Məhkəmə qərarları › İş №1(124)-615/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-615/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-615/2023 13.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (CİNAYƏT İŞİNİN MƏHKƏMƏ AİDİYYƏTİ ÜZRƏ GÖNDƏRİLMƏSİ HAQQİNDA ) Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu vəkili X3, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksininn 6 saylı məhkəmə zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəmə aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, cinayət işi üzrə verilmiş ittihama görə, Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində tanışları Şahid16, X2 və şəxsiyyəti istintaqa məlum olmayan Fikrət adh şəxslərlə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi, Söyüdlər küçəsində yerləşən «099» çay evində əyləşib yeyib-içdikdən sonra hesabın çox olmasını bəhanə edərək hesabı verməyib çölə çıxdıqda həmin çay evini işlədən Zərərçəkmiş şəxs1 ilə qapının qarşısında qarşılaşıb hesabın çox olmasına narazılığını bildirib mübahisə edərək heç bir əsaslı səbəb olmadan, ictimai qaydam kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla çay evində işləyənlərin və çöldə olan şəxslərin gözü qarşısında onun ünvanına söyüş ifadələri işlədərək üzərində olan istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs1 bel nahiyəsindən vuraraq, sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq etmiş, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan həmin hadisəyə kənardan dayanıb baxan Zərərçəkmiş şəxs2 əlində olan silah qismində istifadə etdiyi bıçaqla qəsdən vuraraq, sonuncuya döş qəfəsinin sol yan səthinin plevra və qarın boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağı və mədəaltı vəzinin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına ağır zərər vurmuş, daha sonra öz cinayət əməllərini davam etdirərək Şahid16, Məhəmmədəli Rəfiyev və şəxsiyyəti istintaqa məlum olmayan Fikrət adh şəxslərlə birlikdə bir qrup şəxs halında silah qismində istifadə etdikləri dəmir boru, taxta və mişar daşı ilə «099» çay evinin giriş qapısının şüşələrini sındıraraq özgənin əmlakım məhv etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla xuliqanlıq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 8,173 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə, saat 21:15-də ünvan 1 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün, saat 23:14-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,792 qram və 3,381 qram olmaqla, ümumi təmiz çəkisi 8,173 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Göstərilənlərlə əsasən, Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, CM-nin 126.2.4 və 221.3-cü maddələri üzrə verilən ittiham üzrə hadisənin baş verdiyi yer Bakı şəhəri Binəqədi rayonu, CM-nin 234.4.3-cü maddəsi ilə verilən ittiham üzrə cinayət hadisəsinin baş verdiyi Bakı şəhəri Nəsimi rayonudur. Bakı şəhəri ərazi yurisdiksiyasına görə Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.5, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 234.4.3-cü ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası üzrə yekun qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar