Məhkəmə qərarları › İş №1(124)-65/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-65/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-65/2025 09.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Sirius» Vəkil Bürosunun Vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Şəhruz» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs özünün gəlir əldə etməsi müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Şəhruz» adlı şəxsin və qeyrilərinin sifarişi ilə içərisində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olan bağlamaları Bakı şəhərinə gətirməsi və gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması məqsədi ilə naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Şəhruz» adlı şəxs və qeyriləri vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yol kənarına qoyulmuş xüsusilə külli miqdarda - 2219,586 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 2209,15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, 01 ədəd bükümdə 9,147 qram çəkidə narkotik psixotrop maddə metamfetamini öz üzərində, qalan 2210,439 qram çəkidə psixotrop maddə metamfetamini, 2209,15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə kirayə yaşadığı ünvan 2 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 fevral 2024-cü il tarixdə saat 18:05-da Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 186 ünvanın yaxınlığında saxlanılaraq BNMİ- nin inzibati binasına gətirilmiş və orada həmin gün saat 19:30-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,147 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Masazır qəsəbəsində həyətdə dayanmış, polis əməkdaşları olduğunu bilmədiyi şəxslər yaxınlaşmış və zorla maşına salmışlar. Bir neçə qorxuducu ifadələr demişlər. Onda 5 qram “nəşə” olmuşdur. Onu idarəyə aparmışlar, orada özləri ilə bir torba narkotik vasitəni götürmüş və evə qayıtmışlar, əməliyyatçı narkotik vasitəni şkafın üzərinə qoyub videoçəkiliş zamanı da orada saxladığını bildirməyini istəmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, təxminən 2-3 ildir ki, “patı” və “nəşə”, heroin istifadə etmişdir. İran vətəndaşı ilə 5 qram marixuananı əlaqə saxlayaraq Salyandan götürmüşdür. Onun adı Şahbuz olmuşdur. Tutulmazdan uzağı 2 ay əvvəl Şahbuzu tanımışdır, ondan 2 dəfə almışdır. Şahbuz ona konum atmışdır ki, gedib narkotik vasitəni götürsün, amma razılaşma olmamışdır ki, o narkotik vasitəni harasa qoysun, polis əməkdaşları ona maşının içərisində təzyiq göstərmiş, amma xəsarəti elə də güclü olmamış, yüngül olmuşdur. Rayon məhkəməsində də bunları demişdir. Günorta saat 3-də saxlanılmış, ittiham aktında yazılan saat səhv olmuş, onu idarəyə iki dəfə aparmışlar.Telefonu üzərində və açıq şəkildə olmuşdur. ***-***-**-** istifadəsində olan nömrə olmuşdur, telefonunu nə vaxt söndürdüklərini bilməmişdir. Onu tutduqdan sonra idarəyə aparmış, sonra yenidən evə qaytarmış, çəkiliş apararaq yenidən idarəyə aparmışlar. Videoçəkiliş zamanı yoldaşı evdə, digər otaqda olmuş, dediyi hadisələri görməmişdir. İkinci dəfə onlar gedəndə saat 17:00 radələri olmuşdur. Hava təzə qaralmışdır. Onu 3 nəfər saxlamış, əlinə qandal yox, rezin vurmuşlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmiş, çünki hədə-qorxuya məruz qalmışdır. Yazışmaları onun gmail ünvanından çıxarmış, onlar çoxdanın şəkilləri olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir ildir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Belə ki, ən çox narkotik vasitənin kakos adı ilə tanıdığı heroin növündən onu falqaya doldurub yandırıb çəkməklə istifadə etmişdir. Təxminən iki aydır ki, İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən Şəhruz adlı şəxs ilə tanış olmuşdur. Belə ki, Şəhruz ilə "whatsapp" sosial şəbəkəsində tanış olmuş və o, ona özünün narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Aralarında olan söhbətlərin birində, ona pulunun olmadığını, maddi sıxıntılar çəkdiyini bildirmiş və bu zaman Şəhruz ona "pulun yoxdursa, işləyib birlikdə pul qazanaq" demişdir. O, onun bu təklifi ilə razılaşaraq işin nədən ibarət olduğunu soruşmuşdur. Şəhruz ona içərisində narkotik vasitə və psixotrop maddələr olan bağlamaları Bakı şəhərinin ətrafına qoyacağını, onun onları götürərək sonradan Şəhruzun dediyi ünvanlara çatdırması müqabilində pul əldə edəcəyini demişdir və o, onunla razılaşmışdır. Lakin Şəhruz ona konkret nə qədər pul verəcəyini deməmişdir. Odur ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən iki gün əvvəl Şəhruz ona whatsapp mobil tətbiqi vasitəsi ilə içərisində narkotik vasitə və psixotrop maddələr olan bükümlərin yerinin koordinatlarını və şəklini göndərmişdir. O, qeyd edilən koordinata baxdığında müəyyən etmişdir ki, həmin bükümlər Bakı şəhəri, Qaradağ rayonu ərazisindədir. Gecə saat 03 radələrində həmin ünvana gedərək bükümləri götürmüş və onları ünvan 2 ünvanına gətirərək İranlıdan gələcək növbəti göstərişə qədər orada saxlamışdır. Həmin bükümlərdən birini götürərək cibinə qoymuşdur. Bundan sonra, 18 fevral 2024-cü il tarixdə saat 18:05 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ev 186 ünvanın yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən, bir ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetamin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən bir ədəd açar, bir ədəd içərisində ***-***-**-** nömrəsi olan "Xiaomi" markalı mobil telefon, iki ədəd içərisində nömrə olmayan "Redmi" markalı mobil telefon, 50 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Metamfetaminin çəkisi 10 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd içərisində 070-202-29- 90 nömrəsi olan "Xiaomi" markalı mobil telefon, iki ədəd içərisində nömrə olmayan "Redmi" markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüşdür. Bir ədəd açar və 50 manat pul isə ona geri qaytarılmışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlənin sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı "Şəhruz" adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iki gün bundan əvvəl ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona pul verəcəyini, narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ev 186, mənzil 52 ünvanında narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış aparıldıqdan sonra o, müdafiəçisi və polis əməkdaşları ilə yaşadığı ünvan 6 ünvanında yerləşən evinə getmişdir. Bundan sonra o, arvadı, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə mənzilə baxış keçirilməsinə başlamışlar. Mənzilə baxış zamanı o, yaşadığı mənzilin dəhlizində dolabın içərisindən bir ədəd torbanın içərisindən, beş ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütləsini, altı ədəd sellofanda və iki ədəd bağlamada bükümdə psixotrop maddə olan metamfetamini, üç ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroin kütləsini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuana kütlələrinin ümumi çəkisi 2 kq 405 qram, heroin kütlələrinin çəkisi 1 kq 225 qram, metamfetamin kütlələrinin çəkisi 2 kq 325 qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmışdır, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir və üzəri o, arvadı, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmişdir və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı "Şəhruz" adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iki gün bundan əvvəl ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona pul verəcəyini, narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı mənzilə əvvəllər baxış keçirilmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edərək sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 18 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. 18 fevral 2024-cü il tarixdə saat 17- 18 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində olmasını müəyyən etmiş və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ev 186 ünvanının yaxınlığında olduqları zaman, yəni 18 fevral 2024-cü il tarixdə saat 18:05-də zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu görmüşlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs DİN-in BNMİ-yə dəvət etmişlər. Həmin şəxs də etiraz etmədən onlarla BNMİ-yə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və onun üzərində şəxsi axtarış və baxış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin cibindən, bir ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Metamfetaminə bənzər kütlənin çəkisi 10 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlənin sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Şəhruz” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iki gün bundan əvvəl ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona pul verəcəyini, narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ev 186, mənzil 52 ünvanında narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra tədbir iştirakçıları ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmək məqsədi ilə ünvan 6 getmişlər. Baxış keçirilən zaman həmin mənzildə Təqsirləndirilən şəxs arvadı Aysel Təhməzovanın da olmasını müəyyən etmişlər və ona evə videoçəkiliş vasitəsi ilə evə baxış keçirəcəklərini bildirmişlər. Aysel Təhməzova buna etiraz etmədikdən sonra tədbir iştirakçıları ilə birlikdə baxış keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs yaşadığı mənzilin dəhlizində dolabın içərisindən bir ədəd torbanın içərisindən, beş ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanayanı, altı ədəd sellofanda və iki ədəd bağlamada bükümdə psixotrop maddə olan metamfetamini, üç ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlələrin ümumi çəkisi təxminən 2,5 kq, heroinə bənzər kütlələrin çəkisi təxminən 1 kq, metamfetaminə bənzər kütlələrin çəkisi təxminən 2 kq olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq mənzilindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlənin sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Şəhruz” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iki gün bundan əvvəl ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona pul verəcəyini, narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. X3 ona verilən suallara cavab olaraq mənzildə aşkar olunan kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda, narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, vərəqə 5-6) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin hakimi X4 19 fevral 2024- cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 18 fevral 2024-cü il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. (iş vərəqi 147-148) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellodan bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd açar, 2 (iki) ədəd içərisində nömrə olmayan “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd içərisində ***-***-**-** nömrəsi olan “Xiaomi” markalı mobil telefon və 50 (əlli) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Metamfetaminə bənzər kütlənin çəkisi 10 (on) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd içərisində ***-***-**-** nömrəsi olan “Xiaomi” markalı mobil telefon, 2 (iki) ədəd içərisində nömrə olmayan “Redmi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar və 50 (əlli) manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlənin sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Şəhruz” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 2 (iki) gün bundan əvvəl ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona pul verəcəyini, narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ev 186, mənzil 52 ünvanında narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(iş vərəqi 29-30) Protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan “mənzilə baxış keçirilməsi və götürmə haqqında” 18 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin dəhlizində dolabın içərisindən 1 (bir) ədəd torbanın içərisindən, 5 (beş) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 6 (altı) ədəd sellofanda və 2 (iki) ədəd bağlamada bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 3 (üç) ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlələrin ümumi çəkisi 2 (iki) kq 405 (dörd yüz beş) qram, heroinə bənzər kütlələrin çəkisi 1 (bir) kq 225 (iki yüz iyirmi beş) qram, metamfetaminə bənzər kütlələrin çəkisi 2 (iki) kq 325 (üç yüz iyirmi beş) qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, iştirakçı, müdafiəçi və tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq mənzilindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlənin sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Şəhruz” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 2 (iki) gün bundan əvvəl ayrıayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona pul verəcəyini, narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı mənzilə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. X3 ona verilən suallara cavab olaraq mənzildə aşkar olunan kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Baxış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vərəqi 36-37) Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Xiaomi” və 02 ədəd “Redmi” markalı mobil telefonlara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Xiaomi” markalı mobil telefona baxış keçirilərkən mobil telefonda olan “Whatsapp” mobil tətbiqində “Sahbus” adı ilə İran İslam Respublikası mobil operatoruna məxsus +98 905 *** **** nömrəli abunəçi ilə danışıqlar müəyyən edilmişdir. Həmin danışıqlara baxış zamanı aşağıdakı narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən məzmunda yazışma-səs yazıları müəyyən edildi. Yazışma mətnləri, qəbul edilmiş- göndərilmiş fotoşəkillər protokola əlavə edildi. Eyni zamanda 17 fevral 2024-ü il tarixdə saat 23:35-də Salyan rayonu ərazisində yerləşən ünvan koordinatlarının Təqsirləndirilən şəxs göndərildiyi müəyyən edilir. Səsyazıların mətnləri aşağıdakı kimidir: “Şəhər içidir, maşının yoxdur deyə Lökbatan zad tərəfdir. Ona görə deyirəm. Ola bilsin Lökbatandan bir az o yana ola bilər. 30-40 km çıxacaqsan çölə, çox getməyəcəksən. O da veş bir az otdu deyə, daş torpaqdır. 12-13 dənədir, 15 dənəyə yaxındır da. Ona görə deyirəm ki, götürəndə taksiyə rast gələcək ya yox?” Təqsirləndirilən şəxs 17 fevral 2024cü il saat 16:21- də ünvanlanmış səs yazısı “Maşını zadı həll elə pul ataram. İndi yanımda yoxdur. Həll edib atacam.” Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il saat 16:22 tarixdə ünvanlanmış səs yazısı “Axşamın xeyir bir də qardaş, mən Allah qoysa, bir saata, əlli dəqiqəyə zada biri ilə çatacam, postu hələ təzə keçmişəm, hələ bir dənə də post qabaqdadır. İnşallah qoy sağsalamat çatım, hələ gedib açarı götürməliyəm, getməliyəm o bir evə yerbəyer edincə saat 4-ə kimi çəkəcək, qoy hələ bir Bakıya sağ salamatçılıqla çatım, bundan sonra inanmıram çıxım. и Bir də Allah qoysa səhər günortaya zada həll edərəm. Təki salamatlıq olsun da, qardaş, bu nə məcbur qaçaqaç deyil ki, qoy salamatlıq olsun, qaça qovdu ilə iş alınmayacaq sabah günortaya da yerbəyer edəm." Təqsirləndirilən şəxs tərəfindən 18 fevral 2024-cü il saat 01:25-də ünvalanmış səs yazısı “Sən narahat olma da, səhərə kimi bir səhər var, edəcəm. Qoy bir, rahatlıq tapım, başına dönüm sənin. Mən öldüm, ölümdən qayıtdım. E, sən bilirsən orada nə vəziyyətdə idim. Tək düşmüşəm, e, yanımda adam yoxdur. Maşına sürən bu kişi oturub maşında. Əlimdə bıçaqla düşmüşəm ki qabağıma çıxanı, qabırğasını açıb, ciyərini tökəcəydim də yerə şir ürəyi yeyib gedirdim qabağa gözümü yumub” Təqsirləndirilən şəxs tərəfindən 18 fevral 2024- cü il saat 04:24-də ünvalanmış səs yazısı "Bir də mənim qardaşım, imkanın olsa əgər imkanın olsa, mənə pul atanda da imkanın olsa, bir az bütövləşdirib atsan, özün də kömək etsən. Nəbilim belə alınmayacaq, arenda zad, maşın götürmək mütləqdir də. İndi qoy mən tapsam özüm tapacam,tapmasam baxım da. Maşın mütləqdir, belə alınmır. Adam bu boyda yüklə piyada çıxmağı riskdir." Təqsirləndirilən şəxs tərəfindən 18 fevral 2024-cü il saat 04:25-də ünvalanmış səs yazısı “Deyirəm, işçini həvəsləndirmək lazımdır, işçiyə dəyər vermək lazımdır. Sonra işçiyə maaşları qabaqcadan vermək lazımdır ki, işçinin gözü qalmasın ki, görəsən, mənim bu ay maaşımı kəsəcəklər ya yox. Ona görə də, qardaşım, işçinin qiymətini, haqqını qabaqcadan ver ki, qoy bu işçi halal alın təri ilə zəhmet çəkib, halal pulunu qazansın.” Təqsirləndirilən şəxs tərəfindən 18 fevral 2024-cü il saat 04:28-də ünvalanmış səs yazısı Bundan başqa həmin telefonun qalereya bölməsində narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən fotoşəkillər də mövcuddur. Bundan sonra Təqsirləndirilən şəxs məxsus digər mobil telefon “Redmi” markalı mobil telefona baxış keçirilmişdir Mobil telefonda olan “whatsapp” mobil tətbiqinə daxil olunan zaman orada təqsirləndirilən şəxsə məxsus “Xiaomi” markalı mobil telefonda olan “whatsapp” mobil tətbiqində “Sahbus” adı ilə İran İslam Respublikası mobil operatoruna məxsus +98 905 *** **** nömrənin bu telefonda da eyni adla qeydə alındığı müəyyən edildi. Həmin şəxs ilə təqsirləndirilən şəxsin arasında söhbətlər bölümünə daxil olunan zaman 10 yanvar 2024-cü il tarixdən 18 fevral 2024-cü il tarixə qədər onların aralarında yazışma mətnlərinin, fotoşəkillərin, səs yazılarının olması müəyyən edildi. Həmin şəxslər arasında olan yazışma mətnləri, səs yazıları, fotoşəkillərə baxış keçirilən zaman onların narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilir. Belə ki, söhbətlər bölümünün media hissəsindən (fotoşəkillər, videolar) görünür ki, həmin şəxslər bir-birlərinə ümumilikdə 233 şəkil və video göndərmişlər. Həmin şəkil və videolarda narkotik vasitəyə bənzər predmetlərin tərəzilərin üzərində çəkili halda qoyulması, narkotik vasitənin olduğu yerin ünvanlarının ox ilə göstərilərək əks edilməsi müəyyən edilmişdir. Qeyd edilənlər ilə bağlı yazışma mətnləri, fotoşəkillər protokola əlavə edildi. Bundan sonra həmin telefonun qalareya hissəsinə daxil olduğum zaman mobil telefonda çoxsaylı narkotik vasitənin tərəzi üzərinə qoyularaq çəkisinin ölçülməsi ilə bağlı fotoşəkillər müəyyən edilib, fotoşəkilləri çəkilməklə protokola əlavə edildi. Təqsirləndirilən şəxsə məxsus digər “Redmi” markalı mobil telefona baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin telefon tərəfimdən maddi sübut kimi tanınmışdır.(iş vərəqi 112-146) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-in Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 19 fevral 2024-cü il tarixli 3-16-16/2-7/275 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazısı və imzalar olan sintetik bağlamalardakı 02 (iki) ədəd şəffaf sellofan bağlamalarda və 03 (üç) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 980,0 qram; 1015,0 qram; 95, 0 qram; 50,0 qram; 69,15 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi -2209,15 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi çəkisi- 2209,15 qram (1-5 nömrəli ob.) tədqiqata istifadə olundu-0,5 qram (hər obyektdən 0,1 qram götürüldü) qalıq- 2208,65 qram. (iş vərəqi 51-52) Azərbaycan Respublikası ƏN-in Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 19 fevral 2024-cü il tarixli 3-16-16/2-6/983 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №7" dairəvi möhür əksləri, yazılar olan bir ədəd zərfdə və bir ədəd sintetik torbada qablaşdırılmış: -Üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..." yazıları, soyad və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,147 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; -Üzərində "Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlələr..." yazıları, soyad və imzalar olan sintetik torbanı açdıqda: bir ədəd qara rəngli sellofanda 06 (altı) ədəd bükümdə və 02 (iki) ədəd üzəri yapışqan lentlə bərkidilmiş şəffaf rəngli bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 172,1 qram, 13,881 qram, 8,627 qram, 8,646 qram, 9,112 qram, 2,287 qram və 998,4 qram, 996,3 qram olan ağ rəngli kristalşəkilli maddə kütlələri; bir ədəd üzəri yapışqan lentlə bərkidilmiş qara rəngli sellofan bağlamanın içərisindəki bitki mənşəli kütlənin yanında bir ədəd qara rəngli sellofan bükümün içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1,086 qram olan ağ rəngli kristallik maddə kütləsi kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; bir ədəd sarı rəngli sellofanın içərisində 1 (bir) ədəd sellofan paketdə və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1155,6 qram və 14,736 qram, 14,738 qram olan qəhvəyi rəngli maddələr; bir ədəd üzəri yapışqan lentlə bərkidilmiş qara rəngli sellofan bağlamanın içərisindəki bitki mənşəli kütlənin yanında bir ədəd qara rəngli sellofan bükümün içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 9,187 qram olan qəhvəyi rəngli maddələrin tərkibində kafein, asetaminofen, mekonin, papaverin aşkar edildi. Kafein, Asetaminofen, Mekonin, Papaverin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılan"na və 18 mart 2016- cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahılan"na, habelə "Zəhərli maddələrin siyahılan"na daxil deyildir. Təqdim edilmiş zərfdə olan 01 (bir) ədəd bükümdəki metamfetamin sintetik torbada qablaşdırılmış 09 (doqquz) ədəd bükümdəki metamfetaminlərlə kimyəvi komponent tərkiblərinə görə eyni olub ümumi təmiz çəkiləri- 2219,586 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixi Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: Metamfetamin üm. təmiz çəkisi-2219,586 qr, cemi tədqiqata sərf edildi-0,5 qr, qalıq üm-2219,086 qr. Qəhvəyi maddə üm. təmiz çəkisi- 1194,261 qr, cəmi tədqiqata sərf edildi- 0,4 qr, qalıq üm. - 1193,861 qram.(iş vərəqi 56-57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 11 mart 2024-cü il tarixli 1621 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” Həmin rəydə deməsinə görə, narkotik vasitə olan qurudulmuş marixuanadan, heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etməsi qeyd edilmişdir. (iş vərəqi 196- 197) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 2219,086 qram psixotrop maddə metamfetamin, 2208,65 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir.(iş vərəqi 154-156) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur. (İcildi/v: 178-179) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X1 adında azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 50000 qram, “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı narkotik vasitənin külli miqdarda və psixotrop maddənin isə xüsusilə külli miqdarda olması, Təqsirləndirilən şəxs məxsus mobil telefondan aşkar olunan İran İslam Respublikasının vətəndaşı ilə təqsirləndirilən şəxsin arasında olan yazışma mətnləri, səs yazıları, söhbətlər bölümünün media hissəsindən 200 yüzdən çox fotoşəkillər, videoların olması, hansı ki həmin şəkil və videolarda narkotik vasitənin olduğu yerin ünvanlarının ox ilə göstərilərək əks edilməsi, çoxsaylı narkotik vasitənin tərəzi üzərinə qoyularaq çəkisinin ölçülməsi müşahidə olunur, bütün bu hallar onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 18 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub AR DİN-in BMCMİ-nin maddi sübutlar otağında saxlanılan tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 2219,086 qram psixotrop maddə metamfetamin və 2208,65 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd “Redmi” və 01 ədəd “Xiaomi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına təhvil verilməli, 02 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 158 (yüz əlli səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 10 (il) 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut olub AR DİN-in BMCMİ-nin maddi sübutlar otağında saxlanılan tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 2219,086 qram psixotrop maddə metamfetamin və 2208,65 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd “Redmi” və 01 ədəd “Xiaomi” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına təhvil verilsin, 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 158 (yüz əlli səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu X5 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar