Məhkəmə qərarları › İş №1(124)-610/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-610/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-610/2024 22.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X10, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 10 avqust 1992-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “İnstaqram” sosial şəbəkəsi sistemində tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən “Əli” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu ilə 500 manat müqabilində, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qoyulan yerdən götürüb deyiləcəyi yerlərə qoymaqla satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, “Əli” adlı İran İslam Respublikası vətəndaşının bir qrup şəxs halında 20 yanvar 2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən avtovağzalın dayanacağının yanına qoyduğu külli miqdarda 1224,47 qram çəkidə qurudulmuş marixuananı, külli miqdarda 243,993 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 187,940 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 5 ədəd konvalyutda 50 ədəd təsiredici maddənin ümumi miqdarı 2 qram təşkil edən metadon həblərini götürüb satış məqsədi ilə qanunsuz əldə edərək daşımış, 59,47 qram qurudulmuş marixuananı, 22,636 qram psixotrop maddə metamfetamini, bir konvalyutda 10 ədəd olmaqla ümumi miqdarı 0,4 qram metadon təsiredici həblərini üzərində, 2 bükümdə 135,0 qram və 1030,0 qram, ümumi 1165,0 qram çəkidə qurudulmuş marixuananı, 221,357 qram psixotrop maddə metamfetamini, 187,940 qram narkotik vasitə heroini, 4 ədəd konvalyutda, ümumilikdə 40 ədəd olmaqla təsiredici maddənin ümumi miqdarı 1,6 qram olan metadon həblərini isə idarə etdiyi “Toyota Yaris” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamış, 25 yanvar 2024-cü il tarixdə saat 23:40 radələrində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq idarə etdiyi qeyd edilən avtomobildə Abşeron Rayon Polis İdarəsinə gətirilmiş və polis idarəsində 26 yanvar 2024-cü il tarixdə saat 01:20-dən saat 01:35-ə kimi üzərinə keçirilmiş şəxsi axtarış zamanı boz rəngli pencəyinin sol içəri cibindən bir ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada çəkisi 59,47 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, sağ içəri cibindən şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükümdə çəkisi 22,636 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində “Methadone 40” markalanma göstəricisi olan bir ədəd konvalyutda 10 ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı, bir həbdə 0,04 qram olmaqla, ümumi təsiredici maddənin miqdarı 0,4 qram təşkil edən metadon tərkibli həblər aşkar edilmiş, daha sonra əməliyyat tədbirinin davamı kimi həmin gün saat 01:55-dən saat 02:09-a kimi Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Yaris” markalı ** XN *** dövlət nömrə nişanlı avtomobilə keçirilən baxış zamanı isə avtomobilin yük hissəsindən rəngli sellofan torbanın içərisində açıq-sarı rəngli polietilen bağlamada 1 ədəd yaşıl rəngli polietilen torbada çəkisi 135,0 qram və 1 ədəd qara rəngli polietilen bağlamada çəkisi 1030,0 qram, ümumi çəkisi 1165,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə çəkisi 221,357 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə çəkisi 187,940 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində “Methadone 40” markalanma göstəricisi olan 4 ədəd konvalyutda, ümumilikdə 40 ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı, metadon tərkibli, təsiredici maddənin ümumi miqdarı 1,6 qram təşkil edən həblər və bir ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 yanvar 2024-cü il tarixdə saat 10-11 radələrində taksi sürücüsü kimi fəaliyyət göstərən zaman ona zəng daxil olmuş və o, həmin zəng əsasında dayısı ilə birlikdə Abşeron Rayon Polis İdarəsinin X19 getmişdir. Polis bölməsində onun avtomobilindən narkotik vasitə çıxdığını söyləmişlər. Həmin narkotik vasitə ona məxsus olmamışdır. Polis əməkdaşları ona təzyiq və təsir göstərmişlər. Həmin vaxt onun dayısını içəri buraxmamışlar və o, çöldə gözləmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, bir ilə yaxındır ki, heroin və metamfetamin istifadə edir. Həmin narkotik vasitələri iyləmə üsulu ilə qəbul edir. O, istifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən alırmış. Polis əməkdaşları 24 yanvar tarixdə səhər saatlarında ona zəng etmişlər və o, saat 17 radələrində X19 getmişdir. Onun istifadəsində ********** mobil nömrəsi olmuşdur. ********** mobil nömrəsi də ona məxsusdur. Polis bölməsinə gedərkən mobil nömrələr onun üzərində olmuşdur. O, polis bölməsinə “Toyoto Yaris” markalı avtomobillə getmişdir. Onu polis bölməsində Şahin müəllim qəbul etmişdir. Şahin müəllim onun dayısına zəng edərək rəisin onunla işi olduğunu bildirmiş və polis bölməsinə çağırmışdır. O da dayısı ilə birlikdə polis bölməsinə getmişdir. 24 yanvar tarixdə saat 11 radələrində Şahin müəllim, daha sonra isə Cavid müəllim ona zəng etmişlər. Polis əməkdaşları ona zəng etdikdən sonra dayısına zəng etmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuşdur. Həmin vaxt onun dişi qırılmışdır. O, 24 yanvar tarixində tutulmuş, çəkiliş də 24 yanvar tarixdə olmuşdur. Mobil nömrəsində ondan narkotik vasitə istəmələri ilə bağlı SMS-lər olmuşdur. Polis əməkdaşları 24 yanvar tarixdə əvvəlcə internet vasitəsi ilə, daha sonra isə onun mobil nömrəsinə zəng etmişlər. Polis əməkdaşları ona zəng etdikdən sonra dayısının yanına getmiş və dayısı ona zəng edilən nömrə ilə əlaqə saxlamışdır. Onlar saat 17 radələrində X19 getmişdir. X19 getdikdən sonra onları Abşeron Rayon Polis İdarəsinə göndərmişlər. Onu həm X17, həm də polis idarəsində döymüşlər. Onu döyən şəxslərin arasında Şahin müəllim olmuşdur. O, X17 heç bir sənədə imza çəkməmişdir. X19 getdikdə onu Şahin müəllim qarşılamış və rəisin yanına aparmışlar, dayısı isə çöldə qalmışdır. Polis bölməsində ona fiziki təsir göstərib hədə-qorxu gəlmişlər. Bir nəfər şəxs onu öz avtomobili ilə Abşeron Rayon Polis İdarəsinə aparmışdır. Onu gecə saat 1 radələrində polis idarəsinə aparmışlar. Birinci onun üzərinə, daha sonra isə avtomobilinə baxış keçirmişlər. Dayısı polis idarəsinə gəldiyini, amma onu içəri buraxmadıqlarını söyləmişdir. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərilərkən bir dişi qırılmışdır. Bədənində başqa xəsarətlər də olmuş, amma sonradan xəsarət izləri qalmamışdır. Onu müayinə etməmişlər. Dişinin sındığını bildirmiş və ona dərman vermişlər. Səhəri gün barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxmış, həmin vaxt hakim Sevinc xanım olmuşdur. O, hakimə narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşlarının ona fiziki təsir göstərdiklərini, həmin narkotik vasitəni boynuna qoyduqlarını bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onu Bakı İstintaq Təcridxanasına aparmışlar. Bakı İstintaq Təcridxanasında polis əməkdaşlarının onu döydüklərini, dişinin qırıldığını bildirmişdir. Prokurorluqda bu barədə araşdırma aparılmamışdır. Tibb eksperti gəlib onu görməmişdir. Şahin və Cavid adlı polis əməkdaşlarını əvvəldən tanıyırmış və həmin şəxslərlə heç bir düşmənçilik və ədavəti olmamışdır. Polis əməkdaşlarından biri onu həbsə göndərəcəyini söyləmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə saat 23:40 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsi yaxınlığında istifadəsində olan “Toyota Yaris” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanan zaman mülki geyim formasında olan iki nəfər şəxs ona yaxınlaşaraq öəzlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirərək onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. O, Abşeron Rayon Polis İdarəsinə getməklə bağlı polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Polis əməkdaşları idarə etdiyi avtomobilin açarlarını onlara təqdim etməyini xahiş etmişlər. O, da avtomobilin açarlarını polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşlarından biri idarə etdiyi avtomobilin arxa oturacağına onunla birlikdə əyləşmişdir. Digər polis əməkdaşı isə avtomobilin sükan arxasına əyləşərək idarə etməyə başlamışdır. Onlar avtomobillə Abşeron Rayon Polis İdarəsinin həyətinə gəlmişlər və hamısı avtomobildən düşdükdən sonra polis əməkdaşları idarə etdiyi avtomobilin açarlarını ona təqdim etmişlər. O, avtomobilin qapılarını açarla kilitlədikdən sonra açarları cibinə qoymuşdur. Polis idarəsində xidməti otaqların birində ona üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub olmaması soruşulmuşdur. O, da könüllü olaraq boz rəngli pencəyinin sol içəri cibindən şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə marixuana, sağ içəri cibindən isə şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetamin və bir ədəd qablaşdırmada içərisindəki 10 ədəd dərman tabletinin metadon olmasını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqdim etdiyi maddələr qablaşdırıldıqdan sonra ondan hər hansı bir yerdə narkotik vasitə və ya psixotrop maddə olub olmaması soruşulmuşdur. O, da istifadəsində olan və hal-hazırda Abşeron Rayon Polis İdarəsinin həyətində saxladığı “Toyota Yaris” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində narkotik vasitə olduğunu və şəxsi axtarış zamanı cibindəki açarın həmin avtomobilə məxsus olmasını bildirmişdir. Ondan istifadəsində olan “Toyota Yaris” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. O, polis əməkdaşları tərəfindən “Toyota Yaris” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra istifadəsində olan “Toyota Yaris” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanmışdır. Ondan avtomobildə narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya olub-olmaması soruşulduqda o, avtomobilin yük hissəsini açaraq oradakı rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisində bir ədəd şəffaf rəngli sellofanda narkotik vasitə heroin, şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli sellofanda narkotik vasitə marixuana, yaşıl rəngli sellofan torbanın içərisində narkotik vasitə marixuana, hər birində 10 ədəd olmaqla, 4 ədəd qablaşdırmada içərisində ümumilikdə 40 ədəd dərman tabletləri olan narkotik vasitə metadon, şəffaf rəngli yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzini olmasını bildirmişdir. Baxış zaman təqdim etdiyi maddələr qablaşdırılmışdır. Avtomobilin digər hissələrinə baxış zamanı isə oradan qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bildirmişdir ki, üzərindən və avtomobilindən aşkar olunmuş həmin narkotik vasitə və psixotrop maddəni təxminən bir həftə bundan əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı “Əli” adlı iran islam Respublikasının vətəndaşı vasitəsi ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində qoyulmuş məkandan götürmüşdür. Götürdüyü narkotik vasitəni isə sonradan təyin ediləcək məkana qoyacaq və hər bir kiloqram narkotik vasitə üçün ona 500 manat pul verilməsi vəd edilmişdir. Hazırda təqdim etdiyi narkotik vasitədən başqa nə yaşadığı yerdə, nə də başqa heç bir yerdə narkotik vasitə saxlamamış, onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən o, polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir (cild 1 i\v 61-64) İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs həmin ifadəni məcburiyyət qarşısında qalaraq verdiyini və həmin ifadəni təsdiq etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2024-cü ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş və daxil olan əməliyyat məlumatı əsasında şəxsi müşahidə edib, Qobu qəsəbəsi “Lukoil” yanacaqdoldurma məntəqəsi yaxınlığında nəqliyyat vasitəsi ilə birlikdə saxlamışlar. Şəxsi nəqliyyat vasitəsilə Abşeron Rayon Polis İdarəsinə aparmış və orada avtomobilinin açarlarını özünə təqdim etmişlər. Daha sonra, təhqiqatçı və vəkilin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitələr aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra, şəxsin avtomobilinə baxış keçirilmiş və avtomobilin yük hissəsindən marixuana, metamfetamin və metadon həbləri aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əməliyyat tədbirinə kimin rəhbərlik etdiyi və əməliyyat məlumatının kimə daxil olduğunu tam xatırlamır. Əməliyyat tədbirində o və Şahid2 iştirak etmişlər. Şəxsi avtomobili ilə birlikdə saxlamışlar, Şahid2 arxada şəxsin yanında oturmuş, o isə avtomobili idarə etmiş və Abşeron Rayon Polis İdarəsinə getmişlər. Əməliyyat tədbirinə hansı avtomobillə getdiklərini hazırda tam xatırlamır. Şəxs avtomobili ilə birlikdə polis idarəsinə gətirildikdən sonra, avtomobil kilidlənmiş və açarı şəxsə təqdim olunmuşdur. Şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq göstərilməmişdir. Şəxs onlara qarşı müqavimət göstərməmişdir. Şəxsin avtomobili “Toyota” markalı avtomobil olmuşdur. Şəxsin ifadəsində qeyd etdiyi hallar-onun evdə olarkən telefonuna zəng vurulub, X19 dəvət olunması, dayısı ilə birlikdə polis bölməsinə gəlməsi, dayısının çöldə qalıb, onun içəridə saxlanması kimi hallar olmamışdır. Şəxsin saxlandığı yer ilə polis bölməsi arasında avtomobil ilə 3-4 dəqiqəlik məsafə olar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şəxsin ifadəsində qeyd etdiyi hal-ona təzyiq göstərilməsi və onun məcbur qalıb etirafedici ifadə verməsi halı olmamışdır. Şəxs onlara qarşı müqavimət göstərməmiş və onlar da şəxsə qarşı heç bir təzyiq göstərməmişlər. Şəxs saxlanılan zaman üzərində xəsarət izləri olmamışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında şəxs barəsində əməliyyat-qeydiyyat işi açılmamış, təxirəsalınmaz tədbir keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1992-ci ildə Abşeron rayonunda anadan olmuş, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsi, “Lukoil YDM” yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki pencəyinin sol içəri cibindən bir ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada çəkisi 59,47 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, sağ içəri cibindən şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükümdə çəkisi 22,636 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlə və bir ədəd konvalyutda 10 ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 31-32). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Toyota Yaris” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 01, iş vər. 33). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs istifadəsində olan “Toyota Yaris” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerindən rəngli sellofan torbanın içərisində açıq-sarı rəngli polietilen bağlamada 1 ədəd yaşıl rəngli polietilen torbada çəkisi 135,0 qram və 1 ədəd qara rəngli polietilen bağlamada çəkisi 1030,0 qram, ümumi çəkisi 1165,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, bir ədəd bükümdə çəkisi 221,357 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədəd bükümdə çəkisi 187,940 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər kütlə, 4 ədəd konvalyutda, ümumilikdə 40 ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər və bir ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 35-37). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16/16/2-7/150 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr” yazılar və imzalar olan kağız paketdə 1(bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 59,47 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ rəngli üzərində “Təqsirləndirilən şəxs istifadəsində olan “Toyota Yaris” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş narkotik maddə və psixotrop maddəyə bənzər 1 ədəd sellofan torba” yazılar və imzalar olan üzəri skoçla bağlanmış üzərində qırmızı rəngli yazılar olan açıq sarı rəngli polietilen bağlamada 1 ədəd yaşıl rəngli polietilen torbada təmiz çəkisi -135,0qram, 1 ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi-1030,0 qra, ümumi çəkisi-1165,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Təqsirləndirilən şəxs üzərindən və istifadəsində olan avtomobildən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmamışdır (cild 01, iş vər. 44-48). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/660 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №56”li dairəvi möhür əksi,” Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 22,636 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 10 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Tədqiqata təqdim edilmiş üzərində : “Azərbaycan Respublikası DİN Zərflər üçün №56”- li dairəvi möhür əksi,” Təqsirləndirilən şəxs istifadəsində olan “Toyota Yaris” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş., (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadakı, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 221,357 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) bükümdə təmiz çəkisi 187,940 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Methadone 40” markalanma göstəricisi olan 4 ədəd konvalyutda, ümumilikdə 40 ədəd “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 40 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. Vət.Təqsirləndirilən şəxs üzərindən və istifadəsində olan “Toyota Yaris” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş metamfetamin ümumi təmiz çəkisi 243,993 qramdır və həmin metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. Tədqiqata təqdim edilmiş elektron tərəzinin üzərində heroin iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub olmamasını müəyyən etmək mümkün deyildir (cild 01, iş vər. 50-55). Cinayət işinin materiallarında olan "xxxx" MMC mobil operatorundan daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrənin 01 sentyabr 2023-cü il tarixdən hazırki vaxtadək olan müddətdə daxil olan, çıxan mesajların siyahısının və mesajların mətnləri alınmış, həmin mesaj mətnlərinə Abşeron RPİ-nin İstintaq şöbəsində keçirilmiş baxış zamanı onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlaması, daşıması, istifadə etməsi göndərməsi və satması faktlarını sübut edən çoxsaylı mesajların olması müəyyən olunmuşdur. xx/xx/2023 12:24:23,**********32,**********45, Sahinden sorus gor neyise var. xx/xx/2023 21:02:06,**********76,**********45, Usdunen gör qıra bilirsen mənə biraz. xx/xx/2023 04:22:40,**********45,**********42, Qoydum ora biraz azdi gotr bilmedkm sabah duzelderik ustun. xx/xx/2023 19:37:00,**********76,**********45, Deyir pulu atsin karta gedirəm senoll telesir. xx/xx/2023 19:38:49,**********45,**********76, Gozfe gelem. xx/xx/2023 19:51:36,**********76,**********45, Alınmırsa at karta senoll bezdim. xx/xx/2023 20:01:13,**********76,**********45, Gediler pulu at karta. xx/xx/2023 17:34:31,**********88,**********45, in bir kelme soz deyecem ona bagliyacam söhbeti ama ki axwama geder eyer mene zeng gelmese kartimnan atilan pular kime neqeder neye gore atilib itireceyi. xx/xx/2023 17:34:32,**********88,**********45,у istemirem men ama axwama kimi eyer ses cixmasa bax Balalarimin cani cox pis olacag o qurduguvuz oyun gercey olacag birinciden sonuncuya hami ucun. xx/xx/2023 22:41:21,**********88,**********45, Sebir sufre duzunu niye getirdin ki sebeb?hormet senin kitabinda bele olur 20manatnan eyer kimse kiwi olubsa problem yoxdu teki itirdiyim 20man olsun ona. xx/xx/2023 11:41:31,**********88,**********45, olan borcdarivi duzelt at kartima. xx/xx/2024 11:54:44,**********27,**********45, Ay qaqaş men dunen sahat 8 den aqridayam pulumu at men gotrum ozum. xx/xx/2024 11:55:38,**********27,**********45, yeke oqlansan başqa söhbet isdemirem hardasan sen. xx/xx/2024 12:03:08,**********27,**********45, Osduraq uzume ne adboy verisen hardan gotrum pulumu. xx/xx/2024 19:10:22,**********45,**********78, Beledeki neyise elemisen hecavxt deme men ozum lomkada qalib oz malimi sene veren oğlanan sagol. xx/xx/2024 01:57:14,**********82,**********45, Sabi salam.biraz dasim var.kola olsaydi deyiserdim. xx/xx/2024 23:58:03,**********45,**********78, Lomkadayam acda ay vahav. xx/xx/2024 05:27:39,**********69,**********45, Pati varnizdi. xx/xx/2024 00:08:56,**********45,**********78, Yeke oğlansan vahab bilorsen lomkadayama dunende mal vermedin dedin bugu. Yg senol günorta indi telfonmu acmirsan.xx/xx/2024 00:28:05,**********45,**********78, Sizin qapdayam velirssn ya yox xx/xx/2024 02:28:43,**********45,**********78, Bu gunun sabahida var vahab sende lomkada olacaqsan eybi yox xx/xx/2024 03:55:40,**********45,**********62, Senin qaldgin yerde bilem. xx/xx/2024 04:26:37,**********45,**********78, E bu nedi sen allah men lomkadan olem donan mali qoymusan cox sagol. xx/xx/2024 04:28:45,**********78,**********45, Ne verim onuda hidi almsam özmde onan cekrem. xx/xx/2024 04:32:28,**********45,**********78,0 boyda qalmisdi axsam ne oldu bes o qeder ezyet cek indi gel donan mal cek neme her neyse. xx/xx/2024 04:51:53,**********45,**********78, Kimdedi bu mal cxmadim lomkadan gedim aim. xx/xx/2024 04:52:33,**********45,**********78, Sen meni bitun gunu lomkada saxladin vahab yatdan cxartms bunu. xx/xx/2024 07:41:44,**********45,**********78, Qalib sende o donan maldan biraz verde mene. xx/xx/2024 04:51:44,**********45,**********78,0 mal hezretin dosduna catacaqdi nece gundi tapsirib coz sehf herket eledin aydinigin verersen mala gore dost qardasuvun qelbin qrma ayibdi sencin. xx/xx/2024 04:54:24,**********45,**********78,0 mAl sennin malinan gotrulibse o oğlan var yoxun sikim. xx/xx/2024 18:57:39,**********45,**********78, Qaqa olurem nefesim catmir tez ac bide o donan maldanda olsa ver eybi yo. xx/xx/2024 17:05:12,**********88,**********45,Cixmamisan hele siqaretde al mene lampuckada kent mentol.lOOman verecem. xx/xx/2024 17:05:44,**********88,**********45,Ama sebir baxib gotrecem yeni az olsa oğlana dene goturmuyecem allahaqi. xx/xx/2024 03:37:59,**********45,**********78,Yaxsi goyerti. Var cekek; sözlərini yazmışdır (cild 01, iş vər. 135-138). Cinayət işinin materiallarında olan "xxxx" MMC mobil operatorundan daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrənin 01 sentyabr 2023-cü il tarixdən hazırki vaxtadək olan müddətdə daxil olan, çıxan mesajların siyahısının və mesajların mətnləri alınmış, həmin mesaj mətnlərinə Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində keçirilmiş baxış zamanı onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlaması, daşıması, istifadə etməsi göndərməsi və satması faktlarını sübut edən çoxsaylı mesajların olması müəyyən olunmuşdur. xx-xx-2024 08:10:29 xx-xx- 2024 08:10:29 1.1.**********45 1.1.**********77 Qaqa necasen sen mena vapcahta sas atki 25 manant balsinan cixartmiwik ad cakma; sözlərini yazmışdır (cild 01, iş vər. 147-149). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 507 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs özünü müdafiə etməyə meyillilik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, məsuliyyətsizlik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə hadisə zamanı etdiyi hərəkətləri qavramaq, mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarındadır (cild 01, iş vər. 153-156). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli 2291 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 158-159). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2, 234.1-1, 238, 240 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 171-187). Məhkəmə istintaqı zamanı sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı xəsarət aşkar olunmamış, sol saidin bayır səthinin aşağı 1/3-də köhnə çapıq toxuma müşahidə olunmuşdur. Məhkəmə istintaqı zamanı sorğu əsasında Abşeron Rayon Polis İdarəsindən əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş X8 saxlanılan şəxslərin uçotu kitabından çıxarışdan və X5 və X4 Qeydiyyatı Kitabından çıxarışdan məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə X13 daxil olmuş, tibbi müayinə zamanı heç bir şikayəti olmamışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1992-ci ildə Abşeron rayonunda anadan olmuş, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış və istifadəsində olan “Toyota Yaris” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, narkotik vasitəyə bənzər kütlələr, psixotrop maddəyə bənzər kütlələr, həblər və bir ədəd üzərində narkotik vasitə heroinə bənzər maddənin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, xx.xx.2024-cü il tarixdə gecə radələrində üzərinə şəxsi axtarış və istifadəsində olan avtomobilə baxış keçirilən zaman cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış, istifadəsində olan avtomobilə baxış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən və avtomobilindən aşkar olunan narkotik vasitənin, psixotrop maddənin, həblərin ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əslində xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulması ilə bağlı aparılan rəsmiləşdirmənin yalan olması, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilməsi və özünün könüllü olaraq həmin çağırış əsasında polis bölməsinə getməsi, polis bölməsində döyülməsi, təsir və təzyiqə məruz qalması, istintaq təcridxanasına qəbul olunarkən onda olan döyülməyə xarakterik xəsarətlərin aşkar olunması ilə bağlı bildirdiklərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə kollegiyasının iclasında bildirdiyi bu xüsusatlar ətrafında araşdırma aparılmış, lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qeyd etdikləri öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı müvafiq sorğu əsasında Bakı İstintaq Təcridxanasından əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsə məxsus tibbi kartoçkadan çıxarışdan görünür ki, ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs xəsarət aşkar olunmamış, sol saidin bayır səthinin aşağı 1/3-də köhnə çapıq toxuma müşahidə olunmuşdur. Bundan əlavə, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan təqsirləndirilən şəxsə məxsus telefon məlumatlarından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə heç də polis bölməsində olmamış, azadlıqda olmuş, onun mobil nömrəsi bütün gün ərzində aktiv olmuşdur. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin, psixotrop maddənin, həblərin əldə olunması, saxlanılması və daha sonra onun üzərindən və istifadəsində olan avtomobildən polis əməkdaşları tərəfindən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə edimiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X11 adında bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 132). Məhkəmə kollegyası Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağın olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitə və psixotrop maddənin kütləsinin çoxluğunu nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 01:00-da rəsmi olaraq şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 23, 92-96). Lakin iş materiallarından, təqsirləndirilən şəxsə elan olunan və məhkəmədə öz təsdiqini tapan ittihamdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən məhz xx.xx.2024-cü il tarixdə saat 23:40-da saxlanılmış və onun hüquqları da məhz həmin tarixdən məhdudlaşdırılmışdır. CPM-in 147.4-cü maddəsində isə göstərilmişdir ki, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun məhz hüquqlarının məhdudlaşdırıldığı, yəni faktiki olaraq şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 1224,32 qram narkotik vasitə qurudulmuş marixuana, 243,593 qram psixotrop maddə metamfetamin, 187,740 qram narkotik vasitə heroin və 42 ədəd üzərində “Methadone 40” markalanma göstəricisi olan metadon tərkibli həblər və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd CD diksin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 186 AZN (yüz səksən altı manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 1224,32 qram narkotik vasitə qurudulmuş marixuana, 243,593 qram psixotrop maddə metamfetamin, 187,740 qram narkotik vasitə heroin və 42 ədəd üzərində “Methadone 40” markalanma göstəricisi olan metadon tərkibli həblər və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 186 AZN (yüz səksən altı manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar