Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-612/2024 14.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 08 avqust 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla ünvan 2arəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən '‘Kaktus” restoranının yaxınlığında satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün 90 manat müqabilində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə s i y a h ı l a r ı n a " ( S i y a h ı İ) d a x i l e d i l m i ş bir ədəd sellofan bükümdə, külli miqdarda 3,492 qram çəkidə narkotik v a s i t ə - h e r o i n i qanunsuz olaraq əldə edib Abşeron rayonu Xırdalan şəhəri ərazisinə daşımış və saxlamış, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cii il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib orada həmin gün saat 21:49-dan 22:00-a kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən həmin bir ədəd sellofan bükümdə 3,492 qram çəkidə külli miqdarda narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, o, bir dəfə də narkotik vasitələrə görə tutulmuş və çıxdıqdan sonra Azərbaycan Respublikasında yaşamışdır. Rusiya Federasiyasına gedərək artıq orada yaşamağa başlamış, pandemiya dövründə Azərbaycan Respublikasına yaxınları rəhmətə getdikdən və anası da xəstə olduqdan sonra geri qayıtmışdır. Maşın ustası olduğunu, himayəsində 1 uşağı olduğunu və artıq onunla Xırdalanda tək yaşadığını bildirmişdir. O, narkotik vasitəni ancaq özü üçün istifadə etmişdir. 01 qram çəkidə olan narkotik vasitənin ona aid olması ilə oğlu üçün razılaşmışdır. Onun üzərində narkotik vasitə olmamış, video çəkiliş zamanı hər şeyi qeyd etmişdir. Xəstəlikdən əziyyət çəkdiyini, oğlunun tək yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, o, pandemiya dövründən sonra yenidən Rusiya Federasiyasına getmişdir. Tutulan zaman onun üzərində narkotik vasitə olmamışdır. O, aşkar olunan narkotik vasitələrin ona aid olmadığı barədə heç bir yerə məlumat verməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən qanunsuzluqlar olunmuşdur. Polis əməkdaşları ona “əgər sən, bu narkotik vasitəni boynuna almasan, sənin oğluna yükləyəcəyik” deyərək hədə-qorxu gəlmiş, o da oğluna görə polis əməkdaşları ilə razılaşmışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunmamışdır. O, 30 manat məbləğində 01 qram narkotik vasitə almışdır. Polis əməkdaşları ilə narkotik vasitənin 03 qram olmağı ilə razılaşmamış, hər şey video çəkilişdə görünmüşdür. O, özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmişdir. Saxlanılan zamanı iş üzrə Şahid1 orada olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq saxlanılan zaman onun üzərində narkotik vasitə olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkklili, polis baş leytenantı Şahid1 bildirmişdir ki, yanvar ayının 23-ü iş üzrə təqsirləndirilən şəxs Əhmədov X2 şəhərində saxlanılaraq polis idarəsinə aparılmış, polis idarəsində xidməti otaqların birində təhqiqatçının, vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan heroin narkotik vasitəsini çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin çəkisi dəqiq yadında qalmamışdır. Təqsirləndirilən şəxs saxladıqları zamanı ona qarşı hər hansı müqavimət hərəkəti olmamışdır. Onu Xırdalan şəhərində Nəvai küçəsində saxlamış, idarədə video çəkilişlə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitəni özü çıxardaraq təqdim etmişdir. Onlar təqsirləndirilən şəxsə heç bir narkotik vasitəni yükləməmişdirlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Abşeron rayon Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinə 08 avqust 1983-cü il təvəllüdlü, Abşeron rayonu,Xırdalan şəhəri Heydər Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri Nəvai küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması barədə əməliyyat məlumatları daxil olmuş və 23 yanvar 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik Şahid1 tapşırılmış, əməliyyat qrupunda o özü də olmuşdur. 23 yanvar 2024-cü il tarixdə, saat 21 radələrində Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri Nəvai küçəsində yaşadığı evin qarşısında saxlayıb ona özlərini təqdim elməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron rayon polis idarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axrtarış və götürmə keçirməzdən əvvəl Təqsirləndirilən şəxs vəkillə təmin olunmuş, hüquq və vəzifələri izah olunmuş və texniki vasitə kimi videoçəkilişdən istifadə ediləcəyi ona bildirilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet, narkotik vasitə, yaxud saxlanılması qadağan olunmuş hər hansı digər vasitə olub-olmadığı soruşulmuş və varsa təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik maddə heroin olduğunu bildirmişdir. Bükümə baxıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin kütlənin narkotik maddə heroin olduğunu, narkotik maddə heroini 22 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu «Kaktus» restoranın yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ondan təqdim etdiyi həmin bir bükümdə olan narkotik maddə heroindən başqa digər şübhəli əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bir bükümdə olan narkotik maddə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Baxış keçirilməsində iştirak edən şəxslər narkotik maddənin qablaşdırıldığı zərfin üzərində imza etmişlər. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuşdur, protokol oxunaraq hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik maddələrdən özü qəbul etməklə istifadə etdiyini bildirmişdir. Onun narkotik maddələrin satışı ilə məşğul olması və narkotik maddələri konkret olaraq kimdən əldə etməsi barədə məlumat daxil olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, istifadəsi ilə məşğul olması barədə Abşeron RPİ-yə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 23 yanvar 2024-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın cibində olan 1 ədəd şəffaf rəngli sellofan bükümdə 3,492 qram çəkidə narkotik vasitə heroini təqdim etmiş və həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/498 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "vətəndaş Təqsirləndirilən şəxs götürülmüş...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 3,492 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr"-in siyahısına (Siyahı İ ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 2058 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra 3,442 qram qalıq qalmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağına verilmiş, “şəxsi axtarış və götürmə aparılması”nın görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış xx.xx.2007-ci il təvəllüdlü X3 vardır. Cinayət işinin materiallarında olan tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə özünü təqsirsiz bilməsi, üzərində olan narkotik vasitənin ittihamda qeyd olunan miqdardan az olması, polis əməkdaşlarının hədə-qorxusu nəticəsində öz üzərinə götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 25 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi ifadə iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış övladının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 3,442 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 23 yanvar 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 3,442 qram olan narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD-R disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-612/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-612/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver