Məhkəmə qərarları › İş №1(124)-67/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-67/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-67/2023 20.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər -Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ev 38/6, mənzil 13 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, 09.11,1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 16,419 qram olan külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq, üzərində saxlamış, həmin narkotik vasitə heroindən bir qismini, yəni ümumi təmiz çəkisi 0,733 qramını xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 10 manatını nağd alıb, qalan 15 manatını sonradan ödəmək şərti ilə ümumilikdə 25 manata sonuncuya satmış, qalan qismini, yəni 15,686 qramını üzərində saxlayarkən xx.xx.2021 -ci il tarixdə saat 18:20-də Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o və Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Rustavi küçəsində yerləşən İmdad marketin yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib, orada xidməti otaqların birində sonuncunun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,733 qram qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, özünün üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli pencəyin sol iç cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 15,686 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin pencəyin sol yan cibindən üzərində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,733 qram çəkidə narkotik vasitə olan heroini 10 manatını nağd ödəməklə, qalan 15 manatını sonradan vermək şərti ilə ümumilikdə 25 manata razılaşaraq alıb, qanunsuz olaraq əldə etməklə daşıyaraq, üzərində saxlamış, xx.xx.2021ci il tarixdə saat 18:20-də Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Rustavi küçəsində yerləşən İmdad marketin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin İnzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,733 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, onu Pərvanə ilə birgə tutmuşlar. 15 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Pərvanə ilə ev tutub yaşamaq üçün evindən pul götürməyə getmişdir. Çünki arvadı Esmira ona dəfələrlə “ya səni öldürəcəm, ya da səni tutduracam” demişdir. Pərvanə həmin vaxt binanın yanında onu gözləmişdir. Ziba ilə Esmira xəstəxanadan gələndə Pərvanənin onu gözlədiyini görmüşlər, Esmira acıqla ona zəng edərək Pərvanənin onu gözlədiyini demiş, o isə bildiyini qeyd etmişdir. Esmira Zibaya “sənin polis tanışın var, zəng elə tutduraq bunları” demiş, Ziba da Möhübbətə yığmış, Möhübbətgil gəlmişdir. O, məhkəmədə bəraət alıb çıxmış adam olduğunu, qanunu yaxşı bildiyini, cibinə heç vaxt 15 qram narkotik vasitə və elektron tərəzi qoymayacağını, ağlına Esmiranın onu bu variantla tutdura biləcəyinin gəlmədiyini bildirmişdir. Üstündən heçnə çıxmamış, Esmira anangilə gedin demiş, anası əvvəldən onun Esmira ilə birlikdə olmasını istəməmiş, Esmira anasından acıq çıxmaq üçün bele etmişdir. Polis anasıgilin evində olarkən “dayı səndə dur, xala sən də dur, bu 15 qram bu evdən çıxıb” demişdir. Özünün şəxsi evinin olduğunu, ana və atasının evinə girilməklə narkotik vasitənin boynuna götürəcəyini bildiklərini qeyd etmişdir. Pərvanənin 10 yaşında qızı olduğundan, tutulmaqdan qorxduğu üçün həmin məzmunda ifadə vermişdir. Öz üzərində və Pərvanədə narkotik vasitə olmadığını, evə girərək onu qandalda anasının evinə gətirdiklərini bir daha vurğulamışdır. Özü narkotik vasitə istifadəçisi olmuş, şəxsi istifadəsi üçün özünə məxsus 01 qram narkotik vasitə olmuş, lakin onu gizlətmişdir. Həmin narkotik vasitəni Sumqayıtdan almışdır. İttihamda qeyd olunan narkotik vasitəni təzyiq altında boynuna götürmüşdür. Onu döyməmişlər, lakin ata və anasının bölməyə aparılacağı ilə şantaj olunmuşdur. İbtidai istintaq zamanı məhkəmədə olanları hakimə bildirmişdir. O, Pərvanə ilə yaşamaq istəmiş, ona narkotik vasitə verməmişdir. Zibanı anasıgilə aparmışlar, anası Zibanın səsini tanıdığı üçün qapını açmış, 10 nəfərə yaxın polis əməkdaşı evə girmişdir. Onu sonra qandalda anasının evinə aparmışlar, 15 qram narkotik vasitəni boynuna qoymuşlar. Evə girdikdən sonra onları bölməyə gətirmişlər. Orada çox qalmamışlar, ona birinci başqa vəkil verilmiş, o, Fariz Namazlını tələb etmiş, vəkilinə olanları bildirmək istəyəndə Möhübbət işarə edərək “Sahib gedib götürüb gələrəm atanla ananı” demişdir. Pərvanə onlara gələndə özü artıq narkotik vasitə qəbul etmiş, heç kimə narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 15 ildir ki, narkotik vasitələr və psxitrop maddələrin müxtəlif növlərindən istifadə edirmiş. xx.xx.2021 ci il tarixdə istifadəsində olan ********** saylı mobil nömrə adını bildirmək istəmədiyi təxminən 5 aydır ki tanıdığı Bakı şəhər sakinin istifadəsində olan xatırlamadığı mobil nömrənin vhatsapp sosial şəbəkəsinə yazıb onunla həmin gün təxminən saat 19 radələrində Bakı şəhəri Neftçilər dairəsi yaxınlığında görüşüb ondan 1 bükümdə 15 qram çəkidə 500 manat pula narkotik vasitə olan heroini şəxsi istifadəm üçün almışdır. 500 manat pulu hazırda adını bildirmək istəmədiyi tanışı olan qadından almışdır. Belə ki, hər dəfə pulu ona həmin şəxs verirmiş. O isə pulun qarşılığında aldığı narkotik vasitəni həmin şəxslə birgə qəbul edirmiş. Həmin şəxs özü ona görə narkotik vasitəni almırdı ki, adı müxtəlif yerlərdə hallanmasın. xx.xx.2021-ci il tarixdə aldığı narkotik vasitə olan heroini hazırda bildirmək istəmədiyi yerdə gizlətmişdir. Həmin bükümdən 1 qramını ayırıb sellofan büküm halına gətirib özü istifadəsi üçün götürmüşdür. Götürdüyü bükümü əynindəki alt geyimin rezin hissəsinə büküb üstündə saxlamışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 18 radələrində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi Rustavi küçəsində yerləşən İmdad marketin yaxınlığında təxminən 1 aydır ki tanıdığı arlarında münasibətlər olan Pərvanə adlı qadınla görüşmüşdür. Razılaşmaları ondan ibarət idi ki, həmin gün onlar görüşüb kirayə ev tutmalı və bir yerdə yaşamalı imişlər. Onlar görüşüb söhbət etdikləri zaman heç 2 dəqiqə keçəmişdir ki, onlara 3- 4 nəfər polis əməkdaşları yaxınlaşmışdırlar. Polislər özlərini təqdim etmişdirlər. Onlardan adını xatırlamadığı polis əməkdaşlarından biri onun üzərini axtarmışdır. Polis əməkdaşı onun alt geyimində saxladığı 1 qram narkotik vasitə heroin bükümünü tapmışdır. Ondan həmin bükümdəki narkotik vasitə olan heroin barəsində soruşduqlarında özünə məxsus olduğunu və yalnız istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra onlar ona atasının evinə getməyi təklif etmişdirlər. O, onların təklifi ilə razılaşmışdır. Onu saxlayan polis əməkdaşları elə bilmişdirlər ki, o, atasıyla birgə yaşayır. Belə olub polis əməkdaşları ilə birgə atası Əsgərin yaşadığı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən hazırda dəqiq olaraq xatırlamadığı ünvana getmişdirlər. Orada içəri mənzilə daxil olmuş polis əməkdaşlarından biri əlində 1 büküm üstünə gələrək bükümü evindən tapdığını və içərəsindəkinin nə olduğunun soruşmuşdur. O isə həmin bükümün ona aid olmadığını bildirmişdir. Bundan sonra həmin büküm onun pencəyinin sol iç cibinə qoyulmuş və Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin inzibati binasında ona bir ədəd də elektron tərəzi verilmişdir ki onu da əynindəki geyiminin cibinə qoymuşdur. İstəyi üzrə ona Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X7 təyin edilmişdir. Vəkil gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Adını xatırlamadığı təhqiqatçı özünü təqdim edib ona hüquq və vəzifələrimə dair bildiriş təqdim etmişdir. Bildirişlə tanış olmuçdur. Onu saxlayan polis əməkdaşları özlərinin bir-bir təqdim etmişdirlər. Vəkili özünü təqdim etmişdir. O, vəkilə, araşdırmanı aparan şəxsə və videoçəkilişin aparılmasına etiraz etməmişdir. Təhqiqatçı saxlamanın səbəbini ona izah etdikdən sonra, ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyi tələb etmişdir. O, əynindəki boz rəngli pencəyimin sol yan cibində olan sellofan bükümdəki narkotik vasitə olan heroini, bir ədəd elektron tərəzini və istifadəsində olan mobil telefonu araşdırmaya təqdim etmişdir. Ondan üzərindən aşkar olunmuş əşyalar barədə soruşulanda bildirmişdir ki, 1 ədəd sellofan bükümdəki narkotik vasitə olan heroindir, həmin heroini Saray qəsəbəsində, tanımadığı şəxsdən şəxsi istifadəm üçün 500 manata almışdır. 1 bükümdəki heroin bükümündə istifadə olunan sellofanla birgə elektron tərəzinin üzərinə qoyulduqda ümümi çəkisinin 17.22 qram olduğu müəyyən edilmişdir. Bundan sonra heroin bükümü, tərəzi və mobil telefon qablaşdırılmış və o, qablaşdırılmış zərflərə, eləcədə də tərtib olunmuş protokollarla imzalar atmışdır. O, Pərvanəyə və ya başqa birinə narkotik vasitə olan heroin satmamışdır. Ümumiyyətlə o, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul deyildir. Saxlanılarkən və ya polis idarəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hədələmə məzmununda təzyiqlər olmuşdur. Lakin o, döyülməmiş, ona işkəncə verilməmişdir. (İ cild iş vərəqə 76-79) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 4 ildir ki, narkotik vasitədən istifadə edir. 15 noyabr 2021-ci il tarixdə günorta 4-5 radələrində Sahiblə onun evindən çıxaraq Sahibin anasıgilin evinə gəlmişlər, pul götürərək ev tutmaq istəmişlər, özü çöldə gözləmiş, Esmira və Ziba gələrək onunla söhbət edərkən polislər gəlib Sahiblə onu tutmuş və idarəyə aparmışlar. Bölmədə öz üzərindən heroin çıxmış, onu Sahibdən şəxsi istifadəsi üçün götürmüşdür. Sahib həmin narkotik vasitəni ona pulsuz vermişdir. Sahibin arvadı Esmira qısqanclıq zəmnində onları polisə vermişdir. Ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunmamışdır. Sahibi evdə, onu isə çöldə tək saxlamışlar. Sonra Sahibi anasıgilin evlərinə aparmışlar, onu evlərinin yanında polis maşınına oturdulanda görmüşdür. Sahibdən narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs1 sonradan məhkəmədə verdiyi ifdəsində tutulan zaman üzərində narkotik vasitə olmadığını bildirmiş, Sahibin ona narkotik vasitə satmadığını vurğulamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2-3 ildir ki, narkotik vasitənin heroin növündən istifadə edirmiş. Gün ərzində təqribən 1-2 qram narkotik vasitə heroin qəbul edirmiş. Son 5-6 aydır ki, Sahib adlı şəxsi tanıyırmış. Sahibi tanıdığı vaxtdan narkotik vasitə olan heroini ondan pul müqabilində alırmış. Həmin şəxslə aralarında heç bir şəxsi münasibət olmamışdır. xx.xx.2021-ci il tarixdə keçmiş əri ona pul vermişdir. Həmin pulla ona lazım olan şeyləri aldıqdan sonra onda 10 manat pul qalmışdır. Pulun orta hissəsi cırılmış formada olduğundan, ayrılmış hissələr yapışqan lentlə (skoç) birləşdirilmişdir. Düşünmüşdür ki, həmin pula Sahibdən narkotik vasitə olan heroin alsın. Lakin Sahib 1 qram narkotik vasitəni 25 manata satırmış. Ona görə də xx.xx.2021-ci il tarixdə saat 12-13 radələrində Sahibin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayıb ona narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. Sahib ona yaşadığı Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsindəki ünvanına getməyini tapşırmışdır. Həmin gün saat 18 radələrində o, Sahibin yaşadığı evinə getmişdir. Sahib evdə tək imiş. Yaşadığı evində ona 10 manat pul verib, qalan 15 manatı sonra verəcəyini deyib ondan 1 qram narkotik vasitə olan heroin istəmişdir. Sahib ona sellofan 1 bükümdə narkotik vasitə olan heroin verdikdən sonra Sahibin yaşadığı evdən çıxıb İnşaatçılar qəsəbəsi Rustavi küçəsində yerləşən İmdad marketin qarşısına getmişdir. Az sonra ona Sahibin arvadı “Esi” kimi tanıdığı qadın və onun rəfiqəsi yaxınlaşmışdır. Onlar söhbət etməyə başlayanda Sahib yolu keçib mənə yaxınlaşmışdır. Bu zaman, saat 18:20 olardı ki, onlara 3-4 nəfər polis əməkdaşları yaxınlaşmışdırlar. Onlar o və Sahibə narkoitk vasitələrin qanunsuz dövriyyəsində şübhəli olunduqlarını bildirib rəsmi şübhəli şəxs qismində saxladıqlarını bildirmişdirlər. Həmin vaxt Sahib əlini cibinə salıb cibindən çıxartdığı bütün pulu yaxınlıqdakı arvadı Esi adlı qadına vermişdir. O və Sahibi yaxınlıqdakı xidməti avtomobilə əyləşdirmişdirlər. Onlar ikisi də bir avtomobildə imişlər. Oradan birbaşa Sumqayıt ŞPİ-nə gətirilmişdirlər. Yolda hər hansı bir yerə getməmişdirlər. Saxlanıldıqları yerdən birbaşa polis idarəsinin inzibati binasına gətirilmişdirlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Ona hüquqlarının müdafiəsi üçün vəkil Günay Cəfərova təqdim edilmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub- olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişdirlər. O, həmin vaxt əynində olan qara rəngli gödəkcəmin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 bükümü çıxardıb təqdim etmiş, həmin şəffaf rəngli sellofana bükülmüş 01 büküm açıldıqda içərsində qəhvəyi rəngli narkotik vasitə olan heroin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o, bildirmişdir ki, ondan aşkar olunan maddə narkotik vasitə «kakos»dur, həmin maddəni bu gün gündüz saatlarında tanışı Sahib adlı şəxsdən şəxsi istifadəsi üçün 10(on) manat müqabilində almış və üzərində saxlamışdır. Onun üzərindən aşkar edilmiş bir büküm içərsindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün içərsindəki maddə ilə birlikdə çəkisinin 0,93 qram olduğu müəyyən edilmişdir. Ondan aşkar olunmuş bir büküm içərisindəki maddə ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİNnin 124 saylı möhürü ilə möhürlənmişdir. Saxlanılarkən, ona qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamışdır.Tutulduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Aralrmdakı söhbət zamanı Sahib adlı şəxsin narkotik vasitəni “iranlı’’ kimi tanına şəxsdən, hər dəfəsində təxminən 40 qram olmaqla, 400-500 manata alırmış. Sahib əldə etdiyi narkotik vasitəni satmaqla gəlir əldə edib və həmin gəlirlə də satmaq üçün növbəti dəfə narkotik vasitələr alırmış. Sahib adlı şəxsə verdiyi 10 manat pulun orta hissəsi cırılmış və skoçla yapışdırılmış formada olduğu üçün tanıyırmış. (İ cild iş vərəqə 227-229) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi, satması və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin gün saat 18 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlamətləri ilə uyğun gələn şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Yaxınlaşdığı şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs2 və Musayeva Şirzad qızı olduğunu bildirmişdir. Onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Sahib Əmiorov həyat yoldaşı olduğunu bildirdiyi bir xanıma yaxınlaşıb üzərində olan pulu vermişdir. Daha sonra onları Sumqayıt ŞPİ-nə aparmışdırlar. Birinci Pərvanən üzərinə şəxsi axtarış keçirilmişdir. Sumqayıt şəhər Pİ-də xidməti otaqlarının birində vəkilin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 özü əynində olan gödəkçəsinin cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümün daxilindəki narkotik vasitə olan heroindir və həmin maddəni tutulduğu gün tanıdığı Təqsirləndirilən şəxs2 şəxsi istifadəsi üçün 25 iyirmi beş manata almışdır. Daha sonra Sumqayıt şəhər Pİ-də xidməti otaqlarının birində vəkilin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 özü əynində olan pencəyin cibindən bir ədəd bükümü, 01 ədəd elektron tərəzini, həmçinin, bir ədəd mobil telefonu çıxardaraq təqdim etmişdir. Sahibin üzərindən çıxan büküm açılan zaman içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin maddəni bir gün əvvəl Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nın əməliyyat müvəkkili Şahid3 və Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru Şahid2 məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid polis əməkdaşı Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 112-114, 162-164) Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Pərvanə ilə yaxın tanışlığı yoxdur. Sahib onun qonşusudur, onu narkotik satan kimi tanımamışdır, dostluqları olmuşdur. Hadisə günü Esmira ilə mağazaya getmişdir. Sahib Esmiraya zəng edərək ona nəsə verəcəyini demişdir. Verəcəyi şey narkotik olmamışdır. Onlar gedib oraya çatanda polislərin gəldiyini görmüşlər. Sahibin narkotik vasitə satmasını bilməmiş, istifadə etməyini bilmişdir. Pərvanə barədə Esmira ona heç nə deməmişdir. Sahibin Esmiraya pul verdiyini görməmişdir. Pərvanə ilə Sahibi eyni vaxtda saxlamışlar. Birinci gələndə Pərvanəni qapının ağzında görmüş, orada nə etdiyini soruşmuş, Pərvanə isə işinin olduğunu demişdir. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Esmira Əmirovam təxminən 12 ilə yaxındır ki tanıyırmış. Onunla aramızda dostluq əlaqələri var imiş. Esmira Əmirova ikinci dəfə Təqsirləndirilən şəxs2 adlı şəxslə ailə həyatı qurmuşdur və onlar onunla qonşuluqda yaşayırmışlar. Esmira əri Sahibin narkotik vasitələrin aludəçisi olması, eyni zamanda satışı ilə məşğul olması barədə ona danışmışdır. O, Esmiraya Sahibdən boşanmasını təklif etsə də, Esmira Sahibdən əvvəl artıq bir dəfə evli olduğunu, həmin nikahın uğursuz olması səbəbindən boşanaraq Sahiblə ailə qurduğunu və Sahibdən ayrılacağı təqdirdə heç kimin onu saxlamayacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Esmira ondan xahiş etmişdir ki, onunla birlikdə Sumqayıt şəhər xəstəxanasına gedələr. X16 19 virusuna qarşı vaksin vurduracaqmış. Onlar xəstəxanaya getmişdirlər, orada Esmira vaksin vurdurduqdan sonra yaşadıqları ünvana geri qayıtmışdırlar. Həmin gün yəni, xx.xx.2021-ci il tarixdə təxminən saat 18 radələrində İnşaatçılar qəsəbəsində yerləşən yaşadıqları evin yaxınlığındakı "İmdad marketin qarşısında bir nəfər qadının dayandığını görmüşdürlər. Esmiranın həmin qadını görəndə səbəbsiz yerə əsəbləşdiyini hiss etmişdir. O, Esmiradan nə baş verdiyini soruşduqda Esmira, həmin qadının əri Sahibinin yanına getdiyini və ondan narkotik vasitə alacağını demişdir. O, Esmiraya heçnə deməmişdir. Esmira telefonunu çıxardaraq Sahibə zəng etmiş və harada olması ilə maqarlanmışdır. Sahibin Esmiraya nə dediyini o, eşitməsə də, zəngi sonlandırdıqdan sora o, Esmiradan Sahibin nə dediyini soruşmuşdur. Esmira isə Sahibin anasının evində olduğunu, gələn qadın üçün narkotik vasitə hazırladığını və qısa zamanda gələcəyini demişdir. Onlar marketin yaxınlığında dayanıb Sahibi gözləyirmişlər. Təxminən 2-3 dəqiqə sonra Sahib adını sonradan bildiyi Pərvanə adlı həmin qadına yaxınlaşmışdır. Onlar da Esmira ilə birlikdə Sahib və Pərvanə tərəf gələn zaman qıraqdan 3 nəfər şəxsin yaxınlaşıb Sahibi və Pərvanəni saxladıqlarını görmüşdür. Tam yaxınlaşanda ona məlum olmuşdur ki, Pərvanə və Sahibi saxlayanlar polis əməkdaşlarıdırlar. Polis əməkdaşları Pərvanə və Sahibi apardıqları zaman Sahib onlardan xahiş etmişdir ki, üstündəki pulu Esmiraya versin. Polislər etiraz etməmişdirlər. Sahib əlini cibinə salıb 25 manat pul çıxarıb Esmiraya vermişdir. Sahib və Pərvanəni təxminən 100 metr aralıdakı avtomobillərə əyləşidirib polis əməkdaşları polis idarəsi istiqamətində yola çıxmışdırlar.( cild 1, iş vərəqə 91-93) Məhkəmədə əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Sahiblə rəsmi nikahları vardır. Hadisə günü polislər gəlib Sahibi tutmuşlar. O, Ziba ilə gələrkən Pərvanənin qapıda durduğunu, Sahibin evin içindən çıxartıldığını görmüşdür. Sahibin narkotik vasitələrdən istifafə etdiyini, hərdən Pərvanəyə də narkotik vasitə verdiyini bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 noyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1971-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 05) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 noyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, 09.11. 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (İ cild, iş vərəqə 183) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarışın keçirilməsi barədə” 15 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli pencəyin sol iç cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülmüş 01 büküm və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 29-30) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “diskə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, video görüntünün 01-ci saniyəsində Sumqayıt ŞPİ-nin TŞ-də təhqiqatçı Şahid4 xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs2 olduğunu bildirir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin üzərində saxlanılmasında və istifadəsində şübhəli şəxs qismində saxlanıldığını və Sumqayıt ŞPİ-nin TŞ-nə gətirildiyini deyir. Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs2 təqdim edir və özü də oxuyur. Daha sonra təhqiqatçının göstərişi ilə mülki geyimdə olan polis əməkdaşları özlərini təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etməsi üçün sonuncunun seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təyin olunduğunu bildirir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini deyir. Görüntünün 03:03-cü saniyəsində Təqsirləndirilən şəxs2 özü əynində olan boz rəngli pencəyinin sağ iç cibindən bir ədəd qara rəngli "Samsung” markalı mobil telefonu, həmin pencəyin sol yan cibindən bir ədəd elektron tərəzini və həmin pencəyin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxardaraq təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 həmin tərəzinin və bükümləri nə vaxt, haradan, kimdən və həmin kütlələrin müqabilində nə qədər ödəniş etdiyi, hansı məqsədlə üzərində gəzdirdiyni soruşduqda Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitəni dünən Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 500 manat müqabilində və şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirdir. Qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilmədi. Görüntünün 07:30 saniyəsində Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddə təhqiqatçı tərəfindən açıldıqda qəhvəyi rəngli toz halında olduğu və həmin büküm tərəziyə qoyub çəkən zaman həmin maddənin şəffaf sellofan ilə birlikdə çəkisinin 17,22 qram olduğu müəyyən olunur. Təhqiqatçı Təqsirləndirilən şəxs2 Əsagər oğlunun təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon xüsusi əhəmiyyət kəsb etdiyindən xüsusi qaydada qaydada zərfə qablaşdırılır. Bundan sonra sonuncunun üzərindən aşkar olunmuş elektron tərəzi və narkotik vasitəyə bənzər bükümlər Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Tərtib olunmuş protokollar iştirakçılar tərəfindən imzalanır. Görüntünün 14:16-ci saniyəsində çəkiliş təhqiqatçının məruzəsi ilə yekunlaşdırılır. Baxış zamanı istintaq üçün zəruri ola biləcək başqa sübut növü aşkar edilmir.( İ cild, iş vərəqə 146-147) Şəxsi axtarışın keçirilməsi barədə, diskə baxış keçirilməsi barədə protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarışın keçirilməsi barədə” 15 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür.(İİ cild , iş vərəqə 206-207) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “diskə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, video görüntünün 01-ci saniyəsində Sumqayıt ŞPİ-nin TŞ-də təhqiqatçı Şahid4 xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 olduğunu bildirir Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin üzərində saxlanılmasında və istifadəsində şübhəli şəxs qismində saxlanıldığını və Sumqayıt ŞPİ-nin TŞ-nə gətirildiyini deyir. Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs1 təqdim edir. Daha sonra təhqiqatçının göstərişi ilə mülki geyimdə olan polis əməkdaşları özlərini təqdim edilər. Təhqiqatçı Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X4 təyin olunduğunu bildirir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini tələb edir. Görüntünün 01:34-cü saniyəsində Təqsirləndirilən şəxs1 özü əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxardaraq təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 həmin bükümün nə olduğunu, nə vaxt, haradan, kimdən və həmin kütlənin müqabilində nə qədər ödəniş etdiyi, hansı məqsədlə üzərində gəzdirdiyni soruşduqda Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitəni bu günorta Sahib adlı şəxsdən 25 manat müqabilində və şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra təhqiqatçının göstərişi ilə Sumqayıt ŞPİ-nin ƏRQ-nun operatoru polis kiçik serjantı X11 Musayevayanın üzərinə şəxsi axtarış keçirdir. Qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilmir. Görüntünün 03:10-cu saniyəsində Təqsirləndirilən şəxs1nın üzərindən aşkar olunmuş maddə təhqiqatçı tərəfindən həmin büküm tərəziyə qoyub çəkən zaman həmin maddənin şəffaf sellofan ilə birlikdə çəkisinin 0,90 qram olduğu müəyyən olunur. Təhqiqatçı Təqsirləndirilən şəxs1 vəkili X6 hər hansı bir sualının olması barədə soruşduqda vəkil Günay Cəfərova hüquqlarının müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs1 saxlanılarkən hər hansı biri fiziki zor tətbiq olunduğunu və üzərindən aşkar olunmuş maddənin özünə məxsus olması barədə soruşduqda Təqsirləndirilən şəxs1 bildirdi ki, heç bir fiziki zor tətbiq olunmayıb və həmin maddə özünündür bildirir. Bundan sonra sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Tərtib olunmuş protokollar İştirakçılar tərəfindən imzalanır. Görüntünün 06:02-ci saniyəsində çəkiliş təhqiqatçının məruzəsi ilə yekunlaşdırılır. Baxış zamanı istintaq üçün zəruri ola biləcək başqa sübut növü aşkar edilmir.( İ cild, iş vərəqə 260-261) Şəxsi axtarışın keçirilməsi barədə, diskə baxış keçirilməsi barədə protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 16.11,2021-ci il tarixli 6/5065 №li rəyində göstərilmişdir ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №li124” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs2 aşkar edilmiş ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 15,686 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunəsi isə müqayisəli tədqiqatı aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. (İ cild, iş vərəqə: 48-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5066 №li rəyində göstərilmişdir ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №İi124" dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd şəffaf rəngli sellfan bükümdə təmiz çəkisi 0,733 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.( İ cild, iş vərəqə 216-220) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021 -ci il tarixli 6/5292 №li rəyində göstərilmişdir ki, üzərində "...Təqsirləndirilən şəxs2 aşkar edilmiş ..." sözləri olan 1 №li zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 15,636 qram olan narkotik vasitə heroinlə, üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ..." sözləri olan 2 №li zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,683 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. ( cild 2, iş vərəqə 32-37) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “pulun könüllü təqdim edilməsi haqqında” protokoldan görünür ki, iş üzrə X1 olaraq təqdim etdiyi 25 manat pul sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Həmin pullardan 3 ədədi 5 manatlıq, 1 ədədi isə 10 manatlıq əskinas formasında olmuşdur, 10 manatlıq əskinasın orta hissəsi cırılmış vəziyyətdə olmuşdur. Həmin hissə yapışqanlı lentlə birləşdirilmişdir. Könüllü təqdim etmə İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilib əksi çıxarılmaqla işə əlavə edilmişdir.( cild 1, iş vərqə 84-85) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, iş üzrə X5 təqdim etdiyi 10 manatlıq pul əskinası 3 ədəd başqa 10 manatlıq pul əskinasları ilə Təqsirləndirilən şəxs1 tanınmaya təqdim edilmiş, sonuncu 1 qramlıq çəkidə narkotik vasitə olan heroin almaq üçün Təqsirləndirilən şəxs2la 25 manata razılaşıb, 15 manatını sonra vermək şərtiylə 10 manat pul əskinasını Təqsirləndirilən şəxs2 verdiyini bildirərək, tanınmaya təqdim edilmiş 10 manatlıq pul əskinasları arasından məhz Esmira Əmirovanın təqdim etdiyi A18619145 seriyalı 10 manatlıq pul əskinasını seçib, həmin pulun Təqsirləndirilən şəxs2 verdiyi pul olduğunu bildirmişdir. Tanınmaya təqdim etmə istintaq hərəkəti zamanı fotoşəkillər çəkilib əksi çıxarılmaqla işə əlavə edilmişdir.( cild 1, iş vərəqə 132-138) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus mobil nömrənin sms bölməsinə narkotik vasitələrin alqı-satqısı məzmununda smslər daxil olub çıxmışdır.( cild 1, iş vərəqə 171) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021 -ci il tarixli 5124 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindiromu (narkomonaiya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 2, iş vərəqə 30-31) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 69 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomonaiya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 2, iş vərəqə 23-24) Cinayət işinin materiallarından görününr ki, ekspertiza tərəfindən tədqiq olunmuş Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanaraq götürülmüş 15,686 qram narkotik vasitə olan heroindən, tədqiqatdan sonra qalıq qalmış 15,586 qram narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanaraq götürülmüş 0,733 qram narkotik vasitə olan heroindən, tədqiqatdan sonra qalıq qalmış 0,633 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir.( cild 2, iş vərəqə 43-45) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsini özündə əks etdirən 01 ədəd CD Compact disk, Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsini özündə əks etdirən 01 ədəd CD Compact disk, X1 olaraq təqdim etdiyi 25 manat pul maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. ( cild 2, iş vərəqə 92-112) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1992-ci il tarixdə qüvvədə olan həmin dövr üçün Azərbaycan Respublikası CM-nin 95- ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1992-ci il tarixli amnistiya qərarının 8-ci maddəsinin “v" bəndinə əsasən çəkilməmiş cəzası 1/3 qədər azaldılıb, 06 il 03 ay 18 gün cəzası saxlanılmış, xx.xx.1998-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.1999-cu il tarixdə qüvvədə olan həmin dövr üçün Azərbaycan Respublikası CM-nin 93-3-cü maddəsinin 3-cü hissəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001- ci il tarixdə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 01 il 07 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 Yasamal rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.2, 66.3, 91.1.4-cü maddəsi ilə 05 il 06 ay müddətinə, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 177.2.2, 67.1-ci maddəsi ilə 04 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 31,12.2013-cü il tarixdə Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq cəzasının sonu ilə azad olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 06 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır.xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmış, xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM- nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasnı CM-in 18.1-ci maddəsində qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Buna görə də Təqsirləndirilən şəxs2 məhkumluğu olan şəxsdir və onun əməlində cinayətlərin residivi vardır ( İ cild, iş vərəqə 128-131) Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır.( İ cild, 259) Elektron məhkəmə-informasiya sistemində olan məlumatlardan və iş materiallarına əlavə edilmiş məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02(iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılmış və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (gün) müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra hakimiyyəti MKTİB-nin 1 saylı MKS tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. ( İİ cild, iş vərəqə 42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra hakimiyyəti MKTİB-nin 7 saylı MKS tərəfindən verilən xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.( İİ cild, iş vərəqə 40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2010-cu il təvəllüdlü X9 adlı azyaşlı uşağı vardır. (İİ cild, iş vərəqə 38) Məhkəmə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaması, üzərində narkotik vasitə olan heroin olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Bundan başqa Təqsirləndirilən şəxs2 əldə edərək saxladığı narkotik vasitənin külli miqdarda olması, üzərindən elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs2 məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 və polis əməkdaşlarının istifadəsində olmuş mobil telefon nömrələrinin mobil operatorlardan götürülmüş məlumatlara əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, Rustavi küçəsində saxlanılması barədə təqsirləndirilən şəxsin özünün ifadələrinə və müdafiəçisinin məhkəmə çıxışına münasibət bildirərək qeyd etmək istəyir ki, mobil operatorlardan götürülmüş məlumatlarda antenlərin ünvanları qeyd edilmiş, antenlər isə bir neçə kilometr ərazini əhatə edərək müxtəlif ərazilərdə yerləşən mobil telefon nömrələrinə xidmət edə bilər, həmçinin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Rustavi küçəsi ilə və Sumqayıt şəhər Polis İdarəsi bir-birilərinə yaxın ərazilərdir, aralarında təxminən 700-800 metr məsafə vardır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ona narkotik vasitə satmaması, üzərində narkotik vasitə olmaması barədə sonradan məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, özünün və həmçinin yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 234.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 isə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild İ, iş vərəqə 21, 102-104) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş hissəsi 06 ( altı) ay 25 (iyirmi beş) gün təşkil edir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qətimkan tədbiri seçilməklə dərhal MSY-dən azad edilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 29 noyabr 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs1 07 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. ( cild İ, iş vərəqə 199, 245-246) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddəti Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı, təqsirləndirilən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət, 07 dekabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək tutularaq həbsdə saxlandığı 14 (on dörd) gün müddət, Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən 17 oktyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixdək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət, ümumilikdə 18 (on səkkiz) gün müddət təyin olunan cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 qızna təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və o, həmin cəzanı yaşayış yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs1 qıznın üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 qıznın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o , dərhal həbsdən azad olunmaılıdır Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 15,586 narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,633 narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, iş materiallarına əlavə olunmuş 25 (iyirmi beş) manat pul məcburi qayadada dövlət nəfinə müsadirə olunmalı, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 265,34 (iki yüz altmış beş manat otuz dörd qəpik) manat təqsirləndirilən şəxslərin hər birindən 132,67 (yüz otuz iki manat altmış yeddi qəpik) manat təqsirləndirilən şəxslərin hər birindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 ( altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-415/2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla o, qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət, 07 dekabr 2023cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək tutularaq həbsdə saxlandığı 14 (on dörd) gün müddət, Sumqayıt şəhər məhkəməsinin qərarına əsasən şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 06 gün müddətinə bərabər tutulmaqla, həmçinin birinci hökm üzrə çəkdiyi 06 ay 25 gün müddət, ümumilikdə 08 ay 01 gün müddət təyin olunan cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 il (iki) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və o, həmin cəzanı yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin sübutların saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 15,586 narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,633 narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, iş materiallarına əlavə olunmuş 25 (iyirmi beş) manat pul məcburi qayadada dövlət nəfinə müsadirə olunsun, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 265,34 (iki yüz altmış beş manat otuz dörd qəpik) manat təqsirləndirilən şəxslərin hər birindən 132,67 (yüz otuz iki manat altmış yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Səd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar