Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-63/2022 13.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs– Zərərçəkmiş şəxs Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X2, xx.xx.1994-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, Şamaxı şəhəri, M.F.axundov küçəsi, ev 29-da qeydiyyatda olan, Şamaxı rayonu Sabir qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 25 fevral 2021-ci il tarixdə saat 14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu Mirikənd kəndi ərazisindən keçən 140-cı kilometrliyində yolun sol tərəfində yerləşən «Sevinc» restoranının qarşısında alkoqol sərxoşluğu vəziyyətində, bir qədər öncə yaxınlıqda yerləşən «Anar» restoranında tanışı Şahid1 ilə birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra hesabı ödəmədən restorandan çıxıb getdikləri üçün arxalarınca gəlib qeyd olunan ərazidə onlara yaxınlaşaraq hesabı ödəmələrini tələb edən «Anar» restoranın aşbazı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı dostu Şahid1 cibindən bıçaq çıxararaq münaqişəni ciddiləşdirdiyini görüb qorxaraq ərazidən uzaqlaşsa da, bir neçə dəqiqə sonra Şahid1 ayaq nahiyəsinə bıçaqla xəsarət yetirildiyini və yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb yenidən yaxınlaşaraq qisas almaq niyyətilə sonuncunun əlindəki zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs qarın boşluğundan və döş qəfəsindən vuraraq ona döş qəfəsinin sol yarısında Xİ-Xİİ qabırğalar səviyyəsində boşluğa nüfuz etməyən bir ədəd yara ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid və qarnın ön divarının sağ yarısında qarın boşluğuna nüfuz edən bir ədəd qarın boşluğuna və kiçik çanağa az miqdarda qanaxma ilə nəticələnən yara ilə nəticələnən, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək, ifadə vermək istəmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib, əlavə olaraq göstərdi ki, hadisə 25 fevral 2021-ci il tarixdə “Anar” restoranında baş vermişdir. O tanışı Çingizlə restoranda yeyibiçdikdən sonra hesabı ödəmədən ordan çıxmışlar. Bu zaman restoranın aşbazı Kamran adlı şəxs onlara yaxınlaşaraq hesabı ödəməyi onlardan tələb etmişdir. Kamranla Çingiz arasında mübahisə baş vermiş, o, Çingizin üzərində bıçağın olduğunu bilməmişdir. Zərər çəkmiş şəxs Kamrana isə bir bıçaq zərbəsi endirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış, cinayət işinin 131-133-cü vərəqələrində olan ifadəsində göstərmişdir ki, 25 fevral 2021-ci il tarixdə, saat 11 radələrində o, dostu Çingizlə görüşüb Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 140-cı kilometrliyində yerləşən “Anar” restoranında nahar etmək qərarına gəlmişlər. Həmin vaxt üzərlərində pul olmamış, restoranda onun tanışları olduğundan orada oturub nahar edib sonra pulunu verməyi fikirləşmişdir. Bundan sonra dostu Çingizlə birlikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində, Şamaxı rayonu istiqamətinə gedən yolun kənarına getmişlər. Artıq saat 12 radələrində tanımadıqları yol maşını ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 140 kilometrliyində yerləşən “Anar” restoranının qarşısında avtomobildən düşərək restorana daxil olmuşlar. Restoranın ümumi zalında qıraq tərəfdən stolların birində əyləşib yemək sifariş etmişlər. Yemək yedikləri vaxt ikisinə 1 litrlik spirtli içki olan araq içmişlər. Artıq saat 14 radələrində yeməklərini yeyib bitirdikdən sonra ilk olaraq o, restorandan çıxmış, Şamaxı rayonu istiqamətinə yolun kənarı ilə gedib Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən Sevinc restoranının qarşısında dayanmışdır. Təxminin 1-2 dəqiqə keçdikdən sonra dostu Çingiz də onun yanına gəlmişdir. Çingizdən sonra «Anar» restoranının aşpazı, sonradan adını bildiyi Kamran və yemək paylayan, sonradan adını bildiyi Tərlan onların yanlarına gəlmişlər. Həmin vaxt Kamran dostu Çingizin yaxasından tutaraq ondan soruşmuşdur ki, «siz nə üçün yediyiniz yeməyin pulunu verməmiş çıxırsız restorandan». Həmin vaxt sonuncuların arasında mübahisə yaranmış, dostu Çingiz cibindən bıçaq çıxaraq Kamranın üstünə getmiş, mübahisənin ciddiləşdiyini görüb ərazidən uzaqlaşmışdır. Bir qədər sonra dostu Çingizin yerə yıxıldığını görüb yaxınlaşdıqda Çingizin ayağından qan axdığını görüb kimin vurduğunu soruşmuşdur. Həmin vaxt o, əsəbləşərək Çingizin əlində olan qatlanan bıçağı alaraq «Anar» restoranının aşbazı olan Kamranın xatırlamadığı bədən nahiyəsindən bir-iki dəfə zərbə vurmuşdur. Bundan sonra əlində olan bıçağı kənarda olan kolluğa atmış, özü isə orada oturmuşdur. Çingizin hara getdiyini bilməmişdir. Əvvələcədən dostu Çingizin cibində bıçağın olubolmamasından heç bir məlumatı olmamışdır. Kamran adlı şəxslə ədavət və düşmənçiliyi olmamış və həmin şəxsi tanımamışdır. Həmin restoranda əvvəllər belə bir hal olmamışdır. Bıçaq dostu Çingizin əlində olmuş və Kamran Çingizin əlindən yapışaraq bıçağı Çingizin sağ baldır nahiyəsinə vurmuşdur. Kamran adlı şəxsi dostu Çingizin əlində olan və ona məxsus olan bıçaqla vurmuşdur, Kamranı vurmaq səbəbi isə onun dostu Çingizi vurması olmuşdur”. Təqsirləndirilən şəxs bu hadisədə özünün təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, işlədiyi “Anar” restoranına 25.02.2021-ci il tarixdə, saat 12 radələrində 2 nəfər müştəri gəlmiş və onlar bir porsiya piti və bir porsiya xaş yeməyi, daha sonra 2 şiş hindquşu kababı sifariş etmişlər. Bir az sonra onlar Tərlan adlı şəxsdən hesabı istəmişlər. Tərlan hesab qaiməsini onlara təqdim etdikdən sonra restoranda əyləşən yemək yeyən müştərilərdən biri yəni Ceyhun restorandan çıxaraq Şamaxı rayonu istiqamətində getməsini görmüşdür. Çingiz isə Tərlana bildirmişdir ki hesabı Ceyhun ödəyəcək. Bir qədər sonra Çingiz Ceyhunun arxasıyca qaçmağa başlamışdır. O, Şamaxı rayonu Mirikənd ərazisində “Sevinc” restoranının qarşısında Çingizi saxlamışdır. Çingizin əlində bıçaq olmuş, Çingiz bıçağı Kamrana nümayiş elətdirmiş, lakin o, Çingizin onu bıçaqla vurmasına imkan verməmişdir. Çingiz onu söyüb və bıçağı götürüb öz ayağına vurmuşdur. Ceyhun isə onun Çingizi vurduğunu düşünmüş, Çingizin əlindəki bıçağı alıb ona iki bıçaq zərbəsi endirmişdir. O daha sonra restorana qayıtmış və Şamaxı rayon Mərkəzi xəstəxanasına getmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın təqsirləndirilən şəxsin ailəsi tərəfindən ödənilməsi ilə bağlı ona müraciətlərin olmasına baxmayaraq o, bundan imtina etmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirib, təqsdirləndirilən şəxsə mümkün qədər yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə günü o, barmen olaraq çalışdığı “Anar” restoranına Çingizlə Ceyhun gəlmişlər. Həmin vaxt o həmin restoranda aşbaz olan Zərərçəkmiş şəxs ilə söhbət etmişdir. Çingizlə Ceyhun restorana girdikdən sonra masaların birində oturmuş və o, onlara qulluq etmişdir. Onlar yeyib-içdikdən sonra o, hesabı təqdim etmək üçün onların masasına yaxınlaşmışdır. Bir az keçdikdən sonra Ceyhunun masadan qalxaraq restorandan çıxdığını görmüş və o, hesabı verməsi üçün Çingizə yaxınlaşdığı zaman, Çingiz hesabın Ceyhunun ödəyəcəyini bildirmişdir. Bu sözlərdən sonra Çingiz də Ceyhunun arxasınca restorandan qaçaraq uzaqlaşmışdır. Onları saxlamaq və hesabı vermələrini tələb etmək üçün ilk öncə Kamran, daha sonra da o, Çingiz və Ceyhunun arxasınca getmişdir. X5 rayonu, Mirkənd ərazisində saxlamış, həmin vaxt Kamranla Çingiz arasında mübahisə yaranmış və mübahisə zamanı Ceyhun da mübahisənin ortasına girərək Kamrana bıçaqla xəsarət yetirmişdır. Ceyhunun Kamrana iki bıçaq zərbəsi endirdiyini görmüş, lakin Ceyhunun bıçağı haradan götürdüyünü görməmişdir. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs Əlibaba oğlunu tanıyır, onunla bir qəsəbədə qalır, dostluq edir, onunla münasibəti həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. 25 fevral 2021-ci il tarixdə, saat 11 radələrində Ceyhunla rayon ərazisində görüşüb günorta vaxtı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 140 kilometrliyində yerləşən “Anar” restoranında nahar etmək qərarına gəlmişlər. Həmin vaxt nə onun, nə də ki, Ceyhunun üzərində pul olmamış, həmin restoranda Ceyhunun tanışları olduğundan onlar fikirləşmişlər ki, orada oturub nahar edib sonra pulunu verərlər. Həmin gün saat 12 radələrində tanımadıqları yol maşını ilə “Anar” restoranına gəlmişlər. Restoranın ümumi zalında kənarda stolların birində əyləşib yemək sifariş etmişlər. Yemək yedikləri vaxt 1 litirlik spirtli içki olan arağı içmişlər. İlk olaraq Ceyhun restorandan çıxmış, Şamaxı rayonu istiqamətinə yolun kənarı ilə gedib Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən Sevinc restoranının qarşısında dayanmışdır. Həmin vaxtı o stol arxasında əyləşmişdir. Təxminin 1-2 dəqiqə keçdikdən sonra o da stoldan qalxıb Ceyhunun yanına getmişdir. Ondan sonra “Anar” restoranının aşpazı sonradan adını bildiyi Kamran və yemək paylayanı sonradan adını bildiyi Tərlan onların yanına gəlmişlər. Həmin vaxt Kamran onun yaxasından tutaraq nəyə görə yeməyin pulunu verməyərək restorandan çıxıb getdiklərini soruşmuşdur. Həmin vaxt onların arasında mübahisə yaranmış, o cibindən bıçaq çıxararaq Kamranın üstünə getmiş, onlar tutaşmışlar, həmin vaxt özü də bilmədən əlindəki bıçaq sağ ayağına keçmiş və o, yerə yıxılmışdır. Həmin vaxt Ceyhun ona yaxınlaşmış və onun ayağından qan axdığını görüb kimin vurduğunu soruşmuşdur. Ceyhun əsəbləşərək əlindəki olan qatlanan bıçağı ondan alaraq aşbazı Kamranın xatırlamadığı bədən nahiyyəsindən bir, iki zərbə vurmuşdur. Həmin vaxt Ceyhun əlində olan bıçağı kənarda olan kolluğa atmışdır. O, da sərxoş olduğuna görə hara getdiyini xatırlamamışdır. (cild 1, iş vərəqə 153-155) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, hadisə yerinə - 25 fevral 2021-ci il tarixdə keçirilmiş baxış zamanı cinayət hadisəsinin Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 140-cı km-də rayonun Mirikənd kəndi ərazisindən keçən hissəsində yolun sol tərəfində yerləşən «Sevinc» restoranının qarşısında baş verməsi müəyyən edilmiş və baxış zamanı Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi bıçaq hadisə yerindən bir neçə metr kənarda, kolluqların arasında aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 09-12). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanmış, sonuncu ifadələrində göstərdiklərini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq etmişdir. (cild 1, iş vərəqə 274-276). Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tanınmaya təqdimetmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim edilən bıçaqları nəzərdən keçirib bildirmişdir ki, ona təqdim olunan üç ədəd bıçaq arasında ikinci sırada qoyulmuş bıçaq Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçaqdır, bıçağı qara rəngdə olmasından və eyni zamanda kəpənək formalı olduğundan tanımışdır. (cild 1, iş vərəqə 169-170). İstintaq zamanı Zərərçəkmiş şəxs verdiyi ifadələri hadisə yerində yoxlanmış, sonuncu ifadələrində göstərdiklərini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq etmişdir. (cild 1, iş vərəqə 206-208). Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tanınmaya təqdimetmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən bıçaqları nəzərdən keçirib üç ədəd bıçaq arasında üçüncü sırada qoyulmuş bıçağı tanıyaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onu üçüncü sırada qoyulmuş bıçaq ilə vurub xəsarət yetirmiş, bıçağı qara rəngdə olmasından və eyni zamanda kəpənək formalı olduğundan tanımışdır. (cild 1, iş vərəqə 165-166). Həmçinin, istintaq zamanı Şahid2 verdiyi ifadələri hadisə yerində yoxlanmış, sonuncu ifadələrində göstərdiklərini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq etmişdir. (cild 1, iş vərəqə 198-201). Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tanınmaya təqdimetmə protokolundan görünür ki, Şahid2 ona təqdim edilən bıçaqları nəzərdən keçirib bildirmişdir ki, ona təqdim olunan üç ədəd bıçaq arasında ikinci sırada qoyulmuş bıçaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmiş, bıçağı qara rəngdə olmasından və eyni zamanda kəpənək formalı olduğundan tanımışdır. (cild 1, iş vərəqə 163-164). İstintaq zamanı götürülmüş cinayət işin materiallarına əlavə edilmiş cinayət hadisəsinin qeydə alındığı elektron məlumat daşıyıcısına (diskə) Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə ayrı-ayrılıqda baxış keçirilmiş və müəyyən edilmişdir ki, 25.02.2021-ci il tarixdə saat 14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən Sevinc restoranının qarşısında aralarında yaranmış mübahisə zamanı Şahid1 cibindən bıçaq çıxararaq Zərərçəkmiş şəxs müşavimət göstərmiş, sonuncu və Şahid2 bıçağı Şahid1 əlindən almağa çalışdığı vaxt Təqsirləndirilən şəxs ərazidən uzaqlaşmışdır. Görüntüyə baxışda iştirak edən Təqsirləndirilən şəxs mübahisənin ciddiləşdiyini görüb ərazidən uzaqlaşdıqdan sonra dostu Şahid1 yerdə uzanıqlı vəziyyətdə ayağından qan axdığını görüb bir qədər kənarda, kameranın qeydə almadığı ərazidə Şahid1 əlindən bıçağı alaraq Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri yetirdiyini bildirmiş və baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin xüsusatları təsdiq etmişdir. (iş vərəqə cild İ, səh 182-183) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə 26.02.2021-ci il tarixli, 43 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – qarnın ön divarının sağ yarısında qarın boşluğuna nüfuz edən bir ədəd qarın boşluğuna və kiçik çanağa az miqdarda qanaxma ilə nəticələnən yara, döş qəfəsinin sol yarısında Xİ-Xİİ qabırğalar səviyyəsində boşluğa nüfuz etməyən bir ədəd yara 25.02.2021-ci il tarixdə kənar şəxs tərəfindən, ekspertizaya təqdim olunmuş bıçağın və ona oxşar digər deşicikəsici alət təsirindən yetirilməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən qarın boşluğuna nüfuz edən bir ədəd yara yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sol yarısındakı boşluğa nüfuz etməyən bir ədəd yara isə, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (cild 1, iş vərəqə 106-109) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmətrasoloji və məhkəmə-kriminalistik ekspertizasının 05.05.2021-ci il tarixli 3/639, 3/640 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından( jaketin və iki ədəd köynəyin) üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verlib. Həmin zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri. o, cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Qeyd olunan zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması mümkündür. Təqdim edilmiş şalvarın üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi. Qeyd edilən zədənin qərarda göstərilən şəraitdə yaranması mümkündür. (cild 1, iş vərəqə 209-213) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 14.08.2021-ci il tarixli 1815 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, məhkəmə-psixatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu qeyd olunur. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunmuş cinayət əməlini törədən zaman onda müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu qeyd olunur və həmin pozuntu kompensasiya vəziyyətindədir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab vermək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. (cild 2, iş vərəqə 261-264) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 01 yanvar 2022-ci il tarixli 73 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu qeyd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ,Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onda hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu qeyd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi mülicəyə ehtiyacı yoxdur. O, psixi vəziyyətinə və fərdi-psixi xüsusiyyətlərinə görə öz hərəkətlərinə görə öz hərəkətlərini dərk etmək və onları idarə etmək, iş üçün əhəmiyyət kəsb edən halları qavramaq iqutadrında olmuşdur. Əqli-intellektual imkanlarına və psixi durumuna görə öz hüquqlarını və vəzifələrini, o cümlədən qabiliyyətinə malik şəxs kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır. (cild 2, iş vərəqə 48-50) Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 20 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Həmçinin, iş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild1, iş vərəqə 176) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də Şamaxı şəhəri, M.F.Axundov küçəsi ev 29-da qeydiyyatdadır və yaşayır, natamam orta təhsillidir, subaydır. Həmin nümayəndəlik tərəfindən tərtib olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət yönümdə xarakterizə olunur. (cild1, iş vərəqə 277-279) Təqsirləndirilən şəxs özünü müdafiə üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə sonradan barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən gənc olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şamaxı rayon məhkəməsinin 26.02.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 140-141) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Şamaxı rayon PŞ-də saxlanılan maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus paltarlar özünə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında», «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 il 6 ay (dörd il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Şamaxı rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus paltarlar özünə qaytarılsın qəbul etmədikdə məhv edilsin, bir ədəd bıçaq məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-63/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-63/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver