Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-640/2024 29.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu ünvan 2nında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitənin satışını həyata keçirib qazanc əldə etmək məqsədi ilə, əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayət qrupunun naməlum üzvü tərəfindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Avtovağzal dairəsi» deyilən yerdə gizlədilmiş külli miqdarda 4074,87 qram çəkidə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı İ) daxil olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə oradan götürüb əldə etməklə, Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və həmin narkotik vasitənin bir hissəsini üzərində, digər hissəsini idarə etdiyi «Toyota» markalı, «Prius» modelli, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, Abşeron RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilib və burada həmin tarixdə saat 02:24-dən 02:38-dək üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən üzərinə kağız parçasına 10 rəqəmi yazılmaqla yapışdırılmış 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 9,87 qram və həmin tarixdə saat 02:44dən 02:55-dək idarə etdiyi «Toyota» markalı, «Prius» modelli, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, avtomobilin yük yerindən 03 ədəd qara rəngli sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1060 qram, 1495 qram, 1510 qram olmaqla, ümumi çəkisi 4074,87 qram təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr, tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında yaşamışdır. 25 yanvar tarixində həbs olunduğunu bildirmişdir. Onu polis əməkdaşları Əhmədli dairəsində axşam saat 21-22 radələrində saxlamışdırlar. Tutularkən tək olmamış, yanında qeyri-rəsmi münasibətdə olduğu Arzu adlı xanım da olmuşdur. Hadisədən bir gün əvvəl Arzu ilə aralarında mübahisə olmuş, ona qarşı söyüşlər söyməyə başlamış və polis əməkdaşları tərəfindən ona zəng olunaraq “Təqsirləndirilən şəxs, yaxınlaşarsınız, polis idarəsinə” deyilmiş, səbəbini soruşduqda polis əməkdaşları ona “siz kiməsə söyüş filan söymüsünüz və s.” demişdir. O da hal-hazırda İsmayıllıda yol getdiyini, amma sabah üçün mütləq yaxınlaşacağını demişdir. Arzu onun yaşadığı ünvanı bilmişdir. O, yol gələrkən köşkdən siqaret almaq üçün düşmüş, bu zaman polis əməkdaşları ona yaxınlaşmışdırlar. Polis əməkdaşları üzərinə baxış keçirmiş, onun hansı ünvanda yaşadığını bildikləri üçün yaşadığı evə də baxış keçirmişdirlər. Yaşadığı mənzildə kasanın içərisində 04 qramda tütünlə qarışdırılmış “nəşə” olmuşdur. Arvadını da onunla bərabər Abşeron Rayon Baş Polis İdarəsinə aparmışdırlar. İdarəyə apardıqları zaman polis əməkdaşları ona “30.000 manatın varsa, ver, səni sərbəst buraxaq” demiş və bundan əlavə “sənin narkotik istifadə etməyindən filan arvadının da məlumatı var” qeyd etmişdirlər. Polis əməkdaşları onun qarşısına 2 kq “patı”, 2 kq “kakos” və 3 kq da nəşə qoyub “bunları sənə yükləyəcəyik” demiş, o, öz narazılığını bildirməsinə baxmayaraq, polis əməkdaşları buna məhəl qoymamışdırlar. O da “heç olmasa, evimdəkiləri yola salım, sonra yenə danışarıq” demiş və polis əməkdaşları razılaşmışdırlar. Ümumiyyətlə, o, Azərbaycan Respublikasında yaşamamış, 23 ildir ki, Rusiyada yaşamışdır. Polis idarəsində ona çəkmək üçün nəşə vermiş, artıq nəşə çəkdikdən sonra özündə olmadığını hiss etmişdir. Polis əməkdaşları video çəkilişdən qabaq ona “Ağakişiyev, video çəkiliş zamanı deyərsən ki, aşkar olunan narkotik vasitələr mənə məxsusdur, bir az da maşınım da var” demişdirlər. Onun cibində həmin vaxt 3.600 manat məbləğində pul olmuşdur. Daha sonra da maşına gedib baxdıqda maşının baqajında içi narkotik vasitələrlə dolu 4 ədəd karton olduğunu görmüşdür. Dövlət ittihamçısının suallarına təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cavab olaraq 8-9 aydır ki, taksi fəaliyyəti ilə məşğul olduğunu, Bakı şəhəri Xətai rayonu Babək prospekti 94 ünvanında yaşadığını bildirmişdir. O, narkotik vasitə marixuanadan istifadə etmiş, 1 qutu marixuana onun istifadəsinə 4-5 gün bəs etmişdir. Polis əməkdaşları ondan ailəsini sərbəst buraxmaq üçün 3.600 manat məbləğində pul almışdırlar. Onda 04 qram narkotik vasitə olmuşdur. Onun qeyri-rəsmi münasibəti olan Arzu adlı xanım hansısa polis əməkdaşının baldızı olmuşdur. Arzu Abşeron Rayon Baş Polis İdarəsində kompüter qeydiyyatında işləmiş, lakin 9 ay sinir sisteminə görə işləməmişdir. Arzu həmişə “mənim yeznəm Abşeron Rayon Baş Polis İdarəsində işləyir” demişdir. O, saxlanmağını Arzu ilə mübahisəsi ilə əlaqələndirmişdir. Rusiyada 2 dəfə məhkum olunmuşdur. O, barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə qeyd olunan xüsusatların hər biri barədə məlumat vermişdir. Taksi fəaliyyətindən əvvəl ticarətlə məşğul olmuş, daha sonra müflisləşdiyindən o işi dayandırmışdır. Saxlanılan gün İsmayıllı rayonundan gəlmiş, üzərində olan 3.600 manat məbləğində pulu polis əməkdaşları götürmüşdürlər. Ona qarşı edilən qanunsuz hərəkətlərlə bağlı heç bir dövlət orqanına müraciət etməmişdir. Müdafiəçinin suallarına təqsiriləndirilən şəxs cavab olaraq bildirmişdir ki, **-EX- *** dövlət qeydiyyat nişanlı avtomobili arenda olaraq günə 30 manata götürmüşdür. Onun yaşadığı mənzildə tütünlə qarışdırılmış nəşədən başqa heç nə olmamışdır. Polis əməkdaşları ona 10 qram narkotik vasitə verib video çəkiliş vaxtı ona aid olduğunu deməsini tapşırmışdırlar. Onu təhdid etdikləri üçün idarədə nəşə çəkmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs kimi verdiyi ilkin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 20 Yanvar küçəsində idarə etdiyi «Toyota» markalı, «Prius» modelli, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilində olduğu zaman, polis əməkdaşları tərəfindən saxlanılmış və sonuncular özlərini təqdim etdikdən sonra onu Abşeron RPİ-yə dəvət etmişlər. Abşeron RPİ-nin xidməti otaqların birində, video çəkiliş aparılmaqla, üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən, ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşyanın olubolmadığı barədə soruşulmuşdur. O, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə kağız zərfdə qablaşdırılmış və bu barədə protokol tərtib olunaraq, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı o, idarə etdiyi «Toyota» markalı, «Prius» modelli, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində də narkotik vasitə olan qurudulmuş marixuananın olmasını bildirmişdir. Bundan sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə idarə etdiyi «Toyota» markalı, «Prius» modelli, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Orada avtomobilin yük yerindən 03 ədəd qara rəngli sellofan torbalar aşkar olunmuşdur. Aşkar olunmuş sellofan torbaların içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni o, xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Avtovağzal dairəsi» deyilən yerdə İİR vətəndaşının ona atdığı məkan vasitəsi ilə götürdüyün və bunun müqabilində nağd pul şəklində gəlir əldə edəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin CAŞın kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin istifadə, daşıma və gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Xırdalan şəhəri, 20 yanvar küçəsində saxlanılmışdır. Özlərini təqdim edərək polis idarəsinə dəvət etmiş, idarədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı həm üzərindən, həm də maşınından narkotik vasitələr aşkar olunmuşdur. Özü narkotik vasitələri İİR vətəndaşından avtovağzaldan telefon vasitəsilə konumla əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən və maşınından aşkar olunan narkotik vasitənin hansı çəkidə olduğunu xatırlamamış, lakin təxmini olaraq 3 büküm olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi-fiziki təsir olmamış və o, evində saxlanılmamışdır. Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman ona, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Xətai rayonu ünvan 2nında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə İdarənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhəri 20 Yanvar küçəsində idarə etdiyi «Toyota Prius» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlanılmış və sonuncya əvvəlcə özlərini təqdim edərək, Abşeron RPİ-nin əməkdaşları olduqlarını, narkotik vasitə və ya psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilindiyini, birlikdə idarə etdiyi avtomobillə İdarəyə getməli olduğunu bildirmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə Abşeron RPİ-nə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis İdarəsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Rüstəm Atakişiyevə həvalə olunmuşdur. Müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək, içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin büküm açılaraq və içərisində olan maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdəki kütləni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyni soruşduqda o, həmin bükümdə olan qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Avtovağzal dairəsi» deyilən yerin yaxınlığında İİR vətəndaşının ona atdığı məkan vasitəsi ilə götürdüyünü, üzərindən aşkar olunmuş narkotik vasitədən əlavə idarə etdiyi «Toyota Prius» markalı, **- EX-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitələrin olduğunu bildirmişdir. Azər Ağakiyşiyevin üzərinə şəxsi axtarış keçirilməsi, üzərindən kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Bundan sonra Azər Ağakiyşiyevin idarə etdiyi «Toyota Prius» markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerinin qapısını açaraq, oradan 03 ədəd qara rəngli bağlamaları çıxarıb içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi, avtomobildən kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərfındən həm zərf, həm də protokol imzalanmışdır. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olur ki, o, Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 24 yanvar 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və istifadəsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan şəxsin üzərinə baxış keçirilməsi haqqında 24 yanvar 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş baxışın video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümü təqdim etmiş, həmin bükümdə qurudulmuş marixuana kütləsi aşkar edilmişdir. Həmin bükümü xx.xx.2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri Binəqədi rayonu Avtovağzal dairəsi adlandırılan yerin yaxınlığında, İİR vəyəndaşının təyin etdiyi məkandan götürdüyünü bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 1 ədəd “Samsung” markalı mobil telefon və “Toyota” markalı, “Prius” modelli avtomobilə məxsus açarı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitədən başqa heç bir qanunla dövriyyəsi qadağan eolunmuş əşya və ya predmet olmadığını bildirsə də, istifadəsində olan “Toyota” markalı, “Prius” modelli **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi və götürülməsi haqqında 24 yanvar 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş baxışın video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, “Toyota Prius” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən 03 ədəd qara rəngli sellofan bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-biolojii ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/131 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...şübhəli şəxs Ağakişiyev...» yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 9,87 qram və üzərində «vətəndan Təqsirləndirilən şəxs avtomobilində ..» yazısı və imzalar olan ağ rəngli polietilen bağlamadakı 03 (üç) ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1060 qram, 1495 qram, 1510 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 4074,87 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2542 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1097 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə maddi sübut kimi tanınma haqqında” qərar və 13 may 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4074,47 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsini əks etdirən iki ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan “Azerfon MMC”dən daxil olmuş bir ədəd disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs adına olan (70)3290429 nömrəsinə xx.xx.2023-cü il tarix saat 00:00:00-dan xx.xx.2024-cü il tarix saat 00:00:00-dək daxil olan və çıxan zənglər, həmçinin göndərilən mesaj mətnlərinin təqdim edildiyi məlum olmuşdur. Qeyd olunan disk tədqiq edilərkən narkotik vasitələrin daşınmasını və satışını ehtiva edən mesaj mətnlərinin olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs özünə məxsus 4098 ******** 0433 kart nömrəsini müxtəlif nömrələrə göndərərək pul vəsaitinin həmin karta göndərilməsini bildirdiyi məlum olmuşdur. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Mingəçevir şəhəri MKT 1 saylı MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ağakişiyev X1 şəhəri Naxçıvan küçəsi ev 42 mənzil 8-də qeydiyyatdadır, həmin ərazidə yaşadığı müddət ərzində 1 saylı MİS-ə barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan uşaq — xx.xx.2007-ci il təvəllüdlü X4 vardır. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzib edilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə özünü təqsirsiz bilməsi, narkotik vasitənin satışı ilə məşğul olmaması, narkotik vasitəni yalnız öz şəxsi istifadəsi məqsədilə əldə etməsi, verilmiş ittihamda qeyd olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşlarının fiziki və psixi təsiri altında öz üzərinə götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış övladının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş 4074,47 qram qalıq qurudulmuş marixuana məhv edilməli və 02 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 4074,47 qram olan qurudulmuş marixuana məhv edilsin, 02 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-640/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-640/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver