Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-603/2024 10.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: X3, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Füzuli rayonu, Dövlətyarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 9 yanvar 2024-cü il tarixdə axşam radələrində tanışı Şahid3 ilə telefona danışığı zamanı sonuncudan ona borclu olduğu 70 manat pulu növbəti dəfə tələb etdikdə həmin vaxt Şahid3 yanında olan Zərərçəkmiş şəxs onların telefon danışığına müdaxilə edərək Şahid3 telefonu vasitəsi ilə onunla sözlü mübahisə edib bir-birini nalayiq söyüşlərlə təhqir etdikdən sonra, Zərərçəkmiş şəxs aralarında yaranmış həmin münasibəti aydınlaşdırmaq üçün onu Sumqayıt şəhəri, 18-ci məhəllə, “Vida” mərasim evinin arxasına görüşə dəvət etmiş, 10 yanvar 2024-cü il tarixdə saat 02 radələrində həmin ünvana gəlib onu orada görmədikdə zəng edərək ünvanına nalayiq söyüşlər söyüb onu israrla görüşə çağırmış, o, bir neçə dəqiqədən sonra həmin ünvana gəldikdə Zərərçəkmiş şəxs onunla yenidən mübahisəyə başlayıb özü ilə gətirdiyi beysbol taxtası ilə onun başına və ayaqlarına zərbələr endirib sol budun orta 1\3-nin bayır səthinin, sağ budun aşağı 1\3-nin ön səthinin sağ gicgah nahiyəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirib ünvanına nalayiq söyüşlər söydüyündən, ona qarşı təhqirli və zorakı hərəkətlərinə görə qisas almaq niyyəti ilə üzərində gətirdiyi soyuq silah hesab edilməyən qatlanmayan məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid 2 (iki) ədəd, sağ qoltuq arteriyasını zədələyən, sağ bazunun yuxarı 1\3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid qanitirmədən ölümünə səbəb olan 1 (bir) ədəd, ümumilikdə 3 (üç) ədəd xəsarət yetirməklə Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04-05 yanvar tarixindən iş üzrə Şahid3 ona pul borcu yaranmışdır. Borcunun geri qaytarılması üçün dəfələrlə o, Elnura zəng etmiş, Elnur nə onun telefonlarına cavab vermiş, nə də onunla görüşmüşdür. O, hətta Elnura sms mesajlar da yazıb göndərmiş, Elnura zəng etmiş, yenə də onun zəngini açmamışdır. Təqsirləndirilən şəxs Elnurun evində olduğunu düşünərək onun yaşadığı evə getdiyini bildirmişdir. Qapını döymüş, əvvəlcə qapını Elnurun bacısı açmışdır. O, Elnurun bacısından Elnurun evdə olduğunu soruşmuş, bacısı isə Seymura “Elnur adlı şəxs burada yaşamır” demişdir. Seymur isə Elnurun həmin mənzildə yaşadığına əmin olmuşdur. Bu vaxtı Elnurun anası qapıya gəlmiş və Seymur ondan Elnurun evdə olub-olmadığını soruşmuş, o isə Elnurun evdə olmadığını bildirmişdir. Daha sonra Elnurun bacısı Seymura “102 xidmətinə zəng edəcəm ki, sən mənim qapıma niyə gəlmisən?” demişdir. Seymur da ona “Elnurun mənə pul borcu var, həmin borcu geri almağa gəlmişəm” demiş, bunu dedikdən sonra oradan uzaqlaşaraq evə tərəf qayıtmışdır. Bir az keçdikdən sonra Elnurun istifadəsində olan mobil telefon nömrəsindən ona zəng gəlmiş, zəngi açanda Elnur ona “sən bizim evə niyə getmisən?” demişdir. Seymur da ona “sən mənim telefonlarıma cavab vermirsən, məndən pul almısan və o pulu hələ də geri qaytarmırsan. Səndən verdiyim pulu geri istəyirəm” demişdir. Təqsirləndirilən şəxs Elnurla telefonla danışdıqda, telefonun dəstəyini mərhum Həsənalının götürdüyünü bildirmişdir. Həsənalı ona “Sən niyə Elnurgilin evinə getmisən” demiş, Seymur da ona “istəmirsən ki, mən Elnurgilə gedim? Onda mənim pulumu Elnur geri versin. Mənim Elnurla başqa bir qərəzim filan yoxdur.” demişdir. Daha sonra çıxıb evə getmişdir. Onların telefon danışıqlarından bir neçə saat sonra Elnurun istifadəsində olan mobil telefon nömrəsindən Həsənalıdan zəng gəlmişdir. Həsənalı Seymurdan “Sən haradasan?” soruşmuş, Seymur da ona evdə olduğunu bildirmişdir. Seymur Həsənalıya “sən Elnurla aramızda olan söhbətə qarışma. Biz özümüz Elnurla həll edib yoluna qoyacağıq.” demişdir. Daha sonra yuxudan durub Elnurun yaşadığı məhəlləyə getmiş, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Vida” mərasim evinin arxasında görüşmüşlər. Həmin vaxt hər yer qaranlıq olmuşdur. O, Həsənalı ilə görüşdükdən sonra Həsənalı əlində olan beysbol aləti ilə onu döyməyə başlamış, hətta onun ünvanına nalayiq söyüşlər də söymüşdür. Təqsirləndirilən şəxs həmin vaxt gödəkçəsinin cibində bıçaq olduğunu, o bıçağı qəsdən Həsənalını öldürmək məqsədi ilə aparmadığını, məqsədinin sadəcə qorxutmaq olduğunu bildirmişdir. Beysbol alətilə Seymura zərbələr yetirdikdən sonra o, 4-5 saniyəlik huşunu itirmiş, elə həmin anda bıçaq Həsənalıya dəymişdir. Təqsirləndirilən şəxs Həsənalının hansı nahiyəsinə zərbələr dəydiyini bilməmişdir. Beysbol aləti yerə düşdükdə onun səsinə ayılmış, özünə gəlmişdir.Həmin gün qaranlıq olduğu üçün o, Həsənalının üzünü belə görməmiş, daha sonra onun üzünü şəkildə görmüşdür. Təqsirləndirilən şəxs Həsənalı ilə heç bir ədavəti, düşmənliyi olmadığını və onu qəsdən öldürmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, o, əvvəllər Həsənalını tanımamışdır. Onunla görüşəndə Həsənalı tək olmuşdur. Təqsirləndirilən şəxs yataqxanada yaşadığını və yataqxananın mətbəxinin ümumi olduğunu, onların mətbəxə aid olan əşyalarının həmin mətbəxdə olduğunu və hər gün saat 00:00-da həmin mətbəxin qapısının bağlandığını bildirmişdir. Hadisə baş verdiyi gündən bir gün öncə paltar asılqanı yerə düşmüş və Seymur paltar asılqanını düzəldəndə bıçaq da onun gödəkçəsinin cibində qalmışdır. Hadisə günü də həmin gödəkçəsi üzərində olmuşdur. O, Həsənalı ilə görüşə gedəndə cibində bıçaq olduğunu bilməmiş, həmin bıçaq onun gödəkçəsinin cibində 2-3 gün əvvəldən qalmışdır. Təqsirləndirilən şəxs Həsənalıya neçə bıçaq xəsarəti yetirdiyini xatırlamamış, huşu özündə olmadığı üçün Həsənalının oradan tək və ya kimləsə uzaqlaşdığını bilməmişdir. Ayıldıqdan sonra orada heç kim olmamışdır. Hadisədən sonra bıçağı cibində olan dəsmalına bükərək məhəllədə oturub 1- 2 siqaret çəkdikdən sonra onlara yaxın ərazidə yerləşəm 3-cü Polis Bölməsinə getmişdir. O, özü 3-cü Polis Bölməsinə gedərkən cinayət-axtarış bölməsinin rəisi Bəxtiyar Hacıyevin gəldiyini görmüş, özü Bəxtiyara təslim olmuşdur. Təqsirləndirilən şəxs bölməyə könüllü getməyi ilə bağlı sənədləşmənin aparılıb-aparılmamasını bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisinin sullarına cavab olaraq göstərmişdir ki, o, Həsənalı ilə görüşəndə Həsənalı tək gəlmiş və hava qaranlıq olduğu üçün tam aydın görə bilməmişdir. Seymur iş üzrə şahidlərdən Şahid3 tanıdığını, lakin digər şahidlərdən sonradan xəbəri olduğunu bildirmişdir. Onun Həsənalı ilə heç bir ədavəti olmamış, bu hadisələrin olmağının əsas səbəbkarı Şahid3 olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin sullarına cavab olaraq göstərmişdir ki, o, təxmini olaraq 3-4 ildir ki, tır sürücüsü işləmiş, daha əvvəl sadəcə olaraq sürücü kimi işləmiş və onun başqa bir sənəti olmamış və pulu da belə qazanmışdır. Axırıncı dəfə dekabrın 26-ı gəldiyini, səfərə getdiyi zaman onu stasionar postda yoxladıqlarını, onun maşınında stasionar postda yoxlanışı ilə bağlı analizin cavabları qalmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, ancaq Elnuru və İlqarı tanımışdır. İlqar onun oğlunun qaynı olmuşdur. Gilə Atakişiyeva bildirmişdir ki, “İlqarı qapıdan qovmuşam, o pəncərədən girib”. Şahid3 da oğlu Həsənalı ilə birlikdə işləmiş, ona “bizə gəlmə” demişdir. Elnurun və İlqarın anası onları evdən qovmuş, onlar da Gilə Atakişiyevanın evinə gəlmişlər. Hadisə günü o, Zəngilan rayonunda işdə olmuşdur. İlqarın ifadəsində Təqsirləndirilən şəxs Gilə Atakişiyevagilin evinə narkotik almaq üçün gəlməsini qeyd etməsinin yalan olduğunu bildirmişdir. O, təqsirləndirilən şəxslə barışmış, Təqsirləndirilən şəxs şikayəti və tələbi olmamışdır. Oğlu Həsənalının iki dəfə oğurluqla məhkum olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, gecə saatlarında anası ona zəng etmiş və ona “Sən Seymuru tanıyırsan?” deyə sual vermiş, Seymurun qapıya gəlib Elnurun ona külli miqdarda borcu olduğunu və o borcu geri almağa gəldiyini bildirmişdir. Şahid3 bacısı da Seymurun onları hədələdiyini bildirmişdir. Elnur Seymura zəng etmiş, Seymur onu başa düşməmişdir. Həsənalı Elnura “telefonu ver mənə. Seymur səni başa düşmür” demişdir. Daha sonra Həsənalı “Seymurun danışmağa halı yoxdur, dəstəyi söndür, sonra danışarıq” demiş, sonra isə “mən gedirəm Seymurla görüşəcəm, amma sən gəlmə. Səni görsə, bəlkə, hirsli olar” demişdir. Elnur Həsənalının arxasıyca gedəndə artıq onun yaralı olduğunu görmüşdür. Şahid3 Seymura borcu olmadığını, Seymurun onların evinə gedəndə içkili olduğunu, nə üçün onların evinə getdiyini isə bilmədiyini qeyd etmişdir. Görüş təyin olunan yerə getmiş, amma kənarda dayanmış və qaranlıq olduğu üçün Seymurla Həsənalının mübahisəsini görməmişdir. Elnur X1ynı İlqarın çağırdığını, Həsənalını görəndə yerdə uzanmış vəziyyətdə olduğunu bildirmişdir. Elnur Həsənalını görəndə huşu özündə olmuş və o, su istəmişdir. Həsənalı Seymuru vurmağı ilə bağlı heç nə deməmişdir. Hadisə yerində özündən başqa İlqar və Murad olmuşdur. Həsənalının əlində alüminium besybol alətini görmüş, onu hardan aldığını bilməmişdir. Seymur telefonda söyüşlər söymüş, Həsənalı da Elnura onu cəzalandırmalı olduğunu demişdir. Telefonu Həsənalıya verməmiş, Həsənalının özü telefonu ondan almış və “Seymur səni başa düşmür” demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, gecə saat 01:00 radələrində qapının döyüldüyünü eşitmiş, qapını açanda xəstə nəvəsi də onunla bərabər ağlaya-ağlaya qapıya tərəf getmişdir. Qapını açanda Təqsirləndirilən şəxs içkili halda görmüş, Seymur ondan Elnurun burada yaşadığını soruşmuşdur. Balaxanım da qorxduğu üçün “yox” demişdir. Seymur da getmiş, sonra yenidən qayıtmışdır. Balaxanım ona “Düzdür, Elnur burada yaşayır, amma hal-hazırda evdə yoxdur” demişdir. Seymur ona “Elnur mənə pul borcludur” demiş, o da ona nə qədər məbləğdə borclu olduğunu soruşmuşdur. Seymur Elnurun ona külli miqdarda pul borclu olduğunu bldirmişdir. Hətta onların səsinə qonşu da çıxmış və Seymurun içkili olduğunu görüb ondan geri qayıtmağını istəmişdir. Daha sonra Seymur 102 xidmətinə zəng etmişdir. Seymur 102 xidmətinə zəng vuranda “Elnur adlı şəxs mənə külli miqdarda pul borcludur və sizi filan ünvanda gözləyirəm” demişdir. Bundan sonra Şahid4 oğlu Elnura zəng edərək harada olduğunu soruşmuş, Elnur da “ana, çayxanadayam” demişdir. Balaxanım da ona Seymurun qapıya gəldiyini və Elnurun ona veriləsi pulu olduğunu bildirmişdir. Elnur “indi mən Seymura zəng edəcəm” demişdir. Seymur da onların yaşadığı məhəllədə gəzmişdir. Bundan sonra Elnurla Seymur telefonda bir-birilərinin ünvanlarına nalayiq söyüşlər söyməyə başlamışlar. Bir müddətdən keçdikdən sonra polis əməkdaşları onların evinə gəlmiş və Elnuru soruşmuşlar. Balaxanım da onlara Elnurun hələ evə gəlmədiyini demişdir. Daha sonra polis əməkdaşları onu bölməyə aparmış və orada Həsənalının öldüyünü demişlər. Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 1988-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 2006-cı ildə Sumqayıt şəhərində yerləşən 10 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir. Hazırda hər hansı əmək fəaliyyəti ilə məşğul deyil. ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Narkotik vasitədən istifadə etdiyinə və oğurluq cinayəti törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, təxminən 2018-ci ildə azadlığa çıxmışdır. Zərərçəkmiş şəxs onun yeznəsi, yəni bacısı Məryəmin əridir. Zərərçəkmiş şəxs narkotik vasitə aludəçisi olmuş, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuş, sonuncu ilə aralarında dava-dalaş və mübahisə olmamışdır. Həsənalının onun bacısı Məryəm ilə birgə nikahından iki övladı vardır. Həsənalının oturub-durduğu insanlardan əvvəllər onunla birlikdə işləmiş Seymur və eyni məhəllədə yaşamış Elnuru tanıyır. 10 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Həsənalı whatsapp proqramı vasitəsilə istifadəsində olan ***-***-**-** mobil nömrədən onun istifadəsində olan ***-***-**- ** mobil nömrəyə mesaj yazaraq 18-ci məhəlləyə gəl demiş, daha sonra zəng edərək hələ gəlmə özüm maşınla gəlib səni götürəcəm demişdir. Axşam saatları olduğundan ilk öncə Həsənalının onunla zarafat etdiyini düşünmüş, lakin Elnurun Həsənalıya "sən getmə özüm yoluna qoyub qayıdıb gələcəm” sözün eşitdikdən sonra məsələnin ciddi olduğunu başa düşmüşdür. Təxminən 10-15 dəqiqə sonra Həsənalı ona mesaj yazaraq “çıx yola taksiynən gəlirik” demişdir. O, 15 saylı yataqxananın qarşısına çıxmış bir neçə dəqiqə sonra hazırda markasını və dövlət qeydiyyat nişanın xatırlamadığı avtomibilin dayandığını görmüşdür. O, həmin avtomobilin arxa oturacağına əyləşmişdir. Həmin avtomobilin sürücüsün tanımamış, sürücünün yanında Elnur, arxa oturacaqda isə Həsənalı və Muradın olduğunu görmüşdür. Onlar birlikdə Sumqayıt şəhəri 36-cı məhəllədə yerləşən “Asan Xidmət” mərkəzinin qarşısına gedərək Həsənalının tanışı Seymuru götürmüş, bu zaman Elnur arxa oturacağa keçmişdir, Seymur isə sürücünün yanında əyləşmişdir. Onlar 18-ci məhəllədə yerləşən Narkoloji dispanserin qarşısında avtomobildən düşərək, Elnurun yaşadığı məhəllə istiqamətinə getmişlər. O, Həsənalının əlində alüminium materialdan olan beysbol alətin görmüşdür, Həsənalıdan söhbət zamanı nə baş verdiyini nə üçün bu ünvana gəlmişik deyə soruşduqda, Elnurun bir nəfərə şəxsə borcu olduğunu demişdir. Həsənalı əlavə olaraq qeyd etmişdir ki, Elnura borcu olan şəxslə telefonla danışmış və həmin şəxs onun ünvanına söyüş söymüş, həmin şəxslə qarşılıqlı olaraq söyüşmüşdür. O, və Murad ətrafda çoxluq olmaması üçün bir qədər kənara çəkilmiş, Elnur isə onlardan aralıda qalmış, Seymur ilə Həsənalı isə Sumqayıt şəhəri 18-ci məhəllədə yerləşən “Vida” mərasim evinin arxasında dayanmışlar. Bir neçə dəqiqədən sonra alüminium materialdan olan besybol alətinin özünə məxsus səsinin gəldiyini, “Vida” mərasim evinin arxasında istilik qazanxanasının yanında Həsənalının beysbol aləti ilə sonradan adını bildiyi Seymur adlı şəxsi vurduğunu, sonuncunun isə əl hərəkətləri etdiyini görmüşdür. Məsafə bir qədər uzaq və hava qaranlıq olduğundan baş verənləri tam anlaya bilməmiş, Həsənalının qaçdığını görüb dərhal həmin əraziyə yaxınlaşmışdır. O, Seymurun əlində bıçaq olduğunu görmüş, sonuncu bıçağı onlarla birlikdə gələn Seymura və ona göstərərək vurdum demişdir. O, həmin vaxt bıçağın qan olduğunu görüb, dərhal Həsənalının getdiyi istiqamətə qaçmışdır. Həmin vaxt Elnur da onun arxasınca qaçmışdır. Elnur və Murad ümumiyyətlə hadisə baş verən yerə yaxınlaşmamışdır. O, Həsənalını axtarmağa başlamış və sonuncunun 15 saylı yataqxananın qarşısında qanın içərisində yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. O. dərhal təcili tibbi vardıma zəng edib baş vermiş hadisə barədə məlumat verərək kömək istəmişdir. Həmin vaxt Elnur da yanında olmuşdur. Həmçinin qonşuluqda yaşayan Zəminə adlı qadın da təcili tibbi yardıma zəng etmişdir. Həsənli təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmış, lakin həkimlər sonuncunun artıq öldüyünü demişlər. Mübahisə Seymur ilə Həsənalı arasında baş vermiş, sonuncular arasında mübahisəyə kimsə müdaxilə etməmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 1995-ci ildə ünvan 3 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin “Opel" Astra markalı avtomobil ilə taksi kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs uşaqlıq yaşlarından tanımış belə ki, sonuncu ilə eyni məhəllədə böyümüşlər. Həsənalını çox zəhmətkeş, davakar insan kimi tanımışdır. Həsənalı ilə aralarında qonşu kimi münasibətləri olub, yaxın münasibətləri olmamışdır. Həsənalı narkotik vasitə aludəçisi olmuşdur. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamışdır. Həsənalı Elnur və “styopa" ləqəbli Seymur ilə daim yaxın münasibətdə olmuşdur. 9 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Həsənalı zəng edərək onu Bakı şəhəri, Nərimanov rayonuna aparmağını istəmişdir. O, Həsənalmın yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Həzi Aslanov küçəsinə gedərək Həsənalını, daha sonra 18-ci məhəlləyə gedərək Elnuru yaşadığı evdən götürüb Bakı şəhərinə getmişlər. Bakı şəhəri, Nərimanov rayonunda hazırda dəqiq xatırlamadığı ünvanda Elnur avtomobili saxlamağını istəmişdir. Elnur avtomobildən düşdükdən 5-10 dəqiqə sonra geri qayıtmış və Sumqayıt şəhərinə qayıdaq demişdir. Elnurun hara getdiyini, kimlə görüşdüyünü, nə üçün avtomobildən düşdüyünü sonuncudan və Eləsənalıdan soruşmamış, həmçinin bu barədə də sonuncular ona məlumat verməmişdir. O, Elnur və Eləsənalını sonuncunun yaşadığı evin qarşısında düşürmüş, həmçinin həmin vaxt Muradı da evin qarşısında görmüşdür. Göstərdiyi taksi xidməti müqabilində Elnur ona 30 manat pul vermişdir. 9 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Həsənalı ona zəng edərək Bakı şəhərinə gedə bilərik deyə soruşduqda “hələ ki, əlimdə işim var 1-2 saat sonra gedə bilərik" demişdir. O. 10 yanvar 2024-cü il tarixdə işlərini yoluna qoyub Həsənalmın istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng vurub “işlərimi bitirmişəm Bakı şəhərinə gedə bilərik" dedikdə sonuncu '"bir nəfər şəxs məni söyüb gedirəm onun varyoxıın belə-belə edəcəm" demişdir. Bundan sonra Həsənalı ilə arasında telefon danışığı olmamaşdır. Səhəri si günü Həsənalmın bıçaqlanaraq öldürüldüyünü eşitmişdir. Hadisənin hansı səbəbdən baş verdiyi və Həsənalı ilə Seymur arasında əvvəllər hər hansı mübahisə və dava-dalaş olub-olmaması barədə məlumatı yoxdur. Şahid5 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Əvvəllər iki dəfə oğurluq, bir dəfə soyğunçuluq bir dəfə də isə xuliqanlıq cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. 21 oktyabr 2023-cü il tarixdə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmuşdur. ünvan 5 ünvanında nömrəsiz fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs və Şahid3 ilə eyni məhəllədə böyümüş, uşaqlıq illəri birlikdə keçmişdir. Həsənalı zəhmətkeş, davakar və inadkar insan olmuşdur. Bildiyinə görə Həsənalı əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra o tez-tez Həsənalının yaşadığı evə gedərək sonuncu ilə çay içib söhbət etmiş, Həsənalı da öz növbəsində onun yaşadığı evə gəlmişdir. Sonuncu dələ Həsənalı və İlqar 8 yanvar 2024cü il tarixdə gecəni onun yaşadığı evdə qalmışlar. 10 yanvar 2024-cü il tarixdə təxminən 01 radələrində Həsənalının yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilinə getmişdir. Həmin vaxt Elnur da orada olmuşdur. O, orada olarkən kiminsə Elnurun telefonuna dayanmadan zəng etdiyini, lakin sonuncunun həmin telefon zənglərinə cavab vermədiyini görmüşdür. 1 ləsənalı Elnura "kimdir sənə zəng edən aç telefou cavab ver1' desə də Elnur yenə də telefonu açmamışdır. Təxminən 10-15 dəqiqə sonra Elnurun telefonuna zəng edən anası bir nəfər şəxsin qapılarını döyərək sonuncunun ona külli miqdarda borcu olmasını dediyini bildirmişdir. Elnur dərhal Seymur adlı şəxsə zəng edərək nə üçün qapımızı döyüb ailəmi narahat edirsən, özüm də Sumqayıtda deyiləm bir saata gələcəm görüşərik demişdir. Seymur isə Elnurun anası, bacısı və nəslinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bunu görən Həsənalı telefonu Elnurun əlindən almış, özünü Seymura təqdim etdikdən sonra camaatın qapısından get ayıbdır bir saata səninlə görüşəcəyik demişdir. Seymur isə indi bu dəqiqə gəlin deyərək bu dəqiqə gəlmiyənin ünvanına nalayiq söyüşlər söymüşdür. Həsənalı yenə də təkrar edərək bir saata gəlirik demiş, bundan sonra telefonu Elnura vermişdir. Seymur Elnur ilə telefonla danışarkən Həsənalının anasının ünvanına nalayiq söyüşlər söyməyə başlamış, bunu görən Həsənalı telefonu götürmüş, Seymurdan indi hardasan deyə soruşduqda sonuncu Elnurgilin məhləsində binalarının yanındayam demişdir, Həsənalı Seymura “gəlirəm ora sənin barədə məni gözləmiyən oğlanın varyoxu belə-belə olsun” demişdir. Həsənalı paltarın geyinərək Elnura taksi sifariş ver gedirik demişdir. Elnur həmin vaxt Həsənalıya lazım deyil, getmiyək, bunun axırı yaxşı olmayacaq deyə yalvarmış, lakin Həsənalı sonuncuya sən getmə mən özüm gedib yoluna qoyacam. Seymuru cəzalandıracam demişdir. Həsənalı evdən çıxarkən alüminium materialdan olan beysbol alətin də özü ilə götürmüşdür. Həsənalı İlqar və “styopa” ləqəbli Seymura zəng edərək bir nəfər var telefonda mənə söyüş söyüb gedirəm həmin söyüşləri ona yedizdirəm və cəzalandıram siz də gəlin demişdir. O, Seymur və Həsənalı 10 yanvar 2024-cü il tarixdə saat 02 radələrində “Mersedes” markalı dövlət qeydiyyat nişanın xatırlamadığı taksiyə əyləşdikdən sonra ilk öncə İlqarı 16 saylı yataqxananın qarşısından, daha sonra isə “styopa” ləqəbli Seymuru Sumqayıt şəhəri 36-cı məhəllədə yerləşən “Asan Xidmət” mərkəzinin qarşısından götürmüşlər. 18-ci məhəllədə yerləşən Narkoloji dispanserin qarşısında avtomobildən düşüb Elnurun yaşadığı məhəllə istiqamətinə getmişlər. Həsənalı əvvəlcən hamıya kimsə Seymur ilə aramızda olan söhbətə qarışmasın deyə xəbərdarlıq etmişdir. Onlar Elnurun yaşadığı binanın ətrafına çatdıqda Seymurun orada olmadığını görmüşlər. Elnur Həsənalıya gəlin gedək Seymur da yoxdur burda demişdir. Həsənalı telefonu Elnurun əlində alıb Seymura zəng edərək “mən burdayam bəs sən hardasan məni burda gözləməli idin axı” demişdir. Seymur isə ordasansa gəlirəm demişdir. Bir neçə dəqiqədən sonra Həsənalı bir nəfər şəxsin gəldiyini görüb 18-ci məhəllə, “Vida” mərasim evinin arxasına getmiş, onlardan təxminən 15 metr aralanmışlar. Seymur Həsənalı ilə salamlaşmış, sonuncu dərhal alüminium materialdan olan beysbol aləti ilə ilk öncə Seymurun ayağına, daha sonra başına və yenidən ayağına vurmuşdur. Seymur isə gödəkçəsinin cibindən bıçaq çıxardaraq Həsənalını vurmuş, bundan sonra Həsənalı qaçmağa başlamışdır. Seymur isə əlindəki bıçağı göstərərək vurdum demişdir. O. həmin vaxt bıçağın qan olduğunu görüb, dərhal Həsənalının getdiyi istiqamətə qaçmışdır. O, İlqar, styopa” ləqəbli Seymur və Elnur hadisə baş verən yerə yaxınlaşmamışlar. Onlar Həsənalını axtarmağa başlamış və sonuncunun 15 saylı yataqxananın qarşısında qanın içərisində yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşlər. Həsənalı həmin vaxt sağ olmuş və ona “su verin içim” demişdir. O, bundan sonra çıxıb evə getmişdir. Hadisədən iki gün sonra Həsənalının aldığı bıçaq xəsarətindən öldüyünü eşitmişdir. Mübahisə Seymur ilə Həsənalı arasında baş vermiş, sonuncular arasında mübahisəyə kimsə müdaxilə etməmişdir. Həsənalı ilə Seymur arasında mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Elnurun Seymura 70 manat borcunun olması barədə məlumatı yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 yanvar 2024-cü il tarixli təqrirdən görünür ki, Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində almış olduğu bıçaq xəsarətindən ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqına” protokolundan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Vida” mərasim evinin arxasıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “götürmənin aparılması haqqına” protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli cins materialdan olan şalvar, bir ədəd qara rəngli köynək, bir ədəd qatlanmayan tiyəsi gümüşü rəngli bıçaq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əşyalara baxış keçirilməsi haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarına baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 40 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol budun orta 1\3-nin bayır səthinin, sağ budun aşağı 1\3-nin ön səthinin, sağ gicgah nahiyəsinin dərialtı hematoması. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həm ayrı- ayrılıqda, eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmava aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertiza mərkəzinin 27 yanvar 2024-cü il tarixli 185 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən və ona qədər hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəl i liy in i dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etməkb iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ünsiyyətçilik, inadkarlıq, emosionallıq, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs emosional vəziyyətində hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 13 fevral 2024-cü il tarixli 4 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ qoltuq arteriyasının zədələnməsi nəticəsində baş vermiş xarici qanitirmə olmuşdur. Erkən meyit əlamətlərinə əsasən ölüm meyitin müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ qoltuq arteriyasının zədələnməsi ilə müşayət olunan sağ bazunun yuxarı 1/3-nin ön səthinin 1 ədəd deşilmişkəsilmiş yarası. Sağ çiyin nahiyyəsinin 2 ədəd deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarətlər həyatidir, deşici-kəsici alətin ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona oxşar digər bıçaqların təsirindən törənmişdir, törənmə müddəti meyitin müayinəsindən bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il taridə əmələ gələ bilərdi və dərəcəsinə görə sağ qoltuq arteriyasının zədələnməsi ilə müşayət olunan sağ bazunun yuxarı 1 \3-nin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası yetirilən anda həyat üçün təhlükəli olan sağlamlğa ağır zərvurmaya, sağ çiyin nahiyyəsinin 2 ədəd deşilmiş-kəsilmiş yarası adətən canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sağ bazunun yuxarı 1\3-nin ön səthindəki yara kanalının uzunluğu 5 sm, istiqaməti sağdan-sola, yuxarıdan aşağıya, öndən-arxaya doğru olmuşdur. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakterini və yerləşəmə yerini nəzərə alıb demək olar ki, həmin xəsarətlərin onun özüözünə yetirməsi istisna edilir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakterini və yerləşəmə yerini nəzərə alıb demək olar ki, xəsarətlər qısa zaman ərzində yetirildiyindən xəsarətlərin yetirilmə ardıcıllığı haqqında fikir söylənilməsi çətindir. Zərərçəkənlə təqsirləndirilən müxtəlif qarşılıqlı duruş vəziyyətində ola bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti və narkotik maddə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərlə ekspertizaya təqdim edilmiş paltardakı zədələr nisbi olaraq üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 28 mart 2024-cü il tarixli 57/2024-MTKŞ saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön hissəsində sağda yuxarıda iki ədəd, köynəyin ön hissəsində sağda yuxarıda iki ədəd, alt köynəyin ön hissəsində sağda yuxarıda iki ədəd, maykanın ön hissəsində sağda yuxarıda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ilti ülgücə və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişlər, o, cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçaq tiyəsinin təsirindən əmələ gəlmələri inkar olunmur. Ekspertizya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, alt şalvarı, tuman, iki cüt corab, bir cüt ayaqqabı üzərində və Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində hər hansı bir zədəaşkar edilməmişdir. Ekspertizya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş qan ləkələri hopma xarakterli ləkələrdir, qan mənbəyi ilə statik kontakt nəticəsində əmələ gəlmişdir. Eksopertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 29 mart 2024-cü il tarixli 77/2024-MTBŞ saylı rəyindən görünür ki, ekspertizya təqdim olunmuş bıçaq, tampon, Zərərçəkmiş şəxs məxsus trusik, alt mayka, alt şalvar, idman şalvarı, idman gödəkçəsi, alt köynək, bir cüt ayaqqabı, bir cür qara corab, sviter üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “İr' antigeni, bəzi ləkələrdə həmçinin alla və beta aqqlyutininləri alınmışdır. Bu qan ləkələri O alfa, beta İ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus bir cüt tünd göy rəngli corab. Təqsirləndirilən şəxs məxsus sviter və şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qanın yaranma müddətini və onun canlı yaxud meyit qanından əmələ gəlməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən hadisanin izlərini əks etdirib iş üçün əhəmiyyət kəsb etdiyindən mərhum X6 məxsus bir ədəd idman şalvarı, bir ədəd gecə şalvarı, bir ədəd papaqlı idman köynəyi, bir ədəd uzunqol köynək, bir ədəd gecə köynəyi, bir ədəd mayka, bir ədəd tursik, bir cüt corab, bir cüt ayaqqabı və Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynak, 01 ədəd qatlanmayan tiyəsi gümüşü rəngli bıçaq, habelə hadisə yerinə baxış zamanı qanabənzər ləkələrin hopdurularaq götürüldüyü pambıq tampon maddi sübut kimi tanınmış və Sumqayıt şəhər prokurorluğunun maddi saxlanc anbarında saxlanılmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 22 Saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamış və xasiyyətnaməsi müsbət qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsi öldürmək niyyətinin olmaması və zərərçəkmiş şəxsi qəsdən öldürmədiyi barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs , Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs övladları xx.xx.2006-cı il təvəllüdlü X14 oğlu və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatmayan və xx.xx.2017-ci il təvəllüdlü X12 oğlu azyaşlıdır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsi 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Həmçinin himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını məhkəmə Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt Şəhər Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək təqsirləndirilən şəxsə qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, zərərçəkmiş Zərərçəkmiş şəxs bir ədəd şalvarı, bir ədəd idman şalvarı, bir ədəd gecə şalvarı, bir ədəd papaqlı idman köynəyi, bir ədəd uzunqol köynək, bir ədəd gecə köynəyi, bir ədəd qolsuz mayka, bir ədəd tursik, bir cüt rəngli corab, bir cüt ayaqqabı yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, hadisə yerindən götürülmüş qanabənzər ləkələr və 01 ədəd qatlanmayan tiyəsi gümüşü rəngli bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək təqsirləndirilən şəxsə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, zərərçəkmiş Zərərçəkmiş şəxs bir ədəd şalvarı, bir ədəd idman şalvarı, bir ədəd gecə şalvarı, bir ədəd papaqlı idman köynəyi, bir ədəd uzunqol köynək, bir ədəd gecə köynəyi, bir ədəd qolsuz mayka, bir ədəd tursik, bir cüt rəngli corab, bir cüt ayaqqabı yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin, hadisə yerindən götürülmüş qanabənzər ləkələr və 01 ədəd qatlanmayan tiyəsi gümüşü rəngli bıçaq məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-603/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-603/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver