Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-67/2024 15.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə3, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs1 Oktay qızı və onun qanuni nümayəndəsi Şahid4, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.2005-ci ildə Qusar rayonu Piral kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Qusar rayonu Pİral kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 149.2.3, 150.2.3 (01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) 150.2.5, 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmiş, o cümlədən, təkrarən onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmiş, bundan başqa, onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etməklə onunla təbii yolla cinsi əlaqədə olub onu zorlamışdır. Belə ki, o, “instagram" sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Bakı şəhər sakini, xx.xx.2008-ci il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs2 onunla ailə həyatı quracağı adı ilə aldadaraq özü ilə birlikdə qaçmağa inandırmış, 12 iyul 2022-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs2 ilə Bakı şəhəri, 2-ci Alatava ərazisində “Meşə Parkı” da görüşmüş, həmin görüşdə də Zərərçəkmiş şəxs2 ailə qurmaq məqsədilə özü ilə qaçmağa razı salmış və Bakı şəhəri "Şamaxinka" adlanan ərazisindən taksi ilə Qusar rayonu Piral kəndində yerləşən yaşadığı evə gətirmiş, xx.xx.2022-ci il tarixdə, saat təxminən 23 radələrində rayonun Piral kəndində yerləşən yaşadığı evdə onun üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətindən istifadə etməklə iradəsinə zidd olaraq zor tətbiq etməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən 2022-ci ilin təxminən yanvar-fevral aylarından “İnstagram" sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Gəncə şəhər sakini, xx.xx.2006-cı il təvəllüdlü, Zərərçəkmiş şəxs1 onunla evlənib ailə həyatı quracağı adı ilə aldadaraq birlikdə Bakı şəhərində yaşayacaqlarına inandırmış, Zərərçəkmiş şəxs1 ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhərində görüşmüş, xx.xx.2022-ci il tarixdə Günay Quliyevanı Qusar rayonu Piral kəndində yerləşən yaşadığı evə gətirmiş, xx.xx.2022-ci il tarixdə, saat təxminən 10 radələrində yaşadığı evdə, onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə etməklə iradəsinə zidd olaraq zor tətbiq etməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, daha sonra həmin gün, saat təxminən 24 radələrində yenə də yaşadığı qeyd olunan ünvanda yerləşən evində Zərərçəkmiş şəxs1 Cəmşid qızının köməksiz vəziyyətindən istifadə etməklə onun iradəsinə zidd olaraq zor tətbiq etməklə təbii yolla cinsi əlaqədə olaraq onu zorlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə iyun ayının əvvəlindən “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Sosial şəbəkədə yazışdığı zaman Zərərçəkmiş şəxs2 ailəsi tərəfindən incidildiyini söyləmişdir. Zərərçəkmiş şəxs2 evlənmək məqsədilə 12 iyul 2022-ci il tarixdə qaçırmışdır. Ailəsi Zərərçəkmiş şəxs2 kim olduğunu soruşduqda evlənmək məqsədilə öz razılığı ilə qaçırdığını söyləmişdir. Qaçırdığı gecə onunla öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Əvvəlcə Zərərçəkmiş şəxs2 istəyilə olmuş, lakin sonradan istəyinin olmamasını qeyd etmişdir. Hadisə zamanı özünün 17 yaşı olmuşdur. Zərərçəkmiş şəxs2 ona ailəsinin olduğunu lakin ona yaxşı davranmadıqları üçün qalmaq istəmədiyini söyləmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 öz qardaşı arvadına zəng edərək sevdiyi oğlanla qaçdığını və onu axtarmamalarını deyəndə ünvanı söyləməmişdir. Nənəsi Türkanəyə səsli mesaj gönədərərək istəyirsə qayıtmamasını söyləmiş, o da Türkanəyə nənəsinin göndərdiyi səsli mesajı silməməsini tapşırsa da, o sonradan səsli mesajı silmişdir. Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs2 atası ilə telefonla danışarkən olduqları ünvanı ona söyləmişdir. Atası qızının azyaşlı olduğunu və qızını ona qaytarmasını istəmişdir. Daha sonra qızın atası onların yerini öyrəndikdən sonra hadisə ilə bağlı polisə xəbər vermiş və polis əməkdaşları hadisədən sonrakı günün sabahı onu aparmışlar. Zərərçəkmiş şəxs2 ona Polis idarəsinə aparılarkən onların cinsi əlaqədə olması barədə nəsə bir şey deməməsini söyləmiş, lakin polis kapitanı Samiq onu döyərək onun dediyi kimi yazmalı olduğunu bildirmişdir. Bu hadisədən sonra o avqust ayında Günay ilə də instagram sosial şəbəkəsindən tanış olmuşdur. Günay onunla tanış olarkən anasının onu başqasına ərə vermək istədiyini, amma özünün bunu istəmədiyini söyləmişdir. Daha sonra Günay Gəncə şəhərindən avtobusla gələcəyini bildirmiş o da öz növbəsində Günayı tezdən saat 6-da avtovağzaldan götürmüş və oradan da Qusar rayonuna aparmışdır. Təqsirləndirilən şəxs Günayla təbii yolla cinsi əlaqədə olmuşdur. O bildirdi ki, Günayı da evlənmək məqsədilə və özünün razılığı ilə qaçırmış, evdə ailəsi bu haqda soruşarkən ailəsinə də belə məlumat vermişdir. Günayın 16 yaşının olduğunu sonradan özündən öyrənmiş, bakirə olduğunu və həmin gecə onun bakirəliyini pozduğunu söyləmiş, həmçinin onunla qeyri-təbii yolla da cinsi əlaqədə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan edilmiş itihham üzrə təqsirli bilərək göstərmişdir ki, atası o, nənəsi X5 ilə birlikdə yaşamışlar. 2020-ci ildə anası X6 atası evlərində öz kişi dostu ilə xəyanət edərkən tutduğuna görə rəsmi qaydada boşanmışlar, ona görə də, anası ilə həmin vaxtdan münasibətləri yoxdur, hərdənbir mobil telefon vasitəsi ilə əlaqə saxlayıb danışırlar. Atası Qanuni nümayəndə1 Qusar şəhərində yerləşən “Pioneer” marketində fəhlə işləyir. Kiçik qardaşı X7 13 yaşı vardır, anası Marına Xakimova ilə birlikdə Xaçmaz rayonunun Ləcət kəndində yaşayırlar. X16 Xaçmaz rayon Ləcət kənd tam orta məktəbinin 7-ci sinfini bitirib 8-ci sinfə keçmişdir, hal- hazırda yay tətili olduğuna görə 2022-ci ilin iyun ayının sonlarında Qusar rayonu Piral kəndinə gəlib onlarla birlikdb müvəqqəti qalır. Özü Qusar rayonu Piral kənd tam orta məktəbinin 11-ci sinfində təhsil almış, lakin 2022-ci ilin aprel ayında atası Qanuni nümayəndə1 Bakı şəhərinə işləmək üçün gedərkən onu da özü ilə apardığından məktəbdə təhsilini yarımçıq qoyub getdiyinə görə 11-ci sinifdə təhsilini qurtara bilməmiş, təhsili yarımçıq qalmışdır. 2022-ci ilin aprel ayında atası ilə birlikdə Bakı şəhərinə getdikdən sonra atası işinə görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində işlədiyinə görə orada qalmış, özü də Bakı şəhəri “20 yanvar” metrostansiyasının yerləşdiyi dairənin yaxınlığında fəaliyyət göstərən “Şaurma №1" adlı kafedə masa xidmətçisi işlədiyinə görə Bakı şəhəri “Memar Əcəmi” metrostansiyasının yaxınlığında kirayə ev tutub orada qalmışdır. 2022-ci ilin iyul ayının əvvəllərində nənəsi Zahirə Butayeva infarkt keçirdiyinə görə atası Qanuni nümayəndə1 məcbur olub Qusar rayonu Piral kəndinə, yaşadıqları evə qayıtmışdır. Özü də 2022-ci ilin təxminən iyun ayının ortalarında Xırdalan şəhərində “Ulduz” adlı kafedə masa xidmətçisi kimi yeni iş tapdığına görə Xırdalan şəhərinə köçərək orada “Misir” parkı deyilən yerin yaxınlığında kirayə qalmağa başlamışdır. Onunla birlikdə həmin evdə Rövşən, Zamin, Nicat adlı şəxslər də qalmışlar. Həmin şəxslər bu evi ondan əvvəl kirayə götürmüşlər, onlarla əvvəllər heç bir tanışlıqları olmamış, sonradan internet elanında bu evdə qalmaq üçün 4-cü adam axtarılması barədə elan görüb bundan sonra həmin şəxslərlə tanış olmuşdur. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanımış, onlarla aralarında qohumluq əlaqələri, düşmənçilik və ya ədavətləri olmamışdır. 2022-ci ilin təxminən iyun ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə “Söhbət” qrupunda Zərərçəkmiş şəxs2 profilinə yazaraq tanış olmuşdur. Zərərçəkmiş şəxs2 ilə “İnstagram” sosial şəbəkəsində təxminən 10 gün ərzində danışıb ona ailə qurub evlənməyi təklif edərək Türkanəni razı salmışdır. Türkanənin öz mobil telefonu, telefon nömrəsi olmamışdır. Türkanənin deməsinə görə valideynləri ona telefon almamışlar, ona görə də anasının mobil telefonundan “İnstagram" sosial şəbəkəsinə girərək bu yolla onunla əlaqə saxlamışdır. 12 iyun 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri 2-ci Alatava ərazisində olan “Meşə Parkı”da Zərərçəkmiş şəxs2 ilə görüşmüşlər. Həmin görüş zamanı da onunla evlənmək haqqında söhbət edərkən Türkanə ona yaşının çox az olduğunu, ailə qurmağın onun üçün tez olduğunu bildirsə də, ona heç bir problem olmayacağını, 18 yaşı tamam olana qədər ona toxunmayacağını, onu qaçırdıb 18 yaşı tamam olandan sonra evlənəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ilə Bakı şəhəri “Şamaxinka” adlanan yerə gedib taksilərdən biri ilə Qusar rayonuna yola düşmüşlər. Quba şəhərinə çatıb başqa taksi ilə birbaşa Qusar rayonu Piral kəndində yerləşən yaşadığı evə gəlmişlər, Onlar evə çatarkən saat təxminən 22 radələri olmuşdur. Evdə atası Qanuni nümayəndə1, kiçik X16 və nənəsi Zahirə Butayeva olmuşdur. X24 Bayramovanı görüb onun kim olduğunu soruşanda, atasına Türkanə ilə bir-birlərini sevdiklərini, onunla ailə qurmaq üçün qaçırtdığını bildirmişdir. Atası ona Türkanənin kim, hansı ailədən olması, onu haradan gətirdiyini deyəndə atasına bir söz deməyib Türkanə ilə öz otağına keçmişlər. Türkanə ilə adları çıxıb valideynlərinin onu əlindən almamalarından ötrü onunla tez-bazar cinsi əlaqədə olmaq qərarına gəlmişdir. Bundan sonra elə həmin gecə, yəni xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində otağında olarkən Zərərçəkmiş şəxs2 cinsi əlaqədə olmağı təklif etmiş, lakin Türkanə hələ uşaq olduğunu yaşının az olduğunu, 18 yaşı tamam olmadığını, cinsi əlaqədə olmağa qorxduğunu deməsinə baxmayaraq onun sözlərinə məhəl qoymadan Türkanənin əynində olan patarları soyundurub onu otağındakı çarpayıya uzatmışdır. Bundan sonra öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs2 arxa nahiyəsinə soxmağa başlamış, həmin vaxt Türkanə ona cinsi əlaqədə olmaq istəmədiyini, ona toxunmamasını, ona qarşı etdiyi bu zorakı hərəkətləri dayandırmasını desə də, onun sözlərinə məhəl qoymayıb öz cinsiyyət orqanını zorla onun arxa nahiyəsinə soxmuşdur. Həmin vaxt Türkanə qışqırıb bir daha onu istəmədiyini, bu hərəkəti ona etməməsini, dayanmasını yalvarıb xahiş etsə də, təxminən 2-3 dəqiqə ərzində onunla bu yolla, zorla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Türkanə onunla qeyri-təbii yolla cinsi əlaqədə olarkən altında fırlanaraq, üzüyuxarı çevirlib əli ilə onu özündən itələməyə çalışaraq mane olmağa çalışmış, altından çıxmaq istəmiş, o isə onun hər iki əllərini öz əlləri ilə tutub sıxıb saxlamışdır ki, işini rahat görüb cinsi istəyini başa çatdırsın, ona mane olmasın. Türkanə ilə zorla qeyri-təbii yolla cinsi əlaqədə olub işini qurtardıqdan sonra Zərərçəkmiş şəxs2 cinsi əlaqədə olmaq istəmədiyini, ona etmə dediyi halda onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğuna görə inciyib küsmüş, onu danışdırmamışdır. Türkanə ilə qeyri təbii yolla cinsi əlaqədə olarkən evdə atası, qardaşı və nənəsi olsa da, onlar həmin vaxt öz otaqlarında yatmışlar, ona görə də bu işdən xəbər tutmamışlar. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 qaçırtdığına görə valideynlərinin şikayəti əsasında evlərinə polis əməkdaşları gəlib Türkanəni aparmışlar. Onu da, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə çağırıb bu işlə bağlı orada izahatını almışlar. Orada məlum olmuşdur ki, Türkanə ona yaşını çoxaldaraq 17 yaşının olduğunu desə də, faktiki onun yaşı 13 olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs2 ilə əlaqəsi kəsilmiş, onunla heç bir sosial şəbəkə vasitəsi ilə və ya başqa yolla əlaqə saxlaya bilməmişdir. Bakı şəhərinə getdikdən sonra daha Qusar rayonuna qayıtmamış, Xırdalan şəhərində kirayə qaldığı evə gedərək orada qalıb təxminən 1 həftə Bakı şəhəri, “20 yanvar” dairəsində yerləşən əvvəl işlədiyi “Şaurma №1" adlı kafedə, daha sonra Xırdalan şəhərində yerləşən “Ulduz” kafesində işini davam etdirmişdir. Bundan sonra “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 ilə münasibətlərini davam etdirməyə başlamışdır. Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin təxminən yanvar-fevral aylarında "İnstagram” sosial şəbəkəsində olan "Aşkolar" qrupunda öz təşəbbüsü ilə tanış olmuşdur. Həmin vaxt öz “Tural_çeçenka_08” adlı “İnstagram” profilindən Günaya mesaj yazaraq tanış olmalarını təklif etmişdir. Zərərçəkmiş şəxs1 da onunla təxminən 4 ay müddətində mütəmadi olaraq mobil telefon vasitəsi ilə danışmış, hətta bir-birlərinə öz şəkilərini göndərmişlər. Təxminən 2 ay bundan əvvəl Günaya onu çox sevdiyini deyərək ailə həyatı qurub evlənməyi təklif etmiş, lakin Günay hələ 15 yaşının olduğunu, birlikdə yaşasalar problem yaranacağını bildirsə də, onu heç bir problem olmayacağına əmin edib onunla birlikdə qaçmasına razı salmışdır. “İnstagram" profilinin adını “Tural_çeçenka_08” olduğuna görə Günaya da adını yalandan elə Tural olduğunu, anasının öldüyünü, Bakı şəhərində işlədiyini demiş, öz adının Amir olduğunu əvvəlcə bildirməmişdir. Zərərçəkmiş şəxs1 da onunla söhbət edərkən tez-tez ailəsində problemlər olması, anası ilə yola getməməsi haqqında danışmışdır. Ona görə də, Zərərçəkmiş şəxs1 Bakı şəhərinə gəlib onunla bir ailə kimi yaşamasını, onu saxlayacağını, Bakı şəhərində evi olduğunu demiş, Günay da evdə anasının onu başqa şəxsə vermək istədiyini deyib evdə qalmaq istəmədiyini, onunla yaşamaq üçün evdən qaçıb Bakı şəhərinə gəlmək istəmiş, o da hər şeyin yaxşı olacağını, birlikdə yaşayacaqları halda heç bir problem olmayacağını, bir ailə kimi yaşayacaqlarını deyib onu inandırıb razı salmışdır. Onun bu sözlərindən sonra Günay ürəklənərək evdən qaçıb onun yanına gəlmək qərarına gəlib xx.xx.2022-ci il tarixdə, saat təxminən 06 radələrində Gəncə şəhərindən mikroavtobusla Bakı şəhərinə gəlmiş, Günayı Bakı şəhər avtovağzalında qarşılamışdır. Zərərçəkmiş şəxs1 ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən əlaqə saxlamış, Günayın istifadəsində 077 *** ** ** saylı mobil telefon nömrəsi olmuş, Bakı şəhərinə çatdıqdan sonra anasının onunla əlaqə saxlaya bilməməsi üçün həmin nömrəni atdığına görə Günaya işlətməsi üçün öz istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsini vermişdir. Həmin gün Günayla bir qədər Bakı şəhərində gəzdikdən sonra onu Xırdalan şəhərində yerləşən kirayə qaldığı evə aparmış, lakin evin açarı olmadığından evə daxil ola bilməmiş, həmin vaxt onunla birgə evdə kirayədə qalan oğlanlar işə getmişlər, özündə olan açarı da 1 gün əvvəl Rafael adlı qonşusuna vermişdir. Rafaelə zəng edərək ondan evin açarını istədikdə, Rafael Tovuz rayonunda olduğunu demişdir. Evin açarlarını tapa bilmədiyinə görə Günayı dostu Rövşənlə əvvəllər istirahət etmək üçün getdikləri Şamaxı rayonunda yerləşən kirayədə qaldıqları evə aparmışdır. Həmin ev Şamaxı şəhərində “VİP” marketin yanında yerləşmiş, evin sahibəsi Zemfira adlı qadın olmuşdur. Həmin qadına Günayla onu evə buraxması üçün yalandan Günayın bibisi qızı olduğunu, öz adının da Fərid olduğunu demiş, lakin Zemfira Günaydan onun adını soruşanda, Günay onun adının Tural olduğunu bildiyini dediyi üçün həmin qadın onun yalan danışdığını görüb ona Günayı qaçırtdığını bildirib özünü işə salmamaqdan ötrü həmin gecə orada qalmağa icazə verəcəyini, lakin səhəri gün çıxıb getmələrini tapşırmışdır. Zərərçəkmiş şəxs1 ilə həmin ünvanda bir gecə qalmışlar. Şamaxı rayonunda Günayla gecə bir otaqda yatsalar da, onunla aralarında heç bir intim, cinsi əlaqə və digər münasibət olmamışdır. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə, saat təxminən 10 radələrində taksi ilə Bakı şəhərinə qayıtmışlar və Bakı şəhərinə çatıb həmin tarixdə, saat 17 radələrində Bakı avtovağzalından marşurut avtobusu ilə Qusar rayonuna yola düşüb, saat təxminən 20 radələrində Qusar şəhərinə çatmışlar, oradan da Qusar avtovağzalının yanında olan dairədən taksiyə minib Zərərçəkmiş şəxs1 ilə birlikdə Qusar rayonu Piral kəndində yaşadığı evə gəlmişlər. Həmin vaxt evdə nənəsi Zahirə Butayeva, atası Qanuni nümayəndə1 və kiçik X16 olmuşdur. Atası Qanuni nümayəndə1 Günayı görüb ondan bu qızın kim olduğunu soruşmuş, o da ona Günayı ailə qurmaq üçün öz razılığı ilə qaçırıbgətirdiyini bildirmiş, atası qıza üzünü tutub ona hardan gəldiyini soruşanda Günay atasına Öz xoşu ilə gəldiyini, evlənəcəyini demişdir. Bundan sonra atası heç bir söz deməyib çıxıb getmişdir. Həmin gecə Günayla bir yerdə özünün yataq otağında yatsalar da, aralarında heç bir intim, seksual münasibət olmamış, növbəti gün evdə Günayla vaxt keçirmişlər. xx.xx.2022-ci il tarixdə, saat təxminən 10 radələrində yuxudan oyanıb həyətə düşüb əlüzünü yuyaraq yenidən otağa qayıtmış, həmin vaxt Günayın güzgünün qarşısında saçlarını daradığını görüb ona yaxınlaşıb darağı onun əlindən alıb saçlarını darayaraq onun yanağından və dodağından öpməyə başlamışdır. Daha sonra Günayı tutub güzgünün qarşısından çarpayının yanına aparıb onu öpərək soyundurmağa başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 onu soyundurduğunu görüb etiraz edərək onu özündən itələyərək uzaqlaşdırmağa çalışmışdır. Zərərçəkmiş şəxs1 ona vaxt verməsini, onunla hələ cinsi əlaqədə olmaq istəmədiyini demiş, lakin Zərərçəkmiş şəxs1 bu sözlərinə fikir vermədən, onun bütün etirazlarına baxmayaraq əynindəki paltarlarını zorla çıxartmağa başlamışdır. Günayın həmin vaxt əynində qara rəngli idman şalvarı, boz rəngli qısaqol köynək olmuşdur. Paltarlarını güclə çıxartdıqdan sonra özü də soyuna-soyuna Günayı əli ilə itələyərək zorla üzü üstə otaqda olan çarpayıya uzatmış, bundan sonra əli ilə tüpürüb cinsiyyət orqanını yaşlayaraq zorla Günayın arxa nahiyəsinə soxmağa başlamış, bu zaman Günay onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəmədiyini, ağrıtdığını deyib müqavimət göstərmiş, ondan əl çəkməsi üçün yalvarmış, onun altında hərəkət edib altından çıxmağa, yaxa qurtarmağa çalışmışdır. O da Zərərçəkmiş şəxs1 ona mane olmaması üçün hər iki əllərini tutmuşdur. Günay ona mane olmağa çalışsa da, gücü çatmamış, cinsiyyət orqanını onun arxa nahiyəsinə soxaraq onunla qeyri-təbii yolla zor gücünə təxminən 2-3 dəqiqə ərzində cinsi əlaqədə olub daha sonra otaqda olan xalçaya torumunu, yəni spermasını boşaltmışdır. Günayla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra ağlamağa başlamış, ona bu nə hərəkətdi edirsən demiş, o da gülərək onu sakitləşdirmişdir. Bundan sonra Günay onu danışdırmamışdır. Günayla qeyri-təbii yolla cinsi əlaqədə olarkən evdə yaşlı nənəsi və kiçik qardaşı olsalar da, lakin onlar öz otaqlarında olmuşlar, Günayla qeyri-təbii yolla cinsi əlaqədə olmasını bilməmişlər. Günay özünə gəldikdən sonra da həmin gün onunla təbii yolla cinsi əlaqədə olmağı təklif etsə də, Günay etiraz etmişdir. Günaya öz mobil telefonundan internet vasitəsi ilə cinsi əlaqədə olmaqla bağlı məlumatlar oxuyaraq, onunla təbii yolla cinsi əlaqədə olmağa razı salmağa çalışmışdır. Lakin Günay belə məlumatlar oxumamasını, onunla seksual və İntim münasibətdə olmaq istəmədiyini bildirmişdir. Həmin gün saat 24 radələrində yataq otağına daxil olaraq Günaya cinsi əlaqədə olmaq istədiyini deyərkən, Günay etiraz edib cinsi əlaqədə olmaq istəmədiyini bildirmişdir. Günayı yola gətirmək üçün əslində bunu dünən etməli olduqlarını, lakin təzə gəldiyi üçün ona toxunmadığını, artıq cinsi əlaqədə olmaq lazım olduğunu demişdir. Günay yaşının az olduğunu, adət-ənənə olduğunu, ailə qurmadan onunla cinsi əlaqədə olmaq istəmədiyini, bu işə görə onu tutacaqlarını bildirərək etiraz etmiş, lakin onun etirazına məhəl qoymayaraq əynində olan paltarlarını soyunmuş, yalnız qara rəngli tuman əynində olmuşdur. Bundan sonra Günayı zorla arxası üstə yatağın üzərinə uzadaraq, əynində olan paltarlarını soyundurmağa başlamışdır. Günay mane olmağa çalışsa da ona gücü çatmamışdır. Günay zorla onunla cinsi əlaqədə olmaq istədiyini görüb yalvar-yaxar edib cinsi əlaqədə olmaq istəmədiyini demişdir. Onun etirazlarına baxmayaraq Günayın əynində olan ağ rəngli zolaqlı koftanı çıxartmış, daha sonra qırmızı rəngli alt paltarını da zorla dartıb çıxardaraq durmuş vəziyyətdə olan cinsiyyət orqanını Günayın cinsiyyət orqanına soxmağa başlamışdır. Həmin vaxt Günayın əynində yalnız qırmızı rəngli, güllü naxışları olan ətəkli yubka qalmışdır. Günay eləmə deyərək, cinsi əlaqədə olmağa etiraz edib onunla zorla cinsi əlaqədə olmasına mane olmaq, müqavimət göstərmək üçün altında çox çabalamış, üzünə zərbə ilə 1 dəfə şillə vurmuş, o isə Günayın müqavimətini qırmaqdan ötrü sol əlini tutmuş, digər əli ilə də onun ağzını yummuşdur ki, qışqıra bilməsin. Bundan sonra öz cinsiyyət orqanını onun cinsiyyət orqanına soxarkən Günay güclü ağrı hiss edib qışqırmaq istəsə də əli ilə ağzını tutub sıxdığına görə ucadan qışqıra bilməmişdir. Təxminən 2-3 dəqiqə ərzində Günayı zorlayıb onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt Günay onun əl çəkməsindən ötrü əli ilə onun sağ çiyninə vurmuş, saçlarını da dartışdırmışdır. Bütün bunlara baxmayaraq Günay ilə zor gücünə təbii yolla cinsi əlaqədə olmuş, daha sonra yataqdakı mələfənin üzərinə və yatağın sol tərəfində olan divara torumunu, yəni spermasını boşaltmışdır. Bu zaman Günayı titrətmə tutmuş, ağlamağa başlamışdır. Günayın halının pis olduğunu görüb paltarlarını geyinib özünə gəlməsi üçün ona su gətirmişdir. Günay suyu içdikdən sonra güclü sancıları olduğuna görə ağlaya-ağlaya otaqdan çıxıb həyətdəki ayaqyoluna getmişdir. Günay otaqdan çıxarkən eyvanda qardaşı Zamir qulaqcıqla mobil telefonundan videoya baxmaqla mahnıya qulaq asmışdır. Həmin vaxt atası və nənəsi yatdıqlarına görə onun Günay ilə zorla cinsi əlaqədə olmasından heç birinin xəbəri olmamışdır. Günay otağa qayıtdıqdan sonra özü də onun yanında uzanıb yatmışdır. Zərərçəkmiş şəxs1 ilə zorla cinsi əlaqədə olması barədə ailə üzvlərinin heç birinin məlumatı olmamışdır. Həmin vaxt atası və yaşlı nənəsi evdə hərəsi ayrı-ayrı otaqlarda yatmışlar. Qardaşı Zamir isə eyvanda qulağında qulaqcıqla mobil telefonda olduğuna görə Günayın qışqırtısını eşidə bilməmişlər. Eləcə də, həmin vaxt Günayın səsinin eşidilməməsi, qışqıra bilməməsindən ötrü onun ağzını əli ilə yummuşdur. Əgər ailə üzvləri onların səs-küylərini eşitsəydilər səhəri gün ona nə isə bir söz deyib soruşardılar. Ondan heç nə soruşmadıqlarına görə onun bu işi görməsindən xəbər tutmadıqlarını başa düşmüşdür. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 zorlayarkən onun əynində cins şalvar, göy şəkilli qara köynək və qara rəngli tuman olmuşdur. Zərərçəkmiş şəxs1 onunla nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəməmiş, həmin gün həqiqətən də bu işi zorla görmüş və fikirləşmişdir ki, Zərərçəkmiş şəxs1 anası gəlib onu geri apararkən bilsə ki, onunla cinsi əlaqədə olmuşdur, onu geri aparmayacaq, ona görə də bu işi görmüşüdür. Zərərçəkmiş şəxs1 ilə istər təbii, istərsə də qeyri-təbii yolla cinsi əlaqədə olarkən onun içinə boşalsa hamilə qalacağını bildiyinə görə bu hərəkətlərini qurtardıqdan sonra onun içinə deyil, kənara boşalmışdır. Həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1 ilə onların razılığı olmadan həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmağın pis iş olduğunu, buna görə cinayət məsuliyyəti daşıya biləcəyini bilmiş, lakin valideynlərinin gəlib onları geri aparmamalanndan ötrü Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə razı olmamalarına baxmayaraq cinsi əlaqədə olmuşdur. Onlarla istər təbii, istərsə də qeyri-təbii yolla cinsi əlaqədə olarkən onun gözünə cinayət məsuliyyəti görünməmiş, cinayət məsuliyyəti heç yadına da düşməmişdir. Zərərçəkmiş şəxs2 ona yaşının az olduğunu bildirmiş, lakin buna baxmayaraq onunla cinsi əlaqədə olmuşdur. Onun azyaşlı olmasına görə ona problem yarana, cinayət məsuliyyətinə cəlb oluna biləcəyini bilmiş, lakin Türkanəni sevmiş, ondan ayrılmaq istəməmiş, ona görə də, həmin vaxt cinayət məsuliyyəti barədə heç nə fikirləşməmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə təbii yolla cinsi əlaqədə olduqdan sonra Günayın pis olduğunu, titrədiyini görüb ona su gətirməkdən ötrü yuyunmamış, əynini geyinib otaqdan çıxıb ona su gətirmişdir. Lakin Günay bir qədər özünə gəlib ağlaya-ağlaya həyətə düşüb yuyunmağa gedib geri qayıtdıqdan sonra ona bakirəliyini pozduğunu demişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə təbii yolla cinsi əlaqədə olarkən onun qızlıq bakirəliyini pozduğunu bilmiş, cinsi əlaqədə olduqdan sonra Günay pis olduğuna görə tez geyinib ona su gətirməyə getmiş, həmin vaxt otaq qaranlıq olduğundan, əynindəki tuman da qara rəngli olduğundan cinsiyyət orqanında qan ləklərinin olub-olmamasına fikir verməmişdir. Nə Zərərçəkmiş şəxs2, nə də Zərərçəkmiş şəxs1 ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olarkən spirtli içki, narkotik və ya digər bihuşedici maddə qəbul etməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 başqa heç kəslə tanış olaraq iradəsinə zidd nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1 qarşı onlarla zorla, təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmağından çox peşimandır. Düzdür, onlara qarşı bu hərəkətləri edəndə onun yadına cinayət məsuliyyəti düşməmişdir, lakin hazırda öz məsuliyyətini başa düşmüşdür. ( cild 2. İş vərəqə 8-15) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona qaçmağı təklif etsə də, o 13 yaşının olduğu üçün hələ tez olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs ondan şəklini istəmiş və o da göndərmişdir. Sonra ona narahart olmamasını söyləyərək onunla birgə Meşə Parkına gəlmişdir. Öz razılığı ilə qaçmışdır. Rayona gedəndə maşında 18 yaşına kimi ona əl vurmayacağını söyləyərkən maşındakı 5 nəfər marketdə olmuşdur. Evə çatdıqda təqsirləndirilənin nənəsindən hansı otağa keçəcəyini soruşanda nənəsi də onunla gəlməsini söyləmiş, lakin o, nənəsinin üzərinə qışqıraraq onun sözünə məhəl qoymamışdır. Daha sonra təqsirləndirilən ona cinsi əlaqədə olmağı təklif etmiş, o isə hələ tez olduğunu bildirsə də, təqsirləndirilən Zərərçəkmiş şəxs2 qollarının ikisini də tutaraq onunla cinsi əlaqədə olmuşdur. O qışqırmış, lakin heç kim onunla maraqlanmamışdır. Daha sonra qışqırmamağı üçün təqsirləndirilən onun ağzını tutmuş və onu öldürməklə hədələmişdir. Zərərçəkmiş şəxs ailəsinin onu incitmədiyini söyləmiş, evdən qaçarkən evdə nənəsinin, qardaşının, qardaşının yoldaşının olduğunu, lakin atasının evdə olmadığını bildirmişdir. O, nənəsigillə marketə gedərkən qaçmış ,axşam saatlarında qaçdığını qardaşının yoldaşına yazaraq bildirmiş nənəsinə isə səsli mesaj göndərmədiyini bildirərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, atası Qanuni nümayəndə3, anası Şahid2, qardaşları Nəsimi Bayramov, Nizami Bayramov və özü də daxi olmaqla 5 nəfər ailə üzvləri ilə birlikdə yaşayırlar, özü isə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbin 9cu sinfinə keçmiş, dərslərini orta səviyyədə oxumuşdur. Atası Qanuni nümayəndə3 taksi fəaliyyəti ilə məşğul olub ailələrini dolandırır. Anası Şahid2 evdar qadındır, heç bir yerdə işləmir. Böyük qardaşı Nəsimi Bayramov da bu il Bakı şəhəri Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbin 11-ci sinfini bitirmişdir, 2022-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedəcəkdir. Kiçik qardaşı Nizami Bayramov natamam-orta təhsillidir, Bakı şəhəri Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbinin 9-cu bitirimişdir, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs ilə tanış olana qədər heç kim ilə rəsmi və ya qeyri-rəsmi ailə həyatı qurmamış, qız uşağı olmuşdur. Onun özünün şəxsi mobil telefonu və nömrəsi olmamışdır. Anası Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəli mobil telefondan istifadə etmişdir. Həmin telefonda instagram sosial şəbəkəsində özünə “avara_qız” adlı profil açmışdır. 2022-ci ilin iyul ayının təxminən əvvəllərində Qusar rayonu Piral kənd sakini Təqsirləndirilən şəxs ilə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə onun təşəbbüsü ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs “çeçen_012” adlı instagram profili olmuş, öz adını ona elə Amir kimi demişdir. Təqsirləndirilən şəxs öz profilindən ona mesaj yazaraq tanış olmalarını təklif edib onunla tanış olmuşdur. Onlar tanış olduqdan sonra Təqsirləndirilən şəxslə təxminən 10 gün ərzində anasına məxsus mobil telefon vasitəsi ilə ailə üzvlərindən gizlin danışmışlar, bir dəfə isə telefonla videogörüntülü əlaqə saxlamışlar. Bir müddət sonra Təqsirləndirilən şəxslə aralarında sevgi münasibətləri yaranmağa başlamışdır. Amir tez-tez onu çox sevdiyini, ondan çox xoşu gəldiyini deyib özünə öyrəşdirməyə başlamışdır. Amirin bu cür xoş sözlərinə inanıb aldanaraq onu saf hisslərlə qarşılıqlı sevməyə başlamışdır. Sonrakı telefon danışıqları zamanı Təqsirləndirilən şəxs onunla evlənib birlikdə yaşamaq istədiyini deyərkən, ona 13 yaşı olduğunu, hələ ailə qurmaq vaxtı olmadığını, yaşının çox az olduğunu, qanunla buna icazə olmadığını bildirmişdir. Amir də ona özünün 17 yaşı olduğunu deyib ona onunla qaçıb birlikdə yaşamalarını, 18 yaşı tamam olduqda ailə quracağını, həmin vaxtadək ona toxunmayacağına, aralarında heç bir intim, seksual münasibət, cinsi əlaqə olmayacağına söz verib özünə inandırmışdır. Təqsirləndirilən şəxs artıq yavaş-yavaş sevdiyinə görə onun bu sözlərinə inanmağa başlamış, ona çox etibar etmişdir. 12 iyul 2022-ci il tarixdə, saat təxminən 18 radələrində Təqsirləndirilən şəxslə Bakı şəhəri, 2-ci Alatava ərazisində yerləşən “Meşə Parkı”da görüşmüşlər. Amirlə görüş zamanı yenə də onu çox sevdiyini, onunla ailə qurmaq üçün birlikdə qaçmasını, ona yaxşı baxacağını, 18 yaşı bitdikdən sonra isə ailə quracağını bildirmişdir. Təqsirləndirilən şəxs sevdiyindən bu sözlərinə inanıb onunla qaçmağa razılıq vermişdir. Təqsirləndirilən şəxslə bundan sonra Bakı şəhərində yerləşən “Şamaxinka” deyilən yerə gəlib-Qusar rayonuna gedən taksilərdən birinə əyləşib birlikdə Qusar rayonuna yola düşmüşlər. Quba şəhərinə çatıb orada başqa taksi ilə Təqsirləndirilən şəxs yaşadığı Qusar rayonu Piral kəndində yerləşən evlərinə getmişlər. Həmin gün saat təxminən 23 radələrində Amirgilin evinə çatmışlar, evdə Təqsirləndirilən şəxs atası, yaşca kiçik qardaşı və yaşlı nənəsi olmuşlar. Amirin atası onların gəldikləri taksinin pulunu verib yola salmışdır. Evdə Təqsirləndirilən şəxs atasına onu evlənmək üçün gətirdiyini bildirmiş, bundan sonra Amirin ailə üzvlərindən heç kim ondan bir söz soruşmamış, heç nə deməmişlər, lakin öz aralarında ləzgi dilində nəsə danışmışlar. Onların dilini bilmədiyinə görə nə danışdıqlarını başa düşməmişdir. Sonradan Amirdən də ona nə dediklərini soruşmamışdır. Təqsirləndirilən şəxslə atası öz aralarında danışıb qurtardıqdan sonra Təqsirləndirilən şəxs atası ona bundan sonra gəlini olduğunu, narahat olmamasını, camaatın da gəlinlərinin olduğunu, onun da bundan sonra onlardan biri olduğunu, nəsə lazım olsa ona deməsini, çəkinməməsini deyib, heç kəsə də qapı açmamasını, hələki onu görən olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs 18 yaşı tamam olanadək onun nənəsi ilə bir otaqda qalacağına, ona toxunmayacağına söz vermişdir. Buna baxmayaraq evlərinə çatdıqdan sonra, saat təxminən 23:30 radələrində Amir onu öz yataq otağına aparmışdır. Ona nənəsi ilə yatacağını deyəndə Amir nənəsinin qələt etdiyini, onun otağına keçməsini demişdir. Uzun müddət yol gəldiyindən çox yorğun olmuş, ona görə də otaqda olan çarpayıya uzanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs də yanına uzanaraq ona cinsi əlaqədə olmağı təklif etmişdir. Təqsirləndirilən şəxs bu sözündən çox utanmış, əvvəlcə elə bilmişdir ki, onunla zarafat edir. Amirə belə sözlər danışmamasını, onun hələ cinsi əlaqədə olmaq yaşı olmadığını bildirib bu təklifindən qəti şəkildə imtina etmişdir. Lakin Təqsirləndirilən şəxs ciddiləşərək ona “paltarını soyun, yoxsa mən məcbur səni soyundurub, səninlə cinsi əlaqədə olacağam” demişdir. Təqsirləndirilən şəxs bu sözündən sonra onun ciddi dediyini, zarafat etmədiyini görüb çox qorxmuş, onun yalan sözlərinə inanıb ona qoşulub qaçıb Qusar rayonuna gəlməkdə çox səhv etdiyini, burada onu müdafiə edəcək, köməyinə çatacaq heç kəsin olmadığını başa düşmüşdür. Ailə üzvlərindən də görmüşdür ki, ona qarşı münasibət elə də yaxşı deyildir. Təqsirləndirilən şəxs zor gücünə onunla cinsi əlaqədə olmaq istədiyini başa düşmüş, onu dilə tutub bu fikrindən daşındırmağa çalışmış, ancaq görmüşdür ki, xeyri yoxdur, Təqsirləndirilən şəxs birmənalı onunla cinsi əlaqədə olmaq istəmişdir. Amirdən qorxmağa başlamış, onu vurmaması, döyməməsi, ona qarşı zor işlətməməsi üçün paltarlarını soyunmağa başlamışdır. Amir özü də onun paltarlarını zorla dartıb əynindən çıxartmışdır. Amirə ona qarşı belə etməməsi, onunla cinsi əlaqədə olmaq istəməməsi barədə çox yalvar-yaxar etsə də, Təqsirləndirilən şəxs paltarlarını çıxartdıqdan sonra çarpayıya üzüstə uzanmasını tələb etmişdir. Çarpayıda uzandıqdan sonra Təqsirləndirilən şəxs onun qollarını arxadan tutub daha sonra bərkimiş vəziyyətdə olan öz cinsiyyət orqanını onun arxa nahiyəsinə soxmağa başlayarkən Amirə yalvararaq dayanmasını, cinsi əlaqədə olmaq istəmədiyini deyib ağlamağa başlasa da, Amir ondan əl çəkməmiş, sözlərinə heç məhəl qoymamış, öz cinsiyyət orqanını zorla onun arxa nahiyəsinə soxmuşdur. Bu zaman güclü ağrı hiss etdiyinə görə qışqırmaq istəsə də Təqsirləndirilən şəxs əli ilə onun ağzını tutduğundan qışqıra bilməmiş, köməksiz vəziyyətdə qalmışdır. Amirin altından sürüşüb çıxmağa çalışsa da ona gücü çatmamış, Amir onun əllərini tutaraq çarpayıya sıxıb onunla zorla qeyri-təbii yolla cinsi əlaqədə olmağa davam etmişdir. Amir təxminən yarım saat yataqda ona zülüm vermiş, qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. Fiziki cəhətdən ondan çox güclü olduğuna görə ona gücü çatmamış, heç cür mane ola bilməmişdir. Amir işini qurtardıqdan sonra ondan əl çəkmişdir. Ağlaya-ağlaya qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra utandığından onun ailə üzvlərinə heç bir söz deməmişdir. Amirlə cinsi əlaqədə olmaqla bağlı mübahisələri, Amirin cinsi əlaqədə olmaq üçün zorla əlini-qolunu bağlaması, işini bitirməsi, bundan sonra ağlayaraq ona nəyə görə belə etdiyini deməsi təxminən 1 saat çəkmişdir. Amir onunla həmin gün cəmi 1 dəfə zorla, razılığı olmadan qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Amirin ailə üzvləri səhəri gün ondan heç nə soruşmadıqlarına görə öz-özlüyündə belə başa düşmüşdür ki, yəqin yatdıqları üçün onların səs-küyünü eşitməmişlər. Ondan sonra nə Amir, nə də özü otaqdan çölə çıxmamış, otaqda qalmışlar. Amirə Bakıda olarkən 18 yaşına qədər ona toxunmayacağına söz verdiyini, nəyə görə belə iş tutmasını deyəndə Amir bu sözlərinə heç fikir verməmiş, əksinə ona hədə-qorxu gələrək bu barədə kiməsə bir söz desə onu öldürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bu sözlərindən sonra evindən, valideynlərindən uzaq olduğundan kiməsə nəsə desə Amirin onu həqiqətən öldürəyəcəyindən qorxduğundan Amir üstündən durduqdan sonra səsini çıxartmayaraq paltarlarını geyinmişdir. Bir qədər özünə gəldikdən sonra Təqsirləndirilən şəxs ona təbii yolla da cinsi əlaqədə olmaq istədiyini demiş, lakin ağlayaraq ona çox ağradığını, ona qarşı belə etməməsini yalvararaq buna mane olmuşdur. Amirin başına açdığı oyundan sonra halı qalmadığına görə onun otağında olan çarpayıda yuxuya gedib yatmışdır. Amir də yanında uzanaraq yatmış, lakin ona toxunmamış, onunla təbii yolla cinsi əlaqədə olmaq fikrindən daşınmışdır. Təbii yolla cinsi əlaqədə olmaq istəməsini sözlə deməsindən başqa, heç bir zor, kobudluq, məcburi hərəkət etməmiş, nə də buna cəhd göstərməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Amirin atası onlara atası Qanuni nümayəndə3 onun xəbərsiz evdən getdiyinə görə polisə şikayət etdiyini, ona görə də Qusar rayon Polis şöbəsinə getmək lazım olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs və atası ilə birlikdə Qusar rayon Polis şöbəsinə getmişlər. Polis şöbəsində ondan Amirlə aralarında nəsə olub-olmaması barədə soruşsalar da Amir onu qorxutduğundan orada nə polis əməkdaşlarına, nə də başqa şəxsə Amirin onunla zorla qeyri-təbii yolla cinsi əlaqədə olması barədə heç bir söz deməmişdir. 1-2 saat Qusar rayon Polis şöbəsində qaldıqdan sonra atası Qanuni nümayəndə3 və polis işçiləri ilə birlikdə Bakı şəhərinə qayıtmışlar. Orada polis əməkdaşları onu məhkəmə-tibb ekspertizası müayinəsindən keçirdikdən sonra Amirin onunla qeyri təbii-yolla cinsi əlaqədə olması faktı üzə çıxmışdır, məcbur olub Təqsirləndirilən şəxs onu qeyri-təbii yolla zorlayaraq bədbəxt etməsi hadisəsini olduğu kimi polis əməkdaşlarına danışmışdır. Sonradan Təqsirləndirilən şəxs başqa bir Gəncə şəhərindən olan azyaşlı qızın da onun kimi başını aldadıb, ona da yalandan evlənəcəyini bildirib Qusar rayonundakı öz evinə gətirərək onu da evdə zorladığını eşitmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görüb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bu cür yaramaz insan cəzasız qalmamılıdır, əgər o məsuliyyətə cəllb olunmazsa onlar kimi neçə-neçə azyaşlı qızları öz çirkin məqsədləri üçün aldadaraq bədbəxt edəcəkdir. Görünür Təqsirləndirilən şəxs elə bu işlə məşğul olan adam olmuşdur. Təqsirləndirilən şəxslə anası Şahid2 məxsus mobil telefonundan “instagram” sosial şəbəkəsi vasitəsi ilə danışmışdır. Onunla danışması barədə ailə üzvlərindən heç kəsin xəbəri olmamış, 12 iyul 2022-ci il tarixdə də Təqsirləndirilən şəxslə görüşə gedərkən heç kəsə bu barədə bir söz deməmiş, onunla görüşməsi barədə ailə üzvlərinin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs 12 iyul 2022-ci il tarixdə öz otağında olan çarpayıda onun razılığı olmadan zorla onunla arxadan qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra bu hadisənin təsiri altında olduğuna görə həmin vaxt yatdıqları yataq otağında olan yatqadakı mələfə, çarpayının, paltarlarının üzərində sperma, qan, möhtəviyyat, digər ləkələrin olub-olmamasına dəqiq fikir verməmiş, belə şeylərdən başı çıxmadığı üçün diqqətini cəlb etməmişdir. Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olarkən əynində yalnız qısaqol futbolka olmuş, əynində olan şalvarı, alt paltarını da soyundurmuş, Təqsirləndirilən şəxs də paltarlarını çıxarmış, onun əynində heç bir paltar, o cümlədən alt paltarı olmamışdır. Təqsirləndirilən şəxs onunla 1 dəfə zorla, iradəsinə zidd qeyri- təbii yolla cinsi əlaqədə olmuşdur. Amir onunla zorla qeyri-təbii yolla cinsi əlaqədə olarkən onun qollarını tutmuş, səsini çıxarmaması üçün ağzını tutaraq yummuşdur. Amir onunla zorla qeyri-təbii yolla cinsi əlaqədə olarkən bədən xəsarəti almamış, onu döyməmiş, vurmamışdır. Təqsirləndirilən şəxs onunla zorla qeyri-təbii yolla cinsi əlaqədə olarkən ailə üzvləri evdə olsa da, onun ağızını tutaraq qışqırmasına mane olduğuna görə səsini çıxarı bilməmiş, Amir onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra da onu qorxutduğuna görə bu barədə də ailə üzvlərinə heç bir söz deməmişdir, Ona görə də, bu barədə onun ailə üzvlərindən heç kəsin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs özü könüllü qoşulub onunla evlənib ailə həyatı qurmaq üçün gəlsə də onunla cinsi əlaqədə olmaq fikri olmamışdır. Amir də ona 18 yaşı tamam olana qədər onunla cinsi əlaqədə olmayacağını deyib söz vermişdir. Hətta onu inandırmaq üçün nənəsi ilə yatacağını, ona yaxın gəlməyəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs bu sözlərinə inanmış, Amirin onun başına belə bir oyun açacağı ağlına gəlməmişdir. Sonradan Amirin başqa qızı aldadıb gətirib onun kimi ona da eyni qaydada zor tətbiq etdiyini bilmişdir. Təqsirləndirilən şəxs bu cür çirkin işlərlə məşğul olan mənəviyyatsız bir adam olmuş, onun kimi günahsız bir qızı bədbəxt etmişdir. Təqsirləndirilən şəxs Günay adlı Gəncə şəhər sakini olan başqa bir azyaşlı qızla da zorla cinsi əlaqədə olmasından başqa onun kiminləsə zorla təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olması barədə məlumatı olmamış, Amirin başqa qızlara da bu cür hərəkətlər etməsi barədə heç bir söz deməmişdir. ( cild 1, iş vərəqə 238-244) Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qızıdır. 12 iyul 2022-ci il tarixdə, saat 19 radələrində işdən evə gələrkən anası Şahid1 ağladığını görmüşdür. Nə baş verdiyini soruşanda anası və arvadı ona qızı Türkanənin həmin gün saat 18 radələrində anası Gülpəri və gəlini Fatimə ilə mağazaya getdiyini, anası ilə gəlini Fatimənin mağazaya daxil olarkən qızı Türkanənin çöldə qaldığını, mağazadan çıxdıqdan sonra Türkanəni bir daha görmədiklərini və çox qorxub narahat olduqlarını bildirmişlər. O dərhal Azərbaycan Respublikası DİN-nin “102" xidmət mərkəzinə zəng edərək qızının yoxa çıxması barədə məlumat vermişdir. Bundan sonra arvadı Şahid2 öz mobil telefonundan qızı Türkanənin “instagram” sosial şəbəkəsi vasitəsi İlə apardığı yazışmalarına baxaraq Türkanənin hansısa bir oğlanla mesajlaşıb güman ki, həmin oğlanla qaçdığını bildirmişdir. Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edərək qızı Türkanənin qaçırıldığı barədə ərizə vermiş, daha sonra özü də tanışlarından maraqlanıb Bakı şəhəri Yasamal, Nərimanov rayonları ərazisində qızı Zərərçəkmiş şəxs2 axtarsa da Türkanənin harada olması barədə heç bir məlumat ala bilməmişdir. Arvadının mobil telefonunu da 29-cu Polis Bölməsinə təqdim etmişdir ki, Türkanənin həmin telefondan "İnstagram” sosial şəbəkəsi vasitəsi ilə apardığı yazışmalardan onun harada olmasını müəyyən edib öyrənə bilsinlər. Bundan sonra polis əməkdaşları Türkanənin yazışdığı “instagram" profillərindən birinə mesaj yazaraq Türkanənin harada olmasını soruşmuşlar, həmin profildən də guya bir qız tərəfindən cavab olaraq Türkanənin bir oğlanla ailə qurmaq üçün qaçdığını bildirmişdir. Lakin 13 iyul 2022-ci il tarixinədək qızı Türkanənin harada olması barədə heç bir məlumat almaq mümkün olmamışdır. Növbəti gün saat təxminən 13 radələrində Türkanə arvadı Kəmalənin istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək bir oğlanla ailə qurmaq üçün Qusar rayonuna qaçıb getdiyini dediyini bildirmiş, daha sonra onun istifadəsində olan mobil telefon nömrəsinə bir nəfər kişi zəng edərək qızı Türkanəni onun oğlunun qaçırdığını, hazırda Qusar rayonunda olduğunu bildirib qızının onun gəlini olduğunu demişdir. Həmin şəxsə qızı Türkanənin 13 yaşı olduğunu, baxanda da açıq-aşkar uşaq olduğunun göründüyünü, belə sözləri necə danışdığını deyib harada olmasını, gəlib qızını götürəcəyini demişdir. Həmin şəxs də ona Qusar şəhər avtovağzalında onu gözləcəyini demişdir. Bu danışıqdan sonra bu barədə 29-cu Polis Bölməsinin əməkdaşlarına məlumat verib polis əməkdaşları ilə birlikdə Qusar rayonuna gəlmişlər. Qusar rayonuna gələndə artıq qızı Türkanə və onu qaçıran oğlan Qusar RPŞ-də olmuşlar. Orada Qusar rayonu Piral kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsin qızı Zərərçəkmiş şəxs2 azyaşlı olmasından istifadə edərək ailə qurmaq adı ilə onu aldadıb qaçırdığını bilmişdir. Daha sonra Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları qızı Türkanəni, onu qaçıran Təqsirləndirilən şəxs Bakı şəhərinə aparmışlar. Qızı ondan qorxduğuna görə Bakı şəhərinə çatana qədər onunla görüşməyə qoymamışlar. Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29-cu X4 Bayramovadan izahat almışlar. Evə getdikdən sonra arvadı Şahid2 qızı Zərərçəkmiş şəxs2 ona toxunan, dəyən, ona intim, seksual hərəkətlər edilib-edilmədiyini soruşmuş, qızı da anasına ona qarşı belə hərəkətlər olunmadığını bildirmişdir. Növbəti gün qızı Zərərçəkmiş şəxs2 məhkəmə-tibb ekspertizasından keçmiş, bundan sonra ekspertizanın nəticəsini gözləmişlər. Məhkəmətibb ekspertizasının rəyindən sonra qızı Türkanədən anası Kəmalə bu haqda soruşmuş, Türkanə də bundan sonra hər şeyi olduğu kimi etiraf etmək məcburiyyətində qalıb Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olması barədə kiməsə nəsə desə onu öldürəcəyi ilə hədələdiyini, qorxusundan bu barədə heç kimə heç nə demədiyini bildirmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etməmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, evdən öz istəyi ilə çıxmışdır. Təqsirləndirilən şəxs ona ailəsinin yanına aparacağını, 18 yaşınadək cinsi əlaqədə olmayacaqlarını demiş, lakin onu zorlamışdır. Qusarda 2-3 gün qalmışlar. Zorlananda Amirin nənəsi evdə, digər otaqda olmuş, qardaşı çöldə, atası isə evdə olmamışdır. Həmin vaxt qışqırmış, nənəsi qoca olduğundan eşitməmişdir. Özünə istəmədiyini bildirərərk etiraz etmişdir. Hadisədən sonra onu titrəmə tutmuş, utanmış, heç kimə deyə bilməmişdir. Amirgildə olarkən polislər gəlmiş, qorxuya düşmüşdür. Sonradan Amirin başqa qızı qaçırtdığına görə polisə çağırıldığını öyrənmişdir. Onu xalası qızı kimi tanıtmaq istəmişlər, ancaq o ifadəsində onun qaçırdığı qız olduğunu demişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi məhkəmədə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, anası Şahid4 Talib qızı, bacısı X10 ilə birlikdə yaşayırlar. X3 ilə anası Əntiqə 2013-cü ildən rəsmi boşandıqlarına görə bacısı və özü analarının yanında yaşamışlar. Anası Şahid4 Gəncə şəhər İcra hakimiyyətinin Mənzil-istismar idarəsinin 13 saylı Mənzil-istismar sahəsində süpürgəçi işləyir. X1, 2011-ci il təvəllüdlüdür, 10 yaşı vardır və Gəncə şəhər 37 nömrəli tam orta məktəbin 5-ci sinfinə keçmişdir, dərslərini orta səviyyədə oxuyur, özünün 15 yaşı tamam olmuşdur, 16 yaşın içindədir, Gəncə şəhər 37 nömrəli tam orta məktəbin 9-cu sinfinə keçmişdir, dərslərini normal oxumuş, hər gün məktəbə getmişdir. Buna qədər heç kəslə rəsmi və ya qeyri-rəsmi ailə həyatı qurmamış, qız uşağı olmuşdur. 2022-ci ilin təxminən yanvar-fevral aylarında “İnstagram" sosial şəbəkəsi vasitəsi ilə Qusar rayonu, Piral kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs özü profilindən ona mesaj yazaraq tanış olmağı təklif etmiş, onunla əvvəlcə “instagram” sosial şəbəkəsi vasitəsi ilə, sonra isə öz mobil telefon nömrələrini götürərək mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar. Bundan sonra Amir ilə təxminən növbəti 4 ay müddətində mütəmadi olaraq “whatsapp” mobil tətbiqi vasitəsi ilə də əlaqə saxlayıb bir-birlərinə özlərinin şəkillərini göndərmişlər. Təqsirləndirilən şəxslə münasibətləri olduğu zamanlarda bəzən aralarında mübahisə olarkən Amir “İnstagram” sosial şəbəkəsindən başqa profildən ona özünün xalası qızı kimi qələmə verib Amirin onunla mübahisə edib pis olduğunu, özünü maşının altına atdığını bildirib guya onu çox sevməsi, ondan ayrı qala bilməməsi görüntüsü yaratmışdır. Sonradan bütün bunların yalan olduğunu bilmişdir. Amirlə mübahisə edib onunla danışmayanda Amirin Fərid adlı dostu da ona “İnstagram” sosial şəbəkəsindən yazaraq Amirlə barışmasını tələb etmiş, Amirə nəsə olsa ondan biləcəyini demişdir. Təqsirləndirilən şəxslə aralarında “İnstagram" sosial şəbəkəsində və “whatsapp" mobil tətbiqində olan danışıqlarında onların arasında intim söhbətlər, yazışmalar olmamışdır, Amir buna cəhd etsə də onunla telefonda intim mövzuda söhbət etməsinə imkan verməmişdir. Təqsirləndirilən şəxs təxminən 2 ay bundan əvvəl ona ailə qurmağı təklif etsə də, ona hələ 15 yaşı olduğunu, evlənmək üçün tez olduğunu, bir yerdə yaşasalar problem yarana biləcəyini demiş, lakin Təqsirləndirilən şəxs isə onu heç bir problem olmayacağına inandıraraq evlənmək məqsədilə qaçırtmaq istədiyini bildirmişdir. Həmin ərəfələrdə anası Şahid4 onu sevmədiyi adama ərə vermək istədiyinə görə ailələrində problemlər olmuş, bu səbəbdən aralarında mübahisə olduğu vaxtlarda anası onu evdən qovmuşdur. Evdəki ailədaxili mübahisələr onu bezdirdiyinə görə həm Təqsirləndirilən şəxs sevib ona inandığından, həm də ailələrində olan problemlərdən, söz-söhbətlərdən bezdiyi üçün onunla qaçmaq qərarına gəlmişdir. Amir ona öz adını əvvəlcə Tural kimi təqdim edərək valideynlərinin də öldüklərini, 18 yaşı tamam olduğunu, subay olduğunu bildirmiş, özünün isə Bakı şəhərində restoranda masa xidmətçisi işlədiyini, evlənəcəyi halda ailəsini saxlamağa maddi imkanı olacağını, evləndikdən sonra da Bakı şəhərində öz evi olduğunu, orada yaşayacaqlarını deyərək azyaşlı, təcrübəsiz olmasından istifadə edərək onu inandırmışdır. Amir yalan danışmaqda çox mahir olmuş, özünə inandırmağı bacarmışdır. Amirin bu vədləri, yalanları onda Amirə qarşı inam yaradaraq arxayın etdiyinə görə Təqsirləndirilən şəxs dəvəti ilə Bakı şəhərinə gəlməyə razılıq vermişdir. 19 avqust 2022-ci il tarixdə, mobil telefonlarından birini sataraq pul düzəldib 20 avqust 2022-ci il tarixdə, saat 01 radələrində mikroavtobusla Gəncə şəhərindən Bakı şəhərinə gəlmiş, səhər saat 06 radələrində Bakı şəhərinə çatmışdır. Təqsirləndirilən şəxs onu Bakı şəhər avtovağzalında qarşılayıb bir qədər Bakı şəhərində gəzdikdən sonra ona öz evinə əmisigilin qonaq gəldiyini onlar evdən gedənə qədər Xırdalan şəhərində başqa bir evi olduğunu əmisigil evindən çıxana qədər 1 ay həmin evdə qalmalı olduqlarını bildirmişdir. Amirlə Xırdalan şəhərində yerləşən tanımadığı həyət evinə getmiş, lakin qapının açarları olmadığından hansısa dostuna zəng etmiş, həmin dostu da Amirə Tovuz rayonunda olduğunu, açarın özündə olduğunu bildirmiş, Amir də telefonda Quba və Şamaxı rayonlarının adlarını çəkmişdir.Telefonla danışdıqdan sonra Amir ona açarın olmadığına görə Şamaxı rayonuna gedib bir neçə gün orada qalmalı olduqlarını demiş və bundan sonra saat təxminən 11 radələrində Bakı şəhəri avtovağzalına qayıdıb orada marşurtla Şamaxı rayonuna yola düşmüşlər. Bakı şəhərindən çıxıb təxminən 2-3 saat avtobusla yol gedib, saat təxminən 14 radələrində həmin yerə çatmışlar. Orada taksidə bir şəkil də çəkmiş, həmin şəkildə restoranın qarşısında üzüm fiqurları olmuşdur. Təqsirləndirilən şəxs Şamaxı rayonunda onu bir evə aparmış, orada qoca qadın, həmin qadının deməsinə görə onun gəlini və azyaşlı oğlan nəvəsi olmuşdur. Təqsirləndirilən şəxs həmin yaşlı qadının onun nənəsi olduğunu deməsinə baxmayaraq həmin qadına onu bibisi qızı kimi təqdim etdiyi üçün Amirin ona yalan danışdığını, həmin qadının onun nənəsi olmadığını başa düşmüşdür. Çünki, həmin qadın Amirin həqiqətən nənəsi olsa idi, onun bibisi qızı olub-olmadığını başa düşərdi. Həmin qadın Amirin adının nə olduğunu ondan soruşanda, onu Tural kimi tanıdığını bildirmiş, həmin vaxt qadın təəcüblənərək Amirin ona özünü Fərid kimi tanıtdığını, onun yalançı olduğunu bildirmişdir. Amirdən nəyə görə adını yalan dediyini soruşduqda, Amir heç nə deməyərək gülüb onu yola vermiş, Amirin bu yalanlarından sonra ona ciddi yanaşmaması barədə ürəyinə xal düşmüşdür. Amirlə həmin evin həyətində olan otaqların birində birlikdə bir gecə qalmışlar, həmin vaxt Amirlə aralarında heç bir intim, seksual münasibət, söhbət olmamışdır. Qaldıqları yerdə aralarında nə isə olması üçün şərait də olmamışdır. Təqsirləndirilən şəxs Qusar rayonunda dostunun evinə gedib 1 gün orada qalıb daha sonra Bakı şəhərində yerləşən evinə getməyi təklif etdiyinə görə xx.xx.2022-ci il tarixdə, saat təxminən 10 radələrində birlikdə həmin yerdən çıxıb taksiylə Bakı şəhərinə yola düşmüşlər. Qaldıqları yerdən çıxanda Amirin ona nənəsi kimi təqdim etdiyi qadın Amirə pulu yoxdursa verdiyi pulu qaytara biləcəyini demiş, lakin Amir razılaşmayaraq pulu götürməmişdir. Həmin vaxt bu evin Amirin nənəsinin evi olmadığını, Amirin onu 1 gecəlik kirayə ev tutub oraya gətirdiyini başa düşmüş, bundan sonra Amirə olan inamı, etibarı sarsılmışdır. Amir onu ailə kimi birlikdə onun evində yaşayacaqlarına inandırmış, o da Amirə otel və ya başqa müvəqqəti yerdə qalmayacağını əvvəlcədən demişdir. Lakin Amir hərəsinə bir ad deyib nənəsinin evi olduğunu deyərək onu başqa yerə gətirmişdir. Saat 13 radələrində Bakı şəhər avtovağzalına çatıb orada olan kafelərdən birində yemək yeyib daha sonra bir qədər avtovağzalda gəzdikdən sonra saat təxminən 17 radələrində Bakı şəhər avtovağzalından marşurut avtobusu ilə Qusar rayonuna yola düşmüşlər. Saat 19:30 radələrində Qusar şəhər avtovağzalına çatıb daha sonra Qusar şəhərində avtovağzalın yanında dayanmış taksilərdən biri ilə Təqsirləndirilən şəxs yaşadığı Piral kəndinə yola düşmüşlər. Həmin taksi ilə təxminən 5-10 dəqiqə yol getdikdən sonra tanımadıqları bir yerdə taksidən düşərək orada dayanan başqa bir taksiyə minib yollarına davam edərək saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Qusar rayonu Piral kəndinə çatmışlar. Təqsirləndirilən şəxs evinə çatanda orada evin onun valideynlərinə məxsus olduğunu, onun qardaşı Şahid3, atası Qanuni nümayəndə1 və nənəsi ilə birlikdə yaşadığını, nənəsindən onun adının Tural deyil Amir olduğunu öyrənib Amirdən ona yalandan niyə valideynlərinin vəfat etdiyini dediyini, onu bura dostunun evi adı ilə gətirdiyini, adının Tural olmadığını, tanış olduqları bu müddət ərzində nəyə görə bu qədər yalan danışdığını soruşanda Amir gülərək heç nə deməmişdir. Bütün bunlar ona çox pis təsir göstərmiş, Amirin əvvəlcədən ona yalandan valideynlərinin ölməsini, adının yalandan Tural olduğunu deməsi onda Amirə qarşı qeyri-ciddi fikirlər yaratmış, üstəlik də nə üçün bunların yalan deməsinin səbəbini izah etməyərək boş-boş gülərək onu yola verməsi kimi yersiz hərəkət etməsi onda onun qeyri-səmimi insan olması barədə özü haqqında fikir, təəssürat oyatmışdır. Təqsirləndirilən şəxslə onun evinə gəldikləri gecə eyni çarpayıda yatıb yuxulamaqlarına baxmayaraq aralarında heç bir intim, seksual münasibət olmamışdır. Amirgilin evləri kürsülü ev olmaqla 1 aynabənddən və 3 ayrı-ayrı otaqlardan ibarət olmuşdur. Amirin özünün yataq otağında qalmışlar, həmin vaxt otaqda onlardan başqa heç kim olmamışdır. Bildiyi qədər 2-ci otaqda Amirin atası və qardaşı, 3-cü otaqda isə nənəsi yatmışdır. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmaq istədiyini tez-tez demiş, o da ona qəti şəkildə etiraz edərək evlənmədən, toy olmadan onunla cinsi əlaqədə olmayacağını bildirmişdir. 22 avqust 2022-ci il tarixdə də, Təqsirləndirilən şəxs atasının evində qalıb vaxt keçirmişlər, lakin həmin gün də aralarında heç bir intim, seksual münasibət, hərəkət olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 10 radələrində yuxudan oyandıqdan sonra otağında saçını düzəldərkən Təqsirləndirilən şəxs yuxudan oyanıb gedib əl-üzünü yuduqdan sonra onun yanına gələrək əvvəlcə üzündən öpməyə, zorla onun paltarını soyundurmağa başlamışdır. Amiri özündən kənara itələyib uzaqlaşdırmaq istəsə də, Amir əl çəkməmiş, zorla əynində olan boz rəngli qısaqol koftanı, qara rəngli cins şalvarını, mavi rəngli busqalterini, əynində olan qırmızı rəngli alt paltarı çıxardıb onu üzü üstə yatdıqları otaqda olan çarpayının üzərinə güclə uzatmışdır. Həmin otaqda başqa çarpayı olmamış, bir çarpayı olmuş, onda da onlar yatmışlar. Bundan sonra Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını durmuş vəziyyətdə çıxardıb zorla onun arxa keçəcəyinə soxmağa çalışmış, ona mane olmaq istəsə də gücü çatmamış, həmin vaxt birdən arxa nahiyəsində güclü ağrı və göynəmə hiss etmiş, utandığından gözlərini yummuş, həmin vaxt Təqsirləndirilən şəxs yalvarıb ondan əl çəkməsini xahiş etsə də xeyri olmamış, Təqsirləndirilən şəxs ona müqavimət göstərə bilməməsi, səsini çıxartmaması üçün onun qollarını və ağzını tutaraq tərpənməsinə, qışqırmasına imkan verməmiş, təxminən 2-3 dəqiqə ərzində onunla arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra Amir üstündən durmuş, ondan əl çəkəndən sonra ağlamağa başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs onun halının pis olduğunu, titrədiyini görüb su gətirmiş, onu sakitləşdirməkdən ötrü onunla ailə quracağını deyib dilə tutmağa çalışmışdır. O da Amirə belə ailə qurulmadığını və etdiyi hərəkətin nə olduğunu demiş, Amir yenə də özünə məxsus şəkildə gülərək onu yola vermişdir. Amirin ona danışdığı yalanların üstünün açılması, ona qarşı zorakı hərəkətlər etməsi özünü artıq onun gözündən salmış, Amirin bu hərəkətlərindən inciyərək bir müddət onu danışdırmamışdır. Təqsirləndirilən şəxs daha sonra onunla təbii yolla cinsi əlaqədə olmaq istədiyini desə də, yenə də ona etiraz etmiş, bundan sonra Təqsirləndirilən şəxs səhv etmirsə öz mobil telefonundan internetə girərək cinsi əlaqədə olmaqla bağlı məlumatlar oxumağa başlamış, onu bu yolla razı salmaq istəmişdir. Lakin ona belə məlumatlar oxumamasını, bir daha ona toxunmamasını, aralarında heç bir seksual, intim münasibətin olmayacağını, buna razı olmadığını demişdir. Axşam saat təxminən 24 radələrində yataq otağında olduğu zaman Təqsirləndirilən şəxs otağa daxil olaraq onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, ona yenə də etiraz etdikdə Amir əslində bunu dünən etməli olduğunu, təzə gəldiyi üçün etmədiyini, artıq onunla cinsi əlaqədə olmağın vaxtı çatdığını demişdir. Təqsirləndirilən şəxs yaşının az olduğunu, adət-ənənə olduğunu, ailə qurmadan onunla cinsi əlaqədə olmaq istəmədiyini, bu işə görə onun tutula biləcəyini deyib məsuliyyətin altına girməməkdən ötrü bu fikirdən çəkindirmək istəmiş, onunla heç bir yolla cinsi əlaqədə olmağa bir daha etiraz etmişdir. Lakin Amir onun bu etirazlarına, sözlərinə məhəl qoymayaraq əynində olan öz paltarlarını soyunmuş, əynində ancaq qara rəngli alt paltarı qalmış, daha sonra onu yatdıqları çarpayının üzərinə zorla uzadaraq əynində olan paltarını soyundurmağa başlamışdır. Təqsirləndirilən şəxs ondan fiziki cəhətdən güclü, cüssəli olduğuna görə ona mane olmaq istəsə də gücü çatmamış, özü də uşaq olduğundan, heç bir həyat təcrübəsi olmadığından başqa hansı yolla ona mane olacağını bilməmiş, Amirə gücü də çatmamışdır. Amirin onu zorla yıxaraq onunla zorla cinsi əlaqədə olmaq istədiyini görüb əl çəkməsi üçün ona yalvar-yaxar etməyə başlamış, dəfələrlə onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirmişdir. Lakin Amir onun bütün yalvar-yaxarlarına, etirazlarına baxmayaraq əl çəkməyib onun əynindəki ağ rəngli, zolaqlı koftanı dartıb çıxartmış, daha sonra qırmızı rəngli alt paltarını da zorla dartıb çıxardaraq durmuş vəziyyətdə olan öz cinsiyyət orqanını onun cinsiyyət orqanına soxmağa çalışmışdır. Həmin vaxt onun əynində yalnız qırmızı rəngli, güllü naxışları olan ətəkli yubka qalmış, bu yubkanın yuxarısını çəkəndə həm də don kimi geyinmək olmuşdur. Amirin onunla zorla cinsi əlaqədə olmasına mane olmaq, ona müqavimət göstərmək üçün altında çox çabalamış, hətta onun üzünə zərbə ilə 1 dəfə şillə də vurmuş, lakin Amir onun müqavimətini qırmaqdan ötrü sol əlini tutmuş, digər əli ilə də ağzını yummuşdur ki, qışqıra bilməsin. Bu vaxt Təqsirləndirilən şəxs qəflətən öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil edərkən birdən güclü ağrı hiss etmiş və öz əli ilə onun ağzını tutub sıxdığına görə ucadan qışqıra bilməmişdir. Təqsirləndirilən şəxs təxminən 2-3 dəqiqə ərzində onu zorlayıb təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt onun əl çəkməsindən ötrü əliylə sağ çiyninə vurmuş, saçlarını dartıb yolmuşdur. Təqsirləndirilən şəxslə ailə qurmaq üçün onlara gəldiyindən, evlənməyi fikirləşdiyindən onunla cinsi əlaqədə olarkən 14 yaşlı qardaşı və təxminən 70-ə yaxın yaşı olan nənəsi də evdə olduqlarına görə ayıbına sığınıb çox səs-küy salmağa utanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs atası evdə olmamış, bütün bunlara baxmayaraq Amir onunla zorla cinsi əlaqədə olmuş, bu zaman qorxusundan onu titrətmə tutmuş, özünü çox pis hiss etməyə başlamışdır. Amir halının pis olduğunu görüb ondan əl çəkmişdir. Təqsirləndirilən şəxs boşalıb-boşalmadığını xatırlamamış, onu zorlayıb üstündən qalxdıqdan sonra paltarlarını geyinib otaqdan çıxmışdır. Amir getdikdən sonra güclü sancıları olduğuna görə ağlaya-ağlaya otaqdan çıxıb həyətlərindəki ayaqyoluna gedərkən Amirin 13 yaşlı balaca qardaşının evin eyvanında, çöldə oturub telefonda nəyəsə baxdığını görmüşdür. Ancaq onun və həmin vaxt evdə olan digər ailə üzvlərinin onların səs-küyünü, Amirin onu zorladığını eşidib-eşitmədiklərini bilməmişdir. Ayaqyolunda cinsiyyət orqanına əli ilə toxunarkən barmaqlarının qan olduğunu görüb Amirin onun qızlıq bakirəliyini pozduğunu başa düşmüşdür. Həmin vaxta qədər heç kəslə nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmamış, ancaq bu məsələlər haqqında anlayışı, məlumatı olmuşdur. Bundan sonra ayaqyolunda su olmadığını görüb əl-üz yuyulan yerdə əllərini yumuş, otağına qayıdıb yuxuya getmişdir. Səhər yuxudan ayılanda Amirin də onun yanında yatdığını görmüşdür. Onun nə vaxt gəlib yatdığını yuxuya getdiyi üçün bilməmişdir. Təqsirləndirilən şəxs onun başına açdığı oyundan çox utandığına görə növbəti gün onun zorlaması barədə heç kəsə nə isə bir söz deməmiş, ailə üzvləri tərəfindən də ona bu barədə heç bir söz deyilməmiş, maraqlanıb soruşmamışlar. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları Amirgilin evinə gəlib onu Qusar rayon Polis Şöbəsinə aparmışlar. X14 təxminən 1 ay əvvəl Bakı şəhərindən 13 yaşlı Türkanə adlı azyaşlı bir qızı da onun kimi evlənmək adı ilə aldadıb Qusar rayonu Piral kəndinə evlərinə gətirib onunla da zorla qeyri-təbii yolla cinsi əlaqədə olması, həmin qızın atasının şikayəti əsasında Amiri gəlib polisə apardıqlarını bilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə1lə birlikdə Qusar rayon Polis Şöbəsinə gəlmişlər, orada Amirin onu zorlaması barədə məlumat verərək şikayət ərizəsi ilə müraciət etmiş, ərizəsi əsasında müstəntiq tərəfindən ondan da izahat alınmış, daha sonra məhkəmə-tibb ekspertizasından müayinədən keçmişdir. Ekspert müayinəsi zamanı da ekspert baxıb qızlıq bəkarətinin pozulduğunu və müddətinin də təzə olduğunu bildirmişdir. Amirin istədiyini etmədikdə o, özü ilə ağzında gəzdirdiyi lezva ilə öz qollarını kəsəcəyi ilə onu qorxutmuşdur. Ailə üzvlərindən nə anası Şahid4, nə də X18ya heç bir söz deməmiş, onlardan xəbərsiz evdən çıxıb Təqsirləndirilən şəxslə ailə qurmaqdan ötrü Bakı şəhərinə getmişdir. Anası Şahid4 onu ərə vermək istədiyi şəxs Şəmkir rayon sakini Sehman Rəhimov adlı şəxs olmuş, onun anası ilə çox yaxşı münasibətləri olmuşdur. Həmin şəxs təxminən 2 il əvvəl “Facebook" sosial şəbəkəsində ona mesaj yazaraq tanış olmaq istədiyini bildirmiş, ona etiraz edəndə də elçi göndərəcəyini demişdir. Uşaq olduğuna görə onun belə sözlər yazdığını görüb anasına bu barədə danışanda anası həmin şəxsin ona elçi göndərmək istədiyini eşidib onun “Facebook” sosial şəbəkəsindən nömrəsini götürüb özü danışıb tanış olaraq daha sonra ona da Səhmanla danışmasını, ona ərə verəcəyini demişdir. Səhmanın təxminən 19 yaşı olmuş, 2022-ci ilin iyul ayında əsgərlikdən qayıtmışdır. Həmin şəxsin nə işlə məşğul olmasını bilməmiş, onu sevməmiş, onunla qəti evlənmək fikri olmamışdır. Bu məsələ üstündə evlərində tez-tez söz-söhbət, qan-qaraçılıq düşmüşdür. Anası da onu istəmədən həmin şəxsə ərə vermək istəmiş, Amirə qoşulub gəlməsinin də əsl səbəblərindən biri də elə bu olmuşdur. Bura gələndən sonra da başına bu cür bədbəxtçilik gəlmişdir. Amir onun başına bu oyunları gətirdikdən sonra səhv etdiyini başa düşmüş, çox peşimançılıq hissi keçirmişdir. Təqsirləndirilən şəxslə gələrkən özü ilə içərisində kosmetik vasitələr olan əl çantasını, 3-4 dəst paltarlarını gətirmişdir. Onun doğum haqqında şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi olmuş, lakin sənədlərini anası Şahid4 gizlətdiyinə görə həmin sənədlər yaşadığı Gəncə şəhərindəki evlərində qalmış, özü ilə götürməmişdir. Onların yatdıqları yataqda rəngli mələfə, örtük olmuş, lakin otaq qaranlıq olduğuna görə Təqsirləndirilən şəxs onunla həm qeyri-təbii yolla, həm də təbii yolla cinsi əlaqədə olduqdan sonra bu hadisənin təsiri altında olduğuna görə yatqadakı mələfənin, o cümlədən çarpayının, əynində olan paltarının üzərində sperma, qan, digər möhtəviyyat ləkələrinin olubolmamasına baxa bilməmiş, sonradan da buna fikir verməmişdir. Təqsirləndirilən şəxs onu zorladıqdan sonra özünü çox pis hiss etdiyindən, sancı keçirdiyindən paltarında, yataq dəstində qan, sperma ləkələrinin olmasına fikir verməmişdir. Ayaqyoluna getdikdən sonra öz cinsiyyət orqanına əli ilə toxunarkən cinsiyyət orqanının qanadığını, əl barmaqlarının qan ləkələrinə batdığını görmüş, həmin vaxt Amirin onun üzünü açdığını başa düşmüşdür. Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olarkən də əynində olan paltarları çıxartmış, daha sonra həmin paltarların üzərində hər hansı sperma, qan, möhtəviyyat olmasına fikir verməmişdir. Xatrıladığına görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində onunla qeyri-təbii yolla cinsi əlaqədə olarkən səhv etmirsə onun əynində göy şəkilli qara rəngli köynək, qara rəngli şalvar olmuş, onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra həmin tarixdə saat 24 radələrində də onu zorlayarkən də Amirin əynində səhər geyindiyi göy şəkilli qara rəngli köynək, dizləri cırıq olan qara rəngli şalvar olmuşdur. Həmin vaxt o bu paltarları soyunmuş, soyunandan sonra da əynində qara rəngli tursik olmuşdur. Amirin xx.xx.2022-ci il tarixdə, onunla zorla qeyritəbii və təbii yolla cinsi əlaqədə olarkən əynində olan şalvarların eyni olub-olmamasını dəqiq xatırlamamış, lakin dəqiq olaraq bildirmişdir ki, onu zorlayarkən əynində dizləri cırıq olan qara rəngli şalvar olmuşdur. Təqsirləndirilən şəxs onu zorlayarkən əynində qırmızı rəngli güllü don, ağ rəngli zolaqlı köynək, qırmızı rəngli tursik və mavi rəngli busqalter olmuşdur. Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olarkən əynində qara rəngli cins şalvar, boz qısaqol kofta, qırmızı tursik və mavi rəngli busqalter olmuş, həmin paltarları da Amir onun əynindən çıxartmışdır. Təqsirləndirilən şəxs onunla zorla qeyri-təbii və təbii yolla cinsi əlaqədə olarkən onun əl-qolunu tutmuş, əli ilə ağzını möhkəm bağlamışdır ki, səsi çıxmasın. Səhəri günü bədənində, üzündə müəyyən qızartı ləkələri olmuş, lakin onların yeri qalmamış, sonradan ləkələr çəkilmişdir. Həmin vaxt ciddi bir bədən xəsarəti almamış, Amir onu döyməmiş, vurmamış, ancaq kobud şəkildə iradəsinə zidd hərəkətlər etməklə heç bir razılığı olmadan 1 dəfə qeyri-təbii yolla, 1 dəfə də təbii olmaqla cəmi 2 dəfə zorla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxslə ailə qurmaq məqsədilə onun evinə gəldiyinə görə fikirləşmişdir ki, onlar el adəti ilə evlənəcəklər, lakin Amir onu zorlayıb bakirəliyini pozduğuna görə bunu onun ailə üzvlərinə deməyə utanmışdır. Təqsirləndirilən şəxs özü könüllü qoşulub onunla evlənib ailə həyatı qurmaq üçün ərə gəlmişdir. Amir də onunla tanış olduğu müddətdə onu buna inandırıb könlünü ələ almışdır. Amma yaşı az olsa da eşitdiyi, azdan-çoxdan bildiyi qədər ər-arvad arasında cinsi əlaqə qarşılıqlı razılıq, istək, könüllülük əsasında olmalıdır və olanda da el adətənənələrinə, qaydalarına görə toydan sonra olmalıdır. Bir sözlə Təqsirləndirilən şəxs evlilik təklifini ciddi qəbul edib, ona inanıb qoşulub gəlmiş, o da onun azyaşlı, təcrübəsiz olmasından istifadə edərək onun başına belə bir oyun açmışdır. Hardan bilsin ki, bu şərəfsiz, mənəviyyatsız bir məxluqdur, onu zorlayıb bədbəxt edəcəkdir, özü də bu onun birinci ləyaqətsiz, çirkin işi olmamış, təəssüf ki, bunu sonradan bilmişdir. İndi də necə edəcəyəni bilmir, öz evində o cür münasibət, burda da belə olmuşdur. Onu evlənmək adı ilə aldadıb evinə gətirib istəyinə, iradəsinə zidd olaraq onu zorlayan Təqsirləndirilən şəxs haqqında qanuna müvafiq ciddi tədbir görülməsini, onun barəsində cinayət işi başlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslə qətiyyən nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəməmiş, ümumiyyətlə Amir onu aldatmışdır. Qusar rayonu Piral kəndinə gələndən sonra başa düşmüşdür ki, Amir yalançı adamdır, dediklərinin heç biri təsdiqini tapmır, cürbəcür yalanlar danışıb təcrübəsizliyindən istifadə edərək onu aldatmış, ona görə də, ona heç bir etibarı qalmamışdır. Ailə üzvlərinin Amirə olan münasibətindən onun heç evində də hörmətinin olmadığını başa düşmüşdür. Bir sözlə ona öz istəyi ilə qoşulub könüllü gəlsə də başa düşmüşdür ki, Amir ciddi adam deyil, yalançıdır, evdə də ona qarşı yaxşı münasibət yoxdur, ona görə də onunla heç cürə könüllü cinsi əlaqədə olmaq fikrində olmamışdır. İki dəfənin ikisində də onun istəmədiyi halda onu zorlamışdır. Sonradan Amirin başqa qızı aldadıb gətirib onun kimi ona da eyni qaydada zor tətbiq etdiyini bilmişdir. Bir sözlə o, bu cür çirkin işlərlə məşğul olan mənəviyyatsız bir adamdır, onun kimi günahsız bir qızı bədbəxt etmişdir. Eşitdiyinə görə Təqsirləndirilən şəxs Türkanə adlı azyaşlı bir qızla da zorla cinsi əladəqə olmuşdur. Bundan başqa kiməsə eyni qaydada zorakılıq hərəkətləri etmişdirsə də, onun bundan məlumatı olmamışdır. Təqsirləndirilən şəxslə əsasən “İnstagram" sosial şəbəkəsi və “whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamışlar. Amir bəzən ona mobil telefon nömrəsindən də zəng etmişdir. Amirin 2 nömrəsi olmuşdur. Onun özü ilə əlaqə saxladığı birinci nömrəsinin ilk rəqəmlərini xatırlamasa da, son rəqəmləri xatırladığına görə 86 olmuşdur. Amirin onunla əlaqə saxladığı son mobil telefon nömrəsi 050 *** ** ** saylı mobil telefon nömrəsi olmuş, həmin nömrə ilə onunla 2022- ci ilin avqust ayından etibarən əlaqə saxlamışdır. Onun istifadəsində 077 *** ** ** saylı mobil telefon nömrəsi olmuş, həmin nömrəylə də Amirlə əlaqə saxlamışdır. Bundan başqa "İnstagram” sosial şəbəkəsində olan yazışmalarını da vaxtaşırı silmişdir. Bakı şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs ona 050 *** ** ** saylı mobil telefon nömrəsini vermiş, hazırkı vaxtadək bu nömrəni istifadə etmişdir. ( cild 1, iş vərəqə 153-163) Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Şahid4 ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs1 həmin ərəfədə mobil telefonla çox oynamış, bütün günü telefonla kiminləsə yazışmış, danışmışdır. Günayın hansısa oğlanla danışdığını hiss etdiyinə görə yaşının az olduğunu, oğlanla danışan yaşının olmadığını bildirib bu hərəkətinə görə ona tez-tez irad bildirmişdir. Bu səbəbdən qızı Günayla aralarında tez- tez narazılıqlar olmuşdur. Günay ona sevdiyi oğlan olduğunu, onunla “instagram” sosial şəbəkəsində tanış olduğunu, onunla ailə qurmaq fikri olduğunu desə də, həmin şəxsin kim olması barədə heç nə deməmişdir. O da qızı Zərərçəkmiş şəxs1 onun yaşının az olduğunu, aldanacağını, başına iş gətirəcəklərini deyib onu başa salmaq istəmişdir. 20 avqust 2022-ci il tarixdə, saat 06 radələrində yuxudan ayılaraq işə getmək üçün hazırlaşarkən qızı Günayın evdə olmadığını görüb narahat olduğuna görə Günaya zəng etmiş, Günay telefonuna cavab verib mağazaya gedib qayıdacağım bildirmişdir. İşə getməyib evdə oturub qızı Zərərçəkmiş şəxs1 evə qayıtmasını gözləmişdir. Təxminən 1 saat Günayı gözlədikdən sonra evə qayıtmadığına görə bir neçə dəfə ona zəng etsə də, Günay telefona cavab verməmişdir. Daha sonra baxdıqda Günayın evdən 50 manat pul götürdüyünü görmüş, lakin Günayın sənədləri evdə qalmışdır. Günay əvvəllər ona Bakı şəhərində rəfiqəsi olduğunu, onlara gedib 1-2 gün qalmaq istədiyini dediyinə görə həmin rəfiqəsigilə Bakı şəhərinə getdiyini fikirləşmiş, lakin onun rəfiqəsini tanımadığından, onda telefon nömrəsi olmadığına görə Günayın harada olması barədə heç bir məlumat ala bilməmişdir. Günay evdən getdiyi gün ərzində ona dəfələrlə zənglər etsə də zənglərinə cavab verməmiş, növbəti gün isə onun mobil telefon nömrəsinə ümumiyyətlə zəng çatmamışdır. Günayın evdən getdiyi gün həm Gəncə şəhərində, həm də Bakı şəhərində yaşayan tanışlarına zəng edib Günayın onlara gedib-getmədiyi ilə maraqlansa da Günayın heç bir tanışlarına, qohumlarına getmədiyi məlum olmuşdur. Bundan sonra Günayın Bakı şəhərində yaşadığı rəfiqəsigilə getdiyini, 1-2 günə qayıdacağını fikirləşib bu barədə rəsmi olaraq dövlət orqanlarına məlumat verməmişdir. Lakin qızı Günaydan heç bir xəbər ala bilmədiyinə görə daha gözləyə bilməyərək 23 avqust 2022-ci İl tarixdə Gəncə şəhər Kəpəz rayon Polis bölməsinə müraciət edərək qızından heç bir xəbər ala bilməməsi barədə məlumat vermişdir. 25 avqust 2022-ci il tarixdə polis əməkdaşları ona məlumat verərək qızı Günayın Qusar rayonunda olduğunu bildirmişlər. Qızının arxasınca Qusar rayonuna gəldikdən sonra qızı Zərərçəkmiş şəxs1 ona deməsindən sonra bilmişdir ki, Günay Qusar rayonu Piral kənd sakini Təqsirləndirilən şəxs tərəfindən ailə qurmaq adı ilə aldadılaraq Qusar rayonu Piral kəndinə yaşadığı evə gətirilmiş, bundan sonra Təqsirləndirilən şəxs evində qızını zorlamışdır. Amir adlı bu şəxs əvvəlcə qızını sevdiyini deyib onu özünə inandırmış, qızı ilə ailə qurub Bakı şəhərində yaşayacağını, işi- gücü olduğunu ona yaxşı baxacağını deyib özünə inandırıb daha sonra 23 avqust 2022-ci il tarixdə onunla razılığı olmadan əvvəlcə qeyri təbii yolla, daha sonra isə həmin gün gecə yenə də qızının iradəsinə zidd olaraq təbii yolla cinsi əlaqədə olub zorlamış, qızlıq bakirəliyini pozmuşdur. Təqsirləndirilən şəxslə barışıq əldə etməmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə ifadəsi alınmış Qanuni nümayəndə3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə elan olunaraq araşdırılmış ifadəsəndən görünür ki, o məhkəmədə ifadəsi alınmış Qanuni nümayəndə3 və Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiklərini özünə aid hissədə təsdiq etmişdir. ( cild 2, iş vərəqə 138-143) Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 12 iyul 2022-ci il tarixdə, saat təxminən 10 radələrində Bakı şəhərində işdə olarkən anası Zahirə Butayeva ona zəng edərək oğlu Amirin ona zəng edərək rayona qayıdacağını bildirmişdir. Oğlundan uzun müddət xəbər ala bilmədiyinə görə onun evə qayıdacağını eşidən kimi işdən icazə alaraq Qusar rayonuna qayıdıb saat 19 radələrində yaşadığı evə çatmışdır. 12 iyul 2022-ci il tarixdə, saat təxminən 23 radələrində oğlu Təqsirləndirilən şəxs sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu öyrəndiyi bir azyaşlı qızla yaşadıqları Qusar rayonu Piral kəndində yerləşən evə gəlmişdir. Onların taksi pulunu verib taksini yola salmışdır. Amirdən yanında olan qızın azyaşlı olduğunu görüb onun kim olduğunu soruşanda Təqsirləndirilən şəxs ona Türkanənin 17 yaşı olduğunu, bir-birlərini sevdiklərini, onu ailə qurmaq üçün qaçırtdığını demişdir. Zərərçəkmiş şəxs2 baxdıqda onun azyaşlı olması açıq-aşkar göründüyünə görə oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 17 yaşı olana oxşamadığını demiş, Amir isə bir daha Zərərçəkmiş şəxs2 17 yaşı olduğunu, 18 yaşı tamam olan kimi onunla evlənəcəyini bildirmişdir. Bundan sonra Amirə Türkanənin kimlərdən, hansı ailədən olmasını bilmədiklərini, qıza baxanda da azyaşlı olmasının aydın göründüyünü, belə bir azyaşlı qızı qaçırtmasının daha sonra ona problem yaradacağını deyəndə oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 öz razılığı ilə onunla qaçıb gəldiyini, narahat olacaq bir iş olmadığını, Türkanəyə onunla evlənənə qədər toxunmayacağını bildirmişdir. Amirin bu sözündən sonra Zərərçəkmiş şəxs2 əgər oğlunu sevirsə xoşbəxt olmalarını deyib nəyə ehtiyacı olarsa ona müraciət etməsini demişdir. Bundan sonra saat təxminən 23 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2m öz otağına aparmaq istəyəndə anası Zahirə oğlu Amirə Türkanənin kim olmasını hələ bilmədiklərini, ailəsi ilə danışmadıqlarını, ona görə də, bir-iki gün dözməsini, qıza dəyməməsini deyəndə Təqsirləndirilən şəxs nənəsinə etiraz edərək kobud şəkildə cavab qaytarmışdır. Amirin bu cavabından hirslənib ona acıqlanaraq Türkanə ilə ayrı-ayrı otaqlarda yatmalarını, ona toxunmamasını möhkəm tapşırsa da, Amir onu yola verərək Türkanəyə heç nə etməyəcəyini, ona toxunmayacağını deyib Türkanəni öz yataq otağına aparmışdır. Bundan sonra oğlu Amirin bu cür özbaşına, saymazyana hərəkətindən hirslənərək evin həyətinə düşərək oturub Amirin bu cür özbaşına hərəkətlər etməsi, azyaşlı qızı qaçırmasına görə bu işin axırının necə olacağını fikirləşmiş, anası Zahirə və kiçik oğlu Zamir də anasının otağına keçib yatmışlar. Təxminən 1 saat keçdikdən sonra oğlu Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 eyvana çıxmışlar. Onların səsini eşidib eyvana qalxanda Zərərçəkmiş şəxs2 əhvalının pis olduğunu, ağır hərəkət etdiyini, titrəmə tutduğunu görmüşdür. Zərərçəkmiş şəxs2 baxanda halının yaxşı olmadığı hiss olunmuşdur. Türkanənin pis olduğunu, titrədiyini görüb Amirin ona nəsə etməsindən, onunla cinsi əlaqədə olub başına oyun gətirməsindən narahat olduğuna görə ondan nə baş verdiyini soruşanda Zərərçəkmiş şəxs2 üzü qızarmış, narahat halda oğlu Amirin üzünə baxmışdır. Bu zaman oğlu Amir qaşlarını qaldıraraq Türkanəyə işarə etmiş, bundan sonra Zərərçəkmiş şəxs2 heç bir problem olmadığını, narahat olmamasını bildirmişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 10 radələrində Qusar RPŞ-nin əməkdaşları yaşadıqları evə gələrək oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2m qaçırdığına görə Türkanənin atasının polisə şikayət etdiyini, Zərərçəkmiş şəxs2 axtarışda olduğunu bildirib oğlu Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2m Qusar RPŞ-nə dəvət etmişlər. Türkanə və oğlu Amirlə birlikdə polis əməkdaşları ilə Qusar RPŞ-nə getmişlər. Qusar RPŞ-nə çatdıqdan sonra Zərərçəkmiş şəxs2 atasının mobil telefon nömrəsini tapıb ona zəng edərək qızının onların evinə gəlməsi barədə məlumat verib narahat olmamasını, Türkanənin gəlini olduğunu, oğlu Amirlə toyunu edəcəyini demişdir. Zərərçəkmiş şəxs2 atası onun sözlərindən hirslənərək qızının 13 yaşı olduğunu, toy etmək yaşında olmadığını deyəndə onun bu sözündən sonra oğlu Amirin tutduğu işə görə utandığından ona deyəcək bir söz tapa bilməmişdir. Qanuni nümayəndə3 Qusar şəhərinə gəlib qızını aparacağını, onu gözləməsini demişdir. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində kiçik oğlu Zamir ona zəng edərək qardaşı Təqsirləndirilən şəxs yenə başqa bir qızla evə gəldiyini demiş, həmin vaxt dağda çobanlıq etdiyinə görə həmin gün evə qayıda bilməmişdir. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində evə qayıdanda Təqsirləndirilən şəxs yenə də, yetkinlik yaşına çatmayan başqa bir qızı evə gətirdiyini görüb ondan bu qızın kim olduğunu soruşanda Amir həmin qızın adının Günay olduğunu, Gəncə şəhərindən gəldiyini, “instagram" sosial şəbəkəsində tanış olub bir- birlərini sevdiyini, qızın 17 yaşı olduğunu, onunla ailə qurmaq üçün gətirdiyini demişdir. Günayın özündən də kim olduğunu, haradan gəldiyini soruşanda o, ad-soyadının Zərərçəkmiş şəxs1 olduğunu, Gəncə şəhərində doğulub böyüdüyünü, evdən bezdiyinə görə qaçdığını, Amiri sevib gəldiyini demişdir. Günayın öz xoşu ilə gəldiyinə görə ona və oğluna bir söz deməyib anası X15 və Günayı birlikdə yatmağa imkan verməməsini tapşırmış, lakin anası Zahirə evə gəldikləri gün Amirə bunu desə də, Amirin Günayın onun arvadı olacağını, özü bildiyi kimi edəcəyini deyərək öz otağında yatdırdığını demişdir. Amirə nə desə də təsir etməyəcəyini, öz bildiyini edəcəyini bildiyinə, onun sözünü saymadığına görə ona daha heç nə deməmişdir. İşə qayıtmaq üçün evdən çıxarkən kiçik oğlu Zamir ona Amirin yalan dediyini, Günayın 17 deyil, 15 yaşının olduğunu demişdir. Bunu öyrəndikdən sonra Amirə yalan danışdığına görə acıqlanaraq bu qıza toxunsa, onunla intim münasibətdə olsa problem yaranacağını, qıza dəyməməsini, ayrı-ayrı yatmalarını tapşırmış, lakin Amir onun sözünü saymayaraq Günaya özünün cavabdeh olduğunu deyib onu başdan etmişdir. Amirin bu cür özbaşına hərəkətindən sonra ona nəsə başa salmağın mümkün olmadığını görüb evdən çıxıb işə qayıtmışdır. 24 avqust 2022-ci il tarixdə Qusar RPŞ-dən ona zəng edərək oğlu Amiri Qusar RPŞ-nə gətirməsini tapşırmışlar. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində qindirilmiş Şahid3 məhkəmədə ifadəsi alınmış Qanuni nümayəndə1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmə elan olunaraq araşdırılmış ifadəsəndən görünür ki, arvadı X11, 3 övladı Sonya Ağakərimova, Ramil Ağakərimov, Asya Ağakərimova ilə birlikdə yaşayır. X19 evdar qadındır, heç bir yerdə işləmir. Böyük qızı Sonyanın 11 yaşı vardır, Qusar rayonu Piral kənd tam orta məktəbinin 6-cı sinfində oxuyur, oğlu Ramil Ağakərimovun 10 yaşı vardır, Ramil də Piral kənd tam orta məktəbinin 5-ci sinfində təhsil alır. Evin sonbeşiyi qızı Asya Ağakərimovanın 6 yaşı vardır, Asya Piral kənd tam orta məktəbinin 1-ci sinfində oxuyur, özü rəsmi olaraq heç bir yerdə işləmir, fəhləliklə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs onun qapıbir qonşusudur. Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə1 və nənəsi Zahirə Butayeva ilə birlikdə yaşayır. Onlarla qonşu kimi yaxşı münasibətləri vardır, aralarında narazılıq, dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs doğma anası Marina Xakimova əri Qanuni nümayəndə1 başqa kişi ilə xəyanət etdiyinə görə Natiq 2019-cu ildə onu evdən qovmuşdur. Eşitdiyinə görə Marina Xakimova hal-hazırda Xaçmaz rayonu Ləcət kəndində atası evində yaşayır. Təqsirləndirilən şəxs özündən kiçik Zamir adlı qardaşı da vardır, Qanuni nümayəndə1 anaları Marina Xakimovanı evdən qovduqdan sonra Zamir anası ilə birlikdə gedib onunla yaşayır. Qanuni nümayəndə1 və Təqsirləndirilən şəxs 2022- ci ilin əvvəllərindən işləmək üçün Bakı şəhərinə gedərək orada qalmışlar. Onlar Bakı şəhərinə getdikdən sonra 2022-ci ilin iyul ayına qədər onlarla heç bir əlaqəsi olmamış, nə Təqsirləndirilən şəxs, nə də atası Qanuni nümayəndə1 görməmişdir. 2022-ci ilin iyul ayının təxminən ortalarında işdən Qusar rayonu Piral kəndində yerləşən yaşadığı evə qayıdarkən yolda həmkəndliləri ilə rastlaşanda qonşusu Qanuni nümayəndə1 böyük oğlu Təqsirləndirilən şəxs Bakı şəhərindən azyaşlı bir qızı qaçırdıb gəldiyini, bu gün səhər Qusar RPŞ-nin əməkdaşları evlərinə gəlib Amirlə qaçırtdığı qızı apardıqlarını bildirmişlər. Bu xəbəri eşidib təəccüblənmişdir ki, Təqsirləndirilən şəxs özü hələ uşaqdır, yetkinlik yaşına çatmamışdır, onu nəyə görə başa salan olmayıb ki, gedib belə bir iş tutmuşdur. Bu məsələdən sonra arabir Qanuni nümayəndə1lə rastlaşanda onun əhvalının pis olduğunu görsə də, əhvalını daha da korlmamaqdan ötrü oğlu Amirin işinin nə yerdə qalması barədə heç nə soruşmamışdır. Natiq özü də bu barədə ona heç nə deməmişdir. Bu hadisədən sonra Təqsirləndirilən şəxs 1 dəfə kəndə gəlib yenidən Bakı şəhərinə qayıtmış, Qanuni nümayəndə1 isə Qusar rayonu Piral kəndində qalmışdır. Natiqin deməsinə görə oğlu Amir Bakı şəhərində işləmişdir. 2022-ci ilin avqust ayının sonlarında axşam vaxtı Təqsirləndirilən şəxs bir neçə gün əvvəl daha bir azyaşlı qızı qaçırdıb evlərinə gətirib saxladığına görə polis əməkdaşlarının evlərinə gəlib onu Qusar RPŞ-nə apardıqlarını eşitmişdir. Bunu biləndən sonra Təqsirləndirilən şəxs pis yolda olduğunu, onun azyaşlı qızları aldadıb qaçırtmaqda pis məqsədi olduğunu, onlara qarşı heç bir yaxşı niyyəti olmadığını, azyaşlı uşaqların başlarına oyun açmaq məqsədilə onları aldadıb qaçırtdığını fikirləşmişdir. Çünki Təqsirləndirilən şəxs birinci dəfə belə bir iş görsəydi fikirləşmək olardı ki, cavandır, yaşı azdır, səhv edib. Ancaq 1 ay ərzində 2-ci dəfə belə iş görməsi, qaçırdıb gətirdiyi hər 2 qızın da yaşlarının az olması ondan xəbər verir ki, Təqsirləndirilən şəxs belə bir iş görməsində pis məqsədi olmuşdur. Elə fikirləşdiyi kimi də olmuş, bir neçə gün sonra Təqsirləndirilən şəxs həm 2022-ci ilin iyul ayında, həm də 2022- ci ilin avqust ayının sonlarında qaçırtdığı azyaşlı qızlarla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olması, həmin qızlar və onların valideynlərinin də Təqsirləndirilən şəxs barəsində şikayətçi olduqlarını eşitmişdir. Təqsirləndirilən şəxs qaçırtdığı qızların birinin 13 yaşı, digərinin isə 15 yaşı olmuşdur. Bundan sonra əmin olmuşdur ki, Təqsirləndirilən şəxs pis yola düşmüş, qız uşaqlarının azyaşlı olmasından istifadə edib onların başına oyun açmaq məqsədilə aldadıb Qusar rayonu Piral kəndində yerləşən evinə gətirib onlarla zorla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaçırıb gətirməsindən polis əməkdaşları onu evlərinə gəlib apardıqdan sonra xəbəri olmuşdur. Fəhlə işlədiyinə görə səhər 07 radələrində evdən çıxmış, axşam saat 19 radələrində də işdən qayıtmışdır. Təqsirləndirilən şəxs və atası Qanuni nümayəndə1lə qapıbir qonşu olsalar da, onlarla yaxın münasibətləri olmadığına görə get-gəlləri olmamışdır. İşdən qayıtdıqdan sonra da yorğun olduğuna görə evdə qalmış, qonşulara keçməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs bu azyaşlı qızları aldadaraq qaçırdıb gətirməsindən həmin gün xəbəri olmamışdır. Polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs apardıqdan sonra Amirin belə bir iş görməsini bilmişdir. Hər şeyin üstü açılanda sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu azyaşlı qızları qaçırdıb evinə gətirdikdən sonra onlarla zorla cinsi əlaqədə olmuşdur. ( cild 2, iş vərəqə 239-242) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, onların qanuni nümayəndələrinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Samsung” markalı, smartfon mobil telefonun “Whatsapp” mobil tətbiqində Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi Günay Dostum adı ilə qeyd olunmuş, telefonun “İnstagram" mobil tətbiqində “tural_cecenka_08” adı ilə qeydiyyatdan keçirilmiş instagram profilində “DƏYƏRLİM VAR GÜNAY" yazılmış, telefonun “Google Chrome” mobil tətbiqinin tarixçə bölməsində xx.xx.2022-ci il tarixdə "qızlıq pərdəsi”, “qızın açılması" "qızlıq pərdəsinin bağlı olması”, "oğlanlarda aybaşı” sözləri ilə “Google" internet axtarış sistemində məlumatlar axtarış edilərək belə məlumatları əks etdirən internet saytlarına daxil olunmuşdur. (cild 2, iş vərəqə 80-83) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq “diskə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 077 *** ** ** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə çoxsaylı telefon danışıqları olmuş, xx.xx.2022-ci il tarixdə, saat 06:21-də 31 saniyə danışıq olmuş, bu mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə, saat 12:20-də 4 saniyə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixlərdə Bakı şəhəri və Şamaxı rayonları ərazisində, xx.xx.2022-ci il tarixdən etibarən isə Qusar rayonunun ərazisində olan anten dairələrində, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi də xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Bakı şəhəri, Yeni Yaşma qəsəbəsi, Xızı və Qusar rayonlarının, həmin tarixdən sonra da Qusar rayonunun anten dairələrində olmuşdur. (cild 2, iş vərəqə 171-173) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 642 nömrəli rəyindən görünür ki, 2008-ci il təvəllüdlü qızının qızlıq pərdəsi pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs2 arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. (cild 1, iş vərəqə 40-42) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 377 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur. Pozulma müddəti qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə uzunsov formalı küt əşyanın, o cümlədən ereksiya vəziyyətində olan (gərginləşmiş) kişi xarici cinsiyyət üzvünün uşaqlıq yoluna yeridilməsi nəticəsində yarana bilər. Zərərçəkmiş şəxs1 arxa keçəcəyinin gircəyində aşkar olunmuş səthi cırılmış yaralar qərarın təsviri hissəsində göstərilən müddətdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə uzunsov formalı küt əşyanın, o cümlədən ereksiya vəziyyətində olan (gərginləşmiş) kişi xarici cinsiyyət üzvünün uşaqlıq yoluna yeridilməsi nəticəsində yarana bilər. (cild 1, iş vərəqə 82) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/599R nömrəli rəyindən görünür ki, 1. Hadisə yerindən götürülmüş 01 (bir) ədəd yaşıl-göy rəngli mələfədə aşkar edilmiş 1 və 2 №-li ləkələr, divar qaşıntısında aşkar edilmiş 4 №-li ləkə, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd qara rəngii cins şalvarın iç səthində aşkar edilmiş 5 №- li ləkə, 01 (bir) ədəd qırmızı rəngli tumanın ön aşağı hissəsində aşkar ediimiş 6 №-li ləkə və 01 (bir) ədəd qırmızı rəngli tumanın aralıq hissəsində aşkar edilmiş 7 №-!i ləkələrdən götürülmüş tədqiqat nümunələrində insan sperması üçün spesifik PSA antigeninin olduğu müəyyən edildi. Hadisə yerindən götürülmüş divar qaşıntısında aşkar ediimiş 4 №-li ləkədə olan sperma nümunəsi və Təqsirləndirilən şəxs məxsus etiketində “Revanj” yazılı 01 (bir) ədəd qara rəngli cins şalvarın cib hissəsindən götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs məxsusdur. Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd qara rəngli cins şalvarın iç səthində aşkar edilmiş 5 №- li ləkə, Zərərçəkmiş şəxs1 uşaqlıq yolundan tənzif tamponda yaxma və Zərərçəkmiş şəxs1 anal dəliyindən tənzif tamponda yaxmadan götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs1 məxsusdur. Hadisə yerindən götürülmüş 01 (bir) ədəd yaşıl-göy rəngli mələfədə aşkar edilmiş 1 və 2 №-li ləkələr, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd qırmızı rəngili tumanın ön aşağı hissəsində aşkar edilmiş 6 №-li ləkə və 01 (bir) ədəd qırmızı rəngli tumanın aralıq hissəsində aşkar edilmiş 7 №-li ləkələrdən götürülmüş tədqiqat nümunələrində olan sperma nümunələri, Təqsirləndirilən şəxs və bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs1 məxsusdur. Hadisə yerindən götürülmüş 01 (bir) ədəd yorğan üzündə aşkar edilmiş 3 №-li ləkələr, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd boz rəngli qısaqol köynəyin yaxalığı, 01 (bir) ədəd ağ-qara rəngli zəncirbəndli qısaqol köynəyin yaxalığı, 01 (bir) ədəd bustqalter və Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngii qısaqol köynəyin yaxalığından götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar qarışıq tipli olmaqla, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 məxsus bioloji mənşəli materialların qarışığından ibarətdir. (cild 2, iş vərəqə 175-183) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 11/407 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə ona qarşı edilən seksual xarakterli hərəkətləri adekvat olaraq qavramaq, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri və idrak (psixi) proseslərinin inkişafında normadan kənaraçıxma halları müəyyən olunmur. Zərərçəkmiş şəxs1 yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. (cild 2, iş vərəqə 188-192) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 11/411 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə ona qarşı edilən seksual xarakterli hərəkətləri adekvat olaraq qavramaq, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri və idrak (psixi) proseslərinin inkişafında normadan kənaraçıxma halları müəyyən olunmur. Zərərçəkmiş şəxs2 yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. (cild 2, iş vərəqə 194-199) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4817 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının və hadisə yerindən götürülmüş mələfə və yorğan üzünün səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən tünd boz cins şalvarın üzərindən aşkar edilmiş qara rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən ağ-qara cızıqlı qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən boz rəngli qısaqol köynəyin üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən qara rəngli qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş mələfə və yorğan üzünün üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən qara rəngli şalvarın tərkib liflərinə uyğun gəlirlər. Hadisə yerindən götürülmüş mələfə və yorğan üzünün üzərindən aşkar edilmiş tünd bənövşəyi rəngli triasetat kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlirlər. (cild 2, iş vərəqə 244-250) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 458/2022-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus tumanın sağ yan tikişi üzərində bir ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma tumanın müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş donun sol qol tikişi üzərində bir ədəd, sağ qol tikişinin arxa hissəsində bir ədəd və boyun hissəsinin arxa səthində bir ədəd cırılma zədələri aşkar olundu. Bu cırılmalar donun müvafiq nahiyyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. (cild 3, iş vərəqə 2- 5) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 oktyabr 2022-ci il tarixli, 87 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğun norma daxilindədir. Eqosentrizm, məsuliyyətsizlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, kobudluq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs öz hərəkətlərini qavramaq, tam dərk etmək, həmçinin emosional halından asılı olaraq hərəkət və davranışını tənzimləmək, onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (cild 3, iş vərəqə 12-16) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 02, iş vərəqi 163- 166) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Qusar RİHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnaməyə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Qusar rayonu Pİral kəndində anadan olmuşdur, milliyətcə ləzgidir. Təqsirləndirilən şəxs subaydır, Qusar rayonu Piral kəndində yaşamış, ailə üzvlərinə, qonşularına qarşı, həmçinin ailə üzvlərinin ona qarşı münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs barəsində Qusar RlHB-nın Piral kənd İƏD üzrə Nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.1979-cu il təvəllüdlü atası Qanuni nümayəndə1, xx.xx.2009-cu il təvəllüdlü qardaşı Şahid3 ibarətdir.(cild 2, iş vərəqi 152-155) Cinayət işinin materiallarından görünür ki, hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs cinayət əməllərini törətdiyi otaqdakı çarpayıda olan üzərində şəkillər olan mələfə, üzərində Təqsirləndirilən şəxsa məxsus olması ehtimal edilən otaqdakı divardan götürülmüş sperma ləkələri, üzərində şəkillər olan yorğan üzü, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş arxa sağ cib hissəsində “JEANS” yazılmış qırmızı etiketi olan qara rəngli cins şalvar, qırmızı rəngli, naxışlı don üzərində “Rockfeel” yazısı olan boz rəngli qısaqol futbolka, yaxası zəncirbəndli, boynundakı etiketdə “DİVON” yazısı olan qara zolaqlı, ağ rəngli qısaqol futbolka, üzərində qara rəngli dairəvi naxışları olan qırmızı tursik, göy rəngli busqalter, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş hadisə zamanı əynində olmuş diz hissəsində yırtıqlar, bel hissəsində olan etiketdə “REVANJ” yazısı olan qara rəngli cins şalvar, diz hissələrində cibləri, bel hissəsində olan etiketdə “SİZE 31” yazıları olan manjetli qara rəngli şalvar, üzərində mavi fonda qartal təsviri olan qara rəngli qısaqol futbolka, bel hissəsində “CYS SPORT” yazıları olan qara rəngli tursik, Zərərçəkmiş şəxs1 götürülmüş qan nümunəsi, cinsiyyət orqanından yaxma tampon, Təqsirləndirilən şəxs götürülmüş qan və tüpürcək ifrazatı nümunələri maddi sübut kimi tanınaraq Qusar rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılmış, hadisə yerinə baxış zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon isə qanuni nümayəndəsi Qanuni nümayəndə1 qaytarılmışdır. (cild 1, iş vərəqə 41-83) Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə xüsusilə qeyd edir ki, zorlama və seksual xarakteri zorakılıq hərəkətləri cinayətləri öz spsifikliyi ilə, eləcə də sübutetmə predmetinə görə digər cinayətlərdən fərqlənir. Belə ki, bu tip cinayət işləri zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələri yalnız o, halda sübut növü kimi qəbul edilə bilər ki, həmin ifadələr ən azı digər sübutlarla-məhkəmə ekspert rəyi ilə, hadisə barədə şahid ifadəsi ilə, habelə cinayət törədiləndən dərhal sonra aparılmış istintaq hərəkətlərinin protokolları ilə təsdiq olunsun. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin sırf cinsi sferada törətdiyi cinayətləri təkzib etməsi onun gələcəkdə qanunla ona təyin ediləcək cəzadan yaxa qurtarmaq, habelə bu tip cinayətin törədilməsinə görə cəmiyyətdə, xüsusilə yaxın ətrafında qınaq obyektinə çevrilə biləcəyi qorxusu olmuşdur. Məhkəmə, ifadələrə qiymət verərkən ilk öncə həmin ifadələrin ağlabatanlığı və iş üzrə ittihamın həll olunmasına nə dərəcədə əsas ola biləcəyi kriteriyasından yanaşır. Məhz ağlabatanlıq kriteriyasından yanaşaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin yaşı nəzərə alınaraq sırf cinsi sferada törədilmiş cinayətlə bağlı yalan ifadə verə bilməsi mümkünsüzdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, cinayət təqibi zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 150.2.3, 150.2.5-ci, 150.3.3-cü maddələrinin söz olaraq ittihamdan çıxarılmasını istədiyindən, həmçinin, Azərbaycan Respublikası CM-nin 150.3-cü maddəsinə əsasən CM-nin 150.2.3, 150.2,4, 150.2.5-ci maddələrində nəzərdə tutulmuş eyni əməllər 150.3.3-cü maddə ilə ehtiva olunduğundan həmin maddələr Azərbaycan Respublikası CMnin 150.3.3-cü maddəsinə tövsif olunmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə 27 dekabr 2022-ci il tarixli Qanunla 149.2.3-cü maddəsi ləğv edilmiş, Cinayət Məcəlləsinə “yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi” məzmunda 149.2-1.1-ci maddəsi əlavə edilmiş, həmin cinayətin törədilməsinə görə də üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Odur ki, təqsirli bilindiyi CM-nin 149.2.3-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Göstərilənlərə əsasən, eləcə də törədilmiş cinayətin xarakteri, ictimai təhlüəlilik dərəcəsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hadisədən əvvəlki və sonrakı münasibətləri, təqsirləndirilən şəxsin davranışlarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs yalnız uzun müddət azadlıqdan məhrum edilməklə yenidən tərbiyə və islah oluna bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun yalnız azadlıqdan məhrum edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail olunacağını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.2.3 (01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 150.3.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, 27 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Qusar rayon məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, i.v. 176-177, 195-196 cild 2, 1-2, 25-28) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi iş üzrə maddi sübut kimi tanınmış Qusar rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs cinayət əməllərini törətdiyi otaqdakı çarpayıda olan üzərində şəkillər olan mələfə, üzərində Təqsirləndirilən şəxsa məxsus olması ehtimal edilən otaqdakı divardan götürülmüş sperma ləkələri, üzərində şəkillər olan yorğan üzü, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş arxa sağ cib hissəsində “JEANS” yazılmış qırmızı etiketi olan qara rəngli cins şalvar, qırmızı rəngli, naxışlı don üzərində “Rockfeel” yazısı olan boz rəngli qısaqol futbolka, yaxası zəncirbəndli, boynundakı etiketdə “DİVON” yazısı olan qara zolaqlı, ağ rəngli qısaqol futbolka, üzərində qara rəngli dairəvi naxışları olan qırmızı tursik, göy rəngli busqalter, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş hadisə zamanı əynində olmuş diz hissəsində yırtıqlar, bel hissəsində olan etiketdə “REVANJ” yazısı olan qara rəngli cins şalvar, diz hissələrində cibləri, bel hissəsində olan etiketdə “SİZE 31” yazıları olan manjetli qara rəngli şalvar, üzərində mavi fonda qartal təsviri olan qara rəngli qısaqol futbolka, bel hissəsində “CYS SPORT” yazıları olan qara rəngli tursik, Zərərçəkmiş şəxs1 götürülmüş qan nümunəsi, cinsiyyət orqanından yaxma tampon, Təqsirləndirilən şəxs götürülmüş qan və tüpürcək ifrazatı nümunələri məhv edilməli, hadisə yerinə baxış zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefonub isə qanuni nümayəndəsi Qanuni nümayəndə1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 329 (üç yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3 (01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) və 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-nin 149.2.3-cü maddəsi (01 fevral 2023-cü il tarixədək qüvvədə olan redaksiyada) ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 150.3.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 27 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Qusar rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs cinayət əməllərini törətdiyi otaqdakı çarpayıda olan üzərində şəkillər olan mələfə, üzərində Təqsirləndirilən şəxsa məxsus olması ehtimal edilən otaqdakı divardan götürülmüş sperma ləkələri, üzərində şəkillər olan yorğan üzü, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş arxa sağ cib hissəsində “JEANS” yazılmış qırmızı etiketi olan qara rəngli cins şalvar, qırmızı rəngli, naxışlı don üzərində “Rockfeel” yazısı olan boz rəngli qısaqol futbolka, yaxası zəncirbəndli, boynundakı etiketdə “DİVON” yazısı olan qara zolaqlı, ağ rəngli qısaqol futbolka, üzərində qara rəngli dairəvi naxışları olan qırmızı tursik, göy rəngli busqalter, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş hadisə zamanı əynində olmuş diz hissəsində yırtıqlar, bel hissəsində olan etiketdə “REVANJ” yazısı olan qara rəngli cins şalvar, diz hissələrində cibləri, bel hissəsində olan etiketdə “SİZE 31” yazıları olan manjetli qara rəngli şalvar, üzərində mavi fonda qartal təsviri olan qara rəngli qısaqol futbolka, bel hissəsində “CYS SPORT” yazıları olan qara rəngli tursik, Zərərçəkmiş şəxs1 götürülmüş qan nümunəsi, cinsiyyət orqanından yaxma tampon, Təqsirləndirilən şəxs götürülmüş qan və tüpürcək ifrazatı nümunələri məhv edilsin, hadisə yerinə baxış zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefonun isə qanuni nümayəndəsi Qanuni nümayəndə1 qaytarılması nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 329 (üç yüz iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-67/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-67/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver