Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-63/2023 06.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1990-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə İran İslam Respublikasının vətəndaşı “Emad” adı ilə istintaqa məlum olan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, 02(iki) ədəd sellofan kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,486 qram, 46,185 qram, ümumi təmiz çəkisi 47,671 qram narkotik vasitə heroini və külli miqdarda, 01 (bir) ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 24.111 qram psixotrop maddə metamfetamini əldə edib kirayədə yaşadığı ünvan 3 ünvanına daşıyaraq həmin mənzilin qonaq otağında yerləşən şifonerin yuxarı hissəsində təmiz çəkisi 46,185 qram heroini və təmiz çəkisi 24,111 qram metamfetamini gizlətməklə saxlamış, Ol(bir) dədə sellofan kəsiyi bükümündə, təmiz çəkisi 1,486 qram olan heroini isə satış məqsədi ilə üzərində daşımış, 12 noyabr 2021-ci il tarixdə, saat 03:00 radələrində Sumqayıt ŞPİ-nin 3cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 15-ci məhəllə, H.Əliyev prospekti ərazisində yerləşən N.Nərimanov adına məddəniyyət evinin qarşısındakı N.Nərimanov abidəsinin qarşısında saxlanılaraq ŞPİ-nin 3-cü polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtanş aparılarkən əynindəki boz rəngli cins şalvarının sağ yan iç cibindən 01 (bir) ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 1,486 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş və Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq onun kirayədə yaşadığı ünvan 4 ünvanına baxış keçirilərkən həmin mənzilin qonaq otağında yerləşən şifanerin üstündən 01 (bir) ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 46,185 qram narkotik vasitə heroin, 01 (bir) ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 24,111 qram psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə hcroinin izləri olan 01 (bir) ədəd çay qaşığı və 01 (bir) ədəd elektron tərəzi, üzərində psixotrop maddə metammfetaminin izləri olan 01 (bir) ədəd çay qaşığı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 11 noyabr 2021-ci il tarixdə günorta saat 01 radələrində 3-4 ildir ki, tanışı olan Aytən adlı qadının tutulub Sumqayıt Polis İdarəsinə aparılması ilə bağlı polis əməkdaşı tərəfindən həmin Aytən adlı qadının telefonundan ona zəng olunmuşdur. Telefonu Aytənə verdikdə o, rəfiqəsi ilə dava etdiyini, ailəsinin onun saxlanıldığından xəbəri olmadığını, onu çıxartmasını xahiş etdiyini demişdir. Telefonda ondan 5000 manat pul istənilmiş, o isə 3000 manat pulu olduğunu, polis idarəsinə gələ biləcəyini bildirmişdir. Polis əməkdaşı onu Nərimanov heykəlinin yanına çağırmışdır. Hazırda Aytənin nömrəsini unutmuşdur. Ehtiyyat elədiyindən dostuna zəng etmiş, ona “gəl pulu ver, qızı götürüb çıxarsan” demişdir. Dostu bölməyə aparılmış və gəldikdən sonra onun özünü adını dəqiq bilmədiyi küçədəki Kapital bankın Qubadlı filialının yanında saat gündüz saat 5-6 radələrinə saxlamışlar. Narkotik vasitə istifadəçisi deyil. İttiham aktında evinə bir dəfə baxış keçirildiyi qeyd olunmuş, lakin onun evinə iki dəfə baxış keçirilmişdir. Narkotik vasitəni cibinə polis əməkdaşı qoymuşdur. Ümumiyyətlə özü Azərbaycanda yaşamamışdır. Aytən adlı qadının üstündə narkotik vasitə olmuş, Aytən dava-dalaş adıyla bölməyə aparılmış, üstündən narkotik vasitə çıxmışdır. Elmar adlı İran vətəndaşını tanımır. Bölmədə təzyiq altında həmin məzmunda ifadə vermiş, narkotik vasitəni boynuna götürmüşdür. Yaşıl rəngli kitabçanın Ukraynada ödədiyi vergi ilə bağlı olduğunu bildirmişdir. Həmin dəftərə xərclərini, burada ödədiyi pulları yazmış, şəriki olduğuna görə özündə də qeyd aparmışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə tək yaşamışdır. Təxminən 2 ay olar ki, olar ki, narkotik vasitə heroindən istifadə etmişdir. Təxminən 2 ay əvvəl İnstaqram sosial şəbəkəsində özünü İran vətəndaşı Emad kimi təqdim edən şəxslə tanış olmuşdur. Emadla söhbət zamanı onun Whatsapp nömrəsini götürmüşdür. O, Emadla Whatsapp söhbət edən zaman sonuncuya narkotik vasitə istifadə etdiyini demişdir. Emad isə ona bildirmişdir ki, onun üçün külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərə bilər. Uzun müddətdir ki, işləmədiyindən maddi vəziyyəti yaxşı olmadığından düşünmüşdür ki, Emaddan narkotik vasitələri götürüb hissə-hissə satıb qazanc əldə edəcəkdir. Ona görə də Emadla razılaşmışdır. Həmçinin İran vətəndaşı Emad ona bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələri qoydurduğu yerin şəkilini ona qabaqcadan Whatsapp-la göndərəcək, gedib həmin yerdən götürər. Emad ona təxminən 60 qram narkotik vasitə heroin və 25 qram psixotrop maddə olan metamfetamin göndərəcəyini, buna görə ona 750 manat pul verməli olduğunu demişdir. Sonra isə bildirmişdir ki. pulu onun deyəcəyi karta göndərməlidir. O, da Emadla razılaşmışdır. 09 noyabr 2021-ci il tarixdə, saat təxminən 15 radələrində Emad ona Whatsapp-la zəng edərək bildirmişdir ki, onun üçün təxminən 60 qram heroin və 25 qram metamfetamin göndərəcək, həmin yerin fotoşəkilini də ona göndərəcək, o, da gedib oradan götürər, götürəndən sora isə ona kartın fotoşəkilini göndərəcək, həmin karta 750 manat pul göndərər. O, da Emadla razılaşmışdır. Həmin gün, təxminən saat 20 radələrində İran vətəndaşı Emad ona Whatsapp-la narkotik vasitələri qoydurduğu yerin fotoşəkilini göndərmiş və zəng edərək demişdir ki, narkotik vasitə və psixotrop maddələr Bakı şəhəri, 20 yanvar metrostansiyasmm yanında yerləşən binanın həyətində, divarın dibində, sellofonın içində qoyulub oradan götürsün. Bundan sonra o, həmin yerə yola düşmüşdür. Həmin yerə, yəni Bakı şəhəri, 20 yanvar metrostansiyanının yaxınlığına gedib Emada Whatsapp-la zəng edib danışaraq soraqlaşmaqla həmin yeri tapmış və hazırda xatırlamadığı binanın həyətində, çəpərin dibindən sellofan bağlamanı götürmüşdür. O, həmin sellofanı götürüb oradan uzaqlaşaraq ünvan 2 ünvamndaki kirayədə yaşadığı evə getmişdir. Evə gedən zaman yolda hazırda xatırlamadığı elektrik avadanlıqları satılan mağazadan bir ədəd elektron tərəzi almışdır ki, evdə həmin heroin və metamfetamini bükümlərə bölüb tərəzidə çəkər. Evə gəldikdən sonra həmin selloofanı açıb görmüşdür ki, sellofanın içərisində bir bükümdə psixotrop madddə metamfetamin və iki bükümdə narkotik vasitə heroin vardır. İkinci büküm narkotik vasitə heroin kiçik bükümdə olmuşdur. Həmin kiçik bükümdə olan heroini götürüb evdə olan qaşıqla tərəzinin üzərinə tökərək çəkməklə 6 ədəd bükümlər düzəltmişdir ki, müştəri tapdığı hada satıb pul əldə etsin və həmin bükümləri də üzərində saxlamışdır. Sonra isə metamfetamini də başqa qaşıqla götürüb tərəzinin üzərinə tökərək çəkmək istəmiş, lakin fikrini dəyişib tərəzinin üzərinə tökərək çəkməmiş və qərara gəlmişdir ki, əvvəlcə bükümlərə böldüyü heroinləri satdıqdan sonra metamfetamini də bükümlərə bölərək satar. Bundan sonra qalan bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini və bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini evin qonaq otağında, şifonerin üstündə gizlətmişdir. Sonra İran vətəndaşı Emadın ona Whatsapp-la fotoşəkilini göndərdiyi hazırda xatırlamadığı karla helə həmin gün yadında qalmayan marketlərin birində “Milli Ön” ödəmə terminalı varitəsi ilə 750 manat pul göndərmişdir. Emadla aralarında olan bütün danışıqları, yazışmaları və Emadın ona göndərdiyi fotoşəkilləri telefonunun Whatsapp proqramından silmişdir. O. salmaq üçün üzərində saxladığı bükümlərdən 1 bükümü qəbul etmiş, 4 bükümü təxminən 15-20 manatdan tanımadığı narkomanlara satmış, üstündə də 1 büküm qalmışdır. Həmin bükümü də üzərində saxlamışdır ki, müştəri tapdığı halda satar. 12 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhərinə gəlmişdir. Sumqayıt şəhəri, 15-ci məhəllə, H.Əliyev prospekti ərazisində. N.Nərimanov adına məddəniyyət evinin qarşısında yerləşən Nərimanov abidəsinin yanında olarkən 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq saxlamışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və üzərində narkotik vasitə daşımasından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə aparılacağını bildirmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə getmişdir. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və özünün seçdiyi dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu halda təqdi etməsi təklif olunmuşdur. O, da əynimdə olan boz rəngli cins şalvarının sağ yan iç cibində saxladığı sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroini və əynindəki pencəyinin sol iç cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu çıxararaq təqdim elmişdir. Təhqiqatçı tərəfindən həmin bükülüyə baxış keçirilmişdir. Bundan sonra üzərində aparılan şəxsi axtarış zamanı heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar edilmiş bir ədəd 10 qəpik və 1 ədəd 20 qəpik pul ona qaytarılmışdır. Üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə nakotik vasitə heroin elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 1,65 qram olması müəyyən edilmişdir. Həmin maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, yaşadığı evə baxış keçiriləcəkdir. O, da bununla bağlı ərizə yazmışdır ki, evinə baxış keçirilməsinə heç bir etirazı yoxdur. Sonra təxminən saat 21 radələrində polis əməkdaşları və vəkilinin iştirakları ilə ünvan 5 ünvanında kirayədə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı mənzildə, qonaq otağında, şifonerin üstündə gizlətdiyi bir ədəd sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, bir ədəd tərəzi və iki ədəd qaşıq aşkra edilərək götürülmüşdür. Bundan sonra həmin maddələr elektron tərəzidə çəkilmiş, bir bükümdə psixotrop maddə metamfetaminin çəkisinin 24,60 qram olması və bir bükümdə narkotik vasitə heroinin isə 50,40 qram olması müəyyən edilmişdir. Sonra həmin maddələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitə olan heroini özü istifadə etmək üçün əldə etdiyini bildirmiş, həmin vaxt fikirləşmişdir ki, üzərindəki heroini istifadə etmək üçün saxladığını desə bəlkə də məsuliyyətdən yaxa qurtara biləcəkdir. Lakin sonradan başa düşmüşdür ki, yenədə məsuliyyətə cəlb olunacaqdır, lakin könüllü olaraq təqdim etdiyinə görə cəzası daha yüngül olacaqdır. Ona görə də qərara gəlmişdir ki, yaşadığı evdə gizlətdiyi maddələr barədə də məlumat versin və satmaq üçün əldə etdiyini etiraf etsin, cəzası daha yüngül olsun. Üzərindən və evindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satmaqdan ötrü əldə etmişdir. Tanımadığı narkomanlara evindən götürülmüş tərəzidə qramını müəyyən edib 5 bükümdə satmış, qalan hissəsini də satmaq fikri olmuş, lakin kimlərə salacağını bilməmişdir. Emadla söhbət zamanı sonuncu ona iranda yaşadığını demişdir. Emaddan narkolik vasitələri ona necə göndərəcəyini soruşanda isə Emad ona bildirmişdir ki. Həmin maddələri ölkəyə qaçaqmalçılıq yolu ilə gətirəcək və özünün adamları vasitəsi ilə deyəcəyi yerə qoyduracaq, o da gedib həmin yerdən götürəcəkdir. Lakin Emad narkotik vasitələri onun götürmüş olduğu yerə kimlərin vasitəsi ilə qoyduracağını ona deməmişdir. O, əvvəllər Emad adlı şəxsdən və ya başqa şəxslərdən narkotik vasitələr almamış və satmamışdır. İstifadəsində Samsung markalı mobil telefon və üzərində ***-***-**-** saylı mobil nömrəsi olmuş, həmin mobil telefonu üzərində olan nömrəi ilə birlikdə şəxsi axtarış zamanı təqdim etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən ona qarşı heç kim zor tətbiq etməmişdir.(cild 1, iş vərəqə 84-89) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 12 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, satması, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün təxminən saat 02 radələrində Təqsirləndirilən şəxs N.Nərimanov abidəsinin yaxınlığında olduğunu görüb bir qədər müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirilmiş və 3-cü polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində vəkilin iştirakı və videogörüntü ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və o, əynində olan şalvarının cibindən bir ədəd sellofan bükülü, pencəyinin cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini bir neçə gün əvvəl iranlı Emad adlı şəxs tərəfindən 20 Yanvar metrostansiyası yaxınlığında binaların yanına qoydurduğunu və oradan götürdüyünü bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksindəki ünvanda narkotik vasitə və psixotrop maddə saxlamasında şübhələr olduğundan həmin evə baxış keçirilmiş, oradan bir ədəd bükümdə narkotik vasitə olan heroin, bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd elektron tərəzi və 2 ədəd qaşıq aşkar olunaraq götürülmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru Şahid2 polis əməkdaşı Şahid1la oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 12 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksindəki ünvanda narkotik vasitə və psixotrop maddə saxlamasında şübhələr olduğundan həmin evə baxış keçiriləcəyi və onun da həmin tədbirdə iştirak etməli olduğu bildirilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı mənzilə getmişlər. Mənzilə baxış zamanı Təqsirləndirilən şəxs evinin qonaq otağındakı mebelin üzərindən bir ədəd torbada 2 ədəd bükülünü, bir ədəd elektron tərəzini və iki ədəd qaşığı təqdim etmişdir. Həmin bükülülərə baxış keçirilən zaman birinin içərisində narkotik vasitə olan heroinə bənzər maddə digərinin isə psixotrop maddə olan metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmçinin mənzilə baxış zamanı qonaq otağında olan dolabdan bir ədəd kitabça da aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs orada bildirmişdir ki, həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan şəxsdən satış məqəsdi ilə əldə etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid polis əməkdaşı Şahid5 məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o məhkəmədə ifadəsi alınmış digər polis əməkdaşı Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir.( cild 1, iş vərəqə 136-139) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzili vardır. Lakin həmn mənzildə yaşamamış və həmin mənzili müxtəlif şəxslərə kirayə vermişdir. Təxminən 25 iyul 2021-ci il tarixdə həmin mənzili sonradan adını bildiyi Təqsirləndirilən şəxs aylıq 350 manat pul kirayə vermişdir. Öz aralarında bununla bağlı kirayə müqaviləsi imzalamışlar. Həmin mənzili Orxana kirayə verdikdən sonra həmin mənzilə gedib-gələ bilməmişdir. Çünki Quba rayonunda yaşadığından gedib-gəlmək onun üçün çətin olmuşdur. Hər dəfə kirayə pulunun vaxtı çatanda Orxan pulu onun bank kartına atmışdır. Təxminən 2021-ci ilin noyabr ayının sonlarında Orxanın dostu kimi bildiyi, adım bilmədiyi şəxs onunla əlaqə saxlayaraq evi təhvil vermək istədiyini demişdir. O, da yaşadığı Quba rayonundan gələrək mənzilinə baxmış və hər şeyin qatdasında olduğunu gördükdən sonra evini təhvil götürmüşdür. Sonradan eşitmişdir ki, Orxan Sumqayıt şəhər polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilmişdir. Orxan ona taxta alveri ilə məşğul olduğunu demiş, narkotik vasitə istifadə eldiyini və ya satdığını heç vaxt deməmiş, onun bundan məlumatı olmamışdır. Eləcədə Orxanın kirayə vermiş olduğu evdə narkotik vasitələr saxlamasından məlumatı olmamışdır.(Cild 1, iş vərəqə 120-122) Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisioğludur. 2021-ci il noyabr ayında günorta radələrində o, dostları ilə kafedə oturarkən Orxan ona zəng edərək 300 manat pul lazım olduğunu bildirmişdir. Səbəbini soruşduqda Aytən adlı tanışının tutulduğunu, onu çıxartmaq üçün lazım olduğunu demişdir. Sonra Orxan həmin kafeyə gəlmiş, pulu da hazır etmişdir. Orxan ona “pulu sən apar ver, çıxart qızı” demiş, o isə gedə bilməyəcəyini bildirmişdir. X8 adlı “Saşa” dedikləri tanışlarını çağırmış, onunla birlikdə getmişdir. Daha sonra Orxan ona zəng edərək “Saşa”nın tutulduğunu demişdir. “Saşa” telefonu və pul qabını ona vermiş, polislər gələrək onda olan telefon və pul qabını istəmiş, o isə vermişdir. Polis əməkdaşları Orxanı tanıyıbtanımadıqlarını soruşduqda o tanımadığını bildirmişdir. Həmin vaxt Orxan ona zəng etmiş, amma adını “Ruslan” qeyd etdiyi üçün polislər zəng edənin Orxan olduğunu bilməmiş, telefonu söndürmüşdür. Polislər getdikdən sonra Orxana zəng edəndə zəng çatmamış və Orxanın tutulduğunu bilmişdir. Hadisənin baş vermə günü tam olaraq yadında olmamış, vəkil tərəfindən ona təqdim olunan sənədlərdə qeyd olunan tarixdə olmasını gördüyünü bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 noyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, ünvan 8 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, gəzdirilməsi və üzərində narkotik vasitə saxlamasına dair məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 04) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Səbuhi Dadaşov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Orxan Mustafayevə qanunsuz olaraq narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir və polis əməkdaşlarına da ölərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı ona hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X4 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs isə əynində olan boz rəngli şavarının sağ iç cibindən 1 ədəd şəffaf sellofan bükülünü, pencəyinin sol iç cibindən isə bir ədəd mobil telefon çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs mobil telefonun markası və üzərində olan nömrə barədə soruşulur, sonuncu da mobil telefonun “Samsung S9” markalı olduğunu, özünə məxsus olduğunu və üzərində ***-***-**-** saylı ömərinin olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, onun əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd 10 qəpik, 1 ədəd 20 qəpik pul aşkar olunur, onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükülünün içərisindəki kütlənin nə olduğu, haradan və nə məqsədlə əldə etdiyi soruşulduqda bildirir ki, həmin maddə “kakos”dur, həmin maddəni təxminən 2 ay əvvəl sosial şəbəkədə tanış olduğu Emad adlı iran vətəndaşı təxminən 2-3 gün əvvəl 30 manat pul köçürdükdən sonra əvvəlcədən vatsapla qoyulduğu yeri bildirdikdən sonra Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında binaların həyətində qoyulduğu yerdən götürmüş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdəki kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 1,65 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə qablaşdırılır, möhürlənir və imzalanır. Sonda isə çəkiliş dayandırılır. (cild 1, vərəqə 25-26, 107) “Şəxsi axtarış keçirilməsi haqqında”, “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mənzilə baxış keçirilməsi haqqında” 12.1 1.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Səbuhi Dadaşov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Həmçinin təhqiqatçı polis əməkdaşlarına da özlərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparıldığını, orada onun üzərində şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Sonra isə təhqiqatçı bildirir ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı ünvan 9 ünvanına da baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir, bundan sonra həmin mənzilin giriş qapısı açarla açılaraq mənzilə daxil olunur. İştirakçılar mənzilin dəhlizindən sol tərəllə hərəkət etdikdən sonra sağ tərəfdə yerləşən qonaq otağına daxil olurlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə varsa təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs həmin otaqda olan şifonerin üzərini göstərib orada narkotik vasitələr olduğunu bildirir. Təhqiqatçı tərəfindən həmin şifonerin üzərinə baxıldıqda orada bir ədəd şəffaf sellofan torba olduğu aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs həmin torbada nə olduğu soruşulduqda sonuncu torbanın içərisində “kakos” və "şüşə” olduğunu bildirir. Təhqiqatçı tərəfindən həmin torbanın içərisinə baxıldıqda içərisində bir ədəd elektron tərəzi, 2 ədəd metal qaşıq və iki ədəd şəffaf sellofan bükülü olması müəyyən olunur. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin maddələrin, qaşıqların və tərəzinin kimə məxsus olduğunu soruşduqda sonuncu özünə məxsus olduğunu bildirir. Həmçinin təhqiqatçı Təqsirləndirilən şəxs həmin maddələri nə məqsədlə saxladığını soruşduqda o, satmaq məqsədi ilə saxladığım bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin maddələri haradan və nə vaxt əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs həmin maddələri 2-3 gün əvvəl iran vətəndaşı Emad adlı şəxsdən 750 manat pul verərək aldığını, həmin maddələri Emadın Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında məhəlləyə qoydurduğunu və oradan götürdüyünü bildirir. Həmçinin Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitə və psixotrop maddənin pulunu Emadın dediyi karta göndərmişdir. Bundan sonra təhqiqatçı tərəfindən sellofan bükümlərin biri açılır və içərisində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə olan heroinə bənzər maddə olması görünür. Həmin maddə elektron tərəzi vasitəsi ilə çəkildikdə çəkisinin 50,40 qram olması müəyyən olunur. Sonra isə digər sellofan bükülü açııldıqda içərisində ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər maddə olması görünür, həmin maddə elektron tərəzi vasitəsi ilə çəkildikdə çəkisinin 24.60 qram olması müəyyən olunur, daha sonra isə həmin maddələr, 2 ədəd qaşıq və bir ədəd elektron tərəzi ekspertizaya göndərilməsi üçün qablaşdırılır. Bundan sonra evə baxış keçirilir və qonaq otağındakı dolabda olan bir ədəd bloknot götürülür. Sonda isə çəkiliş dayandırılır. ( cild 1, iş vərəqə 38-40; 108-109) “Mənzilə baxış keçirilməsi haqqında””, “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “ baxış keçirilməsi haqqında” 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oöluna məxsus bir ədəd kitabçaya baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həmin kitabçanın üzlüyü yaşıl rəngdir. Kitabçanın üzlüyündə elektron hesablayıcı vardır. Kitabçanın birinci səhifəsində “900 ABŞ dolları vergi, 700 ABŞ dolları Yuri” sözləri, sondan ikinci səhifəsində “özüm 200 m” sözləri, sonuncu səhifəsində isə “özüm- 10t - 2d + 30d + 20 d” , Məcid + 150d + 50t + 150t + 20d”, “Ali + 100d + 50t + 30t + 20d + 50t+ 50d”, “Nima – 150t - 50d” və “Kuryer - 1940 verilib” sözləri yazılmışdır. Təqsirləndirilən şəxs həmin yazıların nə əhəmiyyət kəsb etdiyi soruşulduqda əvvəllər müxtəlif ticarətlə məşğul olduğunu, və həmin qeydləri ona görə apardığını bildirmişdir. ( cild 1, iş vərəqə 110) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 5(060)-810/2021 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar və həmin qərarla bağlı aparılan prosessual hərəkətlər insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanuni hesab edilmişdir. ( cild 1, iş vərəqə 99) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5007 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,486 qram olan qəhvəyi rəngli maddə kustar üsull hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasilələf'in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 29-34) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13.1 1,2021-ci il tarixli, 6/5028 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-in “Zərflər üçün 127” möhür əksi. “vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən” və s. yazılar, imzalar olan 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 24,111 qram ağ rəngli, kristalşəki 1 li kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 46,185 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd çay qaşığının və tərəzinin səthində heroin izləri, digər çay qaşığında metamfetaminin izləri müəyyən edildi. Həmin predmetlərin üzərində heroin və metamfetamin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"in siyahısına (Siyahı İ) daxildir. ( cild 1, iş vərəqə 62- 67) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 82 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 155-156) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,486 qram narkotik vasitə olan heroin, yaşadığı evdən aşkar olunaraq götürülmüş 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 46,185 qram narkotik vasitə olan heroin, 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 24,111 qram psixotrop maddə olan metamfetamin və 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 2 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalıq çəkisi 47,571 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 24,061 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə 167-181) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 147) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Nərimanov rayonu Mənzil- Kommunal Təsərrüfat Birliyi 18 saylı MKİS tərəfindən verilən xasiyyətnamədən görünür ki, qeydiyyatda olduğu müddət ərzində Təqsirləndirilən şəxs barəsində 18 saylı MKİS-nə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 159) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş məktub və ona əlavə olunmuş disklərdən görünür ki, Təqsirləndirilən şəxs tutulduğunu qeyd etdiyi 11 noyabr 2021-ci il tarix, saat 17 radələrindən sonra ona çoxsaylı zənglər daxil olmuş və özü də çoxsaylı zənglərə cavab vermiş, ittihamda qeyd olunan saxlanıldığı 12 noyabr 2021-ci il tarix, saaat 03 radələrində onun və iş üzrə şahid polis əməkdaşı Şahid1 istifadələrində olan mobil nömrələr Təqsirləndirilən şəxs saxlanıldığı H.Əliyev prospekti, N.Nərimanov abidəsinin yaxınlığındakı anten əhatə dairələrində olmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan 30 avqust 2023-cü il tarixdə "xxxx" ASCdən məhkəməyə daxil olmuş sorğuya cavabdan görünür ki, uzun müddət keçdiyinə görə sorğu edilən əməliyyatlar üzrə görüntülər aşkar edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin, əlavə şahid dindirilmiş X2 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs günorta saatlarında tutulması ilə bağlı göstərdiyi xüsusatlara tənqidi yanaşır və hesab edir ki, X2 təqsirləndirilən şəxslə qohumluq münasibətinin olmasına, həmçinin dəqiq xatırlamadığı xüsusatlarla bağlı vəkil tərəfindən sənədlərin ona təqdim olunduğunu bildirdiyinə görə onun verdiyi ifadə sübut kimi qiymətləndirilmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması, evindən elektron tərəzinin aşkar edilməsi, ona məxsus olan tünd yaşıl üzlüklü kitabçada narkotik vasitə satışını ehtiva edən əl yazılarının mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalıq çəkisi 47,571 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 24,061 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 191 (bir yüz doxsan bir) manat 72 (yetmiş iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 07 (yeddi) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalıq çəkisi 47,571 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 24,061 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 191 (bir yüz doxsan bir) manat 72 (yetmiş iki) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-63/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-63/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver