Məhkəmə qərarları › İş №1(124)-619/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-619/2024

16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-619/2024 16.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1971-cü il tarixdə Ağdam rayonunda doğulmuş , Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla və ünvan 1 ünvanında yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Mahan” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu ilə ona veriləcək müəyyən məbləğdə pul müqabilində külli miqdarda narkotik vasitələr və psixotrop maddələri qoyulan yerlərdən götürüb deyiləcək yerlərə qoymaqla satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, “Mahan” adlı şəxsin bir qrup şəxs halında 03 yanvar 2024-cü il tarixdə axşam vaxtı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yolun kənarında qoyduğu, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan beş bükümdə ayrı-ayrılıqda çəkiləri 51,312 qram, 8,741 qram, 9,129 qram, 0,474 qram və 2,001 qram olan ümumi çəkisi 71,657 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki bükümdə ayrı-ayrılıqda çəkiləri 73,860 qram və 37,90 qram olan ümumi çəkisi - 117,76 qram narkotik vasitə marixuana və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İİ) daxil olan üç bükümdə ayrı-ayrılıqda çəkiləri 20,349 qram, 1,734 qram və 0,379 qram olan ümumi çəkisi - 22,462 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək yaşadığı ünvan 1-ə daşımış və saxlamış, 10 yanvar 2024-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində olan zaman Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılaraq, bölmənin inzibati binasına gətirilib, orada həmin gün saat 16:54-dən saat 17:08-ə kimi üzərində şəxsi axtarış aparılan zaman çiynində olan qırmızı rəngli əl çantasının içərisində həmin 05 ədəd şəffaf rəngli sellofan bükümlərdə ümumi çəkiləri 71,657 qram olan narkotik vasitə heroin, 03 ədəd şəffaf rəngli sellofan bükümlərdə ümumi çəkiləri 22,462 qram olan psixotrop maddə metamfetamin,02 ədəd şəffaf rəngli sellofan bükümlərdə ümumi çəkiləri 117,76 qram olan narkotik vasitə marixuana və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ittiham aktında yazılan qaydada ifadə verməyi üçün ona təzyiq etmişdirlər. Narkotikin dəyəri 250 manat olmuşdur. İttiham aktında yazılmış bəzi narkotik vasitələr üzərindən aşkar olunmuş, bəziləri olunmamışdır. Üzərindən narkotik vasitə “kakos” və “nəşə” aşkar olunmuşdur. Onda 50 qram “kakos”, 2 büküm “nəşə” olmuşdur. Narkotik vasitə metamfetamin onun evindən çıxmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, etirafedici ifadəsində göstərmişdir ki, təxminən 8 aydır ki, narkotik vasitə istifadə edir. İran İslam Respublikasının vətəndaşı “Mahan” adlı şəxslə bu münasibətlə tanış olmuşdur. Aytən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması ilə əlaqədar olaraq azadlıqdan məhrum olunduqdan sonra “Mahan”-la tanış olmuşdur. Mahan ona qızı Aytənin azadlığa çıxmasına köməklik edəcəyini bildirmişdir. Mahan ondan köməklik istəyərək, narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikası ərazisində onun dediyi yerlərə qoymağını bunun müqabilində ona pul verəcəyini bildirmişdir. Onunla qızının azadlığı naminə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə telefon vasitəsi ilə tanımadığı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamış və onun sifarişi ilə həmin tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yol kənarında yerdən 2 bağlama narkotik vasitə marixuanaya bənzər maddə, 5 büküm narkotik vasitə heroinə bənzər kütlə, 3 büküm psixotrop maddə olan metamfetaminə bənzər maddəni götürüb qırmızı rəngli əlçantasına qoyub evinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində İran İslam respublikasının vətəndaşının ona verdiyi göstərişə əsasən qırmızı rəngli əl çantasında olan 2 bağlama narkotik vasitə marixuanaya bənzər maddə, 5 büküm narkotik vasitə heroinə bənzər kütlə, 3 büküm psixotrop maddə olan metamfetaminə bənzər maddələri təyin olunmuş yerlərə aparıb qoymaq məqsədi ilə Qobu qəsəbəsində yerləşən evindən çıxıb yolla piyada gedərkən iki nəfər mülkü geyimdə ona yaxınlaşıb özlərini təqdim edib Abşeron rayon polis idarəsinin Qobu Polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər, onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu bölməyə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiə olunması üçün vəkillə təmin olunmağını istəyib, maddi imkanı olmadığından vəkilin dövlət hesabına dəvət olunmasını xahiş etmiş və bununla bağlı ərizə yazmışdır. Sonra vəkillərin siyahısı ilə tanış olmuşdur, siyahıdakı vəkillərdən hər hansı bir vəklin dəvət olunmasına etiraz etmədiyini bildirmişdir. Bir qədər sonra vəkil dəvət olunub ona təqdim edilmiş, müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Ramin Əliyev tərəfindən hüquqlarının müdafiə olunmasına razılıq vermişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər və bu prosesin video yazıya alınmasına etiraz edib-etmədiyimi soruşmuşlar, şəxsi axtarışın keçirilməsinə razılıq vermişdir. Müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanılarkən polis əməkdaşları ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər, qırmızı əl çantanın zəncir bəndini açıb mobil telefonunu, narkotik vasitələrlə bağlı qeydlər apardığı dəftəri və elektron tərəzini, həmçinin şəffaf rəngli sellofanlara bükülmüş narkotik vasitə heroini, marixuananı və psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı həmin maddələri İran vətəndaşından satış üçün əldə etdiyimi bildirdim. Həmin bükümlər qablaşdırılıb götürülmüşdür. İfadəsində də qeyd etdiyi kimi həmin maddələri İran vətəndaşı Mahanın ona göndərdiyi xəritə üzrə Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yol kənarında yerdən götürmüşdür. Həmin maddələri İran İslam Respublikasının vətəndaşının göndərdiyi xəritə üzrə göndərdiyi yerlərə yerləşdirəcəyini bildirmişdir. Həmin şəxslə o mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs ona iranlı olduğunu demişdir. Mobil nömrəsi ilə vatsapda danışmışdır. Başqa anket məlumatlarını bilmir. Xeyr polis əməkdaşları tərəfindən ona heç bir təziq olunmamışdır. Bəli psixi cəhətdən tam sağlamdır. Üzərində olandan başqa heç bir yerdə narkotik vasitələri və psixotrop maddələri saxlamır. Onun istifadəsində bir ədəd mobil nömrə vardır və həmin nömrə ***-***-**-** saylı mobil nömrədir, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Üzərindən aşkar olunmuş dəftərdə narkotik vasitələri satmağı ilə bağlı qeydlər aparmışdır. Mobil telefonun “whatsapp” sosial şəbəkəsində şəxslərə narkotik vasitə satmışdır. Narkotik vasitə satdığı üçün öz adını heç kimə deməmişdir. Narkotik maddə satdığı şəxslər onu Seva kimi tanıyırlar. Mobil telefonunda olan narkotik maddələrin fotoşəkilləri “Mahan” adlı şəxsin ona göndərdiyi narkotik maddələrdir. (cild 1, iş vərəqə 183- 186) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla hər hansı düşmənçiliyi, ədavəti olmamışdır. 09 yanvar 2022-ci il tarixdə saat 16 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri-polis kapitanı Şahid2 iştirakları ilə Abşeron rayonu, Qobu qəsəbəsi Sona Salmanova küçəsində əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirdilər və özlərini təqdim etmişlər. Daha sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, saxlandığı yerdə müvafiq sənədləşmə aparılmasının mümkün olmadığını demişlər və onu Abşeron rayon Polis İdarəsinin X4 dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirmiş və onu xidməti avtomobilə əyləşdirərək X4 gətirmişlər. Polis Bölməsinə onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya və ya predmet varsa təqdim etməsi xahiş edilmişdir. Bundan sonra o, əlində olan qırmızı çantadan şəffaf rəngli sellofana bükülmüş 5 ədəd narkotik vasitə olan heroinə bənzər kütlə, şəffaf rəngli sellofana bükülmüş 3 ədəd psixotrop maddə olan metamfetaminə bənzər maddə, 2 bağlama şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı verilən suallara cavab olaraq o, üzərində saxladığı şəffaf rəngli sellofana bükülmüş 5 ədəd narkotik vasitə olan heroinə bənzər kütlə, şəffaf rəngli sellofana bükülmüş 3 ədəd psixotrop maddə olan metamfetaminə bənzər maddə, 2 bağlama şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni İran islam Respublikası vətəndaşının sifarişi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yol kənarında yerdən tapdığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun üzərindən aşkar edilərək götürülmüş kütlə vəkilinin iştirakı ilə qablaşdırılmışdır, heç bir etiraz daxil olmamış və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin X4 gətirilərkən və Polis Bölməsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. ( cild 1, iş vərəqə 137-139) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Abşeron RPİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. ( cild 1, iş vərəqə 140-142). Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, 09 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində Ç.Mustafayev küçəsində yaşadığı evə gedərkən, polis əməkdaşı ona yaxınlaşıb, bir qadının üzərinə keçiriləcək baxış zamanı iştirak etməyini xahiş edib, onu yaxınlıqdakı Abşeron rayon Polis İdarəsinin Qobu PB-na dəvət etmişdir. Ona etiraz etməmiş və idarəyə gəldikdən sonra otaqların birində bir qadını ona təqdim edib, Təqsirləndirilən şəxs olduğunu, həmin qadının narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onun üzərinə keçiriləcək şəxsi axtarış zamanı iştirak etməyini xahiş edib ona hüquq və vəzifələri izah edildikdən sonra, video çəkilişlə həmin qadının üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etdikdə o, çantasından sellofan bükümlər, dəftər və elektron tərəzini çıxarıb masaya qoymuşdur. Bundan sonra ondan Təqsirləndirilən şəxsnm üzərini, paltarlarını, çantasını axtarmağını xahiş etmişlər, axtarış zamanı başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanların içərisində, narkotik vasitə olan heroinə bənzər kütlələrin, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin və psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin olduğunu bildirmişdir. Həmin maddələrin İran İslam Respublikası vətəndaşının sifarişi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yolun kənarında yerdən tapdığını bildirmişdir. Bükümlər və tərəzi zərfə qablaşdırıldı, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Bundan sonra video çəkiliş dayandırılıb, şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilib oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin qadını ilk dəfə gördüyünü, əvvəllər onu tanımadığını, onunla heç bir ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir.( cild 1, iş vərəqə 143-145) Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürülmə aparılması haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nin Qobu PB-na gətirilib üzərində şəxsi axtarış keçirilərkən əlində olan qırmızı rəngli çantadan içərisindən şəffaf rəngli sellofana bükülmüş 5 ədəd narkotik vasitə olan heroinə bənzər kütlə, şəffaf rəngli sellofana bükülmüş 3 ədəd psixotrop maddə olan metamfetaminə bənzər maddə, 2 bağlama şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə, 1 ədəd elektron tərəzi, içərisində yazlar olan dəftər, eləcə də mobil telefon aşkar edilərək götürülmüşdür. (cild 1 iş vərəqə 36-37) Protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan qırmızı rəngli əl çantasının içərisində narkotik vasitə, psixotrop maddə aşkar edildi. Həmin qırmızı rəngli çantanın zəncir bəndi açıldıqdan sonra içərisindən şəffaf rəngli sellofana bükülmüş 5 ədəd narkotik vasitə olan heroinə bənzər kütlə, şəffaf rəngli sellofana bükülmüş 3 ədəd psixotrop maddə olan metamfetaminə bənzər maddə, 2 bağlama şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə, 1 ədəd elektron tərəzi, içərisində yazılar olan dəftər, eləcə də mobil telefon aşkar edilərək götürülür. Başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsnun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşının sifarişi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yol kənarında yerdən götürdüyünü bildirdi. (cild 1 iş vərəqə 136) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, “whatsapp” sosial şəbəkəsində “Eelcin Berde” adlı kontaktla ***-***-**-** saylı mobil nömrə ilə danışıq aparılması və danışıq manı “Eelcin Berde” adlı şəxsin “Gelende 1 qram d cekde” yazması müəyyən olunur. Həmçinin mobil telefona baxış zamanı “whatsapp” sosial şəbəkəsində “Pajer” adlı kontaktla +994-50-633-80-63 saylı mobil nömrə ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparması, Təqsirləndirilən şəxs “Seva” kimi müraciət olunması və danışıq zamanı Təqsirləndirilən şəxs “Pajer” adlı kontakta metamfetaminə bənzər maddənin, heroinə bənzər kütlənin, qurudulmuş marixuanaya bənzər kütlənin fotoşəkillərinin göndərməsi müəyyən olunur. Bundan başqa mobil telefona baxış zamanı əmin mobil telefonun “Qalereyasında” narkotik vasitə olan heroinə bənzər kütlənin, urudulmuş marixuanaya bənzər kütlənin və psixotrop maddə olan metamfetaminə ənzər maddələrin fotoşəkillərinin olması müəyyən olunur.(cild 1, iş vərəqə: 126-132) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş dəftərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, dəftərin ilk vərəqində orta hissədən xətt ayrılmış, xəttin sol tərəfində “Berdə, 5 q kola, 1 q patı, 0.5 patı, 0.5 patı, 1 kola” sözləri, xəttin sağ tərəfində “pul verilib” başlığı altında “45 mänat, 25, 330-30=300+40=340-100, borc 240 qalıb” sözləri, xəttin sol tərəfində aşağı hissədə xttlə ayrılmış yerdə “1 q patı, 0.5 p, 0.5 p, 15 m.p., 10 m kolo, 0.5 kolo, =145-5=140 qalıb borc” sözləri, xəttin sağ tərəfində aşağı hissədə “7 yanvar” başlığı altında “1qrp, 0.5p, 0.5p, 0.5p, 5 g ot, 10 x ot, 2 g ot” sözləri yazılması müəyyən olunur. (cild 1, iş vərəqə: 134-135) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertiza üzrə 10 yanvar 2024-cü il tarixli, 6/97 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər Üçün № 245 dairəvi möhür əksi, 05 ədəd şəffaf rəngli sellofana bükülmüş ümumi təmiz çəkisi - 71,657 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 51,312 qram, 8,741 qram, 9,129 qram, 0,474 qram və 2,001 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 03 ədəd şəffaf rəngli sellofana bükülmüş ümumi təmiz çəkisi - 22,462 qram ayrı-ayrılıqda təmiz çəkiləri 20,349 qram, 1,734 qram və 0,379 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Elektron tərəzinin səthində narkotik vasitə_ heroinin izləri müəyyən edildi. Elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. (cild 1, iş vərəqə: 45-49) Cinayət işinin materiallarında olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli 7/42 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər Üçün №245 dairəvi möhür əksi, 1(bir) ədəd şəffaf rəngli sellefon bağlamadakı ayrı-ayrılıqda təmiz çəkiləri 73,860 qram və 37,90 qram olmaqla ümumi çəkisi 117,76 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (cild 1 iş vərəqə 50-54.) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2032 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlannn birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( cild 1, iş vərəqə 150-151.) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB-nin 15 yanvar 2024- cü il tarixli 91 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. ( cild 1, iş vərəqə 149) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ümumi qalıq çəkisi - 111,66 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi - 71,557 qram çəkidə narkotik vasitə heroin, qalıq çəkisi - 22,342 qram çəkidə psixotrop maddə metamfetamin, elektron tərəzi və “Samsung Galaxy А71 markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. ( cild 1, iş vərəqə 101-102, 133) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 112-113) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Azərbaycan respublikasl Abşerob rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Daitəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 124) Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması, üzərində tərəzinin aşkar edilməsi, törətdiyi əməli qismən etiraf etməsi, Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəsi də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, “marixuana” (kannabis) narkotik vasitəsinin qurudulmuş növünün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram, metanfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 yanvar 2024-cü il il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi - 111,66 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi - 71,557 qram çəkidə narkotik vasitə heroin, qalıq çəkisi - 22,342 qram çəkidə psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, “Samsung Galaxy А71” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 180 (yüz səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ümumi qalıq çəkisi - 111,66 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi - 71,557 qram çəkidə narkotik vasitə heroin, qalıq çəkisi - 22,342 qram çəkidə psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin, “Samsung Galaxy А71 markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 180 (yüz səksən) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar