Məhkəmə qərarları › İş №1(124)-649/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-649/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-649/2024 23.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərçüməçi: X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Bərdə rayonu, Qazaxlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Bərdə rayonu, Xəşili ərazi dairəsi, Qazaxlar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib, sosial şəbəkədə aralarındakı danışıqdan sonra yaranmış cinayətkar razılaşmaya uyğun olaraq alacağı külli miqdarda narkotik vasitə heroinin dəyərini ona veriləcək bank hesabına ödəyəcəyini öhdəsinə götürmüş, bundan sonra həmin razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxs ümumilikdə 620,0 qram çəkidə külli miqdarda narkotik vasitə heroini 01 (bir) ədəd sellofan bükümdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Kaspi” uşaq baxçasının yaxınlığındakı əraziyə istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyriləri vasitəsi ilə gizlədib yerləşdirərək, daha sonra həmin bükümün geolokasiya və fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna göndərmiş, Təqsirləndirilən şəxs isə sonuncunun təlimatı əsasında yaşadığı Bakı şəhərindən Sumqayıt şəhərinə gedərək ayrı- ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün göndərilmiş külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qoyulduğu yerdən götürüb üzərində saxlamaqla daşıyarkən 01 fevral 2024-cü il tarixdə saat 00:25-də Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Kaspi” uşaq baxçasının yaxınlığında saxlanılıb polis idarəsinə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 620,0 qram külli miqdarda, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, o, “wolt” daşıyıcı şirkətində kuryer işləmiş, Bakı şəhəri, Neftçilər ərazisində valideynləri ilə birgə yaşamışdır. O, narkotik vasitə istifadəçisi olmuş, amma narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Hadisə günü Sumqayıt şəhərinə bağlama götürməyə gəlmişdir. Özü üçün çoxdan 5 qram nəşə götürmüş, amma həmin gün üzərində 5 qram nəşə olmamışdır. Təxmini olaraq, üzərində 1 qramdan az nəşə olmuşdur. Əlində telefonla Sumqayıt şəhərində gəzərkən 9- 10 nəfər əməliyyatçı onu saxlayıb polis bölməsinə aparmışdırlar. Polis bölməsində ona polis əməkdaşları üzərindən aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməsi ilə bağlı zorla hədə-qorxu gəlmişdirlər. Lakin aşkar olunan narkotik vasitə ona məxsus olmamışdır. Dövlət ittihamçısının suallarına təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cavab olaraq tutulduğu günə qədər narkotik vasitə metamfetamin istifadə etdiyini bildirmişdir. O, İran İslam Respublikası vətəndaşı kimi tanınan Ramil adlı şəxsi tanımamış, hadisə günü onun İİR vətəndaşı kimi tanınan Ramil adlı şəxslə telefon yazışması olmamışdır. Müdafiəçinin suallarına təqsiriləndirilən şəxs cavab olaraq polis əməkdaşlarının ona “əgər narkotik vasitəni boynuna alıb etiraf etsən, səni buraxacağıq, yox, əgər etiraf etməsən, səni elektrik cərəyanına verəcəyik” deyərək hədə-qorxu gəldiklərini bildirmişdir. Məhkəmə tərkibinin suallarına təqsiriləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, 60 manata 5 qram narkotik vasitə almışdır. Daimi müştəri olduğu üçün ona narkotik vasitəni ucuz qiymətə satmışdırlar. 24 manatı nə üçün ödədiyini isə xatırlamamışdır. Aşkar olunan narkotik vasitə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 00:25-də Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Kaspi» uşaq bağçasının yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində olan zaman isə polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna da etiraz etməmiş, bundan sonra ona hüquq və vəzifələrinin izahına dair bildiriş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya və ya pridmetin olubolmaması soruşularaq, əgər vardırsa həmin əşya və ya pridmeti təqdim etməyi təklif edilmiş, bundan sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli “Redmi” markalı mobil telefonu, həmçinin əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki şəffaf rəngli sellofana bükümü təqdim etmişdir. Daha sonra həmin 01 ədəd qara rəngli sellofanın içərisində olan şəffaf rəngli sellofana bükülmüş büküm açılan zaman içərisində qəhvəyi rəngli, yaş halda olan maddə aşkar edilmişdir. Sorğu zamanı aşkar olunan maddənin içərisində nə olduğundan məlumatsız olduğunu, həmin bükümün içərisində marixuana olduğunu gümün etdiyini, həmin maddəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu Ramin adlı İran vətəndaşının ona göndərdiyi məkan yerinə yaxınlaşaraq götürdüyünü, özü marixuana istifadə etdiyindən və əvvəllər bir neçə dəfə həmin şəxsin vermiş olduğu kart hesabına pul ödəniş etdikdən sonra onun göndərdiyi məkan yerinə yaxınlaşaraq narkotik vasitəni əldə etdiyini, hazırda üzərindən aşkar olunan maddənidə şəxsi istifadəsi üçün Ramin adlı İran vətəndaşının ona göndərdiyi məkan yerinə yaxınlaşaraq götürdüyünü, həmin büküm üçün hələ ödəniş etmədiyini, lakin narkotik vasitəni əldə etdikdən sonra miqdarından asılı olaraq 60-110 manat aralığında ödəniş edəcəyini bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 639 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN- nin 124 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli Redmi markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Pİ-nə gətirilərkən, habelə Pİ-də olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmiş, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitəni satmaq fikri olmamış, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, onlara əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən “Kaspi” uşaq bağçası yaxınlığında Təqsirləndirilən şəxs əməliyyat qrupu tərəfindən saxlanılmış və Sumqayıt şəhər Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində inzibati otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən şəxsi istifadəsində olan mobil telefonu və özünə məxsus olan narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitənin təxmini çəkisi 600 qram olmuşdur. İran İslam Respublikası vətəndaşından Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə konum atılmış və təqsirləndirilən şəxs həmin ünvana gedərək narkotik vasitəni əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroin olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-ın cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, yanvar ayında Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən “Kaspi” uşaq bağçası yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Polis idarəsində inzibati otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən özünə məxsus olan narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitənin dəqiq çəkisini xatırlamamışdır. Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan mobil telefonuna baxış keçirilmiş və aşkar olunmuşdur ki, onun İran İslam Respublikası vətəndaşı ilə narkotik vasitələrin saxlanılması və istifadəsi ilə bağlı danışıqları olmuşdur. Təqsirləndirilən şəxs gecə saatlarında saxlanılmış və saxlanılarkən orada 3 nəfər polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunanları özü polis idarəsində təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən 68 qram narkotik vasitədən çox, təxmini olaraq 400-500 qram narkotik vasitə aşkar olunmuşdur. Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-ın rəis müavini, polis mayoru Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin cinayət axtarış şöbəsinə İlkin adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu və satışı ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də İlkin adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olubolmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, həmçinin əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İlkin adlı şəxsin xx.xx.1998-ci ildə Bərdə rayonu, Qazaxlar kəndində anadan olmuş, Bərdə rayonu, Xəşili ərazi dairəsi, Qazaxlar kəndində qeydiyyatda olan və ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 00:25-də Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Kaspi” uşaq baxçasının yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvvəkkili Şahid2 və cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3la yaxınlaşaraq onu saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğundan saxlanıldığını izah edib, onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhfıl vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvvəkkili Şahid2 və cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs xidməti otaqdakı masaya yaxınlaşmış və əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd qara rəngli sellofana qablaşdırılmış bükümü və əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu çıxararaq xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə isə onun içərisindən qəhvəyi rəngli, yaş halda olan maddə aşkar edilmişdir. Ondan aşkar edilmiş bükümdəki maddənin nə olduğunu, hardan nə vaxt və nə məqsədlə əldə edib üzərində saxladığını soruşduqda o, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümün içərisində nə olduğundan məlumatsız olduğunu, həmin bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu güman etdiyini, həmin maddəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü ona Ramin adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin ona göndərdiyi məkan yerinə yaxınlaşaraq götürdüyünü, özünün narkotik vasitə olan marixuana istifadə etdiyindən və əvvəllər bir neçə dəfə həmin şəxsin vermiş olduğu kart hesabına pul ödənişi etdikdən sonra onun göndərdiyi məkan yerinə yaxınlaşaraq narkotik vasitəni əldə etdiyini, hazırda üzərindən aşkar olunan bükümdəki maddənidə şəxsi istifadəsi üçün Ramin adlı İran vətəndaşının ona göndərdiyi məkan yerinə yaxınlaşaraq götürdüyünü, həmin bükümdəki maddəyə görə hələ ödəniş etmədiyini, lakin narkotik vasitəni əldə etdikdən sonra miqdarından asılı olaraq 60-110 manat aralığında ödəniş edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ancaq şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş bükümdəki maddə elektron tərəzidə çəkilməklə ümumilikdə çəkisi müəyyən edilmiş, həmin içərisində qəhvəyi rəngli maddə olan büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 639 qram olduğu müəyyən edildikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş mobil telefonla birlikdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan şəxsin üzərinə baxış keçirilməsi haqqında 01 fevral 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş baxışın video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd qara rəngli sellofan bükümü, daha sonra əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoyur, bükümün içərisinə baxış keçirilərkən həmin bükümün içərisindən qəhvəyi rəngli maddənin olduğu müəyyən edilir, həmin maddənin nə olması, nə vaxt, kimdən və hardan nə məqsədlə əldə edib üzərində gəzdirdiyi barədə suallara cavab olaraq həmin bükümün içərisində dəqiq nə olduğunu bilmədiyini, marixuana olduğunu güman etdiyini, həmin maddəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü ona Ramin adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin ona göndərdiyi məkan yerinə yaxınlaşaraq götürdüyünü, özü marixuana istifadə etdiyi və əvvəllər bir neçə dəfə həmin şəxsin vermiş olduğu kart hesabına pul ödənişi etdikdən sonra onun göndərdiyi məkan yerinə yaxınlaşaraq narkotik vasitəni əldə etdiyindən, hazırda üzərindən aşkar olunan bükümü də şəxsi istifadəsi üçün Ramin adlı İran vətəndaşının göndərdiyi məkan yerinə yaxınlaşaraq götürdüyünü, həmin bükümə görə hələ ödəniş etmədiyini, lakin narkotik vasitənin miqdarından asılı olaraq ödəniş edəcəyini bildirir, həmin bükümün ümumi çəkisinin 639 qram olduğu görünür, daha sonra büküm müvafiq qaydada qablaşdırılaraq mühürlənir, bütün iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 01 fevral 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri üzərində saxlaması, gəzdirməsi və satması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı mobil telefona baxış keçirilməsi haqqında 11 may 2024-cü il tarixli protokoldan görünür ki, “WhatsApp” bölməsində adı “Ramin salmani” kimi qeyd edilmiş +98 914 *** **** saylı mobil nömrə arasında mütamadi olaraq sms mətnləri göndərilmiş, danışıqlar aparılmışdır. Saat 22:53 mobil telefona geolokasoya, bundan sonra saat 22:53-də “Konum olan yerdə kaspi usaq bagcasi var ordan saga piyada yol gedir 20 metre gedennen sonra sağda direy gorecey onun icinde qoymusam” məzmununda sms mətni göndərilmiş, saat 22:53-də üç ədəd fotoşəkli göndərilmiş, foto şəkillərin üzərində istiqamətləndirici işarələrin olduğu, həmçinin ikinci şəkildə “Kaspi” uşaq bağçasının giriş hissəsinin əks olunduğu, saat 22:53-də həmçinin yenidən geolokasiya göndərilmiş, saat 22:54-də “hardasan” “San” məzmununda sms mətnləri, saat 22:55-də yenidən geolokasiya, saat 22:55-də yenidən “Ramin çatıram, 2 faiz zaryadkam qalıb, onnanda taksi sifariş verməliyim” məzmununda səsli sms göndərilmiş, saat 23:07-də “Gotrdun”, “Ay elkin”, saat 23:12-də “Ay ilkin”, “Mni bedbet eldin”, “Hardasan”, “Brat, saat 23:13-də “Hardansn”, “Burdayam”, “Ba”, “Telefonu”, “Obyekete”, “Zaryadkadi”, “Ay birat malı basgasi gutorr” məzmununda sms mətnləri göndərilmiş, saat 23:13-də “Kaspi uşaq baxçasının arxasındayam”, ‘Təndir, təndir çörəyi var burda, tükanı Həcioğlu, burdayam indi telefonu zaryadkaya qoymuşam” məzmununda səsli sms göndərilmiş, saat 23:14-də “Brat”, “Zarafat”, “Edirsen?”, “Men burdayam” məzmununda sms mətnlərinin göndərilmiş, saat 23:15-də yenidən geolokasiya göndərilmiş, saat 23:15-də “deyirem mal qalıb amarda indi başqasi gedib götürəcək nağayracam ged onu götür da” məzmununda səsli sms göndərilmiş, saat 23:16- da “Telefon”, “Zaryadkadi”, “Hardadi”, “Hardadi”, “Hara girim”, saat 23:17-də “??”, “Bajanin echinda”, “Yazib da”, “Bajaja” məzmununda sms mətnlərinin, saat 23:17-də üzərində istiqamətləndirici işarə olan fotoşəklin göndərildiyi, saat 23:18-də “Oki”, “Tm”, saat 23:29da “Ramin”, “Men”, “Cixiram”, “Obyekten”, “Gedirem”, “Konuma”, “Bunun”, saat 23:30-da “İcindedi?”, “Seka saridin mni”, “He da”, “Yigiram senj indi”, “5 sate”, “Jamahat mni dali eladi” məzmununda sms mətninin göndərilmiş, saat 23:31-də video zəng, saat 23:38 və 23:40-da audio zəng edildiyi, saat 23:41-də “Ramin, ay Ramin ay əlimi atdım ora nəsə yumru hiss elədim daş kimi” məzmununda səsli sms göndərildiyi, saat 23:42-də “Ramin” məzmununda sms mətni və geolokasiya göndərildiyi, saat 23:43-də “He ele odu, ele odu, ele odu heç ne das kimi götüreceydin” məzmununda səsli sms göndərildiyi, saat 23:45-də fotoşəkil göndərildiyi, saat 23:45-də audio zəng edildiyi, saat 23:48-də ödəniş qəbzi göndərildiyi, saat 23:53-də “Na uldo” məzmununda səs mətninin göndərilmiş, saat 23:55də iki ədəd video zəng edildiyi, saat 23:58-də saat 00:14-də “Na ldo”, “Gotrdon” məzmununda sms mətnlərinin göndərilmiş, saat 23:57-də vodeo zəng edilmişdir. Cinayət işinin materiallarında olan “Azercell MMC”dən daxil olan diskə baxış keçirilməsi barədə 16 may 2024-cü il tarixli protokoldan məlum olur ki, Azercell” mobil operatoruna məxus “*** *** ** **” saylı mobil nömrə AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, xx.xx.1998-ci il təvəllüdlü, Bərdə rayonu, Xəsilli ərazi dairəsi, Qazaxlar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məxsusdur, həmçinin “*** *** ** **” saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 02:06:53 radələrindən xx.xx.2024-cü il tarix saat 00:01:03 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirilmiş və “SMS” mətnləri göndərilmişdir. “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxsin xx.xx.2024-cü il tarixdə saat 00:14-də Naxcivanski kuc, Baki sh., Mehseti kuc. 11, ünvan 2 ünvan 1, xx.xx.2024-cü il tarixdə saat 00:14-də Sumqayıt şəhərində olan antenlərdən şəbəkəyə qoşulduğu, sonra istifadə edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə diskə baxış keçirilərkən “*** *** ** **” saylı mobil nömrədən və həmin nömrəyə göndərilmiş cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı məzmunda “SMS” mətni müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/733 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində saxlanılan şəxs: ...... İlkin” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bağlamada bir ədəd bükümdə təmiz çəkisi 620,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 620,0 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 619,95 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1998 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 755 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 mart 2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, 1 (bir) ədəd sellofan bağlamada ekspertiza tədqiqatından sonra 619,95 qram qalıq narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin 20 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərar”la “şübhəli şəxsin üzərinə baxış” keçirilməsinin video görüntüsünü əks etdirən bir ədəd və “Azercell MMC”dən daxil olan bir ədəd disk, bir ədəd “Redmi” markalı mobil telefon maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Nizami-7” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi ev 92 mənzil 82-də yaşamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzib edilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə özünü təqsirsiz bilməsi, narkotik vasitənin satışı ilə məşğul olmaması, narkotik vasitəni yalnız öz şəxsi istifadəsi məqsədilə əldə etməsi, verilmiş ittihamda qeyd olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşlarının fiziki və psixi təsiri altında öz üzərinə götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 619,95 qram qalıq narkotik vasitə heroin məhv edilməli və 02 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9(doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 01 fevral 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01(bir) ədəd bükümdəki qalıq çəkisi 619,95 qram olan narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd “Redmi” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın, "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd və şəxsin üzərinə baxış keçirilməsinin video görüntüsünü əks etdirən 1(bir) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar