Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-637/2024 22.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X9, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 03 avqust 1990-cı il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsi, ev 9-da qeydiyyatda olmaqla ünvan 1-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu deyilən ərazidən şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq 900 manat pul müqabilində 01 ədəd bağlamada 97,166 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bağlamada 66,560 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd bağlamada 105 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd konvalyutada xeyli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən 20 ədəd metadon həbini əldə edib Abşeron rayonu Qobu qəsəbəsinə daşıyaraq, saxlamış, 25 yanvar 2024-cü il tarixdə saat 21:45 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsində Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilib, saat 22:55-dən 23:15-dək üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki qara rəngli üzərində “Osmanbəy” yazısı olan sellofan paketin içərisində saxladığı 01 ədəd şəffaf sellofan bağlamada 97,166 qram çəkidə külli miqdarda qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 01 ədəd şəffaf sellofan bağlamada 66,560 qram çəkidə külli miqdarda ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 01 ədəd qara rəngli polietilen bağlamada 105 qram çəkidə xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və 02 ədəd konvalyutada təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən xeyli miqdarda qəhvəyi rəngli dairəvi formalı 20 ədəd narkotik vasitə - metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “İnstagram” sosial şəbəkəsi vasitəsiylə “Əli” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, həmin şəxs ona narkotik vasitələr təşkil edə biləcəyini, həmin narkotik vasitələri onun söyləyəcəyi şəxsə verəcəyini bildirmişdir. O, “Əli” adlı şəxsin göndərdiyi ünvana gedərək narkotik vasitələri götürmüş və geri qayıdarkən polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb polis bölməsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, razılaşmaya əsasən bu işin müqabilində iranlı şəxs ona 900 AZN pul verməli imiş. İranlı şəxslə birinci dəfə idi ki, danışıb sövdələşirmişlər. Narkotik vasitələri götürüb evə qayıdan zaman yolda tutulmuşdur. Həmin narkotik vasitələrdən heç kimə verməmişdir. O, narkotik vasitə istifadəçisi deyil. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Ona heç kim fiziki və psixi təsir göstərməyib. O, Türkiyədə fəhlə işləyirmiş. Yanvar ayının 1-i Azərbaycana gəlmişdir. O, yanvar ayının ortalarında Əli adlı şəxslə danışmağa başlamışdır. Ona “Whatsapp” programı vasitəsiylə SMS gəlmişdir. Şəxs “İnstagram” səhifələri vasitəsiylə onları maraqlana biləcəyini söyləmiş, amma o, “İnstagram”dan maraqlanmamış, “Whatsapp” programı vasitəsiylə həmin şəxlə mesajlaşmış və görüntülü danışmışdır. Həmin şəxs Azərbaycan ləhcəsi ilə danışmışdır. O, iranlı şəxsin göndərdiyi ünvana gedərkən nə götürəcəyini bilmişdir. İranlı şəxs həmin ünvanda narkotik vasitə və dərmanlar olacağını demişdir. İranlı şəxs bir nəfər şəxsin narkotiki gəlib ondan götürəcəyini və karta ödəniş edəcəyini söyləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi, üzərində gəzdirməsi və satış ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əvvəlcədən zahiri xüsusiyyətləri onlara məlum olan Təqsirləndirilən şəxs Qobu qəsəbəsi, Qara Qarayev küçəsində yaxınlaşmış, özlərini təqdim edib, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və X19 dəvət etmişlər. Bölmədə təhqiqatçı və vəkilin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş, əlindəki qara paketdə metamfetamin, heroin, marixuana və metadon həbləri aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, şəxs üzərindən aşkar olunanları əvvəlcədən tanıdığı Əli adlı iranlı şəxsdən aldığını bildirmişdir. Şəxs barəsində daxil olan əməliyyat məlumatının məzmunu narkotik vasitələrin dövriyyəsi ilə bağlı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şəxs saxlanılan zaman onlara qarşı müqavimət göstərməmişdir. Şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq, təsir olunmamışdır. Şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Şəxs barəsində əvvəllər ona əməliyyat məlumatı daxil olmamışdır. Daxil olan məlumatla bağlı əməliyyat-qeydiyyat işi açılmamış, təxirəsalınmaz əməliyyat tədbiri keçirilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 25 yanvar 2024-cü il tarixdə Abşeron Rayon Polis İdarənin X19 ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Qobu qəsəbəsi ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə bölmənin əməliyyat müvəkkili Əvəz Bulutzadə raportla rəhbərliyə müraciət etmiş, bundan sonra onun da iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Əvəz Bulutzadə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsində əməliyyat mövqeyi seçib gözləmişlər. Həmin gün axşam saatlarında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, ona narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib onu Abşeron Rayon Polis İdarəsinin X19 dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunaraq təqdim edilmiş, bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir əşyasının olmadığını bildirərək əlindəki qara rəngli, üzəində “Osmanbey” yazısı olan sellofan torbanı masanın üzərinə qoyaraq həmin torbanın içərisində narkotik vasitələrin olmasını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi torbanın içərisində 01 ədəd şəffaf sellofan torbaya yığılmış ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə, 01 ədəd şəffaf sellofan torba yığılmış qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə, 01 ədəd qara rəngli sellofan torbaya yığılmış yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütələr və 02 ədəd listdə üzərinə M40 yazısı olan metodon həblərinə oxşar həblər aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik və psixotrop məddələrin özünə məxsus olmasını, satış məqdəsi ilə İran vətədaşı kimi tanıdığı Əli adlı şəxsdən 900 manata əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik və psixotrop maddələr oxşar kütlələr eləcədə 02 list metodon həbləri qara rəngli üzərinə “Osmanbey” yazısı olan sellofan torbaya qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokola və qablaşdırmanın üzərinə imzalar etmişdirlər (cild 01, iş vər. 91-93). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1990-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsi, ev 9-da qeydiyyatda olmaqla, ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində narkotik vasitə və psixotrop maddələrin üzərində gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Alxasov X11 rayonu, Qobu qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin X19 gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əlindəki qara rəngli, üzərində “Osmanbey” yazısı olan sellofan torbanı içərisindən 01 ədəd şəffaf sellofan torbaya yığılmış ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin, 01 ədəd şəffaf sellofan torba yığılmış qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin, 01 ədəd qara rəngli sellofan torbaya yığılmış yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütələr və 02 ədəd listdə üzərinə M40 yazısı olan metodon həbləri aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 32-33). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/668 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ““Azərbaycan Respublikası DİN Zərflər üçün № 245” dairəvi möhür əksi, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik və psixotrop madələr Alxasov.A (imza) yazısı və imzalar olan bağlamadakı 01 (bir) bükümdə təmiz çəkisi- 97,166 qram qəhvəyi rəngli tozşəkill maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd bükümdə təmiz çəkisi 66,560 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan 2 ədəd konvalyutda, ümumlikdə 20 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metodon tərkibli həblərdir və 20 ədəd həbdə metodon təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir, (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram olmaqla) (cild 01, iş vər. 40-45). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 3-16-16/2-7/151 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan qara rəngli polietilin torbada 01 ədəd qara rəngli polietilin bağlamada təmiz çəkisi - 105.0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurdulumuş marixuanadır (cild 01, iş vər. 46-49). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli 2989 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəlyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs narkomaniya xəsətəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 102-102). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirli “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubdan görünür ki, xx.xx.1990-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsi, ev 9-da qeydiyyatda olmaqla, ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs arix məlumatına görə Azərbaycan Respublikası Səhiyyə Nazirli “Respublika Psixiatriya Xəstəxanası”nda müalicədə olmayıb (cild 01, iş vər. 107). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 108-116). İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1990-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsi, ev 9-da qeydiyyatda olmaqla, ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində narkotik vasitə və psixotrop maddələrin üzərində gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Abşeron Rayon Polis İdarəsinin X19 gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 01 ədəd şəffaf sellofan bağlamada 97,166 qram çəkidə külli miqdarda qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 01 ədəd şəffaf sellofan bağlamada 66,560 qram çəkidə külli miqdarda ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 01 ədəd qara rəngli polietilen bağlamada 105 qram çəkidə xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və 02 ədəd konvalyutada təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən xeyli miqdarda qəhvəyi rəngli dairəvi formalı 20 ədəd narkotik vasitə - metadon həbi aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun onun özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İş materiallarına əlavə edilmiş “X7”dan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2016 (X13), 2018 (X10) və 2019-cu il təvəllüdlü (X5) üç azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 94-95). Məhkəmə kollegyası Təqsirləndirilən şəxs himayəsində 03 azyaşlı uşağın olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, səmimi peşmançılığını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Abşeron Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 20, 81-83). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 104.8 qram narkotik vasitə qurudulmuş marixuana, 96,966 qram narkotik vasitə heroin, 66,360 qram psixotrop maddə metamfetamin və 15 ədəd narkotik vasitə-metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 192 AZN (yüz doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 104.8 qram narkotik vasitə qurudulmuş marixuana, 96,966 qram narkotik vasitə heroin, 66,360 qram psixotrop maddə metamfetamin və 15 ədəd narkotik vasitə-metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 192 AZN (yüz doxsan iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-637/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-637/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver