Məhkəmə qərarları › İş №1(124)-66/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-66/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-66/2022 04.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi - X3 Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, bərbər işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Tuq zavod ərazisində fərdi evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18 radələrində əlində 20 manat pul Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 21 saylı tam orta məktəbin qarşısında təzə tanış olduğu Ayşən adlı qızla söhbət edərkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs, Şahid5 və Şahid1 yaxınlaşaraq ona qızla yaşadıqları məhəllə ətrafında söhbət etməsinə rişxəndlə iradlarını bildirib söhbəti mübahisəyə çevirərək ünvanına nalayiq söyüşlər edib Şahid5 onun əlində olan 20 manat pulu, Şahid1 isə gözündəki eynəyi yenicə tanış olduğu qızın gözü qarşısında götürüb qaçdıqları üçün təhqir olunduğunu hesab edib pulunu və eynəyini geri qaytarmaq məqsədilə sonuncuların arxasınca getmiş, onları axtarıb az sonra X10 İmanlı ilə Sumqayıt şəhəri 12-ci mikrorayonunun 1 saylı binası ilə 2 saylı binasının arasında yerləşən keçidə doğru getdiyini görüb onlara yaxınlaşdıqda Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər işlədib sağ saidin qançırı və sağ baldırın sıyrığı kimi sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirdiyindən o, yumruq təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib çənə nahiyəsinin əzilmiş cırılmış yarası, başın küt travması, subdural hematoma, baş beyinə qansızma və sağ ənsə nahiyəsinin yumşaq toxumaları altına qansızma kimi dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 28 may 2021-ci il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən AL marketin qarşısında olarkən sonradan adın bildiyi Ayşən adlı qızın ona baxaraq güldüyünü görüb sonuncuya yaxınlaşmış, təxminən 20 dəqiqə söhət etdikdən sonra ona məlum olmuşdur ki, Ayşən ailəli olmaqla üç övladı var. Ayşən söhbət zamanı ona nə əlaqə nömrəsin nə də ki digər kordinatların verməmiş, sonuncu ilə aralarında olan razılığa əsasən 29 may 2021-ci il tarixdə saat 15 radələrində Al marketin qarşısında görüşməli olsalar da o, danışdıqları vaxtda və saatda həmin ünvana getmiş lakin Ayşəni tapa bilməmişdir. 01 iyun 2021-ci il tarixdə Sumqayıt şəhəri, 12 -ci mikrorayonda yerləşən Al marketin qarşısında gəzərkən Ayşəni görmüş və sonuncu ilə ilə təxminən 20-25 dəqiqə söhbət etdikdən sonra 06 iyun 2021-ci il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən Al marketin qarşısında görüşmək barədə razılığa gəlmişdir. 06 iyun 2021-ci il tarixdə təxminən saat 17 radələrində Ayşən ilə razılaşdıqları kimi, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən Al marketin qarşısında görüşmüş, sonuncu ilə təxminən 5- 10 dəqiqə söhbət etdikdən sonra adlarını sonradan bildiyi Fuad və Vahid onların qarşısından keçmişdirlər. O, Ayşən ilə başqa istiqamətə irəliləməyə başladıqda Vahid ilə Fuadın arxalarınca gəldiyini görmüşdür. Vahid ilə Fuad bağça ilə məktəbin qarşısında dayanan sonradan adını bildiyi Pərviz adlı şəxsə yaxınlaşmış, sonuncunun yanında isə əvvəllər tanımadığı, görmədiyi və adını bilmədiyi bir nəfər orta boylu oğlan olmuşdur. O, Ayşən ilə gedərkən Pərviz bir dəqiqə olar sənə deyərək yolundan saxlamış və ona sən burda nə gəzirsən, harda yaşıyırsan kimi suallar verərək həmin vaxt əlində olan 20 manat pulunu aldıqda sonuncuya iradını bildirmişdir. Bundan sonra Vahid arxadan bel hissəsindən tutaraq onu kənara çəkmiş və nalayiq söyüşlərlə təhqir etmişdir. Fuad isə eynəyini başından götürərək Pərvizə vermişdir. Daha sonra Fuad telefonun əlindən almaq istəyəndə telefon yerə düşmüş və o, telefonu yerdən götürmüşdür. Həmin vaxt Vahid, Pərviz və Fuad ona təpik və yumruqla vuraraq varyox söyüşü söymüşdürlər. Pərvizin yanında olan tanımadığı bir nəfər isə onları ayırmış və onu hadisə yerindən uzaqlaşdırmışdır. Həmin mübahisə vaxtı Ayşən artıq oranı tərk etmişdir. O, Vahid, Fuad və Pərvizin qaçdığını görərək öz isifadəsində olan 055 *** ** ** mobil nömrədən uşaqlıq dostu Şahid2 zəng edərək tanımadığı şəxslər tərəfindən təkləndiyini, 20 manat pulunun və eynəyinin götürüldüyünü demişdir. Təxminən 20-25 dəqiqə sonra Şahid2, Şahid3 və Şahid4 Sumqayıt, şəhəri 12 mikrorayonda yerləşən 21 saylı orta məktəbin qarşısına gəlmiş o, başına gələn hadisə barədə həmin şəxslərə məlumat vermiş və birlikdə AL market istiqamətinə doğru getmişdirlər. O, Vahid və Fuadı Oba marketin qarşısında görərək sonuncular tərəfə qaçmış Fuad ona varyox söyüşü söyərək təhqir etmişdir. O, sol əli ilə Fuadın sol almacıq nahiyəsinə vurmuş sonuncu zərbənin təsirindən yerə yıxılmış, Fuad yenidən ayağa qalxaraq onu təhqir etdikdə sinəsinə təpiklə vurmuş və sonuncu yerə yıxılmışdır. Vahid Sumqayıt şəhəri, 12-ci mikrorayon 1 və 2 saylı binanın keçid hissəsində varyox söyüşü söyərək üzərinə gəldikdə sol əli ilə sonuncunun alt çənəsinə yumruqla zərbə vurmuş, zərbənin təsirindən Vahid sağ yanıüstə yerə yıxılmışdır. Vahid yerə yıxılan zaman başı asfalt örtüyə dəymiş, o, sonuncunun çənəsindən qan gəldiyini görüb ona yaxınlaşaraq üzünü yumuş daha sonra ağzını açaraq dilini çölə çıxartmışdır. O, Vahidin nəfəs aldığını görüb hadisə yerindən uzaqlaşmışdır. Daha sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Zərərçəkmiş şəxs onun ünvanına varyox söyüşü söydüyünə görə vurmuş, sonuncunu öldürmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, əlbəyaxa dalaşan zaman Vahidin çənə nahiyyəsinə vurmuş, Vahid bir zərbədən yerə yıxılmışdır. Ona başqa xəsarət yetirməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Vahid 1998-2009-cu illərdə Sumqayıt şəhəri, 21 saylı orta məktəbdə təhsil almış və İİİ qrup gözdən əlil olduğu üçün həqiqi hərbi xidmətdə olmamışdır. Vahid orta məktəbi bitirdikdən sonra iki il ali məktəbə daxil olmaq üçün imtahanlarda iştirak etsə də uğur qazana bilməmişdir. Vahid 2012-ci ildə Quba Dövlət Sosial İqtisadi Kollecinə daxil olmuş və 2015-ci ildə həmin kolleci bitirmişdir. Vahid müxtəlif yerlərdə fəaliyyət göstərmiş, təxminən 1 ilə yaxın müddət ərzində əmək fəaliyyəti ilə məşğul olmamışdır. Vahid siqaret çəkmiş, lakin narkotik vasitələrdən heç vaxt istifadə etməmiş, spirtli içki qəbul etməmişdir. Vahidin kimləsə ədavəti düşmənçiliyi olmamış, sonuncu ilə İlkin arasında əvvəllər dava-dalaş və mübahisə olamışdır. 06 iyun 2021-ci il tarixdə axşam radələrində bacısı Nigar ona zəng edərək Vahidin öldüyünü və meyitinin Sumqayıt şəhər meyitxanasına aparıldığını demişdir. O, dərhal Sumqayıt şəhər meyitxanasına getmiş və Vahidin tanımadığı şəxslə mühahisə etdiyini və mübahisə zamanı öldürülüdüyünü bilmişdir. Sonradan eşitdiyinə görə Şahid1 ilə Təqsirləndirilən şəxs mübahisəsi zamanı Vahid müdaxilə etmiş İlkin və onun ətrafında olan tanımadığı və adlarını bilmədiyi təxminən 4-5 nəfər tərəfindən amansızcasına döyülərək öldürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid2 Əlisafa oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımamışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 17 radələrində o, Sumqayıt şəhəri, 41-ci məhəllədə dostları Bayram və Tofiq ilə dayanmış, bu zaman dostu Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng vuraraq 2 nəfər tərəfindən qarşısının kəsildiyini və 20 manat pulunun alındığı, birlikdə gedərək pulunu geri almaq istədiyini, buna görə də onun Sumqayıt şəhəri, 12-ci mikrorayon, 21 nömrəli məktəbin qarşısına gəlməyini istəmişdir. O, İlkinlə danışdıqdan sonra Bayram və Tofiqə İlkinin problemi olduğunu, buna görə də görüşmək istədiyini demiş, bundan sonra sonuncularla 21 nömrəli məktəbin qarşısına gedərək İlkinlə görüşmüşdürlər. Həmin vaxt İlkin tək olmuş, sonuncu qırağa çəkilərək Bayram və Tofiqdən bir qədər aralaşaraq ona pulunu alan şəxslərin buralarda olduğunu demiş, bundan sonra o və İlkin həmin şəxsləri axtarmağa başlamışdır. Bayram və Tofiq isə asta addımlarla arxalarınca gəlmiş, təxminən 5 dəqiqə sonra 12-ci mikrorayonda yerləşən 1-ci bina ilə 2-ci binanın arasında yerləşən dəhlizə 100-150 metr qalmış, İlkin 2 nəfər şəxsi göstərərək, pulunu alan şəxslərin onlar olduğunu deyərək həmin şəxslərə doğru qaçmağa başlamışdır. O, həmin 2 nəfər şəxsin dəhlizdən qaçmaq ehtimalına qarşı binanın ətrafına fırlaraq, dəhlizin arxa tərəfindən gəlmiş, dəhlizin arxa tərəfindən gəldikdə bir nəfər şəxsin oturaq vəziyyətdə dayandığını, bir nəfər şəxsin isə yerdə uzanıqlı vəziyyətdə olduğunu, yerdə uzanıqlı vəziyyətdə olan şəxsin ağız nahiyəsində qan olduğunu, İlkinin həmin şəxsi ayıltmağa çalışdığını, üzünə su vurduğunu görmüşdür. Bu zaman Bayram və Tofiq də gəlmiş vəziyyəti belə görüb hadisə yerindən uzaqlaşaraq binalarının qarşsına getmişdirlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə ilə vurmağını görməmiş, hadisə yerinə gəldikdə Vahid artıq yerdə uzanmış vəziyyətdə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2lə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə baş verən gün Vahidlə İlkin aralarında mübahisə edərək gəldiklərini gömüş, onları barışdırdıqdan sonra çıxıb oradan getmişdir. Axşam eşitmişdir ki, Zərərçəkmiş şəxs vəfat etmişdir. İlkinlə Vahidin nəyə görə mübahisə etdiyi görməmiş, İlkinin əlində bıçaq görməmişdir. Hadisə zamanı hicablı qadını görməmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, 06 iyun 2021-ci il tarixdə günorta radələrində Sumqayıt, 12 mikrorayon ərazisində yerləşən 21 saylı orta məktəbin yanına gəlmiş və orada tanışı Fuadı görmüşdür. Fuad ilə söhbət edən zaman sonradan adın bildiyi İlkin adlı şəxs ilə hicablı bir qadın ilə mühabisə etdiyini görmüşdür. İlkin ilə aralarındakı məsafə 30 metr olmuş, o, İlkinin hicablı qadının sifətinə sillə vurduğunu daha sonra isə hicablı qadının İlkinə nə isə verdiyini görmüşdür. İlkin və yanında olan qadın onun yanından keçəndə sonuncuya utanmırsan hicablı qadına əl qaldırırsan demişdir. İlkin isə ona bir dəqiqəyə gəlirəm demiş və yanındakı qadını 10-15 metr uzaqlaşdırdıqdan sonra yenidən ona yaxınlaşmışdır. İlkin ona və Fuada yaxınlaşdıqda o, bağçanın yanından Vahid ilə Şahid1 gəldiyini görmüşdür. Söhbət zamanı Vahid İlkinə bizim məhlədə nə üçün qız ilə mübahisə edirsən dedikdə Fuad araya girərək mühabisənin böyüməsinə imkan verməmişdir. Daha sonra hicablı qadın İlkinin yanına gəlmişdir. İlkin çantasından qara rəngli bıçaq çıxartmış, o, isə dərhal oranı tərk etmişdir. Şahid1 və Vahidin hərəkətlərindən içkili olduğu hiss etmişdir. 06 iyun 2021-ci il tarixdə axşam saatlarında Vahidin öldüyünü eşitmişdir. Əlavə olaraq bildirmişdir ki, 21 nömrəli məktəbin yanında Təqsirləndirilən şəxs yanına çağırsa da sonuncu ilə əlbəyaxa dalaşmamış və pul almamışdır. O, orada olarkən kimsə İlkini təhqir etməmiş və ona xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs yanında olan hicablı qadın orta boylu olmaqla təxminən 35-40 yaşların olmuş, həmin qadını əvvəllər görməmişəm lakin görsə tanıya biləcəyini demişdir. 21 saylı məkəbin qarşısındakı Vahid ilə İlkin arasında yalnız 2-3 dəqiqə söz mübahisəsi olmuş, lakin sonuncular bir-birinə söyüş söyməmişdirlər. Həmin vaxt ətrafda heç kim olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 06 iyun 2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən uşaq bağçasının yanında dayanmış və həmin vaxt Pərviz ona yaxınlaşaraq salamlaşmış və ondan bir ədəd siqaret alaraq 6 saylı binanın önünə doğru getmişdir. Həmin vaxt ondan təxminən 100-150 metr kənarda sonradan adını bildiyi İlkin ilə orta boylu hicablı qadın söhbət etmişdir. Bir müddət sonra Vahid ilə sonradan adının Fuad olduğun bildiyi şəxsin ona tərəf gəldiyini görmüş sonuncular onunla salamlaşaraq İlkin ilə hicablı qadının olduğu istiqamətə doğru getmişdirlər. O, hərəkətlərindən Fuadın içkili olduğunu hiss etmişdir. Vahid və Fuad İlkin ilə hicablı qadının yanından keçdikdə İlkin ilə yanında olan qadın məktəbə doğru getmiş, bu zaman Vahid və Fuad sonuncuların arxasınca getmişdirlər. Həmin vaxt Pərviz 6 saylı binanın qarşısından çıxaraq Vahid və Fuadla üzbəüz gəlmişdir. Vahid və X13 göstərərək əlində 20 manat pul var deyəsən yanındakı qızdan alıbdır demiş bundan sonra Pərviz İlkini səsləyərək yanına çağırmışdır. Pərviz, Vahid və Fuad İlkinə yaxınlaşaraq bura gəl işimiz var səninlə deyərək sonuncunu 21 saylı orta məktəbin həyətinə aparmış, sonuncunun yanında olan qadın isə yerində dayanmışdır. Daha sonra İlkindən harda qalırsan əlindəki 20 manat nədir soruşduqda sonuncu Sumqayıt şəhəri, 41ci məhəllədə yaşadığını və qadının ehtiyacı olduğu üçün ona verəcəyini demişdir. Pərviz 20 manat pulu İlkin əlindən almış sonuncu nə qədər pulun geri istəsə də Pərviz geri qaytarmamışdır. Həmin vaxt Pərviz, Vahid və Fuad İlkini söyərək onu itələməyə başlamışdırlar. Fuad İlkinin sağ arxa cibindən telefonun çəkmək istədikdə telefon yerə düşmüş və sonuncu cəld telefonu götürərək cibinə qoymuşdur. Fuad İlkinin gözünün üstündə olan eynəyini götürmüş, İlkin əl çantasından bıçaq çıxardaraq pulunu, eynəyini geri qaytarın demişdir. Həmin vaxt İlkinin yanında olan hicablı qadın isə kənardan olanaları seyr etmişdir. Vahid isə İlkinə yaxınlaşaraq qoluna girmiş və sonuncu ilə məktəbin çıxışına getmişdirlər. Həmin vaxt hicablı qadın İlkinə yaxınlaşaraq gəl gedək demiş, İlkin isə Fuada pulunu və eynəyini gətir demişdir. İlkin Vahid ilə arxasınca isə Fuad və hicablı qadın məktəb ilə bağça arasında yerləşən yolla hərəkət etməyə başlamış, Fuad İlkindən aldığı eynəyi gözünə taxıb Vahid ilə deyib-gülərək 6 saylı bina istiqamətinə getmişdirlər. Təxminən 15-20 dəqiqə sonra İlkin geri qayıdaraq ona az öncə mübahisə edən şəxslər harda qalırlar deyə soruşduqda həmin şəxsləri tanımadığını demiş sonuncu isə məktəbdə doğru getmişdir. Təxminən 15-20 dəqiqə sonra İlkin 6 saylı binanın qarşısından gələndə onu görərək "o birsinə denən ki adamın varyoxun bele-belə edirlər" demişdir. 07 iyun 2021-ci il tarixdə İlkinin Vahidi yumruqla vurduqdan sonra sonuncunun yerə yıxılaraq başının asfalt örtüyə dəyərək öldüyünü eşitmişdir. Vahidi uşaqlıqdan tanımış, belə ki sonuncu onun qardaşı Qismət ilə paralel sinifdə oxumuşdur. Vahid ilə münasibətləri normal olmuş, sonuncu siqaret çəkmiş, lakin narkotik vasitələrdən istifadə etdiyini görməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmə dindirilmiş şahidlər Şahid2 Əlisafa oğlu və Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. (cild 1, iş vərəqə 75-77) Şahid1 ibtidai istintaq zamanı verdiyi məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımış sonuncu ilə münasibətləri hər zaman normal olmuşdur. xx.xx.2021-ci il tarixdə təxminən saat 13 radələrində dostu Zərərçəkmiş şəxs ilə 12-ci mikrorayonda yerləşən “Dostluq” kafesində oturub təxminən adama 7 bakal pivə içmişdir. Pivə içdikdən sonra təxminən saat 17 radələrində kafedən çıxıb gəzmək məqsədilə Vahidin yaşadığı 6 saylı binanın qarşısına gəlmişdirlər. Binanın qarşısına gəldikdə orada yerləşən qarajların yanında sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs və bir nəfər tanımadığı hicab geyinmiş qadınla dayanıb söhbət etdiyini görmüşdür. Bu zaman 21 nömrəli məktəbin yanında dayanmış Şahid5 Təqsirləndirilən şəxs yanına çağırmış, sonuncu qadını qarajın yanında tək qoyaraq Pərvizə yaxınlaşmışdır. O, Pərvizi tanıdığından məsələnin nə olduğunu öyrənmək üçün onlara yaxınlaşmışdır. Pərviz İlkindən harada qaldığını soruşduqda 41-ci məhəllədə qaldığını demişdir. Pərviz İlkinlə söhbət edərkən ona aralaşmağı bildirdiyindən sonuncunun yanından uzaqlaşmışdır. O, Pərviz və İlkinin nə barədə söhbət etməklərini eşitməsə də, İlkinin Pərvizə pul verdiyini ardınca isə əlbəyaxa dalaşdıqlarını görüb sonuncuların yanına gəlib ayırmışdır. Pərviz və İlkini ayıran zaman İlkinin telefonu yerə düşmüş və sonuncu cəld telefonu yerdən götürərək cibinə qoymuşdur. O, İlkini Pərvizdən aralaşdırıb bir qədər kənara çəkmiş və İlkinin başına taxdığı günəş eynəyindən xoşu gəldiyi üçün əl atıb eynəyi onun razılığı olmadan başından götürmüşdür. Bu zaman Pərviz oradan qaçaraq uzaqlaşmış, ardınca isə Vahid gələrək İlkini ondan ayırıb kənarda dayanmış qadının yanına aparmış sonuncu ilə qadını yola salmışdır. Vahid onun yanına gəlmiş və gəzərək 10-cu mikrorayona tərəfə getmişdirlər. Bir qədər gəzdikdən sonra təxminən saat 18 radələrində Vahidlə yenidən 12-ci mikrorayona qayıdaraq 1-ci bina ilə 2ci binanın arasında yerləşən dəhlizin qarşısına gəlmişdirlər. O, Vahid ilə dəhlizin qarşısına çatdıqda İlkinin qaçaraq onlara tərəf gəldiyini görmüş və sonuncu ona yumruqla sol almacıq sümüyümdən vurmuşdur. O, zərbənin təsirindən huşunu itirib yerə yıxılmış təxminən 15-20 saniyə huşsuz qaldıqdan sonra ayılmış, ayıldıqda Vahidin baş nahiyəsindən qanlar içində yerdə uzandığını, İlkinin isə hadisə yerində olmadığını görmüşdür. O, Vahidi qucağına alaraq yerə oturmuş və tanımadığı bir nəfər şəxs Vahidi “Nissan Maxima” markalı avtomobilinə qoyduğundan o da, həmin şəxslə birlikdə xəstəxanaya getmişdir. Xəstəxanada Vahidin öldüyünü öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, İlkin onu yumruqla vurduğundan huşunu itirmiş və sonuncunun Vahidi nə ilə vurmasını görməmişdir. İlkinin onun üzərinə gələndə əlində heç nə olmamış, həmçinin onu yumruqla vurduğundan, Vahidi də yumruqla vurduğunu ehtimal etmişdir. O, və Vahid Təqsirləndirilən şəxs hər hansı bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs başındakı günəş eynəyindən xoşu gəldiyi üçün götürmüş və sonuncunun bundan xəbəri olsa da heç nə deməmişdir. Hadisə baş verən zaman orada o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olmuşdur. İlkin ilə aralarındakı münaqişə təxminən 2-3 dəqiqə davam etmiş və ətrafa kənar şəxslər toplaşmamış, yalnız İlkin onu və Vahidi vuraraq oradan uzaqlaşdıqdan sonra ətrafa kənar şəxslər toplaşmışdır. İlkin və Pərvizin Vahidin yaşadığı 6 saylı binanın qarşısındakı mübahisəsi təxminən 4-5 dəqiqə davam etmiş və ətrafda heç kim olmamışdır. (cild 1, iş vərəqə 63-66) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2021-ci il tarixli 63 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Başın küt travması, subdural hematoma, baş- beyinə qansızma, sağ təpə ənsə nahiyyəsinin yumşaq toxumaları altına qansızma və çənə nahiyyəsinin əzilmiş cırılmış yarası. Qeyd olunan xəsarətlər həyatidirlər, küt əşya təsirindən törənmişdir, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə aiddirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində sağ təpə-gicgah nahiyyəsinin subdural hematoması və baş-beyinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən 1-2 saat əvvəl baş vermişdir. Hadisə zamanı xəsarət yetirənlə xəsarət alan müxtəlif duruş vəziyyətlərində olmaqla üzbəüz vəziyyətdə ola bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 191-199) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş «MTE və PA» ETT Birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2021-ci il tarixli 641 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ saidin qançırı və sağ baldırın sıyrığı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərada göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərəvurmayan xəsarətlər aid olduğundan dərəcəsi təyin edilmir. (Cild 1, iş vərəqə 203- 205) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbibioloji ekspertizasının 16 iyul 2021-ci il tarixli tarixli 460/2021-MTBŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Abeta(İİ), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: AB(İV) -dür. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sağ qolunun arxa səthində dairəvi tikiş səviyyəsində və ona bitişik arxa səthində, gödəkçənin papağının (karyuşonunun) astarında və ona bitişik arxa səthinin astarının yuxarı hissəsində, idman şalvarının hər iki ayaq hissəsinin ön səthlərində və onun sağ ayaq hissəsinin bayır-yan səthində, köyəniyin ön səthinin yuxarıorta hissəsində, onun boyun kənarına yaxın və sol qolunun arxa səthində, Təqsirləndirilən şəxs məxsus köynəyin sağ qolunun arxa səthində, onun şalvarının hər iki ayaq hissəsinin ön səthlərində və şalvarın sol arxa cibinin üzərində təsvir olunmuş ləkələrdə, həmçinin hadisə yerindən götürülüb borucuq daxilində olan çubuğun ucluğuna hopdurulmuş maddə və hadisə yerindən götürülüb 2 ədəd gigiyenik çubuğun çubuqlarına hopdurulmuş maddələrdə insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda qan qrupunu formalaşdırıb xarakterizə edən antigenlər qismində "A" antigeni alındı. "A" antigeni əsas antigen kimi A(11) qrupunu formalaşdırıb xarakterizə etdiyindən ləkələrdə yalnız onun alınması qanın birmənalı olaraq AB0 sistemi üzrə A(11) qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləməyə əsas verir və bu halda yuxarıda göstərilən maddi sübutlarda olan qan ləkələri AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Göstərilən qan ləkələrində AB0 sistemi üzrə AB(1V) qan qrupunu xarakterizə edən "A" antigeni ilə yanaşı "B" antigeni alınmadığından qan ləkələrinin bu sistem üzrə həmin qruplu şəxsə, həmçinin də Təqsirləndirilən şəxs məxsus olması inkar olunur. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus trusik üzərində olan ləkələrdə qan, ona məxsus bir cüt corab üzərində isə qana şübhəli hər-hansı bir ləkə aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan tədqiqat metodları olmadığı üçün təqdim olunan maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti, canlı şəxsin və ya meyitin qanından əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 218-227) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbikriminalistik ekspertizasının 23 iyul 2021-ci il tarixli, 307/2021-MTKŞ №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs gödəkçənin sol qoltuqaltı nahiyəsində bir ədəd məhdud sökülmə aşkar olundu. Bu sökülmə küt yaranma mexanizmə malikdir, gödəkçənin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Zərərçəkmiş şəxs məxsus idman şalvarı, köynək, bir cüt corab və tuman üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş ləkələrinin əmələ gəlmə mexanizminin aşağıdakı kimi qiymətləndirmək olar: a)Gödəkçənin sağ qolunun arxa-yuxarı nahiyəsində, kapüşonunun astarında, idman şalvarının sağ ayağının orta, aşağı və yan-bayır nahiyəsində, köynəyin ön səthinin yuxarı-orta nahiyəsində, boyun kənarında və sol qolunun arxa səthində fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. b)İdman şalvarının hər iki ayağının ön-bayır-yan hissələrində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qan səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər. 4.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətəndirmək olar: a)Köynəyin sağ qolunun arxa səthində yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkəsi qan mənbəyi ilə (qan səthi ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapiyarlıq faktoru üzrə səthə hopmuşdur. b)Şalvarın sağ ayağının ön hissəsində, sol ayağının ön və arxa nahiyələrində fasilələrlə yerləşən nisbi-düz və qeyri-düz dairəvi və ovalvari formalı (ölçüləri 0,1x0,2sm-dək) ləkələr sıçrantı xarakterlidir, qan mənbəyinə və ya qanlı səthə kinetik enerji impulsu verməklə əmələ gələ bilərdilər. (Cild 1, iş vərəqə 228-231) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik ekspertiza mərkəzi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli 1429 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Qıcığa qarşı həssaslıq, kobudluq, tez özündən çıxmaq, hövsələsizlik, emosional qeyri-sabitlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli intelektual imkanları normaya uyğundur gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxsn cinayət əməlini törədərkən psixiemosional vəziyyətində həyəcan, hirslilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət törədərkən qəflətən baş vermiş fizioloji affekt vəziyyətində olmamışdır. (Cild 1, iş vərəqə 187-190) Hadisənin izlərini əks etdirib iş üçün əhəmiyyət kəsb etdiyindən mərhum Zərərçəkmiş şəxs məxsus yaşıl rəngli gödəkçə, boz rəngli köynək, ağ-qara rəngli idman şalvarı, göy rəngli kişi tumanı, bir cüt corab və Təqsirləndirilən şəxs məxsus açıq boz-rəngli şalvar və göy rəngli qolsuz köynək maddi sübut kimi tanınmışdır. (Cild İİ i/v 6-23) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 10 iyun 2021-ci il tarixli videomüşahidə qurğularında qeydə alınmış görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin video 00:00:39 saniyədən ibarət olmaqla 06 iyun 2021-ci il tarixi saat 19 radələrini əhatə edir. Həmin görüntüyə baxdıqda Təqsirləndirilən şəxs qaçaraq hərəkət etdiyi və görüntünün 08 saniyəsində 1 saylı bina ilə 2 saylı binanı birləşdirən keçidə getdiyi görünür. 10-cu saniyədə iki nəfər şəxsin Təqsirləndirilən şəxs arxasınca getdiyi, 21-ci saniyədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sürüyərək 1 saylı bina ilə 2 saylı binanı birləşdirən keçiddən kənara çıxardığı və sonuncunu asfalt örtüyə vurduğu, 24-cü saniyədə təpiklə başına vurduğu, nəticədə Zərərçəkmiş şəxs hərəkətsiz şəkildə yerdə qaldığı, 32-ci saniyədə isə sonuncunu sürüyərək 1 saylı bina ilə 2 saylı binanı birləşdirən keçidə apardığı görünür. (cild 1 i/v 130) Sumqayıt ŞPİ-dən göndərilmiş tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkumluğu olmamışdır. (cild İ i/v 175-179) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər Bələdiyyəsi Tuqzavod ətrafı üzrə 1 saylı Mənzil Komitəsinin təqdim etdiyi 27 saylı xx.xx.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs 4 nəfər ailə üzvü ilə Sumqayıt şəhər Tuqzavod qəsəbəsində fərdi həyət evində yaşamışdır. 2009-cu il təvəllüdlü X4 və 2011-ci il təvəllüdlü X5 adlı iki övladı vardır. Verilmiş xasiyyətnamə ilə müsbət xarakterizə olunmuşdur (cild 2 i/v.-185-186) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri aşağıdakı əsaslara görə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə əsassız ittiham verilmişdir ondan ötrü ki, o, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində əlində 20 manat pul Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 21 saylı tam orta məktəbin qarşısında təzə tanış olduğu Ayşən adlı qızla söhbət edərkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs, Şahid5 və Şahid1 yaxınlaşaraq ona qızla yaşadıqları məhəllə ətrafında söhbət etməsinə rişxəndlə iradlarını bildirib söhbəti mübahisəyə çevirərək ünvanına nalayiq söyüşlər edib Şahid5 onun əlində olan 20 manat pulu, Şahid1 isə gözündəki eynəyi yenicə tanış olduğu qızın gözü qarşısında götürüb qaçdıqları üçün təhqir olunduğunu hesab edib pulunu və eynəyini geri qaytarmaq məqsədilə sonuncuların arxasınca getmiş, onları axtarıb az sonra X10 İmanlı ilə Sumqayıt şəhəri 12-ci mikrorayonunun 1 saylı binası ilə 2 saylı binasının arasında yerləşən keçidə doğru getdiyini görüb onlara yaxınlaşdıqda Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər işlədib sağ saidin qançırı və sağ baldırın sıyrığı kimi sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirdiyindən sonuncudan qisas alıb öldürmək qərarına gələrək yumruq təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib çənə nahiyəsinin əzilmiş cırılmış yarası, başın küt travması, subdural hematoma, baş beyinə qansızma və sağ ənsə nahiyəsinin yumşaq toxumaları altına qansızma kimi dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində həyatdan məhrum etməklə qəsdən öldürmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdi zərərçəkmiş Zərərçəkmiş şəxs öldürməyə yönəlməmiş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək üçün əvvəlcədən özü ilə hər hansı kəsici-deşici xassəyə malik alət, odlu silah götürməmiş, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə aralarında olan dava dalaş zamanı aldığı yumruk və təpik zərbələrindən ölmüşdür. Hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs huşunu itirdiyi görüb, oradan uzaqlaşmış, zərərçəkmiş şəxsə xəsarət yetirməyə davam etməmişdir. Bu da bir daha İlkin Muxtarlının zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasının bilavasitə təzahürüdür. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilməmişdir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməllərini tövsif etməklə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli və «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 3-cü bəndindən görünür ki, Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, əsaslandırılmış qərarlar tərəflərə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meylli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. (X6rşı, § 29). Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa Məhkəməsinin yanaşmasına görə, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmədən də vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətlər olmaqla təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 iyun 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesab olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 11, 104-105). Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan: mərhum Zərərçəkmiş şəxs məxsus yaşıl rəngli gödəkçə, boz rəngli köynək, ağ-qara rəngli idman şalvarı, göy rəngli kişi tumanı, bir cüt corab zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul etmədikdə məhv edilməlidir, Təqsirləndirilən şəxs məxsus açıq boz-rəngli şalvar və göy rəngli qolsuz köynək təqsirləndirilən şəxs qaytarılmalı qəbul etmədikdə məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəziqərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11(on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhər prokurorluğunda saxlanılan – Zərərçəkmiş şəxs məxsus gödəkçə, köynək, idman şalvarı, bir cüt corab zərərçəkmiş şəxsin hüquqi varisi X1 qaytarılsın, qəbul etmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus şalvar və qolsuz köynək təqsirləndirlən şəxsə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün sürəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar