Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-600/2024 17.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1977-ci ildə Beyləqan rayonu, Örənqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi, Tuq zavod ərazisi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs o, 21 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, Tuq zavod ərazisində yerləşən Dəmir yolu keçidinin yaxınlığında övladı Şahid3 ailəsində baş vermiş mübahisələrdən dolayı qızının qaynı Zərərçəkmiş şəxs irad bildirdikdə sonuncunun onu yumruqla vurub sol gözətrafının qançırı, sağ gözətrafının və almacıq nahiyyəsini əhatə edən, dərialtı hematoması, sağ gözün ağlı qişasının bayır bucağının yayılmış qansızması, sağ qaşın bayır bucağının 2 (iki) ədəd sıyrıqları xəsarətləri ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməsindən əsəbləşərək qisas almaq niyyəti ilə, istintaqla müəyyən edilməyən predmetlə sonuncunun qarın, qasıq və kürək nahiyəsinə qəsdən vuraraq, sonuncuya bel nahiyyəsinin sol yarısının boşluğa nüfuz etməyən kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid, qasıq nahiyyəsinin qarın boşluğuna nüfuz edərək nazik bağırsaq ilgəyini zədələyən kəsilmiş-deşilmiş yarası və döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən kəsilmiş- deşilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən vaxt içkili olmuşdur. Ona görə də heç nə yadında deyil. O, ifadə verməkdən imtina etmişdir və qeyd etmişdir ki, əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəza müddəti 01 il azadılmış, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib bitirmişdir. Evlidir, iki övladı var. Fərdi əməklə məşğuldur. 2020-ci il tarixdə qonşuları Sahil qızı Şahid3 ilə ailə həyatı qurmaq istəməsi barədə həyat yoldaşı ona məlumat vermişdir. İlk əvvəl o bu məsələyə öz narazılığını bildirmiş, çünki Sahilin ailəsinin həyat tərzi onun ailəsinin həyat tərzi ilə üst-üstə düşmürmüş. Lakin həyat yoldaşı Səidə onu fikrindən daşındırıb qızının Sahillə ailə həyatı qurmasına razılıq verməsinə nail olmuşdur. Aralarında olan razılığa əsasən o, qızının ailəsi üçün öz yaşadıqları həyətdə fərdi yaşayış evi tikəcək, onlar həmin evdə yaşayacaqlar, o, özü gündəlik həmin ailəyə maddi dəstək olacaq. Aralarında rəsmi nikah olmadığından, o bununla bağlı dəfələrlə Sahilin anası Arzu ilə söhbət edib öz narazılığını bildirmiş, lakin Arzu hər dəfəsində ona qısa müddətdə nikah bağlayacaqlarını demişdir. Ailə həyatı qurduğu ilk günlərdən Sahilin ailəsində qızına zülm verilməyə başlanmışdır. İlk əvvəl Sahilin özü qızını döysə də, sonradan Sahilin qardaşı Samir də qızını döyməyə başlamışdır. O bir neçə dəfə onlarla söhbət edib qızından nə istədiklərini soruşsa da, heç vaxt onlar etdiklərini etiraf etməmişlər. Hətta bir dəfə o qızını çəkdiyi zülmlərdən qurtarmaq üçün onu öz evinə qaytarmışdır. Bir neçə ay onun evində olduqdan sonra Arzu onlara barışığa gəlmiş, səhvlərini etiraf edərək söz vermişdir ki, bir daha qızını incitməyəcəklər. O isə öz növbəsində qızına cehiz olaraq əlavə avadanlıq vermiş və dolanışıqları düzəlsin deyə onlara köməklik edəcəyini bildirmişdir. O qızının ailəsinə maddi yardım göstərsə də, demək olar ki, onların evində gündəlik ərzaq olmurmuş. Qızını döydükləri günlərin birində o qızından nə üçün döyüldüyünü soruşduqda, qızı ona ərinin işdən gəldikdən sonra yemək istədiyini, lakin evdə ərzaq olmadığı üçün yemək bişirə bilmədiyini demiş və buna görə də döyüldüyünü bildirmişdir. İşləri ilə əlaqədar Laçın rayonuna getmişdir. Hadisədən təxminən 4-5 gün əvvəl həyat yoldaşı Səidə ona qızı Ayselin qaynı Samir tərəfindən döyüldüyünü və evlərinə geri qayıtdığını demişdir. Laçında olduğundan heç onlara zəng edib haqqhesab sormamış, niyyəti Sumqayıt şəhərinə geri qayıdıb onlarla üzbəüz görüşüb söhbət etmək olmuşdur. xx.xx.2023-cü il tarixdə yaşadığı evə qayıdıb qızı ilə söhbət etmiş və qızından döyülməsinin səbəbini soruşmuşdur. Qızı isə ilk əvvəl qaynanası Arzu, sonra isə Samir tərəfindən döyüldüyünü demişdir. O səbəbini soruşduqda isə qızı demişdir ki, “məni məcbur edirlər ki gəlib səndən pul alım”. Qızı onlara öz etirazını bildirib atasında pul olmadığını dediyi üçün onu qaynanası və Samir döymüşlər. O xx.xx.2023-cü il tarixdəSumqayıt şəhəri, Tuq zavod ərazisində yerləşən Dəmir Yol relslərinin yanında Samiri görmüş və onu səsləyib yanına çağırmışdır. Həmin vaxt az miqdarda spirtli içki də qəbul etmişdir. Samir onunla salamlaşmış və nə üçün qızını döydüklərini soruşmuşdur. Samir isə qızının döyülmədiyini, yaşadıqları ünvanı özbaşına tərk etdiyi üçün qardaşının qızına qarşı əsəbi olduğunu demişdir. O Samirdən yaşadıqları məhəlləni tərk etmələrini tələb etdikdə, Samir ona evlərini tərk etməyəcəklərini israrla deyib dava-dalaşın səbəbkarının qızının olduğunu bildirmişdir. Samirin qızına şər atdığını bildiyi üçün əsəbləşib onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Samir yumruqla onun sifət nahiyəsinə bir neçə zərbə vurmuşdur. Samirin ondan daha gənc və idmançı, cüssəli olduğu üçün ona gücünün çatmayacağını anlamış və əynində olan şalvarın bel nahiyəsinə keçirtdiyi bıçağı çıxardaraq Samirin qarın nahiyəsinə iki zərbə vurmuşdur. Niyyəti Samiri qorxuzub ona xəsarət yetirmək və beləliklə onların qəsəbəni tərk etmələrinə nail olmaq olmuşdur. Lakin Samir ona bıçaqla xəsarət yetirməsinə baxmayaraq davamlı olaraq onun baş və sifət nahiyələrinə bir neçə zərbə vurmuşdur. Artıq zərbələrin təsirindən müvazinətini saxlaya bilməyib aşağıya doğru əyilmişdir. Bu zaman Samir də üzün çevirib getmək istəmiş, o isə bıçaqla Samirin kürək nahiyəsinə bir zərbə yetirmişdir. Samir əli ilə qarın nahiyəsini tutaraq yaşadıqları ünvana doğru qaçmağa başlamışdır. O isə bıçağı yaxınlıqda olan kanala atıb oradan uzaqlaşmışdır. Səhəri gün isə, yəni xx.xx.2023-cü il tarixdə özü könüllü şəkildə Sumqayıt şəhər polis idarəsinə gəlib təslim olmuşdur. ( cild 1, iş vərəqə 143-145) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birgə Sumqayıt şəhərində yerləşən 147 saylı peşə liseyinin yataqxanasında yaşayır. Şahid1 onun qardaşıdır. Sahil 2020-ci ilin iyul ayında onlarla eyni qəsəbədə yaşayan Şahid3 Nazil qızı ilə ailə həyatı qursa da, onların rəsmi nikahı olmamışdır. X4 aralarında hər hansı bir narazılıq olmamışdır. Lakin, bəzi vaxtlar Ayselin atası Təqsirləndirilən şəxs sərxoş halda onların yaşadığı ünvana gələrək qızını aparmaq istəyirmiş və bu səbəbdən onların ailəsində mübahisələr yaranırmış. O 2021ci ilin 27 iyul tarixində hərbi xidmətə getmişdir. O hərbi xidmətə gedən vaxt Aysel Sahillə birlikdə olmuşlar. Hərbi xidmətdə olan zaman Nazim qızı Ayseli öz evlərinə aparmış və Aysel uzun müddət onlarla qalmışdır. 2023-cü ilin 01 yanvar tarixində o hərbi xidmətdən tərxis omuşdur. Bu vaxt artıq Sahil Aysellə barışmış və Aysel onlarla birlikdə yaşamağa davam etmişdir. 07 dekabr 2023-cü il tarixdə o qardaşı Sahillə birlikdə işdə olan zaman Aysel anasına və digər ailə üzvlərinə heç bir məlumat vermədən evi özbaşna tərk edib atası evinə və qonşuya getmişdir. Anası onun bu özbaşına hərəkətinə əsəbiləşmiş və onlar arasında sözlü mübahisə baş vermişdir. Belə olduqda anası Ayselə onlarla birlikdə yaşamaq istəmirsə atası evinə gedə biləcəyini bildirmiş, Aysel də bəzi əşyalarını götürərək evi tərk etmişdir. O qardaşı ilə həmin gün axşam evə gəldikdə anası baş verənləri onlara danışmış və Ayselin birdəfəlik atası evinə getdiyini demişdir. Aradan bir neçə gün keçdikdən sonra təxminən 9-10 dekabr tarixlərdə Nazim ona zəng edərək Laçın rayonunda olduğunu, Ayselin qalan əşyalarını göndərməsini xahiş etmişdir. O, avtomobil kirayələyərək Ayselin qalan bütün əşyalarını onlara aparmışdır. Bu vaxt Aysel və qohumları ilə səmimi ünsiyyətdə olmuşlar və heç bir aqressiv davranış olmamışdır. 22 dekabr 2023-cü il tarixdə axşam saatlarında yaşadıqları qəsəbədə yerləşən kafe sahibi Əlövsət adlı şəxs ona zəng edərək qardaşı Sahilin kafeyə 88 manat borcu olduğunu bildirmişdir. O evdən 100 manat pul vəsaiti götürərək həmin kafeyə getmiş və Sahilin borcunu ödəmişdir. Sonra kafedən çıxaraq yaşadıqları qəsəbədə yerləşən, mütəmadi alış-veriş etdikləri "Bərəkət" adlı marketə getmişdir. Marketə olan borclarının 59 manat olduğunu dəqiqləşdirmiş, lakin üzərində olan pul borcu ödəməyə kifayət etmədiyi üçün yenidən evə qayıtmış və əlavə olaraq 50 manat pul götürərək market istiqamətində yola düşmüşdür. Dəmir yolu relslərini keçib üzü "Socar" yanacaqdoldurma məntəqəsi istiqamətində irəliləyərkən arxasınca küçədən uca səslə Nazimin onu səslədiyini eşitdiyi üçün üzünü çevirib ona doğru hərəkət etmişdir. Nazimə yaxınlaşıb onunla salamlaşmış, Nazim isə mövzuyya başlar başlamaz onların artıq bu məhəllədə yaşaya bilməyəcəklərini, oradan köçüb getməli olduqlarını bildirmişdir. O, Nazimin spirtli içkinin təsiri altında olduğunu hiss etdiyi üçün növbəti gün görüşərək söhbət etməyi təklif etmişdir. Nazim isə ondan nə üçün onun qızını yola vermədiklərini soruşmuşdur. O Nazimə qızının qardaşından icazəsiz evi tərk etdiyini demiş və bu səbəbdən qardaşının ona qarşı aqressiv olduğunu söyləmişdir. Nazim isə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib anasını küçə söyüşləri ilə təhqir etmişdir. O Nazimin təhqirlərinə cavab olaraq onun sifət nahiyəsinə yumruq zərbəsi vurmuşdur. İçkili olduğundan zərbənin təsirindən Nazim müvazinətini itirmiş və onu vurduğu üçün daha ağır söyüşlər söyməyə başlamışdır. O Nazimin onu uca səslə dayanmadan təhqir etməsindən əsəbləşdiyi üçün onun sifət və baş nahiyəsinə bir neçə zərbə vurmuşdur. Bu zaman Nazim şalvarının bel nahiyəsinə keçirtdiyi bıçağı oradan çıxardaraq onun qarın nahiyəsinə iki bıçaq zərbəsi vurmuşdur. Hər hansı ağrı hiss etmədiyi üçün o da Nazimə yumruqla zərbələr vurmaqda davam etmişdir. Nazimin sifət nahiyəsində şişkinliyin yarandığını gördüyü üçün üzünü çevirib getmək istəmiş, bu zaman Nazim onun kürək nahiyəsinə də bir bıçaq zərbəsi vurmuşdur. O, çox qan itirməmək üçün yaşadıqları mənzilə doğru qaçaraq getmişdir. Evə çatdıqda Sahil və anası evdə olmuşdur. Sahil X6a zəng etmiş və onu xəstəxanaya aparmışlar. O, təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qisimində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qızı Şahid3 ilə ailə həyatı qursa da, aralarında rəsmi nikah bağlanmamışdır. Aysellə ailə həyatı qurduqdan sonra ilk əvvəl aralarında normal münasibətlər olmuş, lakin sonradan Ayselin valideyinləri onların ailəsində söz-söhbət yaratmağa başlamışlar. Belə ki, Ayselin atası Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edirmiş və sərxoş halda bir neçə dəfə qızını öz evinə aparmaq üçün onların yaşadıqları ünvana gəlirmiş. Hətta bir neçə dəfə o işdən gələrkən Ayselin evdə olmadığını görüb anasından Ayselin harada olduğunu soruşmuş, anası isə Ayselin ata evinə getdiyini bildirmişdir. Lakin nə o, nə də ailə üzvləri Ayselə fiziki işgəncə verməmişlər. 2023-cü ilin dekabr ayında Aysel onlara məlumat vermədən atası evinə getmişdir. Atası evindən qayıtdıqdan sonra anası Ayselə təklif etmişdir ki, əgər atası evini istəyirsə, birdəfəlik həmin evə köçə bilər. Aysel sanki anasının bu sözlərini gözləyirmiş kimi bəzi əşyalarını götürüb evi tərk etmişdir. Bundan bir neçə gün keçdikdən sonra Nazim qardaşı Samirə zəng edərək Laçın rayonunda olduğunu demiş və Samirdən Ayselə aid qalan əşyaları onun evinə göndərməsini xahiş etmişdir. Samir Nazimin xahişi ilə Ayselə aid əşyaları onun evinə göndərmişdir. Bundan sonra demək olar ki, Ayselin ailəsi ilə münasibətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə o, anası və qardaşı Samir evdə olarkən Əlövsət adlı kafe sahibi qardaşı Samirə zəng edib onun həmin kafeyə 88 manat borcunun olduğunu bildirmiş və həmin pulu ödəməsini xahiş etmişdir. Samir ona açıqlanaraq evdən 100 manat pul götürüb kafeyə getmişdir. Kafenin ödənişini etdikdən sonra marketə olan borclarını öyrənmək üçün ‘Bərəkət” adlı marketə getmiş, orada borclarının 59 manat olduğunu öyrəndikdən sonra əlavə pul götürmək üçün evə qayıtmışdır. Samir evə gəlib 50 manat pul götürüb marketə geri qayıtmışdır. Bundan təxminən bir saat sonra Samir əyni-başı qanlı şəkildə evə girib Nazimin onu bıçaqladığını demişdir. O dərhal X6 Xidmətinə zəng edib məlumat vermiş və briqada dəvət etmişdir. Gələn briqadanın köməkliyi ilə Samiri Sumqayıt şəhər TTYXna aparmışlar. Məhkəmədə şahid qismində Şahid2 Talib qızı ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdə oğlu Sahil Təqsirləndirilən şəxs qızı Şahid3 ilə ailə həyatı qursa da, aralarında rəsmi nikah bağlanmamışdır. Aysellə ailə həyatı qurduqdan sonra ilk əvvəl aralarında normal münasibətlər olmuş, lakin sonradan Ayselin valideynləri onların ailəsində sözsöhbət yaratmağa başlamışlar. Belə ki, Ayselin atası Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edirmiş və sərxoş halda bir neçə dəfə qızını öz evinə aparmaq üçün onların yaşadıqları ünvana gəlmişdir. Hətta bir neçə dəfə oğlu Sahil işdən gələrkən Ayselin evdə olmadığını görüb ondan Ayselin harada olduğunu soruşduqda o, Sahilə Ayselin ata evinə getdiyini demişdir. Lakin nə o, nə də oğlu Ayselə fiziki işgəncə verməmişlər. 2023-cü ilin dekabr ayında Aysel onlara məlumat vermədən atası evinə getmişdir. Atası evindən qayıtdıqdan sonra o Ayselə təklif etmişdir ki, əgər atası evini istəyirsə birdəfəlik həmin evə köçə bilər. Aysel sanki onun bu sözlərini gözdəyirmiş kimi bəzi əşyalarını götürüb evi tərk etmişdir. Bundan bir neçə gün keçdikdən sonra Nazim digər oğlu Samirə zəng edərək Laçın rayonunda olduğunu demiş və Samirdən Ayselə aid qalan əşyaları onun evinə göndərməsini xahiş etmişdir. Samir Nazimin xahişi ilə Ayselə aid əşyaları onun evinə göndərmişdir. Bundan sonra demək olar ki, onların Ayselin ailəsi ilə münasibətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə o, oğulları Samir Sahillə birlikdə evdə olarkən Əlövsət adlı kafe sahibi Samirə zəng edib Sahilin həmin kafeyə 88 manat borcunun olduğunu bildirmiş və həmin pulu ödəməsini xahiş etmişdir. Samir Sahilə açıqlanaraq evdən 100 manat pul götürüb kafeyə getmişdir. Kafenin ödənişini etdikdən sonra marketə olan borclarını öyrənmək üçün “Bərəkət” adlı marketə getmiş, orada borclarının 59 manat olduğunu öyrəndikdən sonra əlavə pul götürmək üçün evə qayıtmışdır. Samir evə gəlib 50 manat pul götürüb marketə geri qayıtmışdır. Bundan təxminən bir saat sonra Samir əyni-başı qanlı şəkildə evə girib Nazimin onu bıçaqladığını demişdir. Sahil dərhal X6 Xidmətinə zəng edib məlumat vermiş və briqada dəvət etmişdir. Gələn briqadanın köməkliyi ilə Samiri Sumqayıt şəhər TTYX-na aparmışlar. Məhkəmədə istintaq zamanı verdiyi ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində yerləşən 147 Saylı peşə liseyində 9-cu sinfə qədər oxumuşdur. Şahid1 onunla eyni liseydə, lakin bir sinif aşağı təhsil almışdır. Məktəb vaxtı Sahil ona sevgisini etiraf etmiş, o bu barədə atası Nazimə məlumat verdikdən sonra atası Sahilin üstünə acıqlanmışdır. Bundan sonra onun Sahillə əlaqəsi olmamışdır. Təxminən 2020-ci il əvvəllərində atası yaşadıqları evin yaxınlığında əlavə fərdi yaşayış evi tikdirmiş və həmin evin üst mərtəbəsinə beton tökdürmək istəyirmiş. Bununla bağlı iş görə biləcək fəhlələr axtararkən qardaşı Əli atasına dostlarının olduğunu deyib həmin uşaqları köməyə çağıracağını bildirmişdir. Sonradan adının Samir olduğunu bildiyi şəxsi qardaşı ilə birlikdə onların evinə gəlmiş və qardaşı Samiri onlara dostu kimi təqdim etmişdir. Atası Samirə tək olduğunu və işi görə bilməcəyini dedikdə Samir qardaşının səfərbərlik idarəsində olduğunu və işinin bitirdikdən sonra köməklik etmək üçün onun yanına gələcəyini bildirmişdir. Təxminən yarım saat sonra Sahilin gəldiyini görmüş və Sahilin Samirlə qardaş olduqlarını başa düşmüşdür. İki qardaş birlikdə işlərini görüb bitirdikdən sonra atası onların zəhmət haqqlarını ödəmişdir. Bundan bir neçə gün sonra Sahilin anası Arzu atası Nazimin yanına gələrək kirayə ev axtardığını demişdir. Atası evlərdən heç birinin boş olmadığını bildirib, axşam Arzunun onun yanına gəldiyini anasına bildirmişdir. Anası isə Arzunu tanıdığını atasına deyib ondan xahiş etmişdir ki, həmin qadını qohumlarının evinə kirayə köçməklərinə köməklik etsin. Atası anasının xahişi ilə Arzu və övladlarını qohumlarının evinə kirayə köçmələrinə köməklik etmişdir. Bir müddət sonra Arzu evin təmirsiz olduğunu və həmin evdə yaşaya bilməyəcəklərini dediyi üçün, həmçinin həmin vaxt atasına məxsus onların yaşadıqları evə yaxın ev boşaldığı üçün atası onlara həmin evə köçmələrinə icazə vermişdir. Bir müddət Arzugil onlara məxsus evdə kirayə yaşamışlar. 2020-ci ilin ortalarında Arzu anasına yaxınlaşaraq onu oğlu Sahilə almaq istədiyini demişdir. Atası ilk əvvəl narazılıq etsə də, sonradan anasının təkidi ilə razı olmağa məcbur olmuşdur. O Sahillə ailə həyatı qursa da, aralarında rəsmi nikah bağlanmamışdır. Hər dəfə o Sahil və Arzudan niyə nikah bağlamadıqlarını soruşduqda onlar hər dəfə bir bəhanə ilə onu aldatmışlar. Ailə qurduqları gündən atası Nazim onların ailəsinə maddi dəstək göstərirmiş. Atası onlara ərzaq almadığı vaxtlarda demək olar ki, evdə yemeyə heçnə tapmırmışlar. Evdə də yemək bişməyəndə Sahil onu döyürmüş. Sahil və anası Arzu ondan tələb edirmişlər ki, atasından pul alsın. O bəzən utandığı üçün atasından pul ala bilmirmiş və həmin vaxt da Sahilgil onu döyürmüşlər. Son vaxtlar isə onu qaynı Samir döyməyə başlamışdır. O bir neçə dəfə bezib atasının evinə getsə də, sonradan onlar gəlib üzrxahlıq edib onu geri qaytarmışlar. Sonuncu dəfə də onu döydükləri üçün o atasının evinə getmişdir. Həmin vaxt atası Nazim Laçın rayonunda imiş. O zəng edib atasına Samirin onu döydüyünü demişdir. Atası Samirlə əlaqə saxlayıb onların evində qalan əşyalarını göndərməsini xahiş etmiş və Samir də həmin əşyaları ona göndərmişdir. 21,12.2023-cü il tarixdə gecə saatlarında atası Nazimin Samirlə mübahisələrinin düşdüyünü, mübahisə zamanı Samirin atasına yumruqla, atasının isə Samirə bıçaqla xəsarət yetirdiyini eşitmişdir. Bundan sonra atası özü könüllü olaraq polisə gedib təslim olmuşdur. Bir müddət sonra Arzu və oğlanları onların yaşadıqları evə gələrək küsülülük saxlamaq istəmədiklərini demişlər və barışıq ərizəsini yazacaqlarını bildirmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi yer Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi, Tuq zavod ərazisində yerləşən dəmir yolu keçidinin yaxınlığıdır. Qeyd olunan ərazinin bir tərəfi fərdi yaşayış evləri, digər tərəfi isə boş ərazi əhatələnmişdir. Təqsirləndirilən şəxs boş ərazini göstərərək xx.xx.2023-cü il tarixdə saat 19 radələrində qohumu Zərərçəkmiş şəxs ilə həmin ərazidə aralarında dava-dalaşın baş verdiyini, Zərərçəkmiş şəxs qarın və kürək nahiyəsinə üç bıçaq zərbələrini vurduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bıçaq atdığı ərazini göstərməsi təklif edildikdə, sonuncu dava-dalaşın baş verdiyi ərazinin kənarında olan kanalı göstərərək bıçağı oraya atdığını bildirmişdir. Protokola hadisə yerinin fotoşəkiləri əlavə edilmişdir. (cild 1, iş vərəqə 10-13) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 2064 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol gözətrafının qançırı, sağ gözətrafının və almacıq nahiyyəsini əhatə edən, dərialtı hematoması, sağ gözün ağlı qişasının bayır bucağının yayılmış qansızması, sağ qaşın bayır bucağının 2 (iki) ədəd sıyrıqlan xəsarətləri aşkar olunmuş, aşkar olunmuş xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti 21,12.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. (Cild 1, iş vərəqləri 101-104) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 322 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində qasıq nahiyyəsınin qarın boşluğuna nüfuz edərək nazik bağırsağın ilgəyini zədələyən kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, bel nahiyyəsinin sol yarısının boşluğa nüfuz etməyən kəsilmiş- deşilmiş yarası, dərəcələrinə görə qasıq nahiyyəsinin qarın boşluğuna nüfuz edərək nazik bağırsaq ilgəyini zədələyən kəsilmiş-deşilmiş yarası və döş qəfəsinin sol yarısının dpş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarət yəni- bel nahiyyəsinin sol yarısının boşluğa nüfuz etməyən kəsilmiş-deşilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (Cild 1, iş vərəq 121- 125) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 714 saylı rəyindən görünür ki; Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqliıntellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə patoloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və İctimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. (Cild 1. İş vərəq 128-131) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğu yoxdur. (Cild 1. İş vərəq 108-109,110-114) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Sumqayıt ŞPİ-nin CAŞ-dan daxil olmuş əməliyyat tapşırığına cavabdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus bıçağın tapılaraq istintaqa təqdim edilməsi mümkün olmamışdır. (Cild 1, iş vərəqləri 158) Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhəri, Tuq zavod qəsəbəsi, 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (Cild 1, iş vərəqə 160) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı səmimi olaraq etiraf etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və həmin məcəllənin CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş,(cild 1, iş vərəqə 13-14, 24) xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 43-44, 60-61) Sumqayıt şəhər məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 22 aprel 2024-cü il tarixdən hesablanmaqla 15 gün müddətə uzadılmışdır.(cild 1, iş vərəqə 199-203) Sumqayıt Ağır Cinayətlər məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüquqi xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs əməlindən peşman olması, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin, yəni zərərçəkmiş şəxsin onun baş nahiyəsinə yüngül dərəcəli xəsarət yetirdikdən sonra törətməsi, həmçinin zərərçəkmiş şəxslə barışması kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə onun barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o məhkəmə iclas zalından dərhal azad edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: İmza Hafiz Əliyev Hakim: İmza Fəhmin Hümbətov Hakim: İmza Aynur Rzayeva Əsli ilə düzdür, Hakim Hafiz Əliyev
Məhkəmə qərarları › İş №1(124)-600/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-600/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver