Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-601/2024 01.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X1 (sədrlik edən), X5 və Mİrzəyev Nahid Namiq oğllundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyənetdi: 23 aprel 2024-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(124)–601/2024 saylı cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə ittiham aktı 18 aprel 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirərək təkrarən dələduzluq etmişdir.Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 04 may 2021-ci ildən 02 sentyabr 2021-ci il tarixinədək olan müddət ərzində 96.000 manat dəyərində « Miraj arağı » və «Mədrəsə şərabı» əmtəə nişanlı spirtli içkiləri nağdsız qaydada almaqla, müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə əldə etdiyi qiymətdən daha ucuz qiymətə satıb, vahid niyyətlə əhatə olunan qəsdlə Nümayəndə1 ümumilikdə 96.000 (doxsan altı min) manat əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə külli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə skoç, streç və s. məmulatların topdan satışını həyata keçirən "xxxx" MMC-nin direktoru Nümayəndə2 2022-ci ilin iyul ayında bir neçə dələ nağdsız qaydada skoç və streç məmulatlarını götürüb pulunu qaytarmaqla özünə qarşı inam və etibar formalaşdırmağa nail olduqdan sonra, sonuncudan topdan satışım həyata keçindiyi skoç və streçləri ondan nisyə olaraq istəyib, qısa müddətdə həmin skoç və streçləri satıb pulunu ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla X2 2022-ci ilin avqust ayında nağdsız qaydada götürdüyü 19.000 manat dəyərində skoç və streçləri icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən anbara yerləşdirilməsini təmin etdikdən sonra, həmin skoç və sireçləri müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə əldə etdiyi qiymətdən daha ucuz qiymətə satıb, Nümayəndə2 ümumilikdə 19.000 (on doqquz min) manat əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərər çəkmiş hüquqi şəxs Nümayəndə2 xcvli miqdarda, yəni ümumilikdə 19.000 (on doqquz min) manat ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə rezin əlcək, karton stəkan və s. məmulatların topdan satışını həyata keçirən "xxxx" MMC-nin direktoru Nümayəndə3 biznes fəaliyyəti ilə məşğul olmaqla geniş imkanlara malik iş adamı olmasını bildirib, Nümayəndə3lə aralarındakı işgüzar münasibətlərə istinad edib, özünə qarşı inam və etibar formalaşdırmağa nail olduqdan sonra, sonuncudan topdan satışını həyata keçiridiyi məmulatları ondan nisyə olaraq istəyib, qısa müddətdə həmin məmulatları satıb pulunu ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 oktyabr 2022-ci il tarixdə 6300 manat dəyərində « ƏLCƏK LATEX PUDRALİ L» əmtəə nişanlı , 6300 manat dəyərində « ƏLCƏK LATEX PUDRAL1 M» əmtəə nişanlı, 6300 manat dəyərində « ƏLCƏK LATEX PUDRALİ S » əmtəə nişanlı , 3350 manat dəyərində « ƏLCƏK LATEX PUDRASİZ L » əmtəə nişanlı, 3350 manat dəyərində « ƏLCƏK LATEX PUDRASİZ M » əmtəə nişanlı, 3350 manat dəyərində « ƏLCƏK LATEX PUDRASİZ S » əmtəə nişanlı, 500 manat dəyərində « ƏLCƏK VİNİL ŞƏFFAF L » əmtəə nişanlı, 500 manat dəyərində « ƏLCƏK VİNİL ŞƏFFAF M » əmtəə nişanlı, 275 manat dəyərində « ƏLCƏK VİNİL ŞƏFFAF S » markalı rezin əlcəkləri, 20 oktyabr 2022-ci il tarixdə 70 manat dəyərində « KARTON 8 ÖZ KRAFT DOUBLE» əmtəə nişanlı, 80 manat dəyərində «12 ÖZ KRAFT DOUBLE» əmtəə nişanlı, 76 manat dəyərində « KARTON 7 ÖZ RENGLİ » əmtəə nişanlı, 88 manat dəyərində « KARTON 16 ÖZ DOUBLE KRAFT» əmtəə nişanlı kaıton stəkanları, 8375 manat dəyərində « ƏLCƏK LATEX PUDRASİZ M », 5025 manat dəyərində « ƏLCƏK PUDRASİZ S» əmtəə nişanlı, 6300 manat dəyərində « ƏLCƏK LATEX PUDRALİ M » əmtəə nişanlı , 900 manat dəyərində « ƏLCƏK QARA NİTRİL- L »,1800 manat dəyərində « ƏLCƏK QARA NİTRİL- M » əmtəə nişanlı, 900 manat dəyərində « ƏLCƏK QARA NİTRİL- S » əmtəə nişanlı rezin əlcəklərin icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən anbara yerləşdirilməsini təmin etdikdən sonra, həmin rezin əlcək və karton stəkanları müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə əldə etdiyi qiymətdən daha ucuz qiymətə satıb, vahid niyyətlə əhatə olunan qəsdlə Nümayəndə3 ümumilikdə 53839 (əlli üç min səkkiz yüz otuz doqquz) manat əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə külli miqdarda, yəni ümumilikdə 53839 (əlli üç min səkkiz yüz otuz doqquz) manat ziyan vurmaqla , təkrarən dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tibbi əlcəklərin satışını həyata keçirən Zərərçəkmiş şəxs etibarından sui istifadə edib 2023-cü ilin may ayının 20-də sonuncunun yük maşını ilə Bakı şəhəri, Novxanı qəsəbəsindəki bağ evindən göndərdiyi 15.500 manat dəyərində həmin məmulatları həmin tarixdə Abşeron rayonu, Gənclər Şəhərciyi Yaşayış Kompleksi 22 ünvanında qəbul edib digər yük avtomobilinə yükləməklə ələ keçirib nağdsız qaydada alaraq satdıqdan sonra pulunu verəcəyini yalandan vəd verib aldadaraq həmin tibbi əlcəklərin hamısını bazarda dəyərindən ucuz qiymətə satıb pulunu ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 15.500 manat (on beş min beş yüz) manat ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Cinayət işi üzrə dövlət ittihamçısı vəsatət verərək işin aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməli olduğunu bildirmişdir. Digər proses iştirakçıları qeyd olunan məsələni məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Hazırkı cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamlar üzrə iki epizodda törədilmiş cinayət əməli nəticəsində vurulmuş ziyan 50000 manatdan artıqdır. Yəni həmin iki epizod ağır cinayət kateqoriyasına aiddir və ona görə də hazırki cinayət işinə ağır cinayətlər məhkəmələri tərəfindən baxılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə verilmiş ittihama görə sonuncu cinayət epizodu Abşeron rayonu ərazisində törədilmişdir. Lakin həmin həmin cinayət əməlinə diqqət etdikdən müəyyən olunur ki, həmin epizod ağır cinayət kateqoriyasına aid deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Lakin görünən budur ki, Təqsirləndirilən şəxs törətməkdə ittiham olunduğu ağır cinayət əməllərindən heç birini Sumqayıt Ağır Cinayətlər məhkəməsinin yurisdiksiyasında törətməmişdir. Belə ki, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsə bitmiş cinayət əməlinə görə ittiham verildiyini nəzərə alaraq qeyd edir ki, dələduzluq cinayətinin başa çatma anı dələduzluq niyyətinlə hərəkət edən şəxsin, etibardan sui istifadə edilməsi nəticəsində əldə etdiyi əmlakı üzərində sərəncam vermək imkanının yarandığı andan bitmiş sayılır. Hazırki iş üzrə verilmiş ittihamlara diqqət etdikdə müəyyən olunur hər iki ağır cinayət epizodu üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs dələduzluq yolu ilə əldə etdiyi iddia olunan əmlaklar üzərində sərəncam hüququ Sumqayıt Ağır Cinayətlər məhkəməsinin yurisdiksiyasında yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 sentyabr 2023-cü il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikasinın cinayət-prosessual qanunvericiliyi ilə tənzimlənən ərazi üzrə məhkəmə aidiyyəti prosessual qənaət prinsipinə riayət edilməsini təmin etməklə məhkəmə icraatının rahat və səmərəli olmasına, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına, yəni yüksək nəticənin minimum vasitələrlə daha qısa müddətdə əldə edilməsinə xidmət edir. Həmçinin Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarda bildirilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu birləşdirilmiş cinayət işlərinin yurisdiksiya baxımından hansı ağır cinayətlər məhkəməsinə aid olması ilə bağlı sorğuda qaldırılan digər məsələyə dair qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 74.5ci maddəsinə əsasən, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. Bu maddə ağır cinayət kateqoriyasına aid olmayan cinayət işi ilə ağır cinayət işini fərqləndirir. Belə ki, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digər isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinin ixtisaslı baxışdan keçməsini təmin etmək məqsədilə, predmet məhkəmə aidiyyəti prinsipinə uyğun olaraq ağır cinayətlər məhkəməsində baxışına üstünlük verilir. Vurğulanmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsi müxtəlif səlahiyyətli birinci instansiya məhkəmələrinə aid olan bir neçə işin bir icraatda birləşdirilməsi zamanı məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələlərini tənzimləyir. Həmin norma cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılmasını imperativ qaydada müəyyən etmişdir. Belə vəziyyətdə məhkəmə aidiyyətini ağır cinayət (o cümlədən, onun törədildiyi yer) şərtləndirdiyindən, cinayət işinə məhz ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır. Cinayət işinə axırıncı törədilmiş, lakin ağır olmayan cinayətin törədilmə yeri üzrə ağır cinayətlər məhkəməsində baxılması Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinin pozulmasına səbəb olar və ağır cinayətlər məhkəməsinin onun yurisdiksiyasından kənarda baş vermiş cinayətə dair işə baxması ilə nəticələnər. Məhkəmə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 sentyabr 2023-cü il Qərarında bildirdiyi hüquqi mövqeyini və Azərbaycan Respublikasi Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə təqsirləndirilməsinə diar cinayət işinə Bakı Ağır Cinayətər Məhkəməsi tərəfindən baxılmalıdır. Çünki verilmiş ittihamda ağır cinayət hesab olunan əməllərin heç biri Sumqayıt Ağır Cinayətlər Məhkəməsi yurisdiksayısanda baş verməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayonu Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə təqsirləndirilməsinə dair 1(124)–601/2024 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.5-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi barədə məsələlərə baxılır. Məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılmasının müddəti 04 may 2024-cü il tarixədək müəyyən edilmişdir. Qeyd olunan tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyindən hazırkı cinayət işinin aidiyyəti məhkəməyə daxil olması və iş üzrə hazırlıq iclası təyin edilib keçirilənədək sərf olunacaq müddət nəzərə alınmaqla seçilmiş həbs qətimkan tədbirinin 1 (bir) ay müddətinə uzadılması zəruridir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu, 69-cu, 74-cü, 75-ci, 299.3.1, 299.3.5-ci və 300.1.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(124) - 601/2024 saylı cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə uzadılsın. Hazırkı qərarın surəti qətimkan tədbiri ilə bağlı hissədə icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilsin. Sədrlik edən Nurəddin Hüseynli X7 Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-601/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-601/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver