Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-648/2024 04.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1999-cu il tarixdə Şamaxı rayonu, Cabanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Gesco” mühafizə şirkətində mühafizəçi işləmiş, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu yeni yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlamaqla daşıma barədə digər şəxslə danışıb razılaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun ona məxsus mobil telefonun “Whatsapp” ani mesajlaşma sisteminə göndərdiyi içərisində narkotik vasitə və odlu silah olan qara rəngli, üzəri skoçlanmış idman çantasının olduğu məkan(konum) və həmin çantanın olduğu yerin 04 ədəd fotoşəkli vasitəsilə 13 fevral 2024-cü il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndinə gələrək istintaqa məlum olmayan mənbədən, təmiz çəkisi 955,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və qanunsuz olaraq odlu silahı əldə edib üzərində daşımaqla saxlamış, 13 fevral 2024-cü il tarixdə saat 20 radələrində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində küçədə saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı bir ədəd qara rəngli çantada təmiz çəkisi 955,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin çantanın içərisindən bir ədəd odlu silah hesab edilən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, Tokarev(TT) konustruksiyalı, 7,62 mm kalibrli, yivli odlu silah növünə aid, texniki cəhətdən saz və atəşə yararlı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 05 ədəd döyüş sursatı hesab edilən, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ- PPS konstruksiyalı tapança-pulemyotların ştat patronu aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində gəmi limanında mühafizəçi işləyir. Bir gün dostu ondan rayona getməsini və onun üçün paltarlar gətirməsini xahiş etmişdi. O, pulunun olmadığını bildirmiş, dostu onun kart hesabına pul köçürmüş və o, Şamaxinkada avtomobilə minərək rayona getmişdir. O, Quba rayonuna çatan zaman dostu onunla əlaqə saxlamış və bir nəfərlə görüşəcəyini, həmin şəxsdən çantada paltar alacağını bildirmişdir. Daha sonra dostu ona çantanın içində başqa şeylərin də olacağını və çantanı açmamasını bildirmişdir. Qubaya çatdıqdan sonra şəxsin yerini öyrənmək üçün dostu ilə əlaqə saxlamış və dostu ona ünvanın konumunu atacağını bildirmişdir. Konum atıldıqdan sonra o, taksiyə minmiş və sürücüdən konumda göstərilən ünvana getməsini xahiş etmişdir. Həmin ünvana çatdıqdan sonra orada heç kimin olmadığını görmüş və dostuna zəng etmişdir. Dostu biraz gözləməsini və ona görüntülü zəng etməsini bildirmişdir. O, dostuna zəng etmiş və dostu filan yerdə olduğunu bildirmişdir. Daha sonra o, ərazini axtaran zaman polis əməkdaşları onu saxlamışdır. Əvvəl polis əməkdaşlarının onu nə səbəbə tutduğunu bilməmiş, daha sonra onlardan tutulma səbəbini soruşduqda polis əməkdaşları narkotik üstündə onu tutduqlarını bildirmişdir. O, polis əməkdaşlarına narkotiklə əlaqəsinin olmadığını bildirmiş, polis əməkdaşları isə çantada silah olduğunu bildirmişdir. O, silahdan və narkotikdən xəbərsiz olduğunu və paltar götürmək üçün gəldiyini bildirmişdir. Onun çantaya əli də dəyməmiş, həmin çantanı ilk dəfə görmüşdür. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, nadir hallarda narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Həmin marixuananı dost-tanışdan əldə etmişdir. O, tutulduğu vaxta kimi Bakı şəhərində yaşamışdır. Onun qeyd etdiyi dostunun adı Qədirdir. Qədiri 2-3 ildir ki, tanıyır. O, Qədirlə birlikdə marixuana qəbul etməmişdir. Qədir Bakıda yaşayır. Qədir rayonda bir nəfər şəxsin ona paltar verəcəyini bildirmişdir. Qədir birinci dəfə idi ki, onu rayona göndərirmiş. O, deyilən ünvandan çantanı götürə bilməmişdir. Qədir ona 30 manat yol pulu göndərmişdir. Tutulduğu gün üzərində olan mobil nömrəni xatırlamır. Onun narkotik alveri ilə bağlı “Whatsapp” vasitəsi ilə danışıqları olmamışdır. Qədir ondan rayona getməsini hadisə günü istəmişdir. O, əvvəllər Quba rayonunda olmamışdır. O, hadisə yerinə taksi ilə yaxınlaşmış, çantanı görmüş, amma çantaya əli dəyməmişdir. O, çantaya yaxınlaşan zaman polis əməkdaşları onu tutmuşdur. Çanta açılmamışdan əvvəl polis əməkdaşları çantada narkotik vasitələr və silah olduğunu bildirmişdir. Çanta tutulduğu yerdə açılmış və onun içərisində olan büküm narkotikə yox, daha çox kəklik otuna bənzəmişdir. Hadisə yerində həmin bükümü tərəzidə çəkməmiş, bölməyə aparıb orada çəkmiş və ümümi çəkisinin 950 qram olduğunu bildirmişlər. Polis əməkdaşları onu tutduqdan sonra telefonunu əlindən almışlar. Ondan sonra Qədiri tapa bilməmişlər. Qədir Azərbaycan Respublikası vətəndaşıdır. Həmin şəxs X5r. Həmin şəxsin harada yaşadığını və işlədiyini bilmir. Qədirin kirayə yaşadığını bilir və onu aptekdən tanımışdır. Həmin apteki polis əməkdaşlarına bildirmişdir. O, tutulduqdan sonra Qədir onunla əlaqə saxlamamışdır. O, uşaqlıqda və ya yaxud da indi heç bir xəsarət almamış və hazırda hər şeyi dərk edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Gesco” mühafizə şirkətində mühafizəçi işləmişdir. Təxminən 1 ilə yaxındır ki, marixuana kimi tanınan narkotik vasitədən siqaretə doldurub çəkmək üsulu ilə qəbul etmişdir. X6 təxminən 2 ilə yaxın müddətdir ki, tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Qədir əvvəllər aptekdə işləmiş, həmin vaxtdan etibarən onun Qədir ilə münasibəti yaranmışdır. Tutulmamışdan əvvəl dostu Qədir ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 13 fevral 2024-cü il tarixdə təxminən saat 12 radələrində WhatsApp vasitəsi ilə zəng edərək əlaqə saxlamışdır. Qədin onunla əlaqə saxlayan zaman Quba rayonuna getməli olduğunu demişdir. O, hansı səbəbdən gedəcəyini soruşduqda Qədir ona Quba rayonundan çanta veriləcəyini və çantanı Bakı şəhərinə, Qədirin deyəcəyi şəxsə çatdıracağını demişdir. Lakin çantanın içərisində kankret olaraq nə olduğunu əvvəlcədən deməmişdir. O, taksi ilə qeyd olunan tarixdə təxminən saat 19-20 radələrində Quba rayonuna gəlmişdir. Yolda olduğu zaman Qədir ona məkan göndərmişdir. Məkan Quba rayonunu göstərmişdir. Bakı- Quba avtomobil yolunda Nügədi kəndi yazılan lövhənin yaxınlığında taksidən düşmüşdür. Qədir ona zəng etmiş, getməli olduğu yolun istiqamətini izah etmişdir. O, Qədirdən çantanı ona verən şəxsin kim olduğunu soruşmuşdur. Qədir isə çantanın bir yerə qoyulduğunu, onun özünün oradan çantanı götürməli olduğunu bildirmişdir. Telefon danışığı zamanı Qədir ona qara rəngli çantanın içərisində narkotik vasitə və bir ədəd sellofan torbada tapanca olduğunu demişdir. Bundan sonra o, artıq çantanın içərisində narkotik və tapanca olduğunu bilmişdir. Qədir ona tam olaraq narkotik vasitənin çəkisini deməmişdir. Daha sonra Qədir ona çantanın olduğu yerin şəklini göndərmişdir. Çantanı götürmək üçün o, asfalt yoldan xeyli irəliyə getmişdir. Ona göndərilən məkan vasitəsi ilə çantanın qoyulduğu yeri tapmışdır. Yaxınlaşaraq çantanı götürmüş və oradan uzaqlaşaraq çantanın içərisinə baxmaq istədiyi vaxt iki nəfər mülki formada olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını deyərək özlərini təqdim edib odlu silahın qanunsuz saxlanması, daşınması, eləcə də barəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı məlumat olduğunu bildirmişlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba Rayon Polis Şöbəsinə məlumat verərək digər polis əməkdaşları və vəkil dəvət edəcəklərini bildirmişlər. Onu saxlayan polis əməkdaşları çağırdıqları digər polis əməkdaşları və vəkil gələnə kimi onun hərəkətlərini nəzarətdə saxlamışlar. Digər polis əməkdaşları gəldikdən sonra vəkilin iştirakı ilə videokəçilişdən istifadə edilməklə saxlanıldığı həmin yerdə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazadan əvvəl ona üzərində qanunla qadağan olunan hər hansı əşya və ya predmet varsa, hamısını təqdim etməyi təklif olunmuşdur. O, əynindəki çiynindən asdığı qara rəngli çantanın içərisində saxladığı bir ədəd sadə qol saatı, bir ədəd “Xalq Bank”a məxsus plastik kart, bir ədəd metro kartı, bir ədəd qulaqcıq, bir ədəd burun dərmanı, bir ədəd təsbeh, cibindən isə bir ədəd “Redmi 12” markalı mobil telefon və siqareti təqdi etmişdir. Əlində olan qara rəngli çanatanın içərisinə baxdıqları zaman oradan yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə-marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Bu vaxt kütlənin arasından qara rəngli sellofan torba çıxmışdır. Seloffan torba açılan zaman içərisində “TT” markalı tapanca, bir ədəd daraq və 06 (altı) ədəd patronların olması müəyyən edilmişdir. Narkotik vasitəyə bənzər kütlələr elektron tərəzi ilə çəkilən zaman çəkisinin 1.295 kiloqram olduğu məlum olmuşdur. O, həmin çantanı, yəni narkotik vasitəni və tapancanı Qədir üçün aparacaqdı. Qarşılığında Qədir ona 60 manat yol pulunu kart vasitə ilə göndərmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə marixuana və bir ədəd “TT” markalı tapanca, daraq və 06 (altı) ədəd patronları ilə birlikdə olmaqla hər biri ayrıayrılıqda üzərinə zərf vurularaq qablaşdırılmış və götürülmüşdür. Qabşlaşdırmanın üzərinə o və müdafiəçisi imza edərək tamlığını təsdiq etmişlər. Bundan başqa üzərimnən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. Videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən o daha ağır məsuliyyət daşıyacağından qorxduğu üçün çantanın içərisində olan tapançadan xəbəri olmadığını bildirmişdir. Lakin sonradan başa bu barədə yalan danışmağın onu məsuliyyətdən azad etməyəcəyini düşünərək həqiqəti etiraf etmişdir. Əslində onun çantanın içərisində narkotiklə yanaşı silah olmasından da məlumatı olmuşdur. O, Quba rayonuna çatdıqdan sonra hansı məqsədlə gəldiyini bilmişdir. Quba rayonunda çantanın içərisində narkotik vasitə və tapancanı götürərək Bakı şəhərinə getməli olmuş və bu sifarişi ona dostu Qədir vermişdir. Çantanı götürdükdən sonra gəldiyi yolla geri qayıdıb asfalt yola çıxmağı, asfalt yola çıxdıqdan sonra da taksi vasitəsilə Bakı şəhərinə qayıtmağı düşünmüşdür. Qədir onun dostu olduğundan Qədirin xahişini icra etmişdir, Qədirin sonradan isə nə verəcəyini bilməmişdir. Ancaq Qədir qabaqcadan ona 60 manat pul ödəmişdir. Qədirin həmin narkotik vasitəni və tapancanı satmaq məqsədi ilə istədiyi barədə məlumatı olmamışdır. Qədir ona çantanı Bakı şəhərinə çatdırdıqdan sonra deyəcəyi şəxsə çatdırmalı olmuşdur. Ancaq həmin şəxs barədə məlumatsı olmamışdır. O, heç kimdən narkotik vasitə və odlu silah almamış, heç kimə də satmamışdır, satan şəxsləri tanımammışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmiş, həmin vaxt hər hansı xəsarət almamışdır. X11 həmin çantanı götürüb Bakı şəhərində deyəcəyi adama verdikdən sonra ona 200-300 manat da pul verəcəkdi. O da buna görə həmin çantanı götürüb Bakı şəhərinə aparmağa razılaşmışdır. Ona məxsus “Redmi 12” markalı mobil telefonda “kağız”, “tema” kimi qeyd edilən mesajlarda söhbət narkotik vasitə marixuanadan getmiş, mesaj yazan şəxslər onun tanışlarıdır, həmin şəxslərlə birlikdə ara-sıra narkotik vasitə istifadə etmiş, lakin o həmin şəxslərə narkotik vasitə satmamış, nə də verməmişdir, sadəcə o da narkotik vasitə istifadəçisi olduğundan ondan həmin şəxslər çəkmək üçün narkotik vasitə marixuana olub-olmadığını soruşmuşlar (cild 01, iş vər. 106-109). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı psixoloji təzyiq altında ifadə vermiş və hazırda həmin ifadəni təsdiq etmir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkmə qarşısına çıxarılan zaman da hakimə həqiqəti söyləmişdir. Onun üzərində heç bir xəsarət olmamış, amma təzyiq altında olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Quba rayonunda olduğu müəyyən olunmuşdur. Daha sonra təxminən axşam saat 7-8 radələrində şəxsin özünə yaxınlaşmış və iki ədəd çanta olduğunu görmüşlər. Həmin çantalardan biri şəxsin üzərində olmuş və həmin çantada şəxsi əşyaları olmuş, digəri isə yapışqan lenətlə bağlanmışdır. Şəxsə özlərini təqdim etdikdən sonra verilən suallara cavab olaraq şəxs bildirmişdir ki, onu Qədir adlı dostu çanta götürmək məqsədi ilə oraya göndərmişdir. Dostu ilə razılaşmaya əsasən o, çantanı götürüb dostuna aparacaq və qarşılığında dostu ona pul verəcəkdi. Çantanın içərisində nə olduğunu soruşduqda o, marixuana olduğunu bildirmiş və hətta bildirmişdir ki, Qubaya gələnə kimi çantada marixuana olduğundan xəbərsiz olmuş, Qədirdən zəng edib soruşan zaman çantada marixuana olduğunu bildirmişdir. Şəxs telefonundakı Qədirlə olan yazışmaları göstərmiş və həmin yazışmalardan da müəyyən olunmuşdur ki, Qədir ona ünvan atmış, çantanı götürməsini istəmiş və həmin çantada narkotik vasitə olduğunu bildirmişdir. Hadisə yerində çəkilişlə sənədləşmə aparılmış və çantada narkotik vasitə olan marixuana olduğu, qara rəngli sellofanda isə silah olduğu müəyyən olunmuşdur. Şəxs silahdan xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsə yaxınlaşan zaman onun üzərində bir çanta olmuş və həmin çantada plastik kartlar, tələbə bileti və sair sənədləri olmuş, digər çantanı isə onlar şəxsə yaxınlaşan zaman çiyninə qoymuş, onlar dayanmasını söyləyən zaman isə çantanı yerə qoymuşdur. Onlar uzaqdan şəxsi görən zaman şəxs çantanın içərisinə baxmışdır. Onlar Qədir adlı şəxsi Lerik rayonundan tapmış, Qədirin üzərində kompas və sair olmuş, ölkədən qaçmağı düşünmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Saxlanılan zaman və daha sonra şəxsə qarşı heç bir təzyiq və təsir olunmamış, həmçinin şəxs onlara heç bir müqavimət göstərməmişdir. Şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş, təxirəsalınmaz əməliyyat tədbirləri keçirilmişdir. Şəxs barəsində əvvəllər onlara əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Quba Rayon Polis Şöbəsinə xx.xx.1999-cu il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Şamaxı rayonu Cabanı kəndində qeydiyyatda olan bə Bakı şəhəri Binəqədi rayonu yeni yaşayış massivi döngə 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı saxlama, daşıma, üzərində gəzdirməsi eləcə də, qanunsuz narkotik vasitələri daşıması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən odlu silahı saxlama, daşıma, üzərində gəzdirməsində, eləcə də qanunsuz narkotik vasitələri üzərində gəzdirməsi və daşımasında şübhəli olan 1999-cu il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Şamaxı rayonu Cabanı kəndində qeydiyyatda olan bə Bakı şəhəri Binəqədi rayonu yeni yaşayış massivi döngə 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs Quba rayonu 1-ci Nügədi yolu istiqamətində saxlanılmışdır (cild 01, iş vər. 02). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki çiynindən asdığı qara rəngli çantanın içərisindən bir ədəd sadə qol saatı, bir ədəd “Xalq Bank”a məxsus plastik kart, bir ədəd metro kartı, bir ədəd qulaqcıq, bir ədəd burun dərmanı, bir ədəd təsbeh, cibindən isə bir ədəd “Redmi 12” markalı mobil telefon və siqaret aşkar edilmişdir. Əlində olan qara rəngli çanatanın içərisinə baxdıqda orada yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə-marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Bu vaxt kütlənin arasından qara rəngli sellofan torba çıxmışdır. Seloffan torba açılan zaman içərisində “TT” markalı tapanca, bir ədəd daraq və 06 (altı) ədəd patronların olması müəyyən edilmişdir. Aşkar olunanlar müvafiq qaydada qablaşdırılmaqla götürülmüş və çəkilişin əks olunduğu DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 29-30). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 14 fevral 2024cü il tarixli, 3-16-16/2-7/243 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə..." yazı və imzalar olan qara rəngli çantada təmiz çəkisi - 955,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01, iş vər. 41-42). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Redmi 12” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı telefonda olan Whatsapp ani mesajlaşma sisteminə daxil olunmuşdur. Həmin sistemə baxış keçirilən zaman Təqsirləndirilən şəxs tanışı X9 məxsus "Səyyad Qədir” adı ilə qeydiyyata alınmış +994 55 *** ** ** saylı operator nömrəsindən "çıx tez ol qardaş çıx” yazıları qeyd olunmuş bir ədəd mesaj mətni, içərisində narkotik vasitənin olduğu qara rəngli, üzəri skoçlanmış idman çantasının və həmin çantanın olduğu yerin 04 ədəd fotoşəklinin göndərildiyi aşkar edilmişdir. Bundan başqa Whatsapp ani mesajlaşma sistemində "Xetayi" adı ilə qeydə alınmış kontaktla aşağıdakı məzmunda mesajlaşma aşkar edilmişdir: Vüqar Qaqa şey isdiyirsən Xetayi: neynirem şeyi, men özüm ona buna şey verirem Vüqar: Qaqa zato bilirsən ki ey çəkirsən Xetayi: söz yox 10 verə bilərəm Vüqar: Qaqa belə söz vermirəm ki, verəcəy ya yox, ama yenə də deyrəm. indi zəng edib Xetayi: daniş xeber de mene Xetayi: aye hardasan, kagiz götür gel bize Xetayi: kagiz varindi Bundan başqa Whatsapp ani mesajlaşma sistemində "Tural" adı ilə qeydə alınmış kontaktla aşağıdakı məzmunda mesajlaşma aşkar edilmişdir: Tural: kağız varındı? Vüqar: yox qaqa Tural: alda qardasm, men sene 1m verecem, açıx al da qardasm Vüqar: qaqa necə dənə lazımdı, indidən götürəy, yaxşı şeydi qaqa Bundan başqa Whatsapp ani mesajlaşma sistemində "Əli Qədir" adı ilə qeydə alınmış kontaktla aşağıdakı məzmunda mesajlaşma aşkar edilmişdir: Əli Qədir: gozde duşdum. Salam, tema lazım olanda senne goture bilecem yozsa qedire baglisan sende. Alinmir ya nece? Pulun verim goturum ne qedir bilsin nede bashqasu Bundan başqa Whatsapp ani mesajlaşma sistemində "Qqqqq adı ilə qeydə alınmış kontaktla aşağıdakı məzmunda mesajlaşma aşkar edilmişdir: Vüqar: Togruldan təzədən 2 dənə onnan 2 dənə də başqa şey göndərmişdim sənə Qqqqq: hee geldi opurem ureyim sen ureysen sen oll? Vüqar. O göyləri atdın?! Necəydi o göy rəngli olanlar. Öpürəm halal xoşun Qqqqq: qesydi tramadoldu de? biraz yuxu verir ama pis deyil. ureysen Teqsirləndirilen şəxs X7 istifadəsində olan mobil telefona baxış zamanı daxil olan çıxan zənglərin siyahısında ve SMS mətnlərində bunlardan başqa istintaq marağı doğuran heç bir zəng və SMS aşkar olunmamışdır (cild 01, iş vər. 77-78). Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının 15 fevral 2024-cü il tarixli, 24/347 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 06 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronudur, döyüş sursatıdırlar. Patronlardan 05 ədədi təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Yuxarıda göstərilən səbəbdən digər 01 ədəd patron isə hal-hazırda atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir- darağıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Darağın hissələrinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir (cild 01, iş vər. 88-94). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 107 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır (cild 01, iş vər. 114). Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbiri qərarının qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılması nəticələrinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan respublikası Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 əməliyyat-axtarış tədbirlərinin aparılmasına dair 13 fevral 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 01, iş vər. 118-119). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli, 2186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 129). İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Quba Rayon Polis Şöbəsinə xx.xx.1999-cu il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Şamaxı rayonu Cabanı kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu yeni yaşayış massivi döngə 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı saxlama, daşıma, üzərində gəzdirməsi eləcə də, qanunsuz narkotik vasitələri daşıması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Quba Rayon Polis Şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki çiynindən asdığı qara rəngli çantanın içərisindən bir ədəd sadə qol saatı, bir ədəd “Xalq Bank”a məxsus plastik kart, bir ədəd metro kartı, bir ədəd qulaqcıq, bir ədəd burun dərmanı, bir ədəd təsbeh, cibindən isə bir ədəd “Redmi 12” markalı mobil telefon və siqaret aşkar edilmişdir. Əlində olan qara rəngli çanatanın içərisinə baxdıqda orada yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə-marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Bu vaxt kütlənin arasından qara rəngli sellofan torba çıxmışdır. Seloffan torba açılan zaman içərisində “TT” markalı tapanca, bir ədəd daraq və 06 (altı) ədəd patronların olması müəyyən edilmişdir. Götürülmüş kütlələr və silah məhkəmə ballistik və məhkəmə bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Eyni zamanda, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Quba Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 əməliyyataxtarış tədbirlərinin aparılmasına dair 13 fevral 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarın 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Həmin qərarda göstərimişdir ki, “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən – döyüş sursatı-müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstuktiv qurğu və ya əşyadır. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Həmçinin həmin qərarın 8-ci bəndində göstərimişdir ki, partlayıcı maddələrdən və konstruktiv təyinatına görə partlayış edilməsi üçün qurğulardan ibarət olan müxtəlif partlayıcı qurğuların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınılması, gəzdirilməsi və ya talaması da müvafiq olaraq Azərbaycan Respublikası CMnin 228 və ya 232-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyətini yaradır. CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilmiş cinayət, yəni CM-in 228.2.1-ci maddəsinin tövsifedici əlaməti olan qabaqcadan iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilmiş cinayət əməli nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və vurğulayır ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ibtidai istintaq zamanı zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində obyektiv şəkildə əldə olunaraq cinayət işinin materiallarına əlavə olunan sübutlar (şahid ifadələri, narkotik vasitənin satışını təsdiq edən SMS-lər və sair) iş üzrə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün məhz bu məzmunda ifadə verdiyini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni çantadan aşkar olunan narkotik vasitə və tapancadan xəbərinin olmaması, polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması, məcbur qalaraq etirafedici ifadələr verməsi ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin və tapancanın aşkar olunduğu yerə necə gəlməsi, hansı trayektoriya üzrə hərəkət etməsi və s. ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu İkinci Cabanı kəndində qeydiyyatdadır və qeydiyyatda olduğu yer üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 202-204). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 129). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, habelə həmin cəzalar qismən toplanılmaqla ona qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Quba Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 20, 74-76). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Quba Rayon Polis Şöbəsində saxlanılan 954,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilmiş 01 ədəd nömrəsi silinmiş keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, Tokarev(TT) konustruksiyalı, 7,62 mm kalibrli, yivli odlu silah növünə aid, texniki cəhətdən saz və atəşə yararlı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 04 ədəd döyüş sursatı hesab edilən, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronu hökm qanuni qüvvəyə mindikdən sonra Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalı, habelə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan lakin iş üzrə maddi sübut qismində tanınmayan və Quba Rayon Polis Şöbəsində saxlanılan “Redmi 12” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə 72 AZN (yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Quba Rayon Polis Şöbəsində saxlanılan: - 954,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 01 ədəd nömrəsi silinmiş keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, Tokarev(TT) konustruksiyalı, 7,62 mm kalibrli, yivli odlu silah növünə aid, texniki cəhətdən saz və atəşə yararlı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq və 04 ədəd döyüş sursatı hesab edilən, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilsin; - 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan lakin iş üzrə maddi sübut qismində tanınmayan və Quba Rayon Polis Şöbəsində saxlanılan “Redmi 12” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 72 AZN (yetmiş iki manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-648/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-648/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver