Məhkəmə qərarları › İş №1(124)-636/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-636/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-636/2024 28.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Nizami oğlunun sədrliyi, X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkilləri X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən tramadol hidroxlorid tərkibli həbləri əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan “Bəhzat” adlı iran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən tramadol hidroxlorid tərkibli həbləri qoyulduğu yerdən götürüb ona göndəriləcək məkana qoyması və bunun müqabilində istifadə etməsi üçün ona narkotik vasitə verilməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 24 oktyabr 2023-cü il tarixdə “Bəhzat” adlı şəxsin bir qrup şəxs halında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Vedi” restoranının yaxınlığında istifadə olunmayan binaya qoyduğu bir ədəd qara rəngli polietilen bağlamadakı 1900 qram çəkidə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na daxil olan, üzərində “Namadol-225 mg” göstəriciləri olan 20 ədəd blisterdə, hər blisterdə 10 ədəd olmaqla, təsir maddəsinin ümumi miqdarı 45 qram təşkil edən ümumilikdə 200 ədəd külli miqdarda qırmızı rəngli dairəvi formalı tramadol hidroxlorid tərkibli həbləri götürüb satış məqsədilə qanunsuz əldə edərək üzərində saxlamış və həmin gün saat 15:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin binadan çıxıb gedərkən yaxınlıqda yerləşən “Vedi” adlı restoranın qarşısında saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilib, orada həmin gün saat 17:00-dan saat 17:14ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əlində saxladığı bir ədəd qara rəngli sellofan torbada olan bir ədəd üzəri yapışqan lentlə bağlanmış bağlamada 1900 qram çəkidə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində “Namadol-225 mg” göstəriciləri olan 20 ədəd blisterdə, hər blisterdə 10 ədəd olmaqla, təsir maddəsinin ümumi miqdarı 45 qram təşkil edən ümumilikdə 200 ədəd külli miqdarda qırmızı rəngli dairəvi formalı güclü təsir edən tramadol hidroxlorid tərkibli həblər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, o, şəxsə pulu atmış, onun arxasınca getmiş, amma ora daxil olmamışdır. Cibində heç bir şey olmadan onu tutmuşlar. Çəkilişə qədər sellofanın içərisində nə olduğunu bilməmişdir. Onun iki qramın arxasınca getməsinin yazılı sübutu da vardır. Onların dediyi kimi çıxmamışdır. Onun olduğu yerdə tutmuşlar. Öz istifadəsi üçün götürmüşdür. Üstündən bir neçə saat keçəndən sonra müdafiəçi gəlmişdir. Onlar orda oturub müdafiəçinin gəlməsini gözləmişlər. Vəkil gələnə qədər onlar onu gipnoz etmişlər. Ona yaxınlaşan şəxsin adı Emin olmuşdur. Ona “necə olubsa elə də denən” demişdir. O da çəkilişdə onların dediyini demişdir. O orada qorxduğuna görə onların dediklərini demişdir. O, sanksiya məhkəməsində bunların ona məxsus olmadığını və iki kilo narkotikin deyil iki qram narkotikin arxasınca getdiyini demişdir. O daha sonra aclıq aksiyası keçirmişdir. Elvin adlı şəxs onu bu fikrindən çəkindirmişdir. Elvin adlı şəxs müstəntiqin onun işinə düzgün formada baxacağını bildirmişdir. Müstəntiq isə düzgün formada baxmamışdır. Daha sonra ona ittiham aktı göndərmişlər. O, telefonun kodunu açmış və telefonu təqdim etmişdir. İkinci müstəntiq gələndə ona “sənin telefonun format olunubdur” demişdir. O, məhkəmədən onun işinə düzgün və ədalətli formada qərar verməsini xahiş etmişdir. O saxlanılana qədər narkotikin heroin növündən istifadə etmişdir. O üç gündən bir istifadə etmişdir. Hardasa bir qram və ya bir qram yarım istifadə etmişdir. O, usta, yəni motoristdir. Ailəli deyil. Anası rəhmətə gedənə qədər işləyib onun müalicəsini ödəmişdir. O, işlədiyi ərazidə yaşamışdır. Günə 100-150 manat qazanmışdır. Narkotikin qramını 30 manata almışdır. Yeməkdən çox narkotikdən istifadə etmişdir. Qarajda qalmağının səbəbi aylığı ucuz olması olmuşdur. Əvvəllər məhkumluğu olmamışdır. O, konum çatana qədər tutulacağını düşünmüşdür. Başına bir şey gələcəyini düşündüyü üçün qayıtmış və qayıdan zaman tutlmuşdur. O, yarımtikiliyə öz motosikleti ilə getmiş və həmin ünvana onun sifarişi olmuşdur. Motosikletə minib qayıdanda tutulmuşdur. Anasının dəfn xərclərinə görə cibində həmin vaxtı taksiyə minmək üçün pulu olmamışdır. İranlı 10 gün onu yola vermişdir. Narkotikin pulunu vermişdir. O, İranlı ilə bir dəfə danışmış və 2 qramın müqabilində 50 manat pul göndərmişdir. Qalan narkotikin pulunu vermək istəməmişdir. İranlı kimi tanıdığı adam iranlı olmamışdır. Konumdan narkotikin harada olduğunu bilmiş və narkotiki şəkildən görmüşdür. Onu əlləri qandallı avtomobilə əyləşdirmişlər. Bölmənin içərisinə girəndə əllərini arxadan qandallamışlar. Heroin onun olmuşdur. İki qramdan əlavə konuma heroin də atacaqmış. Ona razılaşmışdır. Marixuana və dərmanlardan xəbəri olmamışdır. Bölmədə açılan zaman marixuana olduğunu görmüşdür. Daha sonra bağlamanı qablaşdırmışlar. Onu döyməmişlər. Vəziyyəti yaxşı olmadığı üçün təkcə imza çəkib çıxıb getmək istəmişdir. O, etiraf etdiyi ifadəni qəbul etməmiş və onun adından yazılan ifadə olduğunu, özünün sadəcə imza çəkdiyini bildirmişdir. O, ifadəsini oxumuş və “imzamla təsdiq edirəm” sözünü müstəntiqin təklifinə əsasən yazmışdır. Bakı İstintaq Təcridxanasında bu işə düzgün formada baxılmasından ötrü özünü kəsmişdir. Onun yanına gələn müstəntiqlə danışmış və müstəntiq ona onun işinə düzgün formada baxacağını bildirmişdir. Ondan sonra öz ifadəsini vermişdir. Müstəntiq ona onun yaxşılığı üçün belə yazdığını demişdir. O da bu sözdən sonra imzasını çəkmişdir. Müstəntiqin tərtib etdiyi itiham aktına baxmış düzgün yazmadığını görmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyinə görə ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən iki ay olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri əsasən sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı tanımadığı şəxslərdən almışdır. Buna görə də son vaxtlar “Behzat” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxslə münasibəti yaranmışdır. Behzat adlı şəxs əvvəllər ona narkotik vasitələrin satışında ona köməklik göstərməyi təklif etsə də, sonuncunun təklifini qəbul etməmişdir. Bir neçə gün əvvəl “Behzat”a ona narkotik vasitə satması üçün 50 manat pul yollamış, lakin sonuncu onu aldadaraq narkotik vasitə verməmişdir. Buna görə də sonuncuya yalandan narkotik vasitələrin satışında ona köməklik etmək istədiyini bildirmişdir. 24 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Behzat ondan Xırdalan şəhəri ərazisinə narkotik vasitə qoyduracağını və onu götürüb deyilən ünvana çatdırmasını xahiş etmişdir. O, razılaşsa da fikirləşmişdir ki, narkotik vasitəni əldə etdikdən sonra Behzatla əlaqəni kəssin. Bu məqsədlə Behzatın ona yolladığı lokasiya əsasında həmin gün saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “Vedi” adlanan restoranın yaxınlığındakı istifadə olunmayan binaya gəlib orada olan qara rəngli sellofan torbanı götürərək oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxt üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron rayon polis idarəsini inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla Abşeron rayon polis idarəsinə gəlmişdir. Polis idarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. O, heç bir etirazı olmadığını bildirdikdən sonra əvvəlcə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq əlində olan qara rəngli sellofan torbanı masanın üzərinə qoyaraq üzərində heçnə olmadığını, lakin torbada narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən bir ədəd içərisində ***-***-**-** mobil nömrəsi olan “Casper” markalı mobil telefon, sağ yan cibindən şəxsiyyət vəsiqəsi və özünə məxsus bank kartı və bir ədəd içərisində siqaret dənələri olan siqaret qutusu, arxa sol cibindən isə bir ədəd salfetka çıxmışdır. Bundan başqa şəxsi axtarış zamanı üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra masanın üzərinə qoyduğu sellofan torbaya baxış keçirildikdə içərisindən 200 ədəd üzərində Namadol yazısı olan həblər və bir ədəd qara rəngli sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümə baxış keçirildikdə içərisində qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkildikdə 1930 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra həblər və sellofan bükümdəki marixuana içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Üzəri o, vəkili və təhqiqatçı tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş şəxsiyyət vəsiqəsi, mobil telefonu və bank kartı ona izah verildikdən sonra götürülmüşdür. Bildirir ki, həmin psixotrop maddə və narkotik vasitələri 24 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığım “Bəhzat” adlı şəxsin qoyduğu yerdən götürüb onu aldatmaq və özü istifadə etmək niyyətində olmuşdur. Üzərindən aşkar edilərək götürülmüş plastik bank kartı ona məxsusdur. Şəxsi ehtiyacları üçün istifadə edirdi. Həmin plastik kartdan narkotik vasitələrin alqı-satqısı zamanı istifadə etməmişdir. Həmçinin o, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis idarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 4a, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində saxlaması, gəzdirməsi və qanunsuz satışı ilə məşğul olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 24 oktyabr 2023-cü il tarixdə saat 15:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Vedi» restoranının qarşısında keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ona şübhəli şəxs qismində tutulması barədə məlumat verilmiş və üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, da əlində olan qara rəngli sellofan torbanı masanın üzərinə qoyaraq üzərində heç nə olmadığını, lakin torbada narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən bir ədəd “Casper” markalı mobil telefon, sağ yan cibindən şəxsiyyət vəsiqəsi və özünə məxsus bank kartı və bir ədəd içərisində siqaret dənələri olan siqaret qutusu, arxa sol cibindən isə bir ədəd salfetka çıxmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan torbaya baxış keçirildikdə içərisindən 200 ədəd üzərində “Namadol 225 mg” yazısı olan həblər və bir ədəd qara rəngli sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümə baxış keçirildikdə içərisində qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkildikdə 1930 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra həblər və sellofan bükümdəki marixuana içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə sorğu sual zamanı o, həmin həbləri və narkotik vasitəni 24 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Bəhzat” adlı şəxsdən aldığını göstərmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclası zamanı elan olunmaqla araşdırılmış Şahid3 Şahid1la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1991ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə alınmış məlumat əsasında Təqsirləndirilən şəxs saat 15:40-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Vedi” restoranının qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, 24 oktyabr 2023-cü il tarixdə saat 17:00-dən saat 17:14-radələrindək olan müddət ərzində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi keçirilmişdir. Həmçinin diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 24 oktyabr 2023-cü il tarixdə saat 15:40 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Əhmədov X7 rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Vedi” restoranının yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Həmçinin şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur və bu zaman o, da əlində olan qara rəngli sellofan torbanı masanın üzərinə qoyaraq üzərində heçnə olmadığını, lakin torbada narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən bir ədəd “Casper” markalı mobil telefon, sağ yan cibindən şəxsiyyət vəsiqəsi və özünə məxsus bank kartı və bir ədəd içərisində siqaret dənələri olan siqaret qutusu, arxa sol cibindən isə bir ədəd salfetka çıxmışdır. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu sellofan torbaya baxış keçirildikdə içərisindən bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlama və 20 ədəd üzərində “Namadol 225 mg” yazısı olan blister, hər blisterdə 10 ədəd olmaqla ümumilikdə 200 ədəd həblər aşkar edilmişdir. Həmin sellofan bükümə baxış keçirildikdə içərisində qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş və elektron tərəzi vasitəsi ilə çəkildikdə 1930 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra həblər və sellofan bükümdəki marixuana içərisi boş olan ağ rəngli zərfə qoularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə sorğu sual zamanı o, həmin həbləri və narkotik vasitəni 24 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Bəhzat” adlı şəxsin qoyduğu yerdən götürdüyünü və Bəhzat adlı şəxsin deyəcəyi növbəti yerə qoymaq istədiyini göstərmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1487 nömrəli rəyindən görünür ki, rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....şübhəli şəxs Təqsirləndirilən şəxs....» yazıları və imzalar olan qara rəngli poletilen bağlamadakı 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi - 1900 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5707 nömrəli rəyi rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «....şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..» sözləri olan bağlamadakı 20 ədəd üzərində «Namadol - 225 mg» göstəriciləri olan blisterdə (1 ədəd blisterdə 10 ədəd həb olmaqla) cəmi 200 ədəd qırmızı rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi tramadoldur və həmin həblərin tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 45 qram təşkil edir. «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2024-cü il tarixli «508» №li rəyindən görünür ki, cinayət işi materiallarından və hal hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli «8094» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əlində saxladığı qara rəngli polietilen torbanın içərisindən marixuanaya bənzər kütlə və taramadol həbləri aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə və həblər materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitə və həblərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək narkotiklərin ona məxsus olmadığını bildirmişdir. Lakin təqsirləndirilən Təqsirləndirilən şəxs özünündə verdiyi ifadəsindən müəyyən olunur ki, o İran vətəndaşı ilə əlaqəyə girmiş ondan müəyyən miqdarda narkotik vasitə istəmiş və istədiyindən əlavədə narkotik olacağını bilmişdir. Həmçinin təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi kimi tutulduğu əraziyə də narkotik üçün getmişdir. Lakin gedib həmin narkotikləri götürmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əsas mübahisələndirdiyi hissə həmin narkotik vasitələri götürməməsi və orada aşkar olunan miqdarda nakotik vasitə olacağından xəbərsiz olmasıdır. Bu hissədə məhkəmə qeyd edri ki, ibtidai istintaq orqanının əldə etdiyi sübutların şübhə altına alınması onların etbarlılığının mübahisələndirilməsinə dair heç bir hal müəyyən olunmamışıdır. Əksinə təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində ilk dəfə vəkilin iştirakı ilə xx.xx.2023-cü il tarixdə izahat verərkən İran vətəndaşından narkotik vasitəni onun bildirdiyi yerlərə qoymaq üçün götürdüyünü bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində ifadə verərkən yenədə izahatına uyğun ifadə vermişdir. xx.xx.2023-cü il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı bildirdiyindən belə anlaşılır ki, o artıq şəxsi axtarış və götürmənin aparıldığı vaxt günahsız olaraq əldə etmədiyi narkotiklərə görə təqsirləndirildiyini anlamışdır. Buna baxmayaraq şəxsi axtarış və baxış keçirilməsinə dair videodan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olduğunu və hansı şəkildə həmin narkotik vasitəni əldə etdiyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində müdafiə hüququ təmin olunmaqla ifadə verərkən bu dəfədə izahatına və şübhəli şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs qeyd olunan məsələləri ard-arda imzalamaqla, ifadəsinin sonuna oxudum sözlərimlə düzgün yazılıb deyə qeydlər qoymaqla ifadələrini təsdiq etmişdir. Halbuki günahsız olduğunu bildiyi halda sözü gedən ifadələrinə məhkəmə istintaqı zamanı bildirdiyi kimi ifadə edə bilərdi . Çünki təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zor və psixi təsirə məruz qalmadığını məhkəmə istintaqı zamanı bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs bütün qeyd olunanlara dair fikrini polis əməkdaşları tərəfindən aldadılması ilə izah etmişdir. Lakin iş materiallarında olan məhkəmə psixiatrik ekspertizanın rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs anlaqlı olmaqla öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək imkanına malik olan bir şəxsdir. Ağır cinayət törətməkdə ittiham olunan şəxsin bütün qeyd olunan istintaq hərəkətləri müddətində polis tərəfindən aldadılması fikri ağlabatan deyildir. Ona görə də məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi halları onun müdafiə taktikasından irəli gələn hərəkətləri kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyrisəmimi verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu xx.xx.2023-cü il tarixli ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı vermiş olduğu 26.10.23-cü il tarixli ifadəsi, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər - beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrindən başqa həmin məcəllənin 240.2.1 və 240.3.2-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə verilmiş ittiham xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3-cü maddəsində göstərilmişdir ki, həmin məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə şəxsin əməli AR CM-in 240.3.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Qeyd olunan maddənin tələbindən belə müəyyən olunur ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə məsuliyyətə səbəb olan əməli, onun əməlində qabaqcadan əlbir olan bir qrup şəxs olduqda belə həmin məcəllənin 240.3.2-ci maddəsi ilə əhatə olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı verilmiş itthamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi xaric olunmalı və ona qarşı verilmiş güclü təsir edən maddənin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edilməsi ittihamı həmin məcəllənin 240.3.2-ci maddəsi ilə əhatə olunduğundan həmin maddə ilə əməli tövsif olunmaqla qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 240.3.2-ci maddəsində göstərilmişdir ki, güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə - dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrilə ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və həmin məcəllənin CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran (müəyyən olunmamışdır) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 159 (yüz əlli doqquz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən götürülürərək iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon polis idarəsinin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 198 ədəd tramadol həbləri, 1899,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd ədəd DVD formatlı disk cinayət işinin materialarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 159 (yüz əlli doqquz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən götürülürərək iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon polis idarəsinin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 198 ədəd tramadol həbləri, 1899,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd ədəd DVD formatlı disk cinayət işinin materialarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar