Məhkəmə qərarları › İş №1(124)-635/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-635/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-635/2024 22.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, işləməyən, ünvan 1 prospekti 6 inzibati bina ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına» daxil olan bir bükümdə 9,273 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 10 ədəd 0,4 qram çəkidə metadon həblərini 260 manat müqabilində əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Masazır qəsəbəsində daşımış, 03 fevral 2024-cü il tarixdə saat 10 radələrində Abşeron RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən o, Abşeron rayonu, Masazır qəsəbəsində şübhəli bilinərək saxlanılıb Abşeron RPİ-yə gətirilmiş və idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə 9,273 qram narkotik vasitə heroin və 10 ədəd 0,4 qram metadon həbləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, yaşadığı məhəllədə qonşu məhəllədən olan Yusif adlı oğlanla bir yerdə dayanmışdır. Usta olduğunu və Masazır qəsəbəsindən gedib laqonda daşı götürməli olduğunu bildirmişdir. Tanışı Vüsal ona “mən səni aparıb gətirərəm, şəhərə gedək, oradan isə Masazıra dönərik” demişdir. Onlar şəhərə gedib qayıdanda Masazır qəsəbəsinə dönəndə dörd yolda post-patrul xidməti əməkdaşları dayanmışdırlar. Vüsal maşını post-patrul xidməti əməkdaşlarının maşınlarının qabağında saxlamış və əməkdaşlar maşından düşərək onları danışdırmağa başlamışdırlar. Daha sonra bir maşın onlara yaxınlaşmış post-patrul xidməti əməkdaşları maşından düşmüşdürlər. Post-patrul xidməti əməkdaşları Vüsalın oradan çıxıb getməsi üçün şərait yaratmışdırlar. O qonşusu Yusiflə orada qalmışdır. Daha sonra onları polis bölməsinə aparmış, polis bölməsində post-patrul xidməti əməkdaşı onları əməliyyatçıya təhvil verdikdə həmçinin narkotik vasitəni də verib “Bunlar Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşdur” demişdir. Hadisə 3 fevral tarixində deyil, 2 fevral tarixində gecə radələrində olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, o, narkotik vasitə heroin istifadə etmiş, heroindən başqa narkotik vasitə istifadə etməmişdir. Hadisə vaxtı onun üzərində az miqdarda narkotik vasitə heroin olmuşdur. Onu 2 fevral tarixində Masazır qəsəbəsində axşam radələrində saxlamışdırlar. Polis bölməsində ona qarşı psixi təzyiq etdikləri üçün hər şeyi məcbur qəbul etməli olmuşdur. Post-patrul xidməti əməkdaşı onu Əli adlı əməliyyatçıya təhvil vermişdir. Ona qarşı edilən təzyiqlərlə bağlı heç bir yerə məlumat verməmişdir. Əvvəllər məhkumluğu olmuş, hazırda ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Ona elan olunmuş ittihamın bu qədər ağır olacağını bilməmişdir. Onun üzərində heç bir xəsarət olmamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq göstərmişdir ki, hadisə vaxtı yanında soyadını bilmədiyi Yusif adlı qonşusu olmuş, Yusiflə birlikdə Aberon Rayon Polis İdarəsində olmuş və sonradan Yusifi sərbəst buraxmışdırlar. Saxlanılan zaman elə həmin yerdə üzərinə baxış keçirilmişdir. Hadisə vaxtı təxmini olaraq 7 nəfər post-patrul xidməti əməkdaşları olmuşdur. Sürücü Vüsala hadisə yerindən uzaqlaşması üçün şərait yaratmışdırlar. Saxlanılan zaman onun üzərindən 0.1 qram heroin olmuş, lakin Yusifin üzərindən heç bir şey tapılmamışdır. Əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq narkotik vasitələrdən təxmini olaraq 2 ilə yaxındır ki heroin istifadə etdiyini bildirmişdir. O, narkotik vasitələrin az miqdarda istifadəçisi olmuşdur. Metadonlar ona məxsus olmamış, barəsində həbs qətimkan tədbiri seçilən məhkəmə iclasında onu narkotik vasitələrin istifadəçisi kimi tutduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən bədənində olan ağrılara görə 3 ildir ki, mütəmadi olaraq qəbul edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Abşeron rayonu Masazır qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə olan heroini və 10 ədəd narkotik vasitə olan metadon həblərini 260 (iki yüz altımış) manata alaraq əynində olan şalvarın sağ yan cibində özü qəbul etmək üçün saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Q.Nəbi küçəsində olduğum zaman iki nəfər mülkü geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitəllərin əldə edib üzərində saxlamaqda şübhəli bilinərək, onlarla birlikdə Abşeron RPİ-nə gəlməyi təklif etmişlər. Etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-ə gəlmişlər, Pİ-də xidməti otaqların birində müdafiəçi ilə təmin edilməklə hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla qadağan edilmiş hər hansı əşya olub olmadığı, əgər varsa, təqdim etməyi təklif etdikdə, əynində olan şalvarın sağ yan cibində saxladığı narkotik vasitə olan heroini və 10 ədəd psixotrop maddə olan metadonu təqdim etmişdir. Həmin vaxt üzərində şəxsi axtarış davam etdirilmiş və digər əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərini imzası ilə təsdiqləmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı fiziki təzyiqə məruz qalmamışdır. Şahid Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən, bir nəfər şəxsin polis avtomobilini görüb özünü şübhəli aparıb həyacanlandığını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşaraq onun davranışlarından narkotik vasitə istifadəçisi olduğunu hiss etmiş və ona özünü təqdim etməsini bildirmişlər, adını tam deyə bilmədiyindən onlarla birlikdə Abşeron RPİ-ə gəlməyi dedikdə, o etiraz etməmiş, onu Abşeron RPİ-nə gətirmişlər. Abşeron RPİ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər və onun barəsində araşdırılma aparılması üçün raportla idarə rəhbərliyinə müraciət etmişdir. Xidməti otaqların birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçı polis mayoru İlyas Qurbanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifəlləri izah edilmiş, müdafiəçi ilə təmin edildikdən sonra ona narkotik vasitələri qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli olduğunu və ona görə də üzərinə şəxsi axtarış keçirləcəyi və əgər üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt o, əynində olan şalvarın sağ yan cibindən şəffaf sellofana bükülümüş bir ədəd bükümü təqdim etdi və bildirdi ki, həmin bükümün içərisində narkotik vasitə heroin və 10 ədəd narkotik tərkibli “Metadone 40” həbi vardır. Ondan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Təqdim etdiyi həmin büküm açılmış içərisində 10 ədəd həb və bir ədəd sellofan bükümdə qəhvəyi rəngli kütlə olması müəyyən edilmişdir. Həmin büküm götürülərək zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs həmin narkotik vasitəlləri xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində tanımadığı şəxsdən özü qəbul etmək üçün 260 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron rayon polis idarəsinin polis serjantı Şahid2 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs Masazır qəsəbəsində “Gənclər” şəhərciyinin arxasında gecə saatlarında şübhəli şəxs qismində saxlayaraq polis bölməsinə aparmış, polis idarəsində üzərinə baxış keçirilmişdir. Onlar təqsirləndirilən şəxsi polis idarəsinə sadəcə olaraq şübhəli şəxs qismində aparmış, Rafiqi dəqiq hansı saatda saxlamaqları yadında qalmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o da iştirak etmiş, axtarış zamanı Rafiqin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən hansı növ narkotik vasitə aşkar olunduğu tam yadında qalmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və necə əldə etdiyi haqda dediyi məlumat yadında qalmamışdır. Onlar hadisə zamanı 2 nəfər əməkdaş olmuşdurlar. Təqsirləndirilən şəxsi saxladıqları yer tez-tez oğurluq hadisəsi olan yer olmuş və Rafiqi sadəcə olaraq şübhəli şəxs qismində saxlamışdırlar. Təqsirləndirilən şəxsi oğurluqda şübhəli bildikləri üçün saxlamamış, sadəcə olaraq yaxınlaşaraq özlərini təqdim etdikdən sonra verdikləri suallara şübhəli olaraq cavab verdiyi üçün saxlayaraq Abşeron RPİ-ə aparmışdırlar. Şəxsi saxladıqları zaman 2 nəfər polis əməkdaşı və bir təqsirləndirilən şəxs olmuşdur. Onlar sadəcə olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlamış və idarəyə apardıqdan sonra üzərində narkotik vasitə aşkar olunduğu müəyyən olmuşdur. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün Abşeron RPİ-yə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 03 fevral 2024-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin və 1 ədəd konvalyutda 10 ədəd “F/M40” metadon həbləri aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitəlləri xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində tanımadığı şəxsdən 260 manata aldığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 fevral 2024-cü il tarixli, 3-16- 16/2-6/768 saylı rəyinə əsasən üzərində “(imza) Kəlbiyev.R” yazısı və imzalar olan zərfdəki 1 (bir) bükümdə təmiz çəkisi, 9,273 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “ Methadone 40” markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metodon tərkibli həblərdir və 10 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı, 0,4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2024-cü il tarixli, 2552 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 842 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma” haqqında 08 fevral 2024-cü il tarixli və “sübutların qiymətləndirilməsi haqqında” 08 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra 9,173 qram qalıq qalmış narkotik vasitə heroin və qalıq qalmış 8 ədəd narkotik vasitə metadon 40 həbləri iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağına verilmiş, “şəxsi axtarış və götürmə aparılması”nın görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti MKTİİTB-nin 4 saylı MTİİTS-dən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Kəlbiyev X3 şəhəri, “Quşçuluq” yaşayış massivi, Səttar Bəhlulzadə küçəsi, dalan-2 ünvanında qeydiyyatsız yaşamış və həmin ünvanda yaşadığı müddət ərzində onun barəsində 4 saylı MTİİTS-ə heç bir mənfi rəy daxil olmamışdır. Cinayət işinin materiallarında olan tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsindən alınmış sorğuya cavabdan görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı hökm Sumqayıt şəhər Probasiya Şöbəsinin qeydiyyatına daxil olmamışdır. Cinayət işi materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən və “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatmayan və xx.xx.2017-ci il təvəllüdlü X4 azyaşlıdır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə özünü təqsirsiz bilməsi, üzərində ittihamda qeyd olunan “Metadone 40” həblərinin olmaması, polis əməkdaşlarının hədə-qorxusu nəticəsində öz üzərinə götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 04 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi ifadə iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır, 1 bir yetkinlik yaşına çatmamış övladının olmasını məhkəmə Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 9,173 qram olan narkotik vasitə heroin və 01 ədəd konvalyutdan qalıq qalmış 8 ədəd narkotik vasitə metadon həbləri məhv edilməli, 01 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 1 il 2 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 03 fevral 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 9,173 qram olan narkotik vasitə heroin və 01 ədəd konvalyutdan qalıq qalmış 8 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin. 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar