Məhkəmə qərarları › İş №1(124)-62/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-62/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-62/2024 01.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,366 qram, 0,627 qram və 3,117 qram, ümumi təmiz çəkisi 4,11 qram psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,469 qram, 0,407 qram və 0,451 qram, ümumi təmiz çəkisi 1,327 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə edib daşıyaraq saxlamış, 21 avqust 2022-ci il tarixdə istintaqa məlum olmayan ünvanda tanışı Şahid4 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,366 qram psixotrop maddə metamfetamini 10 (on) manata satmış və 22 avqust 2022-ci il tarixdə saat 21:50-də Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Esmira” şadlıq evinin yaxınlığında Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan şalvarının sol arxa cibində saxlamış olduğu göy rəngli plastik qutunun içindən külli miqdarda 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,627 qram və 3,117 qram, ümumi təmiz çəkisi 3,744 qram psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,469 qram, 0,407 qram və 0,451 qram, ümumi təmiz çəkisi 1,327 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Saxlanılarkən üzərində 3,5 qram metadon, 1 qram metamfetamin, 1,5 qram heroin olmuşdur. Axşamüstü saat 7-8 radələrində saxlanılmışdır. Elmanı tanıyır. O Elmana metamfetamin satmamış, təzyiq altında satdığını qəbul etmişdir. Narkotik vasitələri şəxsi istifadəsi üçün tutulmazdan bir gün əvvəl almışdır. Elmanı qonşu kimi tanıyır. Təzyiq altında ifadə vermiş, Elmandan da polis əməkdaşlarının onun üzünə durmasını tələb etdiklərini bildirmişdir. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ilkin ifadəsində özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Subaydır. Şahid4 uşaqlıqdan tanıyır. Onun narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi barədə məlumatım vardır. 21 avqust 2022-ci il tarixdə İran vətəndaşı Peyman adlı şəxslə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddə istəmişdir. İran vətəndaşı Peyman adlı şəxs ona narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri Binəqədi rayonunda dediyi yerdə qoyacağını bildirmişdir. O, da bu səbəbdən Bakı şəhərinə həmin ünvana getmişdir. Peyman adlı şəxs dediyi yerdə 1 ədəd göy rəngli plastik qutu görmüşdür. Həmin qutunu açıb baxdıqda görmüş ki, qutunun içərisində 3 ədəd bükümdə psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə isə narkotik vasitə heroin vardır. O, Peymandan narkotik vasitələrin və psixotrop maddələrin 1 qramını 15 manatdan almışdır. Həmin qutunu götürüb Sumqayıt şəhərinə yaşadığı evə qayıtmışdır. Qeyd etmək istəyir ki, o Peyman adlı şəxsi heç vaxtı görməmişdir. Həmişə onunla whatsapp sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq onun dediyi yerdən narkotik vasitələri və psixotrop maddələri götürmüşdür. 21 avqust 2022-ci il tarixdə o, Şahid4la Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən bulağın yanında görüşmüşdür. Şahid4 ondana bədənində ağrı olduğu üçün 10 manat dəyərində 1 ədəd bükümdə psixotrop maddə metamfetamin istəmişdir. O, da üzərində psixotrop maddə olduğundan ona 1 ədəd bükümdə psixotrop maddə vermiş və ondan 10 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Esmira” şadlıq evinin yaxınlığında Şahid4la və tanışı Nicat adlı şəxslə görüşmüşdür. Qeyd olunan tarixdə yəni, xx.xx.2022-ci il tarixdə saat 21:50 radələrində bir neçə mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini polis əməkdaşları olduqlarını bildirib və özlərini təqdim etdikdən sonra ona və Elmana üzərlərində narkotik vasitə və ya psixotrop maddə daşımaqlarından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nə aparılacağqlarını bildirmişlər. Onlarda etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə getmişlər. Orada xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələrim izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş o, da əynində olan şalvarının sol arxa cibində saxlamış olduğu 1 ədəd göy rəngli plastik qutunu təqdim etmişdir. Həmin qutuya baxış zamanı qutunun içindən 2 ədəd psixotrop maddə olan metamfetaminə bənzər kütlənin, 3 bükümdə isə narkotik vasitə heroinə bənzər kütlənin olduğu məlum olmuşdur. Şəxsi axtarış zamanı üzərində olan 23 manat pulu və 1 ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Lakin sonradan 23 manat pul onun özünə geri qaytarılmış, mobil telefonu isə götürülmüşdür. Üzərindən 3 ədəd bükümdə narkotik vasitə heroindən və 2 ədəd bükümdə psixotrop maddə metamfetamindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlələr ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. (cild 1, iş vərəqə 193-195) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şahid4 narkotik vasitə saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi barədə, həmçinin Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə və narkotik vasitə istifadə etməsi, gəzdirməsi, saxlaması və satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin, NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Şahid4 və Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə ilk öncə Şahid4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid4 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Şahid4 da əynində olan şalvarının cibində saxlamış olduğu 1 ədəd siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Şahid4 ilə aparılan şifahi sorğu zamanı o, bildirmiş ki, üzərindən aşkar edilərək götürülmüş maddə psixotrop maddə metamfetamindir, ona məxsusdur, saxlanılmamışdan bir gün qabaq, yəni 21 avqust 2022-ci il tarixdə tanışı Kamil adlı şəxsdən öz istifadəsi üçün almışdır. Bundan sonra videoçəkilişlə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan şalvarının arxa cibində saxlamış olduğu 1 ədəd göy rəngli plastik qutunu təqdim etmişdir. Həmin qutu açıldıqda qutunun içərisində 5 ədəd şəffaf rəngli sellofan bükümlərin, həmin bükümlərdən 2 ədədinin içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin, 3 ədədinin içərisində isə narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə ağ rəngli maddələrin “şüşə”, 3 ədəd bükümdə qara rəngli maddələrin narkotik vasitə “kakos” olduğunu, həmin narkotik vasitələri və psixotrop maddələri internet vasitəsilə tanış olduğu “Peyman” adlı İran vətəndaşından 1 qramını 15 manata olmaqla aldığını, həmin Peyman adlı İran vətəndaşı narkotik vasitələri və psixotrop madddələri Bakı şəhəri, Binəqədi rayon ərazisində yolun üzərində qoyduğunu, 21 avqust 2022-ci il tarixdə oraya gedərək və həmin yerdən götürdüyünü bildirmişdir. Həmçinin həmin günü Bakı şəhərinə getməmişdən əvvəl tanışı Elman adlı şəxsə də psixotrop maddə satdığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təqsdiq etmişdir. Məhkəmədə ifadələri elan olunaraq araşdırılmış şahid polis əmədaşları Şahid2 və Şahid3 ifadələrindən görünür ki, onlar məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. ( cild 1, i. Vərəqə 159-162, 163-166) Cinayət işinin materiallarında olan Şahid4 barəsində Sumqayıt şəhər Məhkəməsinin 1(060)-154/2023 saylı hökmündən və həmin iş üzrə keçirilmiş ilkin baxış iclasının audiovideo yazısından görünür ki, Şahid4 ifadəsində Təqsirləndirilən şəxs bir ədəd bükümdə 10 manat dəyərində psixotrop maddə metamfetamin aldığını etiraf etmişdir. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsində görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 5-6 aydır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi psixotrop maddə almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan 1 gün qabaq yəni, 21 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən bulağın yanında dostu Təqsirləndirilən şəxs bir ədəd bükümdə 10 manat dəyərində psixotrop maddə metamfetamin öz istifadəsi üçün almış və üzərində saxlamışdır. 22 avqust 2022-ci il tarixdə axşam saatlarında dostu Kamil və onun tanışı Nicat ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Esmira” şadlıq evinin yaxınlığında görüşmüşlər. Qeyd olunan tarixdə yəni 22 avqust 2022-ci il tarixdə saat 21:50 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Esmira” şadlıq evinin yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, onu və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə istifadəsində, üzərlərində gəzdirməklərində şübhəli olduqları üçün Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. Onlar da, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişlər. Orada xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, da əynindəki şalvarın sağ yan cibinin kiçik cibindən bir bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərində olan 18 manat pulu və istifadəsində olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. 18 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, lakin mobil telefon isə müvafiq qaydada qablaşdırılmışdır. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə psixotrop maddə metamfetamindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin yalnız istifadəçisidir, satışı ilə heç vaxt məşğul olmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs haradan və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur. ( cild 1, iş vərəqə 60-63) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 avqust 2022-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə Sumqayıt ŞPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. ( cild 1, iş vərəqə 06) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 avqust 2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi barədə protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin, NMB-nin inzibati binasında, xidməti otaqda videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs da, əynində olan boz rəngli cins şalvarının sol arxa cibində saxlamış olduğu 1 ədəd göy rəngli plastik qutunu təqdim etmiş, həmin qutu açılmış, qutunun içərisində 5 ədəd şəffaf rəngli sellofan bükümlərin, həmin sellofan bükümlərdən 2 ədədinin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin, digər 3 ədəd şəffaf rəngli sellofan bükümlərin hər birinin içərisində qara rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrdən qara rəngli olanların narkotik vasitə olan “kakos”, ağ rəngli kristal şəkilli olanların isə psixotrop maddə olan “şüşə” olduğunu, həmin narkotik vasitələri və psixotrop maddələri internet vasitəsilə tanımış olduğu Peyman adlı İran vətəndaşından 1 qramını 15 manata olmaqla aldığını, həmin Peyman adlı İran vətəndaşının narkotik vasitələri Binəqədi yolunun üstünə qoyduğunu, dünən oraya gedərək oradan götürdüyünü, həmin narkotik vasitələrin pulunu ödəmək üçün tanışlarına verdiyini, belə ki, dünən Elman adlı şəxsə psixotrop maddə verdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf rəngli sellofan ilə birlikdə hər birinin çəkisinin 3,26 qram, 0,66 qram, həmin maddələrin ümumi çəkisinin 3,90 qram, 3 ədəd şəffaf rəngli sellofana bükülmüş qara rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf rəngli sellofan ilə birlikdə hər birinin çəkisinin 0,49 qram, 0,45 qram, 0,51 qram, həmin maddələrin ümumi çəkisinin 1,46 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli Redmi markalı mobil telefon ibtidai araşdırma üçün əhəmiyyə kəsb etdiyindən tərəflərindən götürülərək müvafiq qaydada qablaşdırılmış, lakin 23 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. (cild 1, iş vərəqə 28-29) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 avqust 2022-ci il tarixli, 6/4452 nömrəli, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124” dairəvi möhür əksi olan, “Şahid4 üzərindən aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,366 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahl İİ) daxildir. Metamfetaminin təmiz çəkisi – 0,366 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq – 0,316 qram. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 23 avqust 2022-ci il tarixli, 6/4451 nömrəli, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,469 qram, 0,407 qram, 0,451 qram ümumi təmiz çəkisi 1,327 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,627 qram, 3,117 qram ümumi təmiz çəkisi 3,744 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş Şahid4 aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,316 qram olan (6/4452 nömrəli rəy) metamfetamin ilə Təqsirləndirilən şəxs aşkar edilmiş iki ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahl İİ) daxildir. Heroinin təmiz çəkisi – 1,327 qram, tədqiqata sərf edilən miqdar – 0,12 qram, qalıq – 1,207 qram Metamfetaminin ümumi təmiz çəkisi – 3,744 qram, tədqiqata sərf edilən miqdar – 0,08 qram, qalıq – 3,664 qram Metamfetaminin təmiz çəkisi – 0,316 qram, tədqiqata sərf edilən miqdar – 0,04 qram, qalıq – 0,276 qram(cild 1, iş vərəqə 41-46,50-55) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2022-ci il tarixli, 4850 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 172-173) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə tibbiekzpertizasının 23 avqust 2022-ci il tarixli, 1264 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir.( cild 1, iş vərəqə 47-49) Cinayət işinin materiallarından görünür ki, Şahid4 aşkar olunaraq götürülmüş və tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,276 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 3,664 qram psixotrop maddə metamfetamin, aşkar olunaraq götürülmüş və tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,207 qram narkotik vasitə heroin, həmçinin Şahid4 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən iki ədəd disk maddi sübut kimi tanınmış və məsul saxlanış üçün umqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş və 02 (iki) ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 146-147) Cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri il təqsirli bilinib 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə 108-110) Sabunçu Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 1(008)- 203/2022 nömrəli hökmünün surətindən görünür ki, Eybatov X2 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyiirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 17 (on yeddi) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-ci maddəsinə əsasən 02 (iki) ay 08 (səkkiz) gün müddətə azalıqdan məhumetmə cəzasına bəbarbər tutularaq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İHMKTBnin 21 Saylı Mənzil Kommunal Sahəsi üzrə nümayəndəliyindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Hacı Zeynalabdin qəs., ünvan 6 ünvanında qeydiyyata alınmış, lakin 1-ci məhəllə həyət evində yaşaymışdır. Yaşadığı müddət ərzində barəsində 21 saylı MKS-nə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 144-145) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitələri və psixotrop maddəni əldə etməkdə satış məqsədinin olmaması, Şahid4 narkotik vasitə satmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Sabunçu rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01(bir) il 08(səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 3,664 qram psixotrop maddə metamfetamin və 1,207 qram narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-203/2022 saylı hökmü ilə təyin edilmiş 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 22 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,664 qram psixotrop maddə metamfetamin və 1,207 qram narkotik vasitə heroin məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar