdikdən sonra Şahid3 gedəcəkləri yeri izah etmiş, amma nə üçün getdiyini deməmiş, sonra telefonunda konturu olmadığı üçün Şahid3 əl telefonunu istəmişdir ki, Zərərçəkmiş şəxs zəng etsin. Onun göstərdiyi yol ilə Şahid3 avtomobilini idarə etmiş, dediyi yerə çatmağa az qalmış ikinci dəfə o, Şahid3 əl telefonunu götürərək Zərərçəkmiş şəxs zəng edərək çatdığını bildirmişdir. Əlavə olaraq bildirir ki, o, Taqətə avtomobilini arxa yolla sürməsini bildirdiyindən “Günəş” kafesinin paralelinə təxminən 20 dəqiqə müddətində, gec çatmışlar. Zərərçəkmiş şəxs arasında olan mübahisə və dava təxminən 20-25 dəqiqə davam edə bilərmiş. Zərərçəkmiş şəxs bir büküm narkotik vasitə olan “nəşə”nin müqabilində ondan 10 manat pul istəyirdmiş. O, Rüfətə narkotik vasitə olan “nəşə”nin pulunu sonra verəcəyini bildirirmiş, Rüfət isə “nəşə”nin pulunu verəcəyi halda gedib gətirəcəyini ona bildirmiş, pulu vermədiyi üçün narkotik vasitə olan “nəşə”ni ona verməkdən imtina etmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs, Şahid1 və onda hansısa deşici-kəsici alət olmamışdır, o cümlədən o, Zərərçəkmiş şəxs zərbə endirərkən hansısa alətdən və ya predmetdən istifadə etməmişdir. Zərərçəkmiş şəxs şalvarının cibində olan təsbehi görməmişdir. Onun zərbəsindən sonra Zərərçəkmiş şəxs burnunun üstündə qan gəlmiş, ola bilər cib dəsmalı ilə silib, dəqiq xatırlamır. Gödəkçə, papaq və yaylıq üzərində aşkar edilmiş qan ləkələrinin yaranması ilə bağlı çox yaxşı xatırlamır. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. O, həmin vaxtı Zərərçəkmiş şəxs zərbə vurmamış, Rüfətin sadəcə çiyinindən yapışıb dartıb özünə tərəf çəkmiş, gözləmədiyi şəkildə Rüfət dizlərini yerə ataraq “nəşə” adlı narkotik vasitəsinin olmadığını demişdir. Zərərçəkmiş şəxs ona “nəşə” adlı narkotik vasitənin olmadığını demiş və inanmırsa ciblərinə baxmasını da bildirmişdir. O da Rüfətə “mən niyə ciblərinə baxıram” demişdir. Rüfət cibindən pul qabısını və telefonu çıxardan zaman o, əsəbi olduğu üçün baxmadan əlindən alıb qamışlığa tullamışdır. O. Rüfətə inanmadığını demiş, Rüfətə ona yalan danışdığını demişdir. Rüfət ona elə deyirmiş ki, “pul ver, gedim “Nasosnu” dan götürüm gəlim”. O da çox vaxt gedəcəyini demiş, Rüfətə onu telefonda narkotik vasitəsinin olmadığını demədiyini və onu aldatdığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı ifadəsində göstərdiklərini əyani olaraq bir daha təsdiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini əyani şəkildə göstərməklə yanaşı, ifadəsini daha da dəqiqləşdirib əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxslə mübahisəsi sonuncunun “nəşə” adlı narkotik vasitəni ondan pulu alıb, gedib gətirəcəyini bildirməsindən sonra, onun pulu olmadığından “nəşə” adlı narkotik vasitənin pulunu verməkdən imtina etməsindən, eyni zamanda bu səbəbdən Zərərçəkmiş şəxs də “nəşə” adlı narkotik vasitəni ona verməkdən ümumiyyətlə imtina etməsindən sonra yaranmışdır. Zərərçəkmiş şəxs üzərində “nəşə” adlı narkotik vasitənin olduğunu və onun pulu olmadığı üçün Zərərçəkmiş şəxs ona vermədiyini, Zərərçəkmiş şəxs onu aldatdığını düşündüyündən mübahisəni sonlandırmayaraq davam etdirib Zərərçəkmiş şəxs zərbələr endirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində və ona verilən sualları cavablandırarkən ibtidai istintaq zamanı verdiyi ifadəsinı uyğun ifadə verərək göstərmişdir ki, o, hadisənin şahidi olmamışdır. Hadisə olan zaman orada olmamışdır. Rüfətin meyiti tapılan zaman orada olmuşdur. Onun bildiyi qədəri ilə təqsirləndirilən şəxslə Rüfətin arasında borc münasibəti olmamışdır. Rüfətin yanına narkotik vasitəsi istəmək üçün getmişdir. Qardaşının onunla olan münasibətini eşitməmişdir. O, təqsirləndirilən şəxsi tanımamışdır. Hadisə vaxtı da ölkə xaricində olmuşdur. Oğlum ona zəng edərək Rüfətin axşam evə gəlmədiyini və telefonuna da zəng çatmadığını bildirmişdir. Səhəri gün onun oğlu Şahid5la birlikdə kafedə olmuşdur. Etibarın dediyinə görə iki nəfər şəxs birlikdə Rüfətin qoluna girmişlər. Əsəd adlı şəxsin olduğunu demişdir. Əvvəlcə bir yerdə məhəllə arası bir yola girdiklərini, daha sonra isə Ceyranbatan istiqamətində hərəkət etdiklərini demişdir. Hava qaralan zaman bir vətəndaşın evlərinin qarşısında onlar arasında ilkin mübahisə olmuşdur. Həmin vaxtı onları bir xanım görmüşdür. Xanım “Rüfəti niyə döyürsüz?” deyə soruşmuşdur. Ona bu sözləri oğlu danışmışdır. Oğluna da Etibar adlı şəxs demişdir. O, hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Qardaşının meyiti 8 gün sonra tapılmışdır. Meyit tapılan zaman onun yaralarından qan gəlmişdir. Qardaşı ilə bir məhəllədə yaşamışlar. Qardaşı pensiya almışdır. Onun xəstəliyi uzun müddət olmuşdur. Daha sonra onun xəstəliyi bitmişdir. Astma-bronxit xəstəliyindən əziyyət çəkmişdir. Son vaxtlar xəstəxanada olmamışdır. Müalicəsini 12-13 il əvvəl Ağciyər İnstitutunda almışdır. Təpik izləri olmuşdur. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Mahir Abdullayev təqsirləndirilən şəxsdən şikayətçi olduğunu onu bağışlamadığını və barəsində ən ağır cəzanın təyin olumasını xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 Rafiq oğlu sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Onunla qohumluqları vardır. Həm onun dostu, həm kəndlisi, həm də qohumu olmuşdur. Təqsirləndirilən şəxs onun əmisinin oğludur. Təqsirləndirilən şəxslə onlar birlikdə olmuşlar. Daha sonra yanından ayrılaraq qayıtmışdır. Daha sonra bu hadisə baş vermişdir. Onun fikrincə bilmədən olan bir hadisə olmuşdur. Hadisə vaxtı orada olmuşdur. Təqsirləndirilən şəxs onun yanında zəng eləmişdir. Aralarında mübahisə olmuşdur. Elə də güclü zərbələr olmamışdır. Onların rəhmətliklə aralarında söhbət olmuşdur. Söhbət əsnasında münaqişə olmuşdur. Mübahisənin nə üstündə düşdüyünü bilməmişdir. Durduq yerdə mübahisə düşmüşdür. İstintaq zamanı necə ifadə vermişsə, o cür də hadisə baş vermişdir. İçkili olduqlarına görə nəyin üstündə mübahisənin olduğunu xatırlamamışdır. Onun əvvəllər məhkumluğu olmamışdır. İstintaq zamanı onu döyən və ona təzyiq edən olmamışdır. Verdiyi ifadə düzgün verilmişdir. Habil zərərçəkmiş şəxsə zəng etmişdir. Onlar çayxananın qarşısında görüşmüşlər. Ondan sonra heç nədən mübahisə düşmüş və onlar kənara çəkilmişlər. Hadisə yerinə Taqətin avtomobili ilə getmişlər. Avtomobildə Taqət, o və Habil olmuşdur. Eyni zamanda Xətai adlı şəxs də olmuşdur. Xətai ilə Taqətin xəbəri olmamışdır. Onlar çıxıb getmişlər. Habillə ikisi birlikdə getmişlər. Mübahisə ani olaraq baş vermişdir. Mübahisə zamanı Habilin yanında olmuşdur. Şəxsləri aralamağa çalışmışdır. Zərərçəkmiş şəxsi Habil əli ilə vurmuşdur. İki və ya üç dəfə şillə vurmuşdur. Daha sonra təpik vurmuşdur. Ölümcül zərbə vurmasını görməmişdir. Zərərçəkmiş şəxsi oturaq vəziyyətdə qoyaraq getmişlər. Yüngülvari uzanmış vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs boy-buxun cəhətdən Habildən zəif görünmüşdür. Habil kimi idmançı bədəninə malik olmamışdır. Hadisə vaxtı onlar içkili olmuşlar. Mübahisənin baş vermə səbəbini xatırlamamışdır. Mübahisə on beş və ya iyirmi dəqiqə davam etmişdir. Habil zərərçəkmiş şəxsi vuranda insan necə zərbələrə reaksiya verməlidirsə, zərərçəkmiş şəxs də elə reaksiya vermişdir. Habilə “məni vurma” demişdir. Savaşmaq epizodu üç və ya beş dəqiqə davam etmişdir. Onlar mərhumu qoyub gedəndə şəxs danışa bilmişdir. Habilə “məni vurma” deyəndən sonra Habil onu vurmamışdır. Onun xatırladığı qədəri ilə Habillə mərhumu aralayanda Habil ona bir söz deməmişdir. Geri qayıdıb onlar zərərəçəkmiş şəxsin orada olub-olmadığına baxdıqdan sonra çıxıb getmişlər. Onlar gedəndə zərərçəkmiş şəxs oturaq vəziyyətdə olmuşdur. Onlar heç bir şey olmaz deyə düşünmüşlər. Sonradan şəxsin vəfat etdiyini bilmişlər. Adi bir şeyin üstündə mübahisə baş vermişdir. Hadisə yerindən ayrılandan sonra Habil öz evinə, o da öz evinə getmişdir. Səhərisi gün də hər ikisi öz işi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxsin öldüyündən xəbəri olmamışdır. Təqsirləndirilən şəxsin əlində heç bir şey olmamışdır. İstintaq zamanı ifadə verən zamanı onu döyən və incidən olmamışdır. Sərbəst şəkildə ifadə vermişdir. İfadəsini özü oxumuş və imzalamışdır. İfadəsini təsdiq etmişdir. Əlinin içi ilə vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxsə ölümcül zərbə vurulmamışdır. Maksimum üç və ya dörd zərbə vurmuşdur. Ondan o tərəfə heç bir şey olmamışdır. Şahid1 Rafiq oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında fəqlilik olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 9 ildir ki Təqsirləndirilən şəxs tanıyır, eyni kənddəndirlər, yanaşı məhəllələrdə yaşayırlar. Təqsirləndirilən şəxs vaxtı ilə taksi sürüb, onunla metal əritmə zavodunda da işləmişdir. Təqsirləndirilən şəxs daha sonra Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “ABŞERON” yazısının yaxınlığında yerləşən nəqliyyat vasitələrinin təmiri sexində usta köməkçisi kimi də işləyib, müəyyən vaxtlar taksi fəaliyyəti ilə də məşğul olmuşdur. Hadisə ilə əlaqədar bildirir ki, xx.xx.2024-cü il tarixdə o, tanışları Xətai və Habil adlı şəxslərlə Ceyranbatanda yerləşən “Dörd Qardaş” adlı kafedə oturub, spirtli içki qəbul etmişlər. Üçü də spirtli içki qəbul edirmişlər, hamısına 0.7 litr araq və 0.5 litr viskini içmişlər. Daha sonra Habil onlara “nəşə” adlı narkotik vasitə qəbul etmək istədiyini bildirmişdir. O da Habil ilə razılaşmışdır, çünki o da aradabir “nəşə” adlı narkotik vasitədən istifadə edir. Buna görə də Habil istifadəsində olan telefon ilə tanışı Şahid3 zəng etmişdir. Habil həmin şəxsə zəng edib ona Sumqayıt-Bakı yolunun üstündə yerləşən “Günəş” kafesinə getmək istədiyini bildirmiş və ona kafenin yerini izah etmişdir. Sürücü xx.xx.2024-cü il saat 17:30 radələrində onların yanına gəlmişdir. Şahid3 gəldikdən sonra onlar Şahid3 avtomobilinə əyləşmişlər. Habil avtomobilə əyləşdikdən bir neçə dəqiqə sonra öz nömrəsində kontur olmadığından sürücü Şahid3 telefonunu zəng etmək üçün götürmüşdür. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs zəng etmişdir. Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs “Günəş” kafesinin yanında olduğunu, gözlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs sürücü yanlarında olduğundan açıq nə istədiyini deməmiş, onsuz da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs narkotika almağa getdiyini bilirmiş. Bildiyinə görə Zərərçəkmiş şəxs “nəşə”nin bir bükümünü 10 manata satırmış. Sürücü Şahid3 yolu yaxşı bilmədiyindən Təqsirləndirilən şəxs yolu göstərmiş arxa yolla üzü Bakı istiqamətində Bakı- Sumqayıt yoluna çıxmışlar. “Günəş” kafesinin paralelinə çatdıqda Təqsirləndirilən şəxs avtomobili saxlatmış və avtomobildən o və Təqsirləndirilən şəxs birlikdə enmişlər, yolun digər tərəfinə keçmişlər və yolun kənarı ilə irəliləyib Zərərçəkmiş şəxs yaxınlaşmışlar. Zərərçəkmiş şəxs yanında bir yaşlı, sacının rəngi ağ olan şəxslə asfalt yolun kənarında dayanıbmış. Narkotika satan Rüfət adlı şəxsi əvvəllər tanımamış, onun adını Təqsirləndirilən şəxs ona demişdir. Onlar Zərərçəkmiş şəxs yanına çatmış, o, Zərərçəkmiş şəxs yanındakı qocaya “Əmi bizi bağışla, Rüfətlə işimiz var” demiş, Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs “Rüfət, sənlə işim var” demişdir. Sonra o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kənara çəkilmişlər, onlar dəmirçi sexinin qarşısındakı yüksək gərginlikli hündür elektrik dirəyinin arxasındakı torpaq yola daxil olmuşlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir bükümdə “nəşə” adlı narkotik vasitəsini istəmiş, Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs 10 manat verməsini və gedib narkotikanı gətirib gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs birinci “nəşə” adlı narkotik vasitəsini verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs üstündə “nəşə”si olmadığını, pulu aldıqdan sonra götürüb gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs üstündə narkotik olmadığı halda onu niyə yanına çağırdığını demiş, bunla da aralarında sözlü mübahisə yaranmağa başlamışdır. Əlavə olaraq bildirir ki, həmin vaxtı Təqsirləndirilən şəxs və onun üzərində pul yox imiş. Təqsirləndirilən şəxs üzərində pul olmamasını o, orada bilmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çiynindən yapışıb dartıb özünə tərəf çəkmişdir, çünki Zərərçəkmiş şəxs onlardan uzaqlaşmaq istəyirmiş. Bu zaman Zərərçəkmiş şəxs qorxusundan dizini yerə atıb “nəşə” adlı narkotik vasitəsinin olmadığını demişdir, Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs yaxasından tutub ayağa qaldırmış və irəliləmişlər. Bu minvalla Zərərçəkmiş şəxslə görüşdükləri yerdən torpaq yolla təxminən 100-110 metr aşağı düşmüşlər, həmin yerdə asfalt yoldan torpaq yola keçmək üçün balaca körpücük vardır. Həmin yerdə dayanıb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə mübahisə edirmiş, bu zaman yanlarından orta boylu, kök, yaşlı xala da keçirmiş, həmin xala onlara mübahisə etməmələrini demiş, bu zaman o və Təqsirləndirilən şəxs həmin xalaya “Sənlik deyil, xala, bu camaatın uşaqlarını zəhərləyir” ifadəsini işlətmiş, xala da yoluna davam edib onlardan uzaqlaşmışdır. Yaşlı xalanı o, tanımır, həmin şəxs onlardan uzaqlaşandan sonra Təqsirləndirilən şəxs qəfil Zərərçəkmiş şəxs sifətinə bir dəfə yumruqla zərbə endirmişdir. Zərərçəkmiş şəxs həmin zərbədən sonra bir az aralaşmış, o da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəif olduğunu, vurmamasını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə edərək torpaq yolla irəliləməyə davam etmişlər, o da onların arxası ilə getmiş, əlavə olaraq təxminən 150 metr də getmişlər, oradan sağ tərəfə, yəni asfalt yola aparan fərdi evlərin arasındakı yola daxil olmuşlar, həmin aralıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu aldatdığı üçün sağ əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs burnundan qan gəlmiş, zərbədən sonra Zərərçəkmiş şəxs iti şəkildə qaçaraq həmin ərazidəki qamışlığa tərəf qaçmış və həmin qamışlığın içərisinə tullanmışdır. Təqsirləndirilən şəxs də onun arxası ilə qaçıb qamışlığa tullanmış və Zərərçəkmiş şəxs tutaraq qamışlıqdan çıxarıb palçıqlı hissəyə çəkmişdir. Zərərçəkmiş şəxs yenə Təqsirləndirilən şəxs onu vurmağının səbəbini soruşmuş, Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs “nəşə”si var deyib onu niyə aldatdığını və çağırdığını bildirmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ikisi üzbəüz ayaq üstündə dayanmış, o da onların yanında dayanmış, Təqsirləndirilən şəxs ondan iri və qüvvətli olduğundan, Təqsirləndirilən şəxs aralamağa onu gücü çatmırmış, amma sözlə etməməsini, vurmamasını bildirmişdir. Təqsirləndirilən şəxs bu səfər Zərərçəkmiş şəxs gödəkçəsinin yaxasından hər iki əli ilə yapışmış, sağ ayağı ilə Zərərçəkmiş şəxs yan hissəsinə bir dəfə təpik vurmuş, lakin əli ilə gödəkçəsindən tutub saxladığından Zərərçəkmiş şəxs yerə yıxılmağa qoymamış, sonra əlini çəkmiş, Rüfət gödəkçəsinin iç döş cibindən pul qapısını və nəyisə çıxardıb Təqsirləndirilən şəxs “nəşə” adlı narkotik vasitəsinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs inanmırmış, Təqsirləndirilən şəxs elə hesab edirmiş ki, Zərərçəkmiş şəxs Habilin pulu olmadığı üçün yalan danışır, üstündə “nəşə” adlı narkotik vasitəsi olmasına baxmayaraq Habilə vermir. Mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üstündə pul olmadığını bilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs demişdir, çünki Zərərçəkmiş şəxs, birinci pulu verməsini sonra “nəşə” adlı narkotik vasitəni verəcəyini deyirmiş. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindəki pul qabısını və nəyisə əlindən alıb qamışlığa tullamış, sonra Zərərçəkmiş şəxs yenə gödəkçəsinin yaxasından tutmuş və ikinci dəfə sağ ayağı ilə Zərərçəkmiş şəxs ayaqlarına zərbə vurub yerə yıxmış, Rüfət yerə yıxılan zaman gödəkçəsi əynindən tərs şəkildə çıxmışdır. Gödəkçə Təqsirləndirilən şəxs əlində qalmış və gödəkçəni yerə atmışdır. Təqsirləndirilən şəxs sərxoş olduğundan sakitləşmək bilmirmiş, Təqsirləndirilən şəxs bu zaman yenə Zərərçəkmiş şəxs baş və yan nahiyəsinə yumruq və təpiklə bir neçə zərbə endirməyə davam etmişdir, həmin zərbələrdən sonra da Rüfət yerdə oturaqlı vəziyyətdə qalmışdır. O, bütün bu baş verənlər zamanı Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışırmış və sonuncu dəfə Təqsirləndirilən şəxs sağ ayağı ilə Zərərçəkmiş şəxs zərbə endirdikdən sonra o, Təqsirləndirilən şəxs arxasına keçib Habildən bərk yapışmış və Təqsirləndirilən şəxs kənara çəkmişdir. Bundan sonra Habil də sakitləşmişdir. Zərərçəkmiş şəxs yerdə palçığın içərisində yanı üstə oturacaqlı vəziyyətdə imiş. Həmin zaman Zərərçəkmiş şəxs sifətində qan var imiş. Bundan sonra onlar oradan ayrılmış və irəli gedərək yerüstü piyada keçidinin yanına çatmışlar. Orada onları Xətai adlı tanışları gözləyirmiş. Onların yaşadıqları ünvan həmin yerüstü keçiddən təxminən 300 metr aralıda yolun digər tərəfində yerləşən “Praqa” hotelinin arxasında yerləşdiyindən, piyada şəkildə evlərinə getmişlər. Səhəri gün o, Təqsirləndirilən şəxslə birlikdə “Günəş” kafesinə çay içəməyə getmişlər, orada olanda bilmişlər ki, Rüfət iki gündür ki evə getməmişdir. xx.xx.2024-cü il tarixdə məhəllə camaatından Rüfətin meyitinin tapıldığını eşitmişdir. Bundan başqa o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə söhbət edərkən yanlarından yaşlı orta boylu xanım keçirmiş, onların mübahisə etdiyini görüb onlara müahisə etməmələrini bildirmişdir. Bu zaman onlar həmin xalaya “Sənlik deyil, xala, bu camaatın uşaqlarını zəhərləyir” ifadəsini işlətmişlər, xala da yoluna davam edib onlardan uzaqlaşmışdır. Hadisə 04 fevral 2024-cü il tarixdə, saat təxminən 18-19 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazində qamışlıqda baş vermişdir. Mübahisə təxminən 20 dəqiqə baş vermişdir. Zərərçəkmiş şəxslə aralarında əvvəllər hər hansı mübahisə və ədavət olmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəsarət yetirməmiş, o da hadisə zamanı xəsarət almamışdır. Hadisə zamanı spirtli içkinin təsirindən sərxoş olmuşlar. Olanda “nəşə” adlı narkotik vasitədən istifadə edir. Narkotik vasitələrin istifadəsi ilə əlaqədar müalicə almır, dispanserdə qeydiyyatda deyil. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində qəhvəyi rəngli gödəkçə, göy rəngli şalvar, dama-dama köynək olmuşdur. Hadisə yerində çəkilmiş meyit şəkili ilə tanış olmuşdur, Rüfətin əynindəki paltarlar həmin paltarlardır. Zərərçəkmiş şəxs özündə narkotik vasitənin olmadığına Təqsirləndirilən şəxs inandırmaq üçün pul qabısını gödəkçəsinin içəri döş cibindən çıxarıb ona göstərmişdir. Təqsirləndirilən şəxs də pul qabısını onun əlindən alıb qamışlığa tullamışdır. Pul qabısını tulladığı zaman içərisindəki şeylər də yəqin ətrafa səpələnmiş, lakin hava qaranlıq olduğu üçün fikir verməmişlər. Hadisə yerinə baxış keçirilən zaman çəkilmiş foto şəkilllərlə tanış olmuş, meyitin olduğu yer Habilin dalaşdığı yerdir. O, 6 nömrəsi ilə işarələnmiş qanabənzər ləkənin görüntüsü olan foto şəkillə tanış olmuşdur. Həmin yerdən keçmişlər, Zərərçəkmiş şəxs həmin aralıqdan qaçaraq keçmiş, özünü bir az irəlidəki qamışlığa tullamışdır. Hava qaranlıq olduğu üçün o, qana bənzər ləkənin necə yaranması barədə bir söz deyə bilmir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq və təpiklə bir neçə dəfə zərbələr endirmişdir. Həmçinin Şahid1 əlavə ifadəsində göstərmişdir ki, onlar xx.xx.2024-cü il saat 17 radələrində Ceyranbatanda yerləşən “Dörd Qardaş” adlı şadlıq sarayının birinci mərtəbəsində yerləşən “DAYİ PUB” adlı kafe oturmuşlar. Onlar kafedə araq, viski və pivə içmişlər, yeyib-içən zaman Təqsirləndirilən şəxs onlara “nəşə” adlı narkotik vasitəni çəkmək istədiyini bildirmiş, narkotik vasitəni almaq üçün içkili olduğundan piyada getmək istəmədiyindən Təqsirləndirilən şəxs özünün tanışı, sürücü işləyən Şahid3 zəng etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 17:06-da Şahid3 zəng edən zaman onlar “DAYİ PUB” adlı kafedə imişlər. xx.xx.2024-cü il saat 17:59-da və 18:22-də Şahid3 əl telefonu ilə Zərərçəkmiş şəxslə telefon danışığını Təqsirləndirilən şəxs aparmışdır. Onlar Şahid3 avtomobilinə əyləşdikdən sonra Təqsirləndirilən şəxs Şahid3 gedəcəyi yeri izah etmiş, amma nə üçün getdiyini deməmiş, sonra telefonunda konturu olmadığı üçün Şahid3 əl telefonunu istəmişdir ki, Zərərçəkmiş şəxs zəng etsin. Təqsirləndirilən şəxs göstərdiyi yol ilə Şahid3 avtomobilini idarə etmiş, Habilin dediyi yerə çatmağa az qalmış ikinci dəfə Təqsirləndirilən şəxs Şahid3 əl telefonunu götürərək Zərərçəkmiş şəxs zəng edərək çatdığını bildirmişdir. Xatırladığı qədəri ilə xx.xx.2024-cü il saat 18:43, 18:44, 18:48, 18:50, 19:07, 19:16, 19:19 və 19:22-də Şahid3 əl telefonu ilə onunla telefon danışığını Taqət və Xətai aparmışdır. Onunla əsasən Şahid2 telefonda danışmışdır. Şahid2 də telefonunda kontur olmadığından ona Taqət Şahinayarovun telefonu ilə zəng etmişdir. Şahid3 və Şahid2 evə tələsdikləri üçün ona tez-tez zəng edirmişlər ki, qayıtsınlar. O, zənglərə cavab versə də onlara telefonda nə üçün gecikdiklərini deməmişdir. Telefonda sadəcə “bir azdan gələcəklərini” bildirirmiş. Həmin zənglər ona edilən zaman o, Habil və Rüfətin yanında imiş. xx.xx.2024-cü il saat 19:07, 19:16, 19:19 və 19:22-də ona edilmiş zənglər zamanı isə onlar asfalt yolla Taqət və Xətainin yanında gedirmişlər, telefonda danışaraq onları yerüstü keçidin yanında gözləmələrini, həmin yerə çatmalarına az qaldığını Şahid2 demişdim. O, ifadəsində də göstərdiyi kimi Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında olan mübahisə və dava uzağı 20-25 dəqiqə davam etmişdir. Çünki xx.xx.2024-cü il saat 19:07, 19:16, 19:19 və 19:22-də ona edilmiş zənglər zamanı onlar asfalt yolla Taqət Şahinayarov və Şahid2 yanında gedirmişlər, telefonda danışaraq onları yerüstü keçidin yanında gözləmələrini, həmin yerə çatmalarına az qaldığını deyirmiş. O, ifadəsində kafenin adının ümumi olaraq “Dörd Qardaş” qeyd etmişdir, çünki həmin bina “Dörd Qardaş” adı ilə daha məşhurdur. Daha dəqiq desə o, Şahid2 və Habil Qonşəliyev xx.xx.2024-cü il tarixdə 0.7 litr araq və 0.5 litr viskini “Dörd Qardaş” adlı şadlıq sarayının birinci mərtəbəsində yerləşən “DAYİ PUB” adlı kafe qəbul etmişlər. Həmin kafeni işlədən şəxs Təşəkkül adlı şəxsdir. Kafedə spirtli içki kimi araq və viski satılmadığından onlar mağazadan alıb həmin kafedə oturmuşlar. Kafedə 0.7 litr araq və 0.5 litr viskini, 5-6 bakal da pivə içmişlər. Zərərçəkmiş şəxs bir büküm narkotik vasitə olan “nəşə”nin müqabilində Təqsirləndirilən şəxs 10 manat pul verməsini istəyirmiş. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs narkotik vasitə olan “nəşə”nin pulunu sonra verəcəyini bildirirmiş, Zərərçəkmiş şəxs isə “nəşə”nin pulunu verəcəyi halda gedib gətirəcəyini Təqsirləndirilən şəxs bildirirmiş. Mübahisə zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onda hansısa deşici-kəsici alət olmamışdır, o cümlədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zərbə endirərkən hansısa alətdən və ya predmetdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs fiziki cəhətdən zərərçəkmiş Zərərçəkmiş şəxs çox güclü, hündür boylu olduğundan Zərərçəkmiş şəxs Habilə müqavimət göstərə bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yalnız yumruq və təpiklə dəfələrlə təkrarən zərbələr endirmişdir. Təqsirləndirilən şəxs zərbələrindən sonra Rüfət Abdulllayevin sağ qaşından və burun nahiyəsindən qan gəlmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gödəkçəsinin yaxasından buraxdıqdan sonra Zərərçəkmiş şəxs gödəkçəsinin cibindən balaca dəsmal çıxararaq qan gələn nahiyəsini silmiş, təkrar cibinə qoymuşdur. Daha sonra gödəkçəsinin iç döş cibindən pul qapısını çıxarıb Habilə “nəşə” adlı narkotik vasitəsinin olmadığını göstərmişdir. Ona təqdim edilən şəkildəki cib dəsmalı Zərərçəkmiş şəxs istifadə etdiyi cib dəsmalıdır. İfadəsində qeyd etdiyi kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə ən azı 4-5 dəfə yumruqla xəsarət yetirmişdir. O, ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla vurduğunu dedikdə, həm də Rüfətin baş nahiyəsinə yumruqla vurduğunu nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs boyu təxminən 1.87 metr olduğu halda, Zərərçəkmiş şəxs ondan xeyli balaca boyludur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəfil, gözləmədiyi zaman yumruqla baş nahiyəsinə, sağ göz ətrafına, bir neçə zərbə endirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə görüşdüyü yerdən mübahisə edərək torpaq yolla təxminən 100- 110 metr aşağı düşürmüş, həmin yerdə asfalt yoldan torpaq yola keçmək üçün balaca körpücük var imiş, həmin vaxtı oradan keçən yaşlı xanıma Təqsirləndirilən şəxs “Sənlik deyil, xala, bu camaatın uşaqlarını zəhərləyir” demiş, o da həmin xanıma orada gözləməməsini, getməsini demiş, çünki mübahisənin böyüməsini istəməmiş, lakin həmin şəxs onlardan uzaqlaşdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuş, o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəif olduğunu, onu vurmamasını demiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə mübahisə edərək əlavə olaraq təxminən 150 metr də irəliləyirmiş, o da onların arxası ilə gedirmiş ki, Habili sakitləşdirsin və Zərərçəkmiş şəxs uzaqlaşdırsın. Həmin yerdə sağ tərəfə, yəni asfalt yola aparan fərdi evlərin arasındakı yola daxil olmuşlar, həmin aralıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu aldatdığı üçün sağ əli ilə Rüfətin yenə baş nahiyəsinə daha bir dəfə yumruqla zərbə endirmiş, zərbənin təsirindən Zərərçəkmiş şəxs burnundan qan da gəlmiş, zərbədən sonra Zərərçəkmiş şəxs həmin ərazidəki qamışlığa tərəf qaçmış və həmin qamışlığın içərisinə tullanmış, Təqsirləndirilən şəxs də Rüfətin Abdullayevin ardınca qamışlığa tullanıb Rüfəti tutmuş, palçıqlı hissəyə çəkmiş, Təqsirləndirilən şəxs bu dəfə Zərərçəkmiş şəxs gödəkçəsinin yaxasından hər iki əli ilə yapışmış, sağ ayağı ilə onun yan hissəsinə bir dəfə təpik vurmuş, lakin əli ilə gödəkçəsindən tutub saxladığından Rüfəti yerə yıxılmağa qoymamış, Zərərçəkmiş şəxs bu zaman gödəkçəsinin iç döş cibindən pul qapısını çıxarıb Təqsirləndirilən şəxs “nəşə” adlı narkotik vasitəsinin olmadığını göstərmiş, Habil Təqsirləndirilən şəxs Qoşnəliyev əlindəki pul qabısını və nəyisə əlindən alıb baxmadan qamışlığa tulladığını görmüş, bütün bu baş verənlər zamanı o, Təqsirləndirilən şəxs dəfələrlə mübahisəni sonlandırmasını, getmələrini bildirirmiş, hətta bir-iki dəfə Habilin qolundan yapışaraq kənara da çəkməyə çalışmış, lakin Habil ondan güclü olduğundan onu kənara itələmişdir. Təqsirləndirilən şəxs yenə Zərərçəkmiş şəxs gödəkçəsinin yaxasından tutub sağ ayağı ilə onun ayaqlarına zərbə endirmiş, bu zaman Zərərçəkmiş şəxs yerə yıxılmış, Zərərçəkmiş şəxs yerə yıxılan zaman gödəkçəsi əynindən tərs şəkildə çıxmış, Təqsirləndirilən şəxs sakitləşməyərək Zərərçəkmiş şəxs baş və yan nahiyəsinə yumruq və təpiklə daha bir neçə zərbə vurmuş, həmin zərbələrdən sonra da Zərərçəkmiş şəxs yerdə oturaqlı vəziyyətdə qalmış, o, bu səfər Təqsirləndirilən şəxs arxasına keçib ondan bərk yapışıb və Habili kənara çəkmiş və getmələrini bildirmişdir. Həmin zaman Zərərçəkmiş şəxs sifətində, yəni burun, qaş və dodağında qan olduğunu görmüşdür. Onlar oradan ayrıldığı zaman Zərərçəkmiş şəxs sağ imiş, o, heç vaxt ağlına belə gətirməzmiş ki, Zərərçəkmiş şəxs ölə bilər. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə qəfildən ən azı 4-5 dəfə yumruqla zərbə vurmuşdur. Zərbələr qəfil olduğu üçün, həm də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə müqayisədə çox zəif olduğundan belə zərbələrdən tam yayına bilməmişdir. Amma Rüfət əli ilə Habili özündən uzaqlaşdırmağa çalışırmış. Təqsirləndirilən şəxs ondan fiziki cəhətdən qüvvətli, iri bədən quruluşlu və hündür boyludur. İstər mübahisə, istərsə də Zərərçəkmiş şəxs yumruq və təpiklə zərbələr endirən zaman o, nə qədər çalışsa da Təqsirləndirilən şəxs mane ola bilməmişdir. O, bir neçə dəfə Təqsirləndirilən şəxs qolundan yapışaraq kənara çəkmişdir ki “gəl gedək”, lakin Təqsirləndirilən şəxs spirtli içkinin təsiri altında olduğundan, həm də çox əsəbi olduğundan onun bütün cəhdləri boşa çıxmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəfildən, gözləmədiyi anda zərbələr vururmuş, o, əvvəlcədən bilə bilməzmiş ki, zərbə vuracaq. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Onlar arasında əvvəllər ədavət və düşmənçilik də olmamışdır. Hadisə olan gün sadəcə olaraq aralarında yaranmış mübahisəyə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döymüşdür. Onlar oradan uzaqlaşdıqları zaman Rüfət Abullayev sağ imiş, yəni onlar hesab edirmişlər ki, Rüfət də evinə gedər. Təqsirləndirilən şəxs Rüfəti öldürmək üçün real hərəkət etməmişdir, sadəcə yumruqla zərbələr endirməklə döymüşdür. Şahid1 Rafiq oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsinin düzgün olduğunu və həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Təqsirləndirilən şəxs onun əmisioğludur. Onlar birlikdə yeyib-içdikdən sonra ayrılmışlar. Ondan sonra ölüm hadisəsi baş vermişdir. Habil mərhumla dalaşmış və onu vurmuşdur. O, hadisə baş verdiyi yerdə olmamışdır. Habil onunla birlikdə spritli içki qəbul etmişdir. 0.7 litr araq və 0.5 litr viski içmişlər. Habillə birlikdə marixuana qəbul etməmiş və Habil ona marixuana təklif etməmişdir. Onlar hadisə yerinə birlikdə getmiş və daha sonra iki nəfərlik qrup şəklində ayrılmışlar. Onların düşürdükləri yerə Habilin nə üçün getdiyini bilməmişdir. O iş adı ilə düşüb getmişdir. İstintaqda onu döyən, incidən, “ifadəni bizim dediyimiz kimi yaz” deyən olmamışdır. İfadə verəndə onu məcbur edən olmamışdır. Ona narkotik götürməyə getdiyi demişdir. Narkotiki rəhmətlik Rüfətdən götürməli imiş. Avtomobildən düşəndə Rüfətlə görüşməyə gedəcəyini bildirmişdir. Rüfəti əvvəllər tanımışdır. Onunla dərin münasibətləri olmamışdır. O, Rüfətin narkotik satmasını bilməmişdir. Onunla əlaqəsi olmamışdır. Onların bir-birilərinə pul borclu olmalarını bilməmişdir. Hadisəni televizorda xəbərlərdən öyrənmişdir. Ona qədər şəxsin itkin düşməsini bilmişdir. Habil onu vurmasını demişdir. Ona dalaşdığını demişdir. Ölüm hadisəsinin baş verdiyini deməmişdir. Taksi sürücüsünün nömrəsi ilə ona zəng etməmişdir. Habillə münasibətləri yaxşı olmuşdur. Habil mərhumun ona borclu olub-olmaması barədə onun yanında hər hansı bir söz işlətməmişdir. Onları yola salandan sonra üzü şəhərə doğru getməyə başlamışdır. “Göyçə” kafesinin yanına gəlmişlər. Köşkün yanında Habili axtarmağa başlamışdır. Onun üzəri pis gündə olmuşdur. Habilin yanındakı şəxsin də üzəri pis gündə olmuşdur. Onlardan üstbaşlarının niyə pis gündə olduğunu soruşanda onlar “dalaşmışıq” deyə cavab vermişlər. Ona bu hal normal gəlmişdir. Rüfətlə dalaşdığını demişdir. Bundan sonra heç nə soruşmamışdır. Habil evə sarı gedəndən sonra onlar da dağılışmışlar. Üst-başları palçıq olmuşdur. Üst-başları palçıq olduğuna görə onları avtomobilə mindirməmişdir. Evlərinə qədər piyada getmişlər. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Düzgün ifadə vermişdir. Yalan danışmamışdır. Bundan başqa Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 15-20 ildir ki Təqsirləndirilən şəxs tanıyır, eyni kənddəndirlər, yanaşı məhəllələrdə yaşayırlar. Təqsirləndirilən şəxs vaxtı ilə taksi sürüb, metal əritmə zavodunda da işləmiş, daha sonra Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “ABŞERON” yazısının yaxınlığında yerləşən nəqliyyat vasitələrinin təmiri sexində usta köməkçisi kimi də işləyib, müəyyən vaxtlar taksi fəaliyyəti ilə də məşğul olmuşdur. Hadisə ilə əlaqədar bildirir ki, xx.xx.2024-cü il tarixdə o, tanışları Şahid1 və Təqsirləndirilən şəxs ilə Ceyranbatanda yerləşən “Dörd Qardaş” adlı şadlıq sarayının birinci mərtəbəsində yerləşən “DAYİ PUB” adlı kafedə oturub, spirtli içki qəbul etmişlər. Həmin kafedə araq və viski olmadığından, üçü pul atışıb 0.7 litr araq və 0.5 litr viskini almışlar. Sonra kafedə oturub sosiska ilə yeyibiçməyə başlamışlar. Üçü də spirtli içi qəbul edirmiş, hamıya 0.7 litr araq və 0.5 litr viskini içmişlər. Daha sonra Təqsirləndirilən şəxs onlara “nəşə” adlı narkotik vasitə qəbul etmək istədiyini bildirmişdir. Onlar da Təqsirləndirilən şəxslə razılaşmışlar, çünki Əsəd də “nəşə” adlı narkotik vasitədən istifadə etmək istəyirmiş. Buna görə də Habil istifadəsində telefon ilə tanışı Şahid3 zəng etmişdir. Habil həmin şəxsə zəng edib Sumqayıt-Bakı yolunun üstündə yerləşən “Günəş” kafesinə getmək istədiyini bildirmiş və ona oturduqları kafenin yerini izah etmişdir. Sürücü xx.xx.2024-cü il saat 17:30 radələrində onların yanına gəlmişdir. Şahid3 gəldikdən sonra onlar Taqətin “Mercedes” markalı avtomobilinə əyləşmişlər. O, avtomobilin ön sərnişin oturacağında, Habil və Əsəd də arxa sərnişin oturacağında əyləşmişlər. Təqsirləndirilən şəxs avtomobilə əyləşdikdən bir neçə dəqiqə sonra öz nömrəsində kontur olmadığından sürücü Taqətin telefonunu zəng etmək üçün götürmüşdür. Habil tanışı Rüfətə zəng etmişdir. Rüfət də Habilə “Günəş” kafesinin yanında olduğunu, gözlədiyini bildirmişdir. Rüfətlə əyani tanışlığı olmasa da, onlar tərəfdə yaşayan şəxslər Rüfətin satdığını eşitmişdir. Sürücü yanlarında olduğundan Habil açıq nə istədiyini deməmişdir, onsuz da Rüfət Habilin narkotika almağa getdiyini bilirmiş. Bildiyinə görə Rüfət “nəşə”nin bir bükümünü 10 manata satırmış. Sürücü Taqət yolu yaxşı bilmədiyindən Habil yolu göstərmiş arxa yolla üzü Bakı istiqamətində Bakı-Sumqayıt yoluna çıxmışlar. “Günəş” kafesinin paralelinə çatdıqda Habil avtomobili saxlatmış və avtomobildən Əsəd və Təqsirləndirilən şəxs birlikdə enmişlər, yolun digər tərəfinə keçmişlər və yolun kənarı ilə irəliləyib Rüfətə yaxınlaşmışlar. O, həmin vaxtı avtomobildə qalmış, Habil gedərkən onu gözləmələrini və tez qayıdacağını demişdir. Ona görə də o, avtomobildə onları gözləmişdir. Taqət də avtomobilini bir azda irəli sürüb, ara məhləyə aparan yola daxil olub, orada gözləmişlər. Təxminən 10 dəqiqə onları gözləmişlər, onlardan xəbər çıxmadığı üçün Taqət Təqsirləndirilən şəxs zəng etmiş, lakin cavab verməmişdir. Buna görə də o, öz telefonunda konturu olmadığından Taqətin telefonu ilə Əsədə zəng etmişdir. Onun zənginə Habil özü cavab vermiş və özünün getməyini bildirmişdir. Onlar avtomobillə üzü Bakı istiqamətində magistralla yolla getmiş, bir az irəlidəki yerüstü keçidə çatanda Habil təkrar zəng edərək onları həmin yerüstü keçidin yanında gözləmələrini, kiminləsə dalaşdığını ona demişdir. O da Taqətə həmin keçidin yanında saxlamasını Habilgilin gələcəyini demişdir. Avtomobili saxladıqdan sonra o, Taqətin telefonu ilə Habilə ya da Əsədə təkrar zəng etmişdir. Habilgil həmin keçid tərəfə gələcəklərini demiş və o, telefonla danışadanışa avtomobildən enib yerüstü keçidin altı ilə yolun digər tərəfinə keçməyə başlamışdır. Ətrafa baxmış amma Habilgili görməmiş, təxminən 5-6 dəqiqə sonra Habil və Əsədin yolun kənarındakı torpaq yolla gəldiklərini görmüşdür. Bu zaman Taqət də onun yanında imiş, Taqət evə tələsdiyini bildirib getmək istədiyini bildirmişdir. O, Habildən kiminlə dalaşdığını soruşmuş, Habil ona Rüfətlə əlbəyaxa dava etdiyini, Rüfəti döydüyünü bildirmişdir. Habil Rüfəti “nəşə” adlı narkotik vasitəsinin olmadığını dediyinə görə döydüyünü bildirmişdir. Əsəd də ona Habilin qarşısını ala bilmədiyini, Habilin içkili olduğu üçün sözünü eşitmədiyini, Habili aralamağa gücünün çatmadığını bildirmişdir. O, onların ayaqqabılarına fikir verdikdə görmüşdür ki, hər ikisinin ayaqqabıları bütün palçıq olmuşdur. O, Habildən üstünün palçıq olmasının səbəbini də soruşmuşdur. Habil ona Rüfəti qamışlıqda döyüdüyü üçün üstünün palçıq olduğunu bildirmişdir. Taqət də Habil və Əsədin ayaqqabılarının palçıq olduğu üçün avtomobilinə əyləşdirməyəcəyini bildirmiş və getmişdir. Taqət gedəndən sonra hər üçü evlərinə getmişdir. Növbəti gün axşam vaxtı o, “Günəş” kafesinə domino oynağa getmiş, orada olarkən Habil də gəlmiş, söhbət zamanı o, Habilə Rüfətin itkin düşdüyünü eşitdiyini bildirmiş, Habil də ona guya Rüfəti döydüyü qamışlığa baxdığını və Rüfəti görmədiyini bildirmişdir. Amma Habil çox narahat görünürmüş. Bəlkə də Habil səhv yerə baxmışdır, çünki həmin ərazidə qamışlıq yer çoxdur, Habil də hadisə günü içkili olduğu üçün bəlkə də səhəri gün düzgün yerə baxmadığından görməmişdir. Rüfətin meyitinin tapıldığı yer gediş-gəlişin olmadığı yerdir. Bundan başqa o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ayağı palçığa çox batmış, həm Habilin palarları da palçıq imiş, amma Şahid1 təkcə ayaqqabısında bir az palçıq var imiş. Hər ikisinin üzlərində və paltarlarında zədə görməmişdir. Hadisə 04 fevral 2024-cü il tarixdə, saat təxminən 18-19 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazində qamışlıqda baş vermişdir. Onun Zərərçəkmiş şəxslə əyani tanışlığı olmamışdır. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında əvvəllər hər hansı mübahisə və ədavət olması barədə məlumatı yoxdur, hadisə günü aralarında “nəşə” adlı narkotik vasitəyə görə düşmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı qaydada və nə qədər xəsarət yetirməsi barədə barədə ona ətraflı məlumat verməmişdir, təkcə qamışlıqda döydüyünü ona demişdir. O, Habilin Rüfəti döyməsi nəticəsində ölməsini düşünməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 oğlu sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, həmin vaxtı qəsəbədə olmuşdur. Dostu ona zəng edərək “sənə bir ünvan deyəcəm orada yeyib-içirik və ora gəl” demişdir. Dostunun dediyi yerə gəlmişdir. Restoranın adı “Dörd qardaş” restoranı olmuşdur. Kafedə oturub yeyib-içmişlər. Ondan “konturun var mı” deyə soruşmuşdur. Yolda ona zəng edərək “əmioğlu nə var nə yox” demişdir. Bir az keçəndən sonra həmin yerə getmişlər. O, saat səkkiz və ya doqquz olan kimi işdən çixib evə getmişdir. Bir müddət sonra ona zəng edərək “əmioğlu nətərsən? Çıx ora gəlirəm” demişdir. Onlar getmişlər. Bir saat və ya yarım saat sonra yenidən gəlmişlər. Onlar orada qalmış, o isə çıxıb getmişdir. Ayaqları palçıq olduğuna görə avtomobilə minməklərinə icazə verməmişdir. Ayaqları palçıq olmuşdur. Ondan sonra evinə çıxıb getmişdir. O, restorana həm dost kimi, həm də taksi kimi getmişdir. Hətta ona benzin pulu üçün 3 manat pul vermişdir. Mercedes markalı avtomobili vardır. Arabir taksi kimi işləmişdir. Avtomobilində Əsəd, o, Habil və bir nəfər şəxs olmuşdur. Ümumilikdə dörd nəfər olmuşlar. Onlar avtomobildən düşmüşlər. Dörd nəfərdən biri onunla birgə avtomobildə onları gözləmişdir. Onlar gələndən sonra onunla birgə avtomobildə gözləyən şəxs onlarla birgə qalmışdır. Üstlərində qan izi olmamışdır. Onlardan ayaqlarının palçıq olmasının səbəbini soruşduqda heç nə deməmişlər. Daha sonra yüngülvari dava olduğunu demişdir. Ondan başqa bir şeyin olub-olmadığını soruşmuşdur. Soruşmaqda məqsədi onun nömrəsi ilə zəng edilməsi olmuşdur. Onlar bir yerdə kafedə oturub çörək yemişlər. Həmin vaxtı əli və ayağı təmiz olmuşdur. Geri qayıdanda isə ayağı palçıq olduğuna görə avtomobilə minməyə qoymamışdır. Gözünün qarşısında kameranın altında söhbətləri olmuşdur. Habil onun avtomobilində gedən zaman harasa getməyini deməmişdir. Habilin davaya getməyindən xəbəri olsaymış onu getməyə qoymayacağını bildirmişdir. Habilin əlində hər hansı bi küt əşya görməmişdir. Yolu keçənə qədər Habili görmüş və əlində heç bir şey olmamışdır. Habili düşürdüyü yerdə başqa şəxslər olmamışdır. Onlar dördü olmuşlar. O heç yolun o biri tərəfinə keçməmişdir. O, yolun o biri üzündə olmuşdur. Onun telefonu özündə olmuşdur. Onun telefonundan Xətai adlı şəxs Habili axtarmışdır. İfadəsini təsdiq etmişdir. Sonradan ölüm hadisəsini eşitməmişdir. Ayın 12-si olanda işdə olmuşdur. İşdə olanda ona zəng edərək beşinci bölməyə dəvət etmişlər. Bundan başqa Şahid3 ibtidai istintaq zamanı vediyi ifadəsində göstərmişdir ki, o, təxminən 2-3 aydır ki Təqsirləndirilən şəxs tanımışdır. Onların tanışlığı Təqsirləndirilən şəxs usta köməkçisi kimi işlədiyi Abşeron rayonu, Ceyranbatan qəsəbəsində “ABŞERON” yazısının yaxınlığında yerləşən nəqliyyat vasitələrinin təmiri sexində olmuşdur. Təqsirləndirilən şəxs təmir sexində işləyən Sahəddin adlı avtotəmir ustasının yanında həm də təcrübə keçməkdədir. Onun istifadəsində “Mercedes” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, avtomobilində olan nasazlıqlarla bağlı dəfələrlə həmin təmir sexinə getdiyi üçün Təqsirləndirilən şəxslə də yavaş-yavaş münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 17 radələrində onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək içkili olduğunu və Ceyranbatan tərəfdə yerləşən “Dörd Qardaş” adlı kafedə olduğunu bildirib onu gəlib götürməsini, Bakı- Sumqayıt yolu üstündə harasa aparmasını istəmişdir. O da əvvəlcə benzinin olmadığını bildirsə də, ona narahat olmamasını, benzin pulu verəcəyini bildirmişdir. O da avtomobili ilə “Dörd Qardaş” adlı kafeyə getmiş, kafeyə daxil olduqda görmüşdür ki, Təqsirləndirilən şəxs adlarını bilmədiyi 2 nəfər şəxslə birlikdə yeyib-içmişlər. Onların masasının üzərində boş viski butulkası var imiş. O, həmin iki nəfər şəxsi təmir sexində olarkən Habilin yanında bir neçə dəfə görmüşdür. O, onlarla salamlaşmış, bundan sonra onlar masadan durmuşlar və hamısı onun avtomobilinə əyləşmişlər. Təqsirləndirilən şəxs və adını bilmədiyi digər şəxs arxa sərnişin oturacağında, adını “Xətai” çağırdıqları şəxs isə ön sərnişin oturacağında əyləşmişdir. Avtomobilə əyləşdikdən təxminən 7-8 dəqiqə sonra Təqsirləndirilən şəxs onun telefonunu istəmişdir. Habil onun telefonu ilə kiməsə zəng etmiş, telefondakı şəxsə “Əmioğlu” deyə müraciət edib, “8 dəqiqəyə gəlirəm ora” bildirmiş və danışığı sonlandırmışdır. O, Təqsirləndirilən şəxs hara getdiklərini soruşmuş, o da ona işlərinin olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs getmək istədiyi yeri tanımadığından ona yolu Habil özü göstərirmiş. Təqsirləndirilən şəxs onu tanımadığı yoldan sürdürmüş, arxa yolla üzü Bakı istiqamətində Sumqayıt-Bakı yoluna çıxmışlar, bir az getdikdən sonra Habil ona avtomobili yolun kənarında saxlamağını və onu gözləməsini, kafeyə dəyib gələcəyini bildirmişdir. Habil onun telefonu ilə yenə həmin şəxsə zəng edərək “Əmioğlu orda ol gəlirəm” bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və adını bilmədiyi digər şəxs avtomobildən enib, yolun digər tərəfinə keçmişlər. O da avtomobilini bir azda irəli sürüb, ara məhləyə aparan yola daxil olub, orada gözləmişdir. O, təxminən 10 dəqiqə onları gözləmiş, evə tələsdiyi üçün öz telefonu ilə Təqsirləndirilən şəxs zəng etmiş, lakin cavab verməmişdir. Bunu görən yanındakı Xətai adlı şəxs də konturu olmadığından onun telefonu ilə Təqsirləndirilən şəxs yanındakı şəxsin telefonuna zəng etmişdir. Həmin zəngə Habil özü cavab vermiş və getməyini bildirmişdir. Bundan sonra Xətai ona bildirmişdir ki, üzü Bakı istiqamətində Sumqayıt-Bakı yolunun üstündə bir az irəlidə yerüstü keçid vardır, onu həmin keçiddə düşürsün. O da həmin keçidə çatmış, avtomobili saxladıqdan sonra Xətai adlı şəxs onun telefonu ilə onlara təkrar zəng etmişdir. Habilgilin həmin keçid tərəfə gələcəklərini demiş və telefonla danışa-danışa avtomobildən enib yerüstü keçidin altı ilə yolun digər tərəfinə keçməyə başlamış, o da onun uzaqlaşdığını görüb tez avtomobilindən enmiş və arxası ilə yeyin hərəkətlə getməyə başlamışdır ki, telefonunu ondan götürüb evinə qayıtsın. O, çatana kimi Xətai adlı şəxs artıq yolu keçib, asfalt yoldan aşağı düşmüş və görünməmişdir. O da oraya çatanadək artıq Xətai asfalt yola qalxmış, həmin yerdə dayanacaq da var imiş. O, ona yaxınlaşıb telefonunu istəmiş və evə gecikdiyini bildirmişdir. Xətai adlı şəxsdən telefonunu götürmək istədikdə ona təkrar zəng etmək istədiyini bildirmiş və onun telefonu ilə Habilə yığmışdır. Habil onlara çatdıqlarını bildirib, gözləmələrini demişdir. Habil və yanındakı oğlan təxminən 5-6 dəqiqə sonra onlara çatmışlar. O da onlardan nə baş verdiyini, harda olduqlarını soruşmuş. Habil ona ötəri cavab verməklə işlərinin olduğunu bildirmişdir. O, onların ayaqqabılarına fikir verdikdə görmüşdür ki, hər ikisinin ayaqqabıları bütün palçıq olmuşdur. Hətta onların əllərində və paltarının üzərində də palçıq ləkələri var imiş. O, onların ayaqları çox palçıqlı olduğu üçün avtomobilinə əyləşdirməkdən imtina edərək, getdiyini bildirmişdir. Onlar ona gözləməsini bildirmişlər. Təqsirləndirilən şəxs və yanındakı şəxs onun avtomobilindən endikləri vəziyyətdən daha fərqli görünürmüşlər, sanki daha çox sərxoş olmuşlar. Onunla danışanda da aqressiv danışmışlar. O, onların hal və hərəkətlərindən qorxuya düşərək nəsə baş verməsindən duyuq düşmüşdür. Hətta onların onu döyə biləcəklərindən də bərk ehtiyatlanmışdır. Ona görə də onların ona olan israrlarına baxmayaraq onlardan ayrılıb yolu qaçaraq keçib avtomobilinə əyləşmiş və evinə getmişdir. Bundan başqa o, ifadəsində bildirmişdir ki, onun istifadəsində olan +99***-***-**-** mobil nömrəsi onun həyat yoldaşı X6 adınadır. Habil ona sadəcə işlərinin olduğunu, işini tez həll edib qayıdacağını bildirmişdir. Təqsirləndirilən şəxs və onun yanındakı şəxsin ayaqqabılarının çoxlu palçığa batdığını, hətta əllərinin və paltarın bir hissəsinin palçığa batdığını müşahidə etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımamışdır. Hadisə ilə bağlı onu tanımışdır. O, baldızıgilə gedəndə yolun kənarında üç nəfərin mübahisə etdiyini görmüşdür. Bir ağbirçək kimi dalaşdıqları üçün onlara irad bildirmişdir. Ona təqsirləndirilən şəxs “xala məsələ sənlik deyildir və çıx get” demişdir. Ondan sonra çıxıb getmişdir. Onun gördükləri bunlar olmuşdur. Təqsirləndirilən şəxs ona həmin şəxsin camaatın balasını zəhərlədiyini demişdir. Hava qaranlıq olmuşdur. Onun gözü bir az zəif görmüşdür. Üç nəfərin əlində hər hansı bir əşya olmamışdır. Yolun kənarında söhbət etmişlər. Adi mübahisə etmişlər. Sözlü mübahisə etmişlər. “Camaatın uşağını niyə zəhərliyirsən” tipli mübahisə etmişlər. Həmin sözü mərhuma demişlər. Ondan sonra şəxsin ölüb-ölməməsini bilməmişdir. Hava qaranlıq olduğu üçün o qorxmuşdur. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X3 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi, ümumiyyətlə, tanımamışdır. Bildiklərini öz ifadəsində də qeyd etmişdir. O və Rüfət yolun kənarında dayanmışdır. Rüfət onu evə yola salırmış. İki nəfər şəxs yanlarına gələrək onlara salam vermiş və ona “əmi bağışla mənim Rüfətlə işim var” demişdir. Onun dayandığı yerdən 30- 35 metr məsafə yerləşən sex vardır. Sexin yanında söhbət etməyə başlamışlar. Rüfət onun tərəfə gələndə onlar yenə söhbət edə-edə gəlmişlər. Çiyni ilə Rüfəti sağ tərəfə itələmişdir. Qabağda tır dayanmışdır. Həmin tırın kabininə qədər onları görə bilmişdir. Ondan sonra onları görə bilməmişdir. Daha sonra Rüfətə zəng etmişdir. Rüfət ona “Etibar əmi narahat olma hər şey qaydasındadır. Sən evə get” demişdir. Evə gedəndən sonra nə olub-olmadığını bilməmişdir. Baş verən hadisəni hadisədən dörd və ya beş gün sonra eşitmişdir. Dörd gün ərzində heç nə bilməmişdir. Hadisənin şahidi olmamışdır. Gördüklərini ifadəsində qeyd etmişdir. Hava qaralan vaxtda iki avtomobil gəlmiş və orada dayanmışdır. Onlar ondan çox aralı olmuşlar. Ani olaraq dayanmış və sonra çıxıb getmişlər. O həmin avtomobillərin içərisində sürücüdən başqa bir şəxs görməmişdir. O, evə çatanda Rüfətdən aralandığı təxminən yarım saat olmuşdur. Həmin yerlə evi arasındakı məsafə 2 km-lik məsafə olmuşdur. Həmin yolu piyada getmişdir. O, Rüfətlə Habilin mübahisəsinin şahidi olmamışdır. O, elə bir ifadə verməmişdir. İfadəsini oxumuşdur. O, Xaliq müəllimin yanında ifadə vermişdir. Rüfətə zəng edəndə Rüfət ona “sən get, bura gəlmə” demişdir. İfadəsinin qalan hissəsini təsdiq etmişdir. Bundan başqa X10 ibtidai istintaq zamanı vediyi ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki Sumqayıt şəhər Yaşıllaşdırma idarəsində bağban işləyir. İş yeri Sumqayıt şəhəri, BTZ bağları ərazisində yaşıllıqların suvarılmasını həyata keçirir. BTZ bağları ərazində suvarmaya baxan o daxil təxminən 10 nəfər işçi vardır. Hər bir işçinin öz ərazisi vardır. O, suvarma ilə yanaşı ərazidə olan tullantıları da təmizləyir. Zərərçəkmiş şəxsun meyitinin tapıldığı ərazi onun baxdığı ərazinin yaxınlığındadır. Zərərçəkmiş şəxs ilə təxminən 1 ildir ki yoldaşlıq münasibəti olmuşdur. Zərərçəkmiş şəxs üzü Sumqayıt istiqamətində dəmir yolunu keçdikdən sonra sağ tərəfdə kanalizasiya axıdılan gölün yaxınlığındakı fərdi evlərin birində yaşayırmış. Bir dəfə Rüfətin evində olmuşdur. Zərərçəkmiş şəxs onun bildiyinə görə usta kimi fəaliyyət göstərmişdir. BTZ bağlarında ona ayrılmış sahədə Günəş kafesi yerləşir. Zərərçəkmiş şəxs 2-3 gündən bir həmin kafeyə gəlirmiş və o, Zərərçəkmiş şəxslə nərd oyanayırmış. Rüfəti spirtli içki qəbul edən görməmişdir. xx.xx.2024-cü il tarixdə o, və Zərərçəkmiş şəxs Günəş kafesində nərd oynayırmış. Onunla olduğu müddət ərzində Rüfət onun telefonum ilə 2 ya da 3 dəfə kiməsə zəng edib danışmışdır. Rüfətin özünün smartfon telefonu var imiş, amma onun telefonu ilə niyə danışdığını bilmir. Zərərçəkmiş şəxs zəng etmək üçün onun telefonunu götürüb, kənara çəkilib danışıbmış və zəng etdiyi nömrələri silmişdir. Ona görə də o, Zərərçəkmiş şəxs nə danışdığını və kiminlə danışdığını bilmir. Rüfətin mobil nömrəsi ***- ***-**-** olmuşdur. Zərərçəkmiş şəxs öz telefonuna da zəng gəlmişdir, telefonla danışdıqdan sonra əhvalının yaxşı olmadığın görmüş, səbəbini soruşmuş, lakin ona heç nə deməmişdir. Saat təxminən 17:50 radələrində o və Zərərçəkmiş şəxs kafedən ayrılmışlar. Rüfət onu yola salırmış. O və Zərərçəkmiş şəxs asfalt yolun kənarında dayanmışlar, o, evə qayıtmaq üçün 9 nömrəli mikroravtobusu gözləyirmiş. Onlar gözlədiyi zaman o, yolun qarşı tərəfindən, yəni asfaltzavod tərəfdən iki nəfər oğlanın yolu keçdiyini görmüşdür. Həmin oğlanlar yolu keçib asfalt yolun sağ tərəfi ilə onlara tərəf gəlmişlər. Həmin şəxslərin xarici görünüşü ilə bağlı deyə bilər ki, biri arıq bədən quruluşlu, təxminən 27-28 yaşlı, çənəsi tərəfdə qalın, üz hissəsində seyrək saqqallı, boyu təxminən 1 metr 65 sm, qarayanız, saçı qara seyrək, dişləri seyrək, qara gödəkcəli, kənarı ağ “krosovkalı”, köhnəyə oxşayan göy cins şalvarlı imiş, digər oğlan isə dolu, enlikürəkli, qarınsız, təxminən 35-40 yaşlı, boyu təxminən 1 metr 80 sm, saqqalsız, yəni təmiz üzlü, sifəti sarışın-qırmızımtıl, saçı kürən, gödəkçəli, dabanlı ayaqqabılı imiş. Arıq olan oğlan ona “Əmi bizi bağışla, Rüfətlə işimiz var” demişdir. Həmin iki nəfər oğlan və Zərərçəkmiş şəxs “Günəş” kafesi ilə dəmirçi sexinin arasında dayanaraq söhbət etməyə başlamışlar. O da həmin vaxtı onlardan təxminən 35 metr aralıda asfalt yolun kənarında dayanıbmış. Kənardan onlara baxırmış. Təxminən 5-6 dəqiqə sonra onların onun tərəfə gəldiklərini görmüşdür. Bu zaman qəfil dolu bədənli, enlikürəkli oğlan çiyni ilə Rüfəti dəmirçi sexinin qarşısındakı yüksək gərginlikli hündür elektrik dirəyinin arxasına itələmişdir. DAF markalı avtomobil də həmin ara yolda saxlanılıbmış, avtomobildə heç kim yox imiş. Həmin DAF markalı avtomobilin sürücüsü bir neçə dəfə görmüş, əyani tanışlığı olmamışdır. DAF markalı avtomobil 10-15 gündən bir oraya gəlir, həmin ərazidə yaşayan adamdır. O, Zərərçəkmiş şəxs DAF markalı avtomobil tərəfdə həmin şəxslərlə dartışmasının şahidi olmuşdur. Bircə onu görmüşdür ki, Zərərçəkmiş şəxs arxaya, yəni Günəş kafesi tərəfə qayıtmaq istəyirmiş, həmin vaxtı oğlanlardan biri Zərərçəkmiş şəxs tutub, özlərinə tərəf dartıb arxaya aparmışdır. O, bunu görəndən sonra saat 18:38-də Rüfətin telefonuna zəng etmiş, Rüfət telefonu açaraq ona “Etibar sən get, bura gəlmə” demiş və telefon qulağında olanda o, 2 ədəd (biri ağ rəngli, biri də qara rəngli) avtomobilin BTZ bağlarının içərisindən gəldiyini görmüşdür. Birdən Rüfətin zəngi sonlandırdığını görmüşdür. Həmin avtomobillər təxminən 2 dəqiqə ara yolda dayanmış və sonra yollarına davam edib onun yanından keçib asfalt yola çıxmışlar. Həmin avtomobilləri əvvəllər görməmişdir. Bir az sonra 9 nömrəli mikroavtobus gəlmiş və o, evə getmişdir. Evə çatdıqdan sonra o, Zərərçəkmiş şəxs zəng etsə də telefonu bağlı imiş. Rüfətin iki nəfər şəxslə mübahisəsi barədə heç kimə məlumat verməmişdir. O, Zərərçəkmiş şəxs başına belə hadisə gəlməsini gözləmirmiş. Meyitin tapıldığı yer onun baxıdığı ərazinin yanındadır. Həmin yer gediş-gəliş olmayan yerdir. Bu vaxtlar suvarma aparılmadığından ərazilərini çox gəzmirlər. Zərərçəkmiş şəxslə mübahisə edən 2 nəfər şəxs onun işlədiyi ərazidə yaşayan deyil, həmin şəxsləri əvvəllər görməmiş, öz ərazisində yaşayan şəxslərin çoxusunu üzdən tanıyır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımamışdır. Ayın on ikisi xidmətdən gələndə məktəb uşaqları onun qarşısına qaçaraq orada bir kişi meyidinin olduğunu bildirmişlər. O əvvəlcə düşünmüşdür ki, kimsə yatıb qalmışdır. Ona həmin meyitin olduğu yeri göstərmişlər. Şəxs ağzı üstə palçığa uzanmış vəziyyətdə olmuşdur. Bu barədə idarəyə məlumat vermişdir. Ərazi üzrə polis əməkdaşları hadisə yerinə gəldikdən sonra özü uzaqlaşaraq evinə getmişdir. Ərazi üzrə polis əməkdaşları hadisə yerinə gələnə qədər o, on metr kənarda dayanmışdır. Kriminalist hadisə yerinə gələndən sonra oradan uzaqlaşmışdır. Məktəb uşaqları da orada olmuşdur. Meyitə baxış keçiriləndə orada olmamışdır. O, ünvanı göstərəndən sonra oradan uzaqlaşmışdır. 10 metr məsafədən meyiti görmüşdür. Ağzıüstə uzanmış vəziyyətdə görmüşdür. Meyidə yaxın getməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid7 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəldən tanımamışdır. O, kiçik bir çayxana işlədir. Habil çayxanda çörək yemişdir. Habili həmin vaxt tanımamışdır. Yemək yedikləri zaman özləri ilə gətirdikləri viski də olmuşdur. Viskini içmişlər. Ondan başqa bir şey bilməmişdir. Həmin kafeni hazırda da işlədir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. İşçiləri ilə hazırda müqavilə bağlamışdır. Kafenin adı “Dayı Pub”dır. Kafedə heç bir hadisə baş verməmişdir. Kafedə pivədən başqa heç bir spirtli içki verilməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid9 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, təqsirləndirlən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Hadisə ilə bağlı onun əvvəldən məlumatı olmamışdır. Vəfat edən şəxs onun yoldaşıdır. Ona yoldaşını təqsirləndirilən şəxsin öldürdüyünü demişlər. Mərhum yoldaşı hər hansı bir xəstəlikdən əziyyət çəkməmişdir. Yoldaşı əsgərlikdə olarkən asmabronxit olmuşdur. Həmin xəstəlikdən müalicə nəticəsində sağalmışdır. Asma-bronxitlə bağlı əlillik dərəcəsini alıb-almamasını bilməmişdir. Həyat yoldaşının pensiya alıbalmamasını bilməmişdir. Yoldaşının astma-bronxit xəstəliyi onunla ailə həyatı qurmamışdan əvvəl olmuşdur. Atası da müalicə etdirmişdir. Yoldaşının meyidini görməmişdir. Yoldaşı ilə bir yerdə yaşamışdır. Yoldaşı əlil olmamışdır. Yoldaşının narkotik vasitlərindən istifadə edib-etməməsini bilməmişdir. Narkotik vasitlərin satışı ilə məşğul olmasından xəbəri olmamışdır. Yoldaşının davranışlarında qəribəlik hiss etməmişdir. İstintaqda verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid10 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, təqsirləndirilən şəxsi hadisə ilə bağlı tanımışdır. Əvvəllər onunla heç bir qohumluğu olmamışdır. Onun əmisi ayın dördü yoxa çıxmışdır. O, ayın beşi məhəllərində olan kafeyə yaxınlaşmışdır. Həmin vaxtı Habil orada idi. Yanında bir və ya iki nəfər tanımadığı şəxslər də olmuşdur. Kafedə olarkən əmisinin ortalıqda olmadığını və axtardıqlarını bildirmişdir. Hamı da əmisinin itkin düşdüyünü bilmişdir. Habil kafedə oturan yoldaşlara “iynə olub ki, yoxa çıxıb. Onsuz da ortalığa sonradan çıxacaq. Yəqin ki, harasa gedib.” demişdir. Bu sözləri Habil demişdir. Ondan sonra o, kafedən çıxmışdır. Ümumi olaraq onun kafedən ayrılmağı yarım saatı keçməmişdir. Habil bir dəfə kafedən çölə çıxmış və yenidən kafeyə girmişdir. Kafedə olduğu müddətdə bunları görmüşdür. Daha sonra əmisinin meyidi tapılan günü öldürüldüyünü bilmişdir. Daha sonra Habil tərəfindən öldürüldüyünü bilmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Əmisinin son dövrlərdə xəstəliyi olmamışdır. Əmisinin xəstəliyi özü uşaq olan zaman olmuşdur. Həmin xəstəlik əmisinin əsgərlikdə olan dövrünə təsadüf etmişdir. Əmisinin əvvəllər astma-bronxit xəstəliyi olmuşdur. Əmisinin davamlı məşğul olduğu iş olmamışdır. Ayın dördü axşamı əmisinin yoldaşı əmisinin olmadığını ona demişdir. Ondan yoldaşının harada olduğunu soruşmuşdur. O da xəbərinin olmadığını bildirmişdir. Həmin günü saat beş və ya altıya qədər əmisinin yanında olmuşdur. Təqribi saat yadından çıxmışdır. Əmisinə tez-tez zəng gəlmiş və əmisi çox təlaşlı görünmüşdür. Əmisindən nə olduğunu soruşmuş və heç bir şey olmadığı cavabını almışdır. Ondan sonra əmisinin yanından ayrılmışdır. Axşam evə gəlmişdir. Axşam da məhəllədə əmisini soraqlamışdır. Ona əmisinin Şahid5la birlikdə olduğunu demişlər. Habil ona yaxınlaşanda əmisinin yanında Şahid5 olmuşdur. O daha sonra Şahid5 nömrəsini taparaq ona zəng etmişdir. Ona birinci olaraq Habili tanımadığını bildirmişdir. Onun bir-iki tanışı Etibar adlı şəxsi tanıyır. Daha sonra Şahid5la görüşmüşdür. Ona Habilin onun əmisinə yaxınlaşdığını və kənara çəkdiyini bildirmişdir. Habil Etibara “əmi bizi bağışla mənim Rüfətlə işim var” demişdir. Şahid5 yanında daha sonra uzaqlaşmışlar. Habilgilin Rüfətin qoluna girdiklərini və Habillə birlikdə üç nəfər şəxsin olduqlarını demişdir. Onun əmisini digər bir istiqamətdə apardıqlarını demişdir. Ondan sonra Şahid5 çıxıb getdiyini bildirmişdir. Başqa bir qonşu xanım da olmuşdur. Onun evinə getmiş və onunla söhbət etmişdir. Ona axşam tərəfi olduğunu, iki nəfərin bir nəfəri yerə yıxaraq döydüyünü demişdir. Ayın on ikisi də əmisinin meyidi tapılmışdır. Əmisində vərəm xəstəliyi olmuşdur. İstintaq zamanı düzgün danışmışdır. Əmisi üçün bu xəstəlik ölümcül olmamışdır. Əmisi iş olanda normal şəkildə öz işini görə bilmişdir. Ciddi bir xəstəliyi olmamışdır. Həmin dövrdə uşaq olduğuna görə əmisinin hansı xəstəxanada müalicə almasını bilməmişdir. Ona iki nəfər şəxsin bir nəfər şəxsi döyməsi ilə bağlı məlumatı hansı şəxsin dediyini xatırlamamışdır. Habillə əmisinin cüssə olaraq görünüşləri çox fərqlidir. Əli yalın formada da əmisini öldürə bilmək imkanına malik olmuşdur. Bundan başqa Şahid10 ibtidai istintaq zamanı vediyi ifadəsində göstərmişdir ki, onun 1 qardaşı və 1 bacısı vardır. Bacısı uşaqlığından dayısıgildə yaşayır. Qardaşı 1999-cu il təvəllüdlü Nihad Binəqədi rayonunda topdan satış məntəqəsində sürücü kimi işləyir. Atası Mahir isə karqo şirkətində Azərbaycan-Türkiyə yolunda tır sürücüsü kimi işləyir. O, əvvəllər dönərçi kimi işləsə də, artıq son 3-4 aydır ki işsizdir. Zərərçəkmiş şəxs onun doğma əmisidir. Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Sumqayıt şəhəri BTZ bağlarında qəbiristanlıq ərazisində yerləşən fərdi evdə yaşamış, bir oğlu varmış. Həyat yoldaşının adı Zülfiyyədir. Ailə kimi bir-birilərinə münasibətləri normaldır. Atasıgil 3 qardaş, 1 bacıdırlar. Hər üç qardaşın evləri bir-birinə yaxın tikilmişdir. Onların evinin dam örtüyü tam vurulmadığından müvəqqəti böyük əmisi Aftandilin evinin birinci mərtəbəsində yaşayırlar. Mərhum əmisi Rüfət Abullayev vərəm xəstəsi olduğundan son 3 aydır ki, heç yerdə işləmirmiş. Rüfət usta kimi evlərin təmiri ilə məşğul olmuş, ailəsinin dolanışığını təmin etmişdir. Zərərçəkmiş şəxs son vaxtlar işləmədiyindən imkanı çox zəifləmiş, siqaret pulunu onlardan almışdır. Əmisi Rüfət xəstə olduğundan spirtli içkini çox içə bilmirmiş, nadir hallarda spirtli içki qəbul edirmiş. Əmisi Zərərçəkmiş şəxs işləmədiyindən çox vaxt yaşadıqları evin yaxınlığında yerləşən “Günəş” kafesinə gedirmiş. Oradakı şəxslərlə nərd oynayır vaxtını keçirirmiş. Hadisə ilə əlaqədar bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində o, evlərində yemək yeyib “Günəş” kafesinə getmiş, orada əmisi Rüfətin həmin ərazidə bağban işləyən Etibar ilə nərd oyanıdığını görmüşdür. Onların yanında təxminən 15-20 dəqiqə dayanmışdır. Onların yanında olduğu müddət ərzində əmisi Rüfətin istifadəsində olan “Xiomi” markalı, arxa hissəsi qızılı rəngli, üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrələrini istifadə etdiyi telefonuna təxminən 2 dəfə zəng gəlmişdir. Hər iki zəng zamanı əmisi Rüfət telefona cavab vermək üçün kafedən çölə çıxmış, sonra yanlarına gəlmişdir. Əmisi Rüfət ikinci dəfə gələn zəng zamanı da çölə çıxdıqdan sonra o, əmisinin arxası ilə gedərək çölə çıxmışdır. Ona görə ki, birinci zəngdən sonra əmisi Rüfətin rənginin boğuq olduğunu, yəni əhvalının dəyişdiyini hiss etmişdir. Onun arxası ilə getmişdir ki, səbəbini soruşsun. Çünki əmisi birinci zəngə cavab verib gələndən sonra Etibar ilə nərd oynamağı dayandırmış, heç çayını belə içməmişdir. Əmisindən 2 dəfə nəsə probleminin olubolmamasını soruşmuş, lakin ona heç bir şey olmadığını bildirmişdir. Bundan sonra ona anası zəng edərək qardaşı Nihadın işdən qayıtdığını bildirmişdir. O da evə getməli olmuş, çünki o, qardaşı Nihadla birlikdə Saray qəsəbəsinə getməli imiş. Saray qəsəbəsində atasından borc almış iş yoldaşından pul almalı imiş. Rüfətin oğlu İlkin ona vastapp mobil tətbiqetməsindən mesaj yazaraq atasının evə gəlmədiyini və görüb-görmədiyini soruşmuşdur. O da buna görə bağban işləyən Etibara yığmış, lakin zənginə cavab verməmişdir. Səhəri gün Nihad DİN 102 xidmətinə zəng edərək əmisinin itkin düşməsi barədə məlumat vermiş, bölmədə izahat yazmışlar. Həmin gün Etibar ilə məhlə uşaqları Pərviz və Elməddin də danışmış əmisini soruşmuşlar. Onlar ona Etibarın onlara əmisinin 2 nəfərlə mübahisə etməsi barədə məlumat verdiyini demişlər. O, daha sonra Etibara yığmış və təsdiqləmişdir. Mərhum əmisi Zərərçəkmiş şəxs ədavətli və düşmənçiliyi olmuş şəxslər olmamışdır. Əvvəllər əmisi Zərərçəkmiş şəxs evə bir neçə gün gəlməməsi halları olmamışdır. O, bu barədə eşitməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid11 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, işdə olduğu müddətdə Şahid13 tərəfindən ona zəng gəlmişdir. Ona Rüfətin rəhmətə getdiyini bildirmişdir. O, zərərçəkmiş şəxsin hüquqi varisini Şahid10 əmisi kimi tanımışdır. O özü hadisə vaxtı Salmanoğlu şirkətində anbarda işləmişdir. Telefonda Rüfətin rəhmətə getdiyini deyəndə “Allah rəhmət eləsin” demişdir. Başsağlığı verməyə getmək istəmişlər. Sonuncu zəng onun telefonundan olduğuna görə onu polis bölməsinə dəvət etmişlər. Onun telefonundan Rüfəti axtarmaq məqsədi ilə Şahid13 ona zəng etmişdir. O, həmin vaxtı Rüfətə nəyə görə zəng etməsini bilməmişdir. Rüfətin Şahid13 borclu olduğunu bildirmişdir. Onun fikrincə, borcunu istəməkdən ötrü onun telefonundan zəng etmişdir. Rüfətin narkotik vasitələrindən istifadə etməsindən xəbəri olmamışdır. Rüfətlə onun yaşı yaxın olmadığına görə onunla çox əlaqəsi olmamışdır. İstintaqda ifadə verəndə ifadəsini özü yazmış, amma oxumamışdır. Rüfətin meyidinin harada tapılması onun yadında qalmamışdır. İstintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Bundan başqa Şahid10 ibtidai istintaq zamanı vediyi ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Abşeron” Ticarət Mərkəzində yerləşən anbarda işləyir. Zərərçəkmiş şəxs qardaşı oğlu Şahid10 ilə münasibəti olduğundan və tez-tez “Günəş” kafesində görüşüb domino, nərd oynadığından Zərərçəkmiş şəxs də orada tanımışdır. Orada onunla tanışlığı yaranmışdır. Təxminən 2 həftə əvvəl Zərərçəkmiş şəxs “Günəş kafesində” olarkən Rəvanla birlikdə görmüşdür. Həmin vaxt Rüfət onlarla görüşüb birlikdə oturmuş, bir ədəd kofe içib getmişdir. Rüfət dostu Səməddən 100 manat borc pul alıbmış. Səməd Rüfətə zəng edib onu axtarsa da, tapa bilməmişdir. Buna görə Səməd onun yanında Rəvandan əmisi Rüfətin harada olduğunu soruşmuşdur. Rəvan Səmədə əmisi Rüfətin 04 fevral tarixində, “Günəş” kafesinin yaxınlığında kiminləsə mübahisə etdikdən sonra itkin düşdüyünü və bu barədə polisə müraciət etdiyini bildirmişdir. 12 fevral 2024-cü il tarixdə o, “Günəş” kafesinin yaxınlığındakı qamışlıqda Rəvanın əmisi Rüfətin meyitinin tapıldığını eşitmişdir. O, həmin vaxt işdə imiş, buna görə də meyit tapılanda orada olmamışdır. O, Zərərçəkmiş şəxs hər hansı işlə məşğul olduğunu eşitməmişdir. O, hər gün işdən sonra 1 saat müddətində “Günəş” kafesində olur. Ən azı 2-3 gündə bir dəfə Rüfəti də həmin kafedə görürmüş. Zərərçəkmiş şəxs hər hansı bir şəxslə ədavətinin və ya düşmənçiliyinin olmasını görməmiş və eşitməmişdir. Zərərçəkmiş şəxs narkotik vasitələr satmağını və istifadə etməyini eşitmişdir, hətta artıq bütün Ceyranbatan bunu bilirmiş. 4 fevral 2024-cü il tarixdə saat 9dan 17-dək işlədiyi şirkətin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Abşeron” Ticarət Mərkəzində olan anbarında olmuşdur. İşdən çıxıb atası ilə birlikdə müştərilərin sifariş etdikləri malları çatdırmaq üçün Nəsimi rayonu ərazisində yerləşən 28 may metrostansiyasının yaxınlığına, oradan Mərdəkan və Binə qəsəbələrinə getmiş, saat 23 radələrində isə birbaşa evə gəlmişdir. Həmin gün Zərərçəkmiş şəxs görməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid8 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Təqsirləndirilən şəxslə eyni qəsəbədə yaşamışdır. O, zərərçəkmiş şəxsin hüquqi varisini tanımamışdır. Bu hadisə ilə bağlı heç bir şey görməmişdir. Habil öz dostları ilə onların kafesində oturmuşdur. Yemək yemişlər. Bir ya da iki bakal pivə içmişlər. Viski də içmişlər. Ondan sonra çıxıb getmişlər. Habildən başqa orada olan şəxslərdən heç birini tanımamışdır. Ümumilikdə üç və ya dörd nəfər olmuşlar. Habil dostları ilə kafedə olan zaman da orada olmuşdur. İstintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, fərdi qaydada kənd təsərrüfatı ilə, əsasən də qəssabçılıqla məşğul olur. Belə ki, 2 manat müqabilində heyvan dərisi soyur. Zərərçəkmiş şəxs Laçın rayonundan olduğundan, həmçinin Elcan adlı qohumu ilə eyni məktəbdə oxuduğundan o, uzun müddətdir ki, Zərərçəkmiş şəxs tanıyırmış. Onunla münasibəti hər zaman normal olmuş, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs tanısa da onunla sıx münasibəti olmamış, arabir yaxınlıqda yerləşən “Günəş” kafesində rastlaşanda hal-əhval tutmuşdur. 04 fevral 2024-cü il tarixdə təxminən saat 13 radələrində istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq hal-əhval tutmuşdur. Söhbət əsnasında Zərərçəkmiş şəxs ona həyətində hinduşka saxladığını və heyvanları tülküdən qorumaq üçün it almaq istədiyini bildirmişdir. O, özü bir neçə it saxladığından, onlardan birini Rüfətə verə biləcəyini söyləmişdir. Bundan sonra Rüfət ona axşam əlaqə saxlayacağını və gəlib iti götürəcəyini demişdir. Həmin gün Zərərçəkmiş şəxs bir xəbər çıxmadığı üçün təxminən saat 18 radələrində o, Rüfətə iki dəfə zəng vurmuş, lakin Rüfət telefona cavab verməmişdir. Növbəti gün yəni 5 fevral tarixində nənəsi Pakizə rəhmətə getdiyindən, başı yas məclisinə qarışmış və yalnız 12 fevral 2024-cü il tarixdə tanışlarından Zərərçəkmiş şəxs “Günəş” kafesinə yaxın ərazidə yerləşən qamışlıqda meyitinin aşkar olunduğunu öyrənmişdir. O, Zərərçəkmiş şəxs dam ustası kimi tanımış, “Günəş” kafesinin yaxınlığında yaşadığından tez-tez həmin kafeyə gəlib, nərd və domino oynayarmış. Rüfət daha çox Şahid5 adlı şəxslə yoldaşlıq edərmiş, lakin hər hansı bir şəxslə ədavətinin və ya düşmənçiliyinin olmasını görməmiş və eşitməmişdir. Zərərçəkmiş şəxs narkotik vasitələr satmağını eşitməmiş, lakin istifadə etməsini tanışlardan eşitmişdir. 4 fevral 2024-cü il tarixdə Stansiya Sumqayıt ərazisində yerləşən məcburi köçkünlər şəhərciyində yaşayan kəndçilərinin mal-qarasına iynə vurmağa və kəsməyə getmişdir. İşini bitirdikdən sonra isə axşam saatlarında nənəsi Pakizənin vəziyyəti ağır olduğundan evinə gəlmişdir. Həmin gün Zərərçəkmiş şəxs görməmişdir. Məhkəmə baxışında ifadəsi elan olunmaqla araşdırılmış Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Shinkar Holding” MMC-nin Bakı şəhərində, Dərnəgül adlanan ərazidə yerləşən anbardar işləyir. Zərərçəkmiş şəxs qardaşı oğlu Şahid10 ilə münasibəti olduğundan və tez-tez “Günəş” kafesində görüşüb domino, nərd oynadığından Zərərçəkmiş şəxs də orada tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs də tez-tez onlarla orada domino oynamışdır. Təxminən 27-28 yanvar 2024-cü il tarixdə Şahid10 ilə “ Günəş kafesində” olarkən Zərərçəkmiş şəxs də orada olmuş, daha sonra onların yanına gələrək, 100 manat borc pul istəmişdir. O, şirkətdə işlədiyindən və gündəlik olaraq fəhlələrə pullarını verdiyindən həmin vaxt üstündə pul olmuş, buna görə də Rüfətə 100 manat borc verə biləcəyini bildirmişdir. Rüfət ona borcunu 2-3 günə qaytaracağını bildirmişdir. O, Rüfətə 100 manat pul verdikdən təxminən 2-3 gün sonra ona zəng vuraraq borcunu geri istəsə də Rüfət onun telefonlarına cavab verməmişdir. Yalnız 03 fevral 2024cü il tarixdə Rüfət ona “Whatsapp” proqramı vasitəsilə səs ataraq bildirmişdir ki, xırda işləri qalıb və sabah axşama onun borcunu qaytaracaqdır. Növbəti gün yəni 04 fevral 2024-cü il tarixdə istifadəsində olan 77-550- 68-55 saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrinə zəng vursa da Rüfət zənglərinə cavab verməmişdir. Buna görə də 05 fevral 2024-cü il tarixdə Şahid10 zəng vuraraq əmisi Zərərçəkmiş şəxs borcunu qaytarmadığını söyləmişdir. Rəvan ona əmisi Rüfətin 04 fevral tarixində, “Günəş” kafesinin yaxınlığında kiminləsə mübahisə etdikdən sonra itkin düşdüyünü və bu barədə polisə müraciət etdiyini bildirmişdir. 12 fevral 2024-cü il tarixdə o, “Günəş” kafesinin yaxınlığından keçərkən orada yerləşən qamışlıqda xeyli sayda adam toplaşdığını görmüşdür. Yaxınlaşdıqda Şahid10 də orada görmüş və nə baş verdiyini soruşmuşdur. Rəvan ona əmisi Rüfətin meyitinin qamışlıqdan tapıldığını söyləmişdir. O, Zərərçəkmiş şəxs dam ustası kimi tanımışdır. O, “Günəş” kafesinin yaxınlığında yaşadığından tez-tez həmin kafeyə gəlib, nərd və domino oynayarmış. Rüfətin kimlərlə dostluq etdiyini bilməsə də, kafedə məndən borc aldığı gün onlara “Nasosnu”-dan dostları ilə birlikdə oturduğunu söyləmişdir. Zərərçəkmiş şəxs hər hansı bir şəxslə ədavətinin və ya düşmənçiliyinin olmasını görməmiş və eşitməmişdir. Zərərçəkmiş şəxs narkotik vasitələr satmasını və istifadə etməsini tanışlardan eşitmişdir. 4 fevral 2024cü il tarixdə saat 6-dan 20-yə kimi işlədiyi şirkətin Bakı şəhərində “Dərnəgül” adlanan ərazidə yerləşən anbarında olmuşdur. İşdən qayıtdıqdan sonra isə evə gəlmişdir. Həmin gün Zərərçəkmiş şəxs görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 fevral 2024-cü il tarixli “Hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında protokol” dan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, BTZ bağları ərazisində Bakı-Quba magistral yolunun kənarında dərədə qamışlıq ərazidir. Qamışlığın kənarında kişi meyiti vardır. Meyit üzü üstə yerdə uzanmış vəziyyətdə, meyitin başı Sumqayıt şəhəri istiqamətində, ayaqları isə Bakı şəhəri istiqamətində, ayaqları bitişik vəziyyətdə, hər iki qolu dirsəkdən bükülü olmaqla sinəsi altında olmuşdur. Hadisə yerinə baxış zamanı meyitin şalvarının ciblərindən 1 ədəd təsbehdən başqa hər hansı əşya aşkar edilməmişdir. Kişi meyiti 1 nömrəsi ilə işarələnməklə kriminalistik fotoşəkilləri çəkilmişdir. Meyitin üzərindəki paltarlarda duzlaşma müşahidə edilmişdir. Meyitin əynində göy rəngli çəhrayı damaları olan uzunqol köynək, ağ rəngli əldə hörmə isti yun jilet, tünd göy rəngli uzunqol isti alt köynəyi, ağ rəngli mayka, tünd göy rəngli cins şalvar, qara və göy rəngli idman şalvarı, boz rəngli tursik, qara rəngli ayaqqabılar, qara rəngli corablar olmuşudr.. Paltarları palçığa bulaşmış vəziyyətdə, yaş olmuşdur. Meyit kişi cinsli, düzgün bədən quruluşlu, kafi qidalı, boyu 170 sm olmuşdur. Meyit qacıması boşalmışdır. Meyit ləkəsi bədənin ön alt hissəsində yerləşir, avazımır, itmir. Baş tükləri (saçları) ağarmışdır, uzunluğu 2 sm-ə qədərdir. Sağ alın təpə nahiyyəsində 5,5x4,0 sm. ölçüdə qançır-şişkinlik, sağ qaşüstü nahiyyədə 2,5x0,6 sm. ölçüdə yara, sağ üst göz qapağında 1,2x0,5 sm. ölçüdə yara, kənarları qeyri-hamar, üzəri qurumuş qanlı, sağ gözətrafı nahiyyə 6,0x5,0 sm. ölçüdə qançır, şişkinlik, gözün ağlı qişasını tutan tünd qırmızı qansızma, burnun üstündə 1,6x1,5 sm. ölçüdə sıyrıq, üzəri qurumuş qanlı, gözləri qapalı, bəbəklər bərabər genəlmiş, diametri 0,5 sm, güzehli qişa qırmızı qansızmalı olmuşdur. Burun sümük və qığırdaqları, eləcə də üz-skelet sümüklərini əllədikdə gözlə görünən patoloji dəyişiklik müşahidə edilməmişdir. Xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəst keçirici olub, ifrazat olmamışdır. Ağzında dişləri özünün olmuşdur. Ağzında qanlı ifrazat olmuşdur. Alt dodağın sağ yarısında 4,0x3,0 sm. ölçüdə qançır, iç səthində 1,2x0,6 sm. ölçüdə yara, üzəri qanlı ifrazatla örtülü, kənarları qeyri hamar olmuşdur. Boynun ön səthində qalxanabənzər vəzdən aşağı 0,8x0,3 sm. ölçüdə sıyrıq, üzəri qurumuş qanlı olmuşdur. Boynu bədənə müvafiq, hərəkətli, zədəsiz olmuşdur. Döş qəfəsi silindrik, simmetrik olmuşdur. Qabırğalarda patoloji hərəkətlilik olmamışdır. Qarnı döş qəfəsindən aşağı səviyyədə, əllədikdə yumşaq olmuş, maye olması hissiyyatı olmamışdır. Xarici cinsiyyət üzvləri kişi tipli, düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsiz olmuşdur. Ətraf sümükləri tam olmuşdur. Meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Baxış zamanı meyitin olduğu yerdən hesablanmaqla 2.5 metr məsafədə, qamışlığa isə 0,5 metr məsafədə hər iki qolu tərs çevrilmiş halda uzun qollu qəhvəyi rəngli, iç tərəfində qanabənzər ləkələr olan gödəkçə müşahidə edilmiş, gödəkçənin cibində 1 ədəd cib dəsmalı (yaylıq) aşkar edilmiş, başqa hər hansı əşya aşkar edilməmişdir. Gödəkçə 2 nömrəsi ilə işarələnməklə kriminalistik fotoşəkilləri çəkilmişdir. Meyitin olduğu yerdən hesablanmaqla 12 metr məsafədə, qamışlığa isə 0,5 metr məsafədə qara rəngli papaq müşahidə edilmiş, papağın yanında 1 ədəd Abonent kodu **********00666 olan X2 "xxxx" ASC-nin borc bildirişi və 1 ədəd Sumqayıt telekommunikasiya qovşağına ödəniş qəbzi müşahidə edilmişdir. Papaq 3 nömrəsi ilə işarələnməklə kriminalistik fotoşəkilləri çəkilmişdir. Meyitin olduğu yerdən hesablanmaqla 20 metr məsafədə, qamışlığın içərisində "xxxx" ASC-yə məxsus 2 ədəd kart, 1 ədəd “Bakı kart”, 1 ədəd bonus kartı, 1 ədəd “İzim.az” kartı, 1 ədəd “Leobank” kartı müşahidə edilmiş. kartların aşkar edildiyi yer 4 nömrəsi ilə işarələnməklə kriminalistik fotoşəkilləri çəkilmişdir. Meyitin olduğu yerdən hesablanmaqla 15 metr məsafədə, qamışlığa isə 3 metr məsafədə qırmızı rəngli "xxxx" MMC-yə məxsus sim nömrə kart qabı müşahidə edilmiş, sim kart qabı 5 nömrəsi ilə işarələnməklə kriminalistik fotoşəkilləri çəkilmişdir. Meyitin olduğu yerdən hesablanmaqla 22 metr məsafədə torpaq üzərində qırmızı rəngdə ləkə müəyyən edilmiş, həmin ləkə 6 nömrəsi ilə işarələnməklə kriminalistik fotoşəkilləri çəkildikdən sonra 2 ədəd pambığa hopdurulmaqla nümunə, eyni zamanda həmin ləkənin olduğu 1 ədəd çay daşı götürülmüşdür. Meyitin olduğu yerdən hesablanmaqla 18 metr məsafədə, qamışlığa isə 3.5 metr məsafədə qara rəngli corab təki müşahidə edilmiş, çorab təki 7 nömrəsi ilə işarələnməklə kriminalistik fotoşəkilləri çəkilmişdir. Meyitin olduğu yerdən hesablanmaqla 7.62 metr məsafədə qamışlığın içərisindən 1 ədəd pul qabı və X12 AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi və oğlu Abdullayev ilkin Rüfət oğlunun AA1215100 seriya nömrəli şəxsiyyət vəsiqəsi aşkar edilmiş, pul qabının içərisindən 2 ədəd 20 qəpik, 1 ədəd açar və 1 ədəd Azəriqaz ASC-yə ödəniş qəbzi aşkar edilmişdir. Pul qabı və şəxsiyyət vəsiqələrinin aşkar edildiyi yer 8 nömrəsi ilə işarələnməklə kriminalistik fotoşəkilləri çəkilmişdir. Hadisə yerinə baxış zamanı ətraf ərazidə araşdırma üzrə əhəmiyyət kəsb edən hər hansı hal, əşya və ya iz, həmçinin hadisə yerində meyitin yanında şübhəli əşya və ya predmet müşahidə edilməmişdir. Gödəkçə, cib dəsmalı, papaq, corab təki, pul qabı, kartlar, bildirişlər, qəbzlər, sim kart qabı, şəxsiyyət vəsiqələri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. 14 fevral 2024-cü tarixli “Şəxsin tanınmasının aparılması haqqında protokol”dan görünür ki, tanıyan şəxs Şahid5, tanınan şəxs şübhəli şəxs Təqsirləndirilən şəxs olmuşdur. Tanıyan şəxs Şahid5 təqdim edilən şəxsləri nəzərdən keçirib göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı-Sumqayıt yolunda “BTZ” bağları ərazisində “Günəş” kafesinin yaxınlığında asfalt yolun kənarında mərhum Zərərçəkmiş şəxslə birlikdə mikroavtobus gözləyən zaman onlara yaxınlaşmış 2 nəfər şəxslərdən birinin, yəni dolu, enlikürəkli, qarınsız, təxminən 35-40 yaşlı, boyu təxminən 1 m. 80sm. saqqalsız, yəni təmiz üzlü, sifəti sarışın-qırmızımtıl, saçı kürən, gödəkçəli, dabanlı ayaqqabılı kimi göstərdiyi şəxs ona tanımaya təqdim edilən şəxslərdən sol tərəfdən ikinci sırada dayanmış, əynində qara rəngli gödəkçə, qara rəngli cins şalvar, boz rəngli polver olan şəxs, yəni Təqsirləndirilən şəxsdur. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında protokol”dan müəyyən olunur ki, "xxxx" MMC-dən 05 mart 2024-cü ildə daxil olan CD diskinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, +99450 *** ** ** mobil nömrəsi Zərərçəkmiş şəxs adına və +99451 *** ** ** mobil nömrəsi X6 adına qeydiyyatdadır. Zərərçəkmiş şəxs istifadəsində olmuş +99450 *** ** ** mobil nömrəsinə edilmiş sonuncu zamanı Zərərçəkmiş şəxs anten dairəsi “Sumqait yolu” və “Zeynalabdin qes.” olmuşdur. Zərərçəkmiş şəxs istifadəsində olmuş +99450 *** ** ** mobil nömrəsinin son aktiv olma tarixi xx.xx.2024-cü il saat 18:42 olmuşdur. Şahid3 istifadəsində olmuş (onun həyat yoldaşı Ramilə Əliyevanın adına olan) +99451 *** ** ** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş +99455 *** ** ** mobil nömrəsi arasında 2024-cü ilin yanvar və fevral aylarında müxtəlif tarixlərdə danışıq olmuşdur. Şahid3 istifadəsində olmuş (onun həyat yoldaşı Ramilə Əliyevanın adına olan) +99451 *** ** ** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş +99455 *** ** ** mobil nömrəsinə xx.xx.2024-cü il saat 17:06-da zəng edilmiş, 23 saniyə danışıq olmuş, anten dairəsi “Abseron r-nu, Ceyranbatan qes, Baglar massivi” olmuşdur. Şahid3 istifadəsində olmuş (onun həyat yoldaşı Ramilə Əliyevanın adına olan) +99451 *** ** ** mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş +99470 *** ** ** mobil nömrəsinə xx.xx.2024-cü il saat 17:59-da zəng edilmiş, 66 saniyə danışıq olmuş, anten dairəsi “Absheron r-nu, Asagi Guzdek qes.” olmuşdur. Şahid3 istifadəsində olmuş (onun həyat yoldaşı Ramilə Əliyevanın adına olan) +99451 *** ** ** mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş +99470 *** ** ** mobil nömrəsinə xx.xx.2024-cü il saat 18:22-də zəng edilmiş, 60 saniyə danışıq olmuş, anten dairəsi “Sumqait yolu” olmuşdur. Şahid3 istifadəsində olmuş (onun həyat yoldaşı Ramilə Əliyevanın adına olan) +99451 *** ** ** mobil nömrəsindən Şahid1 istifadəsində olmuş +99470 *** ** ** mobil nömrəsinə xx.xx.2024-cü il saat 18:43-də zəng edilmiş, 24 saniyə danışıq olmuş, anten dairəsi “Sumqait yolu” olmuşdur. Şahid3 istifadəsində olmuş (onun həyat yoldaşı Ramilə Əliyevanın adına olan) +99451 *** ** ** mobil nömrəsindən Şahid1 istifadəsində olmuş +99470 *** ** ** mobil nömrəsinə xx.xx.2024-cü il saat 18:44də zəng edilmiş, 36 saniyə danışıq olmuş, anten dairəsi “Sumqait yolu” olmuşdur. Şahid3 istifadəsində olmuş (onun həyat yoldaşı Ramilə Əliyevanın adına olan) +99451 *** ** ** mobil nömrəsindən Şahid1 istifadəsində olmuş +99470 *** ** ** mobil nömrəsinə xx.xx.2024-cü il saat 18:48-də zəng edilmiş, 42 saniyə danışıq olmuş, anten dairəsi “Abseron r-nu, Ceyranbatan qes, Baglar massivi” olmuşdur. Şahid3 istifadəsində olmuş (onun həyat yoldaşı Ramilə Əliyevanın adına olan) +99451 *** ** ** mobil nömrəsindən Şahid1 istifadəsində olmuş +99470 *** ** ** mobil nömrəsinə xx.xx.2024-cü il saat 18:50də zəng edilmiş, 32 saniyə danışıq olmuş, anten dairəsi “dairəsi “Abseron r-nu, Ceyranbatan qes, Baglar massivi” olmuşdur. Şahid3 istifadəsində olmuş (onun həyat yoldaşı Ramilə Əliyevanın adına olan) +99451 *** ** ** mobil nömrəsindən Şahid1 istifadəsində olmuş +99470 *** ** ** mobil nömrəsinə xx.xx.2024-cü il saat 19:07-də zəng edilmiş, 26 saniyə danışıq olmuş, anten dairəsi “Sumqait yolu” olmuşdur. Şahid3 istifadəsində olmuş (onun həyat yoldaşı Ramilə Əliyevanın adına olan) +99451 *** ** ** mobil nömrəsindən Şahid1 istifadəsində olmuş +99470 *** ** ** mobil nömrəsinə xx.xx.2024-cü il saat 19:16-da zəng edilmiş, 38 saniyə danışıq olmuş, anten dairəsi “Abseron r-nu, Ceyranbatan qes, Baglar massivi” olmuşdur. Şahid3 istifadəsində olmuş (onun həyat yoldaşı Ramilə Əliyevanın adına olan) +99451 *** ** ** mobil nömrəsindən Şahid1 istifadəsində olmuş +99470 *** ** ** mobil nömrəsinə xx.xx.2024-cü il saat 19:19da zəng edilmiş, 56 saniyə danışıq olmuş, anten dairəsi “Abseron r-nu, Ceyranbatan qes, Baglar massivi” olmuşdur. Şahid3 istifadəsində olmuş (onun həyat yoldaşı Ramilə Əliyevanın adına olan) +99451 *** ** ** mobil nömrəsindən Şahid1 istifadəsində olmuş +99470 *** ** ** mobil nömrəsinə xx.xx.2024-cü il saat 19:22-da zəng edilmiş, 85 saniyə danışıq olmuş, anten dairəsi “Abseron r-nu, Ceyranbatan qes, Baglar massivi” olmuşdur. Baxış zamanı yuxarıda göstərilənlərdən başqa iş üzrə əhəmiyyət kəsb edə biləcək hal müəyyən edilməmiş, CD disk cinayət işi materiallarına əlavə olunmuşdur. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər MTE və PA Şöbəsinin məhkəmə-tibbi ekspertiza tədqiqinə dair xx.xx.2024-cü il tarixli, 23 nömrəli ekspert rəyindən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs oğlunun meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş beyin maddəsinə və mədəciklərinə qansızma. Baş beynin yumşaq qişasına qansızma. Subdural hematoma. Sağ alın-təpə nahiyyəsinin hematoması. Sağ qaşüstü nahiyyənin, sağ üst göz qapağının yarası, alt dodağın sağ yarısının qançırı, yarası. Sağ gözətrafı nahiyyənin qançırı. Boynun ön səthinin və burnun sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qarşılıqlı mübarizə zamanı təkrari zərbələrlə vurulmaqla əmələ gələ bilərlər, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2024-cı il tarixə uyğun gələ bilər, həyatidirlər və dərəcəsinə görə baş beyin maddəsinə və mədəciklərinə qansızma, baş beynin yumşaq qişasına qansızma, subdural hematoma, sağ alın-təpə nahiyyəsinin hematoması, sağ qaşüstü nahiyyənin, sağ üst göz qapağının yarası həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Alt dodağın sağ yarısının qançırı-yarası, sağ gözətrafı nahiyyənin qançırı, boynun ön səthinin və burnun sıyrığı- canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İlkin olaraq sağ qaşüstü nahiyyənin yarası, sağ gözətrafı nahiyyənin qançırı, sağ üst göz qapağının yarası, boynun və burnun sıyrığı, alt dodağın qançır və yarası, sonradan sağ alın-təpə nahiyyəsinin hematoması, beyin maddəsinə və mədəciklərinə, yumşaq beyin qişasına qansızma yetirilə bilərdi. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər -sağ alın-təpə nahiyyəsinə vurulma nəticəsində baş vermiş beyin maddəsinə və mədəciklərinə, yumşaq beyin qişasına qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən 7-9 gün əvvəl olmaqla, yəni qərarda göstərilən tarixə xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Ölüm xəsarət aldıqdan sonra qısa müddət ərzində baş verə bilərdi. Mərhum Zərərçəkmiş şəxs xəsarət aldıqdan sonra ölüm baş verənə qədər sərbəst hərəkət etməyə (tərpənməyə, qışqırmağa) imkanı ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs xəsarət alarkən xəsarət yetirənlə müxtəlif duruş vəziyyətində (ayaqüstü vəziyyətdə, üzbəüz, yan-yana, yarım oturaq və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir (Akt 665/K). “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin maddi sübutların məhkəmə-tibbi-kriminalistik ekspertizasının tədqiqinə dair xx.xx.2024-cü il tarixli, 133/2024 MTKŞ nömrəli ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus jiletin sol və sağ qoltuqaltı tikişləri üzərinə iki ədəd natamam sökülmə zədəsi aşkar olunmuşdur. Bu sökülmələr jiletin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Jilet üzərində aşkar edilmiş natamam sökülmə zədələr, zədənin yetirildiyi anda hücum edənlə zərərçəkmiş müxtəlif qarşılıqlı yerləşmə vəziyyətlərdə ola bilərdilər. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvarın sağ cibinin aşağı sol kənarında bir ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Cins şalvar üzərində aşkar edilmiş cırılma zədəsi, zədənin yetirildiyi anda hücum edənlə zərərçəkmiş müxtəlif qarşılıqlı yerləşmə vəziyyətlərdə ola bilərdilər. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvarın sağ ayağının ön səthində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Şalvar üzərində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədəni yetirmiş alətin ölçüsü və çəkisi barədə fikir söyləmək mümkün deyil. Cins şalvar üzərində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədənin yetirildiyi anda hücum edənlə zərərçəkmiş müxtəlif qarşılıqlı yerləşmə vəziyyətlərdə ola bilərdilər. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus köynək, mayka, alt köynək, alt şalvar, idman şalvar, tuman, papaq, yaylıq, ayaqqabı və corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş təqsirləndirilən şəxs .Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar və ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçə, papaq və yaylıq üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli), bəziləri statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Zərərçəkmiş şəxs məxsus jilet, köynək, alt köynək, mayka, cins şalvar, idman şalvar, tursik, ayaqqabı, corab və Təqsirləndirilən şəxs məxsus gödəkçə, cins şalvar və ayaqqabı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizası tədqiqinə dair xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1662 nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən dırnaq nümunələrinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən dırnaq nümunələrinin üzərindən aşkar edilmiş lif mikrohissəscikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin maddi sübutların məhkəmə tibbi bioloji tədqiqinə dair xx.xx.2024-cü il tarixli, 192/2024- MTBŞ nömrəli ekspert rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O/l/. (şəxsiyyəti təsdiq edən axtarış portalının kserosurətinə əsasən) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/l/. (Şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcə, papaq və cib dəsmalı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda yalnız O-alfa, beta/l/ qrupunun əsasını təşkil edən H antigeni alınmışdır. Beləliklə, bu qan ləkələri O-alfa, beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi ilə inkar olunmur (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa). Zərərçəkmiş şəxs meyitinin üzərində olan uzunqol köynək, yun jilet, alt köynəyi, mayka, cins şalvar, idman şalvarı, alt şalvarı, trusik, 1 cüt ayaqqabı, 1 cüt corab, Təqsirləndirilən şəxs məxsus gödəkçə, cins şalvar və 1 cüt ayaqqabı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müvafiq müayinə metodları olmadığı üçün təqdim edilən maddi sübutlar üzərində aşkar olunan qan ləkələrinin əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün deyil. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsnin Təqsirləndirilən şəxs komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 668 nömrəli ekspert rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəməpsixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional durumu stabildir, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hirslilik, inadkarlıq, məsuliyyətsizlik, özünü müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində hirslilik əmələ gəlmişdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlrəini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs keçirdiyi emosional vəziyyəti adi alkoqol sərxoşluğu fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsinə dair xx.xx.2024cü il tarixli, 1371 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər MTE və PA Şöbəsinin məhkəmə-tibbi ekspertiza tədqiqinə dair xx.xx.2024-cü il tarixli, 246 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər MTE və PA Şöbəsinin məhkəmə-tibbi ekspertiza tədqiqinə dair xx.xx.2024-cü il tarixli, 242 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Şahid1 bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər MTE və PA Şöbəsinin məhkəmətibbi ekspertiza tədqiqinə dair xx.xx.2024-cü il tarixli, 443 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Şahid2 bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş tədbirlər zamanı Zərərçəkmiş şəxs narkotik vasitələrin istifadəsində, eləcə də satışı ilə məşğul olması məlum olmuşdur. “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 2 saylı Sumqayıt Ərazi Dairəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Sumqayıt ŞPİ-nin DYP şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına qeydiyyat şəhadətnaməsi ilə hər hansı nəqliyyat vasitəsi mövcud deyildir. Azərbaycan Respublikası Baş Prokurorluğu Kriminalistika və informasiya texnologiyaları idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. 13 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-50/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmaqla barəsində 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi X13, təqisrləndirilən Təqsirləndirilən şəxs qeyd olunan əməli tək törətmədiyini onunla birlikdə başqa şəxlərin (X14) cinayət məsuliyyətə cəlb edilməli olduğuna və ona görə də təqisrləndirilən Təqsirləndirilən şəxs daha ağır ittihamın verilməsinə dair məhkəmə çıxışları zamanı səsləndirdiyi fikrini vəsatət kimi qəbul edir və buna münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən mərhum zərərçəkmiş şəxş Zərərçəkmiş şəxs ölümündə hazırki iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs başqa heç bir şəxsin təqsirinin olmasına dəlalət edən hala rast gəlinməmişdir. Həmçinin cinayət işinin materiallarında olan 14 may 2024-cü il tarixli “sübutların qiymətləndiriliməsi və əməlin tövsif edilməsi haqqında” qərarın 2-ci və 3-cü bəndinə əsasən müəyyən olunur ki, ibtidai istintaq orqanı zərəçəkmiş şəxsin hüquqi varisinin vəsatətində göstərdiyi hala hüquqi qiymət vermiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 120.2.5, 221.1, 235.3.1 maddələri və Şahid1 barəsində A.R CM-nın 120.2.1, 235.3.1, 32.5,120.2.11 və 32.5,235.4.3-cü maddələri ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qənaətə gəlmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin xx.xx.2024-cü il tarixdə həmin qərarla tanış olmuşdur. Lakin zərəçəkmiş şəxsin hüquqi varisi həmin qərardan şikayət etməmişdir. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisinin qeyd olunan vəsatəti əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edilməsi, onun əməlində quldurluqla əlaqədar qəsdən adam öldürmə cinayətinin tərkibinin olmaması, belə olduğu halda şəxsə həm də cinayət məcəlləsinin 181-ci maddəsi ilə ittihamın verilməli olması barədə mövqeyinə fikir bildirməyi zəruri hesab edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 39-cu bəndində göstərilmişdir ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən qərarlarındakı hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, hazırki halda təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli narkotik vasitənin talanmasını ehtiva etdiyindən və həmin əməl talama cinayətlərinə münasibətdə xüsusi norma kimi çıxış etdiyindən, hazırki iş üzrə ibtidai isitntaq orqanın gəlmiş olduğu qənaət düzgün olmuş və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə yanaşı həmin məcəllənin 235.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə təqsirləndirlən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi ilə əlaqədar mövqeyinə qiymət verməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxsin ona borcu olduğunu həmçinində ona narkotik vasitə vermədiyi üçün onu döydüyünü bildirir. Lakin məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələrinə əsasən mərhum zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs borcunun olmasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Həmçinin müdafiə tərəfi buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin təqsirləndirİlən Təqsirləndirilən şəxs hadisə vaxtı mərhum zərərçəkmiş şəxsə bir yumruq və bir təpik zərbələri vurduğunu bilidrsə də, hadisənin bir başa şahidi olmuş Şahid1 Rafiq oğlu həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərbələrin sayının çox olduğunu, təqsirləndirilən şəxsin bildirdiyi kimi heç də təqsirləndirilən Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxsi döydükdən sonra onun iyirmi dəqiqəyə yaxın söhbət etdiyini təsdiqləməmişdir. Bundan başqa mərhum zərərçəkmiş şəxsin məhkəmə tibbi müayinəsi zamanı onda aşkar olunmuş xəsarətlərin sayı və lokalizasiyası, Şahid1 yetirilmiş zərbələrlə əlaqədar ifadəsində göstərdikləri ilə uzlaşır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək onun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsinə əsasən quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar qəsdən adam öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.4.3-cü maddəsinə əsasən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitələri və psixotrop maddələri talama və ya hədə qorxu ilə tələb etmə - səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 235.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 120.2.11 və 235.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirilən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.11 və 235.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 89 (səksən doqquz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd qəhvəyi rəngli gödəkçə, 1 ədəd cib dəsmalı (yaylıq), 1 ədəd papaq, zərərçəkmiş şəxsin meyitinin üzərində olan 1 ədəd göy rəngli çəhrayı damaları olan uzunqol köynək, 1 ədəd ağ rəngli əldə hörmə isti yun jilet, 1 ədəd tünd göy rəngli uzunqol isti alt köynəyi, 1 ədəd ağ rəngli mayka, 1 ədəd tünd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd göy rəngli idman şalvarı, 1 ədəd boz rəngli tursik, 1 cüt qara rəngli ayaqqabı, 1 cüt qara rəngli corab, 2 ədəd zərfdə meyitin sol və sağ əlinin dırnaq nümunələri məhv edilməli, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı qeydə alınmış videogörüntünün yükləndiyi DVD-R disk, Şahid1 dindirilməsi zamanı qeydə alınmış videogörüntünün yükləndiyi DVD-R diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 235.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 235.4.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaqla ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. O, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 89 (səksən doqquz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd qəhvəyi rəngli gödəkçə, 1 ədəd cib dəsmalı (yaylıq), 1 ədəd papaq, zərərçəkmiş şəxsin meyitinin üzərində olan 1 ədəd göy rəngli çəhrayı damaları olan uzunqol köynək, 1 ədəd ağ rəngli əldə hörmə isti yun jilet, 1 ədəd tünd göy rəngli uzunqol isti alt köynəyi, 1 ədəd ağ rəngli mayka, 1 ədəd tünd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd göy rəngli idman şalvarı, 1 ədəd boz rəngli tursik, 1 cüt qara rəngli ayaqqabı, 1 cüt qara rəngli corab, 2 ədəd zərfdə meyitin sol və sağ əlinin dırnaq nümunələri məhv edilsin, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı qeydə alınmış videogörüntünün yükləndiyi DVD-R disk, Şahid1 dindirilməsi zamanı qeydə alınmış videogörüntünün yükləndiyi DVD-R diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar