Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-66/2023 12.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxxx 1989-cü ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə,
2. 30 avqust 1995-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, İsmayıllı rayonu, Basqal kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 11 -ci mikrorayon, ev 6, mənzil 26da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-biri ilə və telefon vasitəsi ilə tanış olduqları istintaqa məlum olmayan «Rövşən» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunu satış məqsədilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi külli miqdarda narkotik vasitələrin 1.000 manat müqabilində «Rövşən» adlı şəxsin tapşırığı ilə birlikdə ayrı-ayrı yerlərə qoymaqla Azərbaycan Respublikası ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməkdə vasitəçilik etmələri barədə ümumi razılığa gəlmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2021-ci ilin iyun ayının əvvəllərində bir qrup şəxs halında «Rövşən» adlı şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikasına ərazisinə keçirib, Bakı şəhərində, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaxınlığında qoyduğu 06 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 498 qram, 194,837 qram, 29,850 qram, 19,745 qram, 49,110 qram və 204,250 qram, ümumi təmiz çəkisi 995,792 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,652 qram və 44,973 qram, ümumi təmiz çəkisi 49,625 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini birlikdə götürüb qanunsuz əldə edərək, əvvəlcədən razılaşdıqları kimi həmin narkotik vasitələri və psixotrop maddələri müxtəlif yerlərə qoymaqla öz növbəsində birgə satışını təmin etmək üçün Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada-Priora” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə daşıyaraq saxlamış, 15 iyun 2021-cı il tarixdə saat 04:00 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada-Priora” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Abşeron rayon polis idarəsinə gətirilmiş və üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümdə 49,110 qram, Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sağ yan cibindən isə 01 ədəd bükümdə 204,250 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin açkar edilərək götürülmüşdür. Daha sonra, istintaq hərəkətləri davam etdirilməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada-Priora” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən, həmin avtomobilin salonundan kimyəvi tərkiblərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 194,837 qram, 29,850 qram və 19,745 qram, kimyəvi tərkibi fərqli olan 01 ədəd bükümdə təmiz çəkisi 498 qram, ümumi təmiz çəkiləri 742,432 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,652 qram və 44,973 qram olmaqla ümumi təmiz çəkiləri 49,625 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürlmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, onlar 2022-ci il iyun ayının 13-dən 14-nə keçən gecə saat 2-3 radələrində polislər tərəfindən tutulmuşlar. Polislər onları döyərək sellofan torbanı onlara vermişlər ki, orada olan narkotiki boyunlarına götürsünlər. Sonra onları Abşeron RPİ-ə aparmışlar, orda çəkiliş olmuşdur. Onlar saxlanılanda üzərlərində narkotik vasitə olmamış, o, İran vətəndaşı Rövşən adlı şəxsi tanımır. O, istintaqda müstəntiqə demişdir ki, Samirdə günah yoxdu, hər şey ona aiddir. Saxlanmamışdan əvvəl narkotik vasitə istifadə etmişdir. Onun üzərində sonuncu dəfə saxlanmamışdan 3-4 gün qabaq narkotik vasitə olmuşdur. Saxlanmamışdan qabaq narkotik vasitələri Sumqayıt şəhəri ərazisində deyilən ünvanlara təxminən 500 qram - 1 kq həcmində aparıb atmışdır. Ona verdikləri narkotiki təxminən 15 gün əvvəl ona deyilən yerə atmışdır. Narkotiki tanımadığı şəxsdən almış, onunla “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 13 iyundan 14 iyuna keçən gecə Lada Priora markalı maşınla Sumqayıta gələrkən yanında ağ rəngli “Prado” markalı maşının gəldiyini görmüşdür. Maşını saxlayanda “Prado” markalı maşından 7-8 nəfər düşüb onları tutmuşlar. Vasiflə Surxay adlı polis əməkdaşları maşında onun yanında oturmuşlar. Maşının içərisində onu döyməyə başlamışlar. Telefonunu götürüb içərisinə baxmışlar. Telefonda nəsə tapmayacaqlarını bildirmişdir. Onları Abşeron RPİ-ə aparmışlar. İdarədə əlinə sellofan torba vermiş, “onu cibinə qoy, şəklini çəkim sonra buraxacam” demişlər. O da razılaşmışdır. Çəkiliş olanda polis əməkdaşlarının dediklərini təkrar etmişdir. Saxlanılan gün Nailin üzərində narkotik vasitə olmamışdır. Maşına baxış keçirilməmiş, maşında da narkotik vasitə olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin şöbə rəisi Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il iyunun 14-də Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Şahid3, Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 2021-ci il iyunun 15-də saat 04 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi ərazisində «Lada Priora» markalı avtomolin yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə dayanmış vəziyyətdə olanda saxlamışlar. Özlərini təqdim edərək Abşeron RPİ-nə aparmışlar. Abşeron RPİ-nin inzibati binasında video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir büküm narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən isə bir büküm narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən narkotik vasitəni İran İslam Respublikası vətəndaşı «Rövşən» adlı şəxsin dediyi yerdən tanışı Təqsirləndirilən şəxs2la birlikdə götürdüyünü, idarə etdiyi «Lada Priora» markalı avtomolinin salonunda narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi «Lada Priora» markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən içərsində 4 büküm heroin, 2 büküm metamfetamin və 1 ədəd elektron tərəzi olan sellofan torba aşkar edilmişdir. Təqsirləndirilən şəxsləri hansı maşında apardığını xatırlamır. «Lada Priora» markalı avtomobilə yalnız Abşeron RPİ-də baxılmışdır. Təqsirləndirilən şəxs1 iştirakı olmadan maşına müdaxilə edilməsi mümkün deyildi. Maşın Abşeron RPİ-ə gətirildikdən təxminən 40 dəqiqə sonra baxış keçirilmişdir. M.Nail narkotik vasitəni İran vətəndaşının dediyi ünvana qoymaq məqsədilə əldə etdiyini bildirmişdi. Təqsirləndirilən şəxsləri ayrı-ayrı maşında aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİnin xüsusilə mühüm işər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə məlumatı daxil olmuşdur. Məlumat əsasında 2021-ci il iyunun 15-də saat 04 radələrində Təqsirləndirilən şəxs1 «Lada Priora» markalı avtomolin yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlamışlar. Onları saxlayıb Abşeron RPİ-nə aparmışlar. Abşeron RPİ-də video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir büküm narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən bir büküm narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs2la birlikdə «Rövşən» adlı şəxsin dediyi yerdən götürdüyünü və idarə etdiyi «Lada Priora» markalı avtomoldə narkotik vasitə və psixotrop maddə olduğunu bildirdiyi üçün onların iştirakı ilə maşına baxış keçirilmişdir. Baxış zamanı avtomobildən içərsində 4 büküm heroin, 2 büküm metamfetamin və 1 ədəd elektron tərəzi olan sellofan torba aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında 2021-ci il iyunun 15-də Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlayıb Abşeron RPİ-nə aparmışlar. Abşeron RPİ-də onların üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir büküm heroin, Təqsirləndirilən şəxs2 isə bir büküm heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni Təqsirləndirilən şəxs2la birlikdə İran İslam Respublikası vətəndaşı «Rövşən» adlı şəxsin dediyi yerdən götürdüyünü demişdir. Sonra onun idarə etdiyi «Lada Priora» markalı avtomolə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən 4 büküm heroin, 2 büküm metamfetamin və 1 ədəd elektron tərəzi olan sellofan torba aşkar edilmişdir. Çəkiliş Abşeron RPİ-də olmuşdur. Təqsirləndirilən şəxsləri səhər saat 4 radələrində saxlamışlar. Təqsirləndirilən şəxslərə təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİnin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmış və 2022-ci il iyunun 15-də Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Saray qəsəbəsində Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlamışlar. Özlərini təqdim edib onları Abşeron RPİ-nə aparmışlar. Abşeron RPİ-də video çəkiliş aparılmaqla onların üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir büküm narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən də bir büküm narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilən narkotik vasitəni İran İslam Respublikası vətəndaşı «Rövşən» adlı şəxsin dediyi yerdən Təqsirləndirilən şəxs2la birlikdə götürdüyünü və həmin şəxsin dediyi ünvanlara pul qarşılığında atdıqlarını demişdir. Sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi «Lada Priora» markalı avtomobilə baxış keçirilmiş və avtomobildən 4 büküm heroin, 2 büküm metamfetamin və 1 ədəd elektron tərəzi olan sellofan torba aşkar edilmişdir. Lada Priora markalı maşını polislərdən kimsə gətirmişdi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «Şəxsi axtarış və götürmə aparılması barədə» xx.xx.2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sol yan cibindən bir bükümdə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 isə əynində olan şalvarının sağ yan cibindən bir bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «Baxış və götürmə barədə» xx.xx.2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Abşeron RPİ-nin inzibati binasının ərazisində «Lada Priora» markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən 04 ədəd bükümdə narkotik vasitə heroin, 02 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 52-61) «Şəxsi axtarış və götürmə aparılması barədə» xx.xx.2021-ci il tarixli və «Baxış və götürmə barədə» xx.xx.2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı və avtomobilə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır.
Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021 -ci il tarixli, 6/2424 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Təqsirləndirilən şəxs1 avtomobilinə baxış zamanı...» və s. yazılar olan kağız paketdəki (№1) 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 498 qram (№1), 194,837 qram (№2) 29,850 qram (№3); 19,745 qram (№4); ümumi təmiz çəkiləri 742,732 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, (№2); (№3); (№4) işarəli heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, (№1) işarəli heroin kütləsi fərqlidir, 02 ədəd bükümdə ayrı-arylıqda təmiz çəkiləri 4,652 qram (№1); 44,973 qram (№2); ümumi təmiz çəkiləri 49,625 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, (№1) və (№2) işərəli metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd gümüş rəngli elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəkilində olduğundan təmiz çəkisini müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Üzərində «Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi ..» və s. yazılar imzalar olan kağız paketddəki (№2) 01 ədəd bükümdə təmiz çəkisi 49,110 qram (№2) qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs2 təqdim etdiyi..» və s.yazılar imzalar olan kağız paketdə (№3) 01 ədəd bükümdə təmiz çəkisi 204,250 qram (№3) qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqsirləndirilən şəxs1 avtomobilinə baxış zamanı aşkar olunan (№2); (№3); (№4) işarəli heroin kütlələri və həmin şəxsin təqdim (№2) işarəli heroin kütləsi ilə Təqsirləndirilən şəxs2 təqdim etdiyi (№3) işarəli heroin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs1 avtomobilinə baxış zamanı aşkar olunan (№1) işarəli heroin kütləsi fərqlidir. (Cild 1, iş vərəqləri 73-75) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4529 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intokiskasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. (Cild 2, iş vərəqləri 83-84) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021 -ci il tarixli 5189 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqləri 85-86) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 avtomobilinə baxış zamanı, həmçinin hər iki təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş ümumilikdə 995,792 qram narkotik vasitə heroin; 49,625 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc otağına təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 2, iş vərəqləri 165-179) Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ və İİ siyahılarının müvafiq olaraq 5 və 67-ci bəndinlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əldə edərək saxladığı və daşıdığı narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan dəfələrlə artıq olması onların məqsədinin satışla bağlı olduğunun aşkar göstəricisidir. Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadərində özlərinin və biri-digərinin müdafiəsi ilə bağlı, həmçinin onlara fiziki təzyiq göstərildiyinə görə etirafedici ifadələr vermələri ilə bağlı göstərdikləri xüsusatları və gətirdiyi dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlilərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-**, eləcə də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrələrinə aid məlumatlar (“SMS” mətnləri, danışıq cədvəlləri və antena lokasiyaları) “Bakcell” və “Azerfon” mobil rabitə operatorlarından götürülmüşdür. Məhkəmə qeyd edri ki, 2.000 səhvədən artıq “SMS” mətnlərinin təhlili onu göstərdi ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 bir-biri ilə əlaqədə olmaqla müxtəlif şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşlar. Bundan başqa, danışıq cədvəllərinə və antena lokasiyasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncu danışıqları 15 iyun 2021ci il tarixdə saat 03:36 dəqiqədə Sumqayıt şəhəri Çerkası küçəsi ərazisində olmuşdur. İstintaq orqanının gəldiyi nəticəyə görə isə onlar saat 04 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində saxlanılmışlar. Məhkəmə, təkcə bu əsasa görə təqsirləndirilən şəxslərin məhz Sumqayıt şəhəri ərazisində saxlanılması ilə bağlı müdafiə tərəfinin iddiaları ilə bağlı qeyd edri ki, gecə saatlarında, yolların boş olduğu vaxtda Sumqayıt şəhərindən Abşeron rayonu Saray qəsəbəsinə getmək üçün 24 dəqiqə kifayət qədər yetərli bir vaxtdır. Bu nəticəyə gələrkən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsinə aid antena və danışıq məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 həmin gün, yəni 15 iyun 2021-ci il tarixdə saat 02:49 dəqiqədə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olmuş və saat 03:10 dəqiqədə artıq saxlanıldığı Sumqayıt şəhəri Çerkası küçəsinin ərazisində olmuşdur. Göründüyü kimi telefon məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 Abşeron rayonu Saray qəsəbəsindən Sumqayıt şəhəri Çerkası küçəsinə 21 dəqiqəyə çatmışdır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən başqa 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, onlar külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişdir. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin barələrində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onların əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, törətdikləri cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1-ci Təqsirləndirilən şəxs2 cəzasını yüngüllşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. (Cild 1,iş vərəq 235, Cild 2, iş vərəqləri 163-164) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər 15 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarları ilə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddəti yenidən uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 142-149, Cild 2, iş vərəqləri 154-162) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı təqsirləndirilən şəxslərin barələrində 15 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(Cild 1, iş vərəqləri 83-86) Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ümumilikdə 995,792 qram narkotik vasitə heroin; 49,625 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut olan 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən törətdikləri cinayət əməllərinə müvafiq olaraq keçirilmiş ekspertiza tədqiqatlarına görə Təqsirləndirilən şəxs2 54 manat 95 qəpik, Təqsirləndirilən şəxs1 54 manat 95 qəpik qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 yaxın qohumları tərəfindən müdafiəçi ilə müqavilə bağlandığından həmin müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 54 manat 95 qəpik məbləğində, Təqsirləndirilən şəxs1 54 manat 95 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ümumilikdə 995,792 qram narkotik vasitə heroin; 49,625 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə maddi sübut olan 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin