Məhkəmə qərarları › İş №1(124)-625/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-625/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-625/2024 30.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Nizami oğlunun sədrliyi, X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxslərin nümayəndəsi – “Nümayəndə və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə, Müdafiəçilər - Şimal Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1984-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 1.2.5 və 144-3.4-cü maddələri ilə, xx.xx.1990-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Daşkəsən rayonu, Quşçu kəndində faktiki yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan Azərbaycan Respublikası vətəndaşı Lətafət adlı şəxslə razılaşıb tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişlər, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 2023-cü ilin noyabr ayının ortalarında ünvan 4 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona X4 Dubay şəhərində tanışının restoranında xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 18 noyabr 2023-cü il tarixdə saat 07:54-də Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı Hava Limanından keçirməklə X4 Dubay şəhərinə aparıb, həmin şəhərdə yerləşən Lətafət adlı şəxsin kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Lətafət adlı şəxslə birlikdə 18 noyabr 2023-cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək olan müddət ərzində həmin mənzildə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişlər. Bundan başqa onlar, təkrarən tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan Azərbaycan Respublikası vətəndaşı Lətafət adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişlər, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 2023-cü ilin noyabr ayının ortalarında ünvan 5 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona X4 Dubay şəhərində tanışının restoranında xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 22 noyabr 2023-cü il tarixdə saat 20:38-də Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı Hava Limanından keçirməklə X4 Dubay şəhərinə aparıb, həmin şəhərdə yerləşən Lətafət adlı şəxsin kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Lətafət adlı şəxslə birlikdə 23 noyabr 2023-cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək olan müddət ərzində həmin mənzildə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişlər. Bundan başqa onlar, təkrarən tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan Azərbaycan Respublikası vətəndaşı Lətafət adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişlər, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 2023-cü ilin noyabr ayının ortalarında ünvan 5 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona X4 Dubay şəhərində tanışının restoranında xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 22 noyabr 2023-cü il tarixdə saat 20:38-də Azərbaycan Respublikasının dövlət sərhədinin Bakı Hava Limanından keçirməklə X4 Dubay şəhərinə aparıb, həmin şəhərdə yerləşən Lətafət adlı şəxsin kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Lətafət adlı şəxslə birlikdə 23 noyabr 2023-cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək olan müddət ərzində həmin mənzildə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişlər. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, bacısı ilə Dubay şəhərinə getmişdir. O, zərərçəkmiş xanımları tanımamışdır. Zərərçəkən xanımlar onun bacısına zəng edərək gəlmək istədiklərini bildirmişlər. Bacısı da onlara Dubayda iş olmadığını və özlərinin də qayıtmaq fikirlərinin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslər özləri bilet alaraq onların yanına gəlmişlər. Bacısının adı Təqsirləndirilən şəxs2dür. Onları polis tutub aparmışdır. Onlar qalmışlar. Onlar hava limanında bir həftə qalmışlar. Onlara Azərbaycana getmək üçün bilet almışlar. Bununla bağlı onların sübut və şahidləri də vardır. O, oktyabr ayının 2-də bacısı ilə birlikdə X6 getmişdir. Onlar oraya dilənmək məqsədi ilə getmişlər. Orada restoranda işləməmiş və fahişəliklə məşğul olmamışdır. Pul qarşılığında kiminləsə görüşməmişdir. O, Lətafət adlı şəxsi tanımamışdır. Bacısı onunla birgə olmuşdur. O, bacısının Lətafət adlı şəxsi tanıyıbtanımamasını bilməmişdir. Onlar Dubay şəhərində oteldə gecəlik 20 manata qalmışlar. Onlar küçədə dilənmişlər. Onların orada dilənməklərinin görüntüləri Dubay şəhərində yerləşən hava limanının kameralarında öz əksini tapmışdır. Qaldıqları otel hava limanına yaxın olmuşdur. O, bacısının kişilərlə pul müqabilində görüşməsini görməmişdir. Onlar dil bilmədiklərinə görə işləməmişlər. Dekabr ayının yeddisi Azərbaycana qayıtmışdır. Həmin tarixə qədər orada qalmışlar. Cinayət işi qaldırılana qədər o, Azərbaycana üç dəfə gəlibgetmişdir. Bir dəfə getmiş, lakin Korona xəstəliyinə görə sığınacaqda qalmışlar. Onlar aya 1000 manat qazanmışlar. Onlar il ərzində üç dəfə gəlib-getmişlər. Onlar diləndikləri üçün tutulmuşlar. Onları Dubay şəhərinin polisləri tutmuşlar. Zərərçəkmiş şəxs3 xanımı Dubay şəhərində tanımışlar. Zərərçəkmiş şəxs3 orada işləmişdir. Şəxs müştəriyə gedən olmuşdur. Xanımlardan birini Türkiyədən tanımışdır. Digər iki xanımı isə Dubay şəhərindən tanımışdır. Bir nəfər xanımı Dəniz adı ilə Türkiyədən tanımışdır. İki il əvvəl Türkiyənin şəhərindən diskotekadan tanımışdır. Müştərinin masasında oturaraq sifarişlər verdirmişlər. Masaya gələn sifarişlərə görə müdiriyyət onlara pul vermişdir. Şəbnəm gələndə onun bacısına zəng vurmuş, Türkiyədən deport olunduğu üçün Dubay şəhərinə gələcəyini bildirmişdir. Bacısı da ona burada iş olmadığını və gəlməməyini bildirmişdir. Dubay şəhərində 10 gün qalmış və tutulmuşdur. Onlar bir otaqda qalmışlar. Onlar dilənməyə gedəndə digərləri də otelin qabağında olmuşlar. Digər iki şəxsin nə üçün Dubay şəhərinə gəlmək üçün bacısına zəng vurduqlarını bilməmişdir. O, zərərçəkmiş xanımların müştəriyə çıxmasını ehtimal etmişdir. Müştəriyə çıxmağı zərərçəkmiş şəxslər ona da təklif etmişlər. O isə razılaşmamışdır. O, zərərçəkmiş xanımların Bakı Hava Limanından Dubay şəhərinə gəlməkləri üçün pul göndərməmişdir. Eyni zamanda bacısı da pul göndərməmişdir. Şəbnəm xanımın bacısı ilə əlaqəsi olmuşdur. Üçü bir yerdə olmuşdur. Həmin oteldə turistlər də qalmışlar. Hər kəsin özünə məxsus otağı olmuşdur. Otaqda beş nəfərlik yataq olmuşdur. Qızlar gələndən sonra onlar beş nəfərlik otaq tutmuşlar. Otaq üçün pulu bölüşdürmüşlər. Azərbaycanlı olduqları üçün bir otaqda qalmışlar. O, Dubay şəhərində çox qalmamışdır. Onlar Dubayda ətrafı yaxşı tanımamışlar. Daşkəsəndə doğulmuşdur. İndi də Daşkəsən rayonunda yaşayır. Onlar əvvəl Gəncə şəhərində dilənmişlər. Diləndiyi üçün hər kəs onu söymüşdür. Onun əlilliyi yoxdur. Dubay şəhərində olanda onun uşağına anası baxmışdır. Türkiyədə özünü Azərbaycanlı kimi tanıtmışdır. Türkiyədə 15 gün qalmışdır. Etdiklərindən peşmandır. Birinci dəfə Dubaya 2020-ci ildə getmiş və 5-6 ay qalmışdır. 2021-ci ilin mart ayında Dubay şəhərinə getmiş noyabr ayında geri qayıtmışdır. Axırıncı dəfə 2021-ci ildə getmişdir. O, zərərçəkmiş şəxslərə ev verməmişdir. Özləri işləmiş və özləri evin pulunu vermişlər. Zərərçəkmiş şəxslərin onlara qarşı ifadə verməklərini başa düşə bilməmişdir. Onun atası da, anası da azərbaycanlıdır. Həmçinin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində arasında ziddiyyət olduğundan ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Mədinə İmamquqluyeva ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2003-cü ildə Saləddin Tağıyev ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Bu evlilikdən bir övladı dünyaya gəlmişdir. Övladı daun sindromlu dünyaya gəldiyindən əri ondan ayrılmışdır. Həmin vaxtdan övladına tək baxmağa və müalicə xərclərini ödəməyə məcbur olmuşdur. Müxtəlif yerlərdə xidmətçi işləsə də, maddi cəhətdən çətinlik çəkmişdir. Bu səbəbdən 2009-cu ildən etibarən Türkiyə Respublikasının İğdır şəhərinə gedərək orada yerləşən müxtəlif restoranlarda əvvəlcə xidmətçi işləmiş, sonra isə tanış olduğu kişilərlə pul qarşılığında cinsi əlaqədə olmaqla qazanc əldə etməyə başlamışdır. Uzun müddət bu məqsədlə Türkiyə Respublikasına gedib, gəlmişdir. 2020-ci ilin yanvar ayında Bakı şəhərində tanış olduğu Firuzə adlı qadının təklifi ilə X4 Dubay şəhərinə getmək qərarına gəlmişdir. Orada adını və ünvanını dəqiq bilmədiyi otellərdə qalmışdır. Sonralar bacısı Aygün də onun yanına gəlmiş və onlar birlikdə fahişəliklə məşğul olub pul qazanmağa başlamışdırlar. Sonuncu dəfə Aygünlə birlikdə xx.xx.2023-cü il tarixdə X4 Dubay şəhərinə getmişdirlər. Orada olan zaman Azərbaycan Respublikasının vətəndaşı Lətafət adlı qadınla tanış olmuşdur. Lətafət qadınları fahişəliyə cəlb etmişdir. Lətafət onlara fahişəliklə məşğul olmaq üçün qadın tapmalı olduqlarını dedikdə o hər hansı tanışının olmadığını demişdir. Aygün isə Bakı şəhərində tanışlarının olduğunu demişdir. Bir neçə gündən sonra Aygünün tanışı Şəbnəm, sonra isə Günel və Aybəniz adlı qadınlar gəlmişdir. Aybəniz və Günelin biletini Lətafət almışdır. Həmçinin qadınların fahişəliklə məşğul olması üçün kirayə ev tutmuşdur. Belə ki, müştərilər həmin evə gələrək oradakı qadınlarla pul müqabilində cinsi əlaqədə olmuşdur. Müştərilər evin qarşısına gəlmiş və orada olan qadınlardan hər hansı biri ilə razılaşıb evdə cinsi əlaqədə olurmuşlar. Lətafət evin xərcləri ilə bağlı ondan və digər qızlardan hər gün 100 dirhəm pul almışdır. Yemək və s. aldıqda isə onlardan əlavə pul almışdır. 2023-cü ilin dekabr ayının əvvəllərində Aygün, Şəbnəm və Aybənizi polis tutmuşdur. Belə olan halda o özü ilə yanaşı Aygün və Günelə bilet almış və onlar birlikdə Azərbaycan Respublikasına qayıtmışlar. Günel və Aybənizə isə biletləri anaları almışdır. Aybəniz isə onlardan bir gün sonra gəlmişdir. O , X4 Dubay şəhərində fahişəliklə məşğul olduğunu, hər hansı bir şəxsi X4 Dubay şəhərində fahişəliyə cəlb etmədiyini, hər hansı bir şəxsi X4 Dubay şəhərinə özü ilə aparmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, zərərçəkmiş xanımların hər üçünü Türkiyədən tanımışdır. Birinin adı Dəniz olmuşdur. İkisi ilə ünsiyyəti olmuşdur. Digər şəxslə ünsiyyəti olmamışdır. Şəbnəm və Günellə ünsiyyəti olmuşdur. Aybənizlə ünsiyyəti olmamışdır. O, bacısı ilə getmişdir. O iki dəfə Dubay şəhərinə getmiş və ikisində də bacısı ilə getmişdir. Birinci dəfə gedəndə səkkiz gün qalmış və geri qayıtmışdır. Birinci dəfə Dubay şəhərinə bacısı getmişdir. O da bacısına görə getmişdir. Şəbnəm ona zəng etmiş və ona Türkiyədən deport olunduğunu, üç ay ərzində Türkiyəyə gedə bilməyəcəyini, Dubay şəhərinə gəlmək istədiyini bildirmişdir. O, dil bilmədiyini və geri qayıdacağını bildirmişdir. Şəbnəm ona “qurban olum icazə ver gəlim və üç ayımı orada keçirim” demişdir. O, müştəriyə çıxdığını ona demişdir. Bu işlə məşğul olduğunu və gəlmək istəyirsə gələ biləcəyini demişdir. Hətta özünü də bir qadının idarə etdiyini bildirmişdir. Həmin qadını o tanımamışdır. Ofisant kimi işlədiyini deməmişdir. Bu sözlərdən sonra o, gələcəyini bildirmişdir. Otel yiyəsinə gəlməsi üçün bilet ayırtdırmışdır. Otel sahibi ilə qızın otelin pulunu gələndən sonra işləyib ödəməsi barədə razılaşmışdır. Şəbnəmi özü qarşılamışdır. Onun yanında təxminən on gün işləmişdir. Həmin müddət ərzində Günel ona zəng etmiş və gəlmək istədiyini bildirmişdir. Türkiyədən Aybənizin deportu vardır. O, geriyə qayıdacağını bildirmişdir. Ona rəfiqəsinin də gəlmək istədiyini bildirmişdir. O, rəfiqəsini tanıyıb tanımamasını soruşmuşdur. Günel də tanıdığını bildirmişdir. O hər iki şəxsə bilet ayırmışdır. Onlar da gəlmişlər. Hər iki şəxsi otel sahibi ilə birlikdə qarşılamışdır. Otelin pulunu birləşib otel sahibinə vermişlər. Müştərilər də otelə gəlirmiş. Onlar aşağı düşəndə mülki geyimdə olanda polis gəlib onları aparmışdır. Həmin oteldə Mədinə ilə Günel qalmışdır. Onlar qaçmışlar. 10-12 gün orada qalmışdır. Ondan sonra deport olunmuşdur. Onun zərərçəkmişlərin ora gəlməsində heç bir marağı olmamışdır. Gəlmək istədiklərini bildirdikləri üçün onlara köməklik etmişdir. O səhv etdiyini bildirmişdir. Həmin şəxsləri çağırmamışdır. Özləri zəng etmişlər. Oteldəki otaq beş nəfərin rahat yaşaması üçün nəzərdə tutulmuş otaq olmuşdur. Heç bir narahatlıq olmamışdır. Bacısının pulla görüşüb-görüşməməsini bilməmişdir. Onlar otelin qarşısına yığışıb müştəri gözləyirlərmiş. Bir nəfər dili bilən azərbaycanlı olmayan xanım onları idarə etmişdir. Hər ölkədən qızlar olmuşdur. Müştərilərdən pulu özləri almışlar. Hər kəsin pulu özlərinə verilmişdir. Zərərçəkən xanımlar qazandıqları pulları onlara verməmişlər. Zərərçəkənlər otel pulunu onlara vermişlər. Onlar da həmin pulu otelin sahibinə vermişlər. Yeməkləri də özləri almışlar. Otel sahibi qızları işlətmişdir. Zərərçəkmiş şəxlərlə onların ünsiyyəti o qədər də çox olmamışdır. Bir yerdə Türkiyədə işləmişlər. Şəbnəmlə ünsiyyəti daha yaxın olmuşdur. Aybənizlə ünsiyyəti sadəcə salam-sağol səviyyəsində olmuşdur. Onlar zərərçəkmiş xanımlara heç bir vəd verməmişlər. Zərərçəkmişlərə hər bir şeyi demişdir. Zərərçəkmiş xanımlar ona vəsiqələrini verməmişlər. Vəsiqələrini onun vasitəsi ilə otel sahibinə vermişlər. Otel sahiblərinə vəsiqələrini onlara bilet aldığı üçün vermişlər. Otel sahibi milliyətcə Qırğız olmuşdur. Zərərçəkmiş şəxslərin onlara qarşı ifadə verməklərini başa düşə bilməmişdir. O, vəsiqələri bacısına verməmişdir. Ofisant işlədiyini bildirməmişdir. Onun oxuma və yazması yoxdur. Həmçinin Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində arasında ziddiyyət olduğundan ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2008-ci ildə Bəxtiyar Məmmədov ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən iki övladı var. 2015-ci ildə Bəxtiyar ilə boşanmışdır. Uşaqların biri onunla, digəri isə atası ilə yaşayır. Bacısı Mədinə boşandığı ərəfələrdə Türkiyə Respublikasının İğdır şəhərinə gedib-gəlmişdir. Belə ki, Mədinə, həmin şəhərdə yerləşən restoranlarda müxtəlif şəxslərlə tanış olub pul müqabilində onlarla cinsi əlaqədə olmuşdur. Keçən müddət ərzində maddi cəhətdən sıxıntıları yaranmağa başlamışdır. Məhz buna görə də, bacısı Mədinə onu da pul qazanmaq üçün oraya dəvət etmişdir. O, əvvəllər fahişəliklə məşğul olmamışdır. Bacısının bu təklifi ürəyincə olmasa da, uşaqlarına baxmaq üçün razılaşmaq məcburiyyətində qalmışdır. Beləliklə 2016-cı ildən etibarən mütəmadi olaraq Türkiyənin İğdır şəhərinə gedib orada işləməyə başlamışdır. Belə ki, orada “Tuana”, “Eskitepe”, “Gecə Yıldızı” adlı restoranlarda fahişəliklə məşğul olmuşdur. İğdır şəhərində olduğu müddət ərzində Günel və Şəbnəm adlı qadınları görmüşdür. Həmin qadınlar müxtəlif vaxtlarda müxtəlif obyektlərdə xidmətçi işləmişdir. Həmyerli olduqlarından onlarla aralarında xoş münasibətləri yaranmışdır. 2020-ci ildən etibarən Mədinə X4 Dubay şəhərinə gedərək orada fahişəliklə məşğul olmağa başlamışdır. 2021-ci ilin mart ayında o da Mədinə ilə birlikdə getmişdir. Orada Mədinə onu Firuzə adlı qadınla tanış etmişdir. Mədinə Firuzənin vasitəsi ilə Dubay şəhərinə getmişdir. O Dubay şəhərində Mədinənin köməkliyi ilə fahişəliklə məşğul olmağa başlamışdır. Onun dil biliyi olmadığından müştərilərlə danışa bilməmişdir. Mədinə isə ərəbcə və ingiliscə az da olsa danışa bilmişdir. 2023-cü ilin noyabr ayında onlar yenidən Mədinə ilə birlikdə Dubay şəhərinə getmişlər. Mədinə bu dəfə onu Lətafət adlı qadınla tanış etmişdir. Lətafət orada qadınları fahişəliyə cəlb etmişdir. Mədinə də, Lətafətə qadın tapmaqda köməklik etmişdir. Dubay şəhərində olan zaman söhbət əsnasında Mədinə ona tanıdığı qadınları Dubay şəhərinə dəvət etməyini, həmin qadınların vasitəsilə yaxşı pul qazanacaqlarını demişdir. O həmin qadınlara hansı məqsədlə çağırıldıqlarını soruşduqları təqdirdə hansı cavabı verəcəyini soruşduqda Mədinə həmin qadınları bir yolla aldadıb gətirməyini bildirmişdir. Belə olan halda o Türkiyə Respublikasının İğdır şəhərində tanış olduğu Günel və Şəbnəm adlı qadınlarla danışaraq həmin qadınların Dubay şəhərində restoranda pul qazanmaq üçün yaxşı işlər olduğunu, bacısının restoranda işlədiyini, həmin qadınlara da yüksək qazandıran iş tapacağını demişdir. O həmçinin Günelin rəfiqəsi Aybəniz ilə danışıb razı salmışdır. Qeyd etdiyi qadınlar öz razılıqlarını bildirdikdən sonra Mədinəyə bu barədə məlumat vermişdir. Mədinə də, həmin qadınlara Dubay şəhərinə gəlmələri üçün bilet almışdır. İlk öncə həmin qadınlardan Şəbnəm onların yanına gəlmişdir. Bir neçə gün sonra isə Günel və Aybəniz də, gəlmişdir. Günel ilə Aybəniz gələn kimi Mədinə həmin qadınların pasportlarını müvəqqəti qeydiyyata saldırmaq adı ilə alıb Lətafətə vermişdir. Həmin qadınlar nə işlə məşğul olacaqlarını soruşduqda Mədinə və o kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağın burada ən yaxşı pul qazanmaq yolu olduğunu bildirmişlər. Həmin qadınlar ona etiraz etsələr də o çarəsiz olduğunu, özünün də həmin formada işlədiyini demişdir. Qadınlar məcburiyyət qarşısında qalıb onların dedikləri ilə razılaşmışdırlar. Həmçinin həmin qadınlara Mədinənin aldığı biletin pulunu ödəməli olduqlarını demişdirlər. Bundan sonra həmin qadınlar orada olan Mədinənin təşkil etdiyi kişi müştərilərlə Lətafətin kirayəyə götürdüyü evdə cinsi əlaqədə olmağa başlamışdırlar. Mədinə qaldıqları otelin qarşısında kişi müştərilərlə danışıb razılaşmış və pulu alır, həmin qadınları müştərilərə təqdim etmişdir. Həmin qadınlara isə həmin puldan az miqdarda vermişdirlər. Əldə edilən pulu isə Mədinə və Lətafət öz aralarında bölmüşdür. Mədinə və Lətafət bəhanə edərək oradakı qadınların gəlməklərinə alınmış biletə pul çıxmışdırlar. Aybəniz, Şəbnəm və Günel israr etdiklərinə görə o Mədinədən Lətafətdən pasportları alıb özlərinə qaytarmasını tələb etmiş, lakin Mədinə onun dediklərinə əməl etməmişdir. 2023-cü ilin dekabrın ilk günlərində polis onu, Şəbnəmi və Aybənizi tutmuşdur. Mədinə isə Güneli götürüb oradan qaçmışdır. Polis məntəqəsində o Mədinəyə zəng vurub arxasıyca gəlməsini xahiş etsə də, Mədinə, tutulacağından qorxub gəlməmişdir. Bundan sonra isə Mədinə ona və Günelə bilet almışdır. Aybənizə və Şəbnəmə isə bileti anaları almışdır. Onlar 07 dekabr 2023-cü ildə qayıtsa da, Aybəniz onlardan bir gün sonra qayıtmışdır. O, X4 Dubay şəhərində fahişəliklə məşğul olmuş, o, hər hansı bir şəxsi X4 Dubay şəhərində fahişəliyə cəlb etməsə də bacısı Mədinə və Lətafət onun oraya çağırdığı Günel, Aybəniz və Şəbnəmi pul müqabilində müxtəlif kişi müştərilərlə cinsi əlaqədə olmağa məcbur edərək pul qazanmışdırlar. O, özü ilə birlikdə hər hansı bir şəxsi X4 Dubay şəhərində aparmamış, sadəcə olaraq Günel, Aybəniz və Şəbnəmi işə düzəltmək adı ilə oraya dəvət etmişdir. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2013-cü ildə Orxan Abbasovla qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Bu nikahdan bir övladı var. Təxminən 2018-ci ildə Orxanla ayrılmışdır. Maddi cəhətdən sıxıntıları olduğuna görə 2022-ci ildə hazırda adını xatırlamadığı şəxsin təklifi ilə Türkiyə Respublikasının İğdır şəhərinə gedib orada restoranlarda xidmətçi və dırnaq ustası kimi müxtəlif yerlərdə işləmişdir. Bir müddət sonra yəni 2023-cü ilin sentyabr ayında Azərbaycana geri qayıtmışdır. 2023-cü ilin noyabr ayının ortalarında Türkiyə Respublikasında tanış olduğu Günel adlı qadınla əlaqə saxlayan zaman Günel, X5 restoranda işləyən Aygün adlı tanışının, orada Türkiyədən daha çox qazanc olduğunu deyərək Güneli işləmək üçün oraya dəvət etdiyini bildirmiş və birlikdə gedib işlməyi təklif etmişdir. X10 əvvəllər İğdır şəhərində yerləşən müxtəlif restoranlarda fahişəlik etdiyini, lakin hazırda xidmətçi kimi fəaliyyət göstərdiyini demişdir. O ilk öncə etiraz etsə də, sonradan maddi cəhətdən sıxıntıları olduğundan razılaşmağa qərar vermişdir. 2023-cü ilin noyabr ayının ortalarında yaşadığı ünvan 5 ünvanında olarkən Aygün ilə əlaqə saxlayan zaman Aygün X6 gedib orada işləməyi təklif etdikdə o razılığını bildirmişdir. Lakin X6 getmək üçün bilet almağa pulunun olmadığını demişdir. Aygün Günelə və ona bilet aldıqdan sonra orada işləyib pulunu ödəyəklərini demişdir. Onlar Aygünlə razılaşmış və xx.xx.2023-cü ildə hava limanından X4 Dubay şəhərinə getmişlər. Onları orada Aygün, bacısı Mədinə və Lətafət adlı qadın qarşılayıb Lətafətin kirayə götürdüyü evə aparmışlar. Evə çatdıqdan sonra Aygün ondan və Güneldən pasportlarını almışdır. Pasportlarını nə üçün istədiyini soruşduqda, polislərin tutmaması üçün onları müvəqqəti qeydiyyata saldıracağını demişdir. Biraz sonra sonra isə Aygün orada rahat pul qazanmağın pul qarşılığında kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmaq olduğunu demiş və Aygüngilin nəzarəti altında dəvət olunan kişilərə intim xidmətlər göstərəcəklərini bildirmişdir. O, Aygünə etiraz etmiş və onu işə düzəldəcəyi üçün gəldiyini, geri qayıtmaq istədiyini bildirmişdir. Aygün və bacısı Mədinə ona əsəbləşərək bilet aldıqlarına görə Lətafətə və Aygünlə Mədinəyə borclu olduğunu və həmin borcu işləyib ödəməyə məcbur olduğunu, bundan sonra isə geri qayıda biləcəyini demişlər. Eyni zamanda Lətafətin orada çoxlu tanışlarının olduğunu və geri qayıdacağı halda onların vasitəsi ilə ona problemlər yaranacağını bildirmişlər. Çıxılmaz vəziyyətdə qaldığından Aygüngilin dediklərini etməyə məcbur olmuşdur. Biraz sonra Lətafət onların yanına gələn zaman Aygün ona məxsus pasportu Lətafətə vermişdir. Həmin vaxt onlardan başqa orada Şəbnəm adlı qadın da olmuşdur. Həmin gündən etibarən Aygün və Mədinə onunla birlikdə küçədə dayanmış, gələn müştərilərlə danışıb razılığa gəldikdən sonra onu otağa aparmışdırlar. Orada kişi ilə cinsi əlaqədə olduqdan sonra müştəri Aygünə və ya Mədinəyə pul vermiş, pul vahidindən anlayışı olmadığından Aygünlə Mədinənin müştəridən hansı məbləğdə pul aldıqlarını bilməmişdir. Günün sonundan təxminən əldə olunan 700-800 dirhəmin 150-200 dirhəmini ona verir, geri qalanı isə Aygünlə Mədinə götürmüşdür. Həmin pulu Lətafət, Aygün və Lətafət öz aralarında bölmüşdür. Lakin aralarındakı bölgü barədə məlumatı olmamışdır. 3-4 gün sonra o Aygünə onun biletə olan borcunun qurtardığını geri qayıtmaq istədiyini demişdir. Aygün, pasportunu Lətafətə verdiyini, qiyməti Lətafətin müəyyənləşdirdiyini, Lətafətin dediyi vaxtda borcun da bitəcəyini demişdir. Mədinə və Aygün onu gün ərzində 6-7 kişi ilə görüşdürmüşdür. Təxminən 10 gündən sonra o, Aygün və Şəbnəm adlı qadın polis tərəfindən tutulmuşdur. Şəbnəm də Aygüngilin nəzarəti altında fahişəlik etmişdir. Mədinə bacısı və Şəbnəmə bilet alsa da, ona almamışdır. O anasına zəng edərək başına iş gəldiyini, bilet almasını xahiş etmişdir. Anası ona bilet aldıqdan sonra xx.xx.2023-cü ildə Azərbaycana geri qayıtmışdır. Burada olarkən Aygün və Mədinə ona zəng edərək baş verənlər barədə hər hansı bir şəxsə məlumat verməməyini demişdir. O pulsuz, hətta əlavə borcla Azərbaycana gəlmişdir. Mədinə ona orada olanlar barədə hər hansı bir hüquq mühafizə orqanına müraciət edəcəyi halda ailəsinə və yaxınlarına orada nə işlə məşğul olduğunu deyəcəyi ilə hədələmişdir. O məcbur qalıb heç kəsin heç nə bilməməsi üçün susmalı olmuşdur. Olanlar ona çox pis təsir etmişdir. Bu barədə heç kimə heçnə deyə bilməmişdir. Bir gün internet vasitəsi ilə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində insan alverindən zərərçəkmiş şəxslər haqqında hər şeyin gizli saxlanıldığını bilmiş, bundan sonra ərizə ilə müraciət etmək qərarına gəlmişdir. X4 Dubay şəhərində onu Mədinə, Aygün və Lətafət cinsi istismara məruz qoymuş, orada cinsi əlaqədə olduqları yeri Lətafət kirayəyə götürmüşdür. Aygün və Mədinə isə müştəri tapıb onları cinsi əlaqədə olmağa məcbur etmişdirlər. Əldə olunan pul üçünün arasında bölünmüş, lakin onların başçısı Lətafət olmuşdur. Aygün, Lətafət və Mədinə adlı qadınlar onu müştərilərə Dubay şəhərində qaldıqları kirayə evdə gün ərzində 6-7 dəfə müştərilərə təqdim etmişlər. O, yalnız onunla birlikdə oraya gedən Güneli və orada gördüyü Şəbnəm adlı qadını tanımışdır. O, X4 Dubay şəhərinə pul müqabilində işləmək üçün getmiş, belə ki, Aygün ona restoranda işləyib pul qazanacağını demişdir. Müştərilərdən pulu Mədinə və Aygün almış, Mədinə və Aygün hər dəfə ona pul verəcəklərini desələr də, az miqdarda vermişdirlər. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2009-cu ildə Məhəmmədəli Həsənovla rəsmi ailə həyatı qurmuşdur. Bu nikahdan iki övladı var. Təxminən 2015-ci ildə Məhəmmədəli ilə boşanmışdır. Məhkəmə qərarı ilə övladının biri həyat yoldaşında qalmışdır. Digərini isə baxa bilmədiyindən Gəncə şəhərində yerləşən uşaq evinə yerləşdirmişdir. Tez-tez oraya gedib baş çəkir. Lakin yanında saxlamaq üçün maddi imkanı çatmır. Dəfələrlə övladını saxlamaq üçün Gəncə şəhərində və Bakı şəhərində müxtəlif işlərdə işləyib maddi vəziyyətini düzəltməyə çalışmışdır. Lakin övladının maddi sıxıntı çəkməsini istəmədiyinə görə uşaq evinə qoymuşdur. Məhz maddi cəhətdən sıxıntıları olduğuna görə 2022-ci ildə hazırda adını xatırlamadığı şəxsin təklifi ilə Türkiyə Respublikasının İğdır şəhərinə gedib orada restoranlarda xidmətçi kimi müxtəlif yerlərdə işləmişdir. Bir müddət sonra yəni 2023-cü ilin sentyabr ayında Azərbaycana geri qayıtmışdır. 2023-cü ilin noyabr ayının ortalarında Türkiyə Respublikasında tanış olduğu həmin vaxt X5 işləyən Aygün adlı tanışı, orada Türkiyədən daha çox qazanc olduğunu deyərək onu işləmək üçün oraya dəvət etmişdir. O bu barədə rəfiqəsi Aybənizə də məlumat vermişdir. 2023-cü ilin noyabr ayının ortalarında yaşadığı ünvan 5 ünvanında olarkən Aygün ilə əlaqə saxlayan zaman Aygün, X6 gedib orada işləməyi təklif etdikdə o razılığını bildirmişdir. Lakin X6 getmək üçün bilet almağa pulunun olmadığını demişdir. Aygün Aybənizə və ona bilet aldıqdan sonra orada işləyib pulunu ödəyəcəklərini demişdir. Onlar Aygünlə razılaşmış və xx.xx.2023-cü ildə hava limanından X4 Dubay şəhərinə getmişlər. Onları orada Aygün, bacısı Mədinə və Lətafət adlı qadın qarşılayıb Lətafətin kirayə götürdüyü evə aparmışlar. Evə çatdıqdan sonra Aygün ondan və Aybənizdən pasportlarını almış, pasportlarını nə üçün istədiyini soruşduqda, polislərin tutmaması üçün onları müvəqqəti qeydiyyata saldıracağını demişdir. Biraz sonra isə Aygün orada rahat pul qazanmağın pul qarşılığında kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmaq olduğunu demiş və Aygüngilin nəzarəti altında dəvət olunan kişilərə intim xidmətlər göstərəcəklərini bildirmişdir. Onlar Aygünə etiraz etmiş və onları işə düzəldəcəyi üçün gəldiklərini bildirmişlər. Aygün və bacısı Mədinə əsəbləşərək bilet aldıqlarına görə Lətafətə və Aygünlə bacısı Mədinəyə borclu olduqlarını və həmin borcu işləyib ödəməyə məcbur olduqlarını, bundan sonra isə geri qayıda biləcəklərini demişdirlər. Eyni zamanda Lətafətin orada çoxlu tanışlarının olduğunu və geri qayıdacağı halda həmin tanışlar vasitəsi ilə ona problemlər yaranacağını bildirmişdirlər. Çıxılmaz vəziyyətdə qaldığından Aygüngilin dediklərini etməyə məcbur olmuşdur. Biraz sonra Lətafət onların yanına gələn zaman Aygün ona məxsus pasportu Lətafətə vermişdir. Həmin vaxt onlardan başqa orada Şəbnəm adlı qadın da olmuşdur. Həmin gündən etibarən Aygün və Mədinə onunla və Aybəniz ilə birlikdə küçədə dayanmış, gələn müştərilərlə danışıb razılığa gəldikdən sonra otağa aparmışdırlar. Orada kişi ilə cinsi əlaqədə olduqdan sonra müştəri Aygünə və ya Mədinəyə pul vermişdir. Günün sonundan təxminən əldə olunan 700- 800 dirhəmin 150-200 dirhəmini ona verir, geri qalanı isə özlərinə götürürmüşlər. Həmin pulu Lətafət, Aygün və Lətafət öz aralarında bölmüşdürlər. Lakin aralarındakı bölgü barədə məlumatı olmamışdır. Mədinə və Aygün onu gün ərzində 6-7 kişi ilə görüşdürmüşdür. Təxminən 10 gündən sonra Aybəniz, Aygün və Şəbnəm adlı qadın polis tərəfindən tutulmuşdur. Mədinə Aygün və Şəbnəmə bilet alsa da, Aybənizə almamışdır. xx.xx.2023-cü ildə Azərbaycana geri qayıtmışlar. Burada olarkən Aygün və Mədinə ona zəng edərək baş verənlər barədə hər hansı bir şəxsə məlumat verməməyini demişdir. O pulsuz, hətta əlavə borcla Azərbaycana gəlmişdir. Mədinə ona orada olanlar barədə hər hansı bir hüquq mühafizə orqanına müraciət edəcəyi halda ailəsinə və yaxınlarına orada nə işlə məşğul olduğunu deyəcəyi ilə hədələmişdir. O məcbur qalıb heç kəsin heç nə bilməməsi üçün susmalı olmuşdur. Olanlar ona çox pis təsir etmişdir. Bu barədə heç kimə heçnə deyə bilməmişdir. Bir gün internet vasitəsi ilə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində insan alverindən zərərçəkmiş şəxslər haqqında hər şeyin gizli saxlanıldığını bilmişdir, bundan sonra ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Onu X4 Dubay şəhərində Mədinə, Aygün və Lətafət cinsi istismara məruz qoymuşdur. Orada cinsi əlaqədə olduqları yeri Lətafət kirayəyə götürmüşdür. Aygün və Mədinə isə müştəri tapıb onları cinsi əlaqədə olmağa məcbur etmişdirlər. Əldə olunan pul üçünün arasında bölünmüş, lakin onların başçısı Lətafət olmuşdur. Aygün, Lətafət və Mədinə adlı qadınlar onu müştərilərə Dubay şəhərində qaldıqları kirayə evdə gün ərzində 6-7 dəfə müştərilərə təqdim etmişlər. O, yalnız onunla birlikdə oraya gedən Güneli və orada gördüyü Şəbnəm adlı qadını tanımışdır. O, X4 Dubay şəhərinə pul müqabilində işləmək üçün getmiş, belə ki, Aygün ona restoranda işləyib pul qazanacağını demişdir. Müştərilərdən pulu Mədinə və Aygün almış, Mədinə və Aygün hər dəfə ona pul verəcəklərini desələr də, az miqdarda vermişdirlər. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2013-cü ildə Qərib adlı şəxslə rəsmi olaraq ailə həyatı qurmuşdur. Bu nikahdan bir övladı var. Təxminən 2015-ci ildə o Qəriblə boşanmışdır. Maddi cəhətdən sıxıntıları olduğuna görə həmin vaxtdan etibarən Türkiyə Respublikasının İğdır şəhərinə gedib orada restoranlarda xidmətçi işləmişdir. X16 Respublikasına gedib oradan müxtəlif əşyalar gətirərək Bakı şəhərində satmaqla gəlir əldə etmişdir. Təxminən bir il bundan öncə İğdır şəhərində yerləşən restoranlardan birində xidmətçi işləyən zaman Aygün adlı qadınla tanış olmuşdur. O Aygünlə tanış olan zaman Aygün, İğdır şəhərində yerləşən müxtəlif kafelərdə fahişəliklə məşğul olmuşdur. Həmin vaxtdan etibarən həmyerli olduqlarından Aygünlə aralarında yaxşı münasibətləri yarandığından tez-tez əlaqə saxlamışlar. Bir müddət sonra yəni 2023-cü ilin sentyabr ayında Azərbaycana geri qayıtmışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində Aygün ilə əlaqə saxlayan zaman Aygün, hazırda bacısı Mədinə ilə birlikdə X5 yaşadığını, orada restoranda xidmətçi işləməklə yaxşı pul əldə edə biləcəyini demişdir. Həmçinin orada Türkiyədən daha çox qazanc olduğunu bildirmiş və oraya gedib işləməyi təklif etmişdir. O ilk öncə etiraz etsə də, sonradan maddi cəhətdən sıxıntıları olduğundan razılaşmağa qərar vermişdir. 2023-cü ilin noyabr ayının ortalarında yaşadığı ünvan 4 ünvanında olarkən Aygün ilə əlaqə saxlayan zaman Aygün X6 gedib orada işləməyi təklif etdikdə o razılığını bildirmişdir. Lakin X6 getmək üçün bilet almağa pulunun olmadığını demişdir. Aygün və Mədinə ona bilet aldıqdan sonra orada işləyib pulunu ödəyəcəyini demişdir. O, Aygünlə razılaşmış və xx.xx.2023-cü ildə hava limanından X4 Dubay şəhərinə getmişdir. Onu orada Aygün və bacısı Mədinə qarşılayıb orada sonradan tanıdığı Lətafət adlı qadının kirayə götürdüyü evə aparmışlar. Evə çatdıqdan sonra Mədinə pasportunu almış, pasportunu nə üçün istədiyini soruşduqda, polislərin tutmaması üçün onu müvəqqəti qeydiyyata saldıracağını demişdir. Biraz sonra isə Mədinə orada rahat pul qazanmağın pul qarşılığında kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmaq olduğunu demiş və onların nəzarəti altında dəvət olunan kişilərə intim xidmətlər göstərəcəklərini bildirmişdir. O, Mədinəyə etiraz etmiş və onu işə düzəldəcəyi üçün gəldiyini, geri qayıtmaq istədiyini bildirmişdir. Mədinə ona əsəbləşərək bilet aldıqlarına görə Mədinəyə borclu olduğunu və həmin borcu işləyib ödəməyə məcbur olduğunu, bundan sonra isə geri qayıda biləcəyini demişdir. Eyni zamanda orada çoxlu tanışlarının olduğunu və geri qayıdacağı halda onların vasitəsi ilə ona problemlər yaranacağını bildirmişlər. Çıxılmaz vəziyyətdə qaldığından Mədinənin dediklərini etməyə məcbur olmuşdur. Həmin gündən etibarən Mədinə onunla birlikdə küçədə dayanır, gələn müştərilərlə danışıb razılığa gəldikdən sonra onu otağa aparmışdır. Orada kişi ilə cinsi əlaqədə olduqdan sonra müştəri Mədinəyə pul vermişdir. Pul vahidindən anlayışı olmadığından onların müştəridən hansı məbləğdə pul aldıqlarını bilməmişdir. Günün sonunda təxminən əldə olunan 700-800 dirhəmin 150-200 dirhəmini ona vermiş, geri qalanı isə özünə götürmüşdür. 3-4 gün sonra onların olduqları yerə Aygünün digər tanışları Aybəniz və Günel gəlmişdir. Mədinə Aybəniz və Güneli də eyni qaydada işləməyə məcbur etmişdir və həmin qızlar da məcburiyyət qarşısında qalıb onun kimi müştərilərlə görüşməyə başlamışdırlar. Mədinə onu gün ərzində 5-6 kişi ilə görüşdürmüşdür. Təxminən 10 gündən sonra o, Aygün və Aybəniz adlı qadın polis tərəfindən tutulmuşdur. Təxminən bir həftə polis onları saxladıqdan sonra Mədinə bacısı Aygünə bilet alsa da, ona və Aybənizə almamışdır. O ailəsinə bu barədə məlumat verdikdən sonra ailəsi ona geri qayıtmaq üçün bilet almışdırlar. xx.xx.2023-cü ildə onlar birlikdə Azərbaycana geri qayıtmışdır. Burada olarkən Aygün və Mədinə ona zəng edərək baş verənlər barədə hər hansı bir şəxsə məlumat verməməyini demişdirlər. O pulsuz, hətta əlavə borcla Azərbaycana gəlmişdir. Mədinə ona orada olanlar barədə hər hansı bir hüquq mühafizə orqanına müraciət edəcəyi halda ailəsinə və yaxınlarına orada nə işlə məşğul olduğunu deyəcəyi ilə hədələmişdir. O, məcbur qalıb heç kəsin heç nə bilməməsi üçün susmalı olmuşdur. Olanlar ona çox pis təsir etmişdir. Bu barədə heç kimə heç nə deyə bilməmişdir. Bir gün internet vasitəsi ilə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində insan alverindən zərərçəkmiş şəxslər haqqında hər şeyin gizli saxlanıldığını bilmiş, bundan sonra ərizə ilə müraciət etmək qərarına gəlmişdir. O, X4 Dubay şəhərində onu konkret olaraq oraya Aygün restoranda xidmətçi işləmək adı ilə dəvət etsə də, Mədinənin cinsi istismara məruz qoyduğunu, orada cinsi əlaqədə olduqları yeri Lətafətin kirayəyə götürdüyünü, Mədinə isə müştəri tapıb onları cinsi əlaqədə olmağa məcbur etdiyini bildirmişdir. Mədinə adlı qadın onu müştərilərə Dubay şəhərində qaldıqları kirayə evdə gün ərzində 5-6 dəfə təqdim etmişdir. O, Mədinə adlı qadının ondan başqa cinsi istismar məqsədi ilə cəlb etdiyi digər şəxslər barədə yalnız ondan sonra oraya gələn Aybəniz və Günel adlı qadınları tanıdığını, Mədinənin bacısı Aygünün də fahişəliklə məşğul olduğunu bildirmişdir. O X4 Dubay şəhərinə pul müqabilində restoranda xidmətçi işləmək üçün getmişdir. Belə ki, Aygün ona restoranda işləyib pul qazanacağını demişdir. O müştərilərdən pulu Mədinənin aldığını, Mədinənin hər dəfə ona pul verəcəyini desə də, az miqdarda verdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. 10 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qeyd olunan Baş İdarəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən X4 Dubay şəhərinə aparılaraq, həmin şəhərdə cinsi istismara məruz qaldıqlarını, sonuncunun barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülməsini xahiş etmişlər. Baş idarə rəhbərliyi tərəfindən ərizələr üzrə araşdırmanın aparılması ona həvalə edildiyindən tərəfindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mahiyyəti üzrə izahatı alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 xx.xx.1984-cü ildə Daşkəsən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 olması müəyyən edilərək Baş İdarəyə dəvət edilməklə qeyd edilənlərlə bağlı izahatı alınmış, həmçinin material üzrə sonuncunun bacısı Təqsirləndirilən şəxs2 da həmin xüsusatlarla bağlı tərəfindən izahatı alınmışdır. Daha sonra toplanmış material prosessual qərar qəbul olunması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinə göndərilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahatlarının alınması üçün BMCMİ-nin İstintaq İdarəsinə təqdim edilmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 ərizə ilə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən X4 Dubay şəhərində cinsi istismara məruz qaldığını bildirmişdir. Qeyd olunan şəxsin ərizəsi də Təqsirləndirilən şəxs1 barəsində istintaq edilən cinayət işinə əlavə edilərək araşdırma aparılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 279 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs1 həmçinin qərarda göstərilən ona qarşı törədilən əməl dövründə onda hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Zərərçəkmiş şəxs1 əqli- intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravert (psixi fəaliyyətin xarixi aləmə yönəlməsi) tipli hesab edilir. Etiraz etməyi bacarmaq, emosionallıq, özünə qarşı hörmət tələb etmək, çətin situasiyalardan çıxış yolu tapa bilmək kimi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanlarına, fərdi-psixoloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə müqavimət göstərə bilərdi. Lakin sənədinin əlindən alınması, ailəsinin yanında rüsvay ediləcəyi ilə təhdid olunması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu), məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri törədilən yeri tərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar insan alveri törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs1 əqliintellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs1 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 280 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə Zərərçəkmiş şəxs2 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs2 həmçinin qərarda göstərilən ona qarşı törədilən əməl dövründə onda hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Zərərçəkmiş şəxs2 əqli- intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravert (psixi fəaliyyətin xarixi aləmə yönəlməsi) tipli hesab edilir. Emosionallıq, tez uyğunlaşmaq, ünsiyyətçillik kimi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs2 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanlarına, fərdi-psixoloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə müqavimət göstərə bilərdi. Lakin sənədinin əlindən alınması, ailəsinin yanında rüsvay ediləcəyi ilə təhdid olunması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu), məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri törədilən yeri tərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar insan alveri törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs2 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 321 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə Zərərçəkmiş şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs3 həmçinin qərarda təsvir olunan hadisə dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs3 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Zərərçəkmiş şəxs3 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə sakit təbiətli, adaptiv və ünsiyyətçildir. Emosional-iradi sferasında, fərdi psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs3 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanlarına, fərdi-psixoloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə müqavimət göstərə bilərdi. Lakin sənədinin əlindən alınması, ailəsinin yanında rüsvay ediləcəyi ilə təhdid olunması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu), məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs3 fərdi- psixi xüsusiyyətlərinə görə insan alveri törədilən yeri tərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar insan alveri törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs3 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs3 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir. İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 07:57 dəqiqədə «C03789204» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə BƏƏ-nin Dubay Əmirliyi istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə saat 17:23 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Dubay istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 07:57 dəqiqədə «C00784366» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə BƏƏ-nin Dubay Əmirliyi istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə saat 17:23 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Dubay istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə saat 07:54 dəqiqədə «C02996427» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Rusiya Federasiyası istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə saat 18:57 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Rusiya Federasiyası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə saat 20:38 dəqiqədə «C02996427» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Rusiya Federasiyası istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə saat 17:23 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Rusiya Federasiyası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə saat 20:38 dəqiqədə «C01779843» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Rusiya Federasiyası istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə saat 17:06 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Rusiya Federasiyası istiqamətindən ölkəyə daxil olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış arayışa əsasən X2 əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış arayışa əsasən Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. 04 avqust 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində eyni tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 04 avqust 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində eyni tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ın məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özlərini onlara elan edilmiş ittihamlar üzrə təqsirli bilməmələri ilə bağlı verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onların bu ittihamlarla bağlı verdikləri ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5, 144-3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətmələri zərərçəkmiş şəxslərin, şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5, 144-3.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların hər birinin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün hazırda əsaslar yoxdur. Onlar hər biri Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5, 144-3.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 10.1-ci maddəsinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. 12.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb olunurlar. 12.3-cü maddəsinə əsasən, ... insan alveri ... törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə ilə cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının cinayət məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yügülləşdirən hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədilə törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının cinayət məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədilə törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 1.2.5 və 144-3.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Onların barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və onlar dərhal məhkəmə iclas zalında həbs edilməlidirlər. Barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkmə müddətlərinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4- 1, 144-1.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona, qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4- 1, 144-1.2.5-ci maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olnumuş cəzaları qismən toplamaqla ona, qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə zalından dərhal həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar