Məhkəmə qərarları › İş №1(124)-674/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-674/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-674/2024 16.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi- X2 və nümayəndəsi Şahid1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Qobustan rayonu, Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta- ixtisas təhsilli, evli, məhkum olunmamış, hazırda işləməyən, Qobustan rayonu, Qobustan şəhərində nömrəsiz fərdi evdə qeydiyyatda olan və tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə saat 08 radələrində arvadı xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aralarında sözlə yaranmış mübahisə zamanı 12 fevral 2024-cü il tarixdə evi tərk etdikdən sonra yaşadığı sonuncunun qardaşı Şahid1 məxsus Qobustan rayonu, Qobustan şəhəri, Yeni Massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinə gələrək Zərərçəkmiş şəxs evə qayıtmasım bildirsə də, sonuncunun etiraz edərək evə qayıtmayacağmı göstərdikdən sonra oradan getmiş, həmin gün saat 10 radələrində yenidən Zərərçəkmiş şəxs yaşadığı həmin evə gələrək ondan sonuncu dəfə birgə yaşadıqları evə qayıtmasını tələb etmiş, sonuncunun bununla razılaşmaması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin gün saat 10:50 radələrində qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, həmin cinayətkar niyyətini həyata keçirmək üçün bu məqsədlə gödəkçəsinin cibində saxlayaraq özü ilə gətirdiyi, uc hissələri bir-birinə düyünlənmiş vəziyyətdə olan ağ rəngli sintetik ipi evin qonaq otağında onun boyun nahiyyəsinə yan tərəfdən keçirib, hər iki əli ilə ipi dartaraq sıxıb boğmaqla sonuncuya boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində ölümünə səbəb, yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, mexaniki asfıksiya ilə müşayiət olunan boynun köndələn, qapanan, birqat stranqulyasiya şırımı xəsarəti yetirərək Zərərçəkmiş şəxs qisas niyyəti ilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 02 mart 2024-cü il tarixdə həyat yoldaşının yanına onu evlərinə qaytarmaq üçün getmişdir, ittiham aktında yazılanların yarısı düzgün olmamışdır. 10-15 dəqiqə söhbət edərək, qayıtmışdır. Onların arasında mübahisə baş vermişdir, yoldaşını çox istəmiş, belə bir hadisənin olacağı heç ağlından da keçməmiş, o, özündə olmamışdır. Həmin an tək onu xatırlamışdır ki, arvadı “boğ məni” demiş, o da onu boğmuş, başqa məqsədi olmamışdır. Verilən suallara cavab olaraq göstərdi ki, aralarında elə möhkəm mübahisə baş verməmiş, yoldaşı ilə dalaşmamışdır. 22 yaşı olan uşağını danlamışdır, yoldaşı uşaqlarına görə evə gəlməmişdir. Yoldaşının yanına səhər saat 08 radələrində getmişdir. Qayıdıb gələndə səhər saat təxminən 10 olmuşdur. Həmin vaxt getməkdə məqsədi yoldaşını evə gətirmək olmuş, sintetik ipi isə üzüm kollarını bağlamaq üçün götürmüşdür, yoldaşını öldürmək fikri olmamışdır. Hadisə vaxtı evdə heç kim olmamış, yoldaşı ayaq üstə olmuş, ona yaxınlaşaraq 1 dəqiqənin içində iplə boğazını sıxmış, bir də görmüşdür ki, yoldaşının dizi yerə dəyir, ona heç bir müqavimət göstərə bilməmişdir. Onun hadisə zamanı ağlı başında olmamışdır və o görmüşdür ki, yoldaşı artıq yoxdur, o da onsuz yaşamaq istəməmiş, buna görə də özünə xəsarət yetirmişdir. Hadisə barədə ilk qardaşı oğluna zəng etmiş, Nurxan, Cabar, Səməndər gəlmişlər. Sonra özünə bıçaqla xəsarət yetirmişdir. Yoldaşını uzunluğu təxminən 1 metr olan küçədən tapdığı sintetik ip ilə boğmuşdur. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1973-cü ildə Qobustan rayonu, Nərimankənd kəndində anadan olmuş, orta-ixtisas təhsillidir və hərbi xidmət keçmişdir. 07 sentyabr 2001-ci ildə öz istəyi ilə Zərərçəkmiş şəxs ilə el adəti ilə toyları olmuş, lakin 27 sentyabr 2002-ci il tarixdə aralarında rəsmi nikah bağlanmışdır. Həmin nikahdan onların iki oğlu dünyaya gəlmişdir. 01 avqust 2022-ci il tarixdən Qobustan Rayon İcra Hakimiyyətinin 1 saylı Yaşıllaşdırma idarəsində bağban kimi işləməyə başlamış, 01 yanvar 2024-cü il tarixdən orada fəhlə kimi işləmiş, 2024-cü ilin may ayında isə onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 12 fevral 2024-cü il tarixdə təxminən saat 22-23 radələrində arvadı Günel oğlu Turalı danladığı üçün ondan küsüb atasından qalma, Günelin qardaşı Şahid1 adına olan Qobustan rayonu, Qobustan şəhəri, Yeni Massivdə yerləşən nömrəsiz fərdi evə getmişdir. Həmin vaxt oğulları 2002-ci il təvəllüdlü Tural və 2004-cü il təvəllüdlü Nural da Günellə birlikdə getmişlər. Günellə arasında ədavət və ya düşmənçilik olmamışdır. Günel ondan küsüb getdikdən sonra ilk 3-4 gün ərzində onun qaldığı evə getməmiş, daha sonrakı günlərdə isə oraya getmişdir. Hətta orada yemək yemiş və çay içmişdir. Günel özü oraya getməsinə etiraz etməmişdir. 02 mart 2024cü il tarixdə təxminən saat 08 radələrində Günelin qaldığı həmin evə getmiş, həmin vaxt oğlu Nural yatmış, Günellə təxminən 10-15 dəqiqə ərzində qayıdıb evlərinə gəlməsi üçün söhbət etmişdir. Ancaq Günelin gəlməyə könlü olsa da, oğlu Turalı danladığı üçün küsdüyündən onunla gəlməmişdir. Daha sonra oradan çıxıb evlərinə getmişdir. 02 mart 2024-cü il tarixdə saat 08 radələrində Günelin qaldığı evə getdiyi zaman oğlu Nuralın evin mətbəxinin yanındakı otaqda yatdığını görmüşdür. Günel atasından qalma evdə qaldığı zaman həkimə getmiş və həkim Günelə ödündən əməliyyat olunmalı olduğunu demişdir. 02 mart 2024-cü il tarixdə saat 08 radələrində Günelin yanına gedəndə maaş kartını da Günelə aparmışdır ki, onun adına kredit götürərlər və kredit götürdükləri pulla Günel əməliyyat olunar. Bu məsələ ilə əlaqədar Günellə söhbət etmək üçün həmin gün, yəni 02 mart 2024-cü il tarixdə təxminən saat 10 radələrində Günelin qaldığı atasından qalma həmin evə yenidən getmişdir. O, darvazanın bağlı olmasını görüb hasarın üstündən həyətə tərəf keçmişdir. Həyətə keçib oradan evə tərəf getmiş və evin qapısını döymüşdür. Günel “kimdi?” deyə soruşmuş, o isə “mənəm” demişdir. Daha sonra Günellə aralarında Günelin əməliyyatı olunması ilə bağlı söhbət etmişlər. O, həmin vaxt oğlu Nuralın içəri otaqlardan birində yatdığını düşünmüşdür. Daha sonra hava soyuq olduğu üçün Güneldən çay istəmiş, Günel də mətbəxə keçib çay dəmləyib gətirmiş və qonaq otağındakı stolun üzərinə qoymuşdur. O, Günelə “mən tək qala bilmirəm” demişdir. Günel də bildirmişdir ki, “mən ikinizin arasında qalmışam, neyləyim, gedib özümü öldürüm?”. O isə “Tural gələr, ona da başa salaram” demişdir. O, əsəbi olmuşdur. Günellə divanda oturub söhbət etmiş, daha sonra hər ikisi ayaq üstə söhbət etmişlər. Eyni zamanda o, otaqdakı qaz sobasının yanında da dayanıb Günellə söhbət etmişdir. Bildirmişdir ki, 02 mart 2024-cü il həftənin 6cı günü olmuşdur. Ümumiyyətlə, hər həftənin 6-cı günü Günel Günay adlı bacısıgilə gedib orada yuyunub gəlmişdir. Onlar söhbət etdikləri əsnada Günel bacısı Günaygilə getməyə hazırlaşmışdır. Günelin başında şərf də olmuşdur. Günelin qaldığı evə piyada yolla gələndə Qobustan şəhərində Günelin qaldığı evə gedən yolun kənarından ağ rəngli sintetik ip tapıb cibinə qoymuşdur. Həmin ipi üzərinə götürməsinə səbəb Qobustan şəhərində Günellə yaşadıqları evdə olan üzüm ağaclarını bağlamaq niyyəti olmuş, çünki həmin üzüm ağaclarını hər il bağlamasa, üzümlər yerə tökülüb heyif olmuşdur. Tapdığı həmin sintetik ipin ucları bir-birinə düyünlü vəziyyətdə olmuşdur. Bildirmişdir ki, Günelə onunla evə getməsini desə də, Günel getmək istəmədiyindən o, daha da əsəbiləşmiş və aralarında mübahisə yaranmışdır. Günellə mübahisə etdikləri zaman Günel ona “boğ məni, canımı qurtar” demişdir. Həmin vaxt əsəbi vəziyyətdə olmuşdur. Günelə dəfələrlə onunla evlərinə qayıtmasını xahiş etsə də, Günel onunla razılaşmamışdır. İp gödəkçəsinin cibində olmuş, orada olduğu vaxt gödəkçəsini soyunmuş və oturacaq stulunun üzərinə qoymuşdur. Əsəbiləşdiyi üçün gödəkçəsinin cibindən ipi götürmüş və Günelin yan tərəfdən boğaz nahiyyəsinə ipi salıb hər iki əli ilə dartıb sıxmaqla Güneli boğmuşdur. Günel həmin vaxt ayaq üstdə olmuşdur. O, Günelin sol tərəfində dayanmış və ipi Günelin sol tərəfindən dayandığı vaxt həmin yerdən Günelin boğazına keçirib sıxıb onu boğmuşdur. Günel həmin vaxt qonaq otağında xalçanın üzərinə dizi üstə oturmuş, daha sonra yerə uzanaraq xırıldamağa başlamışdır. O, Güneli boğandan sonra Günelin yanından durub mətbəxə keçmiş və orada olan bıçağı götürüb Günelin yanına gəlmişdir. Güneli boğub öldürdükdən sonra yaşamaq istəmədiyindən özünün boğaz nahiyyəsindən bir neçə dəfə kəsmişdir. Daha sonra oğlu Nuralı səsləmiş, çünki elə bilmişdir ki, Nural evdədir. Səsinə səs verən olmamış, həmin vaxt Nuralın evdə olmadığını başa düşmüşdür. Daha sonra Güneli boğmaq üçün istifadə etdiyi ipi də özü ilə götürüb mətbəxə su içməyə keçmiş, həmin vaxt ipi oradakı soyuducunun arxa tərəfinə atmışdır. Həmin ip qanlı vəziyyətdə olmuşdur. Çünki üzərinə onun özünün qanı axmışdır. Mətbəxdə su içdikdən sonra mətbəx qapısının yaxınlığında boğazının damarlarını aralamağa çalışmışdır. Daha sonra mətbəxdən çıxıb Günelin yanına gəlmiş və Günelin başının yanında oturub yenidən bıçaqla boğaz nahiyyəsini bir neçə dəfə kəsmişdir. Daha sonra Günelin sinəsinə tərəf uzanmış, həmin vaxt onun boğaz nahiyyəsindən axan qan Günelin boğaz nahiyyəsinə və onun boğazının alt hissəsinə və xalçanın üzərinə tökülmüşdür. Daha sonra qarın nahiyyəsindən sağ tərəfdən qara ciyərinə yaxın hissədən bir dəfə bıçaqla özünə xəsarət yetirmişdir. Həmin vaxt düşünmüşdür ki, qaraciyərinə bıçaqla vursa, qanaxmadan ölər. Daha sonra evin içərisindəki otaqlardan birindən üzərində gül təsvirləri olan mələfə götürüb Günelin üstünə örtmüşdür. Çünki Günelin öldüyünü başa düşmüşdür. Daha sonra istifadəsində olan ***- ***-**-** saylı mobil telefon ilə qardaşı oğlu Nurxana zəng etmiş, lakin zəngi tez sonlandırmış, çünki konturu olmamışdır. Daha sonra Nurxan özü ona zəng etmiş, bir dəfə səhvən onun zəngini açmamışdır. Daha sonra Nurxan təkrar zəng edəndə onun zəngini açmışdır. Nurxandan soruşmuşdur ki, “hardasan?”, o da “əmimgildə” demişdir. Nurxana demişdir ki, “Səməndər bilməsin”. Çünki Səməndər dializ xəstəsidir. Səməndərin həyəcan keçirib narahat olmasını istəməmişdir. Nurxana həmçinin demişdir ki, “gəlinbacımzı boğmuşam, özümə də bıçaqla vurmuşam”. Həmçinin, sonradan xatırladığına görə Nurxan ona yenidən zəng edəndə Nurxana zarafat etdiyini demişdir. Çünki qardaşı Səməndər xəstə olduğu üçün bu xəbəri eşidib ona nəsə olacağından qorxmuşdur. Nurxanla danışdıqdan sonra Günelin başına bağladığı şərf ilə onun üz nahiyyəsini silmiş, daha sonra əlimdə bıçaqla həyətə çıxmışdır. Sonradan xatırlamışdır ki, həyətdə olduğu zaman qardaşı Səməndər ona zəng edib nə baş verdiyini soruşmuş, qardaşı Səməndərə “həqiqətən də eləmişəm, Güneli öldürmüşəm, zobordan, yəni hasardan tullanıb içəri girərsiniz” demişdir. O, Səməndərə nəsə olacağını düşündüyü üçün ilk öncə qorxsa da, daha sonradan Səməndərin Nurxana dediklərindən məlumatlı olduğu üçün Güneli öldürdüyünü ona demişdir. Çox keçmədən qardaşı oğulları Nurxan, Cabar və qardaşı Səməndər gəlmişlər. Onlar gələndə həyətdə əlindəki bıçaqla özünə xəsarət yetirmək istəyəndə Cabar bıçağı əlindən götürmək istəmiş, ancaq bıçağı verməmiş və həyətdəki sahəyə atmışdır. Daha sonra onlar evin içərisinə tərəf getmiş, o isə həyətə atdığı bıçağı götürüb sol biləyindən kəsmişdir ki, venası kəsilər və ölər. Daha sonra Cabar gəlmiş və onun öz qolunu yenə kəsməyə qoymamışdır. Cabar onun əlindən itələyərək bıçağı həyətə atdırmışdır. Daha sonra evin həyətində olduğu vaxt Sabirin gəldiyini görmüş, Sabirə “Güneli öldürmüşəm” demişdir. Həmçinin, polisə məlumat verməsini bildirmişdir. Həmin vaxt həyətin darvazasının ətrafında gəzişmişdir. Bir müddət keçdikdən sonra isə oraya təcili tibbi yardım avtomobili gəlmiş, onu təcili yardım avtomobili gəlib Qobustan rayon Mərkəzi Xəstəxanasına gətirmiş və xəstəxanada əməliyyat olunmuşdur. O, hadisədən bir müddət keçdikdən sonra oraya Nurxan və Cabarla birlikdə Səməndərin də gəldiyini xatırlamışdır. İlk dəfə ifadə verdiyi zaman Səməndərin də gəldiyini deməmişdir, çünki xatırlamamışdır. Səməndər Nurxan və Cabarla gələndə onun üstünü qanlı və bədəninin bəzi nahiyyələrinin kəsilmiş halda olduğunu görüb ürəyi bulandığından ondan sadəcə olaraq nə etdiyini soruşduqdan və Güneli boğduğunu və özünü isə bıçaqladığını dedikdən sonra darvazadan çıxıb getmişdir. Sonradan Səməndəri görməmişdir. Bildirmişdir ki, Günel ilə aralarında mübahisə yaranmasına səbəb oğlu Turalı danlamağı olmuşdur. Çünki Tural onun sözünə qulaq asmamış, Günel də onların ikisinin arasında qalmışdır. Günel əvvəllər bir neçə dəfə ondan küsüb yaşadığı evdən atası evinə getmişdir. Belə ki, bir dəfə 2020-ci ildə bir ay “Vətən müharibəsi” vaxtı oğlu Tural əsgərlikdə olduğu zaman ondan küsüb getmiş, sonuncu dəfə isə 12 fevral 2024-cü il tarixdə küsüb getmişdir. Bildirmişdir ki, ola bilsin ki, qayınanası Gülzarın dediyi kimi Günel 3 dəfə ondan küsüb getmişdir, ancaq bunu dəqiq xatırlamır. O, maaş alandan alana spirtli içki alıb içir. Ayda cəmi 3-4 dəfə spirtli içki qəbul edir. Günellə aralarında həmin məsələ ilə bağlı da mübahisələr olmuş, lakin Günellə evli olduğu müddət ərzində onların aralarında çox da ciddi mübahisələr olmamışdır. O, əvvəllər heç vaxt Günelə vurmamış, Güneli döyməmiş və Günelə heç bir xəsarət yetirməmişdir. Bildirmişdir ki, Lalə İmanovanın dedikləri həqiqətə uyğun deyildir. Belə ki, o, heç vaxt Güneli öldürməklə hədələməmişdir. Günellə aralarında sözlə mübahisələr olduğu zaman Günelə özünü öldürəcəyini demişdir. X16 hədələdiyini desəydi, Lalə özü də bununla bağh polisə məlumat verə bilərdi. Həmçinin, o, Günelin qaldığı evə getdiyi vaxtlar həmişə darvaza bağlı olmuşdur. Darvazanın qapısını döysə də, Günel heç vaxt bunu eşitməmişdir. Buna görə də, ya Günelə zəng edib qapını açmasını demiş, ya da hasardan aşaraq həyətə keçib evin qapısını döymüşdür. Günel özü darvazanın qapısının döyülməsini eşitmədiyi üçün evin qapısını bağlamışdır ki, birdən içəri kimsə girər. Günel onun qaldığı həmin evə getməsinə və hasardan aşıb keçməsinə heç vaxt etiraz etməmişdir. Həmçinin, oraya gedəndə ona yemək və çay da vermişdir. Bildirmişdir ki, sərxoş halda olanda Günel evlərinə qayıdıb gəlmədiyi üçün ola bilsin ki, Günelə sözlə “mənlə barış, yoxsa səni də, özümü də öldürəcəm” demişdir. Ancaq hal-hazırda xatırlamır. O, Güneldən ayrılmaq istəməmiş, Günelin evlərinə qayıtmasını istəmiş, buna görə də, həmin sözləri də demişdir. Həmin sözləri Güneli öldürmək niyyəti ilə deməmişdir. Həmçinin, ola bilsin ki, əvvəllər də sərxoş halda olanda Günel ondan küsəndə belə söz demişdir. Günel özü qaldığı evə onun getməsi ilə bağlı hər hansı etiraz etməmişdir. O, Günelin qaldığı evə gedib orada yemək də yemiş, çay də içmişdir. Günel etiraz etsəydi, heç ona yemək, çay verməz və onu evinə buraxmazdı. Güneli öldürən zaman əynində uzunqol mavi rəngli köynək, ağ rəngli mayka, üzərində kəmər olan tünd göy rəngli cins şalvar, bir cüt qara rəngli ayaqqabı, bir cüt corab, üzərində göy, ağ və tünd göy rəngli zolaqlar olan trusik, boz rəngli istilik şalvarı olmuşdur. Həmçinin, Günelgilə gedəndə əynində gödəkçə də olmuşdur. Həmin gödəkçəni Günelin qaldığı evdə soyunub stullardan birinin üzərinə qoymuşdur. Günelin əynində isə hadisə vaxtı qara rəngli şalvar, qara rəngli üzərində ağ zolaqları olan kofta və başında isə şərf olmuşdur. Günelin üzərində başqa hər hansı paltar olub-olmamasını xatırlamır. Bildirmişdir ki, özünə Günelin qaldığı evin mətbəxindən götürdüyü bıçaqla xəsarətlər yetirmişdir. Həmin bıçaqla boğaz, qarın və sol bilək nahiyyələrindən özünə xəsarətlər yetirmişdir. Neçə xəsarət yetirməsini dəqiq xatırlamır. Bədənində olan xəsarətlərin hamısını özü-özünə yetirmişdir. Özünə xəsarətlər yetirdiyi bıçağın tiyəsi və dəstəyi dəmirdən olmaqla, dəstəyi boz rəngli izolentlə sarınmış vəziyyətdə olmuşdur. Həmin bıçaq qatlanmayan olmuşdur. Həmin bıçağı Günel yaşadığı qardaşı Şahid1 məxsus evin mətbəxindən götürmüşdür. Güneli boğduğu sintetik ip ağ rəngli olmuş və ona elə arasında “pres” ipi də deyirlər. Həmin ipin ucları düyünlü vəziyyətdə olmuşdur. Onu Günelin qaldığı evə gələn zaman yoldan tapmışdır. Həmin ipi götürüb əynindəki gödəkçəsinin cibinə qoymuşdur ki, həyətlərindəki üzüm tənəklərini bağlamaq üçün ondan istifadə edər. 02 mart 2024-cü il tarixdə səhər saat 08 və təkrar saat 10 radələrində Günelin qaldığı evə getdiyi zaman darvaza bağlı olmuş, buna görə də, hasardan tullanıb həyətə keçmişdir. Günel darvazanın qapısını döyəndə heç vaxt eşitmədiyi üçün darvazanın qapısını döyməyib hasardan keçir. Hasardan keçdikdən sonra evin qapısına gedib həmişə qapını döyür və Günel özü ona qapını açır. Günel özü hasardan keçməsinə heç vaxt etiraz etməmişdir. Günelin qaldığı evə getdiyi vaxtlar Günel ona yemək və çay da vermişdir. Oraya getməsinə etiraz etsəydi, onu oradan qovardı. O, 02 mart 2024-cü il tarixdə təxminən saat 10 radələrində Günelin qaldığı evə təkrar gedəndə darvazanı döymüş, lakin Günel darvazanı döydüyünü eşitməmişdir. Buna görə də, saat 10:07-də Günelə bir dəfə zəng etmiş, lakin Günel zənginə cavab verməmişdir. Bundan sonra isə hasardan aşaraq həyətə keçib evin qapısını döymüş və Günel də qapını açmışdır. Hadisə zamanı özünün boğaz nahiyyəsindən, qarın və sol bilək nahiyyələrindən özünə bıçaqla xəsarətlər yetirmişdir. Ona heç kim xəsarət yetirməmişdir. Bildirmişdir ki, üzərində ümumiyyətlə bıçaq gəzdirmir, özünə xəsarətlər yetirdiyi bıçağı Günelin olduğu evin mətbəxindən götürmüşdür. Həmin bıçaqla sadəcə özünə xəsarətlər yetirmiş, Günelə bıçaqla heç bir xəsarət yetirməmişdir. Yol kənarından tapdığı ipi götürüb üzərində saxlamasına səbəb yaşadığı evin həyətində olan üzüm tənəklərini onunla bağlamaq olmuşdur. Bildirmişdir ki, Güneli boğduğu zaman Günel ona heç bir müqavimət göstərməmişdir. Həmin vaxt Günel ona xəsarət yetirməmişdir. O, sintetik ipi Günelin boğazına yan tərəfdən keçirib hər iki əli ilə dartaraq sıxıb Güneli boğmuşdur. Bıçaqla Günelin qaldığı evin həyətində sol biləyini kəsdiyi zaman qardaşı oğlub Cabar gəlib ona yalvarmışdır ki, “əmi burax”. Ancaq özünü öldürmək istəmişdir. Cabar onun sağ əlində saxladığı bıçağı qolundan tutub həyətə tərəf atmışdır. Cabar bıçağı əlinə almamışdır. Bıçaq həyətdə hasara yaxın bir yerdə qalmışdır. Güneli boğduğu ipi mətbəxə keçib su içdiyi zaman orada soyuducunun arxa tərəfmə atmışdır. İp qanlı vəziyyətdə olmuşdur. Bildirmişdir ki, Güneli atasından qalma qardaşı Şahid1 adına olan Qobustan rayonu, Qobustan şəhəri, Yeni Massivdə yerləşən nömrəsiz fərdi evin qonaq otağında təxminən saat 10:50 radələrində sintetik ipdən istifadə edərək boğaraq öldürmüşdür. Həmin sintetik ipi öldürmək məqsədilə Günelin boğazına keçirtmişdir. Bildirmişdir ki, Güneli boğduğu zaman orada yanlarında heç kim olmamışdır. Hadisəni tək törətmişdir. Həmçinin, özünün boğaz nahiyyəsindən və qarın nahiyyəsindən bıçaqla xəsarətlər yetirən zaman da orada heç kim olmamışdır. Biləyini isə evin həyətində kəsmiş, həmin vaxt yanlarında heç kim olmasa da, o, biləyini kəsdikdən sonra oraya Cabar gəlmişdir. Bildirmişdir ki, əvvəllər arvadı Günel ilə arasında hər hansı bir münaqişə olmamışdır. Sadəcə olaraq uşaqlarına və spirtli içki içməyinə görə aralarında sözlə mübahisələr olmuşdur. O, bir böyrəyini qardaşı Səməndərə vermiş, sağ qolunda isə hərbi xidmətdə olduğu dövrdə dəmirə dəydiyi üçün xəsarət almışdır. Bununla bağlı əməliyyat da olunmuşdur. Təxminən 1995-1996-cı illərdə Mərkəzi Hərbi Hospitalda təxminən 2-3 ay qalıb müalicə olunmuş, çünki qızdırması həmin dövrdə xəstələndiyi üçün çox olmuş və özündə olmamışdır. Buna görə də, müalicə almışdır. Hazırda heç bir psixi xəstəliyi yoxdur. Bildirmişdir ki, kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasından keçən zaman fikrini düzgün ifadə etməmişdir. Günellə aralarında sözlə mübahisələr əvvəllər də olmuşdur. 12 fevral 2024-cü il tarixdə təxminən saat 22-23 radələrində spirtli içkini tərkitmədiyinə görə Günellə aralarında mübahisə olmuşdur. Həmin vaxt oğlu Tural da ona irad göstərdikdə onu danlamışdır. Günel də bu hadisədən əsəbiləşib oğulları Nural və Turah götürüb qardaşı Şahmarın adına olan evə getmişdir. Bildirmişdir ki, o, heç vaxt narkotik maddə qəbul etməmişdir. Lakin spirtli içki qəbul edir. O, spirtli içki aludəçisi deyildir. Bildirmişdir ki, Nurah nə Günel, nə də o, çağırmamışdır. 02 mart 2024-cü il tarixdə saat 08 radələrində Günelin qaldığı evə getdiyi zaman Nurahn mətbəxin yanındakı otaqda yatdığını görmüşdür. Günellə mübahisə etməmişdən əvvəl Günel Nurahn yatdığını demişdir. O, Güneli boğandan sonra Günelin yanından durub mətbəxə keçmiş və orada olan bıçağı götürüb Günelin yanma gəlmiş və orada boğaz nahiyyəsindən bir neçə dəfə kəsmişdir. Daha sonra oğlu Nurah səsləmiş, çünki elə bilmişdir ki, Nural evdədir. Səsinə səs verən olmamış, həmin vaxt başa düşmüşdür ki, Nural evdə yoxdur. Həmçinin, Nurahn yatdığı otağa da baxıb görmüşdür ki, Nural evdə yoxdur. Həmçinin, bildirmişdir ki, Günel onun cibində ip olduğunu bilmiş, çünki maaş kartını cibindən çıxardanda ipi də çıxartmışdır. Həmin vaxt Günel ipi görüb onu nə üçün götürdüyünü soruşmuş, o da yoldan tapdığını və üzüm tənəklərini bağlamaq üçün üzərində gətirdiyini Günelə demişdir. Bildirmişdir ki, ikinci dəfə Günelin yaşadığı evə gedəndə Nurahn evdə olub-olmadığını soruşmuş, Günel də “Nural yatıb” demişdir. Həmin vaxt Nurahn həqiqətən evdə olub-olmadığına baxmamış, çünki həmin gün ilk dəfə Günelin yaşadığı evə gəldiyi vaxt Nurahn mətbəxin yanındakı otaqda yatdığını görmüşdür. Digər oğlu Tural isə ümumiyyətlə həmin evdə olmamışdır. Tural bildiyi qədərilə hadisədən təxminən 7-10 gün əvvəldən Bakı şəhərinə işləməyə getmiş, ona görə də, Tural həmin gün evdə olmamışdır. Günellə arasındakı mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Özünə xəsarət yetirməsinə səbəb isə arvadı Günel öldükdən sonra yaşamaq istəməməsi olmuşdur. O, arvadı Güneli çox istəmişdir. Bildirmişdir ki, boğazını kəsəndən sonra bədəni istiləndiyi üçün mətbəxə keçib mətbəxə giriş qapısının yaxınlığındakı göy rəngli su qabından bir qədər su içmiş, həmin vaxt Güneli boğduğu ipi də özü ilə götürmüşdür. Sintetik ipi mətbəxdəki soyuducunun arxa tərəfinə atmışdır. Onun boğazından axan qan da mətbəxin girişdən bir qədər aralıya və ipi atdığı yerə axmışdır. Ümumiyyətlə, o, həmin vaxt nə etdiyini bilməmişdir. Bildirmişdir ki, istifadəsində bir ədəd qara rəngli markasını xatırlamadığı mobil telefon var. ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Arvadı Günelin isə istifadəsində “Samsung” markalı, smartfon tipli mobil telefon var. Günel ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Həmçinin, bildirmişdir ki, o, əvvəllər heç vaxt arvadı Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, Güneli öldürməyə cəhd etməmiş və Güneli öldürməklə hədələməmişdir. O, əvvəllər özünü öldürməyə və ya özünə xəsarət yetirməyə cəhd etməmişdir. Ona qarşı hər hansı şəxs tərəfindən nə vaxtsa zor tətbiq olunmamış, o cümlədən amansız rəftara, mütəmadi olaraq ləyaqətinin alçaldılmasına və yaxud hədə-qorxu gəlinməsinə məruz qalmamışdır. Həmçinin bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Günelin yaşadığı evə gedən zaman Güneldən pul tələb etməmiş, eyni zamanda Güneli öldürdükdən sonra da həmin evdən hər hansı bir şey oğurlamamışdır. (İ cild, i.v 170-178, İİİ cild, i.v 9-19) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərdi ki, hadisə onların kənd evlərində baş vermiş, onlar hadisədən bir gün əvvəl ölən qızı ilə Qızıldaş kəndinə gəlmişlər. Mürsəl spirtli içki aludəçisi olmuş, işləməyə başladıqdan sonra qazandığı pulun hamısını spirtli içkiyə verərək sərxoş halda gəzmişdir. Təxminən 12 fevral 2024-cü il tarixdə qızı Günel Mürsəllə yola getmədiyi üçün Mürsəldən küsüb oğlu Şahid1 adına olan ata evinə köçüb gəlmişdir. Günelin övladları Tural və Nural da Günellə birlikdə gəlmişlər. Tural “Vətən müharibəsi”ndə qazi olmuş, fəhləliklə və ofisiant işləməklə özünü dolandırır. Təxminən 4-5 gün əvvəl, yəni 26-27 fevral 2024-cü il tarixlərdə Tural Bakı şəhərinə işləməyə getmişdir. Oğlu qazidir, Mürsəl onu evə qoymamış, 2 nəvəsini və qızını hər gün çölə atmış, onlara demişdir ki, ev onundur, çölə çıxsınlar. Qızı təxminən 10-15 gün əvvəl gəlmiş, o da qızı ilə qalmışdır. Ev Qobustan rayonu, “Nərimankənd” adlanan ərazidə yerləşir. Özü Qızıldaş kəndində qalır. Mürsəl gələndə motor düzəltmişdirlər, Mürsəl demişlər ki, gəlib bir stəkan çay içsin, o da onlara “gedin işim var” demişdir. Sonra ipi götürüb gəlmiş, qızı demişdir ki, onlara gəlməsin,darvaza bağlı olmuşdur. Hasardan aşıb gəlmiş, qızı qapını kilidi bağlanmır deyə bağlamamışdır. Qızı Mürsəldən hündür olmuş, ipi elə atmışdır ki, qızı əlindən qurtula bilməmişdir. Mürsəllə barışmayacaq. Verilən suallara cavab olaraq ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, bacısı Günel təxminən 2001ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, onların nikahından Tural və Nural adlı iki oğulları var. Günel və Mürsəl öz istəkləri ilə ailə həyatı qurmuşlar. Günellə ailəsi Qobustan şəhərində, “Nərimankənd” adlanan ərazidə yaşamışlar. Bacısı Günel ilə Mürsəl arasında əvvəllər yaxşı münasibətlər olmuşdur. Ancaq təxminən 10 ildir ki, onlar arasında münasibət yaxşı deyildir. Mürsəl tez-tez araq alıb içmiş, sərxoş vəziyyətdə evə gəlmiş və evində davadalaş yaratmışdır. Mürsəl işləməyə başladıqdan sonra qazandığı pulun hamısını spirtli içkiyə verib sərxoş halda gəzmişdir. Təxminən 12 fevral 2024-cü il tarixdə bacısı Günel Mürsəllə yola getmədiyi üçün Mürsəldən küsüb onun adına olan atasından qalma, Qobustan rayonunda yerləşən evinə köçüb gəlmişdir. Həmin ev atasından qalmışdır. Övladları Tural və Nural da Günellə birlikdə gəlmişlər. Tural “Vətən müharibəsi”ndə qazi olmuş, fəhləliklə və ofisiant işləməklə özünü dolandırır. Günel rəhmətə getməmişdən təxminən 4-5 gün əvvəl, Tural Bakı şəhərinə işləməyə getmişdir. Nural isə kafelərdən birində ofisiant olaraq işləyir. 02 mart 2024-cü il tarixdə təxminən saat 11 radələrində mobil telefonuna bacısı Günay zəng edərək Mürsəlin bacısı Güneli öldürdüyünü demişdir. O, həmin vaxt anası Gülzar və ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonunda yerləşən evlərindən Qobustan şəhərində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlmişdir. Oraya çatanda öyrənmişdir ki, Mürsəl bacısı Güneli iplə boğmuş, daha sonra isə özünə bıçaqla xəsarətlər yetirmişdir. Həmçinin, onlar oraya çatdıqda artıq Mürsəli xəstəxanaya aparmışlar. Bacısı Günel ilə Mürsəl bir-biriləri ilə yola getməmiş, onların arasında mübahisə baş verməsinə səbəb Mürsəlin qazancına araq və spirtli içki alıb içməsi, övladları Tural və Nuralın belə qazandığı pulu araq alması üçün istəməsi olmuşdur. Mürsəl oğullarından dəfələrlə pul istəmiş, onlar da atalarının pula araq almasına görə qazanclarını ona verməmişlər. Mürsəllə Günel arasında həmişə bu səbəbdən mübahisələr olmuşdur. Bacısı Günel 2019, 2020-ci illərdə, həmçinin 2024-cü ilin fevral ayında ölümündən 20 gün əvvəl Mürsəldən ayrılıb ata evinə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs əmisidir, mərhum Zərərçəkmiş şəxs isə əmisi Mürsəlin həyat yoldaşıdır. 02 mart 2024-cü il tarixdə təxminən saat 11 radələrində o və əmisi oğlu Cabar əmisi Səməndərin yaşadığı Qobustan şəhərində yerləşən evdə olmuşlar. Onlar orada olduqları zaman onun istifadəsində mobil telefon nömrəsinə əmisi Mürsəl istifadəsində olan mobil nömrədən saat 11 radələrində bir dəfə zəng etmiş, ancaq zəngi tez sonlandırdığı üçün əmisi Mürsəlin zənginə cavab verə bilməmişdir. Daha sonra o özü əmisi Mürsələ zəng etmişdir. Əmisi Mürsəl ondan “hardasan?” deyə soruşmuş, o da “əmimgildə” demişdir. Əmisi Mürsəl bildirmişdir ki, “Səməndər bilməsin, gəlinbacınızı boğub öldürmüşəm, özümə də bıçaqla vurmuşam, heç kim bilməsin”. Fikirləşir ki, əmisi Mürsəlin “Səməndər bilməsin” deməsinə səbəb Səməndərin dializ xəstəsi olmasını düşünməsidir. Bundan sonra zəngi sonlandırmışdır. O, bir neçə dəqiqə sonra saat 11:00-da əmisi Mürsələ yenidən zəng etmiş, həmin vaxt əmisi Mürsəl ondan “heç kimə deməmisən?” deyə soruşmuşdur. O da “yanımda Cabar var” demişdir. Daha sonra əmisi Mürsəl “zarafat edirəm” deyib zəngi sonlandırmışdır. Onlar da əmisi Səməndərə bu barədə məlumat vermişlər. O, əmisi Səməndər və əmisi oğlu Cabar birlikdə Günelin yaşadığı evin yanına gəlmiş və evin darvazasının bağlı olduğunu görmüşlər. Daha sonra əmisi Səməndər telefonla Mürsələ zəng etmiş, əmisi Mürsəl “həqiqətən də eləmişəm, Güneli öldürmüşəm, hasardan tullanıb içəri girərsiniz” demişdir. Onlar yolda olarkən Cabar əmisi Sabirə zəng edib “əmim Mürsəl nəsə eliyib” demişdir. Cabar həyəcanlı olduğu üçün fikrini düzgün ifadə edə bilmədiyindən sonradan əmisi Səməndər əmisi Sabirə zəng edib “təcili özünü çatdır, Günelgilə, Mürsəl nəsə eliyib” demişdir. O, əmisi Səməndər və əmisi oğlu Cabar Günelin yaşadığı evin qarşısına gəlib çatmış və darvazanın bağlı olduğunu görmüş, buna görə də, o, darvazanın üstündən həyətə tərəf keçmiş və darvazanın qapısını açmışdır. Onların üçü də həyətə daxil olmuş və evə tərəf getmişlər. Evə giriş qapısının qarşısında əmisi Mürsəli əlində bıçaq üzəri qanlı vəziyyətdə görmüş, əmisi Mürsəli həmin vaxt üzəri qanlı vəziyyətdə görüb ürəyi bulanmış və həyətdən darvazaya tərəf getmişdir. O, darvazanın yanında olduğu zaman əmisi Sabir, onun arvadı Arzu və əmisi Vidadinin həyat yoldaşı Kifayət Qobustan şəhərində yaşayan tanışlarından birinin yas mərasimindən çıxıb gəlmişlər. O, ürəyi bulandığı üçün içəriyə keçə bilməmiş və orada gözləmişdir. Onlar içəri keçmişlər. O, əmisi Sabirgil gəlməmişdən əvvəl darvazanın qarşısında gözlədiyi zaman Cabarın “tulla, tulla” dediyini eşitmişdir. Ancaq onlar arasında baş verənləri görməmişdir. Cabar, o və əmisi Səməndər əmisi Mürsəli görəndə əlində bıçaq olmuşdur. Əmiləri Sabir, Səməndər, həmçinin Arzu və Kifayət evə tərəf getmişlər. Əmisi Sabirgil gələndə Tərgül adlı onların qonşusu olduğunu bildiyi şəxs də gəlmişdir. Ancaq həmin qadın darvazanın yanında əmisi Mürsəli üzəri qanlı vəziyyətdə gördüyü üçün ürəyi bulandığından və qorxduğundan oradan çıxıb getmişdir. Əmisi Sabir evin içərisinə keçməsindən bir neçə dəqiqə keçdikdən sonra darvazanın qarşısına gəlib “Günel ölüb” demişdir. Həmçinin, əmisi Sabir 103 təcili tibbi yardım xidmətinə və Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edib məlumat verdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid11 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, hadisə baş verən gün yas mərasiminə getmişlər, sonra isə qayını Mürsəlgilə getmişlər. Onlar evə çatanda darvaza açıq olmuş, Mürsəlin üst-başı qan olmuşdur, tez Kifayətlə evin içərisinə getmiş və yerdə Günelin hərəkətsiz uzandığını görmüşdür. O, qorxusundan meyitlə yaxınlaşa bilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Mürsəl və Günel həmişə mehriban dolanmışdırlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 bildirmişdir ki, Zərərçəkmiş şəxs anası, Təqsirləndirilən şəxs isə atasıdır. Onlar təxminən 2001-ci ildə ailə həyatı qurmuş və onların nikahından o və qardaşı Tural dünyaya gəlmişlər. Atası ilə anası arasında atası Mürsəlin tez-tez araq alıb içməsi və sərxoş vəziyyətdə evə gəlməsinə görə sözlə mübahisələr olmuşdur. Atası Mürsəl işləməyə başladıqdan sonra qazandığı pulun hamısını spirtli içkiyə verib sərxoş halda gəzmişdir. Təxminən 12 fevral 2024-cü il tarixdə anası Günel atası Mürsəllə yola getmədiyi üçün ondan küsüb dayısı Şahid1 adına olan ata evinə köçüb gəlmişdir. Anası Günellə birlikdə o və qardaşı Tural da gəlmişlər. Həmin evdə təkcə o, anası Günel və qardaşı Tural yaşamışlar. Orada onların üçündən başqa heç kim yaşamamışdır. Dayısı Şahmar isə Bakı şəhəri, Qaradağ rayonunda yaşayır. Dayısı Şahmar qaldıqları evdə onlarla birlikdə qalmamışdır. Anası Günelin atasından küsüb gəlməsinə səbəb atası Mürsəlin çoxlu spirtli içki içməsi və içkini tərkidə bilməməsi, anasının içməməsini dediyi halda, içməyə davam etməsi olmuşdur. Atası Mürsəl bir neçə dəfə anası Günellə qaldıqları evə gəlmiş, ancaq onlar qardaşı Turala bu barədə deməmişlər. Çünki Tural da evlərindən çıxıb gəlməyinə görə əsəbi olmuş, atası Mürsəlin gəldiyini desələr, daha da əsəbiləşəcəyini düşünmüşlər. Qardaşı Tural atası Mürsəlin 01 mart 2024-cü il tarixdə qaldıqları evə gəldiyini bilir. Anası Günel həmin tarixdə Bakı şəhərində olanda Turalla telefonla danışanda atası Mürsəlin gəldiyini ona demişdir. Atası Mürsəl anası Günellə qaldıqları evə dəqiq xatırlamadığı günlərdə gəldiyi zaman evin darvazası bağlı olduğu üçün həmişə hasardan keçib həyətə düşmüş, oradan da evin qapısından evə gəlmişdir. Anası Günel və onun özü atası Mürsəlin hasardan aşıb evə və həyətə gəlməsinə etiraz etməmişlər. Anası Günel və onun özü atasının hasardan aşaraq evin həyətinə keçməsinə və yaşadıqları evə gəlməsinə etiraz etməmişlər. Atası Mürsəl çox vaxt işə getməmişdən əvvəl, yəni təxminən saat 07:30 və 08 radələrində onların qaldıqları evə gəlmişdir. Atası Mürsəl hər dəfə gələndə anası Güneldən onunla barışmasını istəmiş, lakin anası Günel atasının spirtli içkini tərkitmədiyini bildiyi üçün onunla barışmamışdır. Anası Günel atası Mürsəl onların qaldıqları evə gəldiyi zaman ona çay və yemək də vermişdir. 02 mart 2024-cü il tarixdə təxminən saat 08:25 radələrində yuxudan oyanıb tez işə getməli olmuşdur. O, rayon ərazisində olan kafelərdən birində ofisiant olaraq işləyir. Həmin gün yatıb qaldığına görə işə gec getmişdir. Əslində isə hər gün təxminən 07:50 radələrində evdən çıxıb işə gedir. O, işdə olduğu zaman təxminən saat 11 radələrində əmisi oğlu Nurxan ona zəng edib soruşmuşdur ki, “hardasan”, o da “işdəyəm” deyə cavab vermişdir. Daha sonra Nurxanla sağollaşmışdır. Telefon danışığı zamanı Nurxan ona heç nə deməmişdir. Bir müddət keçdikdən sonra əmisi Sabir zəng edib “evə gəl” demişdir. Daha sonra isə qohumlarından biri ona zəng edib “atan ananı öldürüb, tez bura gəl” demişdir. O da tez işdən çıxıb anası ilə qaldıqları evə gəlmişdir. O, həmin evə gələndə hüquq mühafizə orqanlarının əməkdaşları və çoxlu sayda insanlar orada olmuşlar. Bildirmişdir ki, 26 fevral 2024-cü il tarixdə qardaşı Tural işləmək üçün Bakı şəhərinə getmiş, həmin vaxtdan 02 mart 2024-cü il tarixədək, yəni anası Günelin öldüyü günə qədər oraya gəlməmişdir. Atası Mürsəl anası Günellə qaldıqları evə gəldiyi zaman anasına bir neçə dəfə “evimizə qayıtmasan, axırda səni öldürəcəm, özümü də öldürəcəm” demişdir. Atası Mürsəlin sərxoş halda olduğu vaxt da bir neçə dəfə belə sözlər dediyini eşitdikləri üçün həmin sözü ciddi qəbul etməmişlər. X19 telefonla danışanda da atasının dediyi həmin sözləri ona demişdir. Ancaq qardaşı Turalla o, fikirləşmişlər ki, onsuz da o, anası ilə birlikdə qalır, atası Mürsəl anasına heç nə edə bilməz. Anası Günel ilə atası Mürsəl bir-biriləri ilə yola getməmişlər. Onlar arasında mübahisə baş verməsinə səbəb atası Mürsəlin qazancına araq və spirtli içki alıb içməsi olmuşdur. Atası Mürsəl onun və Turalın qazandığı puldan da araq almaq üçün dəfələrlə istəmişdir. Qardaşı Tural ona pul versə də, o, atası Mürsələ pul verməmişdir. O, qazandığı pulu anasına vermiş, lakin anasının həmin puldan atası Mürsələ verdiyini bilmişdir. Atası Mürsəl qazandığı bütün pulu spirtli içkiyə verib içmiş və evə pul gətirməmişdir. Ailələri onun və Turalın qazancı ilə dolanmışdır. Atası Mürsəl anası Güneli əvvəllər öldürməyə cəhd etməmiş, lakin əvvəllər atası Mürsəl anası Güneli öldürməklə hədələmişdir. Anası Günel dəfələrlə atasına “içmə” demişdir. Atası Mürsəl mübahisə etdikləri vaxt bir neçə dəfə tarixini xatırlamadığı vaxtlarda anası Günelə “axırda səni də öldürəcəm, özümü də öldürəcəm” deyərək hədə-qorxu gəlmişdir. Sonuncu dəfə də 01 mart 2024-cü il tarixdə anası ilə qaldıqları evə gələndə həmin sözləri demişdir. Atası Mürsəl əvvəllər heç vaxt özünü öldürməyə cəhd etməmiş, yaxud özünə xəsarət yetirməmişdir. Atası Təqsirləndirilən şəxs nə vaxtsa üzərində bıçaq və ip gəzdirməsini görməmişdir. Atası Mürsələ qarşı hər-hansı şəxs tərəfindən nə vaxtsa zor tətbiq olunmamış, o cümlədən amansız rəftara, mütəmadi olaraq ləyaqətinin alçaldılmasına, yaxud hədə-qorxu gəlinməsinə məruz qalmamışdır. Atası Mürsəlin heç bir psixi və ya fiziki xəstəliyi olmamışdır. Atası Mürsəl ümumiyyətlə, narkotik vasitə qəbul etmir. Atası Mürsəl spirtli içki tez-tez qəbul edir. Atası Mürsəlin anası Güneli hansı səbəbdən öldürməsini bilmir. Anası Günelin atası Mürsəllə yaşadığı evə qayıdıb getmədiyi üçün atası Mürsəlin anası Güneli öldürdüyünü düşünür. Bildirmişdir ki, 02 mart 2024-cü il tarixdə yuxudan gec oyanmışdır. Atası Mürsəlin dediyi vaxt təxminən saat 08 radələrində evlərinə gəlib-gəlmədiyini bilmir. Bu barədə hər hansı məlumatı yoxdur. Həmçinin, bildirmişdir ki, təxminən 12 fevral 2024-cü il tarixdə atası Mürsəllə Tural arasında sözlə mübahisə olmuşdur. Belə ki, həmin gün atası sərxoş halda evə gəlmiş, işdən gəldikdən sonra isə yatmışdır. Atası oyandıqdan sonra xatırlamadığı saatda Turalla onun arasında sözlə mübahisə olmuşdur. Tural atasına “içmə, evə bax, evə ərzaq gətir, pulunu təkcə spirtli içkiyə vermə” demişdir. Atası da ona bildirmişdir ki, “mənim işimə qarışmayın”. Atası Turalı danladığını dedikdə, yəqin ki, Turalla aralarındakı mübahisəni nəzərdə tutur. Ancaq anası Günel həmin gün o və qardaşı Turalla birlikdə atası Mürsəlin sərxoş halda tez-tez evə gəlməsinə, puluna araq alması, evə ərzaq və sair lazımi şeylər almamasına görə ondan küsüb getmişdir. Anası Günelin evdən küsüb getməsinə səbəb atası Mürsəlin Turalı danlaması olmamışdır. Atası Mürsəlin anası Güneli öldürməsinə görə onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 qardaşı Şahid13 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, 2023-cü ilin təxminən noyabr ayından Qobustan Rayon İcra Hakimiyyətinin 1 saylı Yaşıllaşdırma idarəsində abadlaşdırma işləri üzrə fəhlə kimi işləməyə başlamış, hal-hazırda da orada işləyir. Təqsirləndirilən şəxs iş yoldaşıdır. Mürsəllə münasibətləri yaxşı olmuşdur. Mürsəl ondan təxminən bir neçə il əvvəl 1 saylı Yaşıllaşdırma idarəsində işləməyə başlamışdır. Mürsəlin 02 mart 2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs öldürməsi barədə işlədiyi idarədə rəhbərlikdən eşitmişdir. Bu barədə eşitdiyi vaxt da işlədiyi idarədə olmuşdur. 02 mart 2024cü il tarixdə təxminən saat 08:30 radələrində Mürsəl işlədikləri yerə gəlmiş, həmin vaxt yanlarında Şahid8, Şahid10 və adlarını xatırlamadığı başqa iş yoldaşları olmuşlar. Mürsəl işə gəldiyi zaman iş vaxtı başlamamışdır. Onların işi hər gün saat 09:00-da başlayır. İşə başladıqdan sonra onlar əmək haqqı cədvəlinə imza çəkirlər. Ancaq Mürsəl işin başlama saatını gözləmədən, təxminən 10 dəqiqə onlarla söhbət etdikdən sonra işinin olduğunu deyib çıxıb getmişdir. Onlar həftənin şənbə günləri saat 09:00- dan günorta saat 13:00-dək işdə olurlar. Mürsəlin 02 mart 2024-cü il tarixdə saat 09:00-da iş başladıqdan sonra işə gəlməməməsi ilə bağlı 04 mart 2024-cü il tarixdə onun və rəhbərliyin digər əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Çünki Mürsəl həmin tarixdə heç bir üzürlü səbəb göstərmədən işə gəlməmişdir. 02 mart 2024-cü il tarixi də həftənin şənbə günü olmuşdur. O, Mürsəli həmin gün görəndə onun davranışlarında və ya danışığında hər-hansı bir fərqlilik hiss etməmişdir. Mürsəllə həmin gün həmişəki kimi normal ünsiyyət saxlamışlar. Mürsəl özünü həmişəki kimi normal aparmışdır. Həmçinin, bildirmişdir ki, Mürsəl Güneli öldürməmişdən təxminən 10-15 gün əvvəl arvadı Günelin ondan küsüb oğulları ilə birlikdə evdən getdiyini demişdir. Mürsəl spirtli içkiyə meyilli insan olmuş, işdən sonrakı vaxtlarda da spirtli içki çox qəbul etmişdir. Ola bilsin ki, arvadı Günel də buna görə ondan küsüb getmişdir. Mürsəlin əvvəllər arvadı Günel ilə aralarında hər-hansı bir mübahisə və ya münaqişənin olub-olmaması barədə heç bir məlumatı yoxdur. Mürsəl ona bu barədə heç bir söz deməmişdir. Lakin Mürsəl arvadı Güneli öldürməmişdən təxminən 10-15 gün əvvəl arvadı Günelin ondan küsüb oğulları ilə birlikdə evdən getdiyini ona demişdir. Mürsəl əvvəllər ona arvadı Zərərçəkmiş şəxs öldürəcəyi barədə hər-hansı bir söz deməmişdir. Bu vaxta kimi Mürsəlin iş yoldaşları ilə və ya başqa hər hansı şəxslə arasında münaqişə və ya mübahisə olmamışdır. Mürsəl hər kəslə mehriban biri olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 bildirmişdir ki, Təqsirləndirilən şəxs əmisidir. Mərhum Zərərçəkmiş şəxs isə əmisi Mürsəlin həyat yoldaşıdır. 2024-cü ilin fevral ayının ortalarında Günel əmisi Mürsəldən küsüb atasından qalma evə getmiş və orada oğulları ilə birlikdə yaşamağa başlamışdır. Əmisi Mürsəl spirtli içkilərə meyilli insandır. Eşitdiyinə görə əmisi Mürsəl Günel ondan küsüb gedəndən sonra təxminən 10-15 gün ərzində spirtli içki qəbul etməmişdir. Həmçinin, eşitdiyinə görə Günelin küsüb evdən getməsinə səbəb əmisi Mürsəlin spirtli içkini tərk etməməsi olmuşdur. 02 mart 2024-cü il tarixdə saat 09:00-da Rayon Polis Şöbəsində sıra düzülüşü olmuş və saat 09:15 radələrində növbədən çıxıb evinə getmişdir. Həmin gün təxminən saat 12 radələrində iş yoldaşlarından Ramil ona zəng edib əmisi Sabirin Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng etdiyini və bu səbəbdən əmisi Sabirə zəng etməyini bildirmişdir. Ramildən nə baş verdiyini soruşduqda əmisi Mürsəlin arvadı Güneli öldürdüyünü demişdir. O da Sabir əmisinə zəng etmiş və əmisi Sabir də ona “əmin Mürsəl həyat yoldaşı Güneli öldürübdür” demişdir. Daha sonra o, əmisi Sabirdən “əmi hardasan?” deyə soruşmuşdur. Sabir ona “əmin Mürsəli xəstəxanaya aparıblar” demişdir. O, həyəcanlı şəkildə evdən çıxıb xəstəxanaya getmiş, ancaq əmisi Sabirdən xəstəxanada olub-olmadığını soruşmamışdır. O, Qobustan şəhərində yerləşən evindən çıxıb Qobustan Rayon Mərkəzi Xəstəxanasına gəlmiş, xəstəxanaya gələndə orada nə əmisi Sabiri, nə də başqa qohumlarından kimi isə orada görməmişdir. Orada əmisi Mürsəlin əməliyyat zalına aparıldığını və əməliyyat olunacağını öyrənmişdir. Daha sonra əmisi Sabirə zəng edib ondan harada olduğunu soruşmuş və ona xəstəxanada olduğunu demişdir. Əmisi Sabir isə ona X14 öldürdüyü evin yaxınlığında olduğunu bildirmişdir. O da əmisi Sabirə “mən də oraya gəlirəm” demiş, Sabir isə “gözlə, mən səni gəlib götürürəm” deyə bildirmişdir. O, xəstəxanadan çıxıb piyada yol ilə “Bol market’in yaxınlığına gəlmiş, oraya çatanda əmisi Sabir öz avtomobili ilə gəlmiş və əmisi Sabirlə birlikdə X14 öldürdüyü evə gəlmişdir. O, oraya gələndə polis əməkdaşları, prokurorluq orqanının əməkdaşları da orada olmuşlar. Orada adlarını hazırda xatırlamadığı çoxsaylı insanlar olmuşdur. Orada olduğu müddət ərzində prokurorluq orqanın əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və həmin vaxt həyətdə darvazanın yaxınlığında dayanmışdır. Bildirmişdir ki, Şahid1 onun barəsində dedikləri yalandır. O, X14 öldürdüyü yerə saat təxminən 12 radələrində getmişdir. Həmçinin, bildirmişdir ki, əmisi Mürsəli xəstəxanaya aparmamışdır. Həmin tarixdə təxminən saat 12 radələrində xəstəxanaya əmisi Mürsəlin aparıldığını öyrəndiyi üçün getmiş, ancaq əmisi Mürsəli görə bilməmişdir. Eyni zamanda o, xəstəxanada Nurxan, Cabar, əmisi Sabir və ya başqa hər hansı qohumlarından birini də görməmişdir. Çünki onlar əmisi Mürsəlin arxasınca xəstəxanaya gəlməmişlər. Nə o, nə də digər qohumları əmisi Mürsəlin arvadı Güneli öldürməsini gizlətməmiş, cinayətin izlərini itirməyə çalışmamışlar. Günelin ölümünü və cinayəti ört-basdır etməyə və əmisi Mürsəli gizlətməyə çalışmamışdır. Əmisi Sabir elə özü DİN-in 102 xidmətinə və təcili yardıma zəng edib hadisə barədə məlumat vermişdir. Bu elə bir hadisədir ki, bunu gizlətmək mümkün deyildir. Bildirmişdir ki, əmisi Mürsəl Güneli öldürməsi barədə ona heç bir məlumat verməmişdir. X18 zəng edib dediyi üçün Nurxan, Cabar və əmisi X10 öldürdüyü evə getmişlər. Onların evə necə keçmələri barədə hər hansı məlumatı yoxdur. Gülzar Sadıqovanın onun barəsində nə səbəbə şikayət etməsini və nə səbəbə belə düşünməsini bilmir, çünki X14 öldürməsini biləndən sonra həmin evə ilk gedənlərdən deyildir. Eyni zamanda Mürsəli nə o, nə də adları qeyd edilən digər qohumları xəstəxanaya aparmamışlar. Əmisi Mürsəli təcili yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. O, hadisə yerinə getdiyi zaman orada Günelin adını xatırlamadığı qohumları olduğu üçün onlara məlumat verildiyini düşünmüşdür. O və digər qohumları X14 öldürməsini gizlətmək, örtbasdır etmək və ya əmisi Mürsəli müdafiə etmək üçün hər hansı şəxsə məlumat verməmək kimi hərəkətlərə yol verməmişlər. Əmisi Sabir özü X14 öldürməsini bildikdən sonra DİN-in 102 xidmətinə və təcili yardıma zəng edib məlumat vermişdir. Bildirmişdir ki, anası Kifayətin Günelin ölümündən bir neçə gün sonra Günelin anası Gülzara “mən masaj edirdim, oğlum dedi ki, ay ana aralı dur, əl izin düşər” deməsi barədə məlumatlıdır. X6 yerdə olarkən orada olan polis əməkdaşlarından biri anası Kifayətə bu sözləri demişdir. Ancaq anası Kifayət həmin polis əməkdaşının kim olduğunu bilmir və üzünü xatırlamır. Çünki orada çoxsaylı polis əməkdaşları olmuşdur. Bildirmişdir ki, Güneli əmisi Mürsəl özü tək öldürmüşdür. X14 öldürməsində onun və digər yaxın qohumlarının heç birinin iştirakı olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid7 ifadəsindən görünür ki, Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir.(İİ cild, i.v. 1-5) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid6 ifadəsindən görünür ki,o, Şahid8 ilə oxşar məzmunlu ifadə vermişdir.( İ cild, i.v. 244-247) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid9 ifadəsindən görünür ki, Şahid2 ilə oxşar məzmunlu ifadə vermişlər.( İİ cild, i.v.24) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid10 Şahid6 ilə oxşar məzmunlu ifadə vermişdir.(İİ cild, i.v. 95-97) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid14 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs bibisidir. Təxminən 14-15 fevral 2024-cü il tarixlərdə Günelin əri Mürsəldən küsüb qardaşı Şahmarın adına olan Qobustan şəhərində yerləşən evə gəldiyini və orada oğulları ilə birlikdə yaşamağa başladığını öyrənmişdir. Buna görə də, bir dəfə Günelin yaşadığı həmin evə gəlmişdir. Günel həmin vaxt həyətdə olmuş və bacısı Günaygilə yuyunmağa getdiyini demişdir. Onunla evinin qarşısında hal-əhval tutduqdan sonra çıxıb getmişdir. Təxminən 20 fevral 2024-cü il tarixdə Günel onun yaşadığı evə gəlmişdir. Günel onun evində olanda Mürsəlin “mənlə barış, qayıt evimizə, yoxsa səni də, özümü də öldürəcəm” deyərək onu hədələdiyini bildirmişdir. Günelə demişdir ki, “qaldığın evin qapılarını bağla, evdə tək oturma”. Günel də ona “ay bibi narahat olma, darvazanı bağlayıram” demişdir. Sonuncu dəfə Güneli 27 fevral 2024-cü il tarixdə qudasının yas mərasimində görmüşdür. Günel həmin vaxt ona heç nə deməmiş, sadəcə yasda iştirak edib daha sonra çıxıb getmişdir. Bundan əlavə, bildirmişdir ki, 02 mart 2024-cü il tarixdə təxminən saat 11 radələrində Qobustan şəhəri ərazisində yerləşən “Bol” adlı marketdən alış-veriş etməyə gəlmişdir. Oradan çıxdıqdan sonra piyada öz evinə tərəf getmişdir. Onun evinin yolu Günelin Mürsəldən küsüb gəlib yaşamağa başladığı evin qarşısından keçir. O, piyada gedən zaman yolun təxminən ortasında olanda təcili tibbi yardım avtomobilinin Günelgilin olduğu evə tərəf getdiyini görmüşdür. O, təcili yardım avtomobilinin Günelin qaldığı evə tərəf gedib orada dayandığını görmüşdür. O, oraya çatanda təcili yardım avtomobilində gələn tibb işçiləri hələ avtomobildən düşməmişlər. O da darvazanın açıq olduğunu görüb həyətə, oradan da evin içərisinə keçmişdir. O, darvazanın qarşısına çatanda Mürsəlin Sabir adlı qardaşının darvazadan bir qədər aralıda dayandığını görmüşdür. Evin içərisinə keçəndə isə orada Arzu və Kifayət adlı qadınların hərəkətsiz vəziyyətdə olan Günelin yanında dayandıqlarını görmüşdür. Günelin ətrafında isə çoxlu qan ləkələri olmuşdur. O, yerə oturub Günelin başının kəsildiyini fikirləşib qışqıra-qışqıra ağlamağa başlamışdır. Daha sonra Arzu və Kifayətdən nə olduğunu soruşmuşdur. Onlar da “Mürsəl Güneli öldürüb, Allah onun başına daş salardı” demişlər. Daha sonra Kifayət demişdir ki, “mən masaj edirdim, oğlum dedi ki, ay ana aralı dur, əl izin düşər”. Ancaq Kifayətin hansı oğlunu nəzərdə tutmasını bilmir, çünki adını eşitməmişdir. Kifayətin iki oğlu var, onlardan biri polis işləyir. Daha sonra o, oradan çıxıb tez qaça-qaça evinə tərəf getmişdir ki, Günelin qohumlarına məlumat versin. Məlumat verdikdən dərhal sonra isə yenidən Günelin olduğu evə qayıtmışdır. O, həmin evə ilk dəfə gələndə orada Günelin yanında Arzu və Kifayətdən başqa heç kim olmamışdır. Darvazadan çöl tərəfdə isə Sabir dayanmışdır. O, yenidən Günelin olduğu evə qayıdanda isə oraya artıq prokurorluq və polis orqanlarının əməkdaşları gəlmişlər. Həmçinin bildirmişdir ki, Günel ilə Mürsəl arasında əvvəllər yaxşı münasibətlər olmuş, ancaq təxminən 10 ildir ki, onlar arasında münasibətlər yaxşı deyildir. Mürsəl tez-tez araq alıb içir və sərxoş vəziyyətdə evinə gəlir. Mürsəl işləməyə başladıqdan sonra qazandığı pulun hamısını spirtli içkiyə verib sərxoş halda gəzmişdir. Bildirmişdir ki, o, Günelin olduğu evə ilk dəfə gedəndə orada darvazadan çöl tərəfdə Sabir, evin içərisində Günelin yanında isə Arzu və Kifayət dayanmışlar. Arzu eyni zamanda Sabirin arvadıdır. O, evinə gedib sonra yenidən Günelin qaldığı evə qayıdanda isə orada çoxlu adamlar olmuşdur. Hazırda onların kim olduqlarını xatırlamır. Günel ilə Mürsəlin arasında mübahisə baş verməsini görməmişdir. Onların bir-biri ilə yola getmədiklərini bilmişdir. Mürsəllə Günelin yola getməmə səbəbləri Mürsəlin qazancına araq və spirtli içki alıb içməsi və övladları Tural və Nurahn belə qazandığı pulu araq alması üçün istəməsi olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə cəhd etməmiş və heç vaxt onu öldürməklə hədələməmişdir. Ancaq təxminən 20 fevral 2024-cü il tarixdə Günel onun yaşadığı evə gəlmiş və orada Mürsəlin onu hədələdiyini demişdir. Ancaq o, özü şəxsən Mürsəlin Güneli hədələməsinin şahidi olmamışdır. Mürsəlin üzərində bıçaq gəzdiribgəzdirməməsi barədə məlumatı yoxdur. O, Mürsəlin hansı səbəbdən Güneli qəsdən öldürməsini bilmir. Düşünür ki, Günel Mürsəllə yaşadığı evə qayıdıb getmədiyi üçün Mürsəl Güneli boğub öldürmüşdür. O, Günelin öldüyü evə ilk dəfə gedəndə onun başını Mürsəlin kəsdiyini düşünmüş, çünki Günelin başının ətrafında çoxlu qan ləkələri olmuşdur. Daha sonradan öyrənmişdir ki, həmin qan ləkələri Mürsəlin özünə aiddir. X20 boğduqdan sonra özünə də xəsarətlər yetirmişdir.(İİ cild, i.v. 182-185) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid16 ifadəsindən görünür ki, o, Şahid14 ilə oxşar məzmunlu ifadə vermişlər. (İİ cild, i.v. 198-201) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Qobustan Rayon Polis X15 xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid18 ifadəsindən görünür ki, Cinayət işi üzrə şahid qismində dindirilmiş iş yoldaşı Şahid17 ilə oxşar məzmunlu ifadə vermişdir.( İİ cild, i.v. 207- 209) Məhkəmə iclasında Şahid2 ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. (İ cild, i.v. 105-109) Məhkəmə iclasında Şahid15 ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, o, Şahid11 ilə oxşar məzmunlu ifadə vermişdir.(İİ cild, i.v. 191-193) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 02 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Şahid1 məxsus Qobustan şəhəri, Yeni Massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin qonaq otağıdır. Otağın orta hissəsində döşəmənin üzərinə sərilmiş xalçanın üstündə isə kürəyi üstdə uzanıqlı vəziyətdə olan, ətrafında qanabənzər ləkələr müşahidə edilən və üzərində gül təsviri əks olunmuş göy rəngli mələfə örtülmüş meyitin olması görünür. Mələfəni götürdükdə başının ətrafında qanabənzər ləkələr olan qadın meyitinin olması müşahidə edilir.Baxış zamanı iştirak edən Şahid1 həmin meyitin bacısı Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Meyitin sol əlindən giriş qapısına qədər məsafə 3 metr 81 sm, sağ əlindən giriş qapısına qədər məsafə 5 metr 9 sm, ayağından giriş qapısına qədər məsafə 4 metr 78 sm və başından giriş qapısına qədər məsafə 4 metr 14 sm təşkil edir. Meyitin yanında düyünlü formada üzərində qanabənzər ləkələr olan şərf vardır və həmin şərf müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin əynində qara rəngli üzərində ağ zolaqlar olan kofta, qara rəngli şalvar və 1 cüt yaşıl rəngli corab vardır. Meyitin əynindəki paltarlarda və meyitin bədəni üzərində qanabənzər ləkələr görünür. Meyitin baş nahiyyəsinin altında, meyitdən 1 metr məsafədə taxta döşəmənin üzərində tam qurumamış qanabənzər ləkələr görünür. Həmin qanabənzər ləkələrdən pambığa hopdurulmaqla nümunə götürülmüşdür. Üzərində meyit olan üstündə qanabənzər ləkələr müşahidə edilən xalça müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Fərdi yaşayış evinə giriş qapısı ilə üzbəüz 3 metr məsafədə həyətyanı bağ sahəsi yerləşir. Giriş qapısından 12 metr məsafədə bağın içərisində üzərində qanabənzər ləkələr olan 01 ədəd bıçaq vardır. Bıçağın ümumi uzunluğu 27 sm, dəstəyinin uzunluğu 12,5 sm, tiyəsinin uzunluğu isə 14,5 sm-dir. Bıçağın dəstəyinin üzərində aliminium materialdan dairəvi bərkidici vardır və bıçağın dəstəyinin ətrafına yapışdırıcı sarılmışdır. Həmin bıçaq tərəfimdən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bıçağın olduğu yerdən 5 metr məsafədə otların üzərində qanabənzər ləkələr var və həmin qanabənzər ləkələrdən pambığa hopdurulmaqla nümunə götürülmüşdür. Giriş darvazasından içəri tərəfdə müxtəlif ölçülərdə tam qurumamış qanabənzər ləkələr aşkar edilmiş, həmin ləkələrdən pambığa hopdurulmaqla nümunələr götürülmüşdür. Baxış zamanı Şahid1 bir ədəd “Samsung Galaxy A02” markalı, smartfon tipli mobil telefonu təqdim edərək həmin mobil telefonun bacısı Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmiş, həmin mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (İ cild, i.v. 06-28) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 02 mart 2024-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, təşrih masası üzərində əynində ağ rəngli zolaqlar olan uzunqol, qara rəngli kofta, qara rəngli şalvar, yaşıl rəngli bir cüt corab, qara rəngli trusik, üzərində qara rəngli zolaq olan boz rəngli büstqalter, qısaqol, açıq çəhrayı rəngli kofta, uzunqol, qara rəngli kofta, saçında qara rəngli saç rezini olan meyit uzadılmışdır. Paltarlar qırmızı rəngli qana oxşar maye ilə bulaşmışdır. Paltarlar soyundurulduqda meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyunun uzunluğu 164 sm-dir. Dəri örtüyü avazımışdır. Əllə yoxladıqda meyit bədən səthində, qoltuqaltı çuxurlarda və qasıq büküşlərində soyuqdur. Meyit ləkələri göbəkdən aşağı və yuxarı ətraflarda yerləşməklə, göyümtül-bənövşəyi rəngdədir, kafi dərəcədə inkişaf etmiş, barmaqla təzyiq etdikdə itir və 3-5 dəqiqədən sonra yenidən bərpa olunur. Meyit ləkəsi fonunda xırda qansızmalar yoxdur. Meyitdə çürümə dəyişikliyi yoxdur. Başının tükləri qara rəngdə olub, uzunluğu 15-25 sm-dir. Başın tüklü hissəsi xəsarətsizdir. Gözləri örtülüdür. Göz qapaqlarının selikli qişasında nöqtəvari qansızmalar vardır. Buynuz qişası şəffafdır. Bəbəklər dairəvi formada olub, genişlənmiş, diametrləri 5 mm-dir. Əllə yoxladıqda burun sümükləri və qığırdaqları tamdırlar. Qulaq seyvanları adi formada və vəziyyətdədir və xəsarətsizdirlər. Xarici qulaq keçəcəkləri və burun keçəcəkləri sərbəstdirlər. Ağzı örtülüdür. Dişləri təbiidir. Dilin ucu dişlər arasında az xaricə çıxmışdır. Boynu adi uzunluqda və qalınlıqda olub, meyit qacıması fonunda hərəkətlidir. Boynun ön səthində çənə ucundan 6 sm aşağıda, qalxanvari qığırdaqdan yuxarı, sağ və sol yan səthlərini əhatə edən çənə ucundan 6 sm aşağıda, boynun arxa səthində tam qapanan, öndən arxaya, köndələn istiqamətdə yerləşmiş birqat 36 sm uzunluğunda, 0,8 sm enində, çəhrayımtıl-qəhvəyi rəngli stranqulyasiya şırımı vardır. Döş qəfəsi silindrik formada olub, simmetrikdir. Əllə yoxladıqda qabırğalarda patoloji hərəkətlilik müəyyən olunmur və xəsarətsizdir. Süd vəziləri 18x16 sm ölçüdədir, konsistensiyası yumşaqdır. Döş gilələrini sıxdıqda ifrazat yoxdur. Döş giləsi ətrafı dairə qəhvəyi rəngdədir. Qarnı qabırğa qövsləri bərabərindədir. Xarici cinsiyyət üzvləri qadın tipli olub, adi qaydada inkişaf etmişdir. Arxa keçəcəkdə hər hansı bir zədə və ya əlamət aşkar olunmadı. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmiş, əllə yoxladıqda sümükləri tamdır və xəsarətsizdirlər. Meyitin bədən səthində başqa xəsarət aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs əynində olmuş paltarlar-üzərində ağ rəngli zolaqlar və qanabənzər ləkələr olan uzunqol, qara rəngli 01 ədəd kofta, qara rəngli 01 ədəd şalvar, yaşıl rəngli bir cüt corab, qara rəngli 01 ədəd trusik, üzərində qara rəngli zolaq və qanabənzər ləkələr olan boz rəngli 01 ədəd büstqalter, üzərində qanabənzər ləkələr olan qısaqol, açıq çəhrayı rəngli 01 ədəd kofta, üzərində qanabənzər ləkələr olan, uzunqol, qara rəngli 01 ədəd kofta, saçında olan üzərində qanabənzər ləkələr olan qara rəngli 01 ədəd saç rezini araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (İ cild, i.v. 34-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 02 mart 2024-cü il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş üzərində çoxsaylı qanabənzər ləkələr olan uzunqol, düyməli, mavi rəngli, kəsilmiş vəziyyətdə olan 01 ədəd köynək, ağ rəngli, üzərində çoxsaylı qanabənzər ləkələr olan kəsilmiş vəziyyətdə olan 01 ədəd mayka, üzərində qara rəngli 01 ədəd kəmər və qanabənzər ləkələr olan tünd göy rəngli cins materialdan olan 01 ədəd şalvar, qara rəngli bir cüt ayaqqabı, qara rəngli bir cüt corab, üzərində göy, ağ və tünd göy rəngli zolaqlar olan 01 ədəd trusik, boz rəngli 01 ədəd istilik şalvarı, üzərində qanabənzər ləkələr olan tünd göy rəngli, uzunqol, kəsilmiş vəziyyətdə olan 01 ədəd köynək Qobustan Rayon Mərkəzi X8 Şəxsinin inzibati binasında cərrahiyyə şöbəsinin böyük tibb bacısı işləyən X4 tərəfindən təqdim edilmiş və paltarlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. X4 paltarları təqdim edərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs cərrahiyyə əməliyyatı edilərkən əynində olan paltarların bəzilərinin çıxarılması mümkün olmadığından qayçı ilə kəsilərək çıxarılmışdır.(İ cild, i.v. 46-54) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış zamanı Şahid1 təqdim etdiyi Zərərçəkmiş şəxs adına məxsus smartfon tipli, üzərində ***- ***-**-** saylı mobil nömrəsi olan bir ədəd “Samsung Galaxy A02” markalı “mobil telefona baxış keçirilməsi haqqında” 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı mobil telefonun ekranının aşağı hissəsində ortada telefon işarəsi var və həmin işarənin üzərinə bir dəfə basdıqda “Sonuncular” başlıqlı bölmə açılır. “Sonuncular” yazılan bölmədə sonuncu gələn zənglərin siyahısı əks olunmuşdur. Həmin siyahıda 02 mart 2024-cü ildə saat 08:31 dəqiqədə “Nuralm” adlı ***-***-**-** saylı mobil nömrəyə bir dəfə zəng edildiyi, lakin zəngə cavab verilmədiyi görünür. Həmçinin, həmin tarixdə saat 10:07 dəqiqədə +**********45 saylı mobil nömrədən zəng gəldiyi, ancaq zəngə cavab verilmədiyi görünür. Baxışda iştirak edən X2 göstərdi ki, “Nuralm” adı yazılmış 051- ***-**-** saylı mobil nömrə qızı Günelin oğlu Nuralm istifadəsindədir. +**********45 saylı mobil nömrə isə Təqsirləndirilən şəxs istifadəsindədir.(İ cild, i.v. 82-83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs qızma məxsus smartfon tipli, üzərində ***-***-**-** saylı mobil nömrəsi olan bir ədəd “Samsung Galaxy A02” markalı mobil telefon həmin tarixdə sonuncunun anası X1 təhvil verilmişdir: (İ cild, i.v. 84) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 15 mart 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Şahid3 təqdim etdiyi sonuncuya məxsus qara rəngli, üzərində ***-***-**-** saylı mobil nömrəsi olan, sensor tipli, “Redmi 12” markalı mobil telefona baxış zamanı “Redmi 12” markalı mobil telefonun əsas ekranında “Tiktok”, “İnstagram”, “Pul qabı”, “Youtube”, “Whatsapp”, “Kamera”, “ABB Mobile” və “Birbank” proqramlarının olması görünür.Ekranın aşağı hissəsində ortada telefon işarəsi var və həmin işarənin üzərinə bir dəfə basdıqda “Sonuncular” başlıqlı bölmə açılır. “Sonuncular” yazılan bölmədə sonuncu gələn zənglərin siyahısı əks olunmuşdur. Həmin siyahıda 02 mart 2024-cü ildə saat 10:56 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən zəng gəldiyi, ancaq zəngə cavab verilmədiyi görünür. Həmçinin, 02 mart 2024cü il tarixdə saat 10:57 dəqiqədə və saat ll:00-da ***-***-**-** saylı mobil nömrəyə zəng edildiyi görünür. İlkin zəng üzrə 25 saniyə, ikinci zəng üzrə isə 26 saniyə danışıq davam etmişdir.Baxışda iştirak edən Şahid3 bildirmişdir ki, 02 mart 2024-cü il tarixdə saat 10:56da onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə əmisi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən bir dəfə zəng etmiş, ancaq zəngi tez sonlandırdığı üçün onun zənginə cavab verə bilməmişdir. Daha sonra o, özü əmisi Mürsələ zəng etmiş, əmisi Mürsəl ondan soruşmuşdur ki, “hardasan?”, o da “əmimgildə” demişdir. Əmisi Mürsəl demişdir ki, “Səməndər bilməsin, gəlinbacınızı boğub öldürmüşəm, özümə də bıçaqla vurmuşam, heç kim bilməsin”. Bundan sonra zəngi sonlandırmışlar. O, bir neçə dəqiqə sonra saat 1 l:00-da əmisi Mürsələ yenidən zəng etmiş, həmin vaxt əmisi Mürsəl ondan soruşmuşdur ki, “heç kimə deməmisən?”, o da demişdir ki, “yanımda Cabar var”. Daha sonra əmisi Mürsəl “zarafat edirəm” deyib zəngi sonlandırmışdır. Baxış zamanı mobil telefona gələn və çıxan zənglərin siyahısında iş üçün əhəmiyyətli başqa hər hansı hal müəyyən edilməmişdir.(İ cild, i.v. 209-212) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd sintetik ip Təqsirləndirilən şəxs tanınmaya təqdim olunarkən, sonuncu həmin ipi tanıyaraq, 02 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs həmin iplə boğaraq öldürdüyünü bildirmişdir.(İİ cild, i.v. 78) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş üzərində qanabənzər ləkələr olan bıçaq Təqsirləndirilən şəxs tanınmaya təqdim olunarkən, sonuncu həmin bıçağı tanıyaraq, 02 mart 2024-cü il tarixdə özünə həmin bıçaqla xəsarətlər yetirdiyini bildirmişdir.(İİ cild, i.v. 80) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş və o, ifadəsində göstərmiş olduğu xüsusatları ifadəsinin yerində yoxlanılması zamanı əyani olaraq bir daha təsdiq etmişdir.( İ cild, i.v. 191-201) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən rayon prokurorluğuna daxil olmuş, 01 may 2024-cü il tarixli, 8790 nömrəli məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 13 may 2024-cü il tarixli protokoldan görünür ki, diskdə ***-***-**-** saylı mobil telefon nömrəsinə gələn və gedən zənglərin siyahısı, əhatə dairəsi, SMS mətnləri və mobil nömrələrin abunəçilərinə dair məlumatlar olan fayllar vardır. Baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə gələn və gedən zənglərin siyahısında, SMS mətnlərində iş üçün əhəmiyyətli hər hansı hal müəyyən edilməmişdir.(İİ cild, i.v. 107) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən rayon prokurorluğuna daxil olmuş, 01 may 2024-cü il tarixli, 8759 nömrəli məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 13 may 2024-cü il tarixli protokoldan görünür ki, diskdə ***-***-**-** saylı mobil telefon nömrəsinə gələn və gedən zənglərin siyahısı, əhatə dairəsi, SMS mətnləri və mobil nömrələrin abunəçilərinə dair məlumatlar olan fayllar vardır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2024-cü il tarixdə saat 10:56, saat 1 l:00-da telefon danışıqlarının olması müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan 051-965- 56-45 saylı mobil telefon nömrəsi ilə Şahid7 istifadəsində olan 050-615- 77-61 saylı mobil telefon nömrəsi arasında xx.xx.2024-cü il tarixdə saat ll:01-də telefon danışıqlarının olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə gələn və gedən zənglərin siyahısında, həmçinin SMS mətinlərində iş üçün əhəmiyyətli başqa hər hansı hal müəyyən edilməmişdir.( İİ cild, i.v. 111) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qobustan Rayon Polis Şöbəsinin 09 aprel 2024-cü il tarixli, 3-13- 90/2-3858/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, hadisə 02 mart 2024- cü il tarixdə təxminən saat 10:50 radələrində Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs Qobustan rayonu, Qobustan şəhəri, Yeni Massivdə yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin qonaq otağında aralarında yaranmış mübahisə zamanı qəsdən iplə boğaraq öldürmüşdür. Hadisəni görən şəxs və ya şəxslər olmamışdır. Təqsirləndirilən şəxsla arvadı Zərərçəkmiş şəxs arasında əvvəllər, həmçinin hadisənin baş verdiyi gün sözlə mübahisə olmuşdur. Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra qardaşı oğlu Şahid3 istifadəsində olan mobil telefonla zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi sintetik ipi nə vaxt və haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs özünə xəsarət yetirdiyi bıçağı Güneli öldürdüyü evin mətbəxindən götürdüyü müəyyən edilmişdir.(İİ cild, i.v. 12) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qobustan Rayon Polis Şöbəsinin 31 may 2024-cü il tarixli, 3-13- 90/2-6166/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qəsdən sintetik iplə boğaraq öldürmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boğub öldürməsində Şahid17, Şahid3, Şahid4, Şahid5, Şahid11, Şahid2, Şahid7 və ya başqa hər hansı şəxsin iştirakı olmamışdır. Həmçinin, müəyyən edilmişdir ki, adları yuxarıda qeyd edilən şəxslər hadisə yerinə sonradan getmişlər və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürdüyünü bildikdən sonra dərhal hüquq mühafizə orqanları və təcili tibbi yardıma məlumat vermişlər. Adları yuxarıda qeyd edilən şəxslər və ya başqa hər hansı şəxs tərəfindən baş vermiş cinayət hadisəsi gizlədilməmiş və ört-basdır edilməmişdir.(İİ cild, i.v. 218) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 15 aprel 2024-cü il tarixli, 34 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər-boynun ön sağ və sol yan səthlərinin kəsilmiş-deşilmiş yaraları, qarnın ön divarının daxilə nüfuz edən kəsilmiş- deşilmiş yarası, sol bilək nahiyyəsinin iç səthinin yarası, xaricə qanaxma olmuşdur . Həmin xəsarətlər deşici-kəsici xarakterli alət təsirindən törənməklə, ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar digər deşici-kəsici alətin təsirindən törənməklə, xx.xx.2024-cü il tarixdə yetirilməyə uyğun gəlirlər. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin yerləşmə nahiyyələri, xarakteri və bədəninin əl çatan nahiyyələrində olması əsas verir ki, zərərçəkənin özü tərəfindən yetirilmişdir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərdən boyun nahiyyəsinin sağ və sol yan səthlərindəki, sağ mil-bilək nahiyyəsindəki yaralar dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya, qarının boşluğa nüfuz edən bir ədəd yara isə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddir.(İİ cild, i.v. 39-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17 aprel 2024-cü il tarixli, 03 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-boyunun birqat, tam qapanan, köndələn stranqulyasiya şırımı təsərrüfat üçün nəzərdə tutulmuş sintetik tipli, ekspertizaya təqdim olunmuş ipin təsirindən, xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarət-boyun nahiyyəsindəki stranqulyasiya şırımı ölümlə birbaşa səbəbli əlaqəlidir, həmin xəsarət yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfıksiya olmuşdur. Mərhum Zərərçəkmiş şəxs xəsarəti alarkən ayaq üstə və yarımoturaq vəziyyətlərdə ola bilərdi. Həmin xəsarəti aldıqdan sonra qışqırmaq, yerimək və aktiv hərəkətlər etmək iqtidarında olmamışdır. Mərhum Zərərçəkmiş şəxs hamiləlik aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı nəticəsində qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir.(İİ cild, i.v. 43-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1594 nömrəli lifli materialların tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs qızma məxsus olduğu qeyd edilən geyim əşyalarının, həmçinin Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən saç rezini və hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs məxsus olduğu güman edilən şərfin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən cins şalvarın üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs qızma məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin üzərindən aşkar edilmiş açıq çəhrayı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən toxunma köynəyin üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər.(İİ cild, i.v. 50-56) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2024-cü il tarixli, 3-16-16/2-3/532, 3/542 nömrəli məhkəmə ballistik- trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus geyimlər....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş mavi rəngli köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən-a) köynəyin boyunluğunun sağ hissəsində, boyunluq tikişindən 10 mm yuxarıda bir ədəd 15 mm uzunluqda zədə, b) köynəyin ön hissəsində ələyin son kənarından 420 mm yuxarıda, sol yan tikişindən 270 mm sağda bir ədəd 20 mm uzunluqda zədələr vardır. Köynəyin səthindəki zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş mavi rəngli köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus geyimlər....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş mavi rəngli köynəyin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Təqdim edilmiş “Təqsirləndirilən şəxs məxsus geyimlər....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd göy rəngli köynəyin, iki ədəd şalvarın, bir ədəd maykanın, bir ədəd alt tumanının, bir cüt corabın, bir cüt ayaqqabının və üzərində “Zərərçəkmiş şəxs qızma məxsus geyimlər...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş üç ədəd köynəyin, bir ədəd şalvarın, bir ədəd büstqalterin, bir ədəd alt tumanının, bir ədəd şərfin, bir cüt corabın səthində trasoloji zədə yoxdur.(İİ cild, i.v. 58-62) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 23 aprel 2024cü il tarixli, 176/2024-MTBŞ nömrəli maddi sübutların ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu -Oalfa, beta/İ/, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Abeta (H)/İİ/-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, mələfə, xalça, 12 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus vodolazka, 02 ədəd kofta, şalvar, saç rezini, büsqalter, hadisə yerindən götürülmüş şərf, Təqsirləndirilən şəxs məxsus köynək, kofta, şalvar, alt mayka, 01 cüt ayaqqabı və alt şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “H” antigeni, əksər ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfa,beta/İ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus trusik, 01 cüt corab, Təqsirləndirilən şəxs məxsus trusik və 01 cüt corab üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı.(İİ cild, i.v. 155-165) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 10 may 2024cü il tarixli, 1314 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sairə sübut edir. Təqsirləndirilən şəxs 1996-cı ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında təyin edilmiş “oliqofreniya əqli geriliyin yüngül dərəcəsində” diaqnozu hazırki müayinə zamanı öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs qətl hadisəsi törətdikdən sonra keçirdiyi emosional gərginlik fonunda özünə xəsarətlər yetirsə də, qeyd olunan vəziyyət onda hər hansı psixi pozuntuya səbəb olmamışdır. Hal-hazırda da Təqsirləndirilən şəxs hər hansı suisidal fikir və niyyətlər qeyd olunmur. Aparılmış eksperimental psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Qıcığa qarşı həssaslıq, inadkarlıq, özünəməxsus mövqe və prinsipə malik olmaq və sairə kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sairə psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı patoloji affekt qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri ictimai təhlükəli əməl törədərkən onun hərəkətlərinə mühüm təsir göstərməmiş, psixi-emosional halında situasiya ilə əlaqədar hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl törədərkən fizioloji affekt hahnda olmamışdır.(İİ cild, i.v. 186-190) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qobustan rayon məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 1-458/2024 nömrəli məktubundan görünür ki, Qobustan şəhər sakini, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Qobustan rayon məhkəməsində təqsirləndirici və ya inzibati material, həmçinin onun müraciəti daxil olmamışdır.(İİ cild, i.v. 6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Respublika Psixiatriya X8 Şəxsinin 25 aprel 2024-cü il tarixli, 5228 nömrəli məktubundan görünür ki, xx.xx.1973cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanası PHŞ-də müalicədə olmamışdır.( İİ cild, i.v. 87) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təsdiq etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni o, məhkum edilməmişdir.(İİ cild, i.v. 85) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təsdiq etdiyi tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni o, məhkum edilməmişdir.(İİ cild, i.v. 83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 510 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatdadır və orada yaşamışdır. Həmçinin, Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur.(İ cild, i.v. 236-237) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 565 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs həqiqətən də, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatdadır və orada yaşamışdır. Həmçinin, Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs müsbət xarakterizə olunur. (İİ cild, i.v. 13-14) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qobustan Rayon İcra Hakimiyyətinin 1 saylı Yaşıllaşdırma idarəsinin 10 may 2024-cü il tarixli, 5-60-18/2-08/2024 nömrəli məktubuna əlavə edilmiş 01 avqust 2022-ci il tarixli, 05 nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdən 1 saylı Yaşıllaşdırma idarəsində bağban vəzifəsi üzrə işlə təmin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qobustan Rayon İcra Hakimiyyətinin 1 saylı Yaşıllaşdırma idarəsinin 10 may 2024-cü il tarixli, 5-60-18/2-08/2024 nömrəli məktubuna əlavə edilmiş işçilərin vəzifələrinin dəyişilməsi barədə 04 yanvar 2024cü il tarixli, 01/k nömrəli əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2024cü il tarixdən 1 saylı Yaşıllaşdırma idarəsində abadlaşdırma işləri üzrə fəhlə vəzifəsinə təyin edilmişdir.(İİ cild, i.v. 134-141) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qobustan Rayon İcra Hakimiyyətinin 1 saylı Yaşıllaşdırma idarəsinin 10 may 2024-cü il tarixli, 5-60-18/2-08/2024 nömrəli məktubuna əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yerində müsbət xarakterizə olunur.(İİ cild, i.v. 135) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qobustan Rayon İcra Hakimiyyətinin 1 saylı Yaşıllaşdırma idarəsinin 25 may 2024-cü il tarixli, 5-60-18/2-12/2024 nömrəli məktubuna əlavə edilmiş 15 may 2024- cü il tarixli, 20/k nömrəli işçinin işdən azad edilməsi haqqında əmrin surətindən görünür ki, 1 saylı Yaşıllaşdırma idarəsində abadlaşdırma işləri üzrə fəhlə işləyən Təqsirləndirilən şəxs ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.(İİ cild, i.v. 152-153) Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi nəticəsində yerə damlaması güman edilən və tam qurumamış vəziyyətdə olan qanabənzər ləkələrdən pambığa hopdurulmuş nümunələr (12 ədəd çubuqlu pambıq tampon), həmçinin Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş üzərində çoxsaylı qanabənzər ləkələr olan uzunqol, düyməli, mavi rəngli kəsilmiş vəziyyətdə olan 01 ədəd köynək, ağ rəngli, üzərində çoxsaylı qanabənzər ləkələr olan kəsilmiş vəziyyətdə olan 01 ədəd mayka, üzərində qara rəngli 01 ədəd kəmər və qanabənzər ləkələr olan tünd göy rəngli cins materialdan olan 01 ədəd şalvar, qara rəngli bir cüt ayaqqabı, qara rəngli bir cüt corab, üzərində göy, ağ və tünd göy rəngli zolaqlar olan 01 ədəd trusik, boz rəngli 01 ədəd istilik şalvarı (alt şalvarı), üzərində qanabənzər ləkələr olan tünd göy rəngli, uzunqol kəsilmiş vəziyyətdə olan 01 ədəd köynək (kofta), Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş üzərində ağ rəngli zolaqlar və qanabənzər ləkələr olan uzunqol, qara rəngli 01 ədəd kofta, qara rəngli 01 ədəd şalvar, yaşıl rəngli bir cüt corab, qara rəngli 01 ədəd trusik, üzərində qara rəngli zolaq və qanabənzər ləkələr olan boz rəngli 01 ədəd busqalter, üzərində qanabənzər ləkələr olan qısaqol, açıq çəhrayı rəngli 01 ədəd kofta, üzərində qanabənzər ləkələr olan uzunqol qara rəngli 01 ədəd kofta (vodolazka), saçında olan üzərində qanabənzər ləkələr olan qara rəngli 01 ədəd saç rezini, Zərərçəkmiş şəxs qızma məxsus qurumuş qan nümunəsi, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan 01 ədəd bıçaq, üzərində qara rəngli zolaqlar və qanabənzər ləkələr olan, orta hissəsindən düyünlənmiş Zərərçəkmiş şəxs qızma məxsus olduğu güman edilən boz rəngli 01 ədəd şərf, 203 sm uzunluqda, ucları bir-birinə düyünlənmiş olan ağ rəngli 01 ədəd sintetik ip, üzərində gül-yarpaq təsvirləri əks olunmuş mavi rəngli 01 ədəd mələfə və üzərində naxış təsvirləri olan 01 ədəd xalça maddi sübut əhəmiyyətinə malik olduğundan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qobustan rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.(İİ cild, i.v. 219- 254) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, hadisə vaxtı ağlının başında olmaması barədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarında olan 10 may 2024-cü il tarixli, 1314 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sairə psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan, ölümlə birbaşa səbəbli əlaqəli xəsarət yetirməsi (boyunun birqat, tam qapanan, köndələn stranqulyasiya şırımı) təqsirləndirilən şəxsin məqsədinin məhz zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmasının bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qobustan rayon məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 mart 2024-cü il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 161-169, 183-190) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qobustan rayon prokurorluğunun “Maddi sübutların saxlanılması” otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək, 01 ədəd mayka, üzərində 01 ədəd kəmər və qanabənzər ləkələr olan 01 ədəd şalvar, bir cüt ayaqqabı, bir cüt corab, 01 ədəd trusik, 01 ədəd istilik şalvarı (alt şalvarı), 01 ədəd köynək (kofta), Zərərçəkmiş şəxs məxsus 01 ədəd kofta, qara rəngli 01 ədəd şalvar, bir cüt corab, 01 ədəd trusik, 01 ədəd busqalter, 01 ədəd kofta, 01 ədəd kofta (vodolazka), 01 ədəd saç rezini, Zərərçəkmiş şəxs qızma məxsus qurumuş qan nümunəsi, 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs qızma məxsus olduğu güman edilən 01 ədəd şərf, 01 ədəd sintetik ip, 01 ədəd mələfə, 01 ədəd xalça məhv edilməli və 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki,Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 239 (iki yüz otuz doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Qobustan rayon prokurorluğunun “Maddi sübutların saxlanılması” otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək, 01 ədəd mayka, üzərində 01 ədəd kəmər və qanabənzər ləkələr olan 01 ədəd şalvar, bir cüt ayaqqabı, bir cüt corab, 01 ədəd trusik, 01 ədəd istilik şalvarı (alt şalvarı), 01 ədəd köynək (kofta), Zərərçəkmiş şəxs məxsus 01 ədəd kofta, qara rəngli 01 ədəd şalvar, bir cüt corab, 01 ədəd trusik, 01 ədəd busqalter, 01 ədəd kofta, 01 ədəd kofta (vodolazka), 01 ədəd saç rezini, Zərərçəkmiş şəxs qızma məxsus qurumuş qan nümunəsi, 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs qızma məxsus olduğu güman edilən 01 ədəd şərf, 01 ədəd sintetik ip, 01 ədəd mələfə, 01 ədəd xalça məhv edilsin, və 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 239 (iki yüz otuz doqquz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar