Məhkəmə qərarları › İş №1(124)-607/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-607/2024

29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-607/2024 29.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, 3-cü qrup əlil, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.1; 177.2.3-cü maddələri ilə təqsirli bilinərək hökmlərin məcmusu qaydasında CM-nin 67.1-ci maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən altı ay müddətinə azaldılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 25 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı və şəxsiyyəti istintaqa məlum olmayan Kamal adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Kamal adlı şəxsin verdiyi narkotik vasitələrin hər bir kiloqramına görə 400 (dörd yüz) manat pul verəcəyi müqabilində deyəcəyi yerlərə qoyacağı barədə ümumi razılığa gəlmiş, sonuncunun 18 yanvar 2024-cü il tarixdə səhər saatlarında bir qrup şəxs halında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində, yolun kənarında qoyduğu, içərisində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısfna daxil edilmiş 02 (iki) ədəd qara rəngli və şəffaf sellofan bağlamalarda, ayrıayrılıqda çəkiləri 30,35 qram və 29,02 qram, 01 (bir) ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 1115 qram, 01 (bir) ədəd sellofan bağlamada çəkisi 1000 qram tərkiblərinə görə eyni olan, ümumi çəkisi 2174,37 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi olan 01 (bir) ədəd göy rəngli sellofan torbanı götürüb satış məqsədilə qanunsuz əldə edərək həmin narkotik vasitə qurudulmuş marixuananın 30,35 qramını və 29,02 qramını ayırıb üzərində, qalan 1115 qramını və 1000 qramını isə idarə etdiyi “Hyundai Sonata” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Abşeron rayonu, Novxanı bağlar massivinə daşımış, xx.xx.2024-cü il tarixdə saat 03:40 radələrində Abşeron RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Novxanı bağlar massivində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq idarə etdiyi “Hyundai Sonata” markalı, 77- CV-240 dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Abşeron Rayon Polis İdarəsinə gətirilib, orada həmin gün saat 05:00-dan saat 05:14-ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkçəsinin sağ və sol yan ciblərində saxladığı, həmin 02 (iki) ədəd qara rəngli şəffaf sellofan bağlamalarda, ayrı-ayrılıqda çəkiləri: 30,35 qram və 29,02 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əməliyyat tədbirlərinin davamı kimi həmin gün saat 05:15-dən saat 05:21-ə kimi qeyd edilən avtomobilinə baxış keçirilərkən yük yerindən 01 (bir) ədəd göy rəngli torbada olan 01 (bir) ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 1115 qram, 01 (bir) ədəd sellofan bağlamada çəkisi 1000 qram tərkiblərinə görə eyni olan, ümumi çəkisi 2174,37 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkumluq həyatı yaşamışdır, cəzasını çəkəndən sonra da narkotik vasitələrdən istifadə etmişdir. O, ittiham aktında qeyd edildiyi kimi Abşeron rayonu, Novxanı bağlar massivində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında tutulmayıb, polis əməkdaşları onu 18 yanvar 2024-cü il tarixdə, səhər saat 12 radələrində Binə qəsəbəsində tutublar, sonra onu Abşeron rayon Polis İdarəsinə aparıblar. Hazırki işlə bağlı bildirir ki, o tutulan zaman onun üzərində yalnız 30 qram qurudulmuş marixuana olub. Həmin marixuananı öz istifadəsi üçün əldə etmişdir. İttihamda qeyd olunan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı onun maşınına polis əməkdaşları qoyublar. O tutulan zaman polis əməkdaşları onu döyməsə də ona qarşı psixi təsirlər olub. Xəstə olduğundan və ona qarşı psixi təsirlər olduğundan ittihamda qeyd edilənlərlə razılaşıb və ifadəsini imzalayıb. Bundan başqa saxlanılan zaman istifadəsində ***-***-**-** və ***-***-**- ** saylı mobil telefon nömrələri olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, ev 15-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Subaydır və heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CMnin 234- cü maddəsi ilə təqsirli bilinərək məhkumluq həyatı yaşamışdır, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. Bir neçə ay bundan əvvəl tanışlarından birinin vasitəsilə İran İslam Respublikasının vətəndaşı olduğunu bildirən Kamal adlı şəxslə tanış olmuşdur. O, Kamalın üzünü görməsə də, telefon danışıqları zamanı aralarında səmimiyyət yaranmış və o, mütəmadi olaraq ondan öz istifadəsi üçün qurudulmuş marixuana alaraq istifadə etmişdir. O, Kamalı tanıdığı vaxtdan bir müddət sonra sonuncu ona mobil telefonun “WhatsApp” xidməti vasitəsilə zəng edərək onunla işləməyini təklif etmişdir. Kamal adlı şəxsdən işin nədən ibarət olduğunu soruşduqda sonuncu mobil telefonuna göndərəcəyi məkan (konum) vasitəsilə deyilən yerə qoyacağı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları götürüb başqa bir yerə, yəni təyin edəcəyi yerə çatdırmağını, əvəzində də ona hər kiloqramına görə 400 manat pul verəcəyini bildirsə də, o, onun bu təklifinə razılıq verməmişdir. Sonuncu dəfə xx.xx.2024cü ildə səhər saatlarında Kamal yenə də onunla telefon əlaqəsi saxlayıb Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində, yol kənarında görünməyən bir yerə içərisində qurudulmuş marixuana olan bağlamalar qoyduğunu, həmin bağlamaları götürərək hissələrə bölüb özündə saxlamağını və 1-2 gündən sonra həmin bağlamaları təyin edəcəyi yerə çatdırmağını, əvəzində də ona hər kiloqramına görə 400 (dörd yüz) manat pul verəcəyini bildirmişdir. Qeyd edir ki, o, son zamanlar heç bir yerdə işləmədiyinə və maddi vəziyyəti yaxşı olmadığına görə Kamalın bu təklifi ilə razılaşıb həmin gün yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Kamalın mobil telefonuna göndərdiyi məkan (konum) vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisinə gedib dediyi yerdən içərisində qurudulmuş marixuanalar olan bağlamaları götürüb 2-3 gündür ki, idarə etdiyi, “Renta-car”-a məxsus “Hyundai Sonata" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Kamalın ona verəcəyi növbəti sifarişi gözləmişdir. Həmçinin həmin narkotik vasitədən bir qədərini ayırıb 02 (iki) ədəd sellofana büküb cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 03:40 radələrində o, şəxsi işi ilə əlaqədar olaraq Abşeron rayonu, Novxanı bağlar massivində, “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında olduğu zaman idarə etdiyi həmin avtomobilə əyləşib hərəkətə başlayan zaman tanımadığı şəxslər avtomobili saxlamağı ilə bağlı ona işarə etmişlər. Bu zaman o, həmin şəxslərin polis əməkdaşları olacağından şübhələnməmiş və avtomobili saxlamış və həmin 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron RPİ-nin X1 əməkdaşları olduqlarını bildirdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində, öz üzərində saxlamaqda və satışında şübhəli bilindiyi üçün idarə etdiyi avtomobil ilə birlikdə onu Abşeron RPİ-nə gəlməyə dəvət etmişlər. O da etiraz etməyib onlarla birlikdə Abşeron RPİ-nə gəlmişdir. Abşeron RPİ-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra isə o, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirib əynində olan gödəkçəsinin sağ və sol yan cibindən 02 (iki) ədəd qara rəngli sellofana bükülmüş bükümləri çıxarıb təqdim edərək həmin bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. İçərisində qurudulmuş marixuana olan həmin bükümlər ekspertizaya göndərilməsindən ötrü qablaşdırıldıqdan sonra həmin zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Sonra polis əməkdaşları ona idarə etdiyi avtomobildə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, predmetin və narkotik vasitənin olubolmadığını soruşmuşlar. O, da idarə etdiyi, ,,Renta-car"-a məxsus həmin “Hyundai Sonata" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində də narkotik vasitə qurudulmuş marixiana saxladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları həmin avtomobilə də baxış keçirmək istədiklərini bildirmişlər və o, polis əməkdaşlarına etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə həmin avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerində göy rəngli sellofan torbada olan 01 (bir) ədəd sellofan bağlamada və 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin göy rəngli torbanın içərisində narkotik vasitələri hissələrə ayırmağı üçün Kamalın qoyduğu 01 (bir) ədəd elektron tərəzi də aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən həmin göy rəngli torbaya yığılmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi də ekspertizaya təqdim olunmasından ötru qablaşdırılmış və bu barədə tərtib olunmuş protkolun doğruluğu da imzaları ilə təsdiq olunmuşdur. Bildirir ki, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Lakin etiraf edir ki, Kamal adlı şəxsin qoyduğu yerdən götürdüyü həmin qurudulmuş marixuanaları göndərdiyi elektron tərəzi vasitəsilə hissələrə bölərək ona yerini təyin edəcəyi yerə çatdırmaqla hər kiloqramına görə 400 manat pul əldə edəcəyi ilə bağlı Kamal ilə razılığa gəlmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir və əməlindən peşimandır. Həmçinin saxlanıldığı zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təsir olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadəni də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin X1 əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 19 yanvar 2024-cü il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması, eləcə də bir qədər sonra Abşeron rayonu, Novxanı bağlar massivində “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında olacağı, üzərində də narkotik vasitə olan qurudulmuş marixuana olacağı barədə məlumat alıb, dərhal həmin məlumatı Abşeron RPİ-nin rəhbərliyinə məruzə edib müvafiq sənədləşmə apardıqdan sonra əməliyyat-axtarış tədbirləri həyat keçirilib və Abşeron rayonu, Novxanı bağlar massivində "ABU" yanacaq doldurma məntəqəsinin yaxınlığında saat 04 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxladığını görüb ona yaxınlaşıb özlərini təqdim ediblər. Daha sonra onlar Təqsirləndirilən şəxs saxlanılma səbəbini izah etməklə onu Abşeron RPİ-yə dəvət ediblər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən idarə etdiyi “Hyundai Sonata” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron RPİ-yə gedib. Bundan sonra nüdafiəçisinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxsnin üzərinə şəxsi axtarış keçirilməyə başlanıb və Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin ciblərindən 02 ədəd bükümləri çıxarıb təqdim edərək həmin bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirib. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb və onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməyib. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi, “Renta-car”a məxsus "Hyundai Sonata" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində də narkotik vasitə qurudulmuş marixiana saxladığını etiraf edib və onun razılığı və iştirakı ilə həmin avtomobilə də baxış keçirilən zaman avtomobilin yük yerində sellofan 02 torbada narkotik vasitə qurudulmuş marixuana, həmçinin 01 ədəd elektron tərəzi də aşkar edilərək götürülüb. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə qurudulmuş marixuananı 1-2 gün əvvəl İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Kamal adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol kənarında qoyduğu görünməyən bir yerdən sonuncunun yeni təyin edəcəyi yerə çatdırmaq məqsədilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra ona qarşı heç bir təsir, təzyiq olmayıb. Məhkəmədə iştirk etməyən şahid Abşeron Rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun məhkəmədə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində “TT” market yaxınlığında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddələri üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Babayev X7 rayonu, Novxanı kəndi, “Murad” market yaxınlığında saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 19 yanvar 2024-cü il tarixdə saat 03:40 radələrində Abşeron rayon polis idarəsinin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli bilinərək Abşeron rayonu, Novxanı bağlar massivində “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq idarə etdiyi “Hyundai Sonata" markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Abşeron rayon polis idarəsinə gətirilmiş, həmçinin xidməti otaqların birində təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirib əynində olan gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd və sol yan cibindən də 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş bükümləri çıxarıb təqdim edərək həmin bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin 02 (iki) ədəd bükümlərdə olan qurudulmuş marixuananı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Kamal adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol kənarında qoyduğu görünməyən bir yerdən sonuncunun yeni təyin edəcəyi yerə çatdırmaq məqsədilə götürdüyünü bildirmişdir. Bundan sonra içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin 02 (iki) ədəd büküm ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılıb protokol tərtib olunmuş və həmin protokolun doğruluğu da proses iştirakçıları tərəfindən təsdiq edilmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, predmetin və narkotik vasitənin olubolmadığını soruşulmuş və bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi, “Renta-car”a məxsus “Hyundai Sonata” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində də narkotik vasitə qurudulmuş marixiana saxladığını etiraf etmişdir. Bundan sonra təhqiqatçı həmin avtomobilə də baxış keçirmək istədiyini bildirmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi, “Renta-car”a məxsus “Hyundai Sonata” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində göy rəngli sellofan torbada olan 01 (bir) ədəd sellofan bağlamada və 01 (bir) ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, həmçinin həmin göy rəngli torbanın içərisində 01 (bir) ədəd elektron tərəzi də aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin göy rəngli torbaya yığılmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və 01 (bir) ədəd elektron tərəzi də ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq qablaşdırılmış və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunduqdan sonra proses iştirakçıları protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə aparılması” və “avtomobilə baxış keçirilməsi və götürmə aparılması” barədə protokollara əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntü ilə şahidin məhkəmədə və təqsirləndirilən şəxsin ibtidai istintaqda ifadəsində göstərdiyi xüsusatlar və protokollarda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məkəməbioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/103 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 02 ədəd qara rəngli və şəffaf sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 30,35 qram, 29.02 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs..." yazısı və imzalar olan göy rəngli polietilen bağlamadakı 01 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi - 1115 qram və 01 ədəd sellofan bağlamada təmiz çəkisi-1000 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 2174.37 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin göy rəngli polietilen bağlamadakı 01 ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur, buna görə də təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmamışdır. Qeyd: marixuananın ümumi çəkisi 2174,37 qram, (1-4 №-li obyektdən tədqiqata istifadə olundu - 0,4 qram (hər obyektdən 0,1 qram götürüldü), qalıq 2173,97 qram təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1423 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2024-cü il tarixli, 157 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 xx.xx.2024-cü il tarixli, 3452 nömrəli məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı qeyd olunan xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd qara rəngli və şəffaf sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri: 30,35 qram, 29,02 qram və idarə etdiyi ‘‘Hyundai Sonata” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş göy rəngli polietilen bağlamadakı 01 (bir) ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi - 1115 qram və 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi - 1000 qram, ümumi çəkisi 2174,37 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2173,97 qram qurudulmuş marixuana işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması və avtomobilə baxış keçirilməsi prosesinin köçürüldüyü 01 (bir) ədəd disk sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan tibbi arayışın surətindən və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlilliyi vardır. Cinayət işi materiallarında olan tibbi sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs hemofiliya xəstəliyi vardır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, qərarların surətlərindən və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-199/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.1; 177.2.3-cü maddələri ilə təqsirli bilinərək hökmlərin məcmusu qaydasında CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən altı ay müddətinə azaldılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 25 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Məhkəmə kollegiyası yuxarıdakılara əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların araşdırılması məqsədilə məhkəmə tərəfindən qəbul edilmiş qərara əsasən Təqsirləndirilən şəxs saxlanılan zaman istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddəti əhatə edən anten məlumatları əldə edilmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsinə dair anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, ittiham aktında qeyd olunduğu kimi xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində Abşeron rayonu ərazisində olmuşdur. Digər mobil nömrəyə dair anten məlumatlarında isə ittiham aktında qeyd olunan saata dair anten dairələri əks olunmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, eləcə də təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin o, məhkəmə istintaqı zamanı qeyd etdiyi halları orada bildirməmişdir. Həmçinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında təqsirləndirilən şəxsin özünü təqsirli bildiyi, əməlindən də peşman olduğunu söylədiyi qeyd olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ilkin ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi (narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hissəsi istisna olmaqla) ifadəsini qoyur. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən və idarə etdiyi avtomobilindən aşkar olunmuş marixuananın miqdarının şəxsi istehlak miqdarından dəfələlə çox olması, həmin maddənin ayrı-ayrı bağlamalarda olması, tərəzinin də aşkar olunması, ibtidai istintaq zamanı İİR vətəndaşı ilə əlaqə saxlayaraq həmin narkoik vasitəni əldə etməsi və ödəniş qarşılığında narkotik vasitəni başqa yerlərə qoyacağını bildirməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni qabaqcaqdan əlbir olan bir qrup çıxs halında məhz satış məqsədilə əldə etdiyini və üzərində daşıdığını ehtiva edir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahid ifadəsi, ekspert rəyləri, protokollar, şəxsi axtarış və götürmə aparılmasına və avtomobilə baxış və götürmə aparılmasına dair protokollara əlavə edilmiş videogörüntü və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-199/2024 saylı hökmü nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs 3-cu qrup əlil olması və hemofiliya xəstəliyinin olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətin təhülkəli residivinin olmasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-199/2024 saylı hökmü ilə təyin olunmuş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 yanvar 2024-cü il tarixdə barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 2173,97 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş materiallarında olan 02 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixindən 25 avqust 2023cü il tarixinədək tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 2173,97 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar