Məhkəmə qərarları › İş №1(124)-63/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-63/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-63/2024 29.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkmək, yetişdirmək və onları (onların hissələrini) toplamaqla kultivasiya etmək, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hazırlamaq, saxlamaq və satmaq üçün əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin may ayında özünə məxsus olan yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin arxa hissəsindəki torpaq sahəsində əkib onların cücərməsinə nail olduqdan sonra bitkiləri həmin torpaq sahəsində əkməklə 10 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində külli miqdarda 151 ədəd “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”-in siyahısına daxil olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərməklə onları yetişdirərək və hissələrini toplayaraq kultivasiya etmiş, kultivasiya etdiyi tərkibində narkotik vasitələr olan həmin çətənə (kannabis) bitki kollarından toplayıb kustar üsulla hazırladığı külli miqdarda 625 qram təmiz çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə yaşadığı ünvan 2 ünvanının həyətindəki yardımçı tikilidə qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə saat 14:32-də yaşadığı ünvan 2 ünvanının qarşısında saxlanılmış, özünün razılığı və iştirakı ilə həmin tarixdə saat 14:34-dən etibarən həmin ünvana baxış zamanı yaşayış sahəsinin arxa hissəsində yerləşən torpaq sahəsində əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda ümumi sayı 151 ədəd olan yaş vəziyyətdə ümumi çəkisi 61.700 qram (61 kq 700 qr) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmçinin həmin evin həyətində olan yardımçı tikilidən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq hazırlamaqla saxladığı 01 ədəd sellofan torbada təmiz çəkisi külli miqdarda 625 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərdi ki, 625 (altı yüz iyirmi beş) qram narkotik vasitə qurudulmuş marixuana onda olmamışdır. Narkotik tərkibli bitkilər isə həyətdə yabanı halda yetişmişdir. Ona məxsus həyətyanı sahə bir metr enində, iki metr uzunluğunda olan yerdir. Orada 151 (yüz əlli bir) ağacın olması qeyri-mümkündür. Evi də Məmmədli kəndində yerləşir. Həmin yerə baxmaqla əlaqədar nümayəndə təyin olunsa müəyyən olunar ki, iş materiallarında yalan yazılmışdır. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. Narkotik vasitələrdən marixuanadan istifadə etmişdir. Marixuananı ot bazarından əldə etmişdir. Narkotik vasitə olanda iki-üç dənə, bəzən bir dənə çəkmişdir. İki-üç qram deyil, bir dənə-iki dənə çəkmişdir. Ümumilikdə həyətinin evdən çıxanda uzunluğu dörd metrdir. Evin həyəti daş hasarla əhatələnmişdir. Hasarın hündürlüyü iki metr yarım-üç metr olar. Narkotik vasitəni istifadə etdikdən sonra tumlarını zibil kimi həyətə tullamışdır. Həyətdən aşkar olunan narkotik tərkibli bitkilərin sayı 151 ədəd olmamışdır. Həyətində 7-8 dənə narkotik tərkibli böyük ağac olmuşdur. Həmin ağaclardakı tumlar da yerə düşüb, yetişmişdir, beləcə yenə də narkotik tərkibli bitkilər çıxmışdır. Əvvəl məhkum olunmamış, tutulub buraxılmışdır. 2009-cu il tarixdə “nəşə” çəkməyə görə tutulmuş, sonra da buraxılmışdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. Onun həyətindəki kollardan xəbəri olmamış, gec xəbər tutmuşdur. Narkotik tərkibli bitkilərə qulluq etməmişdir. 625 qram marixuana ona məxsus olmamışdır. Ağacın yarpaqlarını qırıb çəkmişdir. Yarpağı qırıb yerə atmışdır. Yarpaqlar adətən üç günə qurumuşdur. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlandığı gün onlar evdə olmamışdırlar. Qırx nəfər həyətə girmişdir ki, həyətdə oğru var, oğrunu tutmaq lazımdır. Polis əməkdaşları səhər saat on-on birə işləmiş evə gəlmişdirlər. Səhər saat on üçün polis əməkdaşları evinə gələndə onlar Maştağaya düzəltdirməyə getmişdirlər. Oğluna zəng edib demişdirlər ki, həyətə adamlar girib, otuz-qırx nəfərdirlər. Avtomobili düzətdirməmiş, oğlu ilə evə qayıtmışdırlar. Evə gəldikdən sonra polis əməkdaşlarını onların həyətində görmüşdür. O, evə qayıdanda saat on birə beş-on dəqiqə işləmişdir. Evin arxasındakı narkotik tərkibli bitkilər xırda-xırda şitillər idi. Uzunluqları haradasa 10-30 santimetr olan sap kimi nazik ağaclar idi. İki dənə hərəsinin üzərində yarpaq var idi, quşlar hamısını yemişdi. Həyətdən aşkar olunmuş narkotik tərkibli bitkilərə qulluq göstərməyə şərait olmamışdır. Həmin bitkilərə heç bir qulluq olunmayıb. Narkotik tərkibli bitkilər evin arxasında idi. Cərgə ilə və s. yetişməmişdir. Elə küt halda bir metr eni, iki metr yarım uzunluğu olan yerdə yabanı halda bitmişdir. Polis əməkdaşları da oradan bir-bir çıxarıb yığmışdırlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq araşdırılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1988-ci ildə ailə həyatı qurmuşdur. Hazırda 3 övladı var və onlardan ikisi ailəlidir. Kənddə xırda təsərrüfatla məşğul olur. Bəzi hallarda "Moskviç" markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Psixi xəstəliyi yoxdur. Abşeron Rayon Məhkəməsinin 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bir neçə il olar ki, "nəşə" kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. İlk olaraq istifadə etdiyi maddələri kənddə tanımadığı şəxslərdən almışdır. İstifadə etdiyi maddələrin toxumlarını yığırmış ki, gələcəkdə özü əksin və özü istifadə etsin. Çünki, düşünürmüş ki, öz əkdiyi daha keyfiyyətli olar. Buna görə də, çətənə toxumlarını əkmək qərarına gəlmişdir. Bunun üçün 2022-ci ilin may ayının əvvəllərində yığdığı az miqdarda toxumları evinin arxasında olan torpaq sahəsinə əkmiş və onlara qulluq etməyə başlamışdır. Həmin toxumlar cücərdikdən sonra böyüməyə başlamışlar. Onlar böyüdükcə o, bitkilərin yarpaqlarını qoparıb qurutmuş və toxumları isə təkrar əkirmiş. Buna görə də, günü-gündən bitkilərin sayı artmışdır. O, həmin bitkilərə qulluq göstərmişdir. Belə ki, onları vaxtında suvarır, diblərini təmizləyir və lazım olduqca alaq edirmiş. Bitkilərin yaxşı suvarılması üçün onların diblərini dairəvi formada qazıyırmış. Həmin bitkilər böyüdükcə qeyd etdiyi kimi yarpaqlarını və digər hissələrini qoparıb onları günün altında qurudurmuş. Onun bu işləri görməkdə məqsədi öz şəxsi istifadəsi üçün narkotik vasitə hazırlamaq olmuşdur. Belə ki, o, bir neçə ildir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edirmiş. Demək olar ki, hər gün səhər ondan istifadə edirmiş. Hadisə ilə bağlı onu bildirmişdir ki, 10 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində yaşadığı ünvan 3 ünvanda olduğu zaman həyətin giriş qapısının döyüldüyünü eşidib, gedib qapını açıb çölə çıxan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O da onlara özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. Daha sonra yaşadığı ünvanda narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olub-olmamağını və yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz edib-etməməyini soruşmuşlar. O, səmimi olaraq etiraf edib yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkib becərdiyini bildirib, baxışın keçirilməsinə etiraz etmədiyini qeyd etmiş və bu barədə ərizə yazıb təqdim etmişdir. Bundan sonra yaşadığı ünvan 3 ünvana videokamera vasitəsilə çəkiliş aparılmaqla polis əməkdaşları tərəfindən baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı ona yaşadığı ünvanda olan narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin kultivasiya etdiyi tərkibində narkotik maddələr olan bitkiləri təqdim etməyi təklif olunmuşdur. O, iştirakçıları yaşadığı ünvanın həyətinə dəvət edib tərkibində narkotik maddələr olan bitkiləri yaşadığı ünvanda evin arxa hissəsində yerləşən torpaq sahəsində əkib-becərdiyini bildirib, həmin sahəni göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra iştirakçıları yaşadığı evin arxa hissəsində yerləşən həyətyanı sahəyə dəvət edib, həmin hissədə torpaqda əkdiyi bitkiləri göstərib, həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. Baxışda iştirak etməsi üçün dəvət olunmuş aqronom-mütəxəssis həmin bitkilərə baxış keçirib bitkilərin narkotik xassəli çətənə bitkiləri olduğunu, torpaqda suvarılma əlamətləri aşkar edildiyini və bitkilərin tam inkişaf etdiyini bildirmişdir. Sorğu zamanı o, yaşadığı evin həyətində əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, 2022-ci ilin may ayının ortalarında özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su verərək onlara qulluq etdiyini qeyd etmişdir. Özünün uzun illərdi narkotik vasitə olan marixuana qəbul etdiyini və bitkiləri əkməkdə məqsədinin özü istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra yaşadığı evin həyətində əkdiyi narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən bir-bir çıxarılıb sayılmış və tam yığılıb qurtardıqdan sonra bitkilərin ümumi sayının 151 ədəd olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik tərkibli çətənə kolları polis əməkdaşları tərəfindən 3 ədəd sellofanda qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ona təklif edilmişdir ki, yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş əşya və predmetlər saxlayırsa həmin maddələri və əşyaları təqdim etsin. Bundan sonra o, əkib-becərdiyi çətənə bitkisi kollarının yarpaqlarını və digər hissələrini yığıb qurudaraq həmin bitkiləri əkdiyi yerin qarşısında yerləşən yardımçı tikilinin içində gizlədib saxladığını və həmin kütləni də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra çətənə bitkisi kollarını əkib-becərdiyi yerin qarşısında yerləşən yardımçı tikilinin taxtadan hazırlanmış qapısını açıb içəri daxil olaraq, tikilinin içində giriş qapısından sağ tərəfdə divardan asılmış qırmızı rəngli sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi sellofan torbanın içində “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin sellofan torba açıldıqda içərisindən qurudulmuş marixuana aşkar olunmuşdur. Sorğu zamanı o, təqdim etdiyi sellofan torbanın içində olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin həyətində əkdiyi narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarını və digər hissələrini yığıb qurudaraq əldə etdiyini və yardımçı tikilinin içində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən 01 ədəd zərfdə qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilərkən yaşadığı ünvandan qanunsuz digər əşya və predmetlər aşkar edilməmişdir. Baxış zamanı yaşadığı evin eyvan hissəsində olan masanın üzərindən aşkar edilmiş 01 ədəd “Nokia” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun üzərinə baxış keçirilmiş, üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş, ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə yaşadığı ünvana baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, bitkiləri əkmək üçün toxumları əvvəllər istifadə etdiyi maddələrdən yığıb saxlamışdır. O, yalnız qurudulmuş marixuanadan istifadə etmiş, başqa heç birindən istifadə etməmişdir. Əvvəllər istifadə etdiyi qurudulmuş marixuananı kənddə tanımadığı şəxslərdən almış, lakin sonradan öz hazırladıqlarından istifadə etmişdir. Evində narkotik tərkibli bitkilər əkməyindən heç kimin xəbəri yox imiş. Belə ki, evdə təsərrüfatla yalnız o, məşğul olurmuş və ondan başqa heç kim əkdiyi sahəyə getmirmiş. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. O, "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Aşkar edilmiş “Nokia” markalı mobil telefondan adətən o, istifadə edir, amma, bəzi hallarda yoldaşı da istifadə edir. O, nə saxlanılan zaman, nə də evinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Məhkəmə tərkibinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hərf tanımır. Elan edilmiş ifadədəkilər yalandır. Polis əməkdaşları evinə gəlib onunla söhbət etmişdirlər. Daha sonra onu bayıra çıxarıb bildirdilər ki, səni çəkirik, qapının ağzında deyərsən ki, həyətinə girib yoxlaya bilərik. O, da etiraz etməmişdir. Hansı ki video çəkilişdən qabaq həyətə girmişdirlər, dörd-beş saat həyətdə olmuşdurlar. O, kollara qulluq etməmişdir. Sadəcə olaraq tumu yerə atmış, o da həyətdə çıxmışdır. Atdığı tumlardan narkotik tərkibli bitkilərin çıxdığını gec bilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 10 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat Baş İdarənin rəhbərliyinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı əməliyyat qrupu yaradılmışdır. Qrupda o, Namiq, Anar, Ziya və təhqiqatçı olmuşdur. Məlumatla bağlı qrup üzvləri təlimatlandırıldıqdan sonra təhqiqatçı Mirata tərəfindən aqronom dəvət edilmişdir. Daha sonra həmin gün, yəni 10 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məhəmmədli kəndindəki ünvana gedilmişdir. Orada evin qapısını döymüşdürlər. Yusif qapını açdıqdan sonra özlərini təqdim etmiş və şəxsin anket məlumatlarını öyrənmişdirlər. Ardınca Təqsirləndirilən şəxs gəliş səbəblərini deyib onu qərarla tanış etmişdirlər. Yusif etiraz etməmiş, onun evinin həyətyanı sahəsinə öz icazəsi ilə baxış keçirilmişdir. Həyətdə evinin arxa tərəfində külli miqdarda əkilmiş çətənə kolu aşkar olunmuşdur. Aqronom da təsdiq etmişdir ki, bitkilər həqiqətən çətənə kollarıdır. Bundan sonra həmin çətənə kolları çıxardılaraq qablaşdırılıb üç sellofan bükümə yığılmışdır. Həyətdə olan balaca yarımtikiliyə baxış keçirmiş, orada da sellofan torbanın içərisində qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat qrupunun rəhbəri özü olmuş, əməliyyat tədbiri ilə bağlı sənədlərlə də özü tanış olmuşdur. Abşeron rayonu, Məmmədli kəndinə saat iki-üç arası getmiş, evə yaxınlaşanda Yusif özü evdə olmuş, narkotik vasitələr isə evin arxa tərəfindən aşkar olunmuşdur. Həyətdən 151 (bir yüz əlli bir) ədəd narkotik tərkibli bitki yığılaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxsin həyətinə icazəsiz, qanunsuz girilməmişdir. 625 qram qurudulmuş marixuana bükülmüş vəziyyətdə idi. Girən kimi sağda divardan mıxla asılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndində yerləşən evinə getmişdirlər. Şəxsə özlərini təqdim edib narkotik vasitələrin satışı və istifadəsində şübhəli olduğunu bildirmişdirlər. Yusif də evinin həyətyanı sahəsində çətənə kolları əkdiyini etiraf etmişdir. Aqronom və təhqiqatçının da iştirakı ilə baxış keçirilən zaman 151 ədəd narkotik tərkibli bitki aşkar edilərək götürülmüşdür. Bununla yanaşı, Yusif həyətyanı sahədə yarımtikilidə qırmızı bağlamada qurudulmuş marixuananı təqdim etmişdir. Yusif özü qapını açmışdır. Təqsirləndirilən şəxs saat 14:30 radələrində saxlamışdırlar. Təqsirləndirilən şəxsin saat 10-11 radələrində saxlanması ilə bağlı bildirdiyi xüsusat həqiqəti əks etdirmir. Əməliyyat tədbiri elə Abşeron rayonunda keçirilməli idi. Nərimanov rayon məhkəməsinin qanunilik qərarında əməliyyat tədbirinin Astara rayonunda keçirilməsi ilə bağlı xüsusat barədə məlumatı yoxdur. Qurudulmuş marixuana həyətdəki yarımtikilidə girişdən sağ tərəfdə idi. Hətta şəxs bildirmişdir ki, may ayından ondadır, özü hissə-hissə istifadə edir. Həyətdən 151 ədəd narkotik tərkibli kol aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, o da həmin əməliyyat qrupuna daxil edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan onlara məlum olduqdan sonra oraya getmişdirlər. Evin qapısını döymüş, qapını Yusif açıb, özünü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs qərarla tanış etmişdirlər. Daha sonra ünvana baxış keçirilməsi ilə bağlı Yusifdən razılıq alınmış, buna dair təqsirləndirilən şəxs ərizə də vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin kultivasiyası ilə məşğul olursa, səmimi şəkildə etiraf etməsi və narkotik tərkibli bitkiləri əyani şəkildə göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həyətyanı sahəsinin arxasında çətənə kolları becərdiyini etiraf etmişdir. Baxış zamanı 151 ədəd çətənə kolu aşkar edildi və qablaşdırılaraq götürüldü. Bununla yanaşı, həyətdəki yarımtikilidən qurudulmuş marixuana aşkar edilmişdir. Şəxsin saxlanılan zaman evdə olmaması ilə bağlı bildirdiyi xüsusat həqiqəti əks etdirmir. Onlar evə gələn zaman qapını döymüş, sonuncu qapını açmışdır. Həyətdə aşkar edilmiş narkotik tərkibli bitkilər kultivasiya edilmiş idi, yəni həmin bitkilərə qulluq olunmuşdur. Yusif özü də toxumları əkdiyini etiraf etmişdir. Kollar ayrı-ayrı, bir-birinə yaxın idi. Qırmızı sellofanda qurudulmuş marixuana aşkar edilən zaman hansısa tərəzi və s. aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq araşdırılmış şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 10 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Məmmədli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi, eləcə də qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq işlədiyi Baş İdarənin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradıldı və qrupa əməliyyat müvəkilləri Şahid3, Şahid4 və təhqiqatçı X2 və o daxil edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən aqronom-mütəxəssis X5 dəvət edilmiş və ona hüquq və vəzifələri izah edildikdən sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə 10 sentyabr 2022-ci il tarixdə saat 14:32-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanın giriş qapısı döyüldükdə qapını açan bir nəfər kişi cinsli şəxsə özlərini təqdim edib həmin şəxsdən anket məlumatlarını bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməkdə, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlayaraq dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs səmimi şəkildə yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsi, ev 34 ünvanında narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin sahəni göstərə biləcəyini bildirərək yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Bundan sonra videoçəkiliş ilə baxışın keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində, yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin kultivasiya etdiyi tərkibində narkotik maddələr olan bitkiləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri yaşadığı ünvanda yaşayış sahəsinin arxa hissəsində yerləşən torpaq sahəsində əkib-becərdiyini bildirib, həmin sahəni göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı ünvanda yaşayış sahəsinin arxa hissəsində yerləşən həyətyanı sahəyə dəvət edib, həmin hissədə torpaqda əkdiyi bitkiləri göstərib, həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. Baxış zamanı həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs yaşadığı ünvana aid olması və sahənin mişar daşı ilə əhatə olunması, torpaq sahəsində 80-220 sm hündürlükdə bitkilərin əkildiyi məlum olmuşdur. Baxışda iştirak etməsi üçün dəvət olunmuş aqronom-mütəxəssis Ramis Bayramov həmin bitkilərə baxış keçirib yarpaqlarına, gövdəsinə, zoğuna və iyinə görə narkotik xassəli çətənə bitkiləri olduğunu, torpaqda suvarılma əlamətləri aşkar edildiyini, gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf müddətinə uyğun tam inkişaf fazasında olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, 2022-ci ilin may ayının ortalarında özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su verərək onlara qulluq etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs özünün uzun illərdi narkotik vasitə olan marixuana qəbul etdiyini və bitkiləri əkməkdə məqsədinin özü istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində əkilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir-bir çıxarılıb sayılmış və tam yığılıb qurtardıqdan sonra bitkilərin ümumi sayının 151 ədəd olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərinə oxşar kollar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 03 ədəd sellofanda qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş əşya və predmetlər saxlayırsa həmin maddələri və əşyaları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əkibbecərdiyi çətənə bitkisi kollarının yarpaqlarını və digər hissələrini yığıb qurudaraq həmin bitkiləri əkdiyi yerin qarşısında yerləşən yardımçı tikilinin içində gizlədib saxladığını və həmin kütləni də təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs çətənə bitkisi kollarını əkib-becərdiyi yerin qarşısında yerləşən yardımçı tikilinin içərisinə daxil olaraq tikilinin giriş qapısından sağ tərəfdə divardan asılmış qırmızı rəngli sellofan torbanı götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofan torbanın içində “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin sellofan torba açıldıqda torbanın içərisindən ot şəkilli, yaşıl rəngli, qurudulmuş halda spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni yaşadığı ünvanın həyətyanı sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarını və digər hissələrini yığıb qurudaraq əldə etdiyini və çətənə bitkilərini əkdiyi torpaq sahəsində yerləşən yardımçı tikilinin içində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd zərfdə qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsi, ev 34 ünvanından cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın eyvan hissəsində yerləşən masanın üzərində olan 01 ədəd “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra onlar BMCMİ-nə gəlmişlər və orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuşdur. Daha sonra sənədləşmə aparılmış və keçirilmiş baxışla bağlı protokol tərtib olunmuşdur. Protokol düzgün tərtib edildiyindən imzalamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 10 sentyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış təbdirlərinin keçirilməsi haqqında” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(012)-393/2022 nömrəli qərarı ilə BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 10 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana polis əmədaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Maştağa kənd təsərrüfatı məhsulları istehsalatı müəssisəsinin aqronomu X5 tərəfindən tərtib edilmiş 10 sentyabr 2022-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsi, ev 34 ünvanında həyətyanı sahədə yaşayış evinin arxa hissəsində təxminən 80 m2 sahəsi olan ərazidə 80-220 sm müxtəlif hündürlükdə 151 ədəd əkilməsi və becərilməsi qadağan olunan narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, suvarılmış və alaq olunmuşdur. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılmış, özünün iştirakı və razılığı ilə qeyd edilən ünvana baxış keçirilən zaman yaşayış sahəsinin arxa hissəsində yerləşən torpaq sahəsində əkilmiş 151 ədəd narkotik tərkibli çətənə bitkisi torpaqdan çıxardılaraq sayılır və 3 ayrı sellofana bükülərək qablaşdırılır. Həmçinin Təqsirləndirilən şəxs həyətdə olan yardımçı tikilidən içərsində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd qırmızı rəngli sellofan torbanı gətirərək təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 11 sentyabr 2022-ci il tarixli 7/1011 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən üzərində “...Təqsirləndirilən şəxs yaşadığı.......çətənə bitkisi kolları...” yazı və imzalar olan 3 ədəd sellofan bağlamada ümumi sayı 151 ədəd olan yaş vəziyyətdə ümumi çəkisi 61.700,0 qram (61 kq 700 qr) bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Üzərində “...Təqsirləndirilən şəxs yaşadığı.......marixuanaya oxşar kütlə.....” yazı və imzalar olan zərfdə 1 ədəd sellofanda təmiz çəkisi 625,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuana ilə çətənə bitkiləri tərkiblərinə görə eynidir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: qurudulmuş marixuananın qalıq çəkisi 624,95 qram, çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 61698,8 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 07 noyabr 2022-ci il tarixli 6676 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 624,95 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 61698,8 qram olan 151 ədəd çətənə (kannabis) bitkiləri maddi sübut hesab edilmiş və saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Baxış və götürmə zamanı aparılmış video çəkilişi özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X1 yaşamış, ailə tərkibi X8, X9 və X3 ibarətdir. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs 625 (altı yüz iyirmi beş) qram narkotik vasitə qurudulmuş marixuananın onda olmaması və çətənə kollarının həyətdə yabanı halda, onun iradəsinin xaricində bitməsi və onların bitməsini gec görməsi səbəbindən məhv etməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan “Çətənə” növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30 hissə) külli miqdarı 16 ədəd (31 hissə) müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr 2022ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş iş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 624,95 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 61.698,8 qram olan 151 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməli, 02 ədəd DVD və 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş iş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 624,95 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 61698,8 qram olan 151 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin, 02 ədəd DVD disk və 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar