Məhkəmə qərarları › İş №1(124)-638/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-638/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-638/2024 09.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs Əliheydər qızının iştirakları ilə, xx.xx.1981-ci ildə Kürdəmir şəhərində anadan olmuş, subay, natamam-orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Əliheydər qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, İran İslam Respublikası vətəndaşı «Zeynəb» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananın satışını həyata keçirməsi barədə ümumi razılığa gəlmiş, 11 fevral 2024-cü il tarixdə bir qrup şəxs halında 20 qram narkotik vasitə qurudulmuş marixuananın satışını həyata keçirmək üçün 140 manat pulu şəxsiyyəti istintaqa məlum olmayan «Zeynəb» adlı İran İslam Respublikası vətəndaşının ona göndərdiyi ***-***-**-** saylı mobil nömrənin «M 10» ödəniş sistemindəki hesabına saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mədən küçəsində yerləşən “Araz” marketə quraşdırılmış “Million” ödəniş terminalı vasitəsilə köçürdükdən sonra mobil nömrəsinin “Whatsapp Business” ani mesajlaşma mobil tətbiqinə narkotik vasitənin qoyulduğu yerlə bağlı göndərilmiş istiqamət bildirilən fotoşəkilə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi yaşayış kompleksinin ərazisinə qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına daxil olan 22,45 qram çəkidə xeyli miqdarda bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb üzərində saxlamış, 11 fevral 2024-cü il tarixdə saat 02 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyi yaşayış kompleksi ərazisində saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra həmin gün saat 02:50-dən saat 03:10-dək üzərində keçirilən şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən həmin 01 ədəd şəffaf sellofan bağlamada 22,45 qram çəkidə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitəni Abşeron rayon Polis bölməsində üzərinə qoymuşlar. Narkotik vasitənin satışı ilə məşğul olmamışdır, əgər olsaydı telefonda satışla bağlı məlumat tapılarmış, ona polislər demişlər ki, onu çıxaracaqlar, narahat olmasın. Verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə -marixuana və şüşə istifadə etmişdir və şəkər xəstəsidir. Zeynəb adlı iranlını tanımır, onunla arasında narkotik satışı ilə bağlı hər hansı razılaşma olmamışdır. Araz marketə gedib iranlı Zeynəbin kartına 140 manat pul vurmuşdur ki, ona marixuana versin, o istəmişdir ki, narkotikin digər növündən ayrılsın. Ona 200 qram marixuana göndərmiş,qayıdanda polislər onu tutub onu İdarəyə gətirmişlər. Narkotik vasitə marixuana dalınca getmişdir. Onu Gənclər şəhərciyində tutmuşlar. Demişdir ki, rəfiqəsində pul var, onu götürsün, qayıdanda onu tutmuşlar. İbtidai istintaq zamanı ifadə verəndə narkotik vasitənin təsiri altında olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, təxmini 3 ilə yaxındır ki, narkotik vasitə aludəçisidir və narkotik vasitəni ancaq İran Respublikası vətəndaşı olan Zeynəb adlı qadından alır. Belə ki, sonuncu ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəli əlaqə saxlayır və alacağı narkotiki və miqdarını bildirdikdən sonra ona deyilmiş hesaba pul göndərir, bundan sonra isə Zeynəb adlı qadın ona narkotikin yerləşdiyi məkanı atır və o, həmin narkotik vasitəni atıldığı yerdən götürür. xx.xx.2024-cü il tarixdə saat 10:40 radələrində narkotik vasitəsi qurtardığı üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zeynəbin +98-935-053-0519 saylı nömrəsinə qeyd etdiyi mesajlaşma proqramında yazmış və sonuncudan 20 qram marixuana istəmişdir. Həmin şəxs də ondan 140 manat pul istəmiş və ona ***-***-**-** saylı mobil nömrəni göndərərək həmin nömrənin “M 10” ödəniş sistemindəki hesabına pulu vurmağı bildirmişdir. O, həmin pulu saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mədən küçəsində yerləşən “Araz” marketə quraşdırılmış “Million” ödəniş terminalı vasitəsilə qeyd edilən hesaba göndərmiş, daha sonra isə Zeynəb adlı qadın ona narkotik vasitənin yerləşdiyi yerin məkanım bildirmişdir. Məkan isə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeon Gənclər şəhərciyinin ərazisini göstərmşdir. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində qeyd olunan ərazidə xarabalıq kimi olan yerdəki iki daşın arasından təxmini 20 qram olan marixuananı 01 ədəd şəffaf sellofan torbanın içində götürmüş, narkotik vasitəni götürüb şəhərciyin ərazisindən çıxan zaman isə yolda mülki geyimli polis əməkdaşları üzərində narkotik vasitə daşıdığından şübhələnib onu saxlamış və Abşeron RPİ-nə gətirmişlər. Daha sonra xidməti otaqların birində təhqiqatçının, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə ona şübhəli şəxs kimi hüquq və vəzifələrim izah olunmuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa təqdim etməyi təklif edilmişdir. O da əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd şəffaf sellofan paketi çıxarıb təqdim etmişdir. Həmin vaxt təhqiqatçı ona narkotik vasitəni hansı məqsədlə əldə etdiyini soruşduqda ona narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra həmin 01 ədəd paket təhqiqatçı tərəfindən onun, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün götürülmüşdür. Həmçinin özünə məxsus “Honor” və “Redmi” markalı mobil telefonları da şəxsi axtarış zamanı təhqiqatçıya təqdim etmişdir. Göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olsa da, satışı ilə də məşğul olmamışdır. Özünə məxsus “Redmi” markalı mobil telefona baxış keçirilən zaman “Whatsapp Business” ani mesajlaşma mobil tətbiqində +98-935- ***-**** saylı nömrəyə xx.xx.2023-cü il tarixdə saat 12:51 və saat 12:52 radələrində atılmış 02 ədəd səsli mesajda narkotik vasitələri payladığı və əldə edilən gəlirlə yenidən daha çox miqdarda narkotik vasitə almaq istədiyi ilə bağlı Zeynəb adlı şəxslə arasında olan səs yazıları ona aiddir. Həmin səs yazılarma münasibət bildirərək məqsədinin Zeynəbin ona narkotik vasitəni daha rahat satmasına şərait yaratmaq olduğunu, həmin narkotik vasitəni satmaq istəmədiyini göstərmişdir. iş vərəqə 72-74 Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində Abşeron rayon RPİ-nin NMB-də əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, xx.xx.1981-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Kürdəmir şəhəri, S.Ə.Şirvani küçəsi, ev 2a-da qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsi, ev 57-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, gəzdirməsi və qanunsuz satışı ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və Abşeron rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 11 fevral 2024-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, «Abşeron Gənclər şəhərciyi» ərazində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs müəyyən edilərək müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Abşeron RPİ-уэ dəvət olunmuşdur. Təqsirləndirilən şəxs qızma narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun şübhəli şəxs qismində tutulması barədə məlumat verilmiş və üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl sonuncuya vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs qızma üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya vardırsa təqdim etməsi təklif olunmuş və sonuncu üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd şəffaf sellofan paketi çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin büküm qablaşdırıldıqdan sonra həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamanı Abşeon Gənclər şəhərciyinin ərazisində İran vətəndaşının ona atdığı konum əsasında əldə etdiyini və əldə etdiyi narkotik vasitəyə görə hesaba 140 manat pul göndərdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” 11 fevral 2024-cü il tarixli qərardan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5ında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.(cild 1, i.v. 5) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdə saat 02 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, «Abşeron Gənclər şəhərciyi» yaşayış kompleksi ərazisində saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (cild 1, vərəqə 31-32) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi” haqqında 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 11 fevral 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd “Redmi" markalı mobil telefona baxış keçirilmişdir. “Redmi” markalı mobil telefonun SMS, MMS mesajlarının göndərildiyi və daxil olduğu “Mesajlar” bölməsinə, “Telefon" bölməsinə, şəkil və videofaylların saxlanıldığı “Qalereya” bölməsinə, mobil nömrələrin qeyd edildiyi “Kontaktlar” menyusuna, “Whatsapp Business” ani mesajlaşma mobil tətbiqinə və digər bölmələri müəyyən edilmiş, Təqsirləndirilən şəxs qızma məxsus “Redmi” markalı mobil telefonun SMS, MMS mesajlarının göndərildiyi və daxil olduğu “Mesajlar” bölməsinə, “Telefon" bölməsinə, şəkil və videofaylların saxlanıldığı “Qalereya” bölməsinə, mobil nömrələrin qeyd edildiyi “Kontaktlar” menyusuna, “Whatsapp Business” ani mesajlaşma mobil tətbiqinə və digər bölmələrə baxış keçirilmişdir. Baxış zamanı telefonda “+**********41” saylı mobil nömrə ilə “Whatsapp Business" ani mesajlaşma mobil tətbiqində qeydiyyatdan keçmiş, mobil tətbiqdə “Maskiva@@@@@@@@@” şərti adı ilə mobil telefonun yaddaşında qeydiyyata alınmış +98-935-053-0519 saylı nömrə ilə çoxsaylı səs yazıları, şəkillər, yazışmalar mövcuddur və qeyd olunan səs yazıları, şəkillər və yazışmaların məzmunu narkotik vasitənin alqı-satqısı, ödənişin edilməsi qaydası, narkotik vasitənin qoyulacağı yerdən əldə edilməsi və mütəmadi satışının həyata keçirilməsi ilə bağlı olmuşdur. Belə ki, “Maskiva@@@@@@@@@” şərti adı ilə mobil telefonun yaddaşında qeydiyyata alınmış +98-935-053-0519 saylı nömrə xx.xx.2024-cü il tarixdə saat 12:51 dəqiqədən etibarən xx.xx.2024-cü il tarixdə saat 02:58-dək olan müddət ərzində qeyd olunan mobil nömrədən “+**********41” saylı mobil nömrəyə və əksinə səs yazıları, sözlə yazışmalar, fotolar göndərilməsi qeydə alınmışdır. Göndərilmiş səsli mesajlar aşağıdakı kimidir: xx.xx.2024-cü il tarixdə saat 21:13-dən xx.xx.2024-cü il tarixdə saat 01:02-dək gələn səsli və sözlə olan mesajlar: Səsli mesajlar: - axşamın xeyir bacı əlində otun var - salam, salam bacı axşamın xeyir - mənə bir söz de də bilim - bacı səndən bir xəbər çıxmadı e mənə biz söz dedə bilim alınır-alınmır - yox bacı alınmadı - bacı mənə bax görüm e sabaha almar, mən dediyim kimi, mənə bir hə yox de - hə səhərə alınar bacı, alınar - yaxşı xx.xx.2024-cü il tarixdə saat 10:47-dən saat 23:31-dək gələn səsli və sözlə olan mesajlar Sözlə yazılan mesajlar: - salam bacı bu gün mənə ot verə bilərsən pul atsam saat neçəyə əmələ gələr, dəqiq de, daşın, ödəmək istəyirəm, cavab gözləyirəm sizdən Səsli mesajlar: - salam salam bacı neynirsən necəsən - bacı mənə biz söz de də bilim işləmək isiyirsənsə mənə bir söz de mən işləmək istəmirəm, Allah kömək olsun sənə deyirəm mən ot götürmək istəyirəm mənə bir söz denən belə yaza bilmirəm səbrim çatmır, mənə de görüm sənə pul atsam mənə saat neçəyə mal verə bilərsən. Mobil nömrə göndərilir - +994 50 726 95 62 Səsli mesajlar: - bacı sizin o biri kartdan yoxunuzdu Rabitə, Kapital, evin içindən atım, aperis olmuşam, çölə çıxa bilmirəm. - yox bacı bizdə M10 var - bacı vurginan bağlatdırdım. - yaxşı qoy yoldaşımı durğuzum, qoy getsin vursun, çekin atacam sənə, bacı hə bağlatdır, başına dönərəm, 20 qram dedim a, 20 qramı 140 manat atıram, amma şəklin atmadın yerin mənə, şəklin at baxım - fotoşəkil Səsli mesajlar: - elə olmuş olsa bacı Allah qoysa Allahın köməkliyi ilə yenə götürərəm, bunu paylaşdırım, pulun tutum, hardasa 40 qram bir də götürəcəm Allahın köməkliyi ilə - amma nolar bacıya tez at götürüm, tez paylaşdırım, işə gedənlər qoy çəksin alsın, bəlkə elə gecəyə götürdüm, təzədən gecə zakaz verdim, lap pulu gecə ataram, sabaha atarsan ko num - ödəniş qəbzi -140 manat -+994 50 72695 62 Səsli mesajlar: - bacı bax çekin də atdım e sənə başına dönərəm elə elə ki saat 4-dən o yana qalmasın bəlkə axşama yenə zakaz verdim sənə Sözlə yazılan mesajlar: - bacı yaddaş çıxmamışam - ok - bacı bir az tez elə kliyentlərim əlimdən çıxmasın satım yenə götürə bilim - bir söz de da gözdiyirlər - alo - bələdiyyə əmələ gələr, gözdəyirəm - bacı daşın qarmı neçəyədi mənə cavab ver da Ah dedi təmiz keyfiyyətli daşdı, 27 əmələ gələr mənə, eybi yoxdu, təmiz olsun götürərəm, sabah maaş alacam xəbər edəcəm amma təmiz olsun, bacı gec olacaq konum, nə qədər çəkər vaxtı gözdəyirlər, bacı bir xəbər çıxmadı, gör saat neçə oldu Səsli mesajlar: - nə qədəyə əmələ gələr, bunlar da məndən gözdəyirlər, çünki sən mənə saat 4 dedin, birmirəm sizdə neçə olur bizdə saat 4 olanda sizdə neçə olur, indi gör saat neçədi saat 19:53-dü, uje 8-ə az qalıb. Sözlə yazılan mesajlar : - yaxmam bacı, bacı noldu tezləşdir Səsli mesajlar: - mənə bir söz de görüm nə qədəyə əmələ gəlir - bacı gör saat neçə oldu, bəs mən şabaşa daş götürmək iətyirdim, axı, görüm nağayrıram da, nolar bir zəng elə de, bizim konumu versin, o hamısın düzəcəy, yerləşdirəndən sonra atacaq sənə, bəlkə saat birə çəkəcəy, qızlar işə getmir, məndən şeyi gözdəyirlər, sən denənki bizim konumu versin - bacı baxdın sənki belə düz çıxdın, səninlə dibədib işləyəcəm, biz az qiymətlərdə bacıya köməklik elə, podderjka ver, sənini qızıl kimi işləyəcəm a, siz düz olandan sonra mən də düzəm. - bacı vurginan bağlatdırdım da 20 qram - bu nədi nə deyirsən sən kimdi bu - ac tilfunu. Mobil telefonda “Maskiva@@@@@@@@@” şərti adı ilə mobil telefonun yaddaşında qeydiyyata alınmış +98-935-053-0519 saylı nömrədən daxil olmuş sonuncu mesay xx.xx.2024-cü il saat 01:02 dəqiqədə qeydə alınmış, bundan sonra qeyd olunan mobil nömrədən saat 02:58-dək daxil olmuş buraxılmış zənglər qeydə alınmışdır. Mobil telefona baxış zamanı Maskiva@@@@@@@@@” şərti adı ilə mobil telefonun yaddaşında qeydiyyata alınmış +98-935-053-0519 saylı nömrə xx.xx.2024-cü il tarixdə saat 21:13 dəqiqədən etibarən xx.xx.2024-cü il tarixdə saat 02:58-dək olan müddət ərzində qeyd olunan mobil nömrədən “+**********41” saylı mobil nömrəyə və əksinə qeydə alman səs yazıları, sözlə yazışmalar, fotolar bir ədəd DVD diskinə köçürülmüş və protokola əlavə edilmişdir.(cild 1, iş vərəqə 114-116) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, Azercell MMC-dən xx.xx.2024-cü il tarixli. 5774 nömrəli məktubla daxil olmuş bir ədəd CD diskinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd CD diskdə 4 ədəd qovluq vardır. 1-ci qovluqda ********* nömrəli GSM mobil nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində daxil olmuş və çıxmış SMS-lərin siyahısı mətni öz əksini tapmışdır. SMS-lərin mətnləri ilə tanış olduqda orada iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat qeydə alınmadı. 2-ci qovluqda ********* nömrəli GSM mobil nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində daxil olmuş və çıxmış zənglərin siyahısı. 3-cü qovluqda ********* nömrəli GSM mobil nömrəsinə zəng etmiş abonentlərin anket natları, 4-cü qovluqda isə abonentin anten məlumatları qeydə alınmışdır. Qeyd olunan qovluqlara baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat alınmadı. (cild 1, iş vərəqə 160-163) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdə saat 02 radələrində RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu. Xırdalan şəhəri, «Abşeron Gənclər şəhərciyi» yaşayış kompleksi ərazisində saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 178) Şəxsi axtarış və götürmə aparılması haqqında diskə baxış keçirilməsi haqqında və mobil telefona baxış keçirilməsi haqqında diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 7/220 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...» yazıları və imzalar olan kağız paketdəki bir ədəd sellofon bağlamada təmiz çəkisi 22,45 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. iş vərəqə 39-42 Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının «20».04.2024-cü il tarixli «2561» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. iş vərəqə 180-181 Cinayət işinin materiallarından görünür ki, iş üzrə aşkar edilmiş çəkisi 22,45 qram narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatından qalıq qalmış 22,35 qram qurudulmuş marixuana, şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diski, iki ədəd mobil telefon, Maskiva@@@@@@@@@” şərti adı ilə mobil telefonun yaddaşında qeydiyyata alınmış +98-935-053-0519 saylı nömrə ilə “+**********41” saylı mobil nömrə arasında olmuş yazışmaların köçürüldüyü bir ədəd DVD diski maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmişdir. iş vərəqə 89-91 Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. iş vərəqə 144 Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin 15 may 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 188) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitələri əldə etməkdə satış məqsədinin olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin narkotikin satışı ilə bağlı yazışmaların mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun , “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və şəkər xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 23, 60-61,80-85) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 22,35 qram qurudulmuş marixuana məhv edilməli, iki ədəd mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X1 iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Əliheydər qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Əliheydər qızı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Əliheydər qızı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Əliheydər qızının həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Əliheydər qızına narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş çəkisi 22,35 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, iki ədəd mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs Əliheydər qızından tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs Əliheydər qızına isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar