Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-608/2024 02.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şimal Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxx 1991-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcıllısinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci madəsinə əsasən qəti olaraq 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə cəzanın çəkilməsi təxirə salınmış, Bakı şəhəri Nizami rayon məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 05 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5, 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 05 il 03 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 238.2.1-ci maddələri ilə,
2. xx xxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 238.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs1 və istintaqla şəxsiyyəti dəqiq müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı “Zəhra” adlı şəxslə istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitə və psixotrop maddənin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan yerdə “Zəhra” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq 7,10 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, ümumi təmiz çəkisini istintaq dövründə müəyyən etmək mümkün olmayan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisini istintaq dövründə müəyyən etmək mümkün olmayan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 05 ədəd kəsilmiş konvalyutda üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən narkotik vasitə metadon həblərini əldə edərək, birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daşımaqla saxlamışlar, istintaq dövründə çəkisini müəyyən etmək mümkün olmayan narkotik vasitə heroini 05 yanvar 2024-cü il tarixdə həmin ünvanda Şahid7 10 manat müqabilində satmışlar, həmçinin istintaq dövründə çəkisini müəyyən etmək mümkün olmayan psixotrop maddə metamfetamini yaşadığı ünvanda iş görmək müqabilində Şahid6 verməklə həmin vaxtda qeyd edilən ünvanda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil edərək, Şahid7 və Şahid6 həmin evdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul etmələrinə şərait yaratmaqla, bunun üçün lazım olan şpris və başqa avadanlıqları evdə saxlamışlar. Daha sonra, 05 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhər polis İdarəsinin Cinayət-axtarışı şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilən zaman, həmin ünvandan onların qanunsuz olaraq əldə edərək daşımaqla saxladıqları 01 ədəd bükümdə təmiz çəkisi 0,690 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə 7,10 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə heronin izləri olan və ayrıayrı şəxslərin yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş 08 ədəd kağız və polietilen kəsikləri, 05 ədəd 1 ml-lik şprislər aşkar olunaraq götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər polis İdarəsinə gətirilib, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman onun əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə 0,177 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin onunla birgə saxlanılaraq Sumqayıt şəhər polis İdarəsinə gətirilib, üzərlərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynində olan mavi rəngli cins gödəkcəsinin sağ yan cibindən 05 ədəd kəsilmiş konvalyutda üzərlərində “F/M40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edən narkotik vasitə metadon həbləri, həmin gödəkcənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,140 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd boru şəkilli formada üzərində narkotik vasitə heroinin izləri olan 01 manatlıq pul əskinazı, Şahid6 əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,031 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni tərkibli psixotrop maddə metamfetamin, Şahid7 əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,058 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni tərkibli narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs kimi dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ildir ki, Təqsirləndirilən şəxs1 ilə qeyri-rəsmi ər-arvad münasibətləri vardır. O, metamfetamin növündə psixotrop maddə, Təqsirləndirilən şəxs1 isə heroin növündə narkotik vasitə istifadə edirdilər. Təqsirləndirilən şəxs1 anası ilə birlikdə yaşayırdı. Hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs1 uşağı əməliyyat olunmuşdu və onun yanında idi. Daha sonra Təqsirləndirilən şəxs1 onun yaşadığı evə paltarlarını götürmək üçün gəlmişdir. Təqsirləndirilən şəxs1 onlara gəldikdən təxminən yarım saat sonra polis əməkdaşları evə daxil olmuşlar. Həmin vaxt onun rəfiqəsi Şahid7 və onunla birlikdə yaşayan şəxs Şahid8 də onlarda olmuşlar. Polis əməkdaşları əvvəlcə qapını döymüşlər, qapını açanadək pəncərədən evə daxil olmuşdular. Onlar evdə narkotik vasitələri tapmışlar. Aşkar olunan qanunsuz vasitələri "Zəhra" adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən əldə etmişdir. Onları Bakı şəhərindən götürmüşdür. Onda 1 bükümdə marixuana növündə narkotik vasitə, 0,3 qram miqdarında metamfetamin növündə psixotrop maddə və heroin növündə narkotik vasitə olmuşdur. Heroin növündə narkotik vasitənin çəkisini xatırlamır. O, Şahid7 şəxsi istifadəsi üçün narkotik vasitə vermişdir. Təqsirləndirilən şəxs1 onun Zəhra adlı şəxsdən narkotik vasitələr götürməyindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitə qəbul etməmişlər, lakin onun narkotik vasitə istifadə etdiyini bilirdi. Şahid7 və Şahid8 yaşadığı evdə narkotik vasitə qəbul etmişlər. Onlardan başqa evdə bir rəfiqəsi də olmuşdur. O, onlara narkotik vasitələri pulsuz vermişdir. Rəfiqələrindən biri uşağı xəstə olduğu üçün ona kömək etməyə görə onlarda tez-tez qalırdı və o da daimi olaraq istifadə edirdi. Yaşadığı evdə saxlanılan şəxsləri ona kömək etmələri üçün çağırmışdır. Çünki, həmin evdən başqa yerə köçürdü və yüklərin daşınmasına kömək lazım idi. Həmin şəxslərin əvvəllər onlara narkotik vasitə istifadə etmək üçün gəlmələri olmamışdır. Polis əməkdaşları yaşadığı evə əvvəlcə pəcərədən daxil olmuşlar, daha sonra videoçəkiliş vasitəsilə evə baxış keçirmişlər. Onun çantasından qanunsuz vasitələr aşkar olunmuş, Təqsirləndirilən şəxs1 üzərindən heç nə aşkar edilməmişdir. Yaşadığı evə təxminən 8-9 nəfər polis əməkdaşı gəlmişlər. Polis əməkdaşları onları 04 yanvar 2024-cü il tarixdə saxlamışlar. Şahid7 və Şahid6 pul müqabilində narkotik vasitə satmamışdır. Zəhra adlı şəxsdən təxminən 7 qram miqdarında marixuana növündə narkotik vasitə və metadon həbi almışdır. Heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə isə əvvəlcədən özündə olmuşdur. Heroin növündə narkotik vasitə istifadəyə yararsız idi. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında Təqsirləndirilən şəxs1la birlikdə yaşamışdır. Təxminən 6 aydır ki, narkotik maddələrdən qəbul edir. Təqsirləndirilən şəxs1 ilə çoxdandır ki, tanışdır. Onunla qeyri rəsmi olaraq yaşamışdır. Niyaməddinin narkotik maddələr qəbul etdiyini bilmiş, Niyaməddin də onun narkotik maddələr qəbul etdiyini bilmişdir. Təxminən 3 ildir ki, birlikdə narkotik maddələr əldə edib qəbul edirlər. Təxminən 1 ildir ki, votsapda tanış olduğu İran vətəndaşı Zəhra adlı qadınla əlaqə saxlayıb narkotik və psixotrop madələr əldə etmişlər. Belə ki, İran vətəndaşı Zəhra onun ***-***-**-** saylı nömrəsinin votsapına narkotik maddələrin qoydurduğu yerlərin konum yəni məkan yeri göndərmiş, onlar da həmin yerləri tapıb həmin maddələri götürmüşlər, bir hissəsini özlərinə qəbul etmişlər, qalan hissəsin isə növbəti dəfə özlərinə narkotik maddələr əldə etmək üçün tanıdıqları şəxslərə satmışlar. Onun mobil nömrəsinə zəng çatmayanda İran vətəndaşı Zəhra Niyaməddinin ***-***-**-** nömrəsinə zəng edərək əlaqə saxlamış və onu Zəhra ilə danışdırmışdır. Sonuncu dəfə təxminən 1 həftə əvvəl İran vətəndaşı Zəhra onlar üçün Bakı şəhəri, Xocasən qəsəbəsi ərazisidə narkotik maddələr, metadon həbləri və psixotrop maddələr qoydurduğu yerdən həmin maddələri əldə etmişlər. Təxminən 1 aydır ki, kirayədə yaşadıqları ünvan 3 ünvanında çıxmaq istəmişlər. xx.xx.2024- cü il tarixdə axşam saatlarında tanışları Nahidə ilə Rəşad yaşadığı ünvana gəlmişlər, orada Nahidə ona 10 manat pul verib özünə qəbul etməyə 1 bükümdə heroin almış, həmin heroinin bir hissəsini o, Nahidəyə şərait yaradaraq qaldığı otaqda şprislə özünə qəbul etmişdir. Niyaməddin də Rəşada qəbul etməkdən ötrü narkotik vasitə heroin vermiş, sonuncu da evdə şprisdə narkotik vasitə heroinin hamısını özünə qəbul etmişdir. Həmçinin onlardan başqa tanışı Giilnarə adlı narkotik maddə aludəçisi də onun qaldığı otaqda olmuş və o. Gülnarəyə də qəbul etməyə metamfetamin vermiş. Giilnarə də şprisdə metamfetamini özünə qəbul etmişdir. Niyaməddin onların narkotik vasitələri qəbul etdikləri şprislərı götürüb qara rəngli qutuda gizlətmiş, şprisləri onlara Niyaməddin vermişdir. Niyaməddin onlardan xahiş edəcəkdi ki, köçməkdən ötrü evdə olan əşyaları daşımaqda onlara köməklik etsinlər. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində evdə olan zaman həyətdə Niyaməddini səsləmişlər Niyaməddin çölə çıxmış və qarşısına çıxan polis işçiləri özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin işçiləri olduqlarını, Niyammədinin qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, kirayədə yaşadığı ünvanda saxlama, satışı ilə məşğul olma və yaşadıqları ünvanda narkotik və psixotrop maddələrin istehlakı üçün tiryəkxana saxlama ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə bağlı kirayədə yaşadıqları ünvanda təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərarla tanış etmişlər və ünvanda baxış keçiriləcəyini bildirmişlər, Niyaməddin kirayədə yaşadıqları ünvanda baxış keçirilməsinə etirazı olmadığını və bununla bağlı ərizə də yaza biləcəyini bildirərək polis işçilərini olduqları evə dəvət etmişdir. Otağa daxil olduqda o, Giilnarə, Nahidə və Rəşadı görmüşlər, Niyaməddin onun qeyri-rəsmi nigahda yaşadığı qadın olduğunu, digərlərin isə qonaq olduqlarını bildirmişdir. Niyammədinə yaşadıqları otaqda cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi bildirilmişdir. Niyaməddin otaqda masanın üzərində olan qara qutunu açıb içərisindən 1 ədəd selofan bükümdə olan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində kakos. səni heroin olduğunu bildirmiş, həmin bükümün içərisinə baxılanda heroin aşkar olunmuş, sonra lıəının qara qutunun içərisindən həmçinin 5 ədəd 1 mq-lıq istifadə olunmuş şpris və 2 ədəd şüşə flakon aşkar edilmişdir. Bundan sonra o, masanın üzərində olan qara rəngli dəri materiallı qadın əl çantasının içərisindən uc hissəsi sapla bağlanmış 1 ədəd şəffaf selofanda olan bükümü çıxarıb limon duzu olduğunu və 1 ədəd şəffaf selofan bükümü çıxarıb içərisində "nəşə" olduğunu bildirmiş, həmin 1 ədəd şəffaf selofana baxılanda metamfetamin və digər 1 ədəd şəffaf selofanda isə qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra onun əl çantasından ümumilikdə 66 manat pul aşkar olunmuşdur. Bundan sonra masanın üzərində olan qara rəngli üzlüklü Samsung markalı mobil telefonun Niyaməddin özünə, üzlüksüz və ekran şüşəsi çatlamış Samsung markalı mobil telefonun isə ona məxsus olduğunu bildirmişdir. Aşkar olunmuş həmin maddələrin kimdən və haradan əldə olunması soruşulduqda, Niyaməddin özündən yalan olaraq tanımadığı şəxsdən əldə etdiyini, o isə özündən yalan olaraq "Esmira" şadlıq sarayının yaxınlığında Niyaməddinlə birlikdə tanımadığı şəxsdən öz istifadələri üçün əldə etdikləri bildirmişdir. Bundan sonra masanın üzərində üzərlərində narkotik və psixotrop maddələrin qalıqlarına bənzər maddələr olan 8 ədəd selofan və kağız kəsikləri aşkar olunmuşdur. Bundan sonra verilən suallara cavab olaraq Niyaməddin qara qutunun içərisindən aşkar olunmuş şprislərin evdə olan qonaqların olduğunu bildirmiş və evdə olan Rəşad Dadaşov ondan və Niyaməddinin verdikləri narkotik maddələri həmin ünvanda zərdə çəkib qəbul etdiyini, Giilnarə İsxanova və Şahid7 isə onun onlara verdiyi narkotik maddələri özləri ilə gətirdikləri iynə vasitəsilə həmin otaqda qəbul etdiklərini bildirmişlər. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, 1 bükümdə heroinin çəkisi olduğu bükümlə birlikdə 1,00 qram, 1 bükümdə metamfetamin olduğu bükümlə birlikdə 1,10 qram, 1 bükümdə qurudulmuş marixuana olduğu bükümlə birlikdə 8,61 qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün ayrı zərfə, 5 ədəd şpris, 8 ədəd selofan və kağız kəsikləri, 2 ədəd şüşə flakon digər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərflərin üzərində qeydlər aparılaraq tərəflərindən imzalanmışdır. Bundan sonra həmin otağa, sanitar qovşağa və mətbəxə keçirilən baxış zamanı cinayət xarakterli digər əşya, predmet aşkar olunmamışdır. Aşkar olunmuş ona və Niyaməddinə məxsus 2 ədəd Samsung markalı mobil telefonlar polis işçisi tərəfindən götürülmüşdür. Bundan sonra onları Sumqayıt polis idarəsinə gətirmişlər. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X1 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan mavi rəngli cins gödəkcəsinin sağ yan cibindən 5 ədəd üzərində Methadone 40 yazısı olan həbləri, 1 ədəd ağ rəngli kağız bükümü, ümumi 81 manat pul, əynində olan qara rəngli şalvarın sağ yan cibindən ümumi 30 manat 20 qəpik pul, 1 ədəd borucuq halında 1 manatlıq pul əskinazı, gödəkcəsinin sol yan cibindən Rotmans siqareti, alışqan və gümüşü kağızın içərisində olan selofan bükümdə maddəni təqdim edərək, 5 ədəd həbin metadon həbləri, 1 ədəd ağ rəngli kağız bükümün içərisində metamfetamin və gümüşü kağızın içərisindəki selofan bükümdə olan maddənin heroin olduğunu, borucuq halına salmış 1 manatlıq pul əskinazı ilə metamfetamin çəkdiyini bildirmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli heç bir predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Bundan sonra ondan aşkar olunaraq götürülmüş həmin maddələr elektron tərəzidə çəkilmiş, 1 ədəd bükümdə metamfetamin olduğu bükümlə birlikdə çəkisi 0,37 qram, 1 ədəd bükümdə heroinin çəkisi isə 9,05 qram olmuşdur. Həmin maddələr, 5 ədəd metadon həbləri və üzərində narkotik və psixotrop maddələrin qalıqları olan 1 ədəd borucuq ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Nahidə, Rəşad və Gülnarənin evdə narkotik vasitələri harada saxlamaqlarından məlumatları olmamışdır. Onlarla narkotik vasitələrin satışında aralarında hər hansı bir razılaşma olmamışdır. O, narkotik vasitələrin satışı ilə bağlı sadəcə Niyaməddinlə qabaqcadan razılaşıb danışıqlar aparmışdır. (Cild 2, iş vərəqləri 195-197) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 3-4 ildir ki, heroin növündə narkotik vasitə istifadə edirdi. Təqsirləndirilən şəxs2 ilə 2 ildir ki, tanışlıqları vardır. 3 azyaşlı uşağı vardır, birinin anası Təqsirləndirilən şəxs2dır. Polis əməkdaşları onu ya 04 yanvar 2024-cü il, ya da 05 yanvar 2024-cü il tarixdə saxlamışlar. Həmin vaxt üzərində heç bir qanunsuz vasitə olmamışdır. O, sadəcə oraya paltarlarını götürmək üçün gəlmişdir. Şahid7 tanıyırdı, Şahid8 isə sadəcə adını eşitmişdir. O, öz ailəsi ilə birlikdə yaşayırdı, Təqsirləndirilən şəxs2 evinda qalmırdı. Təqsirləndirilən şəxs2 yaşadığı evdə 1 dəfə narkotik vasitə istifadə etmişdir. Polis əməkdaşları aşkar olunan narkotik vasitələrin ona məxsus olub-olmaması barədə soruşduqda onun olmadığını bildirmiş, onlar da onu döymüşlər və onun olduğunu deməyini tələb etmişlər. Zəhra adlı şəxs ilə onun heç bir əlaqəsi olmamışdır. Şahid7 Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik vasitə istifadə etdiyini 1 dəfə görmüşdür. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün uşağı əməliyyat olunmuşdu. Uşağı 10 yaşı olmasına baxmayaraq, yeriyə bilmirdi. Polis əməkdaşları tərəfindən saxlanıldıqları gün heroin növündə narkotik vasitə qəbul etmiş, lakin Təqsirləndirilən şəxs2 yaşadığı evdə qəbul etməmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə satmasını, onun yaşadığı evdə kiminsə narkotik vasitə aldığını, qəbul etdiyini görməmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşamışdır. Təxminən 3-4 ildir ki, narkotik maddələr qəbul edir. Təqsirləndirilən şəxs2 ilə çoxdandır ki, tanışdır. Fəxriyyənin narkotik maddələr qəbul etdiyini bilmiş, Fəxriyyədə onun narkotik maddələr qəbul etdiyini bilmişdir. Təxminən 3 ildir ki, birlikdə narkotik maddələr əldə edib qəbul edirlər. Təxminən 2-3 aydır ki, Fəxriyyə «Vatsapp»da tanış olduğu İran vətəndaşı Zəhra adlı qadınla əlaqə saxlayıb narkotik və psixotrop maddələr əldə etmişlər. Belə ki, İran vətəndaşı Zəhra Fəxriyyənin ***-***-**-** saylı nömrəsinin votsapına narkotik maddələrin qoydurduğu yerlərin konum yəni məkan yeri göndərmiş, onlar da həmin yerləri tapıb həmin maddələri götürmüşlər, bir hissəsini özlərinə qəbul etmişlər, qalan hissəsin isə növbəti dəfə özlərinə narkotik maddələr əldə etmək üçün tanıdıqları şəxslərə satmışlar. Fəxriyyənin mobil nömrəsinə zəng çatmayanda İran vətəndaşı Zəhra onun ***-***-**-** nömrəsinə zəng edərək əlaqə saxlamış və Fəxriyyə ilə onu danışdırmışdır. Sonuncu dəfə təxminən 1 həftə əvvəl İran vətəndaşı Zəhra onlar üçün Bakı şəhəri, Xocasən qəsəbəsi ərazisində narkotik maddələr, metadon həbləri və psixotrop maddələr qoydurduğu yerdən həmin maddələri əldə etmişlər. Təxminən 1 aydır ki, kirayədə yaşadıqları ünvan 3 ünvanında çıxmaq istəmişlər. xx.xx.2024- cü il tarixdə axşam saatlarında tanışları Nahidə ilə Rəşad yaşadığı ünvana gəlmişlər, orada Fəxriyyə pulsuz olaraq Nahidəyə qəbul etməyə 1 bükümdə heroin vermiş, həmin heroinin bir hissəsini Fəxriyyə Nahidəyə şərait yaradaraq qaldığı otağında şprislə özünə qəbul etmişdir. X6 da qəbul etməyə narkotik maddə vermiş, sonuncu da orada narkotik maddənin hamısını istifadə edərək tüstüsünü qəbul etmişdir. Həmçinin onlardan başqa tanışı Gülnarə adlı narkotik maddə aludəçisı də Fəxriyyənin qaldığı otaqda olmuş və Fəxriyyə Gülnarəyə də qəbul etməyə metamfetamin vermiş, Gülnarə də şprisdə metamfetamini özünə qəbul etmişdir. Fəxriyyə Nahidəyə heroini ona görə vermişdir ki, sonuncu ev işlərində onlara köməklik etsin. O, onların narkotik vasitələri qəbul etdikləri şprisləri götürüb qara rəngli qutuda gizlətmiş, həmin qutuda əlavə iki şpris də olmuş, şprisləri onlar özləri gətirmişlər. O, Fəxriyyə ilə birlikdə onlardan xahiş edəcəkdi ki, köçməkdən ötrü evdə olan əşyaları daşımaqda onlara köməklik etsinlər. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində evdə olan zaman həyətdə onu səsləmişlər, o, çölə çıxmış, qarşısına çıxan polis işçilrəi özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin işçiləri olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, kirayədə yaşadığı ünvanda saxlama, satışı ilə məşğul olma və yaşadığı ünvanda narkotik və psixotrop maddələrin istehlakı üçün tiryəkxana saxlama ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə bağlı kirayədə yaşadığı ünvanda təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərarla tanış etmişlər və ünvanda baxış keçirilcəyini bildirmişlər, o, qərarla tanış olduqdan sonra kirayədə yaşadığı ünvanda baxış keçirilməsinə etirazı olmadığını və bununla bağlı ərizə də yaza biləcəyini bildirərək polis işçilərini olduğu evə dəvət etmişdir. Otağa daxil olduqda Fəxriyyə, Gülnarə, Nahidə və Rəşadı görmüşlər, o, Fəxriyyənin qeyri-rəsmi nigahda yaşadığı qadın olduğunu, digərlərin isə qonaq olduqlarını bildirmişdir. Ona yaşadığı otaqda cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi bildirilmişdir. O, otaqda masanın üzərində olan qara qutunu açıb içərisindən 1 ədəd selofan bükümdə olan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində kakos, yəni heroin olduğunu bildirmiş, həmin bükümün içərisinə baxılanda heroin aşkar olunmuş, sonra həmin qara qutunun içərisindən həmçinin 5 ədəd 1 mq-lıq istifadə olunmuş şpris və 2 ədəd şüşə flakon aşkar edilmişdir. Bundan sonra Fəxriyyə masanın üzərində olan qara rəngli dəri materiallı qadın əl çantasının içərisindən uc hissəsi sapla bağlanmış 1 ədəd şəffaf selofanda olan bükümü çıxarıb limon duzu olduğunu və 1 ədəd şəffaf selofan bükümü çıxarıb içərisində "nəşə" olduğunu bildirmiş, həmin 1 ədəd şəffaf selofana baxılanda metamfetamin və digər 1 ədəd şəffaf selofanda isə qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra Fəxriyyənin əl çantasından ümumilikdə 66 manat pııl aşkar olunmuşdur. Bundan sonra masanın üzərində olan qara rəngli üzlüklü Samsung markalı mobil telefonun özünə, üzlüksüz və ekran şüşəsi çatlamış Samsung markalı mobil telefonun isə Fəxriyyəyə məxsus olduğunu bildirmişdir. Aşkar olunmuş həmin maddələrin kimdən və haradan əldə olunması soruşulduqda, o, özündən yalan olaraq tanımadığı şəxsdən əldə etdiyini, Fəxriyyə isə özündən yalan olaraq "Esmira" şadlıq sarayının yaxınlığında onunla birlikdə tanımadığı şəxsdən öz istifadələri üçün əldə etdiklərini bildirmişdir. Bundan sonra masanın üzərində üzərlərində narkotik və psixotrop maddələrin qalıqlarına bənzər maddələr olan 8 ədəd selofan və kağız kəsikləri aşkar olunmuşdur. Bundan sonra verilən suallara cavab olaraq qara qutunun içərisindən aşkar olunmuş şprislərin evdə olan qonaqların olduğunu bildirmiş və evdə olan X7 və onun Rəşada verdikləri narkotik maddələri həmin ünvanda zərdə çəkib qəbul etdiyini, Şahid6 və Şahid7 isə Fəxriyyənin onlara verdiyi narkotik maddələri özləri ilə gətirdikləri iynə vasitəsilə həmin otaqda qəbul etdiklərini bildirmişlər. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, 1 bükümdə heroinin çəkisi olduğu bükümlə birlikdə 1,00 qram, 1 bükümdə metamfetamin olduğu bükümlə birlikdə 1,10 qram, 1 bükümdə qurudulmuş marixuana olduğu bükümlə birlikdə 8,61 qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün ayrı zərfə, 5 ədəd şpris, 8 ədəd selofan və kağız kəsikləri, 2 ədəd şüşə flakon digər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərflərin üzərində qeydlər aparılaraq tərəflərindən imzalanmışdır. Bundan sonra həmin otağa, sanitar qovşağa və mətbəxə keçirilən baxış zamanı cinayət xarakterli digər əşya, predmet aşkar olunmamışdır. Aşkar olunmuş ona və Fəxriyyəyə məxsus 2 ədəd Samsung maıkaiı mobil telefonlar polis işçisi tərəfindən götürülmüşdür. Bundan sonra onları Sumqayıt polis idarəsinə gətirmişlər. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X3 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuş və verilən suallara cavab olaraq təqdim etdiyi həmin bükümün içərisində kakos, yəni heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxıldıqda heroin aşkar olunmuşdur. Verilən suallara cavab olaraq özündən yalan olaraq bildirmişdir ki, həmin heroini tanımadığı şəxsdən öz istifadəsi üçün almış, 3-4 ildir ki, narkotik maddələr qəbul edir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli heç bir predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə heroin elektron tərəzidə çəkilərək çəkisi 0,33 qram olmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq tərəflərindən imzalanmışdır. Nahidə. Rəşad və Gülnarənin evdə narkotik vasitələri harada saxlamaqlarından məlumatları olmamışdır. Onlarla narkotik vasitələrin satışında aralarında hər hansı bır razılaşma olmamışdır. O, narkotik vasitələrin satışı ilə bağlı sadəcə Fəxriyyə ilə qabaqcadan razılaşıb danışıqlar aparmışdır. (Cild 2, iş vərəqləri 208-210) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə saxlaması, satması, üzərində gəzdirməsi və tiryəkxana saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs1 qapıya çıxmış, ona özlərini təqdim etmişlər, barəsində daxil olan əməliyyat məlumatı barədə ona bildirmişlər. Təqsirləndirilən şəxs1 həmin evdə kirayə əsasında yaşadığını demişdir. Həmin evə baxış keçirilməsinə etiraz etməmişdir. Evə daxil olduqda 3 nəfər xanım, 1 nəfər də kişi var idi. Evdən heroin və marixuana növlərində narkotik vasitələr, metadon həbləri, metamfetamin növündə psixotrop maddələr, şprislər, falqalar aşkar olunmuşdu. Onu və yanındakı digər şəxsləri Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Saxlanılan şəxslərdən heç biri qeyd olunan ünvandakı evdə çoxdan yaşamırdılar. Həmin ev yeni kirayə götürülmüşdü. Təqsirləndirilən şəxs1 və digər şəxsləri 05 yanvar 2024-cü il tarixdə axşam radələrində saxlamışlar. Saxlanılan şəxslər onlara qarşı hər hansı müqavimıt göstərməmiş, onlara saxlanılmaları zamanı hər hansı təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, 05 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə saxlaması, satması, üzərində gəzdirməsi və tiryəkxana saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evə getdik. Təqsirləndirilən şəxs1 qapıya çıxdı, ona özlərini təqdim etmiş, barəsində daxil olan əməliyyat məlumatı barədə ona bildirmişlər. Təqsirləndirilən şəxs1 həmin evdə kirayə əsasında yaşadığını demişdir. Həmin evə baxış keçirilməsinə etiraz etməmişdir. Evə daxil olduqda 3 nəfər xanım, 1 nəfər də kişi olmuşdur. Evdən heroin və marixuana növlərində narkotik vasitələr, metadon həbləri, metamfetamin növündə psixotrop maddələr, şprislər, falqalar aşkar olunmuşdu. Onu və yanındakı digər şəxsləri Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Əməliyyat məlumatını Şahid1 əldə etmişdi. Təqsirləndirilən şəxs1 triyəkxana saxlaması barədə məlumat əvvəldən daxil olmuşdu. Saxlanılan şəxslər onlara qarşı hər hansı müqavimıt göstərməmiş, onlara saxlanılmaları zamanı hər hansı təzyiq göstərilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin əməkdaşları Şahid2, Şahid4, Şahid5 digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 2, iş vərəqləri 79, 71, 75) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, narkotik maddələr qəbul edir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 çoxdandır ki, tanıyır, onların hər ikisinin narkotik maddələr qəbul etdiyini bilir, onlar da onun narkotik maddələr qəbul etdiyini bilirlər. Fəxriyyədən pul müqabilində narkotik maddələr almış, pulu olmayanda isə onu vəziyyətdən çıxarmaq üçün Fəxriyyə ona narkotik maddələr vermişdir. Son 1 ayda Fəxriyyənin Niyaməddinlə birlikdə kirayədə yaşadıqları Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən 1 otaqlı evində görüşmüş, Fəxriyyədən pul müqabilində narkotik maddə almış, pulu olmayanda qaldığı evdə özünə qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı Rəşadla birlikdə Foxriyyogilə getmiş, orada Fəxriyyəyə 10 manat pul verib özünə qəbul etməyə 1 bükümdə heroin almış, həmin heroinin bir hissəsini Fəxriyyə ona şərait yaradaraq qaldığı otağında şprislə özünə qəbul etmişdir. Niyaməddin də Rəşada qəbul etməyə narkotik maddə vermiş, sonuncu da orada şprisdə narkotik vasitə heroinin hamısını özünə qəbul etmişdir. Həmçinin onlardan başqa Giilnarə adlı narkotik maddə aludəçisi də Fəxriyyənin qaldığı otaqda olmuş və Fəxriyyə Gülnarəyə də qəbul etməyə metamfetamin vermiş, Gülnarə də onun kimi şprisdə metamfetamini qəbul etmişdir. Onlar narkotik vasitələri qəbul etdikləri şprisləri Niyaməddin götürmüş, lakin haraya qoyduğunu o, görməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Fəxriyyənin evində olan zaman həyətdə Niyaməddini səsləmişlər, Niyaməddin çölə çıxmış və qarşına çıxan polis işçiləri özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin işçiləri olduqlarını, Niyaməddinin qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, kirayədə yaşadığı ünvanda saxlama, satışı ilə məşğul olma və yaşadıqları ünvanda narkotik və psixotrop maddələrin istehlakı üçün tiryəkxana saxlama ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə bağlı kirayədə yaşadığı ünvanda təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərarla tanış etmişlər və ünvanda baxış keçirilcəyini bildirmişlər, Niyaməddin kirayədə yaşadığı ünvanda baxış keçirilməsinə etirazı olmadığını və bununla bağlı ərizə də yaza biləcəyini bildirərək polis işçilərini evə dəvət etmişdir. Otağa daxil olduqda o, Gülnarə, Fəxriyyə və Rəşadı görmüşlər, Niyaınədin Fəxriyyənin qeyri-rəsmi nigahda yaşadığı qadın olduğunu, onların isə qonaq olduqlarını bildirmişdir. Niyaməddinə yaşadıqları otaqda cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi bildirilmişdir. Niyaməddin otaqda masanın üzərində olan qara qutunu açıb içərisindən 1 ədəd selofan bükümdə olan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində kakos, yəni heroin olduğunu bildirmiş, həmin bükümün içərisinə baxılanda heroin aşkar olunmuş, sonra həmin qara qutunun içərisindən həmçinin 5 ədəd 1 mq-lıq istifadə olunmuş şpris və 2 ədəd şüşə flakon aşkar edilmişdir. Bundan sonra Fəxriyyə masanın üzərində olan qara rəngli dəri materiallı qadın əl çantanın içərisindən uc hissəsi sapla bağlanmış 1 ədəd şəffaf selofanda olan bükümü çıxarıb limon duzu olduğunu və 1 ədəd şəffaf selofan bükümü çıxarıb içərisində "nəşə" olduğunu bildirmiş, həmin 1 ədəd şəffaf selofana baxılanda metamfetamin və digər 1 ədəd şəffaf selofanda isə qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra Fəxriyyənin əl çantasından ümumilikdə 66 manat pul aşkar olunmuşdur. Bundan sonra masanın üzərində olan qara rəngli üzlüklü Samsung markalı mobil telefonun Niyaməddin özünə, üzlıiksüz və ekran şüşəsi çatlamış Samsung markalı mobil telefonun isə Fəxriyyə özünə məxsus olduğunu bildirmişdir. Aşkar olunmuş həmin maddələrin kimdən və haradan əldə olunması soruşulduqda, Niyaməddin tanımadığı şəxsdən əldə etdiyini, Fəxriyyə isə "Esmira" şadlıq sarayının yaxınlığında Niyaməddinlə birlikdə tanımadığı şəxsdən öz istifadələri üçün əldə etdiyini bildirmişdir. Bundan sonra masanın üzərində üzərlərində narkotik və psixotrop maddələrin qalıqlarına bənzər maddələr olan 8 ədəd selofan və kağız kəsikləri aşkar olunmuşdur. Bundan sonra verilən suallara cavab olaraq Niyaməddin qara qutunun içərisindən aşkar olunmuş şprislərin onlara məxsus olduğunu bildirmiş və evdə olan Rəşad Niyaməddinin verdiyi narkotik maddələri həmin ünvanda zərdə çəkib qəbul etdiyini, Şahid6 və o isə Fəxriyyənin onlara verdiyi narkotik maddələri özləri ilə gətirdikləri iynə vasitəsilə həmin otaqda qəbul etdiklərini bildirmişlər. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, 1 bükümdə heroinin çəkisi olduğu bükümlə birlikdə 1,00 qram, 1 bükümdə metamfetamin olduğu bükümlə birlikdə 1,10 qram, 1 bükümdə qurudulmuş marixuana olduğu bükümlə birlikdə 8,61 qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün ayrı zərfə, 5 ədəd şpris, 8 ədəd selofan və kağız kəsikləri, 2 ədəd şüşə flakon digər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərflərin üzərində qeydlər aparılaraq tərəflərindən imzalanmışdır. Bundan sonra həmin otağa, sanitar qovşağa və mətbəxə keçirilən baxış zamanı cinayət xarakterli digər əşya, predmet aşkar olunmamışdır. Aşkar olunmuş Fəxriyyəyə və Niyaməddinə məxsus 2 ədəd Samsung markalı mobil telefonlar polis işçisi tərəfindən götürülmüşdür. Bundan sonra onları Sumqayıt polis idarəsinə gətirmişlər. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifələr izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X4 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümünü çıxarıb təqdim edərək içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli heç bir predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə olan həmin maddə elektron tərəzidə çəkilərək çəkisi 0,14 qram olmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq tərəflərindən imzalanmışdır. Verilən suallara cavab olaraq təxminən 6 ildir ki, narkotik maddələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş 1 bükümdə heroini tanışı Fəxriyyədən 10 manat müqabilində aldığını, həmin heroinin bir hissəsini Fəxriyyənin evində iynə vasitəsilə özünə qəbul etdiyini, qalan hissəsini isə növbəti dəfə qəbul etmək üçün üzərində saxladığını, əvəllər də Fəxriyyədən pul müqabilində və pulu olmadıqda vəziyyətdən çıxmaq üçün Fəxriyyədən pulsuz aldığını bildirmişdir. Fəxriyyə ilə Niyaməddinin evdə narkotik vasitələri harada saxlamasından məlumatı olmamışdır. Həmçinin onların narkotik vasitələrin satışı ilə bağlı da onlarla hər hansı bir razılaşması olmamışdır, sadəcə onların narkotik vasitələrin satışı ilə məşğul olmalarından və yaşadıqları evdə narkotik vasitələri istifadə etməyə şərait yaratmalarından məlumatı olduğu üçün həmin ünvana tanışı Rəşadla birlikdə getmiş və orada narkotik vasitə heroin qəbul etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamış, heç bir şikayət və tələbi yoxdur. (Cild 2, iş vərəqləri 55-58) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, narkotik və psixotrop maddələr qəbul edir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 çoxdandır ki, tanıyır, onların hər ikisinin narkotik maddələr qəbul etdiyini bilir, onlar da onun narkotik maddələr qəbul etdiyini bilirlər. Fəxriyyə üçün evində təmizlik işləri görmüş, Fəxriyyə də onu vəziyyətdən çıxarmaq üçün ona narkotik və psixotıop maddələr vermişdir. Son 1 ayda Fəxriyyənin Niyaməddinlə birlikdə kirayədə yaşadıqları Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən 1 otaqlı evində görüşmüş, Fəxriyyə ona narkotik və psixotrop maddələr vermiş, o da həmin maddələri Fəxriyyənin qaldığı evdə gündə 2-3 dəfə özünə qəbul etmişdir. xx.xx.2024-cii il tarixdə axşam saatlarında tanışı Fəxriyyəgilə getmiş, orada Fəxriyyə ev işləri görməyi üçün ona 1 bükümdə metamfetamin vermişdir. Həmin metamfetminin bir hissəsini Fəxriyyə ona şərait yaradaraq qaldığı otağında şprislə özünə qəbul etmişdir. Həmçinin ondan başqa Nahidə və Rəşad adlı şəxslər də narkotik maddə aludəçiləri də Fəxriyyənin qaldığı otaqda olmuşlar. Nahidə Fəxriyyəyə 10 manat pul verib bir bükümdə narkotik vasitə heroin almış, həmin heroindən şprislə özünə qəbul etmiş, Niyaməddin Rəşada da qəbul etməkdən ötrü narkotik vasitə heroin vermiş, sonuncu da həmin evdə narkotik vasitə heroini şprisdə qəbul etmişdir. Onlar narkotik vasitələri qəbul etdikləri şprisləri Niyaməddin götürmüş, lakin haraya qoyduğunu görməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Fəxriyyənin evində olan zaman həyətdə Niyaməddini səsləmişlər, Niyaməddin çölə çıxmış və qarşına çıxan polis işçiləri özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin işçiləri olduqlarını Niyaməddinin qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, kirayədə yaşadığı ünvanda saxlama, satışı ilə məşğul olma və yaşadıqları ünvanda narkotik və psixotrop maddələrin istehlakı üçün tiryəkxana saxlama ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə bağlı kirayədə yaşadığı ünvanda təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərarla tanış etmişlər və ünvanda baxış keçiriləcəyini bildirmişlər, Niyaməddin kirayədə yaşadığı ünvanda baxış keçirilməsinə etirazı olmadığını və bununla bağlı ərizə də yaza biləcəyini bildirərək polis işçilərini evə dəvət etmişdir. Otağa daxil olduqda o. Nahidə, Fəxriyyə və Rəşadı görmüşlər, Niyamədin Fəxriyyənin qeyrirəsmi nigahda yaşadığı qadın olduğunu, onların isə qonaq olduqlarını bildirmişdir. Niyammədinə yaşadıqları otaqda cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi bildirilmişdir. Niyaməddin otaqda masanın üzərində olan qara qutunu açıb içərisindən 1 ədəd selofan bükümdə olan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində kakos, yəni heroin olduğunu bildirmiş, həmin bükümün içərisinə baxılanda heroin aşkar olunmuş, sonra həmin qara qutunun içərisindən həmçinin 5 ədəd 1 mq-lıq istifadə olunmuş şpris və 2 ədəd şüşə flakon aşkar edilmişdir. Bundan sonra Fəxriyyə masanın üzərində olan qara rəngli dəri materiallı qadın əl çantanın içərisindən uc hissəsi sapla bağlanmış 1 ədəd şəffaf selofanda olan bükümü çıxarıb limon duzu olduğunu və 1 ədəd şəffaf selofan bükümü çıxarıb içərisində "nəşə" olduğunu bildirmiş, həmin 1 ədəd şəffaf selofana baxılanda metamfetamin və digər 1 ədəd şəffaf selofanda isə qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra Fəxriyyənin əl çantasından ümumilikdə 66 manat pul aşkar olunmuşdur. Bundan sonra masanın üzərində olan qara rəngli üzlüklü Samsung markalı mobil telefonun Niyaməddin özünə, üzlüksüz və ekran şüşəsi çatlamış Samsung markalı mobil telefonun isə Fəxriyyə özünə məxsus olduğunu bildirmişdir. Aşkar olunmuş həmin maddələrin kimdən və haradan əldə olunması soruşulduqda, Niyaməddin tanımadığı şəxsdən əldə etdiyini, Fəxriyyə isə "Esmira" şadlıq sarayının yaxınlığında Niyaməddinlə birlikdə tanımadığı şəxsdən öz istifadələri üçün əldə etdiyini bildirmişdir. Bundan sonra masanın üzərində üzərlərində narkotik və psixotrop maddələrin qalıqlarına bənzər maddələr olan 8 ədəd selofan və kağız kəsikləri aşkar olunmuşdur. Bundan sonra verilən suallara cavab olaraq Niyaməddin qara qutunun içərisindən aşkar olunmuş şprislərin onlara məxsus olduğunu bildirmiş və evdə olan Rəşad Niyaməddinin verdiyi narkotik maddələri lıəınin ünvanda zərdə çəkib qəbul etdiyini, o və Nahidə isə Fəxriyyənin onlara verdiyi narkotik maddələri özləri ilə gətirdikləri iynə vasitəsilə həmin otaqda qəbul etdiklərini bildirmişlər. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, 1 bükümdə heroinin çəkisi olduğu bükümlə birlikdə 1,00 qram, 1 bükümdə metamfetamin olduğu bükümlə birlikdə 1,10 qram, 1 bükümdə qurudulmuş marixuana olduğu bükümlə birlikdə 8,61 qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün ayrı zərfə, 5 ədəd şpris, 8 ədəd selofan və kağız kəsikləri, 2 ədəd şüşə flakon digər zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərflərin üzərində qeydlər apardaraq tərəflərindən imzalanmışdır. Bundan sonra həmin otağa, sanitar qovşağa və mətbəxə keçirilən baxış zamanı cinayət xarakterli digər əşya, predmet aşkar olunmamışdır. Aşkar olunmuş Fəxriyyəyə və Niyaməddinə məxsus 2 ədəd Samsung markalı mobil telefonlar polis işçisi tərəfindən götürülmüşdür. Bundan sonra onları Sumqayıt polis idarəsinə gətirmişlər. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X4 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümünü çıxarıb təqdim edərək içərisində metamfetamin olduğunu bildirmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli heç bir predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Verilən suallara cavab olaraq təxminən 4 ildir ki, psixotrop maddələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş 1 bükümdə metamfetamini tanışı Fəxriyyənin ona pulsuz verdiyini, həmin metamfetaminin bir hissəsini Fəxriyyənin evində iynə vasitəsilə özünə qəbul etdiyini, qalan hissəsini isə növbəti dəfə qəbul etmək üçün üzərində saxladığını, əvvəllər də Fəxriyyənin ona vəziyyətdən çıxmaq üçün pulsuz həmin maddələrdən verdiyini və Fəxriyyənin yaşadığı otaqda özünə qəbul etdiyini, gündə 2-3 dəfə qəbul etdiyini bildirmişdir. Ondan aşkar olunaraq götürülmüş 1 bükümdə olan həmin maddə elektron tərəzidə çəkilərək çəkisi 0,10 qram olmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq tərəflərindən imzalanmışdır. Fəxriyyə ilə Niyaməddinin evdə narkotik vasitələri harada saxlamasından məlumatı olmamışdır. Həmçinin onların narkotik vasitələrin satışı ilə bağlı da onlarla hər hansı bir razılaşması olmamışdır, sadəcə onların narkotik vasitələrin satışı ilə məşğul olmalarından və yaşadıqları evdə narkotik vasitələri istifadə etməyə şərait yaratmalarından məlumatı olduğu üçün həmin ünvana getmiş və orada narkotik vasitə heroın qəbul etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamış, heç bir şikayət və tələbi yoxdur. (Cild 2, iş vərəqləri 51-53) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 06 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins gödəkcəsinin sağ yan cibindən 05 ədəd üzərində «Methadone 40» yazısı olan narkotik vasitə metadon həbləri, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd borucuq halında 1 manatlıq pul əskinazı və gödəkcəsinin sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 59-60) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 35-37) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi və götürmə barədə” 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 3 ünvanın baxış keçirilmiş, otağa daxil olduqda 3 qadın və 1 nəfər oğlanın olması müşahidə olunur, sorğu zamanı qadınlar özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs2, Şahid7, Şahid6, oğlan isə X5 olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 onun qeyri-rəsmi nigahda yaşadığı qadın olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı otaqda cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməsi bildirildikdə, otaqda masanın üzərində olan qara qutunu açıb içərisindən 1 ədəd selofan bükümdə olan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində kakos, yəni heroin olduğunu bildirmiş, sonra həmin qara qutunun içərisindən həmçinin 5 ədəd 1 mq-lıq istifadə olunmuş şpris və 2 ədəd şüşə flakon aşkar edilmişdir Bundan sonra Təqsirləndirilən şəxs2 masanın üzərində olan qara rəngli dəri materiallı qadın əl çantasının içərisindən uc hissəsi sapla bağlanmış 1 ədəd şəffaf selofanda olan bükümü çıxarıb limon duzu olduğunu və 1 ədəd şəffaf selofan bükümü çıxarıb içərisində "nəşə" olduğunu bildirir, həmin 1 ədəd şəffaf selofana baxılanda ağ rəngli kristallik formada psixotrop maddə metamfetaminə bənzər və digər 1 ədəd şəffaf selofanda isə yaşıl rəngli quru bitki kütlə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Bundan sonra masanın üzərində olan qara rəngli üzlüklü “Samsung” markalı mobil telefonun Bundan sonra masanın üzərində üzərlərində narkotik və psixotrop maddələrin qalıqlarına bənzər maddələr olan 8 ədəd sellofan və kağız kəsikləri aşkar olunmuşdur. Aşkar olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus 2 ədəd Samsung markalı mobil telefonlar da iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (Cild 1, iş vərəqləri 12-14) Şəxsi axtarış keçirilməsi haqqında” 05 yanvar 2024-cü il tarixli və 06 yanvar 2024cü il tarixli, həmçinin “baxış keçirilməsi və götürmə barədə” 05 yanvar 2024-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və həmin videogörüntülərin əks olunduğu disklərə bilavasitə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, şəxsi axtarış və baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 2, iş vərəqləri 92-93) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «Samsung» markalı mobil telefona və mobil telefonun «Vatsapp» tətbiqinə baxış keçirilən zaman «ZEHRA» adlı +**********24 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 arasında bir çox narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair yazışmaları və səs yazılarının olması, o cümlədən narkotik vasitənin fotoşəkili aşkar olunmuşdur. (Cild 2, iş vərəqləri 102) Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cii il tarixli qərarından görünür ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən məhkəmə qərarı olmadan Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanında əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar və onun əsasında aparılmış tədbirlər qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqləri 153-154) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 06 yanvar 2024-cü il tarixli, 3-16-16-2-7/14 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «vət.Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan...» yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 7,10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 150-153) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/22 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan 6 (altı) ədəd zərfdə, üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş....” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,690 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,798 qram qəhvəyi rəngli tozşəkilli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş....” yazısı və imzalar olan zərfdəki 8 (səkkiz) ədəd kağız və polietilen kəsiklərinin üzərində və 5 (beş) ədəd 1 mllik şprislərin içərisində narkotik vasitə olan - heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Həmin zərfdə olan 2 (iki) ədəd şüşə flakonların içərisində narkotik vasitələrə və psixortop maddələrə məxsus izlər yoxdur. Üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,177 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş..” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,140 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,749 qram qəhvəyi rəngli tozşəkilli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddə narkotik vasitələrə, psixotrop güclü təsir edən və zəhərli maddələrə aid deyildir, 5 (beş) ədəd kəsilmiş konvalyutda üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli həblərdir və 5 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,2 qramdır (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), bir ədəd boru şəkilli formada olan 1 manatlıq pul əksinazın üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Üzərində “Şahid7 üzərindən aşkar edilərək götürülmüş...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,058 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində “Şahid6 üzərindən aşkar edilərək götürülmüş..” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,031 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdəki heroin və Şahid7 üzərindən aşkar edilmiş heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyndirlər. Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetamin, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş metamfetamin və Şahid6 aşkar edilmiş metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyndirlər. Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götütiilmüş kağız və polietilen kəsiklərində, sprislərdə, eləcədə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş boruşəkilli formalı 1 manatlıq pul əskinazın üzərində olan heroin iz şəklində olduğu üçün, təqdim edilmiş bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub- olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş metadon həbləri xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. (Cild 1, iş vərəqləri 180-188) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2024-cü il tarixli, 2299 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "narkotkik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.3-cü bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs2 hamilə qadınlara və südəmər uşaqlara məcburi müalicə tətbiq edilməməsi ilə əlaqədar olaraq ona Narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 124-125) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2024-cü il tarixli, 431 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 120-121) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 06 yanvar 2024-cü il tarixli, 14 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (Cild 2, iş vərəqləri 106-108) Məhkəmə-tibbi ekspertizasının 06 yanvar 2024-cü il tarixli, 10 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (Cild 2, iş vərəqləri 115-117) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı narkotik vasitə heroinin 0,207 qram qalığı, psixotrop maddə metamfetaminin 0,741 qram qalığı, narkotik vasitə metadon həblərinin 5 ədəd qalığı, narkotik vasitə qurudulmuş marixuananın 7,05 qram qalığı, 08 ədəd kağız və polietilen kəsikləri, 05 ədəd 1 ml-lik şprislər, 01 ədəd boru şəkilli formada üzərində narkotik vasitə heroinin izləri olan 1 manatlıq pul əksinası, 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 05 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 159- 183) Məhkəmə, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmaları, narkotik vasitələrin satışı ilə məşğul olmamaları və tiryəkxana yaratmamaları ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini daha obyektiv və işin hallarına uyğun olan ifadələr kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin özlərinin və bir-birilərinin müdafiələri üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxslərin narkotik vasitələrin satılmasına və yayılmasına yönəlmiş hərəkətləri ehtiva edən kifayət qədər dəlillərin olması, eləcə də narkotik vasitələrin satılması ilə bağlı da sübutların olması onların ümumilikdə məqsədlərinin satışla bağlı olmasının aşkar təzahürüdür. Məhkəmə yekun qərar – ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.1 və 238.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 238.2.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə informasiya sistemində olan məlumatlardan və cinayət işinin materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində biri serebral iflic xəstəliyindən əziyyət çəkməklə üç azyaşlı uşağı vardır. Bundan başqa, Təqsirləndirilən şəxs2 himayəsində 4 azyaşlı uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin himayələrində azyaşlı uşaqlarının olmasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavablarından və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcıllısinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci madəsinə əsasən qəti olaraq 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə cəzanın çəkilməsi təxirə salınmış, Bakı şəhəri Nizami rayon məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 05 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5, 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 05 il 03 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (Cild 2, iş vərəqləri 35-39) Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədiyindən o hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 05 mart 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti qəti cəza müddətindən çıxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 05 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Sumqayıt şəhər məhkəməsinin 07 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 01 may 2024-cü il tarixli qərarları ilə onların barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 05 mart 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəlki iş üzrə tutulduğu 01 gün, 28 sentyabr 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 gün olmaqla cəmi 03 gün, eləcə də 30 sentyabr 2022-ci il tarixdən 28 dekabr 2022-ci il tarixədək, 17 oktyabr 2023-cü il tarixdən 05 yanvar 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 05 ay 17 gün, ümumilikdə isə 05 ay 20 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun qəti cəza müddətinə hesablanmaqla çıxılmışdır. (Cild 1, iş vərəqləri 239-244, 253-258; Cild 2, iş vərəqləri 126-134) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 tutulduğu, həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 05 ay 20 gün müddət ona təyin edilən qəti cəza müddətinə hesablanmaqla çıxılmalı və təqsirləndirilən şəxslərin hər ikisinə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilərkən onun hal-hazırda hamilə və südəmər uşağı olan ana olmadığı nəzərə nəzərə alınmalıdır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 0,207 qram çəkidə narkotik vasitə heroinin, 0,741 qram çəkidə psixotrop maddə metamfetamin, 5 ədəd narkotik vasitə metadon həbləri, 7,05 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 08 ədəd kağız və polietilen kəsikləri, 05 ədəd 1 ml-lik şprislər, 01 ədəd boru şəkilli formada üzərində narkotik vasitə heroinin izləri olan 1 manatlıq pul əksinası məhv edilməlidir. 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarından birinə qaytarılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş 05 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 96 manat məbləğində, Təqsirləndirilən şəxs2 96 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 238.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.2.1-ci maddəsi ilə 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 05 mart 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 05 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs2 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 digər iş üzrə tutulduğu 01 gün, 28 sentyabr 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 gün olmaqla cəmi 03 gün, eləcə də 30 sentyabr 2022-ci il tarixdən 28 dekabr 2022-ci il tarixədək, 17 oktyabr 2023-cü il tarixdən 05 yanvar 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 05 ay 17 gün, ümumilikdə isə 05 ay 20 gün müddət müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) il 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 238.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.2.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbi edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 0,207 qram çəkidə narkotik vasitə heroinin, 0,741 qram çəkidə psixotrop maddə metamfetamin, 5 ədəd narkotik vasitə metadon həbləri, 7,05 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 08 ədəd kağız və polietilen kəsikləri, 05 ədəd 1 ml-lik şprislər, 01 ədəd boru şəkilli formada üzərində narkotik vasitə heroinin izləri olan 1 manatlıq pul əksinası məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarından birinə verilsin, cinayət işinin materiallarına əlavə edilmiş 05 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 96 (doxsan altı) manat məbləğində, Təqsirləndirilən şəxs2 96 (doxsan altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin