Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-629/2024 26.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Siyəzən şəhəri Kommunal Təsərrüfat İstehsalat Birliyində fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunl; cinsi əlaqədə olaraq onu zorlamış və onun köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 30 yanvar 2024-cü il tarixdə saat təxminən 15.00-16:00 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında aşkar surətdə köməksiz vəziyyətdə olduğunu, yəni serebral iflic, lal və kar, əqli gerilik və s. xəstəliyi səbəbindən İ qrup əlilliyi olan və özünü müdafiə etmək və müqavimət göstərmək imkanından məhrum olduğu 2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmış doğma qızı bildiyi, lakin bioloji övladı olmadığı istintaqla müəyyən olunmuş Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olmasından istifadə edərək sonuncunun qışqırıq səsləri çıxarmasına məhəl qoymayaraq onu yaşadıqları evin qonaq otağında yerdə olan xalçanın üzərinə uzadaraq tualet bezini dəyişərkən şalvarını və alt paltarını soyundurduqdan sonra özü də əynində olan şalvarını soyunmaqla öz sərtləşmiş və ereksiya halını almış cinsi orqanını Zərərçəkmiş şəxs vaginasına daxil etməklə sonuncunun qızlıq pərdəsinin tamlığını pozub onunla təbii yolla cinsi əlaqədə olmaqla onu zorlamış, həmin tarixdə və ünvanda sonuncunu zorladıqdan dərhal sonra Zərərçəkmiş şəxs köməksiz və özünü müdafiə etmək imkanından məhrum olmasından istifadə edərək onun qışqırıq səsləri çıxarmasına məhəl qoymayaraq həmin yerdə onu üzü üstə çevirərək öz sərtləşmiş və ereksiya vəziyyətində olan cinsi orqanını Zərərçəkmiş şəxs arxadan anus dəliyinə salaraq sonuncunun anus nahiyəsində səthi cırılmış yaraya səbəb olan seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəni təqsdiq etdiyini bildirərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 149.1 və 150.1 -ci maddələrlə özünü təqsirli bilərək göstərmişdir ki, Qanuni nümayəndə ilə 1990-cı il tarixdə ailə qurmuş və birgə nikahından 2000-cı il təvəllüdlü Zərərçəkmiş şəxs dünyaya gəlmişdir. Səbinə həm fiziki, həm də əqli qüsurludur. O nə danışa bilir, nə də ki gəzə bilir. Səbinə yataq xəstəsidir və İ qrup əlliliyə görə dövlət tərəfindən müavinət alır. O, həm lal, həm də kardır. Həyat yoldaşı Gülzaman Siyəzən rayon Mərkəzi kitabxanasında xadimə işləyir. Özü isə Kommunal Təsərrüfat İstehsalat Birliyində fəhlə kimi çalışır. Onun iş saatı səhər radələrində başlayır və səhər yolları süpürüb bitirdikdən sonra 12:00-da, ya da 13:00-da evinə qayıdır. Gülzaman isə 16:00-da hər gün işdən evə gəlir. Onlar işdə olan zaman qızı evdə tək olur. Gülzaman işdən gələnə qədər o qızına qulluq edir və onun pampersini dəyişməkdən tutmuş yeməyini yedizdirməyə qədər bütün qulluğunu edir. 30 yanvar 2024cü il tarixdə səhər saat 11:00-da o işdən evə gələn zaman kolbasa və spirtli içki olan araq alıb evə gəlmiş. Saat təxminən 13:00-da nahar fasiləsinə gəlmiş və qızına yemək yedirtmiş. O kolbasa və arağı yeyib-içmiş. Gülzaman təxminən 14:05 radələrində işə qayıtmış. Həmin kolbasa ilə arağı içdikdən sonra sərxoş olmuşdur. Təxminən saat 15:30da qızının pampersini dəyişmək üçün onu yerə uzatmış. Bu zaman onu soyundurmuş, qızının şalvarını tamamilə əynindən çıxartmış, koftasını isə sinəsinə qədər yuxarı çəkmişdir. Sərxoş olduğundan o qızının çılpaq bədənini görüb cinsi hissləri oyanmış və onda şəhvət hissi yaranmışdır. Özü də əynində olan şalvarı çıxarıb qızının üzərinə uzanmış və öz cinsi orqanını qızının vaginasına daxil edib irəli-geri hərəkətlər etməyə başlamıdşır. O, Səbinə ilə təbii yolla cinsi əlaqədə olan zaman onun cinsi orqanından qan gəlməyə başlamışdır. Həmin qan xalçanın üzərinə, ya da pampersə tökülmüşdür. Daha sonra o qızı ilə qeyri-təbii yolla da əlaqədə olmuşdur. Bu zaman Səbinə danışa bilməsə də, qışqırıq səsləri çıxarırdı. O qızı Səbinə ilə cinsi əlaqədə olan zaman Gülzaman onun səsini küçədən eşidib qaçaraq evə gəlmiş və hay-küy salmağa başlamışdır. O dərhal şalvarını yuxarı çəkib evdə olan zaman peçin yanına uzanmış, arvadı Gülzaman isə evdən çıxıb polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, qızı Səbinə ilə 30 yanvar 2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında qeyri təbii və təbii yolla cinsi əlaqədə olmuşdur. Səbinə serebral iflic olduğuna görə onun müqavimət göstərməyə imkanı olmadığını, onun yalnız qışqırdığını, həmçinin o iflic olduğuna görə ayağını və əlini hərəkət etdirə bilmədiyini, hadisə baş verən gün içkili olduğunu, içkili olduğundan cinsi aktı başa çatdırdığı zaman spermanı hara boşaltdığını tam xatırlamadığını, güman etdiyi qədər Gülzaman gəldiyi üçün tələsərək şalvarına ya da kənara boşaltdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs onun bioloji övladının olmamasından xəbərsiz olduğunu bildirmişdir. Həmçinin baş vermiş hadisədən qabaq 0.5 litr araq qəbul edib sərxoş olduğunu və ona görə də elədiyi hərəkətdən peşman olduğunu bildirmişdir. O, hadisədən qabaq Zərərçəkmiş şəxs qarşı belə bir hərəkət etməyə cəhd göstərmədiyini və ya belə bir hərəkət etməyə düşünmədiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 198-202) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə lal və kar olan Zərərçəkmiş şəxs təmsil edən, eləcə də hadisənin bilavasitə şahidi olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bioloji atası onun vəfat edən keçmiş həyat yoldaşıdır. Hadisə baş verdiyi vaxt o, evdə deyildi. O, evə gəldikdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzərində görmüşdür. O, evə gələndə Təqsirləndirilən şəxs darvazanı bağlamışdı. Zərərçəkmiş şəxs qışqırıq səslərini eşidib hasarın üzərindən tullanaraq evə daxil olmuşdur. Təqsirləndirilən şəxs onu görən kimi şalvarını tez yuxarı çəkmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs köynəyi sinə nahiyəsinədək yuxarı, şalvarı isə aşağı çəkilmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs cinsiyyət orqanında qan görmüşdür. O, bunu görüb dərhal müvafiq polis orqanına məlumat vermək üçün getmişdir. Həmin gün axşam saatlarında polis əməkdaşları gəlmişlər və Təqsirləndirilən şəxs aparmışlar. Hadisə 30 yanvar 2024-cü il tarixdə baş vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 məhkəmə eksperti - bioloqu Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa möhtəviyyatından götürülmüş tampon və yaxma nümunələri təqdim olunmuşdu. Zərərçəkmiş şəxs uşaqlıq yolunda deyil, arxa möhtəviyyatında sperma aşkar olunmuşdur. Sonradan məhkəməgenetik ekspertizasının rəyində sperma aşkar olunmaması ilə bağlı bildirmişdir ki, onların həyata keçirdikləri analizlər daha müasir avadanlıqlar vasitəsilər aparılır, məhkəmə-genetik ekspertizası zamanı ləkələr çox xırda idi. İlk olaraq, onlar tədqiqat apardıqları üçün mövcud ləkələrdən bir qismini tədqiqat üçün istifadə etmişlər. Bu səbəbdən məhkəməgenetik ekspertizası zamanı sperma ləkələri aşkar olunmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1-dur. Qanuni nümayəndə hadisə zamanı qızı Zərərçəkmiş şəxs əynində olan 01 ədəd sarı rəngli yun poliveri, 01 cüt boz rəngli corabı, 01 cüt tünd göy rəngli corabı, 01 ədəd ağ çəhrayı rəngli jileti, 01 ədəd qırmızı ipli maykanı, 01 ədəd yaşıl boğazlı uzunqol köynəyi, 01 ədəd qara rəngli uzunqol köynəyi, 01 ədəd bej rəngli topik, 01 ədəd boz rəngli qısaqol köynəyi, 01 ədəd boz rəngli kalqotka və 01 ədəd qara rəngli lasini təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 01 fevral 2024-cü il tarixli, 22 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti qərarda göstərilən tarixə, yəni 30 yanvar 2024-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı növ bədən xəsarətləri və onların izləri, o cümlədən fiziki zor tətbiq etməklə cinsi əlaqədə olmaya uyğun xəsarətlər aşkar olunmadı. Zərərçəkmiş şəxs müayinəsi zamanı arxa keçəcək-anus nahiyəsində səthi cırılmış yara aşkar olunmuşdur, bu yara küt əşyanın, eləcə də gərginləşmiş kişi xarici cinsiyyət üzvünün təsirindən yarana bilər, yaranma müddəti qərarda göstərilən vaxta, yəni 30 yanvar 2024-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək yolu möhtəviyyatından spermatozoidlərin təyini üçün götürülmüş tampon və yaxmanın bioloji laborator müayinəsinin nəticələri alındıqdan sonra bu barədə əlavə məlumat veriləcək. (Cild 1, iş vərəqləri 46-49). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Siyəzən rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 31 yanvar 2024-cü il tarixli 18-1-69/2-104/2024 №-li məktubundan görünür ki, X4 xəstəxananın Poliklinika şöbəsində “Uşaq Serebral iflici, anadangəlmə lal-karlıq” diaqnozu ilə nevroloji xəstə kimi qeydiyyata alınmışdır. Tibbi Sosial Ekspertiza Komitəsi tərəfindən İ qrup əlilliklə qiymətləndirilmişdir. (Cild 1, iş vərəq 54) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Siyəzən rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 08 fevral 2024-cü il tarixli 18-1-69/2-138/2024 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:27 radələrində Siyəzən RMX phş-in TTTY bölməsinə gətirilmişdir. Xəstə müayinə olunmuş, müvafiq tibbi yardım göstərildikdən sonra “Kəskin bronxit’’ diaqnozu ilə Terapiya şöbəsinə daxil olmuş və xx.xx.2024-cü il tarixində müalicədən imtina edib çıxmışdır. (Cild 1, iş vərəq 123). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 525/K №-li ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə Siyəzən RMX phş-də Təqsirləndirilən şəxs götürülmüş 2 ədəd sarı qapaqlı 5 ml-lik kipin hər birinin için 5 ml qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (Cild 1, iş vərəqləri 124-127). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 01 fevral 2024-cü il tarixli, 23 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı növ zədə və onun izləri aşkar olunmadı. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvləri nahiyəsində cinsi əlaqədə olmaya maneçilik törədən anatomik qüsurlar müəyyən edilmədi. (Cild 1, iş vərəqləri 140-141). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş MTE və PA Birliyi phş Siyəzən rayon şöbəsinin X3 (2000) adına yazılmış 22 №-li, xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertiza rəyinə əlavə olunmuş 39 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə X8 arxa keçəcək möhtəviyyatı olan bir ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar olundu. Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan bir ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar olunmadı. İki ədəd yaxmanın məhkəmə-tibbi tədqiqi zamanı spermatazoidlər aşkar olunmadı. (Cild 1, iş vərəq 142). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməbiologiya ekspertizasının xx.xx.2024-cü il tarixli 17/2024 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd kişi trusiki üzərində olan ləkələrdən hazırlanmış preparatlarda sperma ləkələri aşkar olundu. Bu ləkələrdə spermanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B" antigeni alındı. Bu sperma ləkələri ABO sistemi üzrə Balfa/İİl/qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd cins şalvar üzərində qan, Zərərçəkmiş şəxs məxsus bir ədəd jilet, qadın koftası, kalqotka, ipli mayka, qısa mayka, Təqsirləndirilən şəxs məxsus qolsuz mayka, kişi alt köynəyi, kişi alt şalvarı, bir ədəd tursik və bir ədəd xalça üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd jilet, qadın koftası, bir ədəd retuz, kalqotka və bir ədəd xalça üzərində sperma, Zərərçəkmiş şəxs məxsus vodolazka, qısaqol mayka, ipli mayka, qısa mayka, gödəkcə, Təqsirləndirilən şəxs məxsus qolsuz mayka, kişi alt köynəyi, kişi alt şalvarı, cins şalvar üzərində isə spermaya şübhəli ləkələr aşkar olunmadı. (Cild 1, iş vərəqləri 155-163). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 816 №-li xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda primitiv şəxsin cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs təfəkkürünün təhlil-tərkib prosesslərində primitivlik, mühakimələrinin bir qədər səthi olması, dünyagörüşü və bilik tələb edən mövzularda çətinlik çəkdiyi aşkar edilir. O, iş üçün əhəmiyyət kəsb edəcək halları qavramaq, təsvir etmək, dərk etmək və əməlinə tənqidi yanaşmaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs məsuliyyətsizlik, primitivlik, səthilik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxscinayət əməlini törədən zaman cinsi tələbatını ödəməsi ilə əlaqədar emosional oyanıq vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqləri 169-173). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməgenetik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/838 №-li ekspert rəyindən görünür ki, X3 müayinəsi zamanı uşaqlıq yolundan və düz bağırsaq yolundan 02(iki) ədəd tənzif tampon vasitəsilə götürülmüş yaxma üzərində insan mənşəli prostat şirəsi antigeni və sperma nümunəsi müvcud deyildir. X1 Rövşən Əlövsəd oğlunun bioloji övladı deyildir. (Cild 1, iş vərəqləri 174-180). Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə sübutlara qiymət verilməsi haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, bir ədəd tampon və bir ədəd kişi alt paltarı maddi sübut kimi tanınaraq Siyəzən rayon prokurorluğuna təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 210-216) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs “Uşaq serebral iflici, anadangəlmə lal-karlıq” diaqnozu ilə nevroloji xəstə kimi qeydiyyata alınmış, 1-ci qrup əlildir. Məhkəmədə qanuni nümayəndə kimi onun hüquqlarını anası Qanuni nümayəndə həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 101.6-cı maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir. Məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə bildirdi ki, o, təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayəti və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən barışığın əldə olunmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, cinayətin köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi təqsirləndirilən şəxsə istinad edilən cinayətin tövsifedici əlamətinin olması səbəbindən bu hal təkrarən cəzanı ağırlaşdıran hal kimi qəbul edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi ilə müəyyən edilmiş təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran digər hallarında olmadığını qeyd edir. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 04 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19 yanvar 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Odur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Siyəzən rayon məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. həmin məhkəmənin 13 oktyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 118-120) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə xüsusi müsadirə edilməli əmlakın olmadığını qeyd edir. Bundan başqa, məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Siyəzən rayon prokurorluğunda saxlanılan bir ədəd tampon və bir ədəd kişi alt paltarı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsdən tutulmalı olan məhkəmə xərcləri yoxdur. Bununla belə, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 150.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Siyəzən rayon prokurorluğunda saxlanılan bir ədəd tampon və bir ədəd kişi alt paltarı məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-629/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-629/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver