Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-62/2025 09.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Fizuli rayonu Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Beyləqan rayonu Mil qəsəbəsində pasport qeydiyyatında olmaqla faktiki olaraq Sumqayıt şəhəri Stansiya Sumqayıtda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxslə “WhatsApp” vasitəsilə əlaqə saxlayaraq satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əldə edilməsi, saxlanması, daşınması və satışı barədə razılaşdıqdan sonra həmin şəxsin istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 1 kq, 100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 300 manat pul müqabilində Quba rayonundan götürüb Bakı şəhərinə aparması öhdəliyini götürmüş, həmin narkotik vasitənin “Bakı-Quba” avtomobil yolunun Quba rayonu, Atuc kəndi ərazisindən keçən hissəsində yerləşən istifadəsiz tikilinin daş hasarının yanında qoyulması barədə həmin şəxs tərəfindən ona mesaj gəldikdən sonra yaşadığı Bakı şəhərindən çıxaraq, həmin şəxsin “WhatsApp” vasitəsilə göndərdiyi “məkan”a uyğun olaraq qeyd olunan əraziyə gəlmiş və daş hasarın yanına qoyulmuş sellofan bağlamanı götürərək əldə edib üzərində saxlamaqla daşımış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 13 fevral 2023-cü il tarixdə, saat 03 radələrində bağlamanı götürüb gedən zaman saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparılarkən əlində tutduğu 01 ədəd qara rəngli sellofan bağlamada ümumi xalis çəkisi 1 kq, 100 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismın təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ildə Qarabağ müharibəsində iştirak edən zaman narkotik vasitənin istifadəçisi olmuşdur. Yalnız narkotik vasitə marixuanadan istifadə etmişdir. İşğaldan azad olunmuş Xocavənd, Cəbrayıl, Fizuli ərazilərində döyüşdə iştirak etmişdir. Anten məlumatlarında qeyd olunduğu kimi İran vətəndaşı ilə yazışmalar olmuşdur, lakin özü ona zəng etmişdir. Onunla narkotik vasitəni götürməyə gedən bir qrup şəxsin heç bir məlumatı olmamışdır. Tutulan zaman əlində narkotik vasitə olmamışdır, onu saxladıqdan sonra gedib götürdüyünə dair ifadəni imzalamışdır. İran vətəndaşından ittiham aktında göstərilən çəki qədər narkotik vasitəni gedib götürəcəkdi. O, təxminən gecə 23:00-00:00 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, tutulana kimi Beyləqan rayonu, Mil qəsəbəsində daimi pasport qeydiyyatda olsa da, hazırda ailəsi ilə birlikdə Sumqayıt şəhəri, “Stansiya Sumqayıt” adlanan ərazidə yaşamışdır. Ailəlidir, üç azyaşlı uşağı vardır. Heç bir yerdə işləmir. Təxminən bir il qabaq, bir neçə dəfə “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuna istifadə etmişdir.Həmin vaxtdan tutuluna kimi ondan heç vaxt istifadə etməmişdir. 12 fevral 2024-cü il tarixdə saat 17 radələrində o, “İnstagram” sosial şəbəkəsində adını bilmədiyi və üzdən görmədiyi tanımadığı bir nəfər şəxslə tanış olaraq həmin şəxslə “WhatsApp” vasitəsilə ilə əlaqə saxlamağa başlamışdır. Söhbət əsasında maddi çətinliyindən həmin şəxsə bəhs edərkən sonuncu ona təklif etmişdir ki, narkotik vasitəni bir yerdən götürüb sonradan deyəcəyi başqa yerə aparıb daşımaqla “kuriyerlik” etdiyinə görə ona 300 manat məbləğdə pul verə bilər. Əgər razılaşmış olarsa ona narkotik vasitənin götürəcəyini yerinin “məkan”ını “WhatsApp” vasitəsilə ona göndərəcəkdir. Onun pula ehtiyacı olduğundan həmin şəxsin təklifi ilə razılaşmışdır. Aralarındakı razılaşmaya görə o, Quba rayonuna gedərək sosial şəbəkədə tanış olduğu həmin şəxsin yolda atacağı “məkan”dan “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixunanı götürüb Bakı şəhərinə gətirməli və Bakı şəhəri, Biləcəri qəsəbəsində deyəcəyi yerə qoymalı, axırda isə gördüyü işinin nəticəsi olaraq onun pul kartına 300 manat yüklənəcəkdi. Razılıq əldə ediləndən sonra həmin şəxs onun dərhal Quba rayonuna yola düşməsini istəmişdir. Həmin şəxs ondan yola düşməsini istədikdə o, yola düşəsi maşın axtararkən “Stansiya Sumqayıt” adlanan ərazidə tanışları Şahid5 və Şahid6 ilə rastlaşmış və bu zaman 12 fevral 2024-cü il tarixdə təxminən saat 23 radələri olardı. Sonuncular onun maşın axtardığını bildikdə ondan gecə vaxtı haraya getmək istəyi ilə maraqlanmışlar. Bu zaman gecə ilə Quba rayonuna gedib qayıtmalı olduğunu onlara söyləmişdir. Həmin vaxt o, taksi sifariş verib çağırdıqda içkili halda olan Nurlanla Bəhramda israr edib onunla birlikdə Quba rayonuna gəlmək istədiklərini bildirmişlər. Bu səbəbdən Nurlanla Bəhramın özü Quba rayonuna gəlmələrinə etiraz etməmiş, hətta sonuncuların istəyi ilə onlara yol da pivədə alacağına söz verməli olmuşdur. Lakin o, Nurlanla Bəhrama narkotik götürmək məqsədilə Quba rayonuna gedəcəyini gizlətmiş, onlara yalnız gecə ilə sənəd götürüb geri qayıdacağını demişdir. Bundan sonra, sifariş etdiyi “Opel” markalı nömrəsini xatırlamadığını taksi maşınında tanışları Nurlan və Bəhramla birlikdə Quba rayonuna yola düşmüşdür. Quba rayonuna çatanda sosial şəbəkədə tanış olduğu şəxs tərəfindən “WhatsApp” vasitəsilə ona göndərilmiş “məkan”a uyğun olaraq Bakı-Quba avtomobil yolu ilə Quba rayonu, Atuc kəndi ərazisinə gələrək orada olan körpüdə taksidən düşmüşdür. O, maşından düşdükdə taksi sürücüsü və Bəhram maşında qalmışlar. Nurlan isə tualetə düşəcəyi adı ilə onun arxasınca gəlmişdir. O, bir müddət sosial şəbəkədə tanıdığı şəxs tərəfindən “məkan” atılan yeri tapmaqda çətinlik çəkmiş, buna baxmayaraq axırda həmin “məkan”ı taparaq körpünün aşağı tərəfindəki yarımtikili daş hasarı olan yerə yaxınlaşmışdır. Hasarın yanında yerə qoyulmuş bir ədəd qara rəngli sellofan bağlamanı aşkar edib götürərək oradan gedərkən Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı məlumat olduğunu bildirmişlər, ona şübhəli şəxs qismində tutulduğu elan edilərək oraya çağrılmış digər polis əməkdaşları ilə ona təqdim edilmiş bir nəfər vəkilin iştirakı ilə video çəklişindən istifadə edilməklə onun saxlanıldığı həmin yerdə üzərində şəxsi axtarış keçirilməyə başlamışlar. O, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış zamanı əlindəki bir ədəd qara rəngli sellofan bağlama içərisindən yaşıl rəngli bitki kütlələri aşkar edilmişdir ki, o, həmin kütlənin “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuna olmasını, sosial şəbəkədə tanış olduğu şəxs tərəfindən qoyulduğu həmin yerdən götürüb Bakı şəhərinə apardığını və Bakı şəhərində həmin deyəcəyi yerə aparıb qoyacağını bildirmişdir. Aşkar edilmiş sellofan bağlama qablaşdırılmış və qablaşdırılmanın üzərinə imza edərək tamlığını təsdiq etmişdir. Bundan başqa üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 50-52; 61-62; 135-136) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 13 fevral 2024-cü il tarixdə saat 03:00 radələrində bizə daxil olan narkotik vasitələrin qanunsuz dövriyyəsi, daşınması və saxlanması ilə bağlı məlumata əsasən təqsirləndirilən şəxsi Quba rayonu, Atuc kəndi ərazisində saxladıq. Şahid2 ilə birlikdə hadisə yerində olan zaman maşını saxlamış və düşmüşlər. Həmin zaman Təqsirləndirilən şəxs görmüş, yaxınlaşıb özlərini təqdim etmək istəyən zaman qaçmağa çalışmışdır. Daha sonra təhqiqatçı, müdafiəçi gəlmiş, videoçəkiliş aparılmışdır. İran vətəndaşı ilə olan “Whatsapp” danışıqlarından görünür ki, 300 manat qarşılığında narkotik vasitəni qoyulduğu yerə götürmək üçün gəlmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman iki nəfər olmuşlar və ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-nin əməliyyatmüvəkkili, polis polkovnik-leytenant Şahid2 ifadəsində göstərdi ki, 13 fevral 2024-cü il tarixdə saat 03:00 radələrində onlara daxil olan narkotik vasitələrin qanunsuz dövriyyəsi, daşınması və saxlanması ilə bağlı məlumata əsasən təqsirləndirilən şəxsi Quba rayonu, Atuc kəndi ərazisində saxladıq. Şahid1 kömək məqsədilə getmişlər. Hadisə yerində körpünün yanında daş hasar yerində narkotik vasitə vasitə olmuşdur. İran vətəndaşından almış və oradan götürmək istəyən zaman onlar tərəfindən saxlanılmışdır. Saxlanılarkən əlində qara sellofan olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin KTQ-nin baş inspektoru, polis mayoru Şahid3 ifadəsində göstərdi ki, 13 fevral 2024-cü il tarixdə saat 03:00 radələrində onlara daxil olan narkotik vasitələrin qanunsuz dövriyyəsi, daşınması və saxlanması ilə bağlı məlumata əsasən təqsirləndirilən şəxsi Quba rayonu, Atuc kəndi ərazisində saxlamışlar. Həmin zaman o, maşında olmuşdur. Təqsirləndirilən şəxs saxlayanlar Şahid1 və Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs əlində bağlama olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7n ifadəsində göstərdi ki, 13 fevral 2024-cü il tarixdə o, Sumqayıt şəhərində olanda Qubaya taksi sifarişi verilmişdi. Qiymət 51 manat 20 qəpik yazırdı. Onları götürmüş, daha sonra yola düşmüşlər. Təxminən saat 22:00 radələrində yola çıxmışlar. Onun yanında oturan oğlan telefon danışğında sənəd götürməkdən bəhs edirdi. Göstərilən ünvana gəlib çatanda yaşayış yeri olmadığını görmüş, qorxmağa başlamışdır. Daha sonra maşından düşmüşlər və cəld qaçaraq ona bildirmişlər ki, “tez sür gedək”. Bu zaman 1 nəfər şəxs mülki geyimdə yaxınlaşmış və özünü polis əməkdaşı kimi təqdim etmişdir. O, bu zaman inanmamış, lakin irəli getdikdən sonra digər polis əməkdaşları onları saxlamışdır.O, özü 2-3 sutka polis şöbəsində saxlanılmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid5 ifadəsində göstərmişdir ki, Fizuli rayonu Aşağı Veysəlli kəndində daimi pasport qeydiyyatında olsa da, hazırda Sumqayıt şəhəri, “Stansiya Sumqayıt” adlanan ərazidə Qaçqınlar Şəhərciyində yaşayır. O, əvvəllər 2017-ci ilin sentyabr ayında Sumqayıt şəhərində Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə 03 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2021-ci ilin mart ayında həmin cəzasını çəkib azad olmuş, Qaradağ rayonu ərazisində yerləşən 14 saylı cəzaçəkmə müssisəsində cəza çəkərkən orada həmyerlisi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Cəzasını çəkib qurtardıqdan sonra, Elşənlə şəxsi münasibəti davam etmişdir. Elşəndə onun Sumqayıt şəhəri “Stansiya Sumqayıt” adlı ərazidə yaşadığı Qaçqınlar Şəhərciyinə köçmüşdür. 12 fevral 2024-cü il tarixdə axşam saatlarında yaşadıqları yerdə olan kafedə əmisi oğlu Şahid6 ilə birlikdə oturub yemək yeyib araq içmişlər. Saat 22 radələrində onlar kafedən çıxıb evə gedərkən yol üstü Elşənlə rastlaşmışlar. Onunla hal-əhval edib danışıqları zamanı Elşəndən öyrənmişlər ki, “o, taksi axtarır. Qubaya sənəd götürməyə getməlidir. Ona buna görə 300 manat pul verilməlidilər”. Ancaq həmin pulu kimin verəcəyini və Qubada konkret harada verəcəyini demədi. Qubaya getməsi ona maraqlı olduğundan Elşənə onunla getməyi təklif etmişdir. Elşən buna etraz etmədi. O, hətta yolda onlara pivə almağada söz verdi. Bu vaxtı Bəhramda onlarla gəlmək qərarına gəlmişdir. Sonra Elşən taksi xidməti ilə danışmış və onlar olan yerə axır nömrəsi “158” rəqəmi ilə bitən “Opel-Astra” markalı taksi çağırmışdır. Onu sürən şəxsin adının Elçinin olduğunu sonradan yolda gedəndə bilmişdir. Maşına əyləşəndə sürücünün yanında qabaqda Elşən oturmuşdur. Onun özü Elşənin arxası tərəfdən oturmuşdur, Bəhram isə sürücünün arxası tərəfdən əyləşmişdir. Yol boyunca Elşən “WhatsApp”da kiminləsə danışmışdır. Onun danışdığı adam Elşənə “məkan” atmışdır. Onunla hər danışığında ya ona “Qaqam”, ya da “Kəndçim” olaraq müraciət edirdi. Həmin şəxs ona sənədləri götürəcəyi yerdən danışırdı və onları götürdükdən sonra ona kartına 300 manat pul atacağından söyləyirdi. 13 fevral 2024-cü il tarixdə gecə saat 03 radələrində onlar Quba rayonunda həmin “məkan” atılan yerə gəlmişlər. “Məkan”a görə Quba rayonu Atuc kəndi ərazisində bir körpü olan yerə gəlib çıxmışlar. Orada Elşən maşından düşəndə o da tualetə baş çəkmək üçün onun arxasınca çıxmışdır. Bəhram və taksi sürücüsü isə maşında qalmışlar. Elşən yoldan təxminən 50 metr aralıda yerləşən daş hasarın yanın yaxınlaşanda o kənarda ayaq yolunu edirdi. Birdə görmüşdür ki, Elşəni kimsə saxladı. Həmin anda o qorxaraq maşına tərəf qaçmış, lakin maşına oturduqdan sonra həmin taksini də polislər saxlamış və onların hamısını Quba RPŞ-nə gətirmişlər. Sonradan orada bilmişdir ki, polis əməkdaşları Elşəni də içində narkotikle dolu selofan olan torbada tutub gətiriblər. Elşən özü onlarla yola çıxanda Qubaya narkotik dalınca gəlməsi haqqında heçnə deməmişdir. O, özü narkotik qəbul edən deyil və narkotiklərə meylliyi də yoxdur. Elşən onu və Bəhramı aldadıb Qubaya gətirmişdir. Onların narkotik barədə Qubaya gəlmək üçün Elşənlə qabaqcadan əldə olunmuş razılığı olmamışdır. (Cild 1, iş vərəqləri 78-79) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid6 ifadəsindən görünür ki, o, Şahid5la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 91-92) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Şahid4 digər şahidlər Şahid1 və Şahid2lə oxşar məzmunlu ifadə verərək onların ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 103-104) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarışın keçirilməsi barədə” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən əlində tutduğu 01 ədəd qara rəngli sellofan bağlamada ümumi xalis çəkisi 1 kq, 100 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 31) «Şəxsi axtarış və götürmə aparılması haqqında» 13 fevral 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış bununla bağlı 01 ədəd disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və mənzilə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 95-96) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 13 fevral 2024-cü il tarixli 3-16-16/2-7/227 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, 01 ədəd qara rəngli bağlamada olan təmiz çəkisi 1 kq, 100 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 40-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmənarkoloji ekspertizasının 05 aprel 2024-cü il tarixli 2185 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəlyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 111-112) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 25 may 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 1099,95 qram qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Quba RPŞ-in maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 117- 125) Məhkəmə, təqsirləndirilən şəxsin tutulan zaman üzərində narkotik vasitə olmaması, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin barələrində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onların əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qaradağ rayon məhkəməsinin 16 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, 31 may 2021-ci il tarixdə Beyləqan rayon məhkəməsinin qərarı ilə həmin cərimə cəzası 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən dərhal azad edilərək üzərindən məhkumluğu götürülmüşdür. (Cild 1 iş vərəq 110) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağı vardır. Həmçinin iş materiallarına əlavə olunmuş xəstəlik haqqında şəhadətnamənin və “Vətən müharibəsi iştirakçısı” medalının surətlərindən görünür ki, təqsirləndirilən şəxs özü Vətən müharibəsi iştirakçısı olmuş, qardaşı X2 isə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almışdır. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin Vətən müharibəsi iştirakçısı olması, həmçinin qardaşı Rövşən Quliyevin Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma alması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən təqsirləndirilən şəxsi səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət qanunun maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı hədlərdə cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətmkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 67-69) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-da saxlanılan ekspertizadan sonra qalıq qalan 1099,95 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 70 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba RPŞ-da saxlanılan ekspertizadan sonra qalıq çəkisi 1099,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. 01 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 70 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-62/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-62/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver