Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-64/2025 28.08.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədzadə Səbinə Əkbər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - Şahid3ovnanın, Zərərçəkmiş şəxsin nümayəndəsi –Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxx 1969-cu ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 128, 150.2.5 (hazırda qüvvədə olan) və 150.3.3 (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2012-ci ilin oktyabr ayının əvvəllərindən başlayaraq 01 iyun 2018-ci il tarixə qədər olan müddət ərzində 2013-cü ilin avqust ayına qədər ünvan 2 ünvanında, 2013-cü ilin avqust ayından, sonra isə ünvan 3 ünvanında mütəmadi olaraq həftədə 3 dəfə olmaqla cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə özü üçün aşkar surətdə on dörd yaşına çatmayan ögey qızı xx xxxx 2004-cü il təvəllüdlü 14 yaşına çatmayan və azyaşlı olduğuna görə ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarında olmayan Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə etməklə cinsiyyət orqanını sığallamaqla, döşlərini sığallayıb öpməklə, öz cinsiyyət orqanını şalvarın üzərindən sonuncuya sığalladıb, öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs1 cinsiyyət orqanına paltarın üzərindən toxundurmaqla təkrarən təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, cinayət hərəkətlərinin davamı olaraq 01 iyun 2018-ci il tarixdən, 01 iyun 2022-ci il tarixədək olan müddət ərzində ünvan 3 ünvanında cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 14 yaşına çatmış, lakin 18 yaşına çatmamış, ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarında olan Zərərçəkmiş şəxs1 kimsə biləcəyi təqdirdə onu və anasını öldürəcəyini bildirərək zor tətbiq etmək hədəsi ilə həftədə 3 dəfə olmaqla eyni hərəkətləri edərək təkrarən təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, daha sonra cinayət əməllərini davam etdirərək 1 iyun 2022-ci il tarixdən, 2 fevral 2023-cü il tarixə qədər eyni ünvanda cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 kimsə biləcəyi təqdirdə onu və anasını öldürəcəyini bildirərək zor tətbiq etmək hədəsi ilə sonuncuya həftədə 3 dəfə olmaqla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, daha sonra cinayət əməllərini davam etdirərək 2 fevral 2023-cü il tarixdən davamlı olaraq, həftədə 3 dəfə olmaqla eyni ünvanda cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onu və anasını öldürəcəyini bildirərək zor tətbiq etmək hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, sonuncu dəfə 23 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində eyni ünvanda cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 eyni hərəkətləri təkrarən edib sonuncuya sol bazunun aşağı 1/3-nin arxa-bayır səthinin 1 ədəd qançırı, sağ budun orta 1/3-nin ön iç səthinin qançırı, sağ süd vəzisinin üç ədəd və sol süd vəzisinin bir ədəd qançırları ilə müşayiət edilən xx.xx.2024-cü il tarixdə fiziki qüvvə tətbiq etməklə seksual xarakterli hərəkətlər edilməsi zəminində yarana bilən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə zor tətbiq edib Zərərçəkmiş şəxs1 qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2021-ci ilin avqust ayının əvvəllərindən, avqust ayının sonuna qədər üç dəfə, sonuncu dəfə isə 2021ci ilin sentyabr ayının əvvəllərində, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda bir dəfə olmaqla ünvan 3 ünvanında baldızı qızı, xx xxxxxx 2007- ci il təvəllüdlü aşkar surətdə on dörd yaşına çatmayan ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlayan Zərərçəkmiş şəxs2 qızma kimsə biləcəyi təqdirdə onu öldürəcəyini bildirib zor tətbiq etmək hədəsi ilə ayaqlarını sığallamaqla, döşlərini sıxıb cinsiyyət orqanını sığallamaqla Zərərçəkmiş şəxs2 qızma, yəni təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 24 yanvar 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı ünvan 3 ünvanında ögey qızı Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində əlində olan dabankeşlə sonuncunun baş nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq sonuncuya ənsə nahiyəsinin yumşaq toxumalarının iki ədəd şişkinliyi və sağ gözaltı almacıq nahiyəsinin bir ədəd qançırı ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməyən, başın sol təpə-gicgah nahiyəsinin bir ədəd cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, istinad olunan hadisələr baş verməmişdir. Liana onun həyat yoldaşı olmuş, 2010-cu ildə ailə qurmuş, hazırda boşanmışlar. Həmin zaman onun qızı Raminanın 5 yaşı olmuş, əvvəl 9-cu mikrorayonda kirayədə yaşamış, daha sonra o atasından qalan bağı sataraq oradan ona ayrılan payla ev almışdır. Liana ilə onun 2 övladı dünyaya gəlmişdir. Liana icmada işləmiş, o, “Gülüstan” sarayında və müxtəlif səfirliklərdə işləmişdir. 24 yanvar tarixində o, yemək bişirmiş və evdəkiləri yemək yeməyə dəvət etmişdir. Lakin Liana yatdığını, gec duracağını bildirmiş, Ramina isə telefonla məşğul olmuşdur. Daha sonra o telefona baxdığı zaman Liana yuxudan oyanıb, gəlib ona telefona baxmağı ilə bağlı irad bildirmiş, uşaqların ac olduğunu, onlara niyə yemək vermədiyini soruşmuşdur. O isə Raminanın böyük qız olduğunu, onun uşaqlara yemək verə biləcəyini demişdir. Həmin zaman mübahisə etməyə başlamış, Liana ilə və Ramina əlində dəmir dabankeş ilə gələrək onun boynunun arxasından vurmuşdur. O, Raminanı kravata itələmiş və dabankeşi əlindən almışdır. Bu hadisələrdən 5 dəqiqə sonra Liananın bacısı və qardaşı evə daxil olmuşlar və onunla mübahisə etməyə başlamışlar. O, onları evdən qovan zaman Ramina və Liana da onlarla gedəcəklərini bildirmişlər. Daha sonra ona polis bölməsindən zəng gəlmiş və o, bölməyə getmiş, orada ondan şikayət olunduğunu bildirmişlər. Bundan bir qədər müddət sonra isə ona seksual xarakterli hərəkətlərlə bağlı cinayət məsuliyyətinə cəlb olunduğunu bildirmişlər. Verilən suallara cavab olaraq bildirdi ki, həyat yoldaşı Liana ilə münasibəti həmişə çox yaxşı olmuşdur. Baş verən hadisələrə, 24 yanvara qədər ailədə münasibətləri yaxşı olmuşdur. Raminanı öz övladlarından ayırmamışdır. Həmişə tərbiyəsi ilə məşğul olmuşdur. Belə bir ağır cinayətlə onu ittiham etmələrinin səbəbi odur ki, onlar azadlıq istəmişlər. Hara istəsələr getmək, kimlə istəsələr gəzmək istəmişlər. Evdə uşaqlar həmişə onun nəzarətində olmuşdur. Hadisələr baş verənədək Liana ilə sözlü mübahisələri olmuşdur. Hadisələr baş verənədək Liana boşanmaq istədiyini bir neçə dəfə demişdir. Ramina onu ata kimi qəbul etmişdir. Raminanın onuna ədavəti olduğunu düşünmüşdür. Raminanı öpsə də ata kimi öpmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan edilmiş itiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Şahid2 onun arvadıdır. Onlar 2010-cu ildə ailə həyatı qurmuş, həmin vaxt Liananın 2004-cü il təvəllüdlü Ramina adlı qızı olmuş, o da həmin vaxta kimi evlənib boşanmış və bir oğlan övladı olmuşdur. Liana ilə evlənəndən sonra ilk öncə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində kirayədə yaşamağa başlamış, bir müddət sonra ünvan 3 ünvanında ev alıb oraya köçmüşlər. Onun Lianadan 2010-cu il təvəllüdlü Arzum və 2016-cı il təvəllüdlü Maya adlı qızları olmuşdur. Liana yəhudi icmasında katibə işləyir, o isə heç bir yerdə işləmir. Buna görə də o, ev işləri ilə məşğul olmuşdur. 24 yanvar 2024-cü il tarixində, saat 11 radələrində hamı evdə yatmış, o, Mayaya yemək vermək istəmiş, ancaq sonuncu yemək istəməmişdir. Bir müddət sonra o, Lianaya yuxudan oyanmasını demiş və mətbəxdə telefonla oynamış, həmin vaxt Liana ona yüksək tonla niyə telefonla oynadığını, uşaqlara yemək verməsini demişdir. O, Lianaya belə tonda danışmamasını demiş, Raminanın artıq 20 yaşı olduğunu, böyüdüyünü, uşaqlara özü də yemək verə biləcəyini deyərək əsəbiləşmişdir. Liana dəhlizdə ona atmacalı sözlər deməyə başlamış, o isə sakit olmasını demiş, həmin vaxt Ramina əlində dabankeşlə ona tərəf gəlmiş və onu boyun nahiyəsindən vurmuşdur. O, həmin vaxt xəsarət almamış, daha sonra Raminanı itələmiş və sonuncu yataq otağında çarpayıya uzanmışdır. Sonra Ramina ayağa durub üzərinə gəlmiş, o yenidən sonuncunu itələmiş və başı dolablara dəymişdir. Həmin vaxt araya Liana girmiş bu zaman o, bilmədən sonuncuya da xəsarət yetirmişdir. Bundan sonra dabankeşi əlinə götürüb Ramninanın baş nahiyəsinə tutaraq başını əzərəm demiş, bundan sonra sakitləşib mətbəxə getmişdir. Daha sonra Liananın qardaşı və bacısı onlara gəlib səs-küy salmış, bundan sonra Liana uşaqları da götürüb evdən getmişdir. Təqsirləndirilən şəxs həminin ifadəsində Raminanın onun qızı olduğunu, sonuncuya qarşı heç vaxt seksual xarakterli hərəkətlər etmədiyini, Raminanın yalan ifadə verdiyini, dediklərinin yalan olduğunu və Emiliyaya qarşı seksual xarakterli hərəkətlər etmədiyini, Emiliyanın da yalan ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə ona elan edilmiş 2 fevral 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-nin 150.3.3-cü, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 150.2.5-ci maddələri ilə özünü təqsirli bilməyərək, CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, seksual xarakterli hərəkətlərlə bağlı olan ittiham tamamilə şər və böhtandır, toplanmış sübutlar tamamilə qanunsuz və əsassızdır. Zərər çəkmiş şəxs qismində tanınmış şəxslərlə aralarında ədavətlər, həmçinin onların qeyri əxlaqi hərəkətlərini qarşısını aldığı üçün onu evdən uzaqlaşdırmaq istəmişlər və ondan qisas alırlar.(cild 1, i.v. 207-209, cild 2, i.v. 109-110) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, anası Şahid2 Ramin qızı, ögey atası Təqsirləndirilən şəxs, 2010-cu il təvəllüdlü X4 və 2016-cı il təvəllüdlü bacısı X6 ilə birlikdə yaşamışdır. O, hələ 9 aylıq olanda anası Liana atası Ramindən boşanmış, təxminən 15 il əvvəl atalığı Təqsirləndirilən şəxsla ailə qurmuşlar. O, orta təhsilini birinci sinifdən 11-ci sinfə kimi Sumqayıt şəhər 14 saylı tam orta məktəbdə oxumuş, anası Liana 16 ilə yaxındır ki, Sumqayıt şəhəri 3-cü məhəllə ərazisində yerləşən Sumqayıt yəhudi icmasında katibə işləyir, atalığı Fuad isə yadına gəldiyi qədər 2012-ci ildə cəmi 3 ay müddətində Bakı şəhərində Türkiyə səfirliyində aşbaz işləmiş, qalan bütün müddət ərzində heç yerdə işləməmişdir. Fuad hələ körpə vaxtlarından ona qarşı ögey münasibət saxlamış, onu pisləmiş, evdə artıq əşya adlandırırmışdır. Fuadın bu hərəkətləri anasının xoşuna gəlmədiyi üçün Fuadla aralarında söz-söhbət olmuş, 2010-cu ildə Arzum doğulandan sonra bir-iki aylığına kimi ona anası baxmış, evdə yalnız anası işlədiyi üçün sonuncu işə getmiş və Arzuma atalığı Fuadla o baxmışdır. Bu səbəbdən o, 7 yaşından orta məktəbə getmiş, orta məktəbi rus qrupunda oxumuş, birinci sinifdə anası onu müəllim yanına hazırlığa qoymuş, hazırlıq müəllimi sinif rəhbəri Svetlana Bağırovna olmuşdur. O, hər səhər saat 07 radələrində 8-ci mikrorayona, müəlliməsinin evinə getmiş, müəllimə onu dərs saatlarına kimi hazırlaşdırmış və sonra birlikdə məktəbə getmişlər. Dərsdən qayıtdıqdan sonra isə o, qeydiyyatda olduğu ünvan 4 ünvanına, nənəsı Karina Həsənovagilə getmiş, dərslərinə nənəsi hazırlaşdırmış, atalığı Fuad sonradan onun nənəsigilə getməyinə narazılığını bildirmişdir. İkinci sinifdə oxuyanda, 2012-ci ilin oktyabr ayının əvvələrində kirayədə yaşadıqları ünvan 2 ünvanında olan zaman anası işdə olanda, o evdə dərsləri ilə məşğul olmuşdur. Fuad, bacısı Arzumu o biri otağa aparıb qapını bağlayıb onun yanına qonaq otağına gəlmiş və əvvəlcə əlləri ilə onun sifətini, boynunu, sonra döşlərini sığallamağa başlamışdır. Fuad onunla heç vaxt mehriban olmamış, onu qucağına almamış, yanağından öpməmiş, həmişə onu pisləyərək ögey münasibət saxlamışdır. Buna görə də onun bu hərəkətləri xoşuna gəlməmiş, daha sonra Fuad əllərini qarın nahiyəsinə, sonra ayaqlarının arasından cinsiyyət orqanına aparıb həmin nahiyələrini əlləməyə başlamış, bu hərəkətləri etməyə başladığı gündən Fuadın ona qarşı münasibəti bir qədər yumşalmış. Fuad onunla bu hərəkətlərini 15-20 dəqiqə edib bitirəndən sonra ona “etdiyimiz bu şeyləri anana demə, öz aramızda qalsın” deyə tapşırmışdır. Atalığı Fuad arada bir anası işdən gec gəlməsini, ya da az pul qazandığını bəhanə edib münaqişə yaradaraq anasını döymüş, buna görə o, atalığı Fuadın hərəkətlərini anasına bildirməmiş, anası ilə aralarında münaqişə yaranmasından, Fuadın anasını döyməsindən qorxmuşdur. Həmin gündən sonra həftədə 3 dəfə olmaqla Fuad onun evdə tək olduğundan istifadə edərək onu ya çarpayıya uzadır, yada qucağına oturdub döşlərini və cinsiyyət orqanını əlləşdirirmişdir. 2013-cü ilin iyul ayının əvvəllərindən başlayaraq Fuad onun dodalarından öpməyə, əynindəki koftasını və büstqalterini çıxarıb döşlərini öpməyə başlamışdır. Fuad onu əllədiyi vaxtlarda əlini tumanından içəri salmamış, cinsiyyət orqanını tumanının üstündən əlləşdirirmiş, amma qurşaqdan yuxarı onu tam soyundurmuşdur. 2014-cü ilin iyul ayının əvvəllərindən 10 yaşından sonra Fuad onunla seksual xarakterli hərəkətlər edən zaman “bu daha çox həzz verir” deyib onun əlini şalvarının üstündən öz cinsiyyət orqanının üstünə qoymuş, cinsiyyət orqanını ovxalatmağa başlamışdır. Təxminən 2015-ci ilin iyul ayının əvvəllərindən Fuad onu çarpayıya uzadıb şortikinin üstündən, özü şalvarda cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtməyə başlamış, təxminən 2016-cı ilin yay aylarında evdə tək olan zaman, Fuad hamamda çimən zaman və hamamdan çıxanda qurşağında bədən dəsmalı olmuş, sonuncu dəsmalın qabaq tərəfini açıb cinsiyyət orqanını ona göstərib “yaxın gəl bura” demiş, o gözlərini yumub tez əlləri ilə üzünü tutmuş və üzünü kənara çevirib bu hərəkəti etməməsini tələb etmişdir. Onun 13 yaşı olarkən, Fuad yenə həmişəki kimi çarpayıya uzadıb sinəsini öpəndə, əlləri ilə cinsiyyət orqanını əlləyəndə ona arxa keçəcəkdən cinsi əlaqədə olmağı təklif etmiş, o isə Fuada “istəmirəm, lazım deyil” deyəndə Fuad “qorxma, prezervativim var” demiş, o razı olmamışdır. Artıq ikinci bacısı da doğulmuş, onlar böyüdükcə hər şeyi anlaya bilərdilər deyə, Fuad digər iki qızı o biri otağa salıb “mənim Ramina ilə bir qədər işim var” deyərək otağın qapısını açarla bağlamışdır. O, orta məktəbi 18 yaşında bitirmiş və Fuad bütün bu müddətdə onunla bu seksual hərəkətləri etmişdir. O, məktəbi bitirib müəllim yanına getməyə başlamış, bundan istifadə edib evə gec gəlməyə çalışmış, buna görə Fuad onunla belə seksual hərəkətləri etməyə imkan tapa bilməmişdir. Ali məktəbə qəbul ola bilmədiyi üçün 2024-cü ilin oktyabr ayından Sumqayıt şəhəri, H.Əliyev prospektində, Nərimanov mədəniyyət evində tibb bacısı kurslarına yazılmış, kurslar hər həftənin ikinci və dördüncü günləri olmuş, kursa saat 12:30-da evdən çıxıb gedib və 15:30-da çıxmışdır. Buna görə saat 16-dan sonra evə gəlmişdir. Sonuncu dəfə 23 yanvar 2024-cü il tarixdə o, kursdan saat 16 radələrində evə getmiş, atalığı Fuad evdə qonaq otağında oturub televizora baxmış, bacıları Arzum və Maya yataq otağında olmuşlar. O, qonaq otağındakı dolabdan öz paltarlarını götürüb əynini dəyişmək üçün yataq otağına keçmiş, Arzumla, Maya zaman telefonda məşğul olmuş, o, əynini dəyişib yataq otağında dərsləri ilə məşğul olmağa başlamış, anası saat 18 radələrində işdən gəlmiş və yemək hazırlayanda ana babası X7 onlara qonaq gəlmişdir. Anası babası ilə atalığına yemək çəkib, rəfiqəsi Yeganə xanımla birlikdə “Zəfəran” kafesinə gedəcəyini deyib evdən çıxmış, babası isə axşam yeməyindən sonra çıxıb getmişdir. O,qab-qacağı yığıb mətbəxə aparmış, qabları yuyub qonaq otağındakı stolu səliqəyə salmış və yataq otağına getmək istəyəndə Fuad cəld əlləri ilə onun qollarından yapışıb özünə tərəf çəkmiş və “çoxdandır səninlə sevişmirik” deyib onu qonaq otağındakı divana tərəf dartmış, o Fuadın əllərindən çıxmağa çalışmış, ona ”sənin üçün nəyəm ki, əllərini çək, əl vurma mənə demiş” və dartınıb onun əlindən çıxmağa çalışmış, lakin Fuad çox güclü olduğundan, onun qollarını bərk-bərk sıxıb zorla özünə tərəf çəkmiş və divana oturdaraq dərhal özü də onun qucağında oturub sinəsinə, baldırlarına əl vurmuş, bərk-bərk sıxmağa, sonra da əllərini pijamasının üstündən cinsiyyət orqanından yapışıb əl vurmuşdur. O, Fuada “əl çək, eləmə, istəmirəm” deyib müqavimət göstərməyə çalışmış, amma gücü çatmadığından, qollarını, sinəsini və başını qucaqlayıb ağlamağa başlamışdır. Atalığı Fuad isə buna əhəmiyyət verməmiş, hərəkətlərini davam etdirmiş və dodaqlarını onun dodaqlarına yapışdırıb, onu dodağından öpməyə çalışmışdır. Fuad yataq qapısını bağlamağı unutmuş, bu vaxt bacısı Arzum yataq otağından qonaq otağına gəlmiş, atasının onun üstündə oturub döşlərini, ayaqlarının arasından cinsiyyət oranını əllədiyini, dodağından öpməyə çalışdığını görmüş və hündürdən içini çəkib əlləri ilə ağzını tutmuşdur. Fuad yaxalandığını görəndə tez üstündən qalxıb, özünü elə aparmışdır ki, guya onu ağladığına görə sakitləşdirməyə çalışır və ona “Ramina, ağlama, hər şey yaxşı olacaq, sakitləş, özünü ələ al” demişdir. O, divandan qalxıb yataq otağına getmiş ağlaya-ağlaya anasına mesaj atmış, az sonra anası evə qayıtmış, atalığı Fuadın evdə münaqişə yaratdığını düşünüb tez gəlmişdir. Anası ağladığını başa düşmüş, amma ondan heç bir söz soruşmamış, atalığı Fuaddan yenə nə baş verdiyini soruşmuş, Fuad isə özünü əsəbi göstərməyə çalışdığı üçün anası daha bir söz deməmişdir. Fuadın onu zorla qollarını tutub sıxaraq divana oturtduğu vaxt, eləcə də döşlərini, ayaqlarını əlləyib sıxdığına görə qollarında, dirsəkdən yuxarıda, döşlərində, eləcə də sağ ayağında onun əl izləri qalmışdır. Həmin nahiyələrdə göyərmə izləri əmələ gəlmişdir. Ertəsi gün o, yuxudan gec durmuş, anası səhər çay hazırlayıb yenidən yatağa uzandığı üçün o da anası ilə çarpayıda birlikdə uzanmış, saat 13 radələrində Fuad qonaq otağına ucadan anasının ünvanına nalayiq ifadələr işlətmiş, yataqdan qalxmağı və ona yemək verməyi, uşaqları yedizdirməyi tələb etmişdir. Anası yataqdan qalxıb qonaq otağına getmiş, nə üçün uşaqların yanında nalayiq ifadələr işlətdiyini deyərkən aralarında mübahisə yaranmış, anası dəhlizə gədəndə isə Fuad onun dalınca getmiş, anasının başından qapaz vurarkən, anasının başı dəhlizdə divara dəymişdir. O, bunu görəndə cəld yataqdan qalxıb oraya getmiş və Fuadın anasını döyməməsi üçün araya girmiş və ona “anamı vurma” deyib qışqırmış, Fuad isə “sən mənim üstümə qışqırırsanmı?” deyərək dabankeşi götürüb onun başına 4-5 dəfə vurmuş və başından qan gəlməyə başlamışdır. Bundan sonra Fuad qolundan tutaraq ona yataq otağına dartıb aparmış və çarpayının üstünə tullamış, o dabankeşin zərbələrindən başında əmələ gələn ağrılardan müqavimət göstərə bilməmişdir. Daha sonra Fuad onu çarpayıya uzadıb, özü də çarpayının üstünə çıxmış və əvvəlcə onu baş nahiyəsindən dizləri ilə vurmuşdur. O, əlləri ilə sifətini qucaqlayanda isə başına yumruq zərbələri vurmuşdur. Bu zaman bacıları Arzum və Maya bir kənarda dayanıb ağlamışlar. Bu arada anası özünü onunla Fuadın arasına salıb bütün bədəni ilə onu müdafiə etməyə, Fuadın zərbələrindən qorumağa çalışmış, Fuad bunu görəndə anasının da yumruqlarla başına, təpiklə ayaqlarına zərbələr vurmağa başlamışdır. Həmin vaxt bacısı Arzum onlarla Fuadın arasına girməyə çalışan zaman, 8 yaşlı bacısı Maya Fuada bərkdən qışqıraraq “ata, vurma-vurma” demiş, Fuad gözlənilmədən onları buraxmış, qonaq otağına getmiş və otaqda olan qab-qacağı yerə çırpıb sındırmağa başlamışdır. O, telefonu ilə dayısı Emil Həsənova zəng vurmuş və atalığı Fuadın evdə münaqişə yaratdığını, onu və anasını döydüyünü demiş, çox keçməmiş dayısı Emil xalası Diana ilə birlikdə gəlmiş, onların xəsarətlərini görəndə dayısı Emil ilə Fuad arasında mübahisə yaranmış, bu zaman xalası araya girmiş onları sakitləşdirməyə çalışmışdır. Bundan sonra anası onu və digər iki bacısını da götürüb, dayısı və xalası ilə birlikdə babasıgilə aparmışdır. Həmin gecə babasıgildə qalmışlar. Babasıgildə olarkən dayısı Emil anasına ”ərin səni döyürsə, niyə belə adamla birlikdə yaşayırsan, niyə boşanmırsan?” deyəndə o, dayısına “siz hələ çox şeyi bilmirsiniz” demiş, bu zaman xalası təkidlə ondan nə demək istədiyini soruşanda, o, onlara atalığı Fuadın artıq neçə illərdir ki, onun iradəsi əleyhinə, seksual hərəkətlər etdiyini, sonuncu dəfə bunu Arzumun da gördüyünü, Fuadın bu hərəkətlərinin şahidi olduğunu danışmışdır. Anası bunu eşidəndə Fuadın onları döyüb xəsarətləndirməsi ilə əlaqədar şikayət etmək qərarına gəlmiş və onu götürüb dayısıgillə birlikdə Sumqayıt şəhər polis idarəsinin 3-cü bölməsinə aparmış, 3-cü polis bölməsində həm o, həm də anası Fuadın onları döyməsi ilə əlaqədar şikayət ərizəsi yazmış və izahat vermişlər. Polis bölməsindən çıxdıqdan sonra babasıgilə getmiş və anası ona evlərinə qayıtmayacaqlarını demişdir. Polis bölməsində döyülmə ilə əlaqədar araşdırma getdiyi müddətdə xalası, dayısı, nənəsı və babası ilə bir neçə gün məsləhətləşmiş, Fuadın ona qarşı seksual hərəkətlər etməsi ilə əlaqədar Sumqayıt şəhər prokurorluğuna şikayət etmək qərarına gəlmişdir. Fuad onunla nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmamış, Fuadın əllərini onun tumanından içəriyə salmağa, cinsiyyət orqanına toxunmağa çalışsa da, şalvarını çıxarmağa cəhd etsə də, o buna imkan verməmiş, onu ilkin müayinə edən məhkəmə-tibbi ekspert kişi olduğu üçün bədəninin həmin nahiyələrini ona göstərmək istəməmiş, buna görə ekspertə atalığının onu yumruq-təpiklə başına zərbələr vurduğunu demiş, ancaq başındakı xəsarətləri ona göstərmiş, Fuadın onunla 2012-ci ilin oktyabr ayının əvvəllərindən başlayaraq xx.xx.2024-cü il tarixində son dəfə olmaqla həftədə 3 dəfə seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 14 saylı tam orta məktəbinin 10 R sinif şagirdidir. 2021-ci ilə kimi onlar Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayəşin yaşamışlar. Atası Qanuni nümayəndə təmir tikinti işləri ilə məşğul olur, anası Diana isə Sumqayıt şəhər Yəhudi icmasında işləyir. 2021-ci ilin yay aylarında kirayə yaşadıqları evdən çıxmaq məcburiyyətində qalmış və anası onları ünvan 3 ünvanında yaşayan xalası Lianagilə aparmış, atası isə Novxanı bağlarında nənəsı Firuzəgildə qalmışdır. Anası Diana ilə xalası Liana səhər işə gedir, xalasının əri Fuad isə işləmədiyi üçün evdə olmuşdur. Onlar evdə şortikdə gəzmişlər. Xalasıgildə 3 aya kimi qalmış, ilk vaxtlarda o, Fuadın evdə arada bir Ramina yanından keçəndə, ya əli ilə Raminanın arxasına sillə vurduğunu, ya da əlini onun arxasına gəzdirdiyini görmüşdür. O, Fuadın bu hərəkətini başa düşməmiş, amma bir müddət sonra Fuad onunda arxasına əlini çəkəndə, o sonuncunun sifətinə tərs-tərs baxmış, Fuad isə gülümsəyib heç bir söz deməmişdir. O, Fuadın bu hərəkəti barədə nə anasına, nə də xalasına heç bir söz deməmiş, Fuadın bir neçə dəfə evdə münaqişə yaradıb xalasını döydüyünü eşitmişdir, bu söhbəti xalasıgildə açıb danışsa, böyük münaqişə baş verə biləcəyinə görə susmuşdur. 2021-ci ilin avqust ayının əvvəllərində günorta saatlarında Ramina, Arzum və Maya ilə birlikdə oturarkən Fuad isə yataq otağında çarpayıda uzanmış, bu vaxt onu səsləyib yanına çağırmış, o qonaq otağına girib çarpayının qarşısında döşəmədə oturmuşdur. Fuad əlini öz yanında döşəyə qoyub “yerdə niyə oturursan, gəl yanımda otur” demiş, o bu hərəkəti adi qəbul edib yerdən qalxıb çarpayının kənarında oturmuş, Fuad onu qolundan tutub öz yanına tərəf çəkmiş və gözlənilmədən əlini onun yalın olan ayağının üzərinə qoymuş və sığallamağa başlamışdır. O Fuadın əlini tutub “lazım deyil, nə edirsən” deyərkən, Fuad ona “deyəsən evimdən qovulmaq istəyirsən” demişdir. Daha sonra onun gözləri dolmuş, ağlamaq tutmuş, çarəsiz qalıb səsini çıxarmayıb əlini onun əlindən çəkmişdir. Fuad da bundan sonra onu yavaşca öz yanında çarpayıya uzatmış və bir əlini koftanın altından aparıb döşlərindən tutmuş, o biri əlini şortikinin üstündən cinsiyyət orqanına apararaq sığallamağa, əlləməyə başlamışdır. Fuadın bu hərəkəti 15-20 dəqiqə çəkmiş, sabahısı gün mətbəxə gedəndə Fuad gözlənilmədən əlini onun belinə aparıb özünə tərəf çəkmiş və “sən çox qəşəng qızsan, özün də sirr saxlaya bilirsən” deyib yavaşca əlini əynindəki koftanın altından aparıb, büstqalterin altına salmış və döşünü tutub sıxmağa, əlləməyə başlamışdır. Fuadın bu əxlaqsız hərəkətləri onu hövsələdən çıxarmış, onu özündən kənara itələməyə çalışmış, amma gücü çatmamış, ona acıqlanıb buraxmasını tələb etmiş, lakin Fuad hələ də onun döşlərini əlləməkdə davam etmiş, bu arada Ramina onu səsləyib, mətbəx otağında ipdən asılmış paltarların içərisindən Mayaya dəyişək paltar gətirməyi xahiş etmişdir. O, həmin vaxt birtəhər dartınıb Fuadın əlindən çıxa bilmiş, Fuad onunla qeyd etdiyi formada seksual xarakterli hərəkətləri 2021-ci ilin avqust ayının əvvəllərindən, 2021-ci ilin sentyabr ayının əvvəllərinə qədər, ümumilikdə 4 dəfə etmişdir. Bir müddət sonra yenə anası işdə olmuş, xalası Liana isə Ramina və Arzumu götürüb harasa getmiş, Maya evdə yatmışdır. O da Mayaya görə evdə qalmalı olmuş, Fuadın davranışlarından başa düşmüşdür ki, xalasıgil gedən kimi Fuad yenə onunla əvvəlki əxlaqsız hərəkətlərini edəcəkdir. Buna görə də tez hamam otağına girib qapını qıfıllamışdır. Xalasıgilin hamamı ilə tualeti bir yerdədir. Hamamda xeyli müddət oturmuş, Fuad isə bir neçə dəfə gəlib gah qapını dartışdıraraq açmağa çalışmış, gah da qapını döyüb “nə üçün bu qədər tualetdə oturursan?” deyə onu dilə tutub tualetdən çıxarmağa çalışmış, o da Fuadın hərəkətlərindən bezmiş, buna görə özünə qəsd etmək qərarına gəlmiş, xalası Liananın dolabda olan çəhrayı rəngli “Gillet” ülgücünü götürərək başlığını sındırıb, kəsici hissəsi ilə əvvəlcə sol biləyini, sonra isə sağ biləyini bir neçə dəfə sürtərək kəsmiş, lakin kəsiklər dərin olmamış, azca qanayıb dayanmışdır. O, qapını açıb hamamdan çıxanda Fuad qolundakı kəsikləri görmüş, ondan nə üçün belə elədiyini soruşduqda, o, əl vurduğuna görə bunu eləmiş, əgər bir dəfə yenə ona toxunsa, anasına da, xalasına da hər şeyi danışıb özünü öldürəcəyini demişdir. Fuad onun zarafat etmədiyini, sözlərinin ciddi olduğunu başa düşmüş, buna görə də daha ona toxunmamışdır. Biləklərinin kəsiyini evdə anasıgilin görməməsi üçün bir neçə gün kəsiklərini gizləməyə çalışmış, yara yerləri qaysaqladıqdan sonra anası və xalası onları görüb nə baş verdiyini soruşmuş, o xalasının ailəsində münaqişə olmaması üçün yenə də ona “qollarımı pişik cırmaqlayıb” demişdir. 23 yanvar 2024-cü il tarixdə xalası Liana ilə Fuadın arasında evlərində münaqişə baş vermiş, anası ilə dayısı gedib xalası və qızlarını götürüb babasıgilə gətirmişlər. Babasıgildə olanda dayısı Emil, Lianaya niyə belə adamla birlikdə yaşadığını, niyə boşanmadığı deyəndə, Ramina atalığı Fuadın artıq neçə illərdir ki, onun iradəsi əleyhinə, ounla seksual hərəkətlər etdiyini, Fuadın bu hərəkətlərini Arzumun da gördüyünü, bu hərəkətlərinin şahidi olduğunu danışmış, bunu eşidəndə o da xalasına onların evində qalanda Fuadın onunla da seksual hərəkətlər etdiyini danışmışdır. Sonradan xalası, dayısıgillə məsləhətləşmiş, Fuadın Raminaya qarşı seksual hərəkətlər etməsi ilə əlaqədar Sumqayıt şəhər prokurorluğuna şikayət etmək qərarına gəlmişdir. Buna görə o anasına demişdir ki, gedib Fuadın hərəkətləri barəsində xalasıgil ilə birlikdə izahat vermək istəyir və bu məqsədlə şəhər prokurorluğuna getmişdir. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində Fuadın onunla nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmadığını, hazırda üzərində heç bir xəsarət olmadığını, Fuadın onunla 2021-ci ilin avqust ayının əvvəllərində başlayaraq ümumi 4 dəfə olmaqla, sonuncu dəfə isə 2021-ci ilin sentyabr ayının əvvəllərinə qədər seksual xarakterli hərəkətlər etdiyini, qolunu kəsəndən sonra daha ona toxunmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2003-cü ildə X5 ilə ailə həyatı qurmuş, onunla birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü qızı Zərərçəkmiş şəxs1 doğulmuşdur. Lakin ailə münasibətləri alınmadığı üçün Ziyaddan 2005ci ildə boşanmış, Təqsirləndirilən şəxs ilə o, hələ 8-9 yaşlarından idmana getdiyi vaxtlarda idman zalında tanış olmuşdur. 2008-ci ildə Təqsirləndirilən şəxs onun boşandığını öyrənib elçi göndərmiş, atası da el adəti ilə Fuada ərə vermiş, lakin ərə getdikdən sonra Fuadın ona qarşı münasibəti dəyişmişdir. Ramina balaca vaxtlarında tez-tez nənəsigilə gedib orada qalmış, bu isə Fuadın xoşuna gəlməmiş, icazə verməyəndə isə Ramina ağamışdır. Bu zəmində aralarında tez-tez münaqişələr yaranmış, Fuad da həmişə ona Raminanın onların aralarındakı münasibəti pozduğunu demişdir. Ailə qurduqları ilk vaxtlardan Sumqayıt şəhəri, 9-cu mikrorayonda, “Mətanət” şadlıq sarayının yaxınlığındakı binada kirayəşin yaşamışlar. 2010-cu ildə Fuadla onların Arzum adlı qızları doğulmuş, Ramina Sumqayıt şəhər 14 saylı tam orta məktəbin rus qrupunda 1-ci sinifə getmiş və 4-cü sinifdə oxuyanda onlar ünvan 3 ünvanında 2 otağa düzəlmiş bir otaqlı mənzil almışlar. Fuad heç yerdə işləməmiş, o Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisində fəaliyyət göstərən Sumqayıt yəhudi icmasında katibə kimi işə düzəlmiş və ailəsini dolandımışdır. 2016-cı ildə qızları Maya doğulmuş, qızı Raminanı hələ ibtidai siniflərdən başlayaraq, orta məktəbi bitirənə qədər müəllim-repetitor yanına qoymuş. Ramina dərslərini həmişə yaxşı oxumuş, lakin hər dəfə işdən qayıdanda Fuadın Raminaya acıqlandığını, çığır-bağır saldığını görmüşdür. Ramina orta məktəbi bitirdikdən sonra ali məktəbə sənəd versə də qəbul imtahanlarından keçməmiş, o da qııznı 2024-cü ilin oktyabr ayından Sumqayıt şəhəri H.Əliyev prospektində, Nərimanov mədəniyyət evində olan tibb bacısı kurslarına yazdırmışdır. 23 yanvar 2024-cü il tarixdə o, rəfiqəsi Yeganə xanımla danışmış, birlikdə “Zəfəran” kafesində xingəl yemək barədə razılaşmışlar. İşdən saat 18 radələrində çıxıb evə gəlmiş və yemək hazırlayanda atası onlara gəlmişdir. O, onlara yemək çəkmiş və Yeganə xanımla “Zəfəran” kafesinə getmiş, saat 22 radələrində evə qayıtmış, Raminanın ağladığını başa düşüb yenə evdə münaqişə yaratdığını düşünmüş, amma Raminadan heç bir söz soruşmamışdır. Gecə Ramina onun yanında yatmışdır. 24 yanvar 2024-cü il tarixdə səhər saatlarında yuxudan oyanıb çay-çörək hazırlamış və yenidən yerinə uzanmış, saat 13 radələrində Fuad qonaq otağına ucadan onun ünvanına nalayiq ifadələr işlədərək ona yataqdan qalxmağı və ona yemək verməyi, uşaqları yedizdirməyi tələb etmişdir. O, yataqdan qalxıb qonaq otağına getmiş, Fuada nə üçün uşaqların yanında nalayiq ifadələr işlətdiyini deyib iradını bildirmiş bu zaman aralarında mübahisə yaranmış, o dəhlizə gədərkən Fuad dalınca gedib onun başına qapaz vurmuş və başı divara dəymişdir. Həmin vaxt Ramina gəlib araya girmiş və ona “anamı vurma”-deyib qışqıranda, Fuad ona “sən mənim üstümə qışqırırsan?”-deyib dabankeşi götürərək, Raminanın başına 4-5 dəfə vurmuş, sonuncunun başından qan gəlməyə başlamış, sonra Raminanın qolundan tutub yataq otağına dartıb apararaq çarpayının üstünə tullamışdır. Sonra çarpayının üstünə çıxıb Raminanın baş nahiyəsinə dizləri ilə, daha sonra yumruqla zərbələr vurmağa başlamışdır. O, bunu görəndə Raminanı qorumaq üçün onların arasına girmiş, Fuad da onu yumruqla başına, təpiklə ayaqlarına zərbələr vurmağa başlamışdır. Həmin vaxt 8 yaşlı qızı Maya Fuada bərkdən qışqırıb “ata, anamı vurma-vurma”-deyəndə, Fuad gözlənilmədən onları buraxmış, qonaq otağına getmiş və otaqda olan qab-qacağı yerə çırpıb sındırmağa başlamışdır. Ramina telefonla dayısı Emilə zəng vurmuş və Fuadın evdə münaqişə yaratdığını, onları döydüyünü demiş, çox keçməmiş Emil və bacı Diana gəlmiş və onların xəsarətlərini görüb atasıgilə aparmışdır. Həmin gecə atasıgildə qalmışlar. Atasıgildə olarkən Emil ona ”ərin səni döyürsə, niyə belə adamla birlikdə yaşayırsan, niyə boşanmırsan?”-deyəndə Ramina gözlənimədən Emilə “dayı, siz hələ çox şeyi bilmirsiniz” demişdir. Bu vaxt Diana ondan təkidlə nə demək istədiyini soruşanda, Ramina Fuadın artıq neçə illərdir ki, onunla razılığı olmadan onun sinəsini, ayaqlarını, cinsiyyət orqanını əlləyərək seksual hərəkətlər etdiyini, Fuadın bu hərəkətlərinə Arzumun görüb şahid olduğunu danışmışdır. Bunu eşidəndə o, ərinin qızı ilə belə hərəkətlər edəcəyi ağlına gəlməmişdir. Nə edəcəyinə qərar verə bilməmiş, buna görə ilk olaraq Fuadın onları döyüb xəsarətləndirməsi ilə əlaqədar polisə gedib şikayət etmək qərarına gəlmiş və Raminanı də götürüb qardaşıgillə birlikdə Sumqayıt şəhər polis idarəsinin 3-cü bölməsinə getmiş, daha sonra 3-cü polis bölməsində o və Ramina Fuadın onları döyməsi ilə əlaqədar şikayət ərizəsi yazmış və izahat vermiş, polis bölməsindən çıxdıqdan sonra atasigilə getmişlər. Polis bölməsində döyülmə ilə əlaqədar araşdırma getdiyi müddətdə o atası, anası, qardaşı və bacısı ilə bir neçə gün məsləhətləşmiş, atasıgil ona“Fuad etdiyi hərəkətlərə görə cavab verməlidir, onu bağışlamaq olmaz, o sənin qızının namusu ilə oynayıb” deyərək bununla bağlı prokurorluğa gedib şikayət verməsini məsləhət görmüşlər. Bundan sonra o, qızına bu məsələ nə qədər ayıb olsa belə, gedib şikayət etməli olduğunu başa salmışdır. Bundan sonra Ramina onunla birlikdə şəhər prokurorluğuna getmiş və Təqsirləndirilən şəxs ona qarşı seksual hərəkətlər etməsi ilə əlaqədar şikayət ərizəsi vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun doğma qızıdır, Təqsirləndirilən şəxs isə onun bacısı Liananın əridir. 2024-cü ilin yanvar ayının sonlarında Fuad bacısı və ögey qızı Raminanı döydüyünə görə öz evlərində deyil, onlarla bir yerdə yaşamışlar. Söhbət zamanı Ramina onlara atasının döyməkdən başqa şeylər də etdiyini demiş, bundan sonra o, bu barədə Ramindan təkidlə soruşmuş, sonuncu isə atası Fuadın 2012-ci ildən başlayaraq ona qarşı seksual xarakterli hərəkətlər etdiyini, sonuncu dəfə xx.xx.2024-cü il tarixində edən zaman bacısı Arzumun da gördüyüyünü deyərək ağlamışdır. Qızı Emiliya bunu eşidəndən sonra 2021-ci ilin avqsutsentyabr aylarında Fuadgildə qalan zaman ona qarşı da Fuadın 4 dəfə seksual xarakerli hərəkətlər etdiyini ona demiş, bundan sonra onlar bu barədə Sumqayıt şəhər prokurorluğuna ərizə ilə müraciət etmişlər. Məhkəmədə digər proses iştirakçılarından təcrid edilmiş xüsusi şəraitdə psixoloq (mütəxəssis) iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid1 ifadəsində göstərdi ki, Şahid2 Ramin qızı onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. Onların ailədə 3 uşaqdırlar. Ramina onun ögey bacısıdır. O, Sumqayıt şəhəri 14 saylı tam orta məktəbdə oxuyur, anası Liana Sumqayıt Yəhudi icmasında katibə işləyir. Atası isə heç yerdə işləmir, bütün gün evdə oturub ya televizora baxır, ya da telefonda Tik-Tok sosial şəbəkəsində olmuşdur. Anası səhər saatlarında işə gedir və axşam saat 18-19 radələrində evə qayıdıb gəlmiş, o atasının doğma qızı olsa da, atası onunla çox kobud davranmışdır. 23 yanvar 2024-cü il tarixdə o, kiçik bacısı Maya ilə dərsdən gəlib öz otaqlarında olarkən, həmin gün Ramina kursda olmuşdur. Ramina kursdan saat 16 radələrində gəlmiş, onların otağında paltarlarını dəyişib boz rəngli pijamasını geyinmiş və onlar dərslərilə məşğul olmağa başlamışlar. Həmin gün anası Liana təxminən saat 18 radələrində işdən gəlmiş, bir qədər sonra rəfiqəsi Yeganə xanımla birlikdə harasa gedəcəyini deyərək, onlara yemək hazırlamağa başlamışdır. Bu arada onlara anasının atası, yəni babası Ramin gəlmiş, anası yeməyi hazırlamış, babası ilə atasına yemək çəkmiş və çıxıb getmişdir. Babası da atası ilə yeyib içdikdən sonra çıxıb getmişdir. Ramina qab-qacağı yığışdıranda, onlar öz otağlarında olmuşlar. Atası otağa gəlib onlara “otaqan çıxmayın, mənim Ramina ilə işim var demişdir. Atası tez-tez onlara belə deyib qapını bağlayarmış və onlara otaqdan çıxmağı qadağan edərmiş. Onlar da atasının onları döyəcəyindən qorxub, özü, ya da Ramina otağın qapısını açana kimi otaqdan çölə çıxmamışlar. X14 ilə nə söhbəti olduğunu bilməmiş, Ramina da bu barədə onlara heç bir söz deməmiş və danışmamışdır. Saat 19 radələrində həmişə olduğu kimi atası onların otağının qapısını örtmüş, bir müddət sonra özündən ixtiyarsız Raminaya söz demək üçün otağın qapısını açıb mətbəxə getmək istəyəndə qonaq otağında Raminanın divanda oturduğunu, atası Fuadın isə ayaq üstə durmuş vəziyyətdə, ayaqlarını Raminanın ayaqlarının kənarlarından keçirib, bir qədər Raminaya tərəf əyilmiş vəziyyətdə, əlləri ilə Raminanın qollarından yapışıb dodağından öpdüyünü görmüşdür. Bunu görəndə özündən ixtiyarsız olaraq “vaaay” deyib içini çəkmiş, atası onun hərəkətlərini gördüyünü başa düşüb tez Raminanın başını sığallamağa başlayaraq “Ramina ağlama, niyə ağlayırsan, hər şey yaxşı olacaq”demişdir. Həmin vaxt Ramina gözlərini yumub ağlamış, atası Fuad isə əsəbi halda ona tərəf çevrilib “sənə deməmişdim, otaqdan çıxmayın” deyərək başına bir-iki dəfə bərkdən qapaz vurarkən, başı divara dəymiş və bərk ağrı vermiş, o da ağlayaraq öz otağına getmiş, ancaq hazırda heç bir xəsarəti yoxdur. Gördükləri barədə Ramina ilə aralarında heç bir söhbət olmamış, nə o, Raminadan bir söz soruşmuş, nə də Ramina ona bir söz deməmişdir. Bu barədə o, anasına da heç nə deməmiş, çünki evdə anası ilə atasının arasında münaqişə baş verəcəyindən, atasının onu döyəcəyindən çox qorxmuşdur. Anası evə qayıdıb gələndə Raminanın ağladığını başa düşmüş, amma bir söz deməmişdir. Ertəsi gün o, dərsə getmiş və saat 13 radələrində dərsdən evə gəlmişdir. Atası qonaq otağında, anası ilə Ramina isə yataq otağında olmuşlar. Bir müddət sonra atası ucadan anasının ünvanına nalayiq ifadələrlə söyüş söyməyə başlamış, yataqdan qalxmağı və ona yemək verməyi tələb etmiş, bu zaman anası yataqdan qalxıb qonaq otağına getmiş və uşaqların yanında niyə söyüş söydüyünü, nalayiq ifadələr işlətdiyini deyəndə, onların arasında mübahisə yaranmış, atası Fuad anasının başına qapaz vurmuş və anasının başı divara dəymişdir. O, qorxusundan küncə qısılıb ağlamış, Ramina həmin vaxt yataq otağından çıxıb, anası ilə atasının arasına girmiş və atasına “anamı niyə vurursan, vurma” deyib qışqırmış, atası da bunu görəndə dəhlizdə olan dabankeşi götürüb, Raminanın başına 4-5 dəfə dabankeşlə vurmuşdur. Bu vaxt Raminanın başından qan gəlməyə başlamış, amma atası buna əhəmiyyət verməmiş, Raminanı qolundan tutub yataq otağına dartıb apararaq çarpayının üstünə tullamış, sonra da çarpayının üstünə çıxıb Raminanı baş nahiyəsindən ayağı ilə, sonra da başına yumruq zərbələri vurmuşdur. Həmin vaxt anası özünü Ramina ilə atasının arasına atmış, bütün bədəni ilə onu atasının zərbələrindən qorumağa çalışmışdır. Atası isə Ramina ilə bərabər anasını da yumruqlarla başına, təpiklə ayaqlarına vurmağa başlamış, bu vaxt 8 yaşlı bacısı Maya atasına bərkdən qışqırıb “ay ata, vurma-vurma” deyəndə, atası Fuad anasıgili buraxmış, qonaq otağına gedərək qab-qacağı yerə çırpıb sındırmağa başlamışdır. Ramina telefonla dayısı Emil Həsənova zəng vurub atasının evdə münaqişə yaratdığını, anası ilə onu döydüyünü demiş, az sonra dayısı Emil və xalası Diana gəlmiş və anası Raminanın vəziyyətini görəndə dayısı Emil ilə atası arasında mübahisə yaranarkən xalası Diana araya girmiş dayısını kənara çəkmişdir. Bundan sonra anası onları da götürmüş, dayısı və xalası ilə birlikdə onları babasıgilə aparmışdır. Həmin gecə babasıgildə qalmışdır. Babasıgildə olanda dayısı Emil anasına “niyə atamdan boşanmadığını, niyə belə adamla yaşadığını” deyəndə Ramina onlara atasının onunla iradəsi əleyhinə, onunla əxlaqsız hərəkətlər etdiyini, bu hərəkətləri 8 yaşı olandan indiyə kimi etdiyini, amma bunu anasına deməkdən qorxduğunu, atasının anası Liananı döyüb xəsarətləndirməsindən qorxduğunu bildirmişdir. Anası və Ramina bundan sonra atası Fuadın hərəkətlərindən şikayət etmək qərarına gəlmişdirlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, qardaşının günahı yoxdur, onlar zəhmətkeş ailədə böyümüş və qardaşı hər zaman onlara dəstək olmuşdur. Əgər Təqsirləndirilən şəxs belə bir cinayəti törətsəydi ailəsi ondan üz çevirərdi və onun üçün ən ağır cəzanı istəyərmişlər. Verilən suallara cavab olaraq bildirdi ki, Ramina Fuada həmişə ata demiş və ailələrində dava olmamış, yeni il bayramından sonra ailədə dava olduğunu eşitdikdən sonra Xıdırova Yaqut bir böyük kimi onların evinə getmiş və orada Xıdırova Yaquta “siz hələ çox şey bilmirsiniz, biz məhkəmədə hər şeyi deyəcəyik” demişlər. Qardaşı heç vaxt belə bir əməl törətməz. Onların evində 1 il əvvəl olmuş, Fuad ailələrində problem olduğunu deməmiş, Raminanı qızı kimi böyütmüşdür. Xıdırova Yaqut ailədə problem olmadığını videodan görmüşdür. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, yanvar ayından qardaşının tutulduğu ilə bağlı məlumatlandırılmış. O, təcridxanaya getmiş və orada evin açarı da daxil olmaqla Fuada aid əşyalarla onların evinə getmişdir, lakin, həmin açarla evə daxil ola bilməmişdir. Daha sonra məcburən Liananın atası evini soruşaraq tapmış və ora getmişdir. Onu içəri dəvət etmiş və orada elə şeylər danışmışlar ki, o, çox pis vəziyyətdə qalmışdır. Daha sonra onlarla qardaşıgilin evinə getmiş və orada evin çox dağılmış vəziyyətdə olduğunu görmüşdür. Lianadan qardaşı üçün paltarlar istəmiş və onlarda səliqəli şəkildə ona paltarları vermişlər. Onun qardaşı bu cinayəti törədə bilməz. Qardaşı bu əməli törətməmişdir. Qardaşıgilin yaşadığı ev onların “ata” torpağı satılaraq alınmışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş ekspert Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı Bəhram Təhməzlinin 15 fevral 2024-cü il tarixli qərarı əsasında, ekspertizaya təqdim olunmuş sənədlər əsasında, 25 aprel başlanmış və 30 apreldə başa çatmış 205 saylı məhkəmətibbi ekspertiza rəyi tərtib edilmişdir. Məhkəmə-tibbi ekspertiza rəyində ekspertiza qarşısına qoyulmuş 5 sual ilə əlaqədar, onların hər biri haqqında ayrı-ayrılıqda məlumat verilməsi və elmi əsaslandırılması istənilmişdir və bununla bağlı, ona təqdim edilmiş 137 və 47 saylı ekspertiza rəylərindən istifadə etmiş yəni, şəxsi özünün müayinəsini aparmamış, sənədlər əsasında, 2 dəfə ekspertiza keçirilmiş, Sumqayıt şəhər məhkəməsinin ekspertiza şöbəsində, 137 saylı rəy verilmiş və burada ekspert tərəfindən baxış keçirilərkən müayinə olunanın anamnestik məlumatları və bədəninə baxış keçirilərkən aşkar edilmiş xəsarətlərin xarakteri, ölçüləri və.s fiksasiya edilərək ekspert rəyi ilə aşağıdakı nəticəyə gəlinmişdir, həmin nəticə əsasən ilkin 137 saylı rəyə əsasəndir, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir, 24-ü yanvar 2024-cü ildə, özü isə bildirmişdir ki, həmin gün, yəni, müayinə olunan gün, saat 13:30 radələrində atalığı Təqsirləndirilən şəxs tərəfindən yumruqla başına üz nahiyəsinə vurulmuşdur və tibb müəssisəsində müalicəyə getməmişdir, şikayəti isə başındakı ağrılar olmuşdur. Aldığı xəsarətlərlə bağlı hər hansı tibb müəssisəsindən müalicə almadığından ekspert yalnız müayinə olunanın bədənində aşkar olunan xəsarətlərə qiymət vermişdir. Və göstərmişdir ki, müayinə zamanı sol almacıq nahiyəsinin, yəni üzünün sol almacıq nahiyəsinin qançır şişkinliyi və sol təpə gicgah nahiyəsində cərrahi tikişə ehtiyacı olan əzilmiş, cırılmış yara vardır və qeyd olunan bu yaralar küt əşyanın təsirindən əmələ gəlmişdir və müayinədən bir gün əvvəl olmaqla, qərarda göstərilən vaxtda, şəraitdə xx.xx.2024-cü il tarixdə əl və ayaqla vurulma zərbələri ilə yetirilə bilərmiş. Bu isə, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan onun sağlamlığına yüngül zərər vurma kimi qiymətləndirilmişdir. Buna baxmayaraq qarşıya sual olaraq qoyulur ki, o özü-özünə bu xəsarətləri yetirə bilərdimi, ekspert tərəfindən isə xəsarətlərin özü-özünə yetirməsi az inandırıcı kimi qiymətləndirilmişdir. Bundan sonra təkrarən digər xüsusatların tədqiqatı ilə bağlı ekspertiza təyin olunmuşdur. Bu ekspertiza da Sumqayıt şəhər prokurorunun köməkçisinin, birinci dərəcəli hüquqşünas Cəfər Mövsumovun 31 yanvar 2024-cü il tarixli qərarı əsasında müayinə olunan birliyə təqdim edilib, birliyin Bakı şəhər şöbəsində komisyon qaydada məhkəmə-tibbi ekspertiza aparılıb, ekspertiza zamanı qarşıya qoyulan sualların cavablandırılması və müayinə olunanın cinsiyyət müayinəsinin aparılması bildirilmişdir. xx.xx.2024-cü il tarixdə, artıq ilkin ekspertizadan 6 gün sonra, ikinci, komisyon ekspertiza keçirilir və nəticədə,müəyyənləşdirilir ki, xx.xx.2024-cü il tarixdə 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertiza müayinəsindən kecirilmişdir. Müayinə olunanın deməsinə görə, artıq ikinci ekspertiza bildirir ki, ilkin ekspertizadan bir gün qabaqki tarixdə, xx.xx.2024-cü il tarixdə saat 18-19 radələrində yaşadıqları ünvanda atalığı Təqsirləndirilən şəxs onunla zorla əvvəllər olduğu kimi seksual xarakterli əxlaqsız hərəkətlər etmişdir. Belə ki, atalığı Fuad istəmədiyi halda yenə də onu kobud şəkildə qucaqlayaraq üzündən, boynundan və sinəsindən öpməyə başlamışdır. Əlindən çıxmaq istədikdə sol qolundan vuraraq onu zorla divana yıxmış, sonra dizini sağ buduna sıxaraq əlləri ilə budlarını, sağrılarını, xarici cinsiyyət orqanını və süd vəzilərini kobud şəkildə sıxmağa başlamışdır. Bu zaman bacısı 13 yaşlı Arzum otağa daxil olmuş, nəticədə atalığının əlindən qaçaraq digər otağa keçə bilmişdir. Atalığı Fuad 8 yaşından ona qarşı seksual xarakterli hərəkətlər edirmiş, lakin onun qorxusundan bunlar haqqında anasına heç bir şey deyə bilmirmiş. Bundan 1 (bir) gün sonra, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında dəmir dabankeşlə, yumruq və təpiklə onun baş və üz nahiyələrindən vuraraq xəsarətlər yetirmişdir. Tibbi yardım üçün müraciət etməmişdir, lakin hər bir halda ekspertiza keçirilir. Şikayəti başında və sağ süd vəzisində olan ağrıdandır. Sol bazunun aşağı 1/3-nin arxa, qismən bayır səthində, qeyri-düzgün ovalvari formali mərkəzi hissədə göy-bənövsəyimtil rəngli adacıqsəkilli hissələrlə qeyd edilən ortada solğun yaşılımtıl, periferik hissədə göyümtül rəngli, ümumi ölçüləri 7.0x3.5sm olan, 7.0x3.5sm xəsarətin ölçüsü deyildir, yəni, o sahədə olan, qançır vardır. Analoji xarakterli qançır qeyri-düzgün ovalvari formalı, ölçüləri 5.0x4.5 sm olmaqla sağ budun orta 1/3-nin aşağı hissəsində ön-iç səthdə qeyd edilir. Basın sol təpə-gicgah nahiyəsində, artıq ilkin ekspertizada müəyyən olunmuş xəsarətin artıq sağalma forması qeyd olunur burada, uzunsov formalı, kənarları nahamar, ucları küt, üzəri qəhvəyi-qonur rəngli, quru, hündür qartmaqla örtülmüş, ölçüləri 1,8x0,2 sm sağalmaqda olan yara vardır. Başın ənsə nahiyəsində sağda və solda hərəsində bir ədəd dərisi bir qədər solğun-qırmızımtıl, əllədikdə ağrılı, azca bərkvari konsistensiyalı, ölçüləri uyğun olaraq 2.0x1.5x0.5 sm və 2,0x1.5x0.5 sm ölçülərdə şiskinliklər vardır. Sağ gözaltıalmacıq nahiyədə qeyri-düzgün ovalvari formalı, horizontal yerləşmiş, ölçüləri 2.0x0.7 sm bənövşəyi-vasılımtıl-sarımtıl rəngli qançır vardır. Sağ süd vəzisinin yuxarı-bayır kvadrantında iki ədəd hər birinin ölçüləri 2.0x1,5 sm, yuxarı-ic kvadrantında bir ədəd ölçüsü 1.5x1,0 sm və sol süd vəzisinin yuxarı-iç kvadrantında ölçüsü 2,0x1,5 sm olan sərhədləri çətin seçilən ovalvari formalı, sarımtıl rəngli qançırlar vardır. Bədənin digər nahiyələrində xəsarətin hər hansı bir obyektiv əlaməti askar edilmədi. Xarici cinsiyyət üzvləri qadın tipində düzgün inkişaf etmişdir, böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarını örtür. Qasıq nahiyəsində qara rəngdə mülayin qasıq tüklənməsi qeyd edilir. Uşaqlıq yolu girəcəyinin selikli qişası çəhrayı rəngdədir. Qızlıq pərdəsi üzükvari formadadır, hündürlüyü (eni) 0,3-0,4 sm, dəliyinin diametri böyük cinsiyyət dodaqları dartıldıqda 1,2-1,3 sm-ə çatır. Qızlıq pərdəsi hər yerdə eyni olub, çəhrayımtıl rəngdədir, sərbəst kənarı nazikdir, tamlığı pozulmayıb. Qızlıq pərdəsi və onun ətrafında hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. 31 yanvar 2024-cü il tarixli ekspertiza rəyinin nəticə hissəsində isə göstərilir ki, Zərərçəkmiş şəxs1 bədən səthində başın sol təpə-gicgah nahiyəsində bir ədəd əzilmiş yara, ənsə nahiyəsinin yumşaq toxumalarının iki ədəd şişkinliyi, sağ gözaltı-almacıq nahiyəsinin bir ədəd qançırı, sol bazunun aşağı 1/3-nin arxa-bayır səthinin 1 ədəd qançırı, sağ budun orta 1/3-nin ön-iç səthinin qançırı, sağ süd vəzisinin üç ədəd və sol süd vəzisinin bir ədəd qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti məhkəmə-tibbi ekspertiza müayinəsinin keçirildiyi vaxtdan (xx.xx.2024-cü il) 7-8 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş yuxarıda göstərilən xəsarətlər qərarda göstərilən və zərərçəkənin bildirdiyi tarixlərdə, yəni 23-24 yanvar 2024cü il tarixlərdə və şəraitdə əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamışdır və onun anatomik quruluş xüsusiyyətləri tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs1 arxa keçəcək dəliyi nahiyəsində onunla arxa keçəcəkdən qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən morfoloji əlamətlər, xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Daha sonra isə onun tərəfindən, təqdim olunan suallara müvafiq şəkildə tərtib etdiyi, yazılır ki, B.Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər onunla zorla seksual hərəkətlər edilməsi nəticəsində yarana bilərdimi? Cavab olaraq isə qeyd etmişlər ki, 1-ci və 2-ci suallara birlikdə cavab verərək, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlərdən konkret olaraq sağ bud hissəsində və sağ süd vəzisində olan xəsarətlərlə bağlı sual qoyulur, lakin bir daha təkrar edərək qeyd edirlər ki, sağ gözaltıalmacıq nahiyəsinin bir ədəd qançırı, sol bazunun aşağı 1/3-nin arxa-bayır səthinin 1 ədəd qançırı, sağ budun orta 1/3-nin ön-iç səthinin qançırı, sağ süd vəzisinin üç ədəd və sol süd vəzisinin bir ədəd qançırları, Qeyd olunan xəsarətlərin xarakterini, lokalizasıyasını və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, bədəninin əli çatan nahiyələrində olmalarına baxmayaraq özü dən yetirilməsi inandırıcı olmamışdır. 2-ci və 4-cü sualları, yəni sual qoyulur ki, B.Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər onunla zorla seksual xarakterli hərəkətlər edilməsi nəticəsində yarana bilərdimi?, Ç.Zərərçəkmiş şəxs1 bədəni üzərinə aşkar edilmiş sol bazunun 1/3-nin səthinin 01 ədəd qançırı, sağ budun orta 1/3-nin ön iç səthinin qançırı, sağ süd vəzinin üç ədəd və sol süd vəzisinin bir ədəd qançırı xəsarətləri sonuncunun atası tərəfindən Cəfərovanın dediyi şəraitdə onunla zorla seksual xarakterli hərəkətlər etməsi xx.xx.2024-cü il tarixində yarana bilərdimi? Cavablandıranda qeyd etmişlər ki, Zərərçəkmiş şəxs1 bədəni üzərinə aşkar edilmiş sol bazunun aşağı 1/3arxa-bayır səthinin 01 ədəd qançırı, sağ budun orta 1/3-nin ön iç səthinin qançırı, sağ süd vəzinin üç ədəd və sol süd vəzisinin bir ədəd qançırları müayinə olunanın göstərdiyi də, yəni onunla xx.xx.2024-cü il tarixdə fiziki qüvvə tətbiq etməklə seksual xarakterli hərəkətlər edilməsi zəminində yaranmaları inkar olunmur. Verdiyi ekspert rəyini təsdiq edir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, onların qanuni nümayəndələrinin, ekspertin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 137 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ almacıq nahiyyəsinin qançır-şişkinliyi və sol təpə-gicgah nahiyyənin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əl və ayaq zərbələri ilə yetirilə bilərdi və dəcərəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasıyanına əsasən demək olar ki, həmin xəsarətin vətəndaş X1 özüözünə yetirməsi az inandırıcıdır.(cild 1, i.v. 18-21) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 600 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yolxanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 2, i.v. 22-24) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 664 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs2 hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs2 hazırda öz hərəkətlərini qiymətləndirmək, ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək və hadisə barədə düzgün ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs2 hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur.(cild 2, i.v. 25-29) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 665 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təfəkkürü praktik yönümlüdür, analizetmə, ümumiləşdirmə kimi keyfiyyətləri normaya uyğundur. Baş vermiş hadisə ilə əlaqədar emosional sferasında neqativ dəyişikliklərin (əhval-ruhiyyənin enməsi, həyacan, gərginlik və s.) əmələ gəldiyi, hiss və yaşantılarını açıqlayarkən səmimi olduğu müşahidə edildi. Zərərçəkmiş şəxs1 hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs1 hazırda öz hərəkətlərini qiymətləndirmək, ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etmək və hadisə barədə düzgün ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs1 hər hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs1 emosianallıq, həssaslıq, səmimilik, hirslilik, başqalarının hiss və yaşantılarına biganə olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs1 2012-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs tərəfindən qanunazidd hərəkətlər edilən zaman, Zərərçəkmiş şəxs1 azyaşlı olduğundan həmin hərəkətlərin xarakter və mənasını anlamaq iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs1 sonuncu dəfə (xx.xx.2024-cü il tarixində) ona qarşı edilən hüquqazidd hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs1 qarşı edilən hüquqazidd hərəkətlər zamanı onun emosianal sferasında qorxu, həyəcan, gərginlik kimi hallar əmələ gələ bilərdi. Hazırda baş vermiş hadisələrlə əlaqədar onun emosianal vəziyyətdə neqativ dəyişikliklərin (əhval-ruhiyyənin enməsi, emosianallıq, gərginlik, həyacan və s) yaranması müşahidə edilir. Zərərçəkmiş şəxs1 yalan danışmağa özündən uydurmağa, digər şəxslərin, o cümlədən valideynlərinin təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. (cild 2, i.v. 30-34) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 72 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs vizual olaraq xarici cinsiyyət üzvü nahiyəsində cinsi əlaqəyə maneə olacaq hər hansı bir patalogiya, anomaliya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir.(cild 2, i.v. 35-38) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 250/MEŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 başın sol təpə-gicgah nahiyyəsində bir ədəd əzilmiş yarası, ənsə nahiyyəsində yumşaq toxumalarının iki ədəd şişkinliyi, sağ gözaltı-almacıq nahiyəsinin bir ədəd qançırı, sol bazunun aşağı 1/3-nin arxa-bayır səthinin 1 ədəd qançırı, sağ budun orta 1/3-nin ön-iç səthinin qançırı, sağ süd vəzisinin üç ədəd və sol süd vəzisinin bir ədəd qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin xarakterini, lokalizasıyasını və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, bədəninin əli çatan nahiyələrində olmalarına baxmayaraq özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs1 bədəni üzərinə aşkar edilmiş sol bazunun aşağı 1/3- nin arxa-bayır səthinin 01 ədəd qançırı, sağ budun orta 1/3-nin ön iç səthinin qançırı, sağ süd vəzisinin üç ədəd və sol süd vəzisinin bir ədəd qançırları müayinə olunanın göstərdiyi şəraitdə, yəni onunla xx.xx.2024-cü il tarixdə fiziki qüvvə tətbiq etməklə seksual xarakterli hərəkətlər edilməsi zəminində yaranmaları inkar olunmur. Zərərçəkmiş şəxs1 aşkar edimiş xəsarətlər dərəcəsinə görə, başın sol təpə-gicgah nahiyəsinin bir ədəd cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş sol təpə-gicgah nahiyəsinin bir ədəd əzilmiş yarası, ənsə nahiyəsinin yumşaq toxumalarının iki ədəd şişkinliyi və sağ gözaltı almacıq nahiyəsinin bir ədəd qançırı xx.xx.2024-cü il tarixdə yarana bilərdilər.(cild 2, i.v. 44-49) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 1, i.v. 66) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X9 adında azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə xüsusilə qeyd edir ki, zorlama və seksual xarakteri zorakılıq hərəkətləri cinayətləri öz spesifikliyi ilə, eləcə də sübutetmə predmetinə görə digər cinayətlərdən fərqlənir. Belə ki, bu tip cinayət işləri zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələri yalnız o, halda sübut növü kimi qəbul edilə bilər ki, həmin ifadələr ən azı digər sübutlarla-məhkəmə ekspert rəyi ilə, hadisə barədə şahid ifadəsi ilə, habelə cinayət törədiləndən dərhal sonra aparılmış istintaq hərəkətlərinin protokolları ilə təsdiq olunsun. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin sırf cinsi sferada törətdiyi cinayətləri təkzib etməsi onun gələcəkdə qanunla ona təyin ediləcək cəzadan yaxa qurtarmaq, habelə bu tip cinayətin törədilməsinə görə cəmiyyətdə, xüsusilə yaxın ətrafında qınaq obyektinə çevrilə biləcəyi qorxusu olmuşdur. Məhkəmə, ifadələrə qiymət verərkən ilk öncə həmin ifadələrin ağlabatanlığı və iş üzrə ittihamın həll olunmasına nə dərəcədə əsas ola biləcəyi kriteriyasından yanaşır. Məhz ağlabatanlıq kriteriyasından yanaşaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin yaşı nəzərə alınaraq sırf cinsi sferada törədilmiş cinayətlə bağlı yalan ifadə verə bilməsi mümkünsüzdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 150.2.5 (hazırda qüvvədə olan) və 150.3.3 (köhnə redaksiyada) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi böyük ictimai təhlükə törətməyən, 150.2.5-ci maddəsi (hazırda qüvvədə olan) ağır, 150.3.3-cü maddəsi (köhnə redaksiyada) isə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 150.2.5 (hazırda qüvvədə olan) və 150.3.3 (köhnə redaksiyada) maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 150.2.5 (hazırda qüvvədə olan) və 150.3.3 (köhnə redaksiyada) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 150.2.5 (hazırda qüvvədə olan) və 150.3.3 (köhnə redaksiyada) maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal cinayətin təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində azyaşlı uşağın olmasıdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun yalnız azadlıqdan məhrum edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail olunacağını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 150.2.5 (hazırda qüvvədə olan) və 150.3.3 (köhnə redaksiyada) maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, 12 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, i.v. 156, 168, i.v. 198, 234-236) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 150.2.5 (hazırda qüvvədə olan) və 150.3.3 (köhnə redaksiyada) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 128-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 150.2.5-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə, CM-nin 150.3.3-cü maddəsi ilə (köhnə redaksiyada) 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-64/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-64/2025
28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver