Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-653/2024 14.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 29.01,1976-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Bakir” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs “Bakir” adlı şəxsin sifarişi və 3000 manat pul təklifi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Yardımlı rayonu, Ərus kəndindən Yardımlı şəhəri istiqamətində hərəkət edən zaman yolun sağında olan “təhlükəli döngə” yol nişanının altında yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan külli miqdarda - 16 kq 248.57 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən qanunsuz əldə etmiş, əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın bır hissəsini Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, nömrəsiz ünvanda yerləşən mənzilinə daşıyaraq həmin mənzildə saxlamış, narkotik vasitənin qalan hissəsini isə üzərində saxlamaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi, ev 21 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə, saat 11:10-da yuxarıda qeyd olunun ünvanda saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 13:10-da üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,50 qram və 7,07 qram olmaqla ümumi təmiz çəkisi 14,57 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 21 fevral 2024-cü ıl tarixdə, saat 15:30-da Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, nömrəsiz ünvana baxış keçirilən zaman ünvanda yerləşən mənzilin döşəməsinin altındakı gizli saxlanc yerindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 16 (on altı) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1018,0 qram, 1750,0 qram, 1000,0 qram, 1000,0 qram, 1020,0 qram, 1040,0 qram, 1032,0 qram, 1005,0 qram, 1025,0 qram, 1055,0 qram, 359,0 qram, 1005,0 qram, 1030,0 qram, 535,0 qram, 1015,0 qram və 1345,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 16 kq 234,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, onun üzərində və evində narkotik vasitə olmayıb. Tutulmamışdan iki ay əvvəl polis əməkdaşları guya daxil olmuş məlumata əsasən, onun Abşeron rayonu, Hökməli qəsəbəsində və Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən evlərində axtarış aparıblar, lakin heç bir narkotik tapa bilməyiblər. Polis əməkdaşları axtarış apardıqdan sonra Hökməli qəsəbəsində yerləşən evində olan kameraları da söküb aparıblar və sonradan onlarla əlaqə saxlasın deyə nömrə də qoyublar. O, həmin vaxt rayonda olub, rayondan qayıtdıqdan sonra həmin nömrə ilə əlaqə saxlayıb. 21 fevral 2023-cü il tarixdə səhər saatlarında polis əməkdaşları onu evində saxlayıb BNMİ-nə aparıblar. Orada polis əməkdaşları onda narkotik vasitə olduğunu və onu təqdim etməsini dedikdə o, heç bir narkotik vasitə saxlamadığını bildirib. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Yaşıldərə yaşayış massivində yerləşən bağ evinə gəliblər. Həmin evdə polis əməkdaşları axtarış aparsalar da, yenə heç nə tapmayıblar və onlar BNMİ-nə qayıdıblar. Saat günorta 1 radələrində polis əməkdaşları deyiblər ki, onu yüngül maddə ilə rəsmiləşdirəcəklər, o da polis əməkdaşları ilə razılaşıb. Bundan sonra üzərinə 2 bükümdə 14 qram narkotik vasitə marixuana qoyublar və videoçəkilişdə həmin narkotikin ona məxsus olduğunu deməsini tələb ediblər. Daha sonra polis əməkdaşları təzədən həmin evə getməli olduqlarını deyiblər. Onlar evə gedəndə polis əməkdaşları narkotiki də maşında özləri ilə həmin evə aparıblar. Polis əməkdaşları özləri ilə apardıqları narkotiki evinə qoyublar, daha sonra həmin evdə çəkiliş aparıblar və həmin narkotikin onun evindən aşkar olunduğunu göstəriblər. Sonra BNMİ-nə qayıdıblar, həmin idarədə polis əməkdaşları onu buraxa bilməyəcəklərini deyiblər və onu BMCMİ-nə göndəriblər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, o, narkotik vasitə marixuana istifadə edib. İbtidai istintaq zamanı o, heç bir ifadə verməyib və heç bir sənədi də imzalamayıb. Həmin ifadədə adı yazılmış Bakir adlı şəxsi, ümumiyyətlə, tanımır. Polis əməkdaşlarının ona qarşı qərəzli hərəkətinin səbəbini bilmir, onu tutulmamışdan 2 ay əvvəldən axtarıblar, amma həmin vaxt evində heç nə tapa bilməyiblər. Ona hədə-qorxu gəldikləri üçün o, polis əməkdaşlarının dedikləri ilə razılaşmaq məcburiyyətində qalıb. O, maşın ustası olduğu üçün tez-tez rayonlara gedib. Tutulmamışdan bir neçə gün əvvəl də Yardımlı rayonuna maşın düzəltmək üçün gedib. İlk dəfə yanvar ayının ortalarında onun evinə gəlib axtarış aparıblar. O, fiziki təzyiqə məruz qalmayıb, onu sözlə qorxudublar. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2004-cü ildə Salyan Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə, 2007- ci ildə isə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə CM-in 234.4.1 və 234.4.3- cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum olunduğundan hərbi xidmətdə olmamışdır. Təxminən 2012-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan bir azyaşlı övladı var. Heç bir xəstəliyi, eləcə də psixi xəstəliyi yoxdur. Sumqayıt şəhərində maşın ustası işləmişdir. Arabir “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Təxminən 4-5 ay olar ki, Süleyman adlı müştərisi onun yanına gəlmişdir. Belə ki, Süleyman “Vaz 2107" markalı avtomobil istifadə edirmiş və avtomobildə problem olduğundan onun yanına gəlmişdir. Həmin vaxtı Süleyman ilə səmimi söhbət etmişlər və o “nəşə” istifadə etdiyini bildirmişdir. O, ondan həmin maddəni haradan aldığını soruşduqda demişdir ki, iranlılardan onlayn qaydada alır. Süleyman ona “Bakir” adlı iranlı şəxsin nömrəsini vermiş və demişdir ki, lazım olsa bu nömrə ilə əlaqə saxla və sənin üçün nəşə atdıra bilər. Bundan sonrakı müddət ərzində o, bir neçə dəfə Bakirlə danışmış və o, demişdir ki, ilkin olaraq pulu göndər, mən də sənə malı göndərim. Lakin, o, risk edib pul göndərmirmiş və düşünürmüş ki, pulunu alıb malını verməz. Buna görə də, onunla söhbətləri alınmırmış. Lakin, təxminən bir ay öncə Bakir onun üçün 5 qram nəşə göndərmişdir. Belə ki, Bakir onunla danışaraq demişdir ki, malı var, istəyirsə göndərsin. O isə demişdir ki, pulu yoxdur. Həmin vaxtı iranlı demişdir ki, sənin üçün pay göndərirəm, pul lazım deyil. O da razılaşmışdır. Xatırlamadığı tarixdə Bakir ona Masazır qəsəbəsi ərazisində konum göndərmiş və o da gedib həmin konumda narkotiki tapmışdır. Həmin maddəni istifadə etmişdir. Sonrakı müddətdə Bakir tez-tez onunla danışırmış və deyirmiş ki, Azərbaycana göndərdiyi malları əldə edib yerbəyer etsin və bunun qarşılığında da ona pul versin. Lakin, o, tutulacağından qorxduğundan onunla razılaşmırmış. 19 fevral 2024-cü il tarixdə Bakir onunla əlaqə saxlamış və demişdir ki, Yardımlıda malı var, əgər onu götürüb Bakıya aparsa 3000 manat pul verəcəkdir. Son dövrlərdə maddi durumunda problemlər olduğundan Bakirlə razılaşmalı olmuşdur. Bunun üçün 20 fevral 2024-cü il tarixdə rentacardan “Chevrolet Cruze” markalı avtomobili günlük icarəyə götürmüş və təxminən saat 20-21 radələrində Bakıdan çıxıb Yardımlıya getmişdir. Gecə saatlarında Yardımlıya çatmışdır. Bakir ona konum göndərməmiş və şifahi şəkildə yolu ona bildirmişdir. Belə ki, Bakirin sözü ilə o, Yardımlı ərazisində hərəkət etmiş və Ərus kəndindən Yardımlının mərkəzinə doğru hərəkət edəndə yolun sağında olan “təhlükəli döngə” yol nişanının yanında avtomobili saxlamışdır. Həmin nişanın düz altında narıncı rəngli polietilen torba olmuşdur. Bakir demişdir ki, mal həmin kisədədir. Bunun üçün həmin malı götürüb avtomobilə qoymuş və Bakı istiqamətində hərəkətə başlamışdır. O, malın o qədər çox olduğunu bilməmişdir. Kisənin içərisinə baxdıqda içərisindəki narkotikin hamısının “nəşə” olduğunu müəyyən etmişdir. Bakir ona demişdir ki, öz istifadəsi üçün də malın üzərinə iki büküm nəşə qoyacaqdır. O, həmin iki büküm nəşəni götürüb cibinə qoymuşdur. Digər böyük çəkidə narkotiki isə yaşadığı evə gətirmək istəməmişdir. Çünki, evdə azyaşlı övladı olmuşdur. Bunun üçün malı gecə vaxtı Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, nömrəsiz ünvanda yerləşən bağlarındakı yarımtikilinin içərisinə gətirib qoymuş və yaşadığı evə geri qayıtmışdır. Belə ki, Bakir ona demişdir ki, malı özündə saxla, deyəndə yerbəyer edərsən. Malı yerbəyer edəndən sonra Bakir onun pulunu verməli imiş. 21 fevral 2024-cü il tarixdə səhər saat 11:00 radələrində evdən çıxıb piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 (iki) bükümdə qurudulmuş marixuananı təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində həmin gödəkçənin sol yan cibindən 01 (bir) ədəd pul qabı, həmin pul qabının içindən sürücülük və şəxsiyyət vəsiqələri, 02 (iki) ədəd bank kartları, gödəkçənin sol yan cibindən həmçinin içində siqaret dənələri olan siqaret qutusu, 01 (bir) ədəd açar, əynində olan şalvarın sol yan cibindən “Realmi” və “Samsung” markalı mobil telefonlar aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. Mobil telefonlar, bank kartları, sürücülük və şəxsiyyət vəsiqələri götürülmüş, digər əşyalar isə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Bakir” adlı şəxsin vasitəsi ilə 01 gün əvvəl Yardımlı rayonu ərazisində gizlədilən yerdən istifadə etmək məqsədi ilə əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, qurudulmuş marixuanadan istifadə etdiyini, əlavə olaraq Sumqayıt şəhərində yerləşən özünə məxsus evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol imzalanmışdır. Həmçinin, evə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən nömrəsiz fərdi evə getmişlər. Orada ona gizlətdiyi narkotik vasitəni təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra həmin evin girişindəki dəhlizin döşəməsinin altında hazırladığı gizli saxlanc yerindən 01 (bir) ədəd narıncı rəngli polietilen torbanı təqdim etmişdir Həmin torbanın içindən 16 bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Bundan sonra yenidən Baş İdarəyə qayıtmışlar və orada evə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni şəxsi istifadə məqsədi ilə, evdən aşkar edilmiş maddəni isə iranlı Bakirin deyəcəyi yerlərə çatdırmaq məqsədi ilə əldə edib saxlamışdır. İranlı Bakir adlı şəxslə görüşməmiş, onun anket məlumatlarını bilmir və telefon nömrəsini əzbər bilmir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərində və evdə narkotik vasitələr olmasından heç kimin, o cümlədən ailə üzvlərinin xəbəri olmamışdır. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** və "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrələrindən istifadə etmişdir. Onun üzərinə axtarış və evinə baxış video çəkilişlə təhqiqatçı tərəfindən aparılıb, ondan başqa heç kim onun evinə baxış və üzərinə şəxsi axtarış keçirməmişdir. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də evinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərdi ki, həmin ifadəsinin sonundakı imzanı o çəkib, ifadə ilə tanış olması barədə qeydləri də o yazıb. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadəni də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 20 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq rəsmiləşdirmə işləri həyata keçirildikdən sonra onun rəhbərliyi altında əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat tədbiri nəticəsində 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsində saxlayaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu BNMİnə dəvət ediblər. Həmin idarədə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlamamışdan əvvəl təhqiqatçı tərəfindən edilən təklifdən sonra Təqsirləndirilən şəxs üzərindən 02 bükümdə qurudulmuş marixuanaya bənzər kütləni təqdim edib. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilib və üzərində dövriyyəsi qadağan edilmiş başqa əşya tapılmayıb. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən özünə məxsus evdə narkotik vasitə saxladığını bildirdiyində onlar qeyd olunan evə baxış keçirilməsi üçün Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən evə gediblər. Həmin evə baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd torbanı təqdim edib və həmin torbanın içindən qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunub. Bundan sonra onlar yenidən Baş İdarəyə qayıdıblar. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütlələri haradan əldə etməsi ilə bağlı suallara cavab olaraq bildirib ki, həmin kütələri bir gün əvvəl Yardımlı rayonu ərazsində Bakir adlı İran İR vətəndaşından əldə edib və həmin kütlələri Bakirin dediyi yerlərə çatdırdıqdan sonra ondan 3000 manat pul alacağı barədə Bakirlə razılığa gəliblər. Şahid ona verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsin üzərinə və evinə heç kim narkotik vasitə qoymayıb, əksinə o özü həmin narkotik vasitələri üzərindən və evindən çıxarıb təqdim edib. Təqsirləndirilən şəxsin evində 2024-cü ilin yanvar ayında axtarış aparılması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxsi Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində piyada hərəkətdə olan zaman saxlayıblar, onu BNMİ-nə aparıblar, oradan isə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən evinə gediblər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 21 fevral 2024-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 (iki) bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, gödəkçənin sol yan cibindən 01 (bir) ədəd pul qabı, həmin pul qabının içindən sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqələri, bank kartları, 01 (bir) ədəd siqaret qutusu, 01 (bir) ədəd açar, əynində olan şalvarın sol yan cibindən "Realmi” və “Samsung” markalı mobil telefonlar aşkar olunmuşdur. Aşkar olunmuş 02 (iki) bükümdəki kütlə, mobil telefonlar, bank kartları, sürücülük və şəxsiyyət vəsiqələri götürülmüş, digər əşyalar isə geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 21 fevral 2024-cü il tarixdə tərtib edilmiş “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılmış və Sumqayıt şəhəri ərazisində yerləşən evinə baxış zamanı evin girişindəki dəhlizin döşəməsinin altında hazırlanmış gizli saxlanc yerindən 01 (bir) ədəd narıncı rəngli polietilen torbanın içərisindən 16 (on altı) bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr qablaşdırılaraq götürülmüşdür. Evin digər hissələrinə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmişdir. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə və Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə baxış və götürmə aparılması barədə protokollara əlavə edilmiş disklərdəki videogörüntülər nümayiş etdirilmiş və həmin videogörüntülərlə şahidin ifadəsində göstərdiyi xüsusatlar və protokollarda qeyd olunanlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən nömrəsiz fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 22 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/295 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” yazılar olan zərfdə 2 (iki) ədəd şəffaf sellofanda hər birinin ayrıayrıİıqda təmiz çəkisi 7,50 qram və 7,07 qram olmaqla, ümumi çəkisi 14,57 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi evdən aşkar kütlələr ” yazı və imzalar olan bır ədəd torbada 16 (on altı) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofan bağlamanı açıqda hər birinin ayrı-ayrı İq ıda təmiz çəkisi 1018,0 qr, 1750,0 qr, 1000,0 qr,1000,0 qr, 1020,0 qr, 1040,0 qr, 1032,0 qr, 1005,0 qr, 1025 qr, 1055,0 qr, 359,0 qr, 1005,0 qr 1030,0 qr, 535,0 qr, 1015,0 qr, 1345,0 qram olmaqla, ümumi çəkisi 16234,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: marixuananın ümumi çəkisi 16248,57 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,9 qram, qalıq -16247,67 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2024-cü il tarixli, 2372 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 5(012)-204/2024 nömrəli qərarla Azərbaycan Respublikası DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-in BNMİ-nin rəisi polis generalmayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 16247,67 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş cinayət işinin istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə verilmiş əməliyyat tapşırığının cavab məktubunda görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan “Bakir” adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, “Bakir” adlı şəxsin həmin narkotik vasitələri cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiklərinə, sonuncunun narkotik vasitələri satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin onların qaçaqmalçılıq yolu ilə narkotik vasitələri Azərbaycan Respublikası ərazisinə gətirmələri, “Bakir" adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, 22 may 2024-cü il tarixdə ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitələrin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə və qrupun üzvü “Bakir” adlı şəxsin, habelə qrupun digər üzvlərinin barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan Salyan Rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmayıb. Cinayət işinin materiallarında olan şəxsiyyət vəqsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni onun üzərində və evində narkotik vasitə olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Əksinə barəsində həbs qətimkan tədbiri seçilərkən təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiyi xüsusatları orada da təsdiq etmişdir. Bundan əlavə üzərinə şəxsi axtarış və baxış, habelə evinə baxış və götürmə aparılması barədə protokollara əlavə edilmiş videogörüntülərdən, həmçinin onun ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, təqsirləndirilən şəxs öz əməlini etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindan yayınmaq üçün məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək fərqli ifadə vermişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır və qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar olunmuş narkotik vasitənin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələri şəxsi istifadəsi üçün deyil, satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsini məhkəmə cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadəsi, ekpert rəyləri, videogörüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-237/2023 saylı hökmü nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla təqsirli bilindiyi maddənin (CM-nin 234.4.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsasən qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Bundan başqa məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 16247,67 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və iş materiallarında olan 02 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 16247,67 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-653/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-653/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver