Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-633/2024 25.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə xx.xx.1989-cu ildə Qusar rayonu Hil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Qusar rayonu Hil kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində birlikdə spirtli içki qəbul etdikdən sonra gözlənilmədən yumruq və kəllə zərbələri ilə sonuncunu döyərək ona hər iki göz orbiti ətrafının, alnın sağ tərəfinin qançırları, hər iki gözün ağlı qişalarının qansızmaları, sağ əlinin mil-bilək nahiyəsinin iki ədəd xətti sıyrıqları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib, qəsdən sağlamlığına yüngül zərər vurmaqla, Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək yerə yıxıb yapışqan lentlə (skoçla) qollarını, ayaqlarını və ağzını bağladıqdan sonra sonuncunun əynində olan şalvarı soyunduraraq, alt paltarını bıçaqla kəsərək çıxardıb öz cinsiyyət orqanını anal dəliyinə yeritməklə cinsi ehtirasını təmin edərək Zərərçəkmiş şəxs boylama istiqamətli cırılmış yara ilə müşayiət edilən xəsarətlər yetirib seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Samik, Elşad, Fuad ona təzyiq etmişlər. Onu şirkətdən aparmış, ayın 3-dən 9-a qədər təzyiqlər etmişdirlər. Ona demişdirlər ki, onun əməli əslində Cinayət Məcəlləsinin 128.1-ci maddəsidir. Onun Maksimlə ittihamda yazılan heç bir şeyi olmamış, o, eləcə onunla yeyib-içəndə şəkillər çəkmişdir. Onun gözünün altının qaraları da əvvəldən olmuşdur. O heç kimdən şikayət etməmiş, tez-tez Maksimlə kafedə yeyib-içmişdir. O, belə bir əməl törətməmişdir. Subaydır, indiyə qədər həyatında elə şey olmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, Maksimlə onlar qonşu olmuş, onun özünün əvvəllər 3 dəfə məhkumluğu olmuşdur. 31 yanvarda Maksimin evində olmamış, onu polislər o evə aparmışdır. Maksimə də Elşad müəllim təzyiq göstərmiş, ona görə Maksim o cür ifadə vermişdir. Əvvəllər Maksimlə heç bir düşmənçiliyi olmamışdır. İbtidai istintaq zamanı heç bir ifadə, sənəd oxumamış, ərizə yazmamışdır. Onun başına “oyun açmışlar” deyə rayon məhkəməsində də onların dediklərini demiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29. 318, 185, 128, 180 və 177-ci maddələri ilə məhkum olunmuş, sonuncu dəfə 2021-ci ilin sentyabr ayında cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Subaydır, heç vaxt da, evlənməmişdir. Həmkəndlisi Maksimi uşaqlıqdan tanımış, lakin onunla münasibəti 2021-ci ildən yaranmışdır. Onlar adətən bir yerdə yeyib içmiş, öz evindən çox Maksimin yaşadığı, Qusar rayonu Hil kəndində yerləşən evdə olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində fəhlə işlədiyi bağdan yaşadığı rayonun Hil kəndinə qayıtmış, kəndin mərkəzindən keçən yolla piyada gedərkən qarşısına Maksim çıxmış, onu yanına çağırıb mağazaya borcu olduğu üçün özünün mağazaya gedə bilmədiyini deyərək, ona 3 manat 50 qəpik pul vermişdir ki, onun üçün araq alıb gətirsin. Maksimin xahişini nəzərə alıb mağazadan araq alıb yanma qayıdan zaman Maksim ona birlikdə özünün yaşadığı evə getməsini və orada araq içmələrini təklif etmiş, o, da Maksimlə razılaşmış, birgə Maksimin yaşadığı evə gedərək, evə daxil olduqdan sonra alma və çörəklə araq içməyə başlamışlar. Bir qədər içdikdən sonra sərxoş olmuş və onda Maksimə qarşı ehtiras yaranmışdır. Fikrindən Maksimlə cinsi əlaqədə olmaq keçmiş və otaqdakı odun sobasının yanındakı yorğan-döşəyin üzərində uzanmış Maksimin yanma yaxınlaşmış, Maksimə cinsi əlaqədə olmaq istədiyini demiş, lakin Maksim onun təklifi ilə razılaşmamış, buna görə də, hər nə yolla olsa Maksimlə cinsi əlaqədə olmaq qərarına gəlmişdir. Maksimi soyundurmaq istədikdə Maksim müqavimət göstərməyə başlamış, buna imkan verməmiş, bu zaman əsəbləşərək yumruq zərbələri ilə Maksimin üzünə və başına vurmağa başlamış, Maksimin özünü soyundurmağa yenə imkan vermədiyini, əl-qol hərəkətləri etdiyini gördükdə isə evin pəncərəsində yapışqan lent, yəni skoç olduğunu görmüş, skoçu götürmüş, əvvəlcə Maksimin əllərini skoçla bağlamış, əllərini bağladıqdan sonra isə təxminən 30 dəqiqə fasilələrlə onu döymüş, həmin vaxt Maksimin əynində pejamanın şalvarı olmuş, əynindəki pejamanm şalvarını əynindən çıxartmış, ayaqlarını və ağzını da skoçla bağlamış, bundan sonra isə Maksimlə cinsi əlaqədə olmaq istəmiş, lakin əynində olan tumanın mane olacağını düşünmüş və əynindən çıxartmaq istəmiş, Maksimin ayaqları bağlı olduğu üçün əynindəki tumanı bıçaqla kəsərək çıxarmalı olmuşdur. Bundan sonra isə Maksimi yan uzadaraq arxasında yerə uzanmış və öz cinsiyyət orqanını sərtləşdirərək Maksimin arxa, yəni anal dəliyinə 4-5 dəfə tam salaraq çıxartmış, bundan sonra Maksimdən əl çəkmiş, ancaq həmin vaxt boşalmamış və cinsiyyət orqanından sperma axmamışdır. Ayağa qalxıb əynini geyinmiş, sonra isə bıçaqla Maksimin əllərini bağladığı skoçu kəsmiş, Maksim özü isə ayaqlarını və ağzındakı skoçu açıb atmışdır. Bundan sonra həmin evdən çıxıb Qusar rayonu Hil kəndində yerləşən yaşadığı evə getmişdir. Zorla Maksimlə cinsi əlaqədə olduğunu dərk etmiş, həmin vaxt sərxoş olmuş və əməlindən peşmandır. O, belə hərəkətlərə yol verməyəcəyini söz vermişdir. (i.v. 188-190) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü, yəni yanvarın 31-i onlar Zamirlə birlikdə olmuş, içki içmiş, sonra o, sobanın yanında yatmaq üçün uzanmış, Zamir onu döymüş, əllərini, ayaqlarını bağlamışdır. Onunla əlaqədə olmağına müqavimət göstərdiyi üçün onu elə döymüşdür ki, huşunu itirmişdir, daha sonra oyanaraq əllərini açmışdır. O polisə zəng etmək istəmiş, ancaq konturu olmadığına görə edə bilməmişdir. Bundan sonra Zamirgilə getmiş, adını çəkib səsləmiş, Zamir evdə olmamış, anası evdə olmuşdur. O da sonra polisə gedib şikayət etmişdir. Verilən sualllara cavab olaraq bildirdi ki, onlar Zamirlə bir yerdə işləmiş, hadisə günü onlar yarım litr araq içmişdirlər. Onu soyundurmuş, paltarlarını bıçaqla kəsmişdir. Ekspert də onun dediklərini təsdiqləmişdir. Zamiri bağışlamışdır. Onların arasında heç bir razılıq olmamışdır. Zamir özü soyunmamış, onu soyundurmuşdur, sonra da qaçıb getmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir, hazırda barışmışlar, şikayəti yoxdur. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailəlidir və üç övladı var, arvadı və övladları Qusar şəhərində kirayədə yaşayır, özü isə Qusar rayonu Hil kəndində yaşayır, rəsmi olaraq boşanmasa da, ailə münasibətləri yaxşı deyil, ailə üzvlərindən ayrı yaşayır. Zamirlə bir neçə ildir ki, tanışdır. xx.xx.2024-cü il tarixdə, saat 18-19 radələrində yaşadığı evdə olan zaman Zamir onun yaşadığı evə gəlmiş və birgə araq içməyi təklif etmiş, o da razılaşmış, Zamirə 3 manat 50 qəpik araq almaq üçün pul vermişdir. Bundan sonra Zamir mağazaya gedib 0,5 litr həcmində araq alaraq geri qayıtmış və onlar birlikdə araq içməyə başlamışlar. Bir rumka içdikdən sonra döşəmənin üzərində yerdə oturmuş, Zamir isə ayağa qalxıb heç bir səbəb olmadan yumruq və kəllə zərbələri ilə onu döyməyə başlamış, təxminən 25-30 dəqiqə onu döymüş, sonra isə yapışqan lentlə (skoçla) əvvəlcə arxadan əllərini bağlamış, bundan sonra onu yerə uzatmış və döyə-döyə əynindəki şalvarı çıxartmağa başlamış, əynində olan alt paltarı çıxarmaq istədikdə isə imkan vermədiyi üçün bıçaqla kəsib tursiyi əynindən çıxartmışdır. Zamir onu tam soyunduraraq çılpaq vəziyyətə gətirmiş, sonra ayaqlarını və ağzını da skoçla bağlamışdır. Bundan sonra isə Zamir özü də, soyunmağa başlamış, bundan sonra öz cinsiyyət orqanını sərtləşdirərək onun arxa tərəfindən anal dəliyinə salıb-çıxartmağa başlamış, yəni onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa başlamışdır. Zamirə müqavimət göstərdikdə isə Zamir yumruq zərbələri ilə döyərək onu huşsuz vəziyyətə gətirmişdir. Bir müddət sonra özünə gəlmiş və Zamir bıçaqla onun əllərində olan skoçları kəsmiş, o, ayağa qalxıb ayağında olan skoçları da açmışdır. Bundan sonra geyinməyə başladığı zaman telefonla polisə zəng etmək istədikdə telefonunda kontur olmadığını görmüş və ona görə polisə məlumat verməmiş, lakin sonradan xx.xx.2024-cü il tarixdə Qusar rayon polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qusar RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə növbədə olduğu zaman Qusar rayonu Hil kənd sakini Zərərçəkmiş şəxs Qusar rayon Polis Şöbəsinin növbətçi hissəsinə gələrək həmkəndlisi Təqsirləndirilən şəxs yumruq və baş zərbələri ilə əvvəlcə onu döydüyünü, daha sonra isə onunla zorla cinsi əlaqədə olduğunu bildirərək Zamir barəsində şikayətçi olduğunu qeyd etmişdir. Buna görə də tərəfindən “Cinayət haqqında şifahi məlumatın qəbulu haqqında protokol” tərtib olunmuş və Maksim də öz imzası ilə verdiyi məlumatı təsdiq etmişdir. Bundan sonra Maksimin izahatı alınmış və tibbi-ekspertiza təyin edilmişdir. Tibbi-ekspertizanın 04 fevral 2024-cü il tarixli, 45 nömrəli rəyindən məlum olmuşdur ki, Maksimin dedikləri həqiqətə uyğun olmuş və onunla cinsi əlaqədə olma əlamətləri, eləcə də döyülərək dərəcəsinə görə yüngül xəsarətlər almışdır. Bundan sonra Zalov X3 RPŞ-nə gətirilmiş, Zamir əvvəlcə izahatında Maksimə qarşı zor tətbiq edərək cinsi əlaqədə olmasını təkzib etsə də sonradan əməlini etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2021-ci ildən Qusar rayon İcra Hakimiyyəti Başçısının Hil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Demək olar ki, bütün ömrünü həmin kənddə keçirmiş və bütün kənd camaatını da yaxşı tanıyır. Kənd sakinləri maldarlıq və əkinçiliklə məşğul olmaqla özlərini dolandırmışlar. Həmkəndlisi Zərərçəkmiş şəxs da uşaqlıqdan tanımış, belə ki, sonuncu özünü kənddə normal aparmış, avtomobil dəmirçisi kimi fəaliyyət göstərmişdir. Təxminən xx.xx.2024-cü il tarixdə kənd sakinlərindən həmkəndlisi əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs bir neçə gün əvvəl Maksimlə sonuncunun yaşadığı ünvanda birlikdə spirtli içki qəbul etdikdən sonra Maksimi yumruq, təpik və kəllə zərbələri ilə vuraraq döydüyünü eşitmiş, həmin gün Maksimi kənddə görmüş sonuncunun gözündə qara rəngli eynək olmuş, Maksim eynəyi çıxardan zaman gözlərinin qaraldığını, hətta gözlərinin ağlı qişalarında da qansızmalar olduğunu nə baş verdiyini soruşduqda isə Maksim, Zamirin özünü döydüyünü, huşsuz vəziyyətə gətirdiyini, daha sonra qollarını, ayaqlarını və ağzını skoçla bağlayaraq zorla cinsi əlaqədə olduğunu demişdir. Məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1981-ci ildən Qusar rayonu Hil kənd tam orta məktəbində müəllim kimi fəaliyyətə başlamış, uzun müddət məktəb direktoru, hazırda isə ümumi texniki fənnlər üzrə müəllim işləməkdə davam edir. Uzun illərdir ki, Hil kəndində yaşamış və müəllim kimi işləmiş ona görə də bütün kənd sakinlərini tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur, eləcə də onunla qonşuluqda yaşamışdır. Maksimi uşaqlıqdan tanımış, sonuncu özünü kənddə normal aparmış, avtomobil dəmirçisi kimi fəaliyyət göstərmişdir. Maksimlə onun yaşadığı evin yaxınlığın başqa qonşu olmamışdır. Təxminən xx.xx.2024-cü il tarixdə Maksimi kənddə görən zaman Maksim onunla salamlaşmış, həmin vaxt gözündə qara rəngli eynək olmuşdur. Lakin həmin gün sonradan kənd sakinlərindən həmkəndliləri əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs bundan bir neçə gün əvvəl Maksimlə sonuncunun yaşadığı ünvanda birlikdə spirtli içki qəbul etdikdən sonra Maksimi yumruq, təpik və kəllə zərbələri ilə vuraraq döyüb onu huşsuz vəziyyətə gətirdiyini, daha sonra qollarını, ayaqlarını və ağzını skoçla bağlayaraq zorla cinsi əlaqədə olduğunu eşitmiş, lakin bu barədə Maksimlə söhbəti olmamışdır. Zamir məktəb vaxtlarında da özünü normal aparmamış və cinayətə meyilli olmuşdur.( i.v. 159-160) Məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 21 ildən artıq müddətdir ki, yaşadığı Hil kəndində fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, yəni ərzaq mağazası işlətmişdir. Həmkəndliləri Zərərçəkmiş şəxs çoxdan tanımış, dəfərlərlə ondan spirtli içkilər və ərzaq məhsullarını borc olaraq almış, lakin pulunu qaytarmamış, buna görə də Maksimə spirtli içki və ərzaq satmamışdır. Təxminən xx.xx.2024-cü il tarixdə digər həmkəndlisi Təqsirləndirilən şəxs mağazada olduğu zaman ora gələrək 01 ədəd 0,5 litr həcmində 3 manat 50 qəpik dəyərində araq alaraq getmişdir. Bundan bir neçə gün sonra isə təxminən xx.xx.2024-cü il tarixdə kənd sakinlərindən həmkəndlisi, həm də qonşusu əvvəllər dəfələrlə məhkum olunmuş Zamirin bundan bir neçə gün əvvəl digər həmkəndlisi Maksimlə birlikdə sonuncunun yaşadığı ünvanda birlikdə spirtli içki qəbul etdikdən sonra sonuncunu yumruq, təpik və kəllə zərbələri ilə vuraraq döydüyünü eşitmiş, bir neçə gün sonra Maksimi görmüş, gözündə qara rəngli eynək olmuş, Maksim eynəyi çıxardan zaman gözlərinin qaraldığını, hətta gözlərinin ağlı qişalarında da qansızmalar olduğunu, nə baş verdiyini soruşduqda isə Zamirin özünü döydüyünü, huşsuz vəziyyətə gətirdiyini, daha sonra qollarını, ayaqlarını və ağzını skoçla bağlayaraq zorla cinsi əlaqədə olduğunu bildirmişdir.( i.v. 161-162) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 03 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 03 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan paltarlar götürülmüşdür. Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyərkən, ona qarşı seksual hərəkətlər edərkən əynində olan 01 ədəd alt paltarı, 01ədəd alt şalvarı, 01ədəd şalvar, 01ədəd sarə rəngli nazik köynək, 01ədəd göy rəngli qalın köynəyi təqdim etmiş və həmin paltarlar götürülmüşdür. ( i.v. 22-26) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şübhəli və ya təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında” 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 25 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı evə-Hil kəndinə getməli olduqlarını bildirmiş və həmin ünvana getmişlər. Zərərçəkmiş şəxs yaşadığı evin birinci mərtəbəsindəki sol tərəfdəki otağa daxil olmuşdur, orada pəncərədən yapışqan lenti götürdüyü yeri, daha sonra isə Zərərçəkmiş şəxs döyərək onunla cinsi əlaqədə olduğu yeri göstərmişdir.( i.v. 135-140) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 04 fevral 2024-cü il tarixli, 45 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-hər iki göz orbiti ətrafının, alnın sağ tərəfinin qançırları; hər iki gözün ağlı qişalarının qansızmaları; sağ əlinin mil-bilək nahiyəsinin iki ədəd xətti sıyrıqları küt əşyanm(əşyalarm) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kəllə, yumruq, təpik zərbələri ilə, əllərini, ayaqlarını, ağzını yapışqan lentlə(skoçla) bağlama nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs arxa keçəcəyin girəcəyində aşkar olunmuş xəsarət- boylama istiqamətli cırılmış yara, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə uzunsov formalı küt əşyanın, o cümlədən ereksiya vəziyyətində olan(gərginləşmiş) kişi xarici cinsiyyət üzvünün arxa keçəcəyinə yeridilməsi nəticəsində yarana bilər.( i.v. 27) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02 mart 2024-cü il tarixli, 598 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır.( i.v. 145-148) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş lifli materialların mikrohissəciklərinə görə məhkəmə-kriminalistik ekspertizasının 19 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1062 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və bir ədəd mələfənin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd göy rəngli poliester lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş bir ədəd mələfənin üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur.( i.v. 150-156) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 03 may 2024-cü il tarixli, 122/2024-MTKŞ saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus alt şalvarının arxa səthinin yuxarı hissəsinin sol yarısında küt yaranma mexanimzminə malik və alt şalvarının müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 ədəd sökülmə zədəsi vardır. Bu zədənin müxtəlif şəraitlərdə, o cümlədən qərarda göstərilən şəraitdə, yəni qarşılıqlı mübarizə və ya dartışma nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Zərərçəkmiş şəxs məxsus bir ədəd pulover, iki ədəd köynək, bir ədəd şalvar və bir ədəd tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus iki ədəd alt şalvarı, bir ədəd şalvar, bir ədəd pulover, bir ədəd köynək və bir ədəd tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Heç bir elmi-metodiki əsaslar olmadığı üçün Zərərçəkmiş şəxs məxsus alt şalvarının üzərində olan zədənin əmələ gəlmə müddətləri barədə fikir söyləmək qeyri-mümkündür.( i.v. 167-172) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş komisyon məhkəmə-tibb ekspertizasının 26 aprel 2024- cü il tarixli, 161 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs vizual olaraq xarici cinsiyyət üzvü nahiyəsində cinsi əlaqəyə maneə olunacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir.( i.v. 173-176) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Qusar rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 29.318.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2014-cü il tarixdə Qusar rayon Məhkəməsi tərəfindən həmin Məcəllənin 185.1, 67.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə və 200 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Qusar rayon Məhkəməsi tərəfindən həmin Məcəllənin 128, 67.1, 68.2-ci maddələri ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə və 200 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını tam ödəmiş, cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra Qusar rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə həmin Məcəllənin 157.1, 128, 66.2, 69.3-cü maddələri ilə 03 ay 12 gün müddətinə 20 faiz islah işləri cəzasına məhkum edilmiş, həmin Məhkəmə tərəfindən xx.xx.2018-ci il tarixdə həmin Məcəllənin 180.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məhkəmə tərəfindən xx.xx.2018-ci il tarixdə həmin Məcəllənin 177.2.3, 69.3, 66.5-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qüvvədə olan Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunurlar. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir.( i.v. 120- 123) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Qusar RİHB-nın Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmuş, ictimai qayda-qanunlara riayət etməmiş, ictimaiyyətlə normal münasibətdə olmamış, spirtli içkiyə meyilli olduğuna görı bəzən ictimai qayda-qanunlarını pozmuş, barəsində Qusar RİHB-nın Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə bir neçə dəfə şikayət xarakterli müraciət daxil olmuşdır. ( cild 1, iş vərəqə 133) Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə seksual xarakterli hərəkətlər etməməsi barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, 08 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Qusar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd pulover, iki ədəd köynək, bir ədəd şalvar və bir ədəd tuman, Təqsirləndirilən şəxs məxsus iki ədəd alt şalvarı, bir ədəd şalvar, bir ədəd pulover, bir ədəd köynək və bir ədəd tuman, bir ədəd Zərərçəkmiş şəxs yaşadığı ünvandan götürülmüş mələfə, eləcə də bir ədəd yapışqan lent (skoç) məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 fevral 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Qusar RPŞnin maddi sübutlar otağına təhvil verilmiş, Zərərçəkmiş şəxs məxsus bir ədəd pulover, iki ədəd köynək, bir ədəd şalvar və bir ədəd tuman, Təqsirləndirilən şəxs məxsus iki ədəd alt şalvarı, bir ədəd şalvar, bir ədəd pulover, bir ədəd köynək və bir ədəd tuman, bir ədəd Makism Məmmədrzayevin yaşadığı ünvandan götürülmüş mələfə, eləcə də bir ədəd yapışqan lent (skoç) məhv edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-633/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-633/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver