Məhkəmə qərarları › İş №1(124)-67/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-67/2022

04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-67/2022 04.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Təqsirləndirilən şəxs1 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçı Xəqani Quliyevin nümayəndəsi Nümayəndə iştirakları ilə, 1) xx xxxxxxx 2000-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri, 2) xx xxxxxx 1993-cü ildə Sumqayıt doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, 3) 23 avqust 1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 6/2A, mənzil 7-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları, Dalğa küçəsi, ev 40-da faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 16 avqust 2019-cu il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən “Metallurq” kafesinin qarşısında, həmin kafeyə müştəri kimi gəlmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 işlədiyi kafedə günəbaxan tumu yemələrinə görə irad bildirməsini və onların bu irada əhəmiyyət vermədiyini bəhanə etməklə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs tərəfindən törədilməklə ətrafda olan insanlara laqeydlik və etinasızlıq göstərib, kafenin normal iş fəaliyyətini, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmiş, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə kafenin həyətindən əlinə götürdüyü stulu silah qismində istifadə edib tətbiq etməklə həmin stulun dəmir materialından hazırlanmış ayaq hissəsi ilə Təqsirləndirilən şəxs3 tərəfindən yumruqla üz nahiyəsinə vurulmuş zərbənin təsirindən yerə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə qəsdən iki dəfə zərbə vurub, sonuncuya OD-göz almasının ağır dərəcəli kontuziyası, korneoskleral geniş məsafəli göz almasının partlaması, (reptura), selikli qişanın ödemi (xemos), üst qapağın, alt qapağın, qaş nahiyəsinin cırılmış yaralanması, sağ göz yuvasının yuxarı, orta və aşağı divarının sınıqları kimi xəsarətlər yetirib, sağ gözdə görmə funksiyasının itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs3 16 avqust 2019-cu il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən “Metallurq” kafesinin qarşısında, həmin kafeyə müştəri kimi gəlmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 kafedə işləyən Təqsirləndirilən şəxs1 onlara günəbaxan tumu yemələrinə görə irad bildirməsini və onların bu irada əhəmiyyət vermədiyini bəhanə etməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs tərəfindən törədilməklə ətrafda olan insanlara laqeydlik və etinasızlıq göstərib, kafenin normal iş fəaliyyətini, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə heç bir əsaslı səbəb olmadan ilk olaraq yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə, sonradan isə kafenin həyətindən əlinə götürdüyü daş parçasını silah qismində istifadə edib tətbiq etməklə sol qaş nahiyəsinə qəsdən zərbə vurub, sonuncuya sol gicgah təpə nahiyəsinin yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət yetirib qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 16 avqust 2019-cu il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən “Metallurq” kafesinin qarşısında, həmin kafeyə müştəri kimi gəlmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 kafedə işləyən Təqsirləndirilən şəxs1 onlara günəbaxan tumu yemələrinə görə irad bildirməsini və onların bu irada əhəmiyyət vermədiyini bəhanə etməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup şəxs tərəfindən törədilməklə ətrafda olan insanlara laqeydlik və etinasızlıq göstərib, kafenin normal iş fəaliyyətini, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə kafenin həyətindən əlinə götürdüyü taxta parçasını silah qismində istifadə edib tətbiq etməklə hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona alt dodağın sol yarısının, sağ gözaltı nahiyəsinin, sol almacıq nahiyəsinin qançırı, ənsə nahiyəsinin hematoması kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, döş qəfəsinin sol yarısında İX-X-Xİ qabırğaların yerdəyişən sınığı, sol bel nahiyəsinin, döş qəfəsinin sol yarısını tutan qançırı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 16 avqust 2019-cu ildə saat 22 radələrində Xəqani və Vüqar işlədiyi obyektə gəlib içki sifariş etmişlər. Onların içkilərini gətirib vermiş və bir az keçdikdən sonra onların günəbaxan tumu çırtlamalarını görüb bununla bağlı irad bildirmişdir. Lakin onları içkili vəziyyətdə olmuşlar və irada əhəmiyyət vermədən tum çırtlamağa davam etmişlər. Bu səbəbdən kafedə ofisiant işləyən Sübhan onları çölə çıxarmış və sonra dava düşmüşdür. Belə ki, Xəqani söyüş söymüş və Təqsirləndirilən şəxs3 onu şillə ilə vurmuşdur. Şillənin təsirindən Xəqani yerə yıxılmış, ardınca o, yerdə oturumuş vəziyyətdə olan Xəqanini dəmir stul ilə vurmuşdur. Bundan təxminən 10 dəqiqə sonra Xəqani ilə gələn Vüqar çölə çıxmış və onu söymüşdür. Bundan sonra, o, Vüqarı itələmiş və Vüqar hasara dəymişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs2 Xəqani ilə hər hansı bir təmas etdiyini görməmiş, Tural obyektə müştəri kimi gəlmiş, ümumiyyətlə Turalın kimisə, o cümlədən Vüqarı vurduğunu görməmiş, Sabirin isə Xəqaniyə bir şillə vurduğunu görmüşdür. Xəqanini daşla kiminsə vurduğunu görməmişdir. Məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 16 avqust 2019-cu il tarixdə saat 22 radələrində “Metallurq” kafesində işdə olduğu zaman, adlarını sonradan öyrəndiyi iki nəfər, yəni Xaqani və Vüqar adlı şəxslər kafeyə daxil olub masalardan birində əyləşmiş, həmin şəxsləri salamlayıb onlardan nə sifariş verəcəklərini soruşmuş, onlar iki bakal pivə və pendir sifariş vermiş, həmin şəxslərin sifarişlərini gətirib masaya qoyduqdan təxminən 10 dəqiqə sonra həmin şəxslərin günəbaxan tumu çırtladıqlarını görüb, bundan sonra onlara yaxınlaşıb kafedə tum çırtlamağa icazə verilmədiyini bildirmiş, Vüqar və Xaqani daha tum çırtlamayacaqlarına söz vermiş, bundan sonra masadan aralanmış və bir müddət sonra diqqət yetirdikdə yenidən həmin şəxslərin tum çırtladıqlarını görmüş, bu dəfə onunla kafedə xidmətçi işləyən Sübhan onlara yaxınlaşıb kafedə tum çırtlamağa icazənin olmadığını xatırlatmış, onlar Sübhanada tum çırtlamayacaqlarına söz vermiş, ancaq bir müddət keçdikdən sonra yenidən Vüqar və Xaqaniyə fikir verdikdə onların tum çırtlamaqda davam etdiklərini görüb, həmin şəxslərin onu yola verdiklərini anlamış, buna görə də kafenin otaqlarının birində dostu Ümüdlə birlikdə əyləşmiş kafedə mühafizəçi işləyən Sabirə yaxınlaşıb bu barədə ona məlumat vermiş, Sabiri bu barədə məlumatlandırdıqdan sonra Sabir kafeyə daxil olmuş və Xaqani ilə Vüqara yaxınlaşıb, kafedə tum çırtlamağa icazənin olmadığını xatırlatmış, lakin aradan yenə bir qədər vaxt keçəndən sonra həmin şəxslərin saymazyana şəkildə tum çırtlamaqda davam etdiklərini gördükdə, buna dözməyən Sübhan həmin masaya yaxınlaşıb Xaqanini çölə dəvət etmiş, masada oturan digər şəxs, yəni Vüqarda onların arxasınca kafedən çölə çıxmış, bundan sonra Sabirlə onların arxasınca getmiş, onlarla birlikdə kafedə xidmətçi işləyən Kənan və Şükürdə gəlmiş, kafenin həyətində söhbət zamanı Sübhan Vüqar və Xaqaniyə onlara xəbərdarlıq etmələrinə baxmayaraq niyə içəridə tum çırtlamalarının səbəbini soruşmuş, həmin vaxt Vüqar yaxşı edib tum çırtladıqlarını bildirmiş, bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Xaqani nalayiq ifadə işlətdiyindən Sabir onun üz nahiyəsindən yumruq zərbəsi vurmuş və zərbənin təsirindən Xaqani yerə yıxılmış, həmin şəxs yerə yıxıldıqdan sonra ayağa qalxmağa cəhd edib, var-yox və ana söyüşü söymüş, bu səbəbdən əsəblərini cilovlaya bilməyib onu itələyib yerdən qalxmasına imkan verməmiş və kafenin həyətində olan stulu götürüb stulu dəmir materialından hazırlanmış ayaq hissəsi ilə Xaqaninin üz nahiyəsinə bir zərbə vurmuş, bu müddətdə Sübhanda Xaqaninin qarın və kürək nahiyəsinə bir neçə təpik zərbəsi vurmuş, lakin Xaqani söyüş söyməkdə davam etdiyindən yenidən stulun dəmir materialından hazırlanmış ayaq hissəsi ilə onun üz nahiyəsinə bir zərbədə vurmuş, bundan sonra Xaqaninin sifətinin qan içində olduğunu görüb, qorxaraq geri çəkilmiş və ordan uzaqlaşaraq ayaqyoluna getmiş, bu vaxt Sübhanın Vüqarla əlbəyaxa olub dalaşdıqlarını görmüş, Tural isə araya girib onları ayırmağa çalışmış, geri qayıtdıqdan sonra isə orda olan şəxslərdən Sabirin Xaqani tərəfindən ünvanına nalayiq ifadə işlədilməsi səbəbindən yerdən götürdüyü daşı Xaqaniyə tərəf atdığını, Sabirin atdığı daşın Xaqaninin üz nahiyəsinə dəyərək ona xəsarət yetirdiyini öyrənmiş, bir qədər sonra kafeyə polis əməkdaşları gəlmiş və bundan sonra kafedə sakitlik yaranmış, Xaqani və Vüqar isə polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Daha sonra o, verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə xx.xx.2019cı il tarixdə, saat təxminən 23 radələrində Metallurq kafesinin həyətində baş vermiş, hadisə zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 vuraraq ona hər hansı xəsarət yetirməsini görməmişdir. (Cild 2, iş vərəqləri 49-52; Cild 3, iş vərəqləri 30-33; Cild 6, iş vərəqləri 168-171) Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 16 avqust 2019-cu il tarixdə mühafizəçi işlədiyi Sumqayıt şəhərində olan “Metallurq” klubunda çöldə olarkən kluba müştəri kimi gəlmiş Xəqani ona yaxınlaşaraq bir neçə dəfə niyə ona tum çırtlamağa icazə verilmədiyi demiş, ardınca Xəqani ona söyüş söymüş və buna görə Xəqanini şillə ilə vurmuş və o, müvazinətini itirməklə yerə yıxılmışdır. Sonra klubun içərisinə gedib Xəqani ilə gələn Vüqarı çağırmaqla Xəqanini aparmasını demişdir. Çölə çıxanda Xəqaninin üzərində qan olmasını görmüşdür. Taksini çağırıb onu həkimə aparmağı təklif etmiş, lakin özü hər şeyin yaxşı olduğunu dediyi üçün çıxıb getmişdir. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 göstərdi ki, Xəqanini daşla vurmamış, qaranlıq olduğu üçün Xəqanini stul ilə kimin vurduğunu görməmiş, Turalın Xəqani və Vüqara irad bildirməsinin və ya sonradan mübahisəyə müdaxilə etməsinin şahidi olmamışdır. Məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 16 avqust 2019-cu il tarixdə Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən Metallurq kafesinə, həmin kafeni işlədən Rəsulun yanına getmiş və orada mühafizəçi kimi işə düzəlmək istədiyini dedikdə, Rəsul əmək haqqı kimi gündəlik ona 20 manat pul verəcəyini demiş, onunla razılaşıb həmin gün işə başlamış, axşam saat 22 radələrində adını bilmədiyi, ofisiant ona yaxınlaşıb, kafenin giriş qapısından sağ tərəfdə divara bitişik masada əyləşmiş iki nəfər şəxsin tum yediklərini, kafedə tum yeməyə icazənin olmadığını bildirib, həmin şəxslərə kafedə tum yeməmələrini tapşırmasını istəmiş, bundan sonra həmin masaya yaxınlaşıb sonradan adının Xaqani olduğunu bildiyi şəxsi çağıraraq kafedən çölə çıxartmış və çölə çıxandan sonra Xaqanidən kafedə tum yeməməsini xahiş etmiş, Xaqani isə heç bir problem olmadığını deyib, içəri qayıtmış, təxminən 10 dəqiqə sonra Xaqaninin yanındakı sonradan adının Vüqar olduğunu bildiyi şəxslə birlikdə yenidən tum yediklərini və tumun qabığını masa üzərinə atdıqlarını görüb, yenidən onlara yaxınlaşmış və Xaqaniyə kafedə tum yeyilməsinə icazə verilməməsi ilə bağlı aralarında söhbətləri olduğunu xatırladıb, Xaqanini yenidən çölə dəvət etmiş, bundan sonra birlikdə kafedən çölə çıxmışlar, çöldə aralarındakı söhbət zamanı, Xaqaniyə kafedə tum yeməməyini xatırlatdıqda, Xaqani heç bir səbəb olmadan ünvanına ana, daha sonra isə nəsil söyüşü söymüş, bu zaman ətrafına kafedə işləyən 4-5 nəfər tanımadığı və adlarını bilmədiyi ofisiant yığılmış, bundan sonra Xaqaninin sifət nahiyəsinə sillə ilə zərbə vurmuş, zərbədən sonra Xaqani söyüş söyməkdə davam etdiyindən ofisiantlar Xaqanini döyməyə başlamış, ofisiantlardan biri kafedə olan dəmir stulu götürüb Xaqaninin bədən və sifət nahiyələrinə vurmağa başlamış, həmin vaxt araya girib ofisiantları kənara itələdikdə, Xaqaninin sifətinin qan içində olduğunu görmüş, bundan sonra içəri daxil olub Xaqaninin yanındakı Vüqar adlı şəxsi çölə çağırmış, Vüqar çölə çıxıb Xaqaninin qan içində görəndən sonra nə baş verdiyini soruşmuş, Vüqara Xaqani ilə söhbət edən zaman söyüş söydüyündən, onu sillə ilə vurduğunu, daha sonra isə ofisiantların onu döyməyə başladıqlarını demiş, həmin vaxt Vüqar onu və ətrafda olan şəxsləri söyməyə başlamış, ona əhəmiyyət verməmiş və oradan aralanmış, Xaqaninin yanına gedib ona evinə getməsini demiş, Xaqani isə ailə üzvlərini söyməyə başlayaraq, ona yumruq atmış, onun vurduğu yumruq zərbəsindən yayınmış, həmçinin Vüqarda ona yaxınlaşıb ana-bacı söyüşü söymüş və üstəlik ayağına təpiklə zərbə vurmuş, onların söyüşlərindən əsəbləşsə də, həmin vaxt ətrafda olan şəxslər onu hadisə yerindən kənarlaşdırmağa başlamış, ancaq əsəbi olduğundan yerdən daş götürüb onların ayağına atmaq istəsə də, atdığı daş Xaqaninin qaş nahiyəsinə tuş gəlmiş, bundan sonra qorxduğundan Xaqaniyə yaxınlaşmış, Xaqaninin qaş nahiyəsində daş izi olduğunu görmüş, daha sonra yoldan keçən bir taksi avtomaşınına əyləşib yaşadığı evə getmişdir. Daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə 16 avqust 2019-cu il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən “Metallurq” kafesinin həyətində baş vermiş, əvvəlcə orada Xaqani ilə tək olmuş, daha sonra oraya xeyli sayda tanımadığı şəxslər toplaşmış, mübahisə təxminən 15 dəqiqə davam etmiş, mübahisəyə səbəb Xaqaninin heç bir səbəb olmadan ünvanına ana-bacı söyüşü söyməsi olmuş, Xaqaninin göz nahiyəsinə zərbə vurmamış, sadəcə ona daş atmış və həmin daş onun qaş nahiyəsinə tuş gəlmişdir. (Cild 2, iş vərəqləri 110-112; Cild 3, iş vərəqləri 12-15; Cild 6, iş vərəqləri 177-181) Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 16 avqust 2019-cu il tarixdə “Metallurq” klubunda olarkən saat 23 radələrində ofisiant vəzifəsində çalışan X5 və Vüqara tum çırtdadıqları üçün irad bildirmişlər. Oturduğu masada onların danışığının şahidi olduğu üçün Vüqar ilə Xəqaninin çölə çıxarılmasını və mühafizəçinin çağırılmasını demişdir. Xəqanini Sübhan çölə çıxarmış, bu zaman zəng gəldiyi üçün mən telefonla danışmaq məqsədilə çölə çıxmışdır. Hadisə vaxtı Sabir və digərlərinin oturduğu masada oturmamış, lakin onlara yaxın yerdə dayanmışdır. Bu zaman Xəqani tərəfindən ağır söyüş söyüldüyü üçün Sabir onu şillə ilə vurmuşdur. Şillənin təsirindən Xəqani stulla birlikdə arxası üstə yerə yıxılmışdır. Sabir içəri keçdikdən sonra Xəqani yenə ağır söyüşlər söydüyü üçün Bəxtiyar onu stulla vurmuşdur. Daha sonra, Vüqar çölə çıxmış və Xəqaninin üzünün qanlı olduğunu görüb söyüşlə qarışıq ifadələr işlədib kimin etdiyini soruşmuşdur. Sübhan Vüqarı vurmuş və Vüqar yerə yıxılmışdır. Vüqari yerdən qaldırmaq üçün ona əlini uzatmış, bu an kameralara da düşmüşdür. Vüqar onu arxadan vurmuş və söyüş söydüyü üçün onu itələmişdir. Daha sonra, Vüqar içkili vəziyyətdə ətrafdakı hər kəsi söyməyə başlamışdır. Vüqar yenə onun üzərinə hücum etdiyi üçün özünü müdafiə etmək məqsədilə yerdəki taxta parçasını götürmüş, lakin həmin taxta parçası ilə heç kimi vurmamışdır. Daha sonra, onları aralamışlar. Əlindəki taxtanı yerə atmış və Vüqarı vurmamışdır. Vüqar polis bölməsində polislərə “Mən Qarabağ müharibəsində iştirak edərkən siz hardaydınız” deyib söyüş söydüyü üçün polislər tərəfindən döyülmüşdür. Daha sonra, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, mübahisənin kimin təşəbbüsü ilə başladığını bilməmiş, hadisə günü müştəri kimi kluba getmiş, Xəqanini vurmamış, Vüqara isə heç bir xəsarət yetirməmiş, ayağında eqzema dəri xəstəliyi olduğu üçün ayağı qanamış, Bəxtiyar Xəqaninin sifət nahiyəsinə stulla 3 dəfə vurmuş, Sübhan da Xəqanini və Vüqarı vurmuş, özü Xəqanini daşla vurmamış, Sabir Xəqanini şillə ilə vurduqdan sonra Vüqarı çağırmaqla onu aparmasını demişdir. Həmçinin o, göstrəmişdir ki, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etmişdir. Məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 16 avqust 2019-cu il tarixdə saat təxminən 20 radələrində istirahət edib, əylənmək üçün əvvəllər təxminən 10 gün müddətində “dicey” işlədiyi Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən “Metallurq” kafesinə getmiş, kafeyə daxil olduqdan sonra oradakı mətbəxin giriş qapısına yaxın yerləşən masalardan birində əyləşib “pivə” içkisi sifariş vermiş, daha sonra sifariş verdiyi “pivə” içkisini içən vaxt, təsadüfən kafedə xidmətçi (ofisiant) işləyən Bəxtiyar və Sübhanın kafeyə müştəri kimi gəlmiş, adlarını sonradan öyrəndiyi Xaqani və Vüqarın günəbaxan tumu yeyib, yedikləri günəbaxan tumunun qabığını yerə tökdükləri, onlara xəbərdarlıq etmələrinə baxmayaraq həmin şəxslərin hərəkətlərinə davam etmələri barədə danışdıqlarını eşitmiş, ancaq bunun ona bir aidiyyəti olmadığından danışılanlara fikir verməmiş və bir qədər sonra telefonuna zəng gəldiyindən, telefonla danışmaq üçün kafedən bayıra çıxmış, telefonla danışıb qurtardıqdan sonra isə yenidən kafeyə qayıtmış, aradan təxminən 20-25 dəqiqə keçdikdən sonra bu dəfə ayaqyoluna getmək üçün kafedən bayıra çıxanda, çöldə xidmətçilər Bəxtiyar, Sübhan və adının sonradan Sabir olduğunu öyrəndiyi kafenin mühavizəçisi Sabirin, içəridə ondan bir neçə masa aralıda oturmuş adını sonradan öyrəndiyi Xaqani ilə sözlə mübahisə etdiklərini, Bəxtiyar, Sübhan və Sabirin Xaqaniyə içəridə günəbaxan tutumu yeyib qabığını yerə tökməsinə görə irad bildirdiklərini, Xaqaninin isə ona bildirilən iradla razılaşmadığını və bu səbəbdən sözlə mübahisə etdiklərini görmüş, Sabir həmçinin Xaqaniyə kafedə gündəlik 20 manata işlədiyini, həmin günün onun ilk iş günü olduğunu və bu səbəbdən hər hansı narazılıq yaranmasını istəmədiyini demiş, Xaqani isə heç bir səbəb olmadan Sabirin ünvanına ana söyüşü söymüş və həmin söyüşdən sonra Sabir Xaqaninin sifət nahiyəsinə sillə ilə bir zərbə vurmuş, həmin zərbədən sonra Xaqani nalayiq ifadələr işlətməyə davam etmiş, bundan sonra orda olan Bəxtiyar güləş fəndi işlədərək Xaqanini yerə yıxmış və həmin yerdən götürdüyü oturacaq hissəsi taxta materialdan, ayaq hissəsi isə dəmir materialından hazırlanmış stulu əlinə götürərək həmin stulun dəmir materialından hazırlanmış ayaq hissəsi ilə Xaqaninin üz nahiyəsinə üç dəfə zərbə vurmuş, orda olan Sübhan və başqa tanımadığı iki nəfər isə Xaqaninin qarın və bel nahiyəsinə təpiklə zərbələr vurmağa başlamış, daha sonra Sabir kafeyə daxil olmuş, özü isə ayaqyoluna getmiş, ayaqyolundan çıxanda Sabirin yanında adını sonradan öyrəndiyi, Xaqani ilə birlikdə kafeyə gəmiş Vüqar adlı şəxsin olduğunu, Sabirin ondan Xaqanini oradan götürüb aparmasını xahiş etdiyini görmüş, Vüqar Xaqaninin vəziyyətini görüb ünvansız var-yox, nəsil söyüşləri söyməyə başlamış, orda olan Sübhan söyüş söydüyündən onu vurmuş, zərbənin təsirindən Vüqar yaxınlığında yerə yıxılmış, onu ayağa qaldırmış, lakin Vüqar ayağa qalxan kimi ünvanına var yox söyüşü söymüş, əvvəlcə onu əli ilə sinəsindən geri itələmiş, lakin Vüqar üstünə gəlib yumruqla bədənimin müxtəlif nahiyələrinə zərbə vurmuş, ona iki yumruq zərbəsi vursa da, ancaq zərbələrin Vüqara dəyib dəymədiyini bilməmiş, orda olan şəxslər onları ayırmış, bundan sonra oradan uzaqlaşmış, sonradan oraya kafenin sahibi Rəsul və başqa şəxslər gəlmiş və bundan sonra həmin yerə qayıtmış, həmin vaxt Bəxtiyar və Vüqarın yerdə uzandıqlarını, Bəxtiyarın qolunu Vüqarın boğaz nahiyəsinə dolayaraq onu boğduğunu, Xaqaninin isə bir kənarda dayanıb əli ilə üzünü tutduğunu, sifət nahiyəsinin qan içində olduğunu görmüş, həmin vaxt Xaqani Sabirin ünvanına nalayiq ifadə işlətmiş, Sabir bundan sonra onun üstünə getmək istəsə də orda olan şəxslər buna imkan verməmiş və Sabir yerdən daş götürərək Xaqaniyə tərəf atmış, Sabirin vurduğu daş zərbəsi Xaqaninin baş nahiyəsinə dəymiş, Vüqar isə bunu görüb Sabirin üstünə cummuş, ancaq araya girib onları aralamış, Vüqardan sakitləşməsini tələb etikdə o ünvanına nalayiq ifadə işlətmiş, əsəbləşib yerdən taxta parçası götürüb Vüqarı vurmaq istəsə də, ancaq fikrini dəyişib taxta parçasını yerə atmış və ordan çıxıb getmiş, sonradan olanlardan məlumatsız olmuşdur. (Cild 1, iş vərəqləri 132-134; Cild 3, iş vərəqləri 52-55; Cild 6, iş vərəqləri 148-151) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edilərək qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 16 avqust 2019-cu il tarixdə təxminən saat 21 radələrində tanışı Xəqani Quliyev ilə Sumqayıt şəhərində işləyib evə qayıdan zaman “Metallurq” kafesində pivə içərək dincəlməyə qərara almışlar. Kafedə olarkən tumları stolun üzərinə töküb çırtlamağa başlamışlar və hərəsi bir bakal pivə içmişdir. Buna görə kafedə işləyən ofisiant onlara irad bildirmişdir. Sonra o, evə getmək fikrində olduğundan ayaqyoluna getmiş və qayıtdıqda kafenin həyətində səs-küy olduğunu, Xəqaninin döyüldüyü və onun gözündən qan gəldiyini görmüşdür. Xəqanini müdafiə edərək aralamağa çalışdıqda onu da döymüşlər. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 göstərdi ki, qaranlıq olduğundan Xəqani Quliyevi döyənlərin və onun özünü də vuranların kim olmasını o, görməmişdir. Bundan başqa, Xəqani Quliyevi birbaşa daşla və ya taxta parçası ilə kiminsə vurduğunu da o, görməmiş, lakin göstərmişdir ki, yer daşlıq olmuş, ətrafda da taxta parçaları olmuşdur. Bununla belə, Zərərçəkmiş şəxs2 qeyd etmişdir ki, Xəqanini stul ilə vurduqlarını o, görmüş və onun özünü də stul ilə vurmuşlar, lakin yenə də konkret olaraq kimin tərəfindən vurulduğunu o, görməmişdir. Belə ki, o, yerdə olub başını tutmuş və onu döymüşlər. Bundan əlavə o, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 orada olmuş, lakin Təqsirləndirilən şəxs2 əlində taxta parçası olmasını o, hazırda xatırlamır və konkret olaraq Təqsirləndirilən şəxs2 onu vurmasını da görməmiş və sonuncu ilə qarşı-qarşıya dalaşmamışdır. Turalın Xəqanini vurmasını da görməmişdir. X7 barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 2019cu ilin avqust ayının 16-da işdən çıxdıqdan sonra tanışı Zərərçəkmiş şəxs2lə Sumqayıt şəhərində yerləşən “Metallurq” kafesinə pivə içməyə getmişlər. Kafedə oturub pivə sifariş verdikdən sonra Vüqar cibində olan tumları stolun üzərinə tökmüş və onlar birlikdə tum çırtlamağa başlamışlar. Ətrafına baxdıqda etiraz dolu baxışları görüb nə olduğunu soruşmuş, cavabında isə ona tum çırtlamağa icazə verilmədiyini demişlər. Sonra Sabir, Tural və yanlarında olan digər şəxsin onların masalarına doğru gəlmələrini görmüşdür. Həmin vaxt Sumqayıt şəhərindən tanıdığı Teymurunda ortalıqda gəzməsini görmüş və ondan nə olduğunu soruşmuş, o, da Teymura məsələni danışmışdır. Teymur isə onun çiyninə əli ilə vurmaqla oturmağını demişdir. Bir az oturduqdan sonra onlara ofisiant yaxınlaşmış və onu çölə çağırmış və pilləkənlə düşərək kobud sözlər işlətmişdir. Ardınca Sabir söyüş söyərək onu yumurqla vurmuş, digərləri də onu üzərinə gələrək üzünə və başına vurmağa başlamışlar. Onlar döydükdən sonra aralaşmışlar və ayağa qalxdıqda Zərərçəkmiş şəxs2 yaxınlaşaraq nə baş verdiyini soruşmuş, bu zaman Sabirin uzaqdan daş atmış və həmin daş onun əzilmiş gözünə dəymişdir. Sonra polislər gəlmiş və o, təcili tibbi yardım maşını ilə Sumqayıt şəhər Travmatologiya xəstəxanasına apardılar. Daha sonra, Xəqani Quliyev, verilən suallara cavab olaraq göstərdi ki, pilləkəndən düşəndə Sabir, Tural və Ümid adlı şəxs üçü birlikdə hazır vəziyyətdə dayanmışdır. Düşən kimi Sabir söyüş söyüb yumruqla onu vurmuş, onu çölə çağıran isə Sübhan olmuşdur. Gözünə vurulan zərbəni isə Turalın vurmasını güman etmişdir. Daha sonra o, qeyd etmişdir ki, günə baxan tumunu çırtlamağa kafedə icəzə verilmədiyini ona ofisiantlardan biri demişdir. Tural ilə onun düşmənçiliyi olmamış, Tural hadisə vaxtı kafenin işçisi kimi ona irad bildirməmiş, Tural ilə əlbəyaxa dava etməmiş, Turalın əlindəki əşyanı onu gözünə xəsarət yetiriləndən sonra dava zamanı görmüşdür. Turalın əlində əşya olmuş, əlbəyaxa dava zamanı Turaldan başqa digər şəxslərin əlində əşya görməmiş, onu döyənlərin arasında Təqsirləndirilən şəxs1 olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq göstərdi ki, Sabir, Tural və Ümid onu vurmuşdur. Sabir ona yumruq atmış və dava zamanı gözü zədələnmişdir, Sabirin atdığı daş isə həmin gözünə dəymişdir. Buna görə gözünün biri hazırda görmür. X8 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şikayətçidir. Təqsirləndirilən şəxs1 hadisə yerində olmamış və onun tərəfindən xəsarət yetirildiyini görməmiş, Bəxtiyarla həmyerlidir, onunla barışmış, ondan şikayətçi deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1la 5 ilə yaxın dostluğu olmuşdur. 16 avqust 2019-cu il tarixdə gecə saatlarında “Metallurq” kafesində olarkən Xəqani stolda tum çırtlamışdır. Bəxtiyar ona əli ilə işarə edib tum çırtlamaq olmaz demişdir. Sonra onlar çölə çıxmış və mübahisə yaranmışdır. Daha sonra, o, verilən suallara cavab olaraq göstərdi ki, hadisə zamanı kiminsə daş atmasını və həmin daşın Xəqaninin gözünə dəyməsini görmüşdür. Lakin konkret olaraq kimin atmasını görməmişdir. Həmçinin o, göstərdi ki, Təqsirləndirilən şəxs2 Xəqani ilə mübahisə etdiyini görməmiş, Turalın əlində taxta parçası görməmiş, Xəqani kafeyə gəldikdə artıq içkili olmuş, Tural Zərərçəkmiş şəxs2 əlindən tutub qaldırmaq istəyəndə Vüqar onu itələmiş, Bəxtiyarın stul ilə vurmasını görməmiş, lakin içkili vəziyyətdə olan Xəqani Bəxtiyara söyüş söyüb onun üzərinə gedərək vurmaq istədiyi üçün Bəxtiyar stulu əlinə alıb onu qorxutmaq və özünü müdafiə etmək istəmiş və bu zaman stul Xəqaninin gözünə dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 kafedən tanımış, Təqsirləndirilən şəxs2 tanısa da əlaqəsi olmamış, Təqsirləndirilən şəxs3 isə tanımamışdır. 16 avqust 2019cu il tarixdə Sumqayıt şəhəri “Metallurq” kafesində gecə vaxtı baş verən hadisə zamanı insanların toplaşdığını görüb söhbət etdiklərini düşünüb geri qayıtmış, onların kim olmasını və kimin kimi vurmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində olan “Metallurq” kafesində qabyuyan işləmişdir. 16 avqust 2019-cu il tarixdə baş verən hadisə zamanı kafedə olmuş və mətbəxdə qab yumuş, çığırtı səsi eşidib çöldə maşında yatan kafenin sahibi Vasifi oyatmışdır. Həmin vaxt davanı görməmiş, Xəqani Quliyevi kiminsə vurmasının şahidi olmamış, ümumiyyətlə kiminsə kimi isə vurmasını görməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən Şahid4 ifadəsindən görünür ki, Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən “Metallurq” kafesi Rüfət adlı şəxsə məxsusdur. Həmin kafeni təxminən 7-8 ilə yaxın bir müddətdə icarəyə götürərək, icarə müqaviləsi əsasında işlətmiş, “Metallurq” kafesi kafe-restoran, “disko klub” kimi fəaliyyət göstərmiş, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə saat təxminən 24 radələrində idarə etdiyi avtomobildə yuxuya getdiyi vaxt, kafedə xidmətçi işləyən Zenfira ona yaxınlaşıb, yuxudan oyadaraq kafenin qarşısında dava-dalaş olduğunu bildirmiş, bundan sonra kafeyə tərəf getdikdə kafenin qarşısında iki nəfər əvvəllər tanımadığı, sonradan adının Xaqani olduğunu öyrəndiyi digərinə nisbətən hündürboylu olan şəxsin üz gözünün, əynində olan geyim paltarlarının qan içində olduğunu, həmin şəxsə nisbətən bəstəboy olan şəxsin, yəni adını sonradan öyrəndiyi Vüqarın isə beldən yuxarı əynində geyim paltarı olmadığını və ətrafda olan şəxslərin ünvanına nalayiq ifadələr işlətdiyini görmüş, bundan sonra ilk olaraq qardaşına zəng vurub hadisə barədə məlumat vermiş və ondan nə edəcəyini soruşmuş, qardaşı isə hadisə barədə hüquq mühavizə orqanlarına məlumat verməyini tapşırdığından, öz növbəsində zəng vurub hadisə barədə Sumqayıt ŞPİ-nin Növbətçi Hissəsinə məlumat vermiş, aradan bir qədər keçdikdən sonra oraya polis əməkdaşları gələrək həmin şəxsləri özləri ilə polis bölməsinə aparmış, bundan sonra oda izahatının alınması üçün polis bölməsinə dəvət olunmuş, sonradan isə kafeyə müştəri kimi gəlmiş Xaqani və Vüqar adlı şəxsin, kafedə günəbaxan tumu yemələrinə kafenin işçiləri tərəfindən irad bildirilməsi səbəbindən dava dalaş baş verdiyini öyrənmiş, ancaq dava-dalaşın hansı şəraitdə baş verməsindən, eləcədə kimin kimi vuraraq xəsarət yetirməsini sonradan oraya gəldiyindən görməmişdir. (Cild 2, iş vərəqləri 138-142). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən Şahid1 ifadəsindən görünür ki, o, Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən “Metallurq” kafesində bir ilə yaxın bir müddətdə xidmətçi işləmiş, sonuncu dəfə 16 avqust 2019-cu il tarixdə saat 23 radələrində Metallurq kafesində işdə olduğu zaman kafenin həyətindən qışqırtı və söyüş səsləri eşidib kafedən çölə çıxmış, çölə çıxanda kafedə xidmətçi işləyən Bəxtiyar yerdə uzanmış, əvvəllər tanımadığı şəxsin sifət nahiyəsinə bir neçə dəfə dəmir stulla zərbə endirdiyini görmüş, Bəxtiyarın stulla vurduğu zərbələr yerdə uzanan şəxsin sifət nahiyəsinə tuş gəldiyindən, həmin şəxsin sifəti al-qan içində olmuş, Bəxtiyarın yanında bir nəfər dolu bədən quruluşlu, bir qədər hündür boylu tanımadığı şəxsdə olmuşdur ki, həmin şəxs yerdəki şəxslə mübahisə etdiyini görmüş, hadisə vaxtı ətrafda xeyli sayda tanımadığı şəxslərdə olmuş və dava-dalaş edən şəxsləri sakitləşdirməyə çalışmışlar, aradan bir müddət keçdikdən sonra hadisə yerinə polis əməkdaşlarıda gəlmiş, polis əməkdaşları ora gəldiyini gördükdən sonra içəri daxil olmuş, bundan sonra baş verənlərdən məlumatsız olmuşdur. (Cild 1, iş vərəqləri 179-180) Şahid1 Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilərkən də Təqsirləndirilən şəxs1 dalaşan zaman digər şəxsin baş nahiyəsinə stul ilə zərbə vurduğunu gördüyü demişdir. Digər təqsirləndirilən şəxslərlə bağlı Şahid1 ifadə verməmişdir. (Cild 5, iş vərəqləri 113-117) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən Şahid6 ifadəsindən görünür ki, şəxsiyyət vəsiqəsində adı “Günel” kimi qeyd olunsada, tanışları ona “Nigar” deyə müraciət etmiş, sonuncu dəfə 16 avqust 2019-cu il tarixdə Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən “Metallurq” kafesinə istirahət etmək üçün getmiş, kafedə olarkən saat təxminən 23 radələrində kafenin qarşısından səs-küy gəldiyini eşidib çölə çıxdıqda, orda tanımadığım şəxslərin toplaşdığını, bir neçə şəxsin bir-biri ilə əlbəyaxa olub dalaşdıqlarını görmüş, həmin şəxslər bir-birləri ilə əlbəyaxa olub dalaşmalarından əlavə nalayiq ifadələrdə işlətdiklərindən, yenidən kafeyə qayıtmış, bundan sonra olanlardan məlumatsız olmuş, aradan təxminən 15-20 dəqiqə keçdikdən sonra oraya polis əməkdaşları gəldikdə kefedən çıxıb getmiş, sonradan olanlardan məlumatsız olmuşdur. (Cild 2, iş vərəqləri 169-171) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən Şahid2 ifadəsində görünür ki, 2019-cu ilin avqust ayında Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən Metallurq kafesində ofisiant (xidmətçi) kimi işləmiş, sonuncu dəfə 16 avqust 2019-cu il tarixdə saat 22 radələrində Metallurq kafesində işdə olduğum zaman, oraya iki nəfər əvvəllər tanımadığı, adlarını sonradan öyrəndiyi Vüqar və Xaqani adlı şəxslər gəlmiş, həmin şəxslərdən digərinə nisbətən uca boylu olanının adı Xaqani, digərinə nisbətən alçaq boylu olanının adı isə Vüqar olmuş, Xaqani və Vüqar kafeyə daxil olduqdan sonra keçib içəridəki masalardan birinin arxasında əyləşmiş, bir müddətdən sonra həmin şəxslərə fikir verdikdə həmin şəxslərin tum yediklərini görmüş, onlara yaxınlaşıb kafedə tum yeməyə icazə olmadığını bildirmiş, onlar isə daha tum çırtlamayacaqlarına dair söz vermiş, bundan sonra masadan aralanmış və bir müddət sonra həmin şəxslərin yenidən tum çırtladıqlarını görmüş, həmin vaxt yanımda olan kafedə onun kimi xidmətçi işləyən Kənanda həmin şəxslərlə bir dəfədə o xəbərdarlıq etdiyini bildirmiş, buna baxmayaraq həmin şəxslər yenidən tum yemiş, bundan sonra bir daha həmin şəxslərə yaxınlaşıb kafedə tum çırtlamağa icazənin olmadığını xatırlatmış, həmin şəxslər bundan sonra bir daha tum yeməyəcəklərinə dair yenidən söz vermiş, bu vaxt kafenin içərisində olan, kafeni işlədən Vasifin həmin gün kafenin işçilərinə göstərərək, kafedə mühafizəçi kimi işə götürdüyünü dediyi Sabir ona yaxınlaşıb, həmin şəxslərlə arasında nə danışdığını soruşmuş, həmin şəxslərə bir neçə dəfə xəbərdarlıq etməyinə baxmayaraq, onların içəridə tum yediklərini, qabığını isə masanın üzərinə tökdüklərini Sabirə bildirmiş, Sabir bundan sonra həmin şəxslərə yaxınlaşmış və nə isə aralarında söhbət etməyə başlamışlar, bunu görüb onlara yaxınlaşmış, çölə çıxıb söhbətlərini orda davam etdirmələrini təklif etmiş, bu təklifindən sonra Sabir və Xaqani çölə çıxmış, həmin vaxt kafedə olan onun kimi xidmətçi işləyən Bəxtiyarda bundan sonra onunla birlikdə çölə çıxmış, kafenin həyətinə çıxdıqdan sonra Sabir Xaqanidən nəyə görə kafedə tum çırtladığını və tum çırtlamaması ilə bağlı dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətini davam etdirməsinin səbəbini soruşmuş, Xaqani isə cavabında Sabirə nə isə demiş, bundan sonra onlar arasında mübahisə yaranmış, həmin vaxt Sabir qəflətən yumruqla Sabirin sifət nahiyəsinə bir zərbə vurmuş və zərbənin təsirindən Xaqani yerə yıxılmış, Xaqani isə yerə yıxıldıqdan sonra nalayiq ifadə işlətdiyindən, bu dəfə Bəxtiyar Xaqani ilə əlbəyaxa olmuş, onları ayırmaq istəsə də bunu bacarmamış, bundan sonra onları ayırmaq üçün hər ikisinə bir yumruq zərbəsi vurmuş, bu zaman Bəxtiyar Xaqanini yerə yıxmış və həmin yerdə olan stulu götürərək stulun ayaq hissəsi ilə Xaqaninin üz nahiyəsinə zərbə vurmuş, zərbənin təsirindən Xaqaninin üz nahiyəsi qanamış, bu vaxt oraya Xaqaninin kafeyə birlikdə gəldiyi Vüqar adlı şəxsdə gəlmiş və hadisə yerinə gələrək hadisəyə tamaşa edən Turala yumruq zərbəsi vuraraq Xaqanini niyə vurmasının səbəbini soruşmuş, bundan sonra onlarda əlbəyaxa olub dalaşmağa başlamış, Tural Vüqarı, Vüqar isə Turala yumruq zərbələri vurmuş, Vüqarla Tural əlbəyaxa olub dalaşdıqları vaxt Xaqani qan içində olan göz nahiyəsini tutub nalayiq ifadələr işlətmiş, Sabir bunu görüb Xaqaninin üstünə getmək istədikdə, ancaq orda olan şəxslər buna imkan verməmiş, Sabir isə bundan sonra yerdən əlinə daş parçası götürüb Xaqaniyə tərəf atdıqda, onun atdığı daş Xaqaninin qaş nahiyəsinə dəymiş, Xaqaninin daş dəymiş həmin nahiyəsidə qanamış, sonradan oraya kafeni icarə əsasında işlədən Vasif, eləcədə digər şəxslər, bundan bir qədər sonra isə polis əməkdaşları gəlmiş, dava-dalaş sakitləşdirmişlər, polis əməkdaşları hadisə yerinə gəldikdən sonra Vasif, eləcədə dava-dalaş edən şəxslər polis bölməsinə aparılmışlar. (Cild 2, iş vərəqləri 145-149) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması protokollarından görünür ki, onlar istintaqa verdikləri ilkin ifadələrində qeyd etdikləri xüsusatları hadisə yerində göstərib dəqiqləşdirmələr aparmaqla həmin xüsusatları bir daha təsdiq etmişlər. (Cild 2, iş vərəqləri 97-102; 103-107; 87-92) Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 16 avqust 2019-cu il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən “Metallurq” kafesinin qarşısında Zərərçəkmiş şəxs1lə aralarında yaranmış mübahisə zamanı yumruqla üz nahiyəsinə vurub onu yerə yıxdıqdan sonra, Təqsirləndirilən şəxs1 kafenin həyətindən əlinə götürdüyü stulun ayaq hissəsi ilə Zərərçəkmiş şəxs1 üz nahiyəsinə vuraraq ona bədən xəsarəti yetirdiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə istintaqa verdiyi ilkin ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 207-210). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının 07 sentyabr 2019-cu il tarixli 1324 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “OD-göz almasının ağır dərəcəli kontuziyası, korneoskleral geniş məsafəli göz almasının partlaması, (reptura), selikli qişanın ödemi (xemos), üst qapağın, alt qapağın, qaş nahiyəsinin cırılmış yaralanması, sağ göz yuvasının yuxarı, orta və aşağı divarının sınıqları, sağ gözdə görmənin tam itirilməsi, sol gicgah təpə nahiyəsinin yarası”. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində və zərərçəkənin göstərdiyi şəraitdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilər, müddəti zərərşəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2019-cu il tarixə uyğun gələ bilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid edilir. (Cild 1, iş vərəqləri 29-31) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının 24 avqust 2019-cu il tarixli 1256 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “döş qəfəsinin sol yarısında İX-X-Xİ qabırğaların yerdəyişən sınığı, sol bel nahiyəsinin, döş qəfəsinin sol yarısını tutan qançırı, alt dodağın sol yarısının, sağ gözaltı nahiyənin, sol almacıq nahiyəsinin qançırı, ənsə nahiyəsinin hematoması”. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, zərərçəkənin göstərdiyi şəraitdə kənar şəxs (şəxslər) tərəfindən təkrari zərbələrlə vurulma nəticəsində əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla, qərarda göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (Cild 1, iş vərəqləri 48-50) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının 23 oktyabr 2019-cu il tarixli 58/1324 əlavə nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1) “OD-göz almasının ağır dərəcəli kontuziyası, korneoskleral geniş məsafəli göz almasının partlaması, (reptura), selikli qişanın ödemi (xemos), üst qapağın, alt qapağın, qaş nahiyəsinin cırılmış yaralanması, sağ göz yuvasının yuxarı, orta və aşağı divarının sınıqları, sağ gözdə görmənin tam itirilməsi, sol gicgah təpə nahiyəsinin yarası”. 2) Qeyd olunan xəsarətlərdən “OD-göz almasının ağır dərəcəli kontuziyası, korneoskleral geniş məsafəli göz almasının partlaması, (reptura), selikli qişanın ödemi (xemos), üst qapağın, alt qapağın, qaş nahiyəsinin cırılmış yaralanması, sağ göz yuvasının yuxarı, orta və aşağı divarının sınıqları, sağ gözdə görmənin tam itirilməsi” - dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid edilir. “Sol gicgah təpə nahiyəsinin yarası” – dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. 3) Hadisə zamanı xəsarətlərin yetirilməsində istifadə olunan daş ekspertizaya təqdim olunmadığından qeyd edilən xəsarətlərin daşın qaş və göz nahiyəsinə dəyməsindən törənə bilməsini təyin etmək mümkün olmadı. (Cild 1, iş vərəqləri 211-214) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən əlavə məhkəmətibb ekspertizasının 30 yanvar 2020-ci il tarixli xx/xx/1324 əlavə nömrəli rəyindən görünür ki: 1) Zərərçəkmiş şəxs1 tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “OD-göz almasının ağır dərəcəli kontuziyası, korneoskleral geniş məsafəli göz almasının partlaması, (reptura), selikli qişanın ödemi (xemos), üst qapağın, alt qapağın, qaş nahiyəsinin cırılmış yaralanması, sağ göz yuvasının yuxarı, orta və aşağı divarının sınıqları, sağ gözdə görmənin tam itirilməsi, sol gicgah təpə nahiyəsinin yarası”. 2) Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, daşla və ekspertizaya təqdim olunan stulla kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilməsi inkar olunmur. (Cild 2, iş vərəqləri 191-195) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən əlavə məhkəmətibb ekspertizasının 19 fevral 2020-ci il tarixli 07/1256 nömrəli rəyindən görünür ki: 1) Zərərçəkmiş şəxs2 tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: “döş qəfəsinin sol yarısında İX-X-Xİ qabırğaların yerdəyişən sınığı, sol bel nahiyəsinin, döş qəfəsinin sol yarısını tutan qançırı, alt dodağın sol yarısının, sağ gözaltı nahiyənin, sol almacıq nahiyəsinin qançırı, ənsə nahiyəsinin hematoması”. 2) Qeyd olunan xəsarətlərdən “döş qəfəsinin sol yarısında İX-X-Xİ qabırğaların yerdəyişən sınığı, sol bel nahiyəsinin, döş qəfəsinin sol yarısını tutan qançırı” – dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. “Alt dodağın sol yarısının, sağ gözaltı nahiyənin, sol almacıq nahiyəsinin qançırı, ənsə nahiyəsinin hematoması” sağlamlğa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (Cild 2, iş vərəqləri 196-198) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 oktyabr 2019-cu il tarixli, 2033 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. O, ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs3 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuş, onda fizioloji affekt halında olmamışdır. (Cild 2, iş vərəqləri 215-217) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri – xasiyyətcə əsəbi, hövsələsiz, affektiv reaksiyalara meyilli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, hərbi xidmətə çağrış zamanı Sumqayıt Psixiatriya Xəstəxanasında müayinə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilməsi, həmçinin hazırki müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmiş, o, ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalı, Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqləri 199-201) Cinayət işinin materiallarına əlavə edilmiş üzərində “PRİNCO” və sair markalanma yazısı olan diskə baxış keçirilmiş, yaddaşında 02 (iki) ədəd, birincisi VİD-20190829- WA0040 adlı və 24 saniyə davam edən, ikincisi VİD-20190829-WA0041 adlı və 01 dəqiqə 35 saniyə davam edən qaranlıq hava şəraitində çəkilmiş video görüntülər olması müəyyən edilmiş, həmin disk maddi sübut kimi tanınmışdır. Qeyd edilən diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı tərəflərin iştirakı ilə baxış keçirilərkənmüəyyən edilmişdir ki, hadisə gecə saatlarında baş vermiş, kafenin həyətində çoxlu sayda insanlar toplaşmış, ilkin olaraq proses iştirakçıları tərəfindən Xəqani Quliyev kimi tanınan bir nəfər hündür boylu şəxs gözünü tutub müvazinətini itirməklə sağdan sola getmiş və sonra kafenin həyətindən çölə çıxarılmış, Xəqani Quliyev kimi şəxs getdikdən sonra isə proses iştirakçıları tərəfindən Zərərçəkmiş şəxs2 kimi tanınan bir nəfər alçaqboylu şəxs digər şəxslərə əl-qol atmış, onların arasında olan, proses iştirakçıları tərəfindən Təqsirləndirilən şəxs2 kimi tanınan şəxs isə onunla birbirinə əl-qol atmış və sonda Təqsirləndirilən şəxs2 kimi tanınan şəxs yerdən nə isə götürüb Zərərçəkmiş şəxs2 kimi tanınan şəxsə hücum çəkmişdir. (Cild 1, iş vərəqləri 45- 47) Bundan başqa, hadisə yerindən götürülmüş bir ədəd stul da iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (Cild 2, iş vərəqləri 108-109) Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bir-birini müdafiə edərək istintaq zamanı verdikləri ifadələrdən fərqli ifadə vermələrini, eləcə də özlərini müdafiə ilə bağlı ifadələrində göstərdiyi digər xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqelərinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiələri üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələr işin hallarına uyğun olduğundan iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs Xəqani Quliyev Təqsirləndirilən şəxs1la barışdığından ona qarşı ifadə verməsə də, məhz Bəxtiya Fərəcov tərəfindən silah qismində istifadə edilən dəmir stul ilə Xəqani Quliyevə ağır dərəcəli bədən xəsarətinin yetirilməsi məhkəmə istintaqı zamanı kifayət qədər sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs Xəqani Quliyevin ifadəsində göstərdiyi, yəni tək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən deyil, digər şəxslər tərəfindən də döyülməsi ilə bağlı xüsususatlarla əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır və ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü, Təqsirləndirilən şəxs3 qəsdən Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada Cinayət Məcəlləsinin həmin maddələrinin sanksiyaları həddində və cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Qeyd edilən qərarın 8 və 9-cu bəndlərinə əsasən isə xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavablarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə, Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə verilmiş ittiham üzrə ona münasibətdə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2lə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. (Cild 5, iş vərəqi 163) Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. (Cild 4, iş vərəqləri 150-152) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxslərin hər üçünün ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları və gənc olmaları da onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, ağır cinayət əməli törətməsinə görə Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 uzun müddətdə, yəni ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta hədlərinə yaxın müddətdə həbsdə olduğundan, ona həmin müddətdən artıq olmayan müddətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğundur, Təqsirləndirilən şəxs3 həmin cəza ilə islah olunmuş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs1 26 dekabr 2019-cu il tarixdə tutulmuş və Sumqayıt şəhər məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. (Cild 2, iş vərəqləri 33, 66-67) Təqsirləndirilən şəxs3 18 sentyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 21 dekabr 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqləri 71-72, 157-158) Təqsirləndirilən şəxs2 18 sentyabr 2019-cu il tarixdən 18 sentyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilmədiyindən istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqləri 87-88, 159- 160) Daha sonra, həmin məhkəmənin müvafiq qərarları ilə təqsirləndirilən şəxslərin həbsdə saxlanılma müddətləri uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 dekabr 2019-cu il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 18 sentyabr 2019-cu il tarixdən 04 iyul 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) il 09 (doqquz) ay 16 (on altı) gün müddət ona təyin olunan cəzaçəkmə müddətinə hesablanmalı və o, cəzasını çəkmiş hesab edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli Qərarının 2.21-ci bəndinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 münasibətdə 2 gün şübhəli şəxs kimi tutulduğu müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablayıb cəza müddətindən çıxmaqla qəti cəza müəyyən etmir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs3 cəzasını çəkmiş hesab edildiyindən Cinayət-Prosessual Məcəlləsinin 357.0-cı maddəsinin tələblərinə əsasən məhkəmənin hökmü elan edildikdən sonra o, həbsdən dərhal azad edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində şərti məhkum etməklə ittiham hökmü çıxarıldığından onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan 01 (bir) ədəd stul sahibinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs1 istisna olmaqla digər təqsirləndirilən şəxslər tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxs X6 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Mülki iddiaçı X6 iddia ərizəsində vurulmuş maddi zərərə görə 13.013 (on üç min on üç) manat və mənəvi zərərə görə 20.000 (iyirmi min) manat pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini xahiş etmişdir. (Cild 4, iş vərəqləri 50-58) Həmin mülki iddia məhkəmə tərəfindən qəbul edilərək iş materiallarına əlvə edilmiş, zərərçəkmiş şəxs Xəqani Quliyev mülki iddiaçı, təqsirləndirilən şəxslər isə mülki cavabdehlər kimi tanınmışlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, həmin Məcəllənin 179.2-ci maddəyə əsasən isə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də eyni Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə verilmiş mülki iddia ərizəsində irəli sürülən tələbləri təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamış, irəli sürülən tələb kifayət qədər əsaslandırılmamış, iddia bir neçə cavabdehə verildiyi halda onların hər birinə qarşı yönələn tələb göstərilməmişdir. Başqa sözlə, konkret kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verilməsi göstərilməmiş, zərərin ödənilməsi üçün hər bir cavabdehdən konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş qeyd olunmamışdır. «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndində də qeyd olunmuşdur ki, mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı, ona mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə vurulmuş ziyanı tələb etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 26 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 18 sentyabr 2019-cu il tarixdən 04 iyul 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) il 09 (doqquz) ay 16 (on altı) gün müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən o, cəzasını çəkmiş hesab edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 üzərində sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd dəmir oturacaq (stul) sahibinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın, ona mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə vurulmuş ziyanı tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar