Məhkəmə qərarları › İş №1(124)-654/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-654/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-654/2024 16.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Nizami oğlunun sədrliyi, X5 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Salyan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməkli, Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 3, mənzil 4-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,752 qram çəkidə 01 bükümdə psixotrop maddə - metamfetamini 20 manat pul müqabilində əldə edib, Abşeron rayonu, Saray qəsəbəsinə daşımış və saxlamış, 02 noyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, “Yeni yol” adlanan ərazidə Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə gətirilib, orada 03 noyabr 2023-cü il tarixdə saat 00:15-dən 00:40dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə həmin 2,752 qram çəkidə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, onun üzərində olan narkotik vasitənin miqdarı o qədər olmamışdır. O, narkotiki tanımadığı şəxsdən almışdır. 20 manat müqabilində az miqdarda əldə etmişdir. Həmin narkotik vasitəni Corat qəsəbəsində şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən almışdır. Onun satmaq niyyəti olmamışdır. O, satışla məşğul olmamışdır. 0.5 qram narkotiki 20 manata almışdır. Daha sonra polislər yaxınlaşmışlar. avtomobilində axtarış aparmışlar. Tutulduğu günün səhəri polis idarəsində olarkən eyni zamanda gecə saatlarında təxminən 11-12 radələrində saxlanıldığını qeyd etmişdir. Səhəri günü videoçəkiliş zamanı narkotiki ona təqdim etmiş və “sənin cibindən çıxan narkotik budur” demişlər. Onu gecə tutsalar da səhəri günü rəsmiləşdirmişlər. Ona təqdim edilən narkotikin miqdarını bilməmişdir. Videçəkilişdə həmin narkotiki çıxarmış və təqdim etmişdir. Daha sonra onu Abşeron rayon Polis İdarəsinə aparmışlar. Abşeron rayon Polis İdarəsində narkotikin çəkisinin iki qramdan çox olduğunu bilmişdir. O bir neçə dəfə üzərindəki narkotikin o qədər olmadığını bildirmişdir. Birinci dəfə onu tutanda 234.1-ilə ittiham elan etmişlər. Daha sonra Abşeron rayon Polis İdarəsində həmin ittihamı 234.1-1-ci maddə etmişlər. Yeddi aydan sonra isə 234.4.3-cü maddəsi ilə ittiham elan etmişlər. O buna öz narazılığını bildirmişdir. Saxlanılana kimi narkotik vasitələrdən istifadə etmişdir. Metamfetamindən istifadə etmişdir. İttihamda göstərilən saxlanıldığı saat düzgündür. Onu noyabr ayının 2-si Yeni yol adlanan ərazidə saxlamışlar. Üzərində metamfetamin olmuşdur. Onun əvvəllər məhkumluğu olmamışdır. ***-***-**-** və ***-***-**-** mobil nömrələrindən istifadə etmişdir. Onun başqa bir nömrəsi olmamışdır. İstifadəsində olan nömrələrə narkotik vasitələrin satışı ilə məşğul olmasına dair smslər daxil olmamışdır. Orada satışla məşğul olmasına dair heç bir sms yoxdur. Kimsə ondan pulu ilə narkotik istəməmişdir. Avtomobili yolun qırağında saxlamışlar. Özləri avtomobilə yaxınlaşaraq üzərlərinə axtarış aparacaqlarını bildirmişlər. O, Elçin adlı şəxslə getmişdir. O, Elçin adlanan şəxsə narkotik satmamışdır. Onların hər ikisi 20 manatlıq narkotik almışlar. Onlar istifadəçi kimi tutulmuşlar. Gecə vəkil olmamışdır. Vəkil səhər olmuşdur. Səhər doqquz və on arası üçün vəkil gəlmişdir. Onun üzərindən bir qramdan az miqdarda narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitəsinin bir qramını 60 manata almışdır. Avtomobildə narkotik aşkar olunmamışdır. Avtomobildə problem yarandığına görə avtomobili yolun qırağında saxlamışlar. Sanksiya məhkəməsində üzərində şəxsi istifadə məqsədilə narkotik olduğunu demişdir. İkinci məhkəmədə hakimə narkotikin çəkisini bilmədiyini demişdir. Əvvəlcə onu MSY-yə aparmışlar. Daha sonra sanksiya məhkəməsinə aparmışlar. O, sanksiya məhkəməsində ittihamın 234.1-1-ci maddəsi ilə olduğunu bilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb qərarını ona sonradan verilmişdir. Cəlbetmə qərarı 234.1-ci maddəsi ilə olmuşdur. Noyabr ayının ikisində isə 234.1-1-ci maddəsi ilə olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 02 noyabr 2023-cü il tarixdə saat 22:30 radələrində bölmənin sahə polis nəfəri, polis serjantı Şahid2lə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Təzə yol adlanan ərazidə xidmətdə olarkən iki nəfər şəxsin özlərini şübhəli aparması diqqətlərini cəlb etdiyindən, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdə, hərəkətlərindən həmin şəxslərin narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olduğundan şübhələnib onları saxlayaraq X17 gətirmişlər. Bölmədə həmin şəxslərin xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1989-cu il təvəllüdlü X9 olması müəyyən edilmişdir. Bundan sonra bölmə rəhbərliyinə raportla məruzə etmiş, araşdırmanın aparılması bölmənin təhqiqatçısı Murad Bəşirova həvalə olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman A.Səfərov əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açıldıqda içərisində kristal şəkilli maddə olduğu aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəki kristal şəkilli maddənin psixotrop maddə metamfetamin olduğunu, Sumqayıt şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 02 noyabr 2023-cü il tarixdə saat 22:30 radələrində bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid1la birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Təzə yol adlanan ərazidə xidmətdə olarkən iki nəfər şəxsin özlərini şübhəli aparması diqqətlərini cəlb etdiyindən, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdə, hərəkətlərindən həmin şəxslərin narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olduğundan şübhələnib onları saxlayaraq X17 gətirmişlər. Bölmədə həmin şəxslərin xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1989-cu il təvəllüdlü X9 olması müəyyən edilmişdir. Bundan sonra bölmə rəhbərliyinə raportla məruzə etmiş, araşdımanın aparılması bölmənin təhqiqatçısı Murad Bəşirova həvalə olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman A.Səfərov əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açıldıqda içərisində kristal şəkilli maddə olduğu aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəki kristal şəkilli maddənin psixotrop maddə metamfetamin olduğunu, Sumqayıt şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmış, bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında ifadəsi elan olunmaqla araşdırılmış X9 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ruhi və əsəb xətəlikləri keçirtməmişdir, bununla əlaqədar heç bir yerdə müalicə almamış və qeydiyyatda olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, təxminən bir ildir ki, psixotrop maddə metamfetamindən istifadə etmişdir. O bir gün əvvəl tanıdığı Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhərində tanımadığı şəxsdən hərəsinə 1 ədəd şəffaf rəngli sellofanda olan bükümün içərisində psixotrop maddə metamfetamini 20 manat müqabilində əldə edib, göy rəngli şalvarının sağ yan cibində öz şəxsi istifadəsi üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yol adlanan ərazidə olan zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman üzərində psixotrop maddə olduğu üçün narahatçılıq və həyacan keçirmişdir. Həmin vaxt isə polis əməkdaşları piyada olaraq hərəkət etdikləri və həyəcanlandıqları üçün şübhə yaratdıqlarından yaxınlaşıb özlərini təqdim edərək, onun şəxsiyyəti ilə maraqlanmağa başlamışlar. O həmin vaxt üzərində psixotrop maddə olduğundan, polis əməkdaşlarının onu saxlamasına və tutulacağını düşünərək özünü təqdim edərkən çaşmışdır. Özünü belə şübhəli apardığı üçün həmin polis əməkdaşları onu X17 dəvət etmişlər. O da etiraz etməyərək polis bölməsinə onlarla birlikdə getmişdir. Bundan sonra, polis bölməsində polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış aparılacağı bildirilərək, hüquq və vəzifələri ona izah olunmuş və müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra isə polis bölməsində xidməti otaqların birində polis əməkdaşları tərəfindən vəkilin də iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində hər hansı narkotik vasitə və ya qeyri qanuni əşyalar varsa təqdim etməyi təklif edilmişdir. O da 01 noyabr 2023-cü il tarixdə günorta saatlarında öz istifadəsi üçün Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manata əldə etdiyi və əynindəki şalvarının sağ yan cibində saxladığı, şəffaf sellofana bükülmüş olan bir ədəd bükümdəki psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları həmin bükümə baxış keçirərək, maddi sübut olduğundan və ekspertizaya təqdim edilməli olduğundan qablaşdıraraq götürmüş və üzərinə keçirilmiş baxışla bağlı protokol tərtib etmişlər. Həmin protokol ucada oxununmuş və doğruluğu həm o, həm də digər iştirakçılar tərəfindən imza edilmişdir. O, psixotrop maddə aludəçisidir və mütəmadi olaraq psixotrop maddədən istifadə etsə də, psixotrop maddələrin satışı il məşqul olmamışdır. Polis əməkdaşlarına təqdim etdiyi psixotrop maddədən başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı bir təzyiq və zorakılıq olmamış, həmçinin özü də onlara qarşı müqavimət göstərməmişdir. Həmçinin müdafiə tərəfinin vəsatəti əsasında X9 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs üzləşdirilmələri elan olunmaqla araşdırılmışdır. Həmin üzləşdirmə protokoluna dair müdafiə tərəfi əsasən narkotik vasitənin satışı il əlaqədar məsələnin üzləşdirmə protokolundan araşdırılmasını istəmişdir. Həmin hissədə X9 təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik alverçisi kimi tanıdığını və ondan bir neçə dəfə 30 manat müqabilində nakotik vasitə aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1989-cu il təvəllüdlü X2 qəsəbəsi Təzə yol adlanan ərazidə saxlanılaraq X17 gətirilmişlər. Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5877 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 56” dairəvi möhür əksləri olan, “Sadıqov” sözləri və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 2,752 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli, 3-16-16/2-6/2512 №-li məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, üzərində “6/5876 .. 3 noyabr 2023-cü il ..” sözləri qeyd edilmiş kağız paketdə bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,895 qram olan metamfetamin ilə üzərində 6/5877.. 3 noyabr 2023-cü il ...” sözləri qeyd edilmiş kağız paketdə bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,652 qram metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 daxil olmuş 18 dekabr 2023-cü il tarixli 8280 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindiromu narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Şəxsi axtarış və götürmə aparılması haqqında 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarışın keçirilməsinə 03 noyabr 2023-cü il tarixdə saat 00:15-də başlanılır. Şəxsi axtarış Abşeron RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X6, Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, sahə polis nəfəri polis serjantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X7 iştirakları ilə süni işıqlandırma şəraitində, Saray polis bölməsinin inzibati binasında xidməti otaqda aparılır. X12 tərəfindən iştirakçılar özlərini təqdim etməsi xahiş olunur və daha sonra iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş və əşya və predmet varsa təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyur və bükümün içərisindəki məddənin psixotrop maddə metamfetmin olduğunu, öz istifadəsi üçün Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirir. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir, hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü zərfə qoyularaq möhürlənir və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Bununla da şəxsi axtarışın keçirilməsi başa çatdırılır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(012)-138/2024 saylı “texniki rabitə kanallarından məlumatın çıxarılması baradə” qərarından görünür ki, təqsirləndirilən şəxs X10 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və çıxan sms mətnləri və əhatə dairəsini əks etdirən anten məlumatları “Azercell Telekom' MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 - ***-**-** saylı nömrəyə xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı nömrədən “meni həm lomkada qovdun hemde pis vezivvetde”, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı nömrədən “qaqa aqridavam qelmirsen xecaletinden chxacam”, Aqil sen bala cani qelirsen ölurem döze bilmirəm cavab ver veke oğlansan”, “Aqil adam adamı bele veziyetde qovmaz qelmirsense dene bilim menim vaziyetim pisti”, “torpaq vardisa getir camati yola salaq”, “daş lazımdı tez yıq” məzmunlu smslər göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrədən xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “camatin malı hanı kama”, ***-***-**-** saylı nömrəyə “Vaqif sen ol kama axsam mali firlatdi irannı konumu ona atıb gedib qoturub acmir telefonu indi darixma tapim onu” xx.xx.2023-cü il tarixdə 070- ***-**-** saylı mobil nömrəyə “ordayam daş var torpaq yoxdu” məzmunlu smslər göndərilmişdir. "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə xx.xx.2023cü il tarixdə ***-***-**-** saylı nömrədən “Ay qaqaw gelim bidene yari götürüm” məzmunlu sms göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən 31,07.2023-cü il tarixdə 077-524-74- 94 saylı nömrəyə “Tez gel daniw qor bu qun pul ataq bu atsin alinirsa 5 dene 40dan isteyen var beyeniv paxlavani hell edey bayaqdan viqir gel daniw axwana qoturey” məzmunlu sms göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Nikah və doğum haqqında şəhadətnamələrdən, həmçinin ailə tərkibi haqqında arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.2020-ci il təvəllüdlü X13 adında iki azyaşlı övladları vardır. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs atası xx.xx.2010-cu ildə vəfat etmişdir. Salyan rayon mərkəzi xəstəxanasından verilmiş arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs bronxial asma xəstəliyi ilə əlaqədar ambulator müalicə almışdır. İş materiallarından görünür ki, xx.xx.1997-ci ildə Salyan şəhərində anadan olmuş,Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 3, mənzil 4-də qeydiyyatda olan Təqsirləndirilən şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə olan metanfetaminə bənzər küllü aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin psixotrop maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus “Azərcell” və "xxxx" nömrələrinə daxil olan və çıxan psixotrop maddənin satılmasına dair sms yazışmalarını və bu smslər barədə cavabları, yəni məhkəmə istintaqı zamanı smslər barədə verilən suallara məntiqli şəkildə izah verə bilməməsi və ağlabatan cavablar verməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur və həmin psixotrop maddəni satış məqsədilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı və ibtidai istintaq zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal emtə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddələsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 65 (altımış beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 2,702 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk və 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 65 (altımış beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 2,702 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk və 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar