Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-609/2024 23.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X12 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikası, Gorus rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, 7 nömrəli yataqxanada qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni qəsdən digər şəxsi həyatdan məhrum etmişdir. Belə ki, o, əvvəllər sərxoş vəziyyətdə olarkən anası Zərərçəkmiş şəxs pul istəyib sonuncu ona pul verməkdən imtina edərək onun pis uşaqlara qoşulduğunu bildirməsi və yeni ölmüş atasının ünvanına nalayiq söyüşlər etməsi səbəbindən qisas almaq niyyəti ilə anasını öldürmək qərarına gəlmiş, bu məqsədlə 03 fevral 2024-cü il tarixdə saat 11:00 radələrində anasının yaşadığı ünvan 2 ünvanına gəlib mənzilin qonaq otağında sonuncunun 18 avqust 2007-ci il təvəllüdlü nəvəsi Şahid2 gözü qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edərək üzərində gətirdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə onun boynunun sağ yan yuxarı hissəsinin dəri və dərialtı toxumanı zədələyən 01 (bir) ədəd, boynun ön səthinin sol yan aşağı hissəsinin boyun damarlarını zədələməyən 01 (bir) ədəd, döş qəfəsinin daxilə keçməyən 03 (üç) ədəd sağlamlığa yüngül zərərvurmaya aid olan, boynun sol yan aşağı arxa hissəsinin körpücükaltı arteriya və yuxu arteriyasını zədələyən 01 (bir) ədəd, qarnın qarın boşluğuna keçən 02 (iki) ədəd yarası ilə nəticələnən yetirildiyi anda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid qanitirmədən ölümünə səbəb olan ümumilikdə 08 (səkkiz ) ədəd xəsarət yetirərək öldürmə prosesində müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib əzab və işgəncə verdiyini dərk edərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina etdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaqdakş ifadəsində bildirmişdir ki, xx xxxxxx 1983-cü il tarixdə Ermənistan Respublikası, Gorus rayonu, Ağbulaq kəndində anadan olmuşdur. 1989-cu ildən etibarən hazırki vaxta kimi Sumqayıt şəhərində yaşayır. 2001-ci ildə Sumqayıt şəhəri 28 saylı orta məktəbin 11-ci sinifini bitirmiş, hərbi xidmətdə olmamışdır. Məktəbi bitirdikdən sonra fəhlə kimi fəaliyyət göstərmişdir. 2013-ci ildə X2 ilə ailə həyatı qurmuş, bu nikahdan 2014-ci il təvəllüdlü Hüseyn, 2016-ci ildə Ayşə adlı övladı dünyaya gəlmişdir. Əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məhkumluğu olmuşdur. Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır, şizofreniya xəstəliyindən əziyyət çəkir. 2013-cü ildə ailə həyatı qurduqdan sonra arvadı Məstidə və anası Qəşəngül ilə birlikdə ünvan 3 ünvanında yaşamağa başlamışdır. İlk vaxtlar ailə münasibətləri yaxşı olsa da, sonralar onun psixi problemləri yarandığından Mənsudə ilə aralarında tez-tez münaqişələr olmuş, buna görə də arvadı 2016-cı ildə övladlarını da götürərək Hacıqabul rayonunda yerləşən ata evinə getmişdir. Mənsudədən rəsmi olaraq boşanmışdır. Mənsudə onu tərk etdikdən sonra anası ilə birlikdə yaşamışdır. Mənsudənin övladlarını da götürüb ata evi Hacıqabul rayonuna getməsi ona çox pis təsir etmişdir. O, həmin vaxtdan etibarən hər gün spirtli içki qəbul edərək yaşadığı evə gec gəlməyə başlamış, anası hər dəfə onu danlayaraq pis vərdişlərə qurşandığını və düzgün olmayan insanlarla oturub durduğunu deyərək tənbeh etmişdir. O, hər gün spirtli içki qəbul edərək evə gəldiyinə, spirtli içki təsiri altında hər xırda məsələyə görə söz-söhbət yaratdığına görə Qəşəngül onunla birlikdə qalmaq istəməmiş, buna görə də tez-tez Sevilin yaşadığı ünvan 2 ünvana getmişdir. Atası Əvəz 2022-cü ilin ortalarında ölmüşdür. Qəşəngül əvvəllər ona tez-tez pul verib, hər qayğısı ilə maraqlansa da son zamanlar soyuq davranmağa başlamışdır. 03 fevral 2024cü il tarixədək bir neçə dəfə sərxoş vəziyyətdə gec saatlarında evə gəlib anası Qəşəngüldən pul istəsə də sonuncu pul verməkdən imtina edərək onun pis uşaqlara qoşulduğunu söyləyib yeni ölmüş atasının ünvanına nalayiq söyüşlər söymüşdür. Bu hal bir neçə dəfə təkrarlandığından anasını qisas almaq niyyəti ilə öldürmək qərarına gəlmişdir. Qəşəngülün pul verməkdən imtina etməsi deyil, bir neçə dəfə ona pis uşaqlara qoşulduğunu deyib yeni ölmüş atasının ünvanına nalayiq söyüşlər söyməsi ona pis təsir etmişdir. Belə ki, o, arada fəhləlik edərək gündəlik xərclərini qarşılamış, pula ehtiyacı olmamışdır. 03 fevral 2024-cü il tarixdə saat 10:00 radələrində anasını öldürmək məqsədilə yaşadığı evdən mətbəx bıçağını götürüb rəngli paketə qoyaraq ünvan 2 ünvanına getmişdir. O, saat 11:00 radələrində qapını döymüş, qısa vaxt ərzində qapını Qəşəngül açmışdır. O, Qəşəngülə səninlə işim var deyib birlikdə mənzilin qonaq otağına keçmişlər, qonaq otağının qapısını örtmüş, lakin açarla bağlamamışdır. Qəşəngül ona iradını bildirərək həmişə məni öpərdin lakin indi öpmədin demiş, daha sonra oturmağı təklif etdikdə o, tələsdiyini və qısa müddətdə söhbət edib gedəcəyini demişdir. O, anasından nə üçün onun pis uşaqlara qoşulduğunu söyləyib yeni ölmüş atasının ünvanına nalayiq söyüşlər söydün deyə soruşduqda sonuncu əsəbi olduğunu demişdir. Bundan sonra rəngli paketdən özü ilə gətirdiyi qatlanmayan tipli bıçağı götürmüş, ilk öncə anasının qışqırmamağı üçün əli ilə ağzını tutmuş, daha sonra əlini bıçağa ataraq ilk öncə qarın nahiyəsinə vurmuşdur. Bıçaqla anasının boğazını kəsmək istədikdə sonuncu buna mane olduğu üçün məqsədinə çata bilməmişdir. Bunu görüb onun boyun və boğaz nahiyəsinə bıçaqla zərbələr endirməyə başlamış, Qəşəngül həmin zərbələrin təsirindən yerə yıxılmış, yerdə də boğaz nahiyəsinə iki bıçaq zərbəsi vurmuşdur. Qəşəngülün yerdə olarkən boğaz nahiyəsinə vurduğu iki bıçaq zərbəsinin səsinə bacısı qızı Aytən gəlmişdir. Aytən bıçağı onun əlindən almaq üçün üzərinə gəlmiş lakin qorxub ondan uzaqlaşmışdır. O, daha sonra mənzildən çıxaraq hadisə yerini tərk etmişdir. Qəşəngül ona müqavimət göstərərkən bıçaq sol əlini kəsmiş, əlinin kəsilməsi öz ehtiyatsızlığından olmuş, xəsarət almağı ilə bağlı kimsədən şikayət və tələbi yoxdur. Bir müddəi sonra küçədə gəzərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Zərərçəkmiş şəxs 03 fevral 2024-cü il tarixdə bıçaqla vurmaqda məqsədi sonuncunu öldürmək olmuşdur. Zərərçəkmiş şəxs yerdə olarkən bıçaqla vurmağını Aytən və Elza görmüşdür. Hadisə zamanı əynində qara rəngli şalvar, açıq qəhvəyi rəngli gödəkçə, boğazında qara rəngli üzərində naxışları olan şərf, boz rəngli uzunqol köynək olmuşdur. Qəşəngülün üzərində hansı paltarlar olmağı yadında deyil, hadisə vaxtı sonuncunun qanı onun üzərinə düşməmişdir. Qəşəngül ilə aralarındakı mübahisə 5-6 dəqiqə davam etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra təqsriləndiirlən şəxs həmin ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o, hadisənin birbaşa şahidi olmayıb. 03 fevral 2024-cü ildə təxminən saat 10-11 radələrində evdən çıxaraq işə gedib, yolda olarkən qayınanası Şahid3 ona zəng edərək qardaşı Mübarizin anası Qəşəngülü bıçaqlayaraq öldürdüyünü deyib. O, evə gəldikdə anasının qonaq otağında almış olduğu bıçaq xəsarətlərindən qan içərisində yerdə uzandığını görüb. Təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o hadisənin şahidi olmayıb, 03 fevral 2024-cü il tarixdə, saat 11:00 radələrində qardaşı oğlu Cavid ona zəng edərək dayısı Mübarizin Qəşəngülü bıçaqlayaraq öldürdüyünü deyib və o, evə gəldikdə Qəşəngülün almış olduğu bıçaq xəsarətlərindən qan içərisində yerdə uzandığını görüb. Qəşəngül ilə Mübariz arasında bir neçə dəfə mübahisə olması barədə eşidib, lakin həmin mübahisələrin səbəbi barədə məlumatı yoxdur. Sonradan anası Elza ona Qəşəngülü Mübarizin öldürdüyünü deyib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, hadisə baş verən günü səhər saat 10-un yarısı o, qardaşı və nənəsi evdə yatdıqları vaxt qapı döyülüb. Qapını nənəsi Qəşəngül açıb. O, otaqdan dayısı Mübarizin “keç içəri, səninlə işim var” dediyini eşidib. Daha sonra o, qapının arasından dayısı Mübariz və nənəsi Qəşəngülün otağa keçib oturduqlarını görüb, yatmaq üçün otağına qayıdıb. Bir müddət sonra nənəsinin səsinə oyanıb otağa keçəndə Mübarizin nənəsini oturduğu yerdə boğduğunu görüb, daha sonra dayısı nənəsini yerə yıxıb və boğmasını və əlində bıçaq olmasını görüb. O, dayısının əlindən bıçağı almağa çalışsa da, qorxduğu üçün geri çəkilib, bu zaman ona heç bir xəsarət yetirilməyib. Dayısı nənəsini ağzı aşağı tutaraq bıçağı onun boğazına tutub. Bu zaman o, otaqdan kömək çağırmaq üçün çıxıb. Geri qayıdanda dayısının bıçaqla nənəsinin bədənin müxtəlif nahiyələrinə vurduğunu görüb. Bundan sonra dayısı evin qapısını çırpıb çıxıb gedib. Şahid2 verilən suallara cavab olaraq bildirdi ki, o, dəfələrlə nənəsini vurmasın deyə dayısına yalvarsa da, dayısı onu eşitməyib. Dayısı əvvəllər də nənəsini incidib, sözlə mübahisələri olub. Məhkəmədə iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun məhkəmədə dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 03 fevral 2024-cü il tarixdə saat 11:00 radələrində bacısı oğlu Cavid ona zəng edərək Mübarizin anası Qəşəngülü bıçaqlayaraq öldürdüyünü deyib. O, evə gələndə polislər evdə olublar, daha sonra anasının meyidini görüb. Sonradan öyrənib ki, Mübariz bacısının evinə gəlib, qapını Qəşəngül açıb, onlar qonaq otağına keçərək qapını örtüb, Mübariz özü ilə gətirdiyi bıçaqla Qəşəngülün boğazına və digər nahiyələrinə vurmaqla öldürüb. Qardaşı Mübarizin psixi problemləri olduğundan dispanserdə qeydiyyatdadır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 03 fevral 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri olan ünvan 2 ünvanda Zərərçəkmiş şəxs meyiti aşkar olunduğundan meyit daxili müayinədən keçirilməsindən ötrü Sumqayıt şəhər meyitxanasına göndərilmiş, həmçinin hadisə yerində aşkar edilmiş qanabənzər ləkələr pambıq tampona hopdurulmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 03 fevral 2024-cü il tarixli meyitə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus sviter, don, jaket, gecə köynəyi, tuman, 01 cüt corab müvafiq qaydada götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 17 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Boynun sol yan aşağı arxa hissəsinin, boynun və başın qayış əzələlərinin, körpücükaltı arteriyanın və venanın, yuxu arteriyasını zədələyən bıçaq yarası, boynun sağ yan yuxarı hissəsinin dəri və dərialtı toxumanı zədələyən yarası, boynun ön səthinin, sol yan aşağı hissəsinin boyun damarlarını zədələməyən yarası, döş qəfəsinin daxilə keçməyən 03 ədəd yarası, qarnın 02 ədəd daxilə keçən daxili orqanları zədələməyən yarası. Qeyd olunan xəsarətlər həyatidir, ülgücü və küpü olan deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın təsirindən törənmişdirlər, törənmə müddəti xx.xx.2024-ci il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boynun sol yan aşağı arxa hissəsinin, körpücükaltı arteriyanın və venanın, yuxu arteriyasnı zədələyən bıçaq yarası nəticəsində baş vermiş qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 195 saylı rəyindən aörünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarət aşkar edilmişdir: sol əlin ovuc səthinin yarası. Qeyd olunan xəsarət kəsici kənarlı alətlə, ola bilsin ki, özü tərəfindən bıçaqla yetirilmişdir, müddəti müayinədən 1 gün qədər olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL, zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi-kriminalistik ekspertizasının 02 aprel 2024-cü il tarixli, 107/MTKŞ-2024 №li rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs məxsus donun ön səthinin sol yarısında; jaketin ön səthinin sol yarısının aşağı hissəsində, ön səthinin sol yarısında, ön səthinin sağ yarısının yuxarı hissəsində, arxa səthinin sağ yarısının yuxarı hissəsində, sağ qolunun arxa səthinin aşağı hissəsində; uzunqol koftanın ön səthinin sol yarısında və ön səthinin yuxarı hissəsində; gecə köynəyinin ön səthinin yuxarı hissəsində çoxsaylı deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus tumanın, retuzun və bir cüt corabın üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcənin, şalvarın, uzunqol koftanın və şarfın üzərində zədə aşkar edilməmişdir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi mərhum Zərərçəkmiş şəxs məxsus paltarlardan: donun və jaketin üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fıziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir, koftanın üzərindəki ləkələrdən ön və arxa səthində, hər iki qolun üzərində faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir, koftanın arxa səthində olan olan əksər ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fıziki-kapilyarlıq bir ləkə qan mənbəyi ilə (qanlı səthlə) səthi statik və dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkədir, gecə köynəyinin ön və arxa səthinin yuxarı hissəsində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fıziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir, gecə köynəyinin ön səthinin aşağı hissəsində və arxa səthində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt və dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir, tumanın və bir cüt corabın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkədir. Təqsirləndirilən şəxs məxsus paltarlardan gödəkcənin ön səthinin sağ yarısında olan ləkələr qan mənbəyindən (qanlı səthdən) öz ağırlığı ilə az hündürlükdən düşən damcı və qan mənbəyinə əlavə kinetik enerji verilməklə əmələ gəlmiş sıçrantı xarakterli ləkələrdir, gödəkcənin ön səthinin sol sərbəst kənarı üzərində, astar səthinin sol yarısında, sol qolunun üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt və dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir, gödəkcənin arxa səthinin sağ yarısında olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt nəticəsində əmələ gəlmiş ləkələrdir, şalvarın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt əmələ gəlmiş ləkələrdir, koftanın ön səthində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fızikikapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma və dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir, koftanın arxa səthinin sağ yarısında azad kənarı üzərində olan ləkə qan mənbəyi ilə (qanlı səthlə) səthi statik kontakt əmələ gəlmiş ləkədir, şərfin üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fıziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Bıçağın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə məhkəmə-tibbi-bioloji ekspertizasının 15 mart 2024-cü il tarixli, 140/2024-MTBŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus sviter, don, jaket, gecə köynəyi, tuman. 01 cüt corab. Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkçə, şərf, köynək və hadisə yerindən götürülmüş 01 ədəd çubuqlu pambıq tampon üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız "H" antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri əgər sonuncuda qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa, O(1) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs qızma və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kalqotka üzərində olan ləkədə qan aşkar olunmamışdır. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin yaranma müddəti, qanın canlı və ya meyitin qanından əmələ gəlməsi barədə fikir söyləmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik ekspertiza mərkəzi tərəfindən verilmiş 02 mart 2024-cü il tarixli, 595 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Mübariz Əvəz oğlu qərarın təsviri hissəsində göstərilən əməlini törədərkən hirslilik yaranmışdır. Mübariz Əvəz oğlu cinayət törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirtməmişdir. İş materiallarından görünür ki, 03 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən onun üzərində hadisə zamanı olan paltarlar - bir ədəd qara rəngli şalvar, bir ədəd açıq qəhvəyi rəngli gödəkçə, bir ədəd boğazında qara rəngli üzərində naxışlar olan şərf, bir ədəd boz rəngli uzunqol köynək və Zərərçəkmiş şəxs öldürdüyü bir ədəd qatlanmayan, tiyəsi gümüşü rəngli bıçaq müvafiq qaydada götürülmüşdür. İş materiallarından görünür ki, hadisənin izlərini əks etdirib iş üçün əhəmiyyət kəsb etdiyindən mərhum Zərərçəkmiş şəxs məxsus sviter, don, jaket, gecə köynəyi, tuman, 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkçə, şərf, köynək, bir ədəd qatlanmayan tiyəsi gümüşü rəngli bıçaq, habelə hadisə yerinə baxış zamanı pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il və xx.xx.2015-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs azyaşlı uşaqları üçün məhkəmə qərarına əsasən təyin edilmiş alimenti ödəmək öhdəliyini yerinə yetirmədiyindən o, inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-216/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixədək 01 il 03 ay 01 gün hissəsini çəkmiş, cəzanın çəkilməmiş qalan hissəsi 01 ay 23 gün təşkil edir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin onun əvvəlki törətdiyi əmələ görə təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin təsiri altına düşür və yeni törətdiyi əməl cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarda göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bacısı qızının gözləri qarşısında Zərərçəkmiş şəxs 08 bıçaq zərbəsi yetirməsi, əzab və işgəncə verdiyini dərk edərək ona qarşı son dərəcədə qəddarlıq nümayiş etdirməsi onun əməlində qəsdən adam öldürmə cinayətinin tövsifedici tərkibi olan xüsusi amansızlığın mövcud olmasının aşkar təzahürüdür. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, digər sübutların məcmusu və işin faktiki halları öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etsə də, ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsinin dispazisiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin Məcəllənin 60.1-ci maddəsinin müddəaları ona tətbiq edilə bilməz. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşaq vardır, məhkəmə qətnaməsinə əsasən onların yetkinlik yaşına çatana qədər saxlanması üçün Təqsirləndirilən şəxs aliment tutulması qət edilmiş, lakin o, məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuş aliment borcunu ödəmədiyi üçün məhkəmə qərarına əsasən barəsində inzibati həbs seçilmişdir. Bu da Təqsirləndirilən şəxs uşaqlarının saxlanması üçün heç bir maddi köməklik göstərməmədiyi sübut edir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasına baxmayaraq, həmin halı onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici və şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 ay 23 gün hissəsi 26 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələrin (CM-nin 120.2.4) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 fevral 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 03 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər Prokurorluğunda saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus sviter, don, jaket, gecə köynəyi, tuman, 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkçə, şərf, köynək, bir ədəd qatlanmayan tiyəsi gümüşü rəngli bıçaq, pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı videoçəkilişin əks olunduğu 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 17 il 11 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 ay 23 günü 26 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Prokurorluğunda saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus sviter, don, jaket, gecə köynəyi, tuman, 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus şalvar, gödəkçə, şərf, köynək, bir ədəd qatlanmayan tiyəsi gümüşü rəngli bıçaq, pambıq tampona hopdurularaq götürülmüş qanabənzər ləkələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-609/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-609/2024
23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver