Məhkəmə qərarları › İş №1(124)-604/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-604/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-604/2024 06.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Qusar rayonu Avarn kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Avaran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuana satıb qazanc əldə etmək məqsədi ilə «Whatsapp» ani mesajlama mübadiləsi sistemində tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan “Sadiq” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 13 yanvar 2024-cü il tarixdən 14 yanvar 2024-cü il tarixdə keçən gecə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncunun ani mesajlama mübadiləsi sistemi vasitəsi ilə konumunu və şəkilini çəkib göndərdiyi yerdən, yəni Qusar şəhəri, X3 ərazisində yerləşən yarımçıq tikilidə satış məqsədi ilə qanununsuz olaraq içərisində külli miqdarda narkotik vasitə olan heroin və narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuana olan qara rəngli idman çantasını əldə edib üzərində saxlayaraq daşımış və 14 yanvar 2024-cü il tarixdə, gecə saat 01:14-də Qusar şəhəri, X6 adlanan ərazidə küçədə piyada hərəkətdə olan zaman Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılmış, əlində olan idman çantasına baxış zamanı satış məqsədi ilə üstündə qanunsuz olaraq gəzdirdiyi 02 ədəd polietilen bağlamalarda təmiz çəkiləri ayrıayrılıqda 2250 qram və 975 qram olan ümumilikdə təmiz çəkisi 3225 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuana, 02 ədəd polietilen paketlərdə isə təmiz çəkiləri ayrı-ayrılıqda 120 qram və 228 qram olan ümumilikdə təmiz çəkisi təmiz çəkisi 348 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, getdiyi yerdə böyük bir çanta görüb burda nəsə bir iş olduğunu anlamışdır. 10-15 nəfər onun üstünə gəlmiş və çantanı ona götüzdürmüşdürlər. Başqa carəsi qalmamışdır. Narkotik vasitə olan marixuanadan 3 ay ərzində ara-sıra istifadə etmişdir. İranlının adı Sadiq olmuş, tutulan gün tanış olmuş, «Whatsapp» vasitəsilə onunla yazışmışdır. Ondan 50 qram narkotik vasitə sifariş etmiş, narkotik vasitəni ona pulsuz vermişdir. İranlı onda hər hansı şüphə yaratmamışdır. O, narkotik vasitənin davamlı istifadəçisi olmamış, bu səbəbdən də qiymətini bilməmişdir. İranlının dediyi yerə gedib, çantanı görmüşdür. Çantanın içinə baxmamış, çantaya əl vurmamışdır. Oradan uzaqlaşmaq istədikdə polis əməkdaşları onu yolda tutmuşdurlar. Polis əməkdaşlarına çantanın onun olmadığı demişdir. Narkotiki götürməyə Ənibala və Edik adlı tanışları ilə getmişdir. Getdiyi yer ilə yaşadığı yer arasındakı məsafə 2-3 km olar. Ənibala və Edikin onun narkotik vasitə istifadə etməsi barəsində məlumatları yox idi. Sadiq adlı şəxsi əvvəllər tanımamış, əvvəllər həmin şəxsən narkotik vasitə almamışdır. İranlının ona niyə narkotik vasitə verdiyini bilmir. İbtidai istintaq dövründəki ifadəsini təzyiq altında yazmış, bu səbəbdən də təsdiq etmir. Çantadan 7 büküm narkotik vasitə çıxdı. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, təxminən 5-6 ildir narkotik vasitələ olan qurudulmuş marixuana, son 2 il ərzində isə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin istifadə etməyə başlamışdır. 13 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdə olan zaman əvvəllər tanımadığı, özünü İran İslam Respublikasının vətəndaşı “Sadiq” kimi təqdim edən şəxs “Whatsapp” ani mesajlama mübadilə sistemi ilə +**********15 mobil nömrədən ona yazaraq, onu uzun müddət tanıdığını və narkotik vasitəni satmaq üçün köməklik göstərməsini xahiş edərək, kuryerin içərisində 25 qram narkotik vasitə olan heroin və 25 qram psixotrop maddə olan metamfetamin olan çantanı Qusar şəhərin ərazisində yerləşdirəcəyini, çantanın saxlanıldığı yerin şəklini və konumunu atacağını bildirmiş, o da öz razılığını vermişdir. Bundan sonra bir neçə dəqiqə sonra isə “Sadiq” adlı şəxs ona çantanın saxlanıldığı yerin şəklini və konumunu “Whatsapp” ani mesajlama mübadilə sistemi ilə atmışdır. xx.xx.2024-cü il tarixdə saat 00:04 radələrində “Whatsapp” ani mesajlama mübadilə sistemi ilə həmkəndlisi Şahid5 mesaj yazıb, şəxsi işi ilə əlaqədar olaraq onu Qusar şəhərinə aparmasını xahiş etmiş, Şahid5 əvvəl razı olmasa da, daha sonra onun israr etdiyini görüb, öz razılığını vermişdir. xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində Şahid5 özünə məsus “Subaru” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə qohumu Şahid6la birlikdə gəlib, onu götürüb Qusar şəhərinə getmək üçün yola düşmüşlər. xx.xx.2024-cü il tarixdə saat 01:10 radələrində Şahid5 idarə etdiyi avtomobillə Qusar şəhəri, X3 ərazisində hərəkətdə olan zaman o, telefonda olan şəkillərə baxıb yarımtikili evin qarşısında avtomobili saxlamasını xahiş edib, bir neçə dəqiqəyə qayıdacağını bildirib, avtomobildən düşmüş və Şahid5 avtomobili irəli sürüb, saxlamasını xahiş etmişdir. Bundan sonra o, orada olan yarımtikiliyə daxil olub, orada olan qara rəngli idman çantasını götürüb küçəyə çıxan zaman Qusar RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirən zaman o, qaçmağa cəhd etsədə, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra polis əməkdaşları Şahid5 idarə etdiyi avtomobilə yaxınlaşıb, özlərini təqdim edib, ondan Şahid6la birlikdə avtomobildən düşmülərini tələb etmişlər. Həmin vaxt ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuş və video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun özü ilə gəzdirdiyi qara rəngli idman çantasından 02 ədəd polietilen bağlamalarda təmiz çəkiləri ayrıayrılıqda 2250 qram və 975 qram olan ümumilikdə təmiz çəkisi 3225 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 02 ədəd polietilen paketlərdə isə təmiz çəkiləri ayrı-ayrılıqda 120 qram və 228 qram olan ümumilikdə təmiz çəkisi 348 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmişdir. ( cild 1, iş vərəqə 76 - 79; 205 - 209) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində Qusar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumat daxil olmuşdur. 14 yanvar 2024cü il tarixdə saat 01:14 radələrində Təqsirləndirilən şəxs Qusar şəhəri, X5 ərazisində küçədə əlində qara rəngli idman çantası ilə tək başına piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yaxınlaşıb, narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirən zaman Təqsirləndirilən şəxs qaçmağa cəhd etsədə saxlanılmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxsla birlikdə gəlmiş Şahid5 idarə etdiyi “Subaru” markalı avtomobilə yaxınlaşıb, sürücü Şahid5 və sərnişin qismində əyləşmiş qohumu Edik Oruxanovdan birlikdə avtomobildən düşmülərini tələb etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs özü ilə gəzdirdiyi qara rəngli idman çantasından 02 ədəd bağlamalarda narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuana, 02 ədəd paketlərdə isə narkotik vasitə olan külli miqdarda heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onun yanında olan həmkəndliləri Şahid5 və Şahid6 əvvəlcədən Qusar şəhərinə narkotik vasitələ əldə etmək üçün gəlmələri barədə əvvəlcədən heç bir məlumatları olmadıqlarını, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və cinayət əməlini tək başına törətdiyini etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 məhkəmədə ifadəsi alınmış Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Qusar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Qusar RPŞ CAB rəisi Şahid3 ifadəsindən görünür ki, məhkəmədə ifadəsi alınmış Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. ( cild 1, iş vərəqə 168-170). Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Azər oğlu ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs “Whatsapp” vasitəsi ilə ona mesaj yazıb, şəxsi işi ilə əlaqədar olaraq Qusar şəhərinə aparmasını xahiş etmiş, o əvvəl razı olmasa da, daha sonra Təqsirləndirilən şəxs israr etdiyini görüb, öz razılığını vermişdir. Bundan sonra doğma xalası oğlu Şahid6 zəng edib, Təqsirləndirilən şəxsla Qusar şəhərinə gedəcəyini və onlarla birlikdə gəlməsini xahiş etmiş, Şahid6 da öz razılığını vermişdir. saat 00:40 radələrində özünə məsus “Subaru” markalı avtomobillə əvvəl qohumu Şahid6, daha sonra isə həmkəndllisi Təqsirləndirilən şəxs da götürüb Qusar şəhərinə getmək üçün yola düşmüşlər. xx.xx.2024-cü il tarixdə, saat 01:10 radələrində idarə etdiyi avtomobillə Qusar şəhəri, X3 ərazisində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yarımtikili evin qarşısında avtomobili saxlamasını xahiş edib, bir neçə dəqiqəyə qayıdacağını bildirib, avtomobildən düşmüşdür. Bu zaman o, avtomobili irəli sürüb, geri qayıtmaqla avtomobili başqa bir evin qarşısında saxlamış, təxminən 1-2 dəqiqə sonra avtomobildə olan zaman Təqsirləndirilən şəxs küçə ilə polis əməkdaşlardan qaçmağa cəhd etdiyini baxmayaraq polis əməkdaşları tərəfindən saxlanıldığı görmüşdür. Daha sonra polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim edib, onlardan avtomobildən düşmələrini tələb etmişlər. Bundan sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu polis əməkdaşları tərəfindən saxlanılmış, onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və əlində saxladığı idman çantasına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli idman çantasından içərisində narkotik vasitələr olan sellofan bağlamalar aşkar edilmişdir. Bundan sonra isə onun razılığı və iştirakı ilə ona məxsus avtomobilə videoçəkilişlə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Zair oğlu məhkəmədə ifadəsi alınmış Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. (cild 1, vərəqə 155-157) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Qusar rayon, Avaran kəndində qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs Qusar şəhəri ərazisində narkotik vasitənin qəbulu, üzərində gəzdirməsi və satması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, vərəqə 7) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ‘‘şəxsi axtarış və götürmə aparılması haqqında” 14 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 14 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Qusar şəhəri, X3 ərazisində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əlində olan qara rəngli idman çantasında 02 ədəd polietilen bağlamalarda təmiz çəkiləri ayrı-ayrılıqda 2250 qram və 975 qram olan ümumilikdə təmiz çəkisi 3225 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuana, 02 ədəd polietilen paketlərdə isə təmiz çəkiləri ayrı-ayrılıqda 120 qram və 228 qram olan ümumilikdə təmiz çəkisi təmiz çəkisi 348 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə lan külli miqdarda heroin aşkar olunmuş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD disk protokola əlavə edilmişdir. ( cild 1, iş vərəqə 23) ‘‘Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda və ona əlavə edilmiş diskdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 14 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 14 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “Tecno Spark” markalı mobil telefona Qusar RPŞ-nin inzibati binasında fotoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman sonuncunun telefonunda “Whatsapp” ani mesajlama mübadilə sistemində +98-992-335-3015 mobil nömrə ilə yazışmalar, səs yazıları, təyinat yerinin konumu və fotoşəkillərin olması müəyyən olunmuş, keçirilmiş istintaq hərəkətinin fotoşəkilləri və 41 ədəd səs yazıları 01 CD diskə köçürülməklə protokola əlavə edilmişdir. ( cild 1, iş vərəqə 38-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 14 yanvar 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Tecno Spark” markalı mobil telefona Qusar RPŞ-nin inzibati binasında fotoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman sonuncunun telefonunda “Whatsapp” ani mesajlama mübadilə sistemində +98-992-335- 3015 mobil nömrə ilə 41 ədəd səs yazıların 01 ədəd CD formatlı diskə köçürülməklə, baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs özünü İran İslam Respublikasının vətəndaşı “Sadiq” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olacaqları öz təsdiqini tapmışdır. ( cild 1, iş vərəqə 45-49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə fizikikimyəvi ekspertizasının 14 yanvar 2024-cü il tarixli 3- 16-16/2-6/224 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 106 ...” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs- imza, E.Əhmədov imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd şantada 02 ədəd bağlamada təmiz çəkiləri - 120 qram , - 228 qram, ümumi təmiz çəkisi - 348 qram olan qəhvəyi rəngli maddə kütləsi tərkibindəki kimyəvi komponentlərə görə yni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 3 ədəd qara rəngli polietilen bağlamalarda təmiz çəkiləri - 855 qram, - 770 qram, -890 qram, ümumi təmiz çəkisi - 2515 qram tünd qəhvəyi rəngli toz şəkilli maddə kütlələrinin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələri komponentləri yoxdur. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. ( cild 1, iş vərəqə 50 - 55) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 14 yanvar 2024-cü il tarixli 3-16-16-2- 7/71 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs əlində olan çantadan ...” yazısı və imzalar olan qara rəngli çantadakı qara rəngli olietilen bağlamanın içərisində 01 ədəd sintetik bağlamada təmiz çəkisi 2250 qram və 01 ədəd sellofan bağlamada təmiz çəkisi - 975 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 3225 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. ( cild 1, iş vərəqə 56 - 60) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2024- cü il tarixli 692 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya) xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəqə178-179) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 27 yanvar 2024-cü il tarixli 188 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur.Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlıdır, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. ( cild 1, iş vərəqə176-177) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 347,8 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 3224,6 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. 04 ədəd CD formatlı disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 185-196) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.( cild 1, iş vərəqə 120-121) Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması narkotik vasitə satışını ehtiva edən yazışmaların olunması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, “marixuana” (kannabis) narkotik vasitəsinin qurudulmuş növünün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qusar rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya) xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq qalmış 347,8 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 3224,6 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana məhv edilməli, 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 347,8 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 3224,6 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin, 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar