Məhkəmə qərarları › İş №1(124)-632/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-632/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-632/2024 17.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X18 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənəniyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində 3 azyaşlı uşağı olan, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Qax rayonunun Qorağan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qax rayonunun Qorağan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 3 noyabr 2023-cü il tarixədək olan müddət ərzində digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək ölkə ərazisində satışını həyata keçirmək barədə razılığa gəlmiş, cinayətkar qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvü 2 bükümdə, külli miqdarda 197,382 qram heroin narkotik vasitəsi və 3 bükümdə, külli miqdarda 975 qram metamfetamin psixotrop maddəsini Azərbaycan Respublikasına göndərmək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə üzərinə “PB” yazılmış, 44 ölçülü, alt hissəsi ağ, üst hissəsi qara rəngdə olan bir cüt ayaqqabının tərliklərinin altına sol tayına 1 bükümdə külli miqdarda 310 qram, sağ tayına isə 1 bükümdə külli miqdarda 325 qram olmaqla metamfetamin psixotrop maddəsini, üzərində “Prada” yazılmış, 42 ölçülü, qara rəngli bir cüt ayaqqabının tərliklərinin altına isə sol tayında 1 bükümdə külli miqdarda 340 qram metamfetamin psixotrop maddəsi, sağ tayında 1 bükümdə külli miqdarda 192,6 qram heroin narkotik vasitəsi olmaqla yerləşdirmiş, həmin ayaqqabıları 1 bükümdə külli miqdarda 4,782 qram heroin narkotik vasitəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərindən Bakı şəhərinə hərəkət edən avtobusla xx.xx.2023-cü il tarixdə saat 20 radələrində X50 Buraxılış Məntəqəsindən birlikdə keçən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının Culfa şəhərində vermiş, onlar da öz növbələrində qeyd edilən külli miqdarda psixotrop maddə və narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Azərbaycan Respublikasında istintaqa məlum olmayan yerdə qrupun digər üzvlərinə və ya sonuncunun tapşırığı ilə cinayətkar qrupun digər istintaqla müəyyən edilməmiş üzvünə təhvil vermək üçün qanunsuz olaraq tamah və satış məqsədi ilə qəsdən əldə etmiş, 1 bükümdə külli miqdarda 4,782 qram heroin narkotik vasitəsini Təqsirləndirilən şəxs1 üzərində, içərisində ümumilikdə külli miqdarda 635 qram psixotrop maddə gizlədilmiş ayaqqabını Təqsirləndirilən şəxs2 ayağına geyinməklə saxlamış, 340 qram metamfetamin psixotrop maddəsi və 192,6 qram heroin narkotik vasitəsi gizlədilmiş ayaqqabını isə sonuncunun anası X7 ayağına geyindirməklə, həmin külli miqdarda psixotrop maddə və narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınmasına, 3 noyabr 2023-cü il tarixdə saat 6 radələrində Biləsuvar Gömrük İdarəsi X2 rayonu ərazisində yerləşən 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş və həmin gün gömrük əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və X11 tətbiq edilmiş yoxlama və baxış nəticəsində 1 bükümdə, külli miqdarda 192,6 qram heroin narkotik vasitəsi və 3 bükümdə, külli miqdarda 975 qram metamfetamin psixotrop maddəsi gizlədildiyi ayaqqabıların içərisindən aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 isə üzərində saxladığı və Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirdiyi 1 bükümdə külli miqdarda 4,782 qram heroin narkotik vasitəsini Biləsuvar rayonundan Bakı şəhəri istiqamətində daşıyaraq Abşeron rayonu, Ə. Vahid küçəsində yerləşən “Tri Palma” adlı mehmanxananın 6-cı otağındakı sanitar qovşağının qapısının üst hissəsində saxlamış, 8 noyabr 2023-cü il tarixdə, saat 2 radələrində həmin ünvana keçirilmiş baxış nəticəsində qeyd olunan narkotik vasitə də gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ramiq Rəhimov ona iş düzəldəcəyini, onun Naxçıvandan Bakıya gəlib gedəcəyini və narkotik alveri edəcəyini söyləmişdir. Ona İranda bazarda ayaqqabı verəcəklərini, həmin ayaqqabıya dərman qoyacaqlarını, dərmanı gömrükdən keçirməli olduğunu bildirmişlər və o gömrükdən keçən zaman tutulmuş, ayaqqabısından narkotik vasitə aşkar olunmuşdur. Həmin ayaqqabılar iki cüt idman ayaqqabısı olmuşdur. Ona həmin narkotik vasitələri Bakıya gətirəcəyini və bununlada işin bitəcəyini söyləmişlər. O, bazardan 500-600 manatlıq bazarlıq etmiş və həmin çantalara ayaqqabı qoymuşlar. Onlar da həmin ayaqqabını geyinərək getmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Ramiq Rəhimov onun qardaşının bacanağıdır və o, Naxçıvanda yaşayır. Hadisə vaxtı X14muş və onu Naxçıvana göndərmişdir. O, Naxçıvana anası ilə getmiş və Naxçıvanda Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Hüseynlə Ramiqin qohumluq əlaqəsi yoxdur. Hüseyn ona heç bir şey təklif etməmişdir. Onun ayaqqabıları götürdüyü bazar Culfa rayonunda yerləşir. O, Naxçıvana getdikdən bir gün sonra Culfa rayonuna getmişdir. O, Culfaya anası və Hüseynlə birlikdə getmişdir. Culfada onları Mehdi adlı şəxs qarşılamışdır. Onlara ayaqqabılarda dərman olduğunu və onları keçirməli olduqlarını bildirmişlər. Həmin ayaqqabıları o və anası geyinmişdir. Ayaqqabı söhbətindən Təqsirləndirilən şəxs1 xəbəri olmamış, həmin vaxt Təqsirləndirilən şəxs1 Naxçıvandan Bakıya gedirmiş. Onlar Hüseynlə bir avtobusda Bakıya gəlirmişlər. Onlara dərmanları ayaqqabıların içərisində keçirmələri üçün 700, daha sonra isə 1000 manat pul təklif olunmuşdur. Həmin dərmanların xərçəng xəstəliyinə qarşı dərman olduğunu söyləmişlər. Ramiq Rəhimov onun qohumu olduğu üçün ona inanmışdır. Onlar bazarda olan zaman Hüseyn onların yanında olmamışdır. O, ayaqqabıları avtobusda geyinmiş və Hüseyn onu görməmiş və dərman keçirdiyindən xəbərsiz olmuşdur. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təzyiq olunmamışdır. İbtidai istintaq zamanı Hüseynə narkotik verdiyi qeyd olunmuş və o, həmin hissədə ifadəsini təsdiq etmir. O, məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq edir. Ona təzyiq və təsirlər olunmuş, Biləsuvarda saxlanılan zaman güclü şəkildə döyülmüşdür. Ayaqqabılarda narkotik vasitənin olduğundan məlumatlı olduğunu söyləməsi üçün ona təzyiqlər olunmuşdur. O, bu barədə heç kimə şikayət etməmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman hakim ondan 3 dəfə döyülüb-döyülmədiyini soruşmuş, o isə döyülmədiyini bildirmişdir. İstintaq təcridxanasında üzərindən aşkar olunmuş xəsarətlərlə bağlı ondan izahat alınmamışdır. Bir qadın və bir kişi ayaqqabısı olduğu üçün o, anası ilə birlikdə Naxçıvana getmişdir. O, anasına təzə ayaqqabı aldığını söyləmiş və anası həmin ayaqqabıları ayağına geyinmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, Ramiq Rəhimov qardaşı Zaurun bacanağıdır, onu təxminən 15-16 ildir ki, səhv etmirsə, 2008-ci ildən tanıyır, əvvəllər polis əməkdaşı olmuşdur. Hazırda isə rəsmi hansı işlə məşğul olduğunu bilmir. 2023-ci ilin səhv etmirsə, avqust-sentyabr aylarında Ramiq ona İran İslam Respublikasından narkotik vasitə gətirib Bakı şəhərində lazım olan yerə qoymağın qarşılığında yaxşı pul qazanacağımı təklif etmişdir. İlk əvvəl tərəddüd etsə də, sonradan maddi imkanı aşağı olduğu üçün onunla razılaşmışdır. Ramiqlə birlikdə həmin qanunsuz əməllərinin törədilməsində Təqsirləndirilən şəxs1 də iştirak etmişdir. Təqsirləndirilən şəxs1 də 2022-ci ildən qiyabi tanısa da, Ramiq vasitəsilə daha da yaxından tanımışdır. X45 Nəsirliyə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müəyyən hərəkətlər etməyi tapşırır, Hüseyn də onun dediklərini etmişdir. İlkin ifadələrində Ramiqin adını çəkmək istəmədiyi üçün narkotik vasitəni gömrük nəzarətindən keçirib Hüseynə təhvil verdiyini göstərsə də, əslində narkotik vasitəni gömrük nəzarətindən keçirəcəyi halda Bakı şəhərinə, Ramiq Rəhimova göndərəcəkdi. Lakin həmin maddələri Biləsuvarda Hüseynə təqdim edəcəyini, ya da birbaşa Ramiqin özünə və ya onun dediyi adama çatdıracağını dəqiq bilməmişdir. Bu məsələləri Ramiq özü həll edəcəkmiş. İranlı ilə Ramiq danışmış, onu Naxçıvana Hüseynin yanına göndərmiş, X34 içərisində narkotik vasitə və psixotrop maddə gizlədilmiş ayaqqabıları götürmüş, həmin vaxt onların yanında olmamış, sonradan da gətirdiyi ayaqqabıları ona vermişdir. Cinayət işi üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 göstərmişdir ki, orta təhsilli və subaydır, atası 2000-ci ildə vəfat etmiş, həmin vaxtdan anası Durna Darçınova ilə birlikdə Qax rayonunda yaşamışdır. Daimi iş yeri olmamış, həbs edilənədək özünə məxsus “Opel Astra” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə fərdi qaydada sərnişin daşıma, taksi fəaliyyətilə məşğul olaraq, bəzən isə İran İslam Respublikasına gedib ərzaq məhsulları alıb satmaqla dolanışığını təmin etmişdir. Pandemiya ilə bağlı quru sərhədlər bağlı olsa da, Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə avtobuslar İran İslam Respublikası ərazisindən keçməklə sərnişin daşıyırlar və sərhəd keçid məntəqələri nəzərə alınmasa, 3 yerdə dayanırlar. Əvvəllər isə Bakı şəhərində və Qax rayonunda tikintilərdə fəhləliklə məşğul olmuşdur. 2022-ci ilin payız aylarında Bakı şəhərinin Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisində fəhlə işləyən zaman həmin evdə hörgü ustası - bənna işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və münasibətləri yaranmışdır. 2023-cü ilin noyabr ayının əvvəlində Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasında yaşayan Mehdi ilə yenidən narkotik vasitə götürüb yenidən Bakı şəhərinə gətirməyi barədə razılaşmışlar. Daha çox pul qazanmaq üçün yenə anasını da özü ilə birlikdə aparmaq qərarına gəlmiş, hərəsi 1 cüt içərisində narkotik vasitə gizlədilmiş ayaqqabını gömrük nəzarətindən keçirə bilsələr, 1500 manat pul qazanacağını fikirləşmişdir. Razılaşmalarına əsasən Hüseyn də onunla birlikdə gəlməli olmuşdur. xx.xx.2023-cü il tarixdə İranın Culfa şəhərində gömrüyün yaxınlığında Mehdi ilə görüşməli və içərisinə narkotik vasitələr yerləşdirilmiş 3 cüt ayaqqabını ondan təhvil almalı olmuşlar. Həmin ayaqqabıların bir cütünü özü, digərini anası Durna, digərini isə Hüseyn geyinəcəkmiş. Bu məqsədlə xx.xx.2023-cü il tarixə özü və anası Duma Darçınova üçün Bakı-Naxçıvan aviareysinə bilet almış, anasına onu yenə də Naxçıvandakı məşhur “Əshabu-kəhf” ziyarətgahını görməyə aparacağını demişdir. Anası ilə birlikdə yaşadıqları kənddən Bakı şəhərinə gəlmiş və aeroporta gedərək həmin reyslə təyyarə ilə Naxçıvan Muxtar Respublikasına getmişlər. Həmin vaxt Hüseyn Naxçıvanda olmuşdur. Orada “Əshabu-kəhf’ ziyarətgahını ziyarət etmişlər. Daha sonra anama təyyarəyə bilet olmadığı üçün avtobusla gedəcəklərini bildirmişlər. Hüseyn isə həmin axşam Bakıya yola düşəcək avtobusa üç ədəd bilet almışdır. xx.xx.2023-cü il tarixdə axşam 19 radələrində anası və Hüseynlə birlikdə Naxçıvan şəhər avtovağzalından Bakıya gedən avtobusa minmiş və yola düşmüşlər. Təxminən 1 saat sonra Culfa gömrük postundan keçərək İran İslam Respublikasına daxil olmuşlar. Orada anasına onu gözləməsini, siqaret almağa gedəcəyini bildirmiş və Hüseynlə birlikdə Mehdi ilə görüşməyə getmişlər. İranın Culfa gömrüyünün qarşısında olan maşın parkında Mehdi ilə görüşmüş, Mehdi ona içlik hissələrinə narkotik vasitələr yerləşdirilmiş 2, Hüseynə isə 1 cüt ayaqqabını vermişdir. Həmin narkotik vasitələri gömrük nəzarətindən keçirəcəyi halda Hüseynə verməli olmuşdur. Mehdidən iki cüt ayaqqabı almış və ayaqqabıları götürüb anasının yanına getmişdir. Hüseyn də Mehdinin verdiyi ayaqqabını ayağına geyinmişdir. Daha sonra Mehdinin ona verdiyi ayaqqabılardan ağ-qara, üzərində PB hərfləri olanı özü geyinmiş, İranın Culfa şəhərində müəyyən ərzaq malları aldıqdan sonra avtobusa minərək İranın Biləsuvar şəhərinə yola düşmüşlər. Yolda olarkən anasına digər qara rəngli ayaqqabıları geyinməsini bildirmişdir. Anası da həmin ayaqqabıları geyinmişdir. Anasının ayaqqabıları köhnə olmuş və ayağını sıxmışdır, ona görə də anası onun bu hədiyyəsinə çox sevinmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 6 radələrində İran İslam Respublikasının Biləsuvar gömrüyündən keçərək Azərbaycan Respublikasının Biləsuvar gömrük postuna daxil olmuşlar. Sırada olarkən ilk əvvəl Hüseyn gömrük nəzarətindən keçmiş, daha sonra isə anası ondan irəlidə getmişdir. Pasport yoxlaması olan yerin yaxınlığında sırasını gözləyərkən anasının gömrük əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Həmin vaxt artıq Təqsirləndirilən şəxs1 gömrük nəzarətini keçib getmişdir. Anasının tutulduğunu görüb həyəcanlanmış və geriyə qayıdaraq keçid xəttinin girişində olan tualetə getmiş və ayağında olan ayaqqabıları çıxardaraq pəncərədən çölə atmışdır. Sonradan geriyə qayıtmış və gömrük nəzarətindən keçməyi gözləmişdir. Pasport nəzarətindən keçdikdən sonra gömrük nəzarəti zamanı gömrük əməkdaşları onunla şifahi sorğu-sual aparmışlar, mənə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan edilməli olan hər hansı predmetlərin olub-olmaması barədə sual verdilər. Mən isə öz növbəmdə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetlərin olmadığını, əl yüklərinin ərzaq məhsullarından ibarət olduğu bildirmişdir. Bundan sonra əl yükləri yoxlanılmışdır. Anasının saxlanıldığını görmüş, yaxınlaşıb ayaqqabının onun verdiyini deməməsini, başqa bir qadının ayaqqabını ona verdiyini deməsini bildirmişdir. Lakin sonradan bunun düzgün olmadığını, anasının geyindiyi ayaqqabıdan aşkar edilən narkotik vasitələrin ona məxsus olduğunu, özündə olan narkotik vasitələri tualetin pəncərəsindən çölə atdığını bildirmişdir. Bundan sonra onun iştirakı ilə həmin yerə yaxınlaşmış və həmin ayaqqabılar gömrük əməkdaşları tərəfindən götürülərək onlara baxış keçirilmişdir. Baxış zamanı bir cüt “PB” markalı, "44” ölçülü, ağ-qara rəngli ayaqqabının hər iki tayının tərliyinin altından - tərliyin ölçüsündə tərliyə paralel vəziyyətdə yerləşdirilərək gizlədilmiş, sağ tayında bir ədəd və sol tayında da bir ədəd olmaqla sellofanda qablaşdırılmış cəmi 2 ədəd yastı düzbucaqlı formalı büküm aşkar edilmişdir. Həmin bükümlər açılaraq baxış keçirildikdə ayaqqabının sol tayından aşkar edilən 1 ədəd bükümün içərisində qablaşdırılması ilə birgə çəkisi 332 qram, sağ tayından aşkar edilən 1 ədəd bükümdə isə qablaşdırılması ilə birgə çəkisi 340 qram təşkil edən ağ rəngli, kristallik halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddənin olduğu məlum olmuşdur. Daha sonra bu barədə protokol tərtib edilərək sadalanan predmetlər və ayaqqabılar götürülmüşdür. Anasının ayağına geyindiyi ayaqqabıdan aşkar edilmiş narkotik vasitələr də ona məxsusdur, anasının həmin maddələrdən xəbəri olmamışdır. Özü, Mehdi və Hüseyn narkotik vasitə və psixotrop maddəni gömrük nəzarətindən keçirməyin qanunsuz olduğunu bilmiş, ona görə də həmin maddələri ayaqqabının tərliyinin altında gizlədib keçirmişlər. Biləsuvar Gömrük İdarəsində üzərinə baxış keçirilən, izahatı alınan zaman gömrük əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq olmamış, bununla bağlı narazılığı və şikayəti yoxdur (cild 1 i\v 147-152, 198-201) İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, onun, tualetin pəncərəsindən ayaqqabıları atması ilə bağlı qeyd olunanlar doğru deyil. O, Hüseynin də ayaqqabısında narkotik vasitə olması ilə bağlı ifadə verərkən səhvlik etmişdir. O, özünü Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilir və barəsində ədalətli qərara qebul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakıda inşaatda işlədiyi zamandan Aydınla tanış olmuşdur. O, Naxçıvanda öz həyətlərində işləyən zaman Aydın ona zəng etmiş və Naxçıvanda olduğunu bildirmişdir. O, Naxçıvana gəlmə səbəblərini soruşduqda Aydın anası ilə İrana gedib bazarlıq edəcəklərini bildirmişdir. Aydın anası ilə birlikdə taksiyə oturmuş və Culfa rayonu Bənəniyar kəndinə gəlmişdir. Aydın anası ilə birlikdə onlarda qonaq olmuşdur. O, həmin ərəfədə Bakıya getməli imiş və təyyarəyə bilet olmadığı üçün İran yolu ilə getmək qərarına gəlmişdir. O, Aydıngili Ashab-ı kehfə aparmış və oranı ziyarət etmişlər. Daha sonra o, özünə biet almış və İrana getmişlər. O, İrana çox gedib-gəldiyi üçün orada tanışları olmuş və mağazaya girərək özünə siqaret, su və.s almış, Aydın və anası isə başqa mağazada bazarlıq etmişlər. O, gömrüyü keçdikdən sonra bir qadında narkotik vasitə aşkar olunduğunu eşitmiş və sonra Aydınla anasının tutulduğunu eşitmişdir. Daha sonra gömrük işçisi onun üzərini yoxlamış və pasportunu verərək gedə biləcəyini söyləmişdir. Bakıya gəldikdən sonra onun Ramiqlə danışıqları olmuş, amma Ramiqin üzünü görməmişdir. O, Ramiqi bacanağı vasitəsi ilə tanımışdır. Hadisədən 7 gün sonra isə 20 yanvar ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona ağır işgəncələr vermişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Naxçıvandan Bakıya gəlmək istəmiş, amma təyyarəyə bilet olmadığı üçün Aydıngillə birlikdə Bakıya gəlmək qərarı almışdır. Hadisə zamanı onun istifadəsində olmuş telefon nömrəsini xatırlamır. ********** mobil nömrəsi onun həyat yoldaşına məxsusdur. O, həmin nömrəni götürməyə gedən zaman 6 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Daha sonra həmin nömrə bacanağı və Ramiqin əlinə keçmişdir. O, heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təxmini xatırlayır. Polis əməkdaşları ona işgəncələr göstərmiş və ayaqqabını təqdim etməsini istəmişlər. O, Bakıya gəldikdən sonra özünə yeni ayaqqabı və paltar almış, köhnə aayqqabısını isə atmışdır. Onun üzərində xəsarət izləri qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Mehdixan oğlu ifadəsində göstərmişdir ki, keçən ilin sonları Bilsuvar rayonunda gömrükdən narkotik vasitə aşkar olunduğu və şəxsin qaldığı otelə baxış istintaq hərəkəti keçirilməli olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar həmin otelə getmişlər və daha sonra təqsirləndirilən şəxsi də otelə gətirmişlər. Otağın girişində sol tərəfdəki hamam otağının qapısından xışıltı səsləri gəldiyini eşitmişlər. Daha sonra o, müstəntiqi çağırmış, müstəntiq və təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra əlcəklə qapının yuxarısında olan bükümü götürmüşlər. Həmin bükümün sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə olduği müəyyən olunmuşdur. O, Biləsuvarda şəxslərin üzərinə şəxsi axtarış istintaq hərəkətinin keçirilməsində iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, çəkiliş zamanı təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. Aşkar olunmuş büküm kakosa oxşar maddə olmuşdur. İbtidai istintaq zamanı veriyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, oteldə olan zaman Təqsirləndirilən şəxs1 bir neçə dəfə görmüşdür. Ona Təqsirləndirilən şəxs1in oteldəki otağın qapısının açarını özü ilə aparması barədə məlumat vermişlər. Bir gün oturan zaman gömrük orqanının əməliyyatçıları otelə gəlmiş və yanlarında Təqsirləndirilən şəxs1 tanışı olan bir qadın olmuşdur. Təqsirləndirilən şəxsin özü də otelə baxış istintaq hərəkətində iştirak etməsi üçün otelə gətirilmişdir. Otelə baxış keçirmişlər və baxış zamanı otaqdan narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Həmin narkotik vasitəyə bənzər kütlə sənədləşdirilərərək götürülmüşdür. Səhv etmirsə baxış keçirilən zaman əməliyyatçılar tərəfindən çəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, müştərinin özü ilə açar aparmasına icazə olmadığı üçün onlar Hüseynin otelə gəlmisini gözləmişlər. Hüseyn onların otelində maksimum 1 həftə qalmışdır. O özü qapının üzərindən narkotik vasitəyə bənzər kütlə aşkar olunduğunu görmüşdür. Otelin qapısının açarı Hüseyndə olmuş, Hüseynin əşyaları da otaqda olmuş və ondan başqa heç kim otağa girməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Durna Darçınovanın üzərinə keçirilən şəxsi axtarış istintaq hərəkətində iştirak etmişdir. Hal şahidlərinin iştirakı ilə qadının üzərini yoxlamış və ayaqqabısından una oxşar maddələr aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, aşkar olunmuş maddə ilə bağlı qadın özü heç bir şey bildirməmişdir. Əməliyyatçılar diqqətli olmasını və əməliyyat məlumatının olduğunu bildirmişlər və o, qadını saxlamışdır. Qadın həmin ayaqqabıları özünün aldığını və evdə geyinəcəyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, şəxslər barədə əvvəlcədən əməliyyat məlumatı daxil olmuş və şəxslərin təyyarə ilə Naxçıvana getdiklərini müəyyən etmişlər. Daha sonra həmin şəxsləri nəzarətda saxlamışlar və Durna Darçınova gömrükdən keçən zaman onu saxlamışlar. Qadının ayaqqabılarından bir büküm narkotik vasitə aşkar olunmuşdur. Onlar iki nəfər şübhəli şəxs gözlədikləri halda bir nəfər şəxs gəlmiş və onlar dəqiqləşdirdikdən sonra iki nəfər olduğunu öyrənmişlər və ikinci şəxsi gözləmişlər. Bir müddət keçdikdən sonra eyni soyadlı ikinci şəxs gəlmiş və onu da saxladıqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsin üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Daha sonra saxlanılan şəxsin Təqsirləndirilən şəxs2 anası olduğunu dəqiqləşdirmişlər. Şəxs əvvəlcə həmin qadının onun anası olduğunu inkar etmişdir. Daha sonra şəxs özü könüllü olaraq cinayəti etiraf etmişdir. Anası tutulduqdan sonra qorxduğu üçün gömrük binasına daxil olmadan əvvəl ayaqqabılarını çıxarıb başqa ayaqqabı ilə gəlmişdir. Daha sonra hal şahidlərinin iştirakı ilə həmin ayaqqabı aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, iki cüt ayaqqabıdan aşkar olunmuş narkotik vasitələrin ümumi miqdarı təxmini 1 kq olmuşdur. Şəxsə qarşı heç bir təzyiq olunmamışdır. Şəxsin anası ayaqqabının özünə məxsus olduğunu və içərisində narkotik vasitə olmasından xəbərsiz olduğunu, özünü təqsirli bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 barədə onda əməliyyat məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, gömrük əməkdaşı ona yaxınlaşmış və İrandan gələn şəxsin ayaqqabısından narkotik vasitə aşkar olunduğunu bildirmişlər. Ayaqqabının içərisini açmışlar və içərisindən ağ rəngli duza bənzər maddə aşkar olunmuşdur. Həmin ayaqqabı idman ayaqqabısı olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, bir il bundan öncə onların da evinə baxış keçirilmiş və həmin vaxt həyəcanlı olduğu üçün nə söylədiyini bilməmiş və hazırda ifadəsini xatırlamır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hadisədən 3 gün öncə Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamış və onunla görüşmüşdür. O, Hüseynin narkotik vasitələrin satışı ilə məşğul olduğundan xəbərsiz olmuş, son vaxtlar narkotik vasitələrdən istifadə etdiyini bilmiş, amma Hüseyn onun yanında olan zaman narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 ilə çox yaxın əlaqələri olmamış, o, Naxçıvandan gəldikdən sonra tanış olmuşlar və Təqsirləndirilən şəxs2 tanımır. Hüseyn onu dəfələrlə tutulması barədə aldatmışdır. Sonuncu dəfə onlar dalaşmış və Hüseynlə görüşmək istəməmişdir. Hüseyn onu tutacaqları və son dəfə görüşmək istədiyini bildirmiş, amma o, görüşməmiş və 2-3 gün sonra Hüseyn polis əməkdaşları tərəfindən tutulmuşdur. O, Hüseynin İrana getdiyindən xəbərsiz olmuşdur. Hüseynin qaldığı otelə baxış keçirilməsində iştirak etmiş və qapının üzərindən narkotik vasitələrin aşkar olunmasını görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir və həmin ifadəni heç bir təzyiq altında olmadan vermişdir. O, protokolu imzalamamış, sadəcə ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la hər hansı bir qohumluq əlaqəsi, o cümlədən aralarında şəxsi-qərəzlik, düşmənçilik yoxdur. Təxminən 2019-cu ildən psixotrop maddə metamfetamin istifadə edir. 2022-ci ilin mart ayında Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Buta” adlı çay evində ofisiant işləyən zaman çay evinə müştəri kimi gələn Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Həmin vaxt ailəsində problem olduğu üçün Hüseynlə münasibəti yaranmış və dini nikah əsasında Hüseynin Abşeron rayonu, Masazır qəsəbəsində kirayə tutduğu evdə qeyrirəsmi yaşamağa başlamışlar. Hüseyn həmin dövr ərzində Naxçıvan Muxtar Respublikasına da gedib-gəlmiş və Hüseynin evli olduğunu, əsas ailəsinin Culfada yaşadığını bilmişdir. Hüseynlə tanış olduqdan sonra işləməsinə icazə verməmiş və onun psixotrop maddə metamfetamin istifadə etdiyini bilmişdir. Təxminən 10 dəfə, dəqiq xatırlamadığı tarixlərdə Hüseyn ona istifadə etmək üçün metamfetamin vermişdir. Təxminən 3 dəfə də metamfetamin psixotrop maddəsini birlikdə, müxtəlif yerlərdə istifadə etmişlər. Hüseyn əsasən İran İslam Respublikasından keçməklə Naxçıvandan Bakı şəhərinə gəldikdən sonra ona metamfetamin psixotrop maddəsi gətirmişdir. İlk baxışda bilinməsə də, sonralar Hüseynin hərəkətlərindən gizli, qeyri-qanuni işlərlə, narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmiş, mobil telefonda gizli-gizli kimlərsə danışmasının, İran İslam Respublikasına gedib-gəlməsinin şahidi olmuşdur. Sonradan, 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 ona vəziyyətin pis olduğunu bildirib, İran İslam Respublikasına gedərək oradan narkotik vasitə və ya psixotrop maddə gətirməyi təklif etmiş və qarşılığında 500 manat verəcəyini vəd etmişdir. Hüseynə 2 uşağı olduğunu, risk etməyə dəymədiyini demişdir. Bundan sonra Hüseynlə əlaqələri kəsilmiş və münasibətləri soyumağa başlamış, özü isə restoranda ofisiant kimi işə başlamışdır. 3 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Hüseyn ona zəng edərək Bakı şəhərinə gəldiyini, onu görmək istədiyini demişdir. Hüseynlə yarım saatlıq görüşmüş, görüş zamanı Hüseyn həbs olunacağını, onu sonuncu dəfə görmək üçün gəldiyini demişdir. Məsələnin təfərrüatını soruşduqda Hüseyn ona Aydın adlı dostunun anası ilə birlikdə tutulduğunu, onun da adını verdiyini demişdir. Aydını Hüseyn vasitəsilə tanımış, onun barəsində Hüseyndən eşitmiş, cəmi bir dəfə görmüşdür. Təxminən 6 ay bundan əvvəl, 2023-cü ilin may-iyun aylarında Aydın Hüseynlə birlikdə kirayə yaşadıqları evə gəlmiş, Hüseynə Aydının gəlməsi ilə bağlı narazılıq bildirəndə Aydın eşitmiş və onlar yatdıqdan sonra çıxıb getmişdir. Həmin hadisədən sonra da Aydını görməmiş, lakin sonradan onun anası ilə birlikdə tutulduğunu bilmişdir. Bundan başqa Şahid1 ona verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərindən gizli, qeyri-qanuni işlərlə, narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilməsi X26 Respublikasından gəldikdən sonra yaşadığımız evdəki otaqların birinə girib qapını arxadan bağlaması, kimsənin içəri girməsini istəməməsi, sonradan isə mobil telefon vasitəsilə kimlərləsə “qoymuşam konumdakı yerə, gedib götürsün” məzmunlu danışıqlar aparması, götürüb-götürülmədiyi ilə maraqlanmasında ifadə olunmuşdur. Təqsirləndirilən şəxs1 ilə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində görüşən zaman Hüseyn idman dəsti geyinmiş və ayağında yay tərliyi olmuşdur, əlində yükü də olmamışdır. Səhər saatlarında Hüseyn ona zəng edərək Bakı şəhərinin Biləcəri qəsəbəsində yerləşən Avtovağzala gedib onun çantasını götürməsini xahiş etmiş, Hüseyndən hansı səbəbdən çantasını özünün götürmədiyini soruşduqda, Hüseyn ona əməliyyatçıların avtobusu yoxladığını, yükünü götürə bilmədiyini demişdir. Buna görə də çantanın içərisində qanunla qadağan edilmiş əşya olduğundan şübhələndiyi üçün Hüseynlə razılaşmamışdır. Təqsirləndirilən şəxs1 aralarında olan münasibətə görə hər hansı bir qarşılıq olmadan ona istifadə etmək üçün psixotrop maddə metamfetamin vermiş, Hüseynin həmin maddələri haradan əldə etdiyini bilməmişdir. Hüseynin dostlarından Aydın tanıyır və görmüşdür. Bir də (051) ***-**-** saylı mobil nömrəni istifadə edən Ramiq adlı şəxsi tanıyır, onunla yalnız telefonda danışmışlar. Ramiq Hüseyni axtardığı zaman tapmadıqda ona zəng edib Hüseyni soruşmuşdur. Hüseyn Ramiqə “Qardaş” deyə müraciət etmişdir. Ramiq adlı şəxsi heç vaxt görməmişdir, onunla yalnız telefonda danışmışlar, ona görə də barəsində ona heç nə məlum deyildir. Səsindən təxminən 40 yaşı olan biridir. Bir neçə dəfə onunla görüntülü danışmağa cəhd etsə də, üzünü görə bilməmişdir. Bir neçə dəfə Hüseynin qanunsuz əməlləri ilə bağlı Ramiqə məlumat versə də, Ramiq həmişə Hüseynin tərəfini saxlamışdır. Ramiqin də Hüseynlə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olduğunu hiss etmişdir. Təqsirləndirilən şəxs1 avara həyat tərzi sürmüş, maddi vəziyyəti də aşağı olmuşdur. Hətta bir neçə dəfə Hüseyndən narkotik vasitə satdığını, amma hansı səbəbdən bu qədər kasıb həyat yaşadığını soruşmuş, Hüseyn də ona bu işlərə qarışmamağını tapşırmışdır (cild 01, iş vər. 72-77). İfadəsi elan olunduqdan sonra ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Naxçıvana gəzmək üçün qonaq getmişdir. İbtidai istintaq zamanı ifadə verərkən həyəcanlı olduğu üçün düzgün ifadə verə bilməmişdir. İbtidai istintaq zamanı onu Hüsynin şikayət etdiyini bildirmişlər. O, psixotrop maddə metamfetamin istifadə etmiş, amma Təqsirləndirilən şəxs1 ona narkotik vasitə verməmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində İran İslam Respublikasından keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına Naxçıvan Muxtar Respublikası-Bakı marşurutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikasının vətəndaşı X19 gömrük nəzarətindən keçən zaman özünü şübhəli və narahat apardığına görə saxlanılaraq onunla şifahi sorğu-sual aparılmışdır, ona üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olub-olmaması barədə sual verilmiş və varsa təqdim etməsi təklif edilmişdir. O isə öz növbəsində üzərində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi heç bir predmet olmadığını bildirmişdir. X19 gömrük nəzarəti zamanı özünü şübhəli və narahat apardığına görə onun ayağında olan qara rəngli ayaqqabıların içərisində narkotik vasitə gizlədə biləcəyini ehtimal edib onun ayaqqabılarını piyada keçid xəttində olan "Heiman X- Ray" markalı rentgen yük yoxlama qurğusunda yoxlamaq qərarına gəlinmişdir. Bu məqsədlə ona ayaqqabılarını çıxarması tələb edilmiş və ayaqqabılar rentgen yük yoxlama qurğusunda yoxlanılan zaman ayaqqabının hər iki tayının tərliyinin altında şübhəli bükümlərin olması diqqəti çəkmişdir. Bundan sonra ayaqqabının hər iki tayına əsaslı baxış keçirilmiş və nəticədə X7 ayağından çıxardığı "PRADA" markalı, "42" ölçülü, qara rəngli ayaqqabılarının hər iki tayının tərliyinin altından tərliyin ölçüsündə tərliyə paralel vəziyyətdə yerləşdirilərək gömrük nəzarətindən gizlədilmiş, sağ tayında bir ədəd və sol tayında da bir ədəd olmaqla selofanda qablaşdırılmış cəmi 2 ədəd yastı düzbucaqlı formalı büküm aşkar edilmişdir. Həmin bükümlər açılaraq baxış keçirildikdə ayaqqabının sol tayından aşkar edilən 1 ədəd bükümün içərisində qablaşdırılması ilə birgə çəkisi 248 (iki yüz qırx səkkiz) qram təşkil edən açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin, sağ tayından aşkar edilən 1 ədəd bükümdə isə qablaşdırılması ilə birgə çəkisi 373 (üç yüz yetmiş üç) qram təşkil edən ağ rəngli, kristallik halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddənin olduğu məlum olmuşdur (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi yoxlama aparılması haqqında” qərardan görünür ki, şəxsi yoxlama zamanı X7 üzərindən, əynində olan üst və alt paltarlarından qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir (cild 01, iş vər. 14-15). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsinin sərnişin idxal xəttinin giriş hissəsində olan sanitar qovşağın yanına gedilmiş, sanitar qovşağın pəncərə olan divarının yanında bir cüt “PB” markalı, “44” ölçülü, ağ-qara rəngli ayaqqabı olduğu məlum olmuşdur. Həmin ayaqqabılara baxış keçirilmiş və baxış zamanı ayaqqabının hər iki tayının tərliyinin altından - tərliyin ölçüsündə tərliyə paralel vəziyyətdə yerləşdirilərək gömrük nəzarətindən gizlədilmiş, sağ tayında bir ədəd və sol tayında da bir ədəd olmaqla sellofanda qablaşdırılmış cəmi 2 ədəd yastı düzbucaqlı formalı büküm aşkar edildi. Həmin bükümlər açılaraq baxış keçirildikdə ayaqqabının sol tayından aşkar edilən 1 ədəd bükümün içərisində qablaşdırılması ilə birgə çəkisi 332 (üç yüz otuz iki) qram, sağ tayından aşkar edilən 1 ədəd bükümdə isə qablaşdırılması ilə birgə çəkisi 340 (üç yüz qırx) qram təşkil edən ağ rəngli, kristallik halda, psixotrop maddə sayılan metamfetaminə oxşar maddənin olduğu məlum olmuşdur. Qeyd edilən predmetlər və ayaqqabı protokol əsasında götürülərək 1 ədəd xüsusi qablaşdırma vasitəsi olan paketdə qablaşdırılmışdır (cild 01, iş vər. 26-27). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 4 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5892 nömrəli rəyindən görünür ki, “...X19...” yazılmış Dövlət Gömrük Komitəsinə məxsus sellofan paketin içərisində olan tədqiqata təqdim edilmiş 2 bükümdən 1 bükümdə 340 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 bükümdə 192,6 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 yazılmış Dövlət Gömrük Komitəsinə məxsus sellofan paketin içərisində olan tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 310 və 325 qram olmaqla, ümumi təmiz çəkisi 635 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş 3 bükümdə metamfetamin psixotrop maddələri xarici görünüş və kimyəvi tərkib komponentlərinə görə eynidirlər (cild 01, iş vər. 113-118). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (“İMAS SERVİCE”-ə) baxış keçirilmiş və Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 2023-cü ilin fevral, mart, may, iyun, iyul, sentyabr, oktyabr və noyabr aylarında hər birində bir dəfə olmaqla, İran İslam Respublikasına səfərlər etməsi, sonuncu dəfə 2 noyabr 2023cü il tarixdə saat 20:22-də pasport nəzarətindən keçib X50 Buraxılış Məntəqəsindən istifadə etməklə Azərbaycan Respublikası ərazisini İran İslam Respublikası istiqamətində tərk etməsi, 3 noyabr 2023-cü il tarixdə saat 06:17-də pasport nəzarətindən keçib X31 Buraxılış Məntəqəsindən istifadə etməklə Azərbaycan Respublikası ərazisinə daxil olması, ayaqqabısına keçirilmiş baxış zamanı hüquqpozma predmetləri aşkar edildiyi üçün Biləsuvar Gömrük İdarəsinə təhvil verilməsi; Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1957-ci il təvəllüdlü X7 2023-cü ilin oktyabr və noyabr aylarında hər birində bir dəfə olmaqla, İran İslam Respublikasına səfərlər etməsi, sonuncu dəfə 2 noyabr 2023-cü il tarixdə saat 20:09-da pasport nəzarətindən keçib X50 Buraxılış Məntəqəsindən istifadə etməklə Azərbaycan Respublikası ərazisini İran İslam Respublikası istiqamətində tərk etməsi, 3 noyabr 2023-cü il tarixdə saat 06:10-da pasport nəzarətindən keçib X31 Buraxılış Məntəqəsindən istifadə etməklə Azərbaycan Respublikası ərazisinə daxil olması, ayaqqabısına keçirilmiş baxış zamanı hüquqpozma predmetləri aşkar edildiyi üçün Biləsuvar Gömrük İdarəsinə təhvil verilməsi müəyyən edilmişdir (cild 01, iş vər. 122-127). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 1 ədəd “Honor” markalı, “M2004J19G” modelli, **********81318 və **********91325 İMEİ kodlu, tünd boz rəngli mobil telefonun “Qalereya” bölməsinə və "Whatsapp İmages” adlı qovluğa baxış keçirilərkən Təqsirləndirilən şəxs1 aid C01185635 nömrəli ümumvətəndaş pasportunun fotoşəkli 13 sentyabr 2023-cü il tarixdə, saat 19:16-da mobil telefonun yaddaşına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 şəxsiyyətini və sərhədkeçmə məlumatlarının dəqiqləşdirilməsi üçün Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (“İAMAS SERVİCE”-ə) baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 xx.xx.1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənəniyar kəndində doğulması, həmin ünvanda qeydiyyatda olması, həqiqətən də, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi kimi 10AB221 nömrəli avtobusla və sonuncu ilə eyni zaman kəsiyində, yəni xx.xx.2023-cü il tarixdə, saat 20:23-də X50 Buraxılış Məntəqəsindən istifadə etməklə İran İslam Respublikası istiqamətində Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2023-cü il tarixdə, saat 06:00-da isə X31 Buraxılış Məntəqəsindən istifadə etməklə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daxil olmaları məlum olmuşdur (cild 01, iş vər. 202- 207). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Təkrar baxış keçirilməsi haqqında” protokoldan görünür ki, telefonun “adlar” bölməsinə baxış keçirilərkən əlifba sırası ilə bir neçə şəxsin adının və telefon nömrəsinin, həmçinin +**********90 saylı mobil nömrənin “Mehdi” adı ilə qeydə alındığı müəyyən edilmişdir. Telefonun “mesajlar” bölməsinə baxış keçirilərkən “Azericard” adlı, cavab verilməsi mümkün olmayan, bank kartı ilə edilən əməliyyatlarla bağlı daxil olan bildiriş ismarışlarını özündə əks etdirən yazışmaya daxil olduqda 16 sentyabr 2023-cü il tarix, saat 18:16:19-da **********781 nömrəli ödəmə terminalından balansa 250 manat pul köçürülməsini əks etdirən ismarışın olması məlum olmuş, istintaqın hazırki mərhələsi üçün iş üzrə əhəmiyyət kəsb edə biləcək digər daxil olan və çıxan ismarışların olması müəyyən edilməmişdir. Telefonun “zənglər” bölməsinə baxış keçirilərkən bir çox şəxslərlə danışıqların, cavabsız zənglərin olması müəyyən edilmişdir. Telefonun “Whatsapp Messenger” proqramına baxış keçirilərkən proqramda (010) ***-**-** saylı mobil nömrə ilə qeydiyyat aparılması, iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı məlumatların olması müəyyən edildi: Telefonda qeyd edilməmiş, aparılmış istintaqla digər Təqsirləndirilən şəxs1 istifadəsində olduğu məlum olan, nesirlieli29 adı ilə qeydiyyatdan keçirilmiş +**********16 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 arasında olan və iş üçün əhəmiyyət kəsb edən danışıqlar: xx.xx.2023 02:47 Səsli zəng +**********16 (Təqsirləndirilən şəxs1) (Buraxılmış zəng), xx.xx.2023 02:48 Yazı +**********16 (Təqsirləndirilən şəxs1) Mama, xx.xx.2023 02:48 Yazı +**********16 (Təqsirləndirilən şəxs1) X66 X68 mama Geynecey, xx.xx.2023 02:48 Yazı Təqsirləndirilən şəxs2 Hansı klok, xx.xx.2023 02:48 Yazı +**********16 (Təqsirləndirilən şəxs1) Geynecey, xx.xx.2023 02:48 Yazı Təqsirləndirilən şəxs2 Geyindi onu, xx.xx.2023 02:49 Yazı +**********16 (Təqsirləndirilən şəxs1) X65 verdiy X67 44 Mama geydi menimd, xx.xx.2023 14:27 Səsli zəng +**********16 (Təqsirləndirilən şəxs1) (Buraxılmış zəng), xx.xx.2023 02:48 Yazı +**********16 (Təqsirləndirilən şəxs1) Qaqaş, necəsən səsin-sorağın yoxdu, xx.xx.2023 16:53 Səsli zəng +**********16 (Təqsirləndirilən şəxs1) (Buraxılmış zəng), xx.xx.2023 16:54 Səsli +**********16 (Təqsirləndirilən şəxs1) PTT-20231103-WA0003.opus (protokola əlavə edilir). Aydın, necəsən, nə var, nə yox? Haralardasan? Kefin-halın? Axşam gələcəksən yeyib-içməyə, ya gəlməyəcəksən? xx.xx.2023 16:55 Yazı +**********16 (Təqsirləndirilən şəxs1) Uşaqlar der (deyir) Aydın gələcək visqi zad olacaq “Mehdi” adı ilə qeydə alınmış +**********90 saylı mobil nömrə 03.11,2023-cü il tarixdə saat 14:42-də 2, 14:43-də 1, 14:44-də 2, 14:45, 14:46, 14:48-də hər birində 1, 14:49- da 2, 14:50-də 1, 14:51-də2, 14:55, 15:20, 15:21, 15:22, 15:28, 15:29, 15:30, 15:31, 15:32, 15:41 və 15:42-də hər birində 1 dəfə olmaqla, buraxılmış zənglərin olması müəyyən edildi. Telefonda qeyd edilməmiş, RR adı ilə qeydiyyatdan keçirilmiş +**********97 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 arasında olan və iş üçün əhəmiyyət kəsb edən danışıqlar: xx.xx.2023 17:29 Yazı +**********97 Mehdi sənə yazsa, cavab vermə, xx.xx.2023 23:06 Yazı +**********97 190 Ok?, xx.xx.2023 23:33 23:34 Yazı Təqsirləndirilən şəxs2 Baxım Hə, gəlib 190+ xx.xx.2023 09:55 Şəkil Təqsirləndirilən şəxs2 Ayaqqabı şəkli, xx.xx.2023 13:34 Yazı +**********97 Mamed yaz üstünə Plamastr götür 100 faiz, xx.xx.2023 14:06 Yazı Təqsirləndirilən şəxs2 Ok, xx.xx.2023,14:43, 14:44, 14:57 Yazı +**********97 Şəkillərini çək qaqaş, Tərəzinin əsas, Niyə açmırsan, qaqaş, zəngimi?, xx.xx.2023, 15:04, 15:06, 15:07, 15:20, 15:24, 15:28 Şəkillər Təqsirləndirilən şəxs2, Narkotik vasitəyə bənzər predmetlərin elektron tərəzi üzərindəki və bağlama fermasındakı fotoşəkilləri, xx.xx.2023 15:27 Yazı +**********97 Əla brat, xx.xx.2023 17:43 Yazı +**********97 Qızla danış gör qaqaş razı olar getməyə yola?, xx.xx.2023 17:44 Yazı Təqsirləndirilən şəxs2 Yaxşı, qaqaş xx.xx.2023 17:44 Yazı +**********97 Ok, mütləq qaqaş, xx.xx.2023 17:49 Yazı Təqsirləndirilən şəxs2 Olar deyir, xx.xx.2023 17:50 Yazı +**********97 Əla, qaqaş, Gör elə-belə söz at, xx.xx.2023 17:50 Yazı Təqsirləndirilən şəxs2 Dedim, 300 manat verirəm, Aya 600 qazanacaqsan, xx.xx.2023 17:50 Yazı +**********97 Ki adam nə qədər çox olsa, o qədər də çox mal keçirdə bilirik və çox qazanırıq, Bir az artıq da deyə bilərsən, xx.xx.2023 17:50, 17:51 Yazı Təqsirləndirilən şəxs2 Demişəm, qaqaş Razıdır, xx.xx.2023 17:51 Yazı, +**********97 Bəlkə bacısı zadı da var? Ok, xx.xx.2023, 17:51 Yazı Təqsirləndirilən şəxs2 “Bəlkə bacısı zadı da var?” istinad etməklə cavab olaraq: Hə, çıxacaq qıraqdan, xx.xx.2023 17:51 Yazı +**********97 Gələndə danışaq, xx.xx.2023 17:51 Yazı Təqsirləndirilən şəxs2 Yaxşı, Telefonda qeyd edilməmiş, RR adı ilə qeydiyyatdan keçirilmiş +**********3 saylı mobil nömrə ilə Aydın Parçı nov arasında olan və iş üçün əhəmiyyət kəsb edən danışıqlar: xx.xx.2023 14:49 Yazı +**********3 Qaqaş, xx.xx.2023 17:58 Yazı +**********3 Çatırsan? xx.xx.2023 17:52 Buraxılmış zəng +**********3, xx.xx.2023 19:22 Yazı Təqsirləndirilən şəxs2, İndi çatdım qaqaş xx.xx.2023 17:58 Yazı +**********3 Onları etibarlı yerə qoy ha qardaşımsan, xx.xx.2023 22:07 Yazı Təqsirləndirilən şəxs2 Zəng elə İslama, de Qaxa gedirəm, xx.xx.2023 22:07 Yazı +**********3 Özü yığacaq məni, gözlə, xx.xx.2023 22:07 Yazı Təqsirləndirilən şəxs2 Yaxşı amma de bezdirib mini, gəl deyir, xx.xx.2023 22:19 Yazı Təqsirləndirilən şəxs2 Ona yazmışam ki, Ramiq Qaxa gəlir, xx.xx.2023 22:38 22:39 Yazı Təqsirləndirilən şəxs2 Deyir, X35 yalan deyir Gəl malı götür, xx.xx.2023 01:12, 01:26, 01:27, 02:5 Yazı Təqsirləndirilən şəxs2 Qaqaş, neynirsən?, 7 bulaqda çay içirlər?, Nə xəbər var uşaqlardan?, Neynirsən, qaqaş?, Nə xəbər var, qaqaş?, xx.xx.2023 02:58 Yazı +**********3 Hara çatmısan?, xx.xx.2023, 02:58, 02:59, 04:01 Yazı Təqsirləndirilən şəxs2 Kürdəmiri keçmişik, qaqaş, Tamojniyə (Gömrüyə) 1 saatları qalıb , Setləri olacaq yaz görək nə deyirlər Nə oldu, Hardadılar ?, xx.xx.2023 04:07 Yazı +**********3 Keçdilər, xx.xx.2023 04:10, 04:11, 04:13, 04:14, 04:26 Yazı Təqsirləndirilən şəxs2 Əla, 50 kilometr qaldı, çatıram mən də, Hüseyin onlarla gəlir?, Ayaqqabıları bir yerə yığsın, mənə versin. Özün də gələcəksən?, xx.xx.2023 04:33 Yazı +**********, Hə, xx.xx.2023, 04:41 Yazı Təqsirləndirilən şəxs2 Babat pul gələcək, qaqaş, Lap sol qolum axıra kimi qaşındı, xx.xx.2023 16:54 Yazı +**********3 Salam, qaqaş, Yaxşısan?, İslam yığsa, de gəlib Ramiq burdadı, xx.xx.2023 17:11, 17:12 Yazı Təqsirləndirilən şəxs2 Salam, yaxşıyam Oldu, elə deyəcəm, xx.xx.2023 15:28 Yazı Təqsirləndirilən şəxs2 Bu gün çıxırlar?, xx.xx.2023 15:28 Yazı +**********3, Hə, böyük ehtimal, xx.xx.2023 15:28, 15:29 Yazı Təqsirləndirilən şəxs2 Bilet yoxdu Ona görə ?, xx.xx.2023 15:29 Yazı +**********3 Hə, düz bildin, xx.xx.2023 15:30 Yazı Təqsirləndirilən şəxs2 50 manatdan versinlər, bilet olacaq, xx.xx.2023 15:30 Yazı +**********3 Təyyarəylə gəlirlər, xx.xx.2023 15:30 Yazı Təqsirləndirilən şəxs2 Hə, onda heç nə, xx.xx.2023 15:31 Yazı, +**********3 3 gündü Naxçıvandadı mal, xx.xx.2023 15:31 Yazı Təqsirləndirilən şəxs2 Hüseyin q**əyə görə oldu, xx.xx.2023 15:31 Yazı +**********3 Hə, indi özü həll eləsin əziyyət çəkib, xx.xx.2023 15:31 Yazı Təqsirləndirilən şəxs2 Çox cındır adamdı Ağılsız sarsaq, xx.xx.2023 15:31 Yazı +**********3 Hə, qaqaş, xx.xx.2023 15:34 Yazı Təqsirləndirilən şəxs2 İslam zəng eləmişdi, Deyir gəlirsənmi, xx.xx.2023 00:08 Yazı Təqsirləndirilən şəxs2 Çıxa bildilər?, xx.xx.2023 00:08, 00:09 Yazı +**********3 Bilet aldılar, Bir-iki saata uçacaqlar, xx.xx.2023 00:10 Yazı Təqsirləndirilən şəxs2 Sən malı Hüseynə verəcəksən?, xx.xx.2023 00:10 Yazı +**********3, X12 deyəcəm. Baxış zamanı “Whatsapp Messenger” proqramında iş üçün əhəmiyyət kəsb edən səs yazıları, fotoşəkillər telefonun yaddaşından götürülərək diskin yaddaşına yazılmış və protokola əlavə olunmuşdur (cild 01, iş vər. 247-253). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, istintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Əməliyyat İdarəsinə xx.xx.2023-cü il tarixli, 3-33/3-1-050020/2023 nömrəli raportla "Şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında" qərar daxil olmuşdur. Daxil olmuş qərar əsasında idarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz kompleks əməliyyataxtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənəniyar kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində, 20 yanvar dairəsi adlanan yerin yaxınlığında saxlanılaraq aidiyyəti üzrə İstintaq idarəsinə təhvil verilmişdir (cild 02, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Şahid6 “Tiki Palma” otelinin 6 nömrəli otağına baxış keçirilməsinə etiraz etməmişdir (cild 02, iş vər. 34). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 verdiyi məlumatlar əsasında Abşeron rayonu, Masazır qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətinə gedən yolun sol hissəsində, Şəmşir Abbasov küçəsində yerləşən “Masazır-Duz” gölünə çatmamış, Novxanı qəsəbəsi istiqamətində yolun sağ tərəfində yerləşən “Bazar Store” supermarketinin yaxınlığındakı yol ayırıcından sola, Əliağa Vahid küçəsinə dönüb bir qədər getdikdən sonra girişində “Tri Palma” Hotel Restoran reklam lövhəsi asılmış darvazanın olması müəyyən edilmiş, həmin darvazadan daxil olduqdan sonra iaşə obyektinin həyətində 2 tikilinin olması, həmin tikililərdən girişdən sağ tərəfdə yerləşən 2 mərtəbəli olanın restoran kimi, girişin qarşı- sol tərəfində, restoran kimi fəaliyyət göstərən binanın qarşısında yerləşən tikilinin isə mehmanxana kimi fəaliyyət göstərməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs1 mehmanxana kimi fəaliyyət göstərən tikilinin 6 nömrəli otağını təqdim edərək həmin otaqda müvəqqəti yaşadığını və xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasından gələn zaman müşayiət etdiyi çantanın məhz həmin nömrədə olduğunu bildirmişdir. Bundan sonra baxışda iştirak edən şəxslərə birlikdə qeyd edilən otağa daxil olduqda baxış zamanı baxışda iştirak edən Şahid5 sanitar qovşağın qapısının ilə çərçivəsi ilə arasında qalan üst hissəsində naməlum predmet olduğunu bildirmiş, həmin sellofana bükülmüş predmet oradan götürülmüş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edildiyindən götürülmüş və "SF-400” markalı elektron tərəzi vasitəsilə çəkilmiş, qablaşdırması ilə birlikdə çəkisinin 7 qram olması məlum olmuşdur. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin büküm maddi sübut bağlamasına qoyulub qablaşdırılaraq möhürlənmiş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin bükümdən xəbərsiz olduğunu, ona məxsus olmadığını bildirmişdir. Bundan sonra yataq otağında baxış davam etdirilmiş, yataq otağında sol tərəfdən divan, jurnal masası, üç hissəli dolab, yataq, vitraj pəncərə, ev telefonu, televizor, kondisioner, kombı radiatoru olmuşdur. Dolabda və saxlanc yerlərində iş üçün əhəmiyyət kəsb edən əşya olmasa da, Təqsirləndirilən şəxs1 divanın üstündəki, üzərində Azərbaycan Respublikasının dövlət bayrağı həkk edilmiş və “SİNCE 1993” yazısı olan qara rəngli idman çantasını göstərərək, həmin çantanın 03.11,2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasından gələn zaman yanında olduğunu bildirmişdir. Həmin çantadakı əşyaları şübhəli şəxs Təqsirləndirilən şəxs1 özü təqdim etmiş və çantada iş üçün əhəmiyyət kəsb edən geyim əşyası, o cümlədən ayaqqabı aşkar edilməmişdir. Lakin çantanın ön zəncirbəndli yerində olan Təqsirləndirilən şəxs1 məxsus C03499381 nömrəli ümumvətəndaş pasportu və bir ədəd salfet kağızına bükülmüş, üzərində “Azercell” loqosu olan sim nömrə protokol əsasında götürülmüşdür (cild 02, iş vər. 34-44). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan 1 ədəd “Redmi” markalı, “M2004J19G” modelli, **********30622/01 və **********30630/01 İMEİ kodlu, tünd göy rəngli, ekran şüşəsi sınmış mobil telefonun “adlar” bölməsinə baxış keçirilərkən əlifba sırası ilə bir neçə şəxsin adının və telefon nömrəsinin qeydə alındığı, Təqsirləndirilən şəxs2 istifadəsində olan (010) 255-03-78, cinayətkar qrupun İran İslam Respublikasındakı üzvünün istifadəsində olan +**********90 saylı mobil nömrələrin hər hansı bir adla qeyd olunmaması müəyyən edilmişdir. Telefonun “mesajlar” bölməsinə baxış keçirilərkən istintaqın hazırki mərhələsi üçün iş üzrə əhəmiyyət kəsb edə biləcək daxil olan və çıxan ismarışların olması müəyyən edilməmişdir. Telefonun “zənglər” bölməsinə baxış keçirilərkən bir çox şəxslərlə danışıqların, cavabsız zənglərin olması müəyyən edilmişdir. Telefonun “Whatsapp Business messenger” proqramına baxış keçirilərkən proqramda (051) ***-**-** saylı mobil nömrə ilə qeydiyyat aparılması, iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı məlumatların olması müəyyən edilmişdir: “Qardaş” kimi qeyd edilmiş (051) ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 arasında olan və iş üçün əhəmiyyət kəsb edən danışıqlar: xx.xx.2023 14:20 X51, mən buralardayam e, sən nə vaxt deyirsən de, gəlim. Görüşək. xx.xx.2023 14:20 X64 bir kəlmə xx.xx.2023 14:22 X46? xx.xx.2023 14:26 Səsli zəng Qardaş 36 saniyə xx.xx.2023 14:29 Səsli zəng Qardaş 1 dəqiqə xx.xx.2023 21:02 Səsli zəng Qardaş 2 dəqiqə xx.xx.2023 21:07 X36 şəkli xx.xx.2023 21:07 X58 Mehdi kurs olub söhbətə İslamın Mehdisi Deyir Aydın şəhərdədi Tutulmayıb xx.xx.2023 21:36 Səsli zəng Qardaş 2 dəqiqə xx.xx.2023 23:24 Səsli zəng Hüseyn (Cavabsız) xx.xx.2023 23:25 X47 Həqiqi Tutulmayıb xx.xx.2023 23:29 Səsli zəng Qardaş 4 dəqiqə xx.xx.2023 23:35 Səsli Hüseyn PTT-20231106-WA0057.OPUS Protokola əlavə edilir. Məzmun: Raufun q....-ə bax, klokun yarısını sivirib, 05 05 düzəldib, demişəm verib eləmə ha heç kimə, qoy dursun. Hardasa 6 dənə 05 düzəldib... Evdə demişəm ki, sivirib çıxartmısan, amma vermə də, onsuz hər tərəfdən problemdəyik. Gəlmişəm evə, deyirəm ki, verməmisən? Deyir yox, deyirəm gətir baxım. Salfetkanı gətirib qoyub qabağıma. Deyirəm, gic***, bunu sən sivirib çıxardanda salfetkaya qoymuşdun, gətirib salfetkanı atmısan üstümə? Götürdüm tulladım aşağı, dedim s... mala, q***lik eləməyin. Aygün də g**ə-başına yaxdı, cırıldı o yana - bu yana, ay belə, ay siz məni yandırmaq istəyirsiz. Dedim ə, s***dirin e. Ə heç nə, sporlaşdım, Raufa da dedim, var-yoxunu s***, sənin sözlərin bir-birini tutmur, gah o yana danışırsan, gah bu yana. Səni s***cək adam mənəm. S*** hamısının var-yoxunu, sən bu dünyaya gəlmiş ideal insansan. Hamısı pula görə, bir də o pox-püsür bizdə olduğuna görə əyilənlərdir. S*** hamısının arvadını. S*** mənim də haqqımda q***_q*** danışır, ağızlarına g'Ä’İTİr xx.xx.2023 11:40 X59 konum at xx.xx.2023 15:32 X54 (Canlı məkan sonlandırıldı.) xx.xx.2023 15:32 X55 gəl Razinə xx.xx.2023 15:36 Video zəng Qardaş 19 saniyə xx.xx.2023 15:37 X22 Dünən də adam var mənə dedi ki, Hüseyni aparacaqlar. Sən ondan uzaq dur xx.xx.2023 15:37 X60 yazıb xx.xx.2023 15:37 Səsli zəng Qardaş 30 saniyə xx.xx.2023 15:55 X48? xx.xx.2023 17:11 X54 (Canlı məkan sonlandırıldı.) xx.xx.2023 17:12 Səsli zəng Qardaş 30 saniyə xx.xx.2023 17:42 Səsli zəng Hüseyn 26 saniyə xx.xx.2023 17:43 Səsli zəng Hüseyn 13 saniyə xx.xx.2023 19:32 Səsli zəng Qardaş 39 saniyə xx.xx.2023 19:33 X63 və tıxacı çəkərək deyir: Bax gör haradı, elə ediblər şəhəri tanımıram. Bu qədər stress olar?! Çatıram, çatan kimi zəng vuracam. xx.xx.2023 19:34 X37 vəziyyətdən qaqaş. Başqa yolu yoxdu. xx.xx.2023 19:43 Səsli Hüseyn PTT-20231107-WA0041 .opus Protokola əlavə edilir. Mən də elə, Ramiq, onun üçün çabalayıram da. Mən guya nə üçün... Onu da mən gətirdim ki, vəziyyətdən çıxaq, yoxsa atıb gələrdim. İndi də gedirəm buna. Görək bundan barı kreditimi zadımı verə biləcəm, ya yenə elə eyni şey, mənim rasxodum gedəcək. Görək, allah axırını xeyir eləsin. Yaxşı olar, narahat olma, inşallah onu da çıxardarıq ordan. xx.xx.2023 19:34 Yazı Qardaş 100% xx.xx.2023 19:50 X61 Qardaş xx.xx.2023 19:51 Səsli Hüseyn PTT-20231107-WA0045.OPUS Protokola əlavə edilir. Onu demirəm e, evdə ustalar işləyir, onların da yanında yalançı çıxdım. Kredit ordan qalıb. Əşi boş ver e bunları, təki bunu da gətirim mən sənə verim səhər. Ondan sonra mən özüm görüm neynirəm özümə. Başlayım özümə başqa bir şey düzüm, çıxıb gedim Türkiyəyə zada. xx.xx.2023 19:56 X58 Allah eləsin o çıxsın ordan. Tam rahat həll edək borcu xərci xx.xx.2023 19:58 X56 Narahat Olma xx.xx.2023 19:58 Səsli Hüseyn PTT-20231107-WA0053.OPUS Protokola əlavə edilir. Allah deyən olsa, inşallah mənə axırıncı bir dənə odu, onu da qardaşın gətirsin sənə versin. Mənim sözüm sözdür. Mən bura qədər canımı da qoydum. Özün gördün də, ortaya hər şeyimi qoydum. Elə axırda da ən ziyanda mənəm, amma olsun. Təki can sağlığı olsun. Sənin elə allah canına dəyməsin, allah səni var eləsin. Bundan sonra da mən elə gedim Türkiyəyə zada, görüm özümə başlayım təzədən başqa bir şeylər qurmağa. İş qurum özümə. Allah ürəyinə görə versin, məndən inşallah narazı qalmazsan da. Mən əlimdən gələni elədim. Odu bir dənə, onu da verirəm sənə təhvil, vəssalam, mən yoxam. Bundan sonra baxıram mən də özüm görüm neynirəm borcdan çıxmaq üçün. xx.xx.2023 20:00 20:01 X62 səni Türkiyəyə qoya gedəsən? Çox pis vaxtı Aydın s**di bizi Səbirli ol İnşallah əlimizə gəlib çatsın ordakı Fiso Çox rahatlayarıq xx.xx.2023 20:15 X54 (Canlı məkan sonlandırıldı.) xx.xx.2023 20:15 Səsli zəng Qardaş 44 saniyə xx.xx.2023 20:25 20:26 Səsli zəng Hüseyn (Cavabsız) Baxış zamanı “Whatsapp Messenger” proqramında iş üçün əhəmiyyət kəsb edən səs yazıları, fotoşəkillər telefonun yaddaşından götürülərək diskin yaddaşına yazılmış və protokola əlavə olunmuşdur (cild 02, iş vər. 56-60). Cinayət işinin materiallarında olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 8 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5955 nömrəli rəyindən görünür ki, üzərində “... Təqsirləndirilən şəxs1 yaşadığı hotelin...” sözləri olan bir ədəd polietilen paketdəki bir ədəd bükümdə təmiz çəkisi 4,782 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində “...Darçınova Durna...” sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 192,6 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir (cild 02, iş vər. 66-68). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X38 15 noyabr 2023-ci il tarixli, xx/xx-13511 nömrəli məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1957-ci il təvəllüdlü X19, xx.xx.1979-cu il təvəllüdlü X8 və xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 yuxarıda adı göstərilən mərkəzdə qeydiyyatda yoxdurlar (cild 02, iş vər. 195). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X38 18 noyabr 2023-ci il tarixli, 18162 nömrəli məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1957-ci il təvəllüdlü X19, xx.xx.1979-cu il təvəllüdlü X8 və xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 yuxarıda adı göstərilən mərkəzdə qeydiyyatda yoxdurlar (cild 02, iş vər. 196). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Baş İdarənin Hədəf və Koordinasiya Mərkəzi tərəfindən təqdim edilmiş "DVD-R" markalı "DVD-R" modelli diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 06:09-da çiynindəki bel çantasını və əynindəki üst geyimini çıxarıb rentgen qurğusunun üzərinə qoyaraq metalaxtaran qurğudan keçdiyi, ayağında ifadəsində qeyd etdiyinin əksinə, köhnə deyil, yeniyə bənzər, qara rəngli ayaqqabının olduğu, bel çantası və üst geyimi rentgen qurğusundan keçirdikdən sonra üst geyimini geyinərək gömrük nəzarəti zonasını tərk etdiyi müəyyən edilmişdir. X7 xx.xx.2023-cü il tarixdə, saat 06:26-da müşayiət etdiyi əl yüklərini rentgen qurğusunun üzərinə qoyaraq metalaxtaran qurğudan keçdiyi, 06:28-də gömrük əməkdaşının tələbi ilə ayaqqabısını çıxarılaraq rentgen qurğusuna qoyulduğu, ayaqqabının içərisində şübhəli predmet aşkar edildiyinə görə Durna Darçınovanın yoxlama otağı istiqamətində aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 06:53-də müşayiət etdiyi əl yüklərini və əynindəki üst geyimini çıxarıb rentgen qurğusunun üzərinə qoyaraq Metalaxtaran qurğudan keçdiyi, ayağında ağ rəngli ayaqqabının olduğu, əl yükləri və üst geyimi rentgen qurğusundan keçirildikdən sonra üst geyimini geyinərək gömrük nəzarəti zonasını tərk etdiyi müəyyən edilmişdir. Sadalananlardan əlavə olaraq istintaqın hazırkı mərhələsi üçün iş üzrə əhəmiyyə kəsb edəcək başqa xüsusat aşkar edilməmiş və disk cinayət işi materiallarına əlavə olunmuşdur (cild 02, iş vər. 207). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 27 noyabr 2023-ci il tarixli, 7751 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə hallarının olması, narkomaniya xəstəliyinin əlamətlərinin aşkar edilməməsi, narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması göstərilməklə, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 03, iş vər. 19- 21). Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 27 noyabr 2023-ci il tarixli, 7761 nömrəli rəyindən görünür ki, məcburi-narkoloji tibbi yoxlama rəyində müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətlərinin aşkar edilməməsi, narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması göstərilmişdir (cild 03, iş vər. 22-24). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 29 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş, 26 dekabr 2023-cü il tarixli, 29645 qeydiyyat nömrəli məktuba əlavə edilmiş diskə keçirilmiş baxış zamanı aşağıdakı zənglərin olması müəyyən edilmişdir: Təqsirləndirilən şəxs1 (**********) və Təqsirləndirilən şəxs2 (**********) arasındakı telefon danışıqları:

1. ********** **********78 2023-10-19 14:39:20 140

2. **********78 00**********16 2023-10-19 17:41:44 42

3. **********78 00**********16 2023-10-25 00:03:31 863

4. ********** **********78 2023-10-25 00:40:38 68

5. **********78 00**********16 2023-10-25 16:25:09 76

6. ********** **********78 2023-10-25 17:46:50 60

7. **********78 00**********16 2023-11-02 12:56:52 64

8. **********78 00**********16 2023-11-02 13:13:20 27

9. ********** **********78 2023-11-02 20:42:05 Т”

10. ********** **********78 2023-11-02 20:57:38 37 Ramiq Rəhimov (**********) və Təqsirləndirilən şəxs1 (********** / **********) arasındakı telefon danışıqları:

1. **********82 ********** 2023-11-03 15:54:45 15

2. **********82 ********** 2023-11-03 16:07:21 118

3. **********82 ********** 2023-11-03 16:24:32 38

4. **********82 ********** 2023-11-04 12:24:23 102

5. **********82 **********2534 2023-11-05 22:49:59 19

6. **********82 **********2534 2023-11-06 02:19:28 607

7. **********82 **********2534 2023-11-06 16:39:03 41

8. ********** 515191482 2023-11-06 16:55:39 37

9. **********82 **********2534 2023-11-06 17:29:20 35

10. **********82 **********2534 2023-11-07 15:27:44 39

11. **********82 **********2534 2023-11-07 15:29:14 37

12. **********82 **********2534 2023-11-07 20:36:03 126 Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Ramiq Rəhimovun istifadəsində olmuş ********** saylı mobil nömrə arasında danışıq müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı mobil nömrənin "xxxx" MMC-nin, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** və ********** saylı mobil nömrələrin X20, Ramiq Rəhimovun istifadəsində olmuş ********** saylı mobil nömrənin X15 adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən disk cinayət işi materiallarına əlavə olunmuşdur (cild 03, iş vər. 45-46). Cinayət işinin materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası Baş prokurorunun müavini, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən qebul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs2 tibbi müayinəsi zamanı xəsarətin aşkar edilməsinə dair Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 7 noyabr 2023-cü il tarixli, 3-16-17/38/2-7674/2023 nömrəli məktubu əsasında toplanmış material üzrə cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə rədd edilmişdir (cild 03, iş vər. 75-77). Cinayət işinin materiallarında olan 12-14 fevral 2024-cü il tarixli “Təkrar baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 1 ədəd “Redmi” markalı, “M2004J19G” modelli, **********30622/01 və **********30630/01 İMEİ kodlu, tünd göy rəngli, ekran şüşəsi sınmış mobil telefon USB vasitəsilə “HP” markalı kompüter avadanlığında qoşulmuş və iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı məlumatlar müəyyən edilmişdir: Whatsapp-Media-Whatsapp İmages-Sent ardıcılığı ilə davam etdikdə xeyli sayda narkotik vasitəyə və psixotrop maddələrə bənzər predmetlərin, bağlamaların tərəzi üzərində fotoşəkilləri, istiqamətləndirici fotoşəkillər; Whatsapp-Media-Whatsapp Video- Sent ardıcılığı ilə davam etdikdə VİD- 20230825-WA0001 adlı mp4 formatlı video ilə aşağıdakılar müəyyən edilmişdir: Bir nəfər kişi cinsli, sol qolunun dirsəkdən aşağı çöl hissəsində kardioqrammaya bənzər döymə olan şəxs (Naxçıvan Muxtar Respublikası ləhçəsi ilə): Dedi, Ramiqə də qoyub çıxacam, belə qoyacam. Dedi mənə necə Moskvada, Türkiyədə heç nə edə bilməyiblər, axşam gələcəm, malı gətirəcəm. Axşam bu malı götürüb çıxacam, qaçacam, qoyacam, Ramiqə də qoyacam, Hüseynə də qoyacam. Təqsirləndirilən şəxs1 səsi: Ramiqin s**ini yeyəcəksiz, Ramiq sizdən yaxşı oğlandı, çünki sizin kimi peysərlər deyirsiniz ki, arvadımızı gətirəcəyik, çıxardacıq stolun üstünə, biz viski içib (sillə vurur) pul qazanacıq. Pula əyilənlər, Ramiq yenə s***di sizi. Zor s***ir, o oğlana halaldı. Kişi deyilsiz siz (sillə vurur). Sən götürdüyün gün Sunaya yazıb uje, pet**x. Ramiq, yenə sən s***din bunları, halaldı sənə. Sən öl, halaldı sənə. Sənə nə demişdim mən?! Dedim Rahil də pula yönəldi? Dedim, demədim bu sözü? O ki oturmuşduq sənlə sakitsakit danışırdı e, sənə dedim Ramiq bu da pula gedəndi, bu söhbətdə düz çıxsaq, biz çıxacıq. (sillə vurur) bu q***ə necə arvadını pula satır. Sunay bundan (sillə vurur) kişidi. Ə bunu qoy öldürüm (sillə vurur) s***m bunun ağzını, bu niyə kişi olur?! Bilirsən nə deyir? Deyir mən Ramiqi qəşəng tanıyıram, Abdulla müəllimin oğlu olduğunu qəşəng tanıyıram. Razində deyir evdə Sunayla gətirib. VİD-20230825-WA0014 və VİD-20230825-WA0016 adlı narkotik vasitəyə bənzər predmetin səssiz videoçəkilişi; Whatsapp-Media-Whatsapp- Voice Notes-202344 ardıcılığı ilə davam etdikdə: PTT-20231103-WA0053.opus, PTT- 20231103-WA0055.opus, PTT-20231103-WA0056.opus adlı səs yazılarında Cənubi Azərbaycan ləhçəsi ilə danışan bir nəfər ona təcili zəng edilməsini istəyir. PTT-20231103- WA0058.opus adlı səs yazısında həmin şəxs: Ürəyim, kartı atmışam, ürəyim, qadan alım, 1-2 dəqiqəyə hesabındadı, sən çıx ora. PTT-20231103-WA0059.opus adlı səs yazısında həmin şəxs: O nömrəni də atıram sənə, onu tez qoş, onunla əlaqəyə çıx, qadan alım, yerbəyer eləyin, bizi də xəbərdar eləyin. PTT-20231103-WA0067.opus adlı səs yazısı (yaradılma tarixi xx.xx.2023, saat 22:15) Təqsirləndirilən şəxs1: Qaqa, mən axtarışdayam e, qurban olum sizə. Mən necə başa salım?! Nətər deyim?! Onu ordan q**lü oqul axtarırdım ki, çıxartsın. Mən onu çıxartdım hamımız üçün. Yəni o da rasxod idi, açığını deyim sizə, getmişdi. Mən 24 dənə gömrük işçisinin qabağında onun riskinə girdim sənin üçün, özüm üçün, qardaş üçün ki, nəsə edək. Mənə heç nə, alınırsa, pul atarsız, hərəkət edərik, olmasa, qalsın sabaha. PTT-20231104-WA0007.opus adlı səs yazısı (yaradılma tarixi xx.xx.2023, saat 10:31) Təqsirləndirilən şəxs1: Əxi, salam, nə var, nə yox, kefinhalın? Gecə ölmüşəm e mən, allah haqqı. Mənim adım verilib, axtarışdayam, bilmirəm hara gedim girim. Sən bir dənə gör qardaşla əlaqəyə çıxırsan çıx. Mən çıxa bilmirəm heç yerə, qalmışam bir dənə yerdə. Gör nətər eliyək, neyniyək. Olmasa bir adam göndərsin, ordan getsin konum zad götürsün, şəkil çəksin. Mən eşiyə (çölə) çıxsam, getdim. PTT- 20231004-WA0005.opus adlı səs yazısı (yaradılma tarixi xx.xx.2023, saat 23:26) Təqsirləndirilən şəxs1: Ramiq, heç kimi də götürüb çıxarmağa ehtiyac yoxdu. Cəfər ya bu gün ya danışacaq, ya yox olacaq. Mən gedərəm, kim gedər. Kim gedəcək burdan gedəcək. O qaldı uje allaha. Belə səbrin varsa, gözlə, yoxdusa da ver hamını getsin, keçmə heç kimə. Mənə də ki demirsən mən bunları bu qədər müdafiə elədim. Deyirsən ki, qoşulmusan onlara, q***lik edirsiz, mənim evimə problem yaradırsız. Mən heç kəsə keçən oğlan deyiləm, sənə də hörmətsizlik də eləmirəm. Demirsən sistemə deyiblər? Onu sübutu ilə at, at mənə Cəfəri döyüm. Belə səhvinə görə mənim əlimdən Cəfəri heç kəs ala bilməz. Polis də yaxın gəldi, belə pis çıxmasın, həyatım söndü, mənim uşaqlarım qaldı çöldə. Hamı gedəcək, az fərq edər. Əlimdə də hamının qəşəng videoları var. Hamı ola bilər q***lik fikirləşəndə Hüseyn ehtiyatı alır ki, qoy kimsə səhər səhvlik, q***lik eləsə, q***liyə q***lik. Sən də istəmirsən, dəymə, nə xalama dəy, nə bibimə dəy, nə Sunaya, nə o birisinə, nə bu birisinə, heç kimə. Ver getsin polisə. Gələcək polis, cavabını da alacaq gedəcək. Qaldı ki, Cəfər məsələsi, 300- ü demirsən götürüblər başmağın içərisindən açılıb? Dedim ola bilər Cəfər yalan danışır. Dedim eliyibsə də, yəqin edib ki, işi dağıda. Çünki deyir indiyə qədər dedikləri işi dağıtmaq istəyirəm. Deyirdin, demirdin, ə pet*x?! (yanında başqa biri: deyirdim) Demirdin Ramiq heç nə deməyib, işi dağıtmaq istəyirəm? (yanında başqa biri: hə) Sənə görə bu oğlanla pis olmuşam? ... Sən bir dənə özündən muğayət ol, səbrin var gözlə. Yoxdusa da, ver getsin hamını, azdan az, çoxdan çox. Kimdən nə gedəcəksə, getsin. PTT-20231 OO5-WAO0OO.opus adlı səs yazısı (yaradılma tarixi xx.xx.2023, saat 02:20) Təqsirləndirilən şəxs1: Ramiq, deyəsən cnprtımız, s***in olsun bunun ağzına. Bəs deyirdin cırmamışam malı? Digər şəxs: Cırıb tökmüşəm tualetə Təqsirləndirilən şəxs1: Niyə tökdün bacını s***im? Digər şəxs: İşdən çıxmaq üçün, mən ora qədər düşünə bilmişəm. Təqsirləndirilən şəxs1: Cəfər, nələr eləmisən, hamısı de. İş dağıdırdın? Hə? Digər şəxs: Hə, Hüseyn, iş dağıdırdım. Təqsirləndirilən şəxs1: Demədin arvadımı s**in bundan sonra səhv etməyəcəm? Öz ağzınla dedin bu sözü Ramiqə? Eləməyəcəm, mənim kişiliyim yerindədi. Niyə cırıb tökürsən ə, 300 malı? Ə o 300 malı ordan keçirən oğlanın 9 il sorku var e, can qoyur e, ə q***ə. Bəs deyirdin eləməmişəm? Hə? Bərk danış ə! Digər şəxs: Atmışam tualetə də Təqsirləndirilən şəxs1: Niyə atdın? Sunay hardaydı? Digər şəxs: Sunay yatmışdı Təqsirləndirilən şəxs1: Dəqiq? Digər şəxs: 100% Təqsirləndirilən şəxs1: 100%? Sunayın xəbəri yoxdu? Digər şəxs: Yox Təqsirləndirilən şəxs1: Sunayın indi xəbəri olandan sonra sən Sunayın yanından yel olub keçə bilməyəcəksən. Bunu da neyniyək, elə gecə bunu gömək, s***dirsin, getsin. Bir dənə bu qrupda q***ə Cəfərdi. İşdən çıxmaq istəyir də, bunu öldürək, s***dirsin çıxsın getsin. Ya bunun dilini kəsim bəlkə? PTT-20231005-WA0001 .opus adlı səs yazısı (yaradılma tarixi xx.xx.2023, saat 03:12) Təqsirləndirilən şəxs1: Yığacam, qardaşım, biraz şəbəkə zad yoxdu buralarda. Dostumuz deyir ki, denən qardaşa p*x yemişəm, ə de gic*** səsin çıxsın. Digər şəxs: P*x yemişəm, qardaş, qələt eləmişəm. Təqsirləndirilən şəxs1: Yox e, de görək neyniyək, xalxın 300 malını vurmusan, mən işçilərin pulunu verə bilmirəm. S***m sənin ağzını, qələt eləmişəm e deyir. Bu qədər borcun içində... Danış da ə pet*x Digər şəxs: Hamısını mən ödəyəcəm bir-bir. Təqsirləndirilən şəxs1: Bax e danışa bilmir, səsi çıxmır, bunun g***ü şişib deyəsən PTT-20231005-WA0002.opus adlı səs yazısı (yaradılma tarixi xx.xx.2023, saat 03:13) Digər şəxs (Cəfər): Qardaş, p*x yemişəm, qələt eləmişəm. O pulu da ödəyəcəm. Yavaş-yavaş işləyib ödəyəcəm. Qardaş nə olur-olsun mən gedib gətirəcəm, ödəyəcəm də mən o pulu. Təqsirləndirilən şəxs1: G**ündə keçirdəcəksən? Başqa şəxslərin müdaxiləsi: keçirəcək. Digər şəxs (Cəfər): Apararam Təqsirləndirilən şəxs1: Apararam yox e, orada da de g**ümə də soxub keçirərəm! Digər şəxs (Cəfər): G**ümə də soxub keçirəcəm. Təqsirləndirilən şəxs1: Denən 300 hazırla soxum gətirim. Digər şəxs (Cəfər): 300 hazırla soxum gətirim. Təqsirləndirilən şəxs1: Birdən sı**arsan a gömrükdə zadda, biabır edərsən bizi Təqsirləndirilən şəxs1: Cəfər bu şeydən incimirsən? Soxub gətirə biləcəksən? Gətirə bilməyəcəksənsə, de Digər şəxs (Cəfər): Hüseyn, atmamışam səsi mən Whatsapp Business-X6-Sent ardıcılığı ilə davam etdikdə: 02.11,2023-cü il tarixdə Durna və Təqsirləndirilən şəxs2ların Naxçıvan Muxtar Respublikasının Culfa rayonun ərazisində yerləşən “Əshabi-Kəhf” ziyarətgahına bənzəyən yerdə çəkilmiş şəkillərinin olması, həmçinin X9 fotoşəkilləri, avtobusda çəkilməsi ehtimal olunan ayaqqabı fotoşəkli müəyyən edilmişdir PTT-20231008-WA0000.opus adlı səs yazısı (yaradılma tarixi xx.xx.2023, saat 00:07) dəqiqə 2 saniyə davam edən səs yazısının məzmunu ilə Ramiq adlı şəxslə Təqsirləndirilən şəxs1 arasında 1 kiloqram malın Hüseyn tərəfindən götürülməsi ilə bağlı narazılıq olması, Ramiq adlı şəxsin Təqsirləndirilən şəxs1 barəsində üzünə təhqiramiz ifadələr işlətməsi müəyyən edildi. PTT-20231002-WA0004.opus adlı səs yazısı (yaradılma tarixi xx.xx.2023, saat 08:51) Bir nəfər qadın: Deyirəm ki, Cəfərinki tərtəmiz corabına çıxıb, rəsmi palçıqdı PTT-20231002-WA0008.opus adlı səs yazısı (yaradılma tarixi xx.xx.2023, saat 09:00) Təqsirləndirilən şəxs1: Heç nə eləmə, qoy elə də dursun, danışacam, deyəcəm sənə PTT-20231002-WA0009.opus adlı səs yazısı (yaradılma tarixi xx.xx.2023, saat 09:04) Təqsirləndirilən şəxs1: O birilərdə problem yoxdu? Bir dənə bundadı? PTT-20231002-WA0011.opus adlı səs yazısı (yaradılma tarixi xx.xx.2023, saat 09:06) Bir nəfər qadın: Bax, bir Cəfərinkidi ən çox çıxan, bu birilərdə də bibinin başmağının dabanında da çıxıb. Bu qədər, mənimkində heç çıxmayıb. PTT-20231002-WA0013.opus adlı səs yazısı (yaradılma tarixi xx.xx.2023, saat 10:00) Təqsirləndirilən şəxs1: Bildim, olsun, heç nə. Yatın, istirahət edin. Halaldı da, amma Sunay sənə, həqiqətən də. Kişi kimi kişinin qızısan. Axşam bir dənə də şey eləyin, kontur zad qurtarsa, deyin, bunları həll elə. Mən çatacam. Uzağı axşam saat 12-ə çıxarsız, çıxmasanız da səhər tezdən 4-də taksi vurar Cəfər gedərsiz. PTT-20231006-WA0044.opus adlı səs yazısı (yaradılma tarixi xx.xx.2023, saat 15:33) 6 dəqiqə 29 saniyə davam edən səs yazısının məzmunu ilə Ramiq adlı şəxslə Təqsirləndirilən şəxs1 arasında Cəfər adlı şəxsin “malı” tualetə tökməsi ilə bağlı danışığın olması, Ramiq adlı şəxsin “biz bu işi biveclikdən, narkoman variantı görmürük ki, vecimizə olmasın. Biz iş adamı kimi, biznes kimi görürük” deməsi müəyyən edildi. Telefona keçirilmiş baxış zamanı adları qeyd edilən Sunay və Cəfər adlı şəxslərin Təqsirləndirilən şəxs1 müvafiq olaraq baldızı və bacanağı olması, həmçinin şəxsiyyətlərini təsdiq edən C02926064 və C00041455 nömrəli pasportların da mobil telefonun yaddaşında olması məlum olmuşdur. Baxış nəticəsində “Whatsapp Messenger” proqramında iş üçün əhəmiyyət kəsb edən səs yazıları, fotoşəkillər telefonun yaddaşından götürülərək diskin yaddaşına yazılmış və protokola əlavə olunmuşdur (cild 03, iş vər. 113-133). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli 05/39 nömrəli Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Culfa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məktubundan görünür ki, Culfa rayon, Bənəniyar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 “Culfa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində psixiatrik və narkoloji disoanser qeydiyyatında deyil (cild 03, iş vər. 200). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli 18-1-50/2-198/2024 nömrəli Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin məktubundan görünür ki, Qax rayonu, Qorağan kənd sakinləri, Təqsirləndirilən şəxs2 və X5 RMX publik hüquqi şəxsin Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyillər (cild 03, iş vər. 215). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 206.3.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə cinayətlərinin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət iş ayrılmışdır (cild 04, iş vər. 13-66). Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə X10, xx.xx.2023-cü il tarixdə isə X16 şübhəli şəxs qismində saxlanılmaları və narkotik vasitə heroin və psixotrop madddə metamfetamin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxslərin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər X21 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi etirafedici, həmçinin ifşaedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsində həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitələrin, psixotrop maddələrin ona aid olmaması, narkotik vasitədən xəbərinin olmaması barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmiş, etirafedici ifadəsi ilə yanaşı Təqsirləndirilən şəxs1 ifşa edən ifadələr vermişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadələrini işin faktiki halları və mövcud sübutlarla (iş materiallarında olan SMS, mobil telefonda olan foto şəkillər və.s) üst-üstə düşdüyünü əsas götürərək, onlara elan olunan ittihamın əsasında məhz ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 verdiyi ifadəni qoyur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X17 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Qax rayonunun Qorağan kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 02, iş vər. 241-243). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 128). Məhkəmə kollegyası Təqsirləndirilən şəxs2 cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək göstərməsini CM-in 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, habelə onun cinayətin üstünün açılmasında fəal hərəkətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu, habelə CM-in 60-cı maddəsinin tələblərini nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını, habelə həmin cəzaların qismən toplanılmaqla qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Culfa rayon Bənəniyar kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir (cild 02, iş vər. 211-213). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2024-cü il təvəllüdlü üç azyaşlı uşağı var. Cinayət işinin materiallarına əlavə edilmiş Tibbi Sosial Ekspert Komissyasının 18 yaşdan yuxarı şəxlər üzrə müayinə qərarıdan görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X32 3-cü qrup müddətsiz əlildir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 131). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağın olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, arvadının 3-cü qrup müddətsiz əlil olmasının isə CMin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını, habelə həmin cəzaların qismən toplanılmaqla qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 79, 218-222). Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 20, 116-121). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ,təqsirləndirilən şəxslər CM-in 56.1.2-cİ maddəsinə əsasən onlara təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onların həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ümumilikdə 197,082 qram narkotik vasitə heroin və 974,8 qram psixotrop maddə metamfetamin, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan X19 və Təqsirləndirilən şəxs2 ayağına geyindiyi hüquqpozma predmetlərinin gizlədildiyi 2 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Redmi” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1, 01 ədəd “Honor” markalı mobil telefon isə sahibi Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. İş üzrə 162 AZN (yüz altmış iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 81 AZN (səksən bir manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ümumilikdə 197,082 qram narkotik vasitə heroin və 974,8 qram psixotrop maddə metamfetamin, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan X19 və Təqsirləndirilən şəxs2 ayağına geyindiyi hüquqpozma predmetlərinin gizlədildiyi 2 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Redmi” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1, 01 ədəd “Honor” markalı mobil telefon isə sahibi Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə 162 AZN (yüz altmış iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 81 AZN (səksən bir manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar