Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-634/2024 30.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Novruz oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşamış, xx.xx.2024-cü il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, külli miqdarda, satış məqsədi olmadan 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 9.971 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 19 fevral 2024-cü il tarixdə, saat 20:15 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı Sumqayıt şəhəri. 9-cu mikrorayon ərazisində yerləşən 23A/8 saylı binanın qarşısında saxlanılmaqla Sumqayıt ŞPİ-və aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 9,971 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əynindəki mavi rəngli cins şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, 19 fevral tarixində evdə yatdığı zaman evdəkilər onu oyadaraq onun avtomobilinə kiminsə toxunduğunu və onu çağırdıqlarını bildirmişlər. O isə yuxudan oyanmadan “eybi yoxdur, getsin” demişdir. Üstündən bir müddət keçdikdən sonra ona evdəkilər “kimdirsə getmir və səni gözləyir” demişlər. Ona aşağı düşüb və avtomobilinə nə olduğuna baxmasını demişlər. O da yuxudan durmuşdur. Evdən köynəyini və paltosunu geyinib aşağı düşmüşdür. O həmin adama “avtomobilimə toxunmusan və eybi yoxdur sür get” demişdir. Həmin adam ona “bura bax gör əvvəldən bu zərbə var idi” demişdir. O da əyilib dediyi yerə baxmaq istəyəndə həmin adam onun qolunu burmuş və avtomobilə əyləşməsini söyləmişdir. O əvvəlcə onunla əlbəyaxa olmuşdur. O kömək üçün ətrafa səslənib kömək istəmişdir. Yeddi və ya səkkiz nəfər zorla onu avtomobilə əyləşdirmişlər. Ordanda onu polis şöbəsinə gətirmişlər. Qolunu arxadan qandallamışlar. Polis şöbəsində günahının nə olduğunu soruşmuşlar. Heç bir şey deməmişlər. Yeddi və ya səkkiz nəfər onu döymüşlər. Ona elektrik vermişlər. O buna baxmayaraq onlarla razılaşmayacağını bildirmişdir. Onda narkotik olub-olmamasını yoxlamadan onlarla razılaşmalı olduğunu bildirmişlər. O heç bir şeylə razılaşmayacağını bildirmişdir. Əməliyyatın rəisi avtomobili polis şöbəsinə qədər idarə edən polis əməkdaşını çağırmış və avtomobilin vəziyyətini soruşmuşdur. O avtomobilin cızıldığını və pis gündə olduğunu demişdir. Daha sonra əməliyyatın rəisi əgər “Təqsirləndirilən şəxs bizimlə razılaşmırsa polisə müqavimətə görə onun evdəki ailə üzvlərini zorla polis idarəsinə gətir” demişdir. O polis əməkdaşlarına evdə beş günlük körpə uşaq olduğunu bildirərək evə getməməsini söyləmişdir. Onlar isə razılaşmayacağı halda evə getməli olduqlarını bildirmişdir. O da bu şərtlə razılaşmışdır ki, onun evinə heç kim getməsin. Evində 80 yaşında nənəsi, anası, atası və bacısı yaşayır. Evdə həmçinin üç körpə uşaq vardır. O məcbur qalaraq nə dedilərsə razılaşacağını bildirmişdir. Ondan sonra onun qolundan və ayağından qandalı açmışlar. O susadığını bildirərək onlardan su istəmişdir. Ona “indi sənə nə etməli olduğunu başa salacağıq və dediklərimizi et” demişlər. Ondan sonra ailəsinin polisə müqavimət göstərmələrini bağışlayacaqlarını bildirmişlər. O da onlarla razılaşmışdır. Stolun üstünə bir stekan vişnə şirəsi qoymuşlar. Həmin şirəni rəisin onun üçün aldığını bildirmişlər. Onun üçün gələn stəkan dolu vəziyyətdə olmuşdur. Özləri üçün isə stekan boş halda gəlmiş və içəridə meyvə şirəsi ilə doldurmuşlar. O bundan şübhələrək içməyəcəyini bildirmişdir. Su istədiyini demişdir. Şahid1 ona “kişi kimi deyirəm bu stekan təmizdir və narahat olma iç” demişdir. O stəkana dil vuranda mevyə şirəsinin acı olduğunu görmüşdür. O, meyvə şirəsinin acı olduğunu Şahid1 bildirmişdir. O da meyvə şirəsini içməsə ona zorla içirdəcəyini bildirmişdir. O Şahid1 meyvə şirəsini öz xoşluğu ilə içməyəcəyini demişdir. Onu üçüncü mərtəbədə Ramin adlı oğlanın yanına aparmışlar. Onu döyəndə əynindəki palto cırılmışdır. Palto ilə çəkilişə salmamışlar. Paltosunu çıxarmış və arxa cibində 17-18 manat olan pulu əməliyyatçıya vermişdir. Üzərində olan əşyaları ayaqyolunda əməliyyatçı ondan götürmüşdür. Telefonunu sağ cibinə qoymasını bildirmişdir. Şalvarının ciblərinə həmişə avtomobilinin açarını qoyduğuna görə cibləri deşik-deşik olmuşdur. Telefondan başqa həmin ciblərə nəsə qoyanda həmin əşya düşürmüş. Ona narkotiki cibinə qoymasını, ondan narkotiki soruşanda cibindən çıxarmasını və parkdan tapdığını bildirməsini tapşırmışlar. O, narkotikə etiraz edərək “mənə nə desən qəbulumdur bircə narkotik vermə” demişdir. O, namaz qıldığını və üç uşaq atası olduğunu demişdir. Onlara narkotikin ona yapışmadığını, başqa bir şeylə razılaşmasını demişdir. Onlar bunun şifariş olduğunu, onların istəkləri ilə olmadığını, onlardan da bunu tələb etdiklərini bildirmişlər. Videoçəkiliş olmuşdur. Videoçəkilişdə cibindən çıxarmışlar. Dedikləri kimi parkdan tapdığını bildirmişdir. Çəkilişdə müstəntiq, dövlət tərəfindən ayrılmış müdafiəçi iştirak etmişdir. Ona izahata qol çəkməli olduğunu bildirmişlər. Həmin gün onunla razılaşan müstəntiq “Şamo narahat olma bu ittiham üç ildən o tərəfə deyildir” ifadəsini işlətmişdir. O, külli miqdar və ya az miqdarın nə olduğunu bilməmişdir. O, təcridxanaya girəndə ondan qramı soruşmuşlar və o da qramı onlara demişdir. Ona bunun minimum üç ildən başladığını bildirmişlər. 21-ci günü müstəntiq qol çəkdiməyə gələndə o, müstəntiqə onu aldatdığını bildirmişdir. Bu sözdən sonra onu yenidən ikinci mərtəbəyə qaldırmış və yenidən onu toka vermişlər. Onlara “məni güllələsəz də mən bu izahata qol çəkməyəcəyəm” demişdir. O, polislərə boş yerə döyülməklə gedib içərdə yatmayacağını bildirmişdir. Əməliyyatçıların rəisi əməliyyatçılara “gedib butulkanı gətirin və ondan sonra ağlı başına gələcək” sözünü demişdir. O sözü eşidəndən sonra donub qalmışdır. Əməliyyatçı ona “Şamo burdan sənin qaçış yolun yoxdur” demişdir. Ona görə məcbur qalaraq qol çəkmişdir. Daha sonra onu ekspertizaya aparmışlar. “Konstitusiyamızın 127-ci maddəsinə yazılıb ki, hakimlər sifarişlə qərar qəbul etmir və heç kim hakimin qərarına təsir göstərə bilməz.” O, sanksiya məhkəməsində bütün bunların hamısını demişdir. Dövlət tərəfindən təyin edilmiş vəkil də hər şeyi bildirmişdir. Döyüldüyünü və paltosunun cırıldığını bildirmişdir. Fevral ayının 19-da ev köynəyi ilə küçədə gəzmək mümkün deyildir. O, siqaret çəkən adam olsa da, cibindən yandıran belə çıxmamışdır. Bu polis şöbəsində olan formal işlərdir. Polislər ondan İrana nə vaxt getdiyini soruşmuşdur. O bir dəfə Məşhəd də olmuşdur. Ondan facebookda nə yazması soruşulmuşdur. O da facebookda Fələstində olan hadisələrlə bağlı paylaşımlar etdiyini bildirmişdir. Dövlətə və millətə qarşı heç bir paylaşımı olmamışdır. Onlara şifariş gəldiyini və nə səbəbə onu tutduqlarını bilmədiklərini bildirmişdir. Ən çox onu kürəyindən vurmuşlar. Onun ayağında da zədələr olmuşdur. Onun ayağını qandallayaraq üz üstünə yerə yıxmışlar. Əməliyyat rəisinin otağında bunu etmişlər. Ona əl qaldıran Şahid1 və Ramin olmuşdur. Ekspert ona gözünün altındakı xəsarətə baxmışdır. Ekspertizada bədəninə baxılmamışlar. Təcridxanaya daxil olanda ayağındakı xəsarəti qeydə almışlar. Ayın 22-si Təcridxanaya gəlmişdir. İbtidai istintaq zamanı yazılmış ifadəsini qəbul etmir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsilə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, həmin ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 aydır psixotrop maddə metamfetamin istifadə edir. Metamfetamini siqaretə doldurub çəkir. 2 gün əvvəl, yəni 17 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Aygün" mərasim evinin yaxınlığından keçən zaman yerdə 1 ədəd selofan büküm görmüş və həmin bükülü diqqətini cəlb etdiyindən götürərək içərisinə baxan zaman içərisindəki şəffaf selofaııda metamfelamiıı olduğunu görmüşdür. Həmin metamfetamin bükümünü götürüb üzərində saxlamışdır ki. istəyəndə qəbul edər. Həmin metamfetamindən gün ərzində özünə qəbul etmiş, metamfetamini əynində olan mavi rəngli cins şalvarının sol yan cibinə qoyub saxlamışdır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 20:15 radələrində yaşadığı binanın həyətində olan zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin polis işçiləri olduqlarını bildirərək onu narkotik vasitələrin qanusuz qəbul etmədə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər və üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər, o da etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişdir. İdarədə xidməti otaqlarının birində hansı səbəbdən saxlanılması bildirilməklə yanaşı ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün təqdim olunmuş siyahıdan Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X9 oğlunu seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. O. da əynində olan mavi rəngi cins şalvarının sol yan cibində saxladığı 1 ədəd selofan bükümü çıxarıb təqdim edərək içərisində “şüşə”, yəni metamfetamin olduğunu bildirmişdir. Həmin selofan bükümün içərisinə baxılanda içərisində olan şəffaf selofaııda metamfetamin aşkar olunmuşdur. Verilən suallara cavab olaraq təqdim etdiyi həmin selofan bükümdə olan maddənin “şüşə" olduğunu, 1-2 gün əvvəl Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Aygün” mərasim evinin yaxınlığında yerdən tapdığını, özünə qəbul etmək məqsədilə üzərində gəzdirdiyini, təxminən 1-2 aydır ki, həmin maddələrdən siqaretə qarışdırmaqla qəbul etdiyini bildirmişdir. Bundan sonra əynində olan cins şalvarının sağ yan cibindən 1 ədəd özünə məxsus “Samsung" markalı mobil telefonunu təqdim etmişdir. Sonra üzərində keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər bir predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə olan metamfetamin elektron tərəziyə qoyularaq çəkilmiş, olduğu sellofanla birlikdə çəkisi 11.69 qram olmuş, həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Üzərindən aşkar olunmuş 077(099)-313-99-10 saylı nömrələri olan “Samsung” markalı mobil telefonu müstəntiq tərəfindən götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar olunaraq götürülmüş metamfetamin özünə məxsusdur, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Heç kimə psitxotrop maddə verməmiş və satmamış, satışı ilə heç vaxtı məşğul olmamış, özü qəbul etmişdir. Polis işçiləri onu saxlayan və idarəyə gətirən zaman üzərinə şəxsi axtarış keçirilməmişdir, sadəcə sorğu-sual olunmuşdur. Üzərinə ilk dəfə şəxsi axtarış Sumqayıt ŞPİ-də ona təqdim olunmuş vəkil Fərhad Əliyevin iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamış, heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-cü il tarixdə özünə məxsus avtomobili yuyan zaman öz ehtiyatsızlığından sol ayağının üst hissəsi yuyucu aparatın borusuna dəymişdir. Bununla bağlı heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla Təqsirləndirilən şəxs təqsiri sübuta yetirildi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə müvafiq əmrlə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək yaşadığı Sumqayıt şəhəri. 9-cu mikrorayon ərazisində yerləşən 23A/8 saylı binanın ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 19 fevral 2024-cü il tarixdə, təxminən saat 20:15 radələrində Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında olduğunu görüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşı olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə insanların intensivliyini, hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışlar və bu məqsədlə sonuncunu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində kriminalist Elnur Qocayevin video görüntüyə alması və müdafiəçi Fərhad Əliyevin iştirakı ilə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü əynində olan mavi rəngli cins şalvarının sol yan cibindən bir ədəd ağ rəngli sellofan bükülünü çıxararaq təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində şəffaf sellofan bükülüdə ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “şüşə” olduğunu, təxminən 17-18 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Aygün“ mərasim evinin yaxınlığında yerdən tapdığını, qəbul etmək məqsədi ilə üzərində gəzdirdiyini, təxminən 1-2 aydır həmin maddələrdən siqaretə qarışdıraraq istifadə etdiyini, ayağında olan qızartının isə 18 fevral 2024-cü il tarixdə avtomobilini yuyan zaman zədələnməsi zamanı yarandığını bildirmişdir. Bundan sonra Şamo Əsgəgov əynində olan şalvarının sağ yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu da çıxararaq təqdim etmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, sonuncunun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyularaq çəkisi müəyyən olunmuş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. Şəxsi axtarış aparılması haqqında protokol tərtib olunaraq ucadan oxunmuş, həmin protokolu imzalarla təsdiq etmişlər. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs yaşadığı binanın həyətində saxlanılaraq polis idarəsinə gətirilmiş, polis idarəsinə gəitirilən zaman, eləcədə idarədə Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixoloji təsirlər göstərilməmiş, vəkilin iştirakı ilə videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış aparılmamışdan əvvəl heç bir axtarış aparılmamış və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş. Təqsirləndirilən şəxs da həmin maddənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq və azadlıqdan qalmaq üçün məhkəmədə polis əməkdaşları tərəfindən fiziki təsirlərə məruz qaldığını və üzərindən aşkar olunaraq götürülmüş metamfetaminin özünə məxsus olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslər Şahid2 və Şahid3 işin halları ilə bağlı Şahid1lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş,ünvan 1-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 23A, mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadəsi, satışı və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş,ünvan 1-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 23A, mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş,ünvan 1-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 23A, mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yaşadığı 9-cu mikrorayon 23A saylı binanın qarşısında saat 20:15 radələrində saxlanılaraq, Sumqayıt ŞPİ-nə gətirilən zaman üzərində narkotik vasitə olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş 01 ədəd videogörüntülərin əks olunduğun diskdən müəyyən olur ki, müstəntiq Mustafa Mustafazadə özünü təqdim edərək şəxsi axtarış aparılmasına başlanıldığını deyərək iştirakçılara özlərini təqdim etmələrini bildirir, polis əməkdaşları özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1, CAŞ-ın kiçik inspektorları Şahid2, Ruslan Əliyev və vətəndaş Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Sonra müstəntiq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 23A/8 saylı binanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini, şübhəli şəxs qismində tutulduğunu bildirir və Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X5 Təqsirləndirilən şəxs təqdim edir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunur, sonuncu özü əynində olan mavi rəngli cins şalvarının sol yan cibindən bir ədəd ağ rəngli sellofan bükülünü çıxararaq təqdim edir. Həmin bükülü açıldıqda içərisində şəffaf sellofan bükülüdə ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin "şüşə” olduğunu, təxminən 17-18 fevral 2024cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Aygün” mərasim evinin yaxınlığında yerdən tapdığını, qəbul etmək məqsədi ilə üzərində gəzdirdiyini, təxminən 1-2 aydır həmin maddələrdən siqaretə qarışdıraraq istifadə etdiyini, ayağında olan qızartının isə 18 fevral 2024-cü il tarixdə avtomobilini yuyan zaman zədələnməsi zamanı yarandığını bildirir. Bundan sonra Şamo Əsəgov əynində olan şalvarının bağ yan cibindən özünə məxsus "Samsung" markalı mobil telefonu da çıxararaq təqdim edir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, onun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisinin 11.69 qram olması müəyyən edilir. Həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq möhürlənir, zərfin üzərində qeydlər aparılaraq imzalanır. Sonda isə çəkiliş dayandırılır. xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, Müdafiəçi Novruz oğlunun təqdim etdiyi 1 ədəd DVD diskə daxil olaraq içərisindəki “WhatsApp Video 2024-05-07 at 12.23.27" kimi qeyd olunmuş videogörüntüyə baxış zamanı “Hyundai” markalı, dövlət qeydiyyat nişanı tam görünməyən avtomobilin ətrafında bir neçə nəfər şəxsin olması, həmin şəxslərin avtomobili saxlamağa cəhd göstərmələri müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin videogörüntüdəki ərazi yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 23A/8 saylı binanın qarşı tərəfidir, həmin avtomobillə polis əməkdaşları onu Sumqayıt şəhər polis idarəsinə gətirmişlər. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli. 3-16-16/2-6/1008 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 124" dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə; “imza" Təqsirləndirilən şəxs” və digər yazılar, ad. soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 9,971 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2722 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 292 saylı rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ gözaltı nahiyyənin qançırı xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir,müddəti 2-3 gün əvvələ yəni xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X10 oğlu, xx.xx.2021-ci il təvəllüdlü Əsgərov İkram Şamo oğlu və xx.xx.2024-cü il təvəllüdlü X11 oğlu adlı üç azyaşlı övladları vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(060)-34/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Novruz oğlunun Təqsirləndirilən şəxs mənzilinin qarşısından Sumqayıt ŞPİ-və aparılan zaman yerində döyülməsi, fakt üzrə araşdırılan cinayət işi üzrə Pİ-nin inzibati binasında izahat və ifadələr alınan zaman polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması, qanun pozmaqla əldə olunmuş sübutların araşdırılmasının, dərhal həbsdən azad olunması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasının video diskinin və məhkəmə iclas katibi Aslan müəllimin mobil telefonu ilə çəkilən video çəkilişin tələb olunaraq araşdırılmasını və işə əlavə olunması barədə verdiyi şikayət rədd edilmişdir. 30 aprel 2024-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularkən polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasını bildirməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində toplanmış material üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri Azər Əsgərov tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.1 -ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli Sumqayıt Şəhər Polis İdarəsinə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş,ünvan 1-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 23A, mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı psixi təsirə məruz qaldığını bildirsədə bu hal cinayət işinin materiallarında olan heç bir sübutla öz təsdiqini tapmır, yaxud bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd etdiyi halları onun müdafiə taktikasından irəli gələn hərəkətlər olması kimi qiymətləndirir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarət ibtidai istintaq zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən araşdırılaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul olunmuş, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs döyülməsi və qanunsuz həbs edilməsi barədə müdafiəçisinin şikayətinin rədd edilməsi barədə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qəbul edilmişdir. Həmçinin məhkəmə müdafiə tərəfinin vəsatətində göstərdiyi ilkin etiraf ifadəsi və ifadəsinin Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun əldə edildiyini nəzərə alaraq həmin sübutların sübut siyahısında çıxarılmasının heç bir əsas olmadığını qeyd edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək sonuncunun məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu xx.xx.2024 – cü il tarixli ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı (CM-nin 59.1.4) uşaqlarının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halı nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 89 (səksən doqquz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs götürülərək maddi sübut kimi tanınıb, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.921 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. O, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 89 (səksən doqquz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs götürülərək maddi sübut kimi tanınıb, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.921 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-634/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-634/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver